Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1288/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), əmək müqaviləsinin müddətinin qurtarması (ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Işin halları:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2019-cu il tarixli, *********** nömrəli əmrinə əsasən, “Dövlət Qulluğu haqqında” AR Qanununun 28.7-ci maddəsinə əsasən, Səlimova Gülbacı Şirbəy qızının – stajçı kimi 6 ay müddətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Idarəsinin Məlumatlandırma, sorğuların və müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2020-ci il tarixli *********** nömrəli əmrinə əsasən, “Dövlət Qulluğu haqqında” AR Qanununun 28.7-ci maddəsinə əsasən, Səlimova Gülbacı Şirbəy qızı # ##### 2020-ci il tarixdən 3 ay müddətinə müddətinə sınaq müddəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Idarəsinin Məlumatlandırma, sorğuların və müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmişdir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2020-ci il tarixli ************ nömrəli əmrinə əsasən, “Dövlət Qulluğu haqqında” AR Qanununun 29.2-ci maddəsinin ikinci hissəsinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə uyğun ## ### 2020-ci il tarixdən Səlimova Gülbacı Şirbəy qızı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot Idarəsində böyük məsləhətçi vəzifəsinə sınaq müddəti ilə təyin edilmişdir.
4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2020-ci il tarixli *********** nömrəli əmrinə əsasən, Səlimova Gülbacı Şirbəy qızı ## #### 2020-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot Idarəsinin Məlumatlandırma müraciətlərin cavablandırılması sektorunda böyük məsləhətçi vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmiş və ona dövlət qulluqçularının inzibati vəzifələrinin yeddinci təsnifatı üzrə “R” ixtisas dərəcəsi verilmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ##.##.2020-ci il tarixli *********** nömrəli əmrinə əsasən, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Idarələrinin və yerli bölmələrinin işçilərinin 2020-ci il ## #### tarixdən öz arzuları ilə tutduqları vəzifələrdən azad edilmələri və müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi (siyahı əlavə olunur), Əmək müqaviləsinə xitam verilmiş dövlət qulluqçuları ilə təhvil-təslim işlərinin və son haqqhesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Həmin əmrə əsasən, Səlimova Gülbacı Şirbəy qızı tutduğu vəzifədən azad edilmiş və dövlət qulluğuna xitam verilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn ixtisaslaşdırılmış mərkəzi filiallarında müvafiq vəzifələrə təyinatların aparılması haqqında ##.##.2020-ci il tarixli, *********** nömrəli əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə, 47-ci maddesinin "f” bəndinə və 51-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Səlimova Gülbacı Şirbəy qızı 2020-ci il # ###### tarixindən Azəbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin "Çağrı mərkəzi” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə təyin edilmişdir.
7. Cavabdeh (işəgötürən) ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialında Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin Sığorta olunanlara dəstək şöbəsinin Əsas baş mütəxəssisi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, Bu Əmək müqaviləsi "47.f tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə (Az. Res. Əmək Məcəlləsi)" bəndində qeyd olunan səbəbə görə ##.##.2020 tarixindən ##.##.2024 tarixinədək 4 il 1 gün müddətinə bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən, işçiyə hər ay 2600 manat məbləğdə əmək haqqı ödənilir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh ##.##.2025-ci il tarixli 3- **-*/*-*-***/**** nömrəli əmrinə əsasən, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir.
9. ******* nömrəli əmək kitabçasından görünür ki: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ##.##.2021-ci il tarixli, *********** nömrəli əmrinə əsasən, Səlimova Gülbacı Şirbəy qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən DSMF-nin SSFUMF-nın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin "Çağrı mərkəzi” şöbəsinin böyük mütəxəssisi vəzifəsinə keçirilmişdir.
10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ##.##.2022-ci il tarixli *********** nömrəli əmrinə əsasən, Səlimova Gülbacı Şirbəy qızı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun SSFUMF-nın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin Sığortaedənlərə dəstək şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir.
11. Cavabdeh tərəfindən İddiaçı e-sosial.gov.az saytı vasitəsilə ünvanlanmış ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cu maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. Bununla əlaqədar bildirilmişdir ki, onunla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında bağlanmış 2020-ci il ## ###### tarixli müddətli əmək müqaviləsinin müddətinin 2025-ci il ## ###### tarixində bitdiyini nəzərə alaraq, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən 2025-ci il ## ###### tarixində xitam veriləcəkdir. Nəzərə alınması xahiş olunmuşdur.
12. Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini X8, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Hüquq, kadrlarla iş və təhlil departarnentinin müdiri X6 və Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin müdiri X2 tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktor müavini X8 tərəfindən Filialın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin Sığortaedənlərə dəstək şöbəsinin baş mütəxəssisi Səlimova Gülbacı Şirbəy qızı dəvət olunmuş, Filialın Hüquq, kadrlarla iş və təhlil departamentinin müdiri X6 və Filialın Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin müdiri X2 iştirakı ilə G.Səlimovaya Fondun ## ###### 2025ci il tarixli *-**-*/*-*-***/**** nömrəli əmri ilə əmək müqaviləsinə xitam verilməsi elan edilmişdir. Aktın doğruluğunu öz imzaları ilə təsdiq edirlər.
13. “xxxx” ASC tərəfindən verilmiş *** nömrəli, ##.##.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh tərəfindən Səlimova Gülbacı Şirbəy qızının hesabına 2039,85 (iki min otuz doqquz manat səksən beş qəpik) manat məbləğində pul köçürülmüşdür.
14. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Informasiya X9 X4 tərəfindən İddiaçı elektron poçt vasitəsilə ünvanlanmış məktubdan görünür ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - Fond) daxil olmuş ## ###### 2025-ci il tarixli elektron müraciətinə Fondda aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə muəyvən edilmiş vəzifələrin, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər. Eyni zamanda, intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Bununla əlaqədar olaraq, davamiyyətlə bağlı əmək və icra intizamını pozduğuna görə 2024-cü iI 11 iyun tarixində ona yazılı xəbərdarlıq edilmiş, "Azərbaycan Respublikasının Əmək və X10 Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları"nın tələbləri ilə bağlı əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə isə 2024cü il ## ###### tarixində ona töhmət intizam tənbeh tədbiri tətbiq olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, onunla 2020-ci il ## ###### tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-cı maddəsinin “f" bəndinə uyğun olaraq tərəflərin qarşılıqlı razılığı ilə bağlanmış müddətli əmək müqaviləsinə 2025-cı il ## ###### tarixində həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq müddətinin qurtarması əsası ilə xitam verilmiş və son haqq-hesabın aparılması təmin edilmişdir. Ona dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə Nazirliyin tabeliyində X13 yaşadığı ərazi üzrə regional məşğulluq filialına müraciət etməsi tövsiyə olunmuşdur.
15. 16. Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli, MŞB/3/2025- ***** nömrəli “Ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışına əsasən, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir.
16. Cavabdeh tərəf ## ###### 2025-ci il tarixli iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək iddiaçı İddiaçı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
17. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi və məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Iddia onunla əsaslandırılmışdır ki, ## ###### 2023-cü il tarixində İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Məlumatlandırma və müraciətlərin qəbulu departamentinin Sığortaedənlərlə dəstək şöbəsində baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. ## ###### 2025-ci il tarixdə cavabdeh Fondun əmri ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsasına (AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi) istinad edilərək xitam verilmişdir. Lakin həmin xitam qanunvericiliyin imperativ tələblərinə zidd olaraq həyata keçirilmiş və onun əmək hüquqları ciddi şəkildə pozulmuşdur. Müddətli əmək müqaviləsi müddəti bitdikdə öz-özünə xitam verilmir. Tərəflərdən biri müqavilənin müddətinin başa çatmasına ən azı bir həftə qalmış qarşı tərəfə bu barədə yazılı şəkildə məlumat verməzsə, həmin müqavilə: -ya əvvəlki müddətə avtomatik olaraq uzadılmış, - ya da Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən müddətsiz hesab olunur. Nəzərə alınmalıdır ki, bu norma imperativ xarakterlidir, yəni tərəflərin razılığı ilə dəyişdirilə bilməz və işəgötürənin bu məsuliyyətdən birtərəfli şəkildə yayınması hüquqi nəticə doğurmur. Halbuki cavabdeh orqan tərəfindən ona əmək müqaviləsinin müddətinin bitdiyinə dair heç bir yazılı bildiriş təqdim olunmamış, yalnız xitam verilən gün, daha dəqiq desək ##.##.2025 tarixində axşam saat 17:00-17:30 radələrində ona bu barədə məlum olmuşdur. Göründüyü kimi cavabdeh tərəf bu münasibətlərə birtərəfli qaydada son verməklə, qanuni xəbərdarlıq etmədən, onu əvvəlcədən məlumatlandırmadan və hüquqi müdafiə imkanlarını məhdudlaşdıraraq əmək hüquqlarını pozmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş əmr ləğv olunmalı və onun işə bərpa olunmağı təmin olunmalıdır. AR ƏM-nin 300-cü maddəsinə görə işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərsə, əmək mübahisəsini həll edən məhkəmə işçinin iddia tələbi üzrə bütün faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə məhkəmə aktı çıxarır. Göründüyü kimi əmək münasibətlərini tənzimləyən qanunvericilik məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini nəzərdə tutmuşdur. Bu prinsip əsasında mübahisələndirilən əmrin ləğvi ilə yanaşı, həmçinin onun məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, inzibati orqanın təbii haldır ki, dövlət qulluqçusu, xüsusi rütbəli şəxs və ya hərbi qulluqçu statusunda olan şəxslərə münasibətdə qəbul etdiyi aktların və ya faktiki xarakterli hərəkət və hərəkətsizliyin publiklik əlaməti xüsusiyyətinə malik olması şübhə doğurmamaqla hazırkı icraat qaydasında baxılması üçün də əsas yaratmış olur. Səbəb isə onunla bağlıdır ki, inzibati orqan qeyd olunan statusa malik şəxslərə münasibətdə bərabərtərəfli subyekt hesab edilmir, hakimiyyət səlahiyyətinə malikdir, tərəflər arasında tənzimlənən mübahisə publiklik əlaməti daşıyır. Lakin, işəgötürən inzibati orqan olsa belə hərbi qulluqçu, xüsusi rütbəli şəxs olmayan, dövlət qulluqçusu və ya bələdiyyə qulluqçusu statusunda olmayan işçiləri kimi mülki işçilərinə münasibətdə hər hansı hakimiyyət səlahiyyətinə malik olmur, münasibət publiklik əlaməti daşımır və ən əsası da həmin münasibətlərin, eləcə də aralarında yaranmış mübahisənin tərəfləri kimi hər ikisi bərabərtərəfli subyekt qismində, yəni işəgötürən və işçi qismində çıxış edir. Qeyd olunmalıdır ki, ilkin mərhələdə onun işə qəbulu dövlət qulluğu üzrə müsahibə əsasında həyata keçirilmişdir. Lakin daha sonra işlədiyi Dövlət Sosial Müdafiə Fondu təşkilatihüquqi statusuna dəyişiklik edərək publik hüquqi şəxs formasında fəaliyyətini davam etdirmişdir. Bu dəyişiklik nəticəsində fondun işçiləri, o cümlədən o, artıq dövlət qulluqçusu deyil, əmək münasibətləri əsasında çalışan işçi statusuna malik olmuşlar. Bu mənada artıq onun və işəgötürənin arasında yaranmış münasibətlər inzibati-hüquqi deyil, əmək və mülki hüquqi münasibətlər xarakteri daşıyır. Nəticə etibarilə, bu münasibətlərdən irəli gələn mübahisələrə inzibati məhkəmə deyil, mülki məhkəmə baxmalıdır.
19. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat ona ##.##.2025-ci il tarixində verilmişdir. Bundan başqa iş materiallarında olan Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli MŞB/*/****- ***** nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, müvafiq mübahisə üzrə mediasiyanın tətbiqi barədə təklif ##.##.2025-ci il tarixində, ilkin mediasiya sessiyası üçün ərizə isə ##.##.2025-ci il tarixində Fonda göndərilmişdir. Bundan sonra həmin mediasiya təşkilatı tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Sonda iddia ərizəsindən görünür ki, iddiaçı hazırki tələblə Fonda qarşı ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iş üzrə araşdırılmış hallarla müəyyən edilir ki, hazırkı mübahisə üzrə iddia müddətinin axımı ##.##.2025-ci tarixindən başlanmış, iddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 22 gün sonra, yəni ##.##.2025-ci il tarixində müvafiq mübahisə üzrə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, ##.##.2025-ci il tarixində isə mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından arayış verilmiş və həmin tarixdən iddia müddətinin axımı bərpa olunmuşdur. Hazırkı iddia tələbi üzrə iddia müddətinin 1 ay olması əsas götürüldükdə, hələ mediasiya təşkilatına müraciət edənədək 22 günü ötmüş iddiaçının mediasiya işi yekunlaşdıqdan sonra məhkəməyə müraciət etməsi üçün təxmini olaraq 8-9 günü qalmasına baxmayaraq o, ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini təxmini olaraq 2 ay ötürmüşdür. Odur ki, *(***)-****/**** nömrəli iş üzrə iddiaçı İddiaçı "əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasına iddia müddətinin tətbiq edilməsini və tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Həmçinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki cavabdeh tərəfindən iddiaçının hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməsi üzrə ərizə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il ## ###### tarixli *** nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir.Istinad olunan Nizamnamənin 1.1-ci bəndində qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yuxarıda qeyd olunan Nizamnamənin 4.11.11-ci bəndinə əsasən, X5 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, onun iddia tələbinin hüquqi əsası onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı işəgötürən Fond tərəfindən Məcəllənin 73-cü maddəsinin tələblərinin pozulması, daha dəqiq desək, maddənin dispozisiyasının şərtlərinə əmək edilməməklə əmək müqaviləsinə xitam verilən ##.##.2025-ci il tarixə azı bir həftə qalmış ona bu barədə xəbərdarlıq edilməməsidir. Iddiaçının iddia tələbi ilə razılaşmayaraq bildiririk ki, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin müvafiq tələbləri gözlənilərək bu barədə ##.##.2025-ci ii tarixində e-sosial.gov.az informasiya sistemində olan “işəgötürən və işçilər arasında rəsmi yazışmalar’’ bölməsi vasitəsilə rəsmi şəkildə məlumat verilmişdir (çıxarış əlavə edilir). Göründüyü kimi, hazırkı mübahisə üzrə cavabdeh-işəgötürən Fond tərəfindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət olunmuşdur. Odur ki, *(***)-****/**** nömrəli iş üzrə iddiaçı İddiaçı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Iddiaçı İddiaçı iddia müddətinin ötürülməsini üzrlü hesab edilməsi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, *(***)-****/**** nömrəli mülki iş üzrə işə bərpa olunmağı ilə bağlı hüquqlarımın müdafiəsi üçün vəkil vəkil3lə müqavilə bağlamışdır. Müqavilə ## ###### 2025-ci il tarixdə bağlanılmışdır. (Müqavilənin bağlanması üçün köçürülmüş pul vəsaitini təsdiq edən məxaric qəbzi və ##.##.2025-ci il tarixli vəkilə verilən etibarnamə qoşma olaraq ərizəyə əlavə edilir). O, mütəmadi olaraq işlərin gedişi ilə maraqlanırdı və vəkili hər şeyin yolunda getdiyini və iddia ərizəsinin göndərildiyini deyirdi. Aila vəziyyəti ilə əlaqədar işlərin icrasını özüm apara bilmirdi və hüquqlarından istifadə edib nümayəndə, vəkil ilə müqavilə bağlamışdır. Lakin, sonradan ona məlum olmuşdur ki, əslində sənədlər qarşıq salınaraq göndərilmiş hesab edilmiş, əslində göndərilməmiş və gec göndərilmişdir. Bununla da onun hüquqları pozulmuşdur. Qeyd edir ki, o, vaxtında müraciət etmişdir və vacib əhəmiyyətli yanılmanın səbəbkarı o deyildir. Mülki iş isə birbaşa onun hüquqlarının müdafiəsi ilə əlaqədar olduğu üçün vəkilin səhlənkarlığı onun hüquqlarının pozulması səbəbi kimi əsas götürülməli deyil. Çünki, tərəfindən bütün addımlar zamanında atılmışdır. Bundan əlavə, vəkil vəkil3lə müqaviləmə xitam verib, etibarnaməni ləğv etmişdir. Hal-hazırda hüquqlarının müdafiəsi üçün "Alyans" Vəkil Bürosunun vəkili vəkil2 ilə yeni müqavilə bağlamışdır. Odur ki, iddia müddətinin ötürülməsi səbəbi bilavasitə onun səhvindən qaynaqlanmadığı və onun hüquqlarının pozulmasına səbəb olduğu üçün üzürlü hesab edilməsini xahiş etmişdir.
22. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 məhkəməyə elektron kabinet vasitəsilə iddia müddətinin ötürülməsini üzrlü hesab edilməsi barədə ərizə ünvanlayaraq, bildirmişdir ki, Iddiaçı iş üzrə ilk olaraq ## ###### 2025-ci il tarixində vəkil vəkil3 ilə müqavilə bağlayaraq, hüquqlarının mediasiya qurumu və məhkəmədə müdafiəsini vəkil vəkil3 həvalə etmişdir. Vəkil tərəfindən mediasiyaya vaxtında müraciət edilsə də, mediasiya arayışını aldıqdan sonra məhkəməyə gec müraciət edilmiş. nəticədə isə iddia müddəti ötürülmüşdür. Lakin müddətin ötürülməsi Iddiaçının təqsirindən baş verməmişdir. Iddiaçı vəkillə maraqlandıqda iş üzrə lazımi hərəkətlərin edildiyi və hər şeyin qaydasında olduğu bildirilmişdir. Daha sonra iddiaçı bir müddət heç bir məktub gəlmədiyini görərək özünə elektron məhkəmə profili yaratmış və ona məlum olmuşdur ki, ərizə məhkəməyə gec göndərilmişdir. Bu barədə məlumat aldıqdan sonra vəkil vəkil3lə müqaviləni ləğv edərək, mənimlə müqavilə bağlamış və məhkəmədə hüquqlarının müdafiəsini mənə tapşırmışdır. Qeyd olunanlarla bağlı iddiaçı və vəkil vəkil3 də məhkəməyə ərizə ilə müraciət edərək, bu halı qeyd etmiş və təsdiq etmişlər. Bundan əlavə məhkəməyə təqdim edilmiş etibarnamə, qəbz və "whatsapp" tətbiqi vasitəsilə yazışmalardan da müəyyən olunur ki, iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı vaxtında vəkilə müraciət etmişd və müqavilə bağlamış, lakin vəkil tərəfindən müqavilə gec rəsmiləşdirilmiş və ərizə məhkəməyə gec göndərilmişdir. Hesab edir ki, iddiaçı iddia müddətini ötürməmək üçün üzərinə düşən bütün hərəkətləri etmişdir, vəkil məsuliyyətsizliyi iddiaçının haqsız olaraq işdən azad edilməsi halını gözardı edə bilməz. Belə ki, Iddiaçı daimi dövlət qulluğunda olmuş, onun müqaviləsi müddətsiz hesab olunmalı müqavilə olduğundan iddiaçı haqsız olaraq işdən azad edilib və qanunsuz olaraq onunla əmək müqaviləsinə xitam verilib. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərarından da görünür ki, Ali Məhkəmə iddiaçı ilə eyni filialda işləmiş və işdən azad edilmiş işçinin müqaviləsinin müddətsiz müqavilə olduğu qənaətinə gəlmişdir. Həmin işin halları hazırki işin halları ilə eynilik təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən İddiaçı AR ƏƏSMN Cavabdeh PHŞ-yə qarşı "əmrin ləğvi, işə bərpa və s." tələbinə dair mülki iş üzrə buraxılmış iddia müddətini üzrlü hesab edilməsini xahiş etmişdir.
23. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh İddiaçı tutduğu vəzifədən azad olunması haqqında ## ###### 2025-ci il tarixli 3-17- */*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh əvvəlki vəzifəsinə bərpa edilməsi, ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxmaya görə hesablanmış əmək haqqının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı və onun nümayədəsi və vəkili isə məhkəməyə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə ünvanlayaraq, iş üzrə buraxılmış iddia müddətinin üzrlü hesab edilməsini xahiş etmişdirlər.
25. Iddia tələbinin mahiyyəti üzrə araşdırmaya başlamazdan və əsaslılığına qiymət verməzdən əvvəl, cavabdeh tərəfindən tətbiqi xahiş olunan iddia müddətinin ötürülməsinin üzrlü olubolmaması məsələsinə hüquqi qiymət verilməsi zəruridir.
26. Iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı aldığı halda, məhkəməyə ## #### 2025-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, işə bərpa tələbi ilə məhkəməyə müraciət üçün müddət 1 aydır. Bu müddət Mediasiya haqqında Qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesinin gedişatında mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi ##.##.2025-ci il tarixdən mediasiya arayışının verildiyi ##.##.2025-ci il tarixinədək dayandırılmışdır.
27. Müəyyən edilmişdir ki, iddiaçı öz hüquqlarının pozulduğu ##.##.2025-ci il tarixdən 10 gün sonra ##.##.2025-ci il tarixdə vəkil vəkil3 müraciət etmiş və ##.##.2025-ci il tarixdə ona etibarnamə vermiş, beləliklə də hüquqi yardım almaq üçün qətiyyətli addım atmışdır. Iş materiallarında olan yazışmalardan və etibarnamanin surətindən qeyd olunan fakt öz təsdiqini tapır. Lakin məhkəməyə təqdim edilmiş sənədlər və iddiaçının birinci vəkili vəkil3 etiraf xarakterli ərizəsi ilə sübut olunur ki, iddia müddətinin ötürülməsi məhz vəkilin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, iş materiallarında olan “Fides Vəkil Bürosu” tərəfindən verilmiş ******* nömrəli orderdən də görünür ki, tərəflər arasında müqavilə ##.##.2025-ci il tarixdə bağlanılmış, ##.##.2025-ci il tarixdə isə vəkil vəkil3 hüququ yardım göstərilməsi üçün order verilmişdir. Vəkil öz ərizəsində də qeyd etmişdir ki, o məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edilməsini zəruri görərək əvvəlcə sadəcə etibarnamə almaqla kifayətlənmiş, daha sonra isə order almış, lakin onun səhlənkarlığı nəticəsində məhkəməyə iddia ərizəsilə vaxtında müraciət edilməmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 133.1-ci maddəsinə əsasən, Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
29. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə müraciət üçün buraxdığı iddia müddəti üzrlü hesab edilməli və tələbin mahiyyəti üzrə araşdırılmasına başlanılmalıdır.
30. Məhkəmə iddia tələbini əsaslı hesab edərək, qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Lakin həmin maddədə qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Müəyyən olunmuşdur ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməmişdir. Belə ki, iddiaçı 2019cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda stajçı kimi işə başlamışdır. Daha sonra ##.##.2020-ci il tarixli *********** nömrəli əmrlə dövlət qulluqçusu kimi işə qəbul edilmiş, lakin Fondun publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar ##.##.2020-ci il tarixli əmrlə dövlət qulluğuna xitam verilmiş və bundan qısa müddət sonra, yəni ##.##.2020-ci il tarixindən etibarən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. Iddiaçı faktiki olaraq daimi dövlət qulluğundan mülki işçi statusuna keçid etmiş və 4 ildən artıq eyni funksiyanı icra etmişdir. Onun faktiki olaraq işləməyə başladığı ##.##.2019-cu il tarixdən isə 5 ildən çox müddət keçmiş, beləliklə də işçi fasiləsiz olaraq 5 ildən artıq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda işləmişdir.
31. Həmin müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Uzun müddət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur və ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Ona görə də məhkəmə hesab edir ki, ##.##.2020-ci il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış hesab edilməlidir. Müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuna uyğun deyil. Odur ki, qeyd olunan əmr ləğv edilməli və iddiaçı İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir.
32. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
33. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.3, 12.1, 45.1, 45.2, 45.3, 45.4, 45.5, 47-ci maddəsinin f) bəndinə, 11-ci maddəsinin “b” bəndinə, 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73.1, 73.2, 83.1, 83.2, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli Qərarına, MPM-in 14.2, 77.1, 133.1, 133.4, 217.3 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
34. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)- ****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, müddətli əmək müqaviləsinə həmin müqavilədə nəzərdə tutulmuş müddət qurtardıqda xitam verilir. Müddət qurtardıqdan sonra müqavilə 2 şərt mövcud olduqda uzadılmış hesab olunur: 1. Müddət qurtardıqdan sonra işçi və işəgötürən arasında əmək münasibətləri davam etdirildikdə; 2. Əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmışa qədər tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada xəbərdar etmədikdə. Istinad olunan qanunvericilik normalarının əlaqəli təhlilindən də göründüyü kimi, işçi ilə bağlanmış əmək müqaviləsində göstərilən müddətin bitməsinə azı bir həftə qalmışadək ona müddətlə əlaqədar xitam barədə məlumat verən işəgötürən əmək münasibətlərinə müddətin bitməsinə görə xitam verilməsini tələb etməkdə haqlıdır. Iddiaçının iddia ərizəsinin məzmunundan görünür ki, onun iddia tələbinin hüquqi əsası onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı işəgötürən Fond tərəfindən Məcəllənin 73-cü maddəsinin tələblərinin pozulması, maddənin dispozisiyasının şərtlərinə əmək edilməməklə əmək müqaviləsinə xitam verilən ##.##.2025-ci il tarixə azı bir həftə qalmış ona bu barədə xəbərdarlıq edilməməsidir. Bununla razılaşmayaraq bildirir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin müvafiq tələbləri gözlənilərək bu barədə ##.##.2025-ci il tarixində e-sosial.gov.az informasiya sistemində olan “işəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsi vasitəsilə rəsmi şəkildə məlumat verilmiş, qeyd olunanlarla bağlı müvafiq sübut birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, hazırkı mübahisə üzrə Fond tərəfindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət olunmuşdur. Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin Məcəllənin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.4-cü maddəyə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Işə birinci instansiya məhkəməsi qismində baxmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddi normalarının tətbiq edilməsinə dair mövqeyi ilə razılaşmayaraq bildirir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin kontekstində yanaşdıqda müəyyən olunur ki, hətta işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğu hallarda belə tərəflər əmək müqaviləsini qarşılıqlı razılıq əsasında müddətli bağlaya bilərlər. Iddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüq uq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il # #### tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il # ### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. Iddia ərizəsinin məzmunundan görünür ki, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat ona ##.##.2025-ci il tarixində verilmişdir. Bundan başqa iş materiallarında olan Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli MŞB/*/****-***** nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, müvafiq mübahisə üzrə mediasiyanın tətbiqi barədə təklif ##.##.2025-ci il tarixində, ilkin mediasiya sessiyası üçün ərizə isə ##.##.2025-ci il tarixində Fonda göndərilmişdir. Bundan sonra həmin mediasiya təşkilatı tərəfindən iddiaçıya ##.##.2025-ci il tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Sonda iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələblə Fonda qarşı ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iş üzrə araşdırılmış hallarla müəyyən edilir ki, hazırkı mübahisə üzrə iddia müddətinin axımı ##.##.2025-ci il tarixindən başlanmış, iddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 22 gün sonra, yəni ##.##.2025-ci il tarixində müvafiq mübahisə üzrə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, ##.##.2025-ci il tarixində isə mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından arayış verilmiş və həmin tarixdən iddia müddətinin axımını bərpa olunmuşdur. Hazırkı iddia tələbi üzrə iddia müddətinin 1 ay olması əsas götürüldükdə, hələ mediasiya təşkilatına müraciət edənədək 22 günü ötmüş iddiaçının mediasiya işi yekunlaşdıqdan sonra məhkəməyə müraciət etməsi üçün təxmini olaraq 8-9 günü qalmasına baxmayaraq o, ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini təxmini olaraq 2 ay ötürmüşdür. Iddiaçı tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə dair məhkəmənin mövqeyini qanunvericiliyin tələblərinə ziddi hesab edərək bildirir ki, ##.##.2025-ci il tarixində vəkil vəkil3 müraciət etmiş və ##.##.2025-ci il tarixində ona etibarnamə vermiş iddiaçının hüquqi yardım almaq üçün qətiyyətli addım atdığı qənaətinə gələrkən məhkəmə işin hallarını lazımi şəkildə qiymətləndirilməmişdir. Belə ki, hüquqi yardımın göstərilməsinə dair Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsində qeyd olunur ki, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Işin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir. Işin araşdırılmış hallarından və iddiaçının ikinci vəkilinin məhkəmə iclasında olan izahatından müəyyən olunur ki, iddiaçı ilə ilk vəkili olan vəkil3 arasında hüquqi xidmətin göstərilməsi haqqında müqavilə mövcud olmamışdır. Digər tərəfdən onu da qeyd etməyi zəruri hesab edir ki, nə hazırkı tələbin xüsusiyyətləri, nə də onun məhkəmə aidiyyəti üzrə qanunvericilikdə vəkilin məcburi iştirakı imperativ şəkildə tələb olunmadığından mövcud vəziyyətdə vəkillə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamamış iddiaçının iddia müddətin ötürülməsinə dair səhlənkarlığı vəkillə əlaqələndirməyi əsaslı deyil. Belə olan halda müvafiq iddia növləri üzrə qanunvericilikdə imperativ şəkildə təsbit olunmuş iddia növlərinin tətbiq olunmasının bir əhəmiyyəti qalmaz. Bu halda məhkəmənin mövqeyinin əksinə olaraq iddiaçının müddətin ötürülməməsinə görə qətiyyətli addım atması halını istisna edir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən işin bütün hüquqi və faktiki hallarına əsaslanan etiraz, eyni zamanda bu halları ehtiva edən sübutlar məhkəməyə təqdim olunmuşdur. Buna baxmayaraq, hakim tərəfindən sözügedən etiraz və sübutlara münasibət bildirilməmiş, qətnamənin qəbul edilməsi əsasları kimi yalnız iddiaçının lehinə şərh oluna biləcək hallar sadalanmışdır. Əlavə olaraq, cavabdeh tərəfindən iddiaçının müvafiq prosessual müddəti buraxmasına dair əsaslı faktlar və sübutlar təqdim edilsə də, məhkəmənin mövqeyi sadəcə olaraq həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı təqdim edilmiş sənədlərə qiymət verməyə yönəlmişdir. Iddia müddətinin ötürülməsi ilə bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi dəlillərdən biri də iddiaçının ilk vəkili ilə razılıq əldə etdiyinə və müvafiq müddətin vəkilin səhlənkarlığı səbəbindən buraxılmasına dair həmin vəkilin məhkəməyə ünvanladığı ərizədən ibarətdir. Qeyd olunan ərizəyə mövqeyi iddia müddətinin buraxılmasının üzrlü hesab edilməsi yönündə olan məhkəmə tərəfindən qiymət verilən zaman həmin ərizədə vəkil tərəfindən yazılanlar etirafedici izahat kimi qəbul olunmuş və sübut kimi qiymətləndirilmişdir. Sübutların qiymətləndirilməsinə dair analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli 2(102)- ****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqe qeyd olunur ki, mülki-prosessual qanunvericiliyə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən etmək üçün istinad edilən məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (MPM, 76.1, 76.2) Yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. (MPM, 89.1) Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. (MPM, 104.1) Mülki prosessual qanunvericilik sübutların dairəsini müəyyən etməklə , yazılı sübutu şahid ifadələrindən fərqlənmişdir. Kimlərin şahid olması və şahidin dindirilmə qaydası, eləcə də yazılı sübutların nədən ibarət olması qanunvericilikdə dəqiq göstərilmişdir. Buna görə də, şahid qismində dindirilməli olan şəxsin notarial qaydada verdiyi ərizə onun məhkəmədə şifahi qaydada dindirilməsi ilə eyni tutula bilməz. Ümumiyyətlə, şahid qismində dindirilməli olan şəxsin notarial qaydada verdiyi ərizənin MPM-in 89.1-ci maddəsində nəzərdə tutulmuş yazılı sübut qismində qəbul edilməsi qanunvericiliyin qeyd edilən normalarına ziddir. Əks yanaşma, hər iki sübut növünün hüquqi təbiətinə zidd olmaqla yanaşı, MPM-in sübutların mümkünlüyü ilə bağlı 81-ci maddəsinin də əhəmiyyətini heçə endirir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, şahidin notarial qaydada təsdiq edilmiş ərizəsi MPM-in 89.1-ci maddəsində nəzərdə tutulmuş yazılı sübutlar kimi notariat qaydasında təsdiq olunmuş “sair sənəd və materiallar” anlayışı ilə də əhatə olumur. Notariat qaydasında təsdiq olunmuş “sair sənəd və materiallar” dedikdə, hər bir halda faktı təsdiq edən sxemlər, plan-cizgilər, layihə sənədləri və s. başa düşülməli, lakin heç bir halda şəxsin notarial qaydada verdiyi ərizə başa düşülməməlidir. Məhkəmə yekun nəticəyə gəldiyi qətnaməsində iddianı əsaslı hesab edərək qeyd edir ki, müvafiq müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır. Uzun müddət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur və ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Bildirir ki, məhkəmənin işçini əmək münasibətlərində zəif tərəf hesab etməsi tamamilə əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərinhüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Normanın məzmunundan da aydındır ki, işçi və işəgötürən arasında yaranan əmək münasibətləri tərəflərin hüquq bərabərliyinə əsaslanır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** nömrəli qərarının 58-59-cu bəndlərində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi v ə digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürən faktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. Işçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim A.N.Imanovun sədrliyi və məruzəsi ilə, hakimlər S.R.Səlimova və A.Ə.Isgəndərovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı və onun nümayədəsi və vəkili isə məhkəməyə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə ünvanlayaraq, iş üzrə buraxılmış iddia müddətinin üzrlü hesab edilməsini xahiş etmişdirlər.
38. Hazırda cavabdeh iddia müddətinin tətbiq edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq şikayətin dəlili qismində bu halı qeyd etmişdir.
39. Kollegiya şikayətin dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı aldığı halda, məhkəməyə ## #### 2025-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, işə bərpa tələbi ilə məhkəməyə müraciət üçün müddət 1 aydır. Bu müddət Mediasiya haqqında Qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesinin gedişatında mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi ##.##.2025-ci il tarixdən mediasiya arayışının verildiyi ##.##.2025-ci il tarixinədək dayandırılmışdır. Iddiaçı öz hüquqlarının pozulduğu ##.##.2025-ci il tarixdən 10 gün sonra ##.##.2025-ci il tarixdə vəkil vəkil3 müraciət etmiş və ##.##.2025-ci il tarixdə ona etibarnamə vermiş, beləliklə də hüquqi yardım almaq üçün qətiyyətli addım atmışdır. Iş materiallarında olan yazışmalardan və etibarnamanin surətindən qeyd olunan fakt öz təsdiqini tapır. Təqdim edilmiş sənədlər və iddiaçının birinci vəkili vəkil3 etiraf xarakterli ərizəsi ilə sübut olunur ki, iddia müddətinin ötürülməsi məhz vəkilin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, iş materiallarında olan “Fides Vəkil Bürosu” tərəfindən verilmiş ******* nömrəli orderdən də görünür ki, tərəflər arasında müqavilə ##.##.2025-ci il tarixdə bağlanılmış, ##.##.2025-ci il tarixdə isə vəkil vəkil3 hüququ yardım göstərilməsi üçün order verilmişdir. Vəkil öz ərizəsində də qeyd etmişdir ki, o məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edilməsini zəruri görərək əvvəlcə sadəcə etibarnamə almaqla kifayətlənmiş, daha sonra isə order almış, lakin onun səhlənkarlığı nəticəsində məhkəməyə iddia ərizəsilə vaxtında müraciət edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının məhkəməyə müraciət üçün buraxdığı iddia müddətini üzrlü hesab etməklə tələbi mahiyyəti üzrə araşdırmışdır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
41. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən, Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir.
42. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Iddiaçı ilə əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalı idi. Belə ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəllidir. Həmin maddədən öründüyü kimi, Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən edilmiş hallar istisnadır. 47-ci maddənin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Yəni hər bir qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə olunmuş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanmasına əsas verir. Iş materialları ilə müəyyən edilir ki, qarşılıqlı razılıq əldə edilərkən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməyib. Belə ki, iddiaçı 2019-cu ildən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda stajçı kimi işə başlamışdır. Daha sonra ##.##.2020-ci il tarixli *********** nömrəli əmrlə dövlət qulluqçusu kimi işə qəbul edilmiş, lakin Fondun publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədar ##.##.2020-ci il tarixli əmrlə dövlət qulluğuna xitam verilmiş və bundan qısa müddət sonra, yəni ##.##.2020-ci il tarixindən etibarən müddətli əmək müqaviləsi ilə işə qəbul edilmişdir. Iddiaçı faktiki olaraq daimi dövlət qulluğundan mülki işçi statusuna keçid etmiş və 4 ildən artıq eyni funksiyanı icra etmişdir. Onun faktiki olaraq işləməyə başladığı ##.##.2019-cu il tarixdən isə 5 ildən çox müddət keçmiş, beləliklə də işçi fasiləsiz olaraq 5 ildən artıq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunda işləmişdir.
43. Məhkəmə onu da qeyd etmişdir ki, həmin müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilib-edilmədiyi araşdırılmalıdır.
44. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaraşaq hesab etmişdir ki, uzun müddət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur və ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli qərarında qeyd olunur ki: “... əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər.”
46. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, birinci instansiya haqlı olaraq hesab etmişdir ki, müqavilə müddətsiz sayıldığına görə işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi qanuna uyğun deyil. Odur ki, qeyd olunan əmr ləğv edilməli və iddiaçı İddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi də əsaslıdır.
47. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
49. Kollegiya hesab etmişdir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
50. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə, 11-ci maddəsinin “b” bəndinə, 12-ci maddəsinin 1-ci hissəsinə , 45-ci maddəsinin 1-5-ci hissəsinə 47-ci maddəsinin “f” bəndinə, 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 83-cü maddəsinin 1-2-ci hissəsinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 107, 119.1, 384.0.1 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
51. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
52. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.1, 45, 47, 68, 73, 296-cı, və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 89 və 104-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, qanunvericilik normalarının əlaqəli təhlilindən də göründüyü kimi, işçi ilə bağlanmış əmək müqaviləsində göstərilən müddətin bitməsinə azı bir həftə qalmışadək ona müddətlə əlaqədar xitam barədə məlumat verən işəgötürən əmək münasibətlərinə müddətin bitməsinə görə xitam verilməsini tələb etməkdə haqlıdır. Iddiaçının iddia ərizəsinin məzmunundan görünmüşdür ki, onun iddia tələbinin hüquqi əsası onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı işəgötürən Fond tərəfindən Məcəllənin73-cü maddəsinin tələblərinin pozulması, daha dəqiq desək, maddənin dispozisiyasının şərtlərinə əmək edilməməklə əmək müqaviləsinə xitam verilən ##.##.2025-ci il tarixə azı bir həftə qalmış ona bu barədə xəbərdarlıq edilməməsidir. Bununla razılaşmayaraq bildirirlər ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin müvafiq tələbləri gözlənilərək bu barədə ##.##.2025-ci il tarixində esosial.gov.az informasiya sistemində olan “işəgötürən və işçilər arasında rəsmi yazışmalar” bölməsi vasitəsilə rəsmi şəkildə məlumat verilmiş, qeyd olunanlarla bağlı müvafiq sübut birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, hazırki mübahisə üzrə Fond tərəfindəniddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə riayət olunmuşdur.
53. Işə birinci instansiya məhkəməsi qismində baxmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin yuxarıda qeyd olunan maddi normalarının tətbiq edilməsinə dair mövqeyi ilə razılaşmayaraq bildirir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin“f” bəndinin kontekstində yanaşdıqda müəyyən olunur ki, hətta işçinin əmək funksiyası daimi xarakterə malik olduğu qabaqcadan bəlli olan iş kateqoriyalarına aid olduğu hallarda belə tərəflər əmək müqaviləsini qarşılıqlırazılıq əsasında müddətli bağlaya bilərlər.
54. Iddia müddətinin tətbiqi məhkəmə müdafiəsi hüququnun qanuni formada məhdudlaşdırılmasına, yəni hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəblərdən biridir. Belə ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.
55. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7iyul tarixli Qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
56. Iddia ərizəsinin məzmunundan görünmüşdür ki, əmək müqaviləsinə xitam verilməsi barədə məlumat ona ##.##.2025-ci il tarixində verilmişdir. Bundan başqa iş materiallarında olan Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli MŞB/*/****-***** nömrəli“ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, müvafiq mübahisə üzrə mediasiyanın tətbiqi barədə təklif ##.##.2025-ci il tarixində, ilkin mediasiya sessiyası üçün ərizə isə ##.##.2025-ci il tarixində Fonda göndərilmişdir.
57. Bundan sonra həmin mediasiya təşkilatı tərəfindən iddiaçıya ##.##.2025- ci il tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Sonda iddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələblə Fonda qarşı ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Beləliklə iş üzrə araşdırılmış hallarla müəyyən edilir ki, hazırki mübahisə üzrə iddia müddətinin axımı ##.##.2025-ci tarixindən başlanmış, iddiaçı hüquqlarının pozulduğunu bildiyi bu tarixdən 22 gün sonra, yəni ##.##.2025-ci il tarixində müvafiq mübahisə üzrə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, ##.##.2025-ci il tarixində isə mediasiya sessiyasının keçirilməsi mümkün olmadığından arayış verilmiş və həmin tarixdən iddia müddətinin axımını bərpa olunmuşdur. Hazırkı iddia tələbi üzrə iddia müddətinin 1 ay olması əsas götürüldükdə, hələ mediasiya təşkilatına müraciət edənədək 22 günü ötmüş iddiaçının mediasiya işi yekunlaşdıqdan sonra məhkəməyə müraciət etməsi üçün təxmini olaraq 8-9 günü qalmasına baxmayaraq o, ##.##.2025-ci il tarixində məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini təxmini olaraq 2 ay ötürmüşdür. Iddiaçı tərəfindən buraxılmış prosessual müddətinüzrlü hesab edilməsinə dair məhkəmənin mövqeyini qanunvericiliyin tələblərinə ziddi hesab edərək bildiririk ki, ##.##.2025-ci il tarixində vəkil vəkil3 müraciət etmiş və ##.##.2025-ci il tarixində ona etibarnamə vermiş iddiaçının hüquqi yardım almaq üçün qətiyyətli addım atdığı qənaətinə gələrkən məhkəmə işin hallarını lazımi şəkildə qiymətləndirilməmişdir. Belə ki, hüquqi yardımın göstərilməsinə dair Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsində qeyd olunur ki, vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya bu maddənin V hissəsində göstərilən vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Işin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın icra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir.
58. Işin araşdırılmış hallarından və iddiaçının ikinci vəkilinin məhkəmə iclasında olan izahatından müəyyən olunmuşdur ki, iddiaçı ilə ilk vəkili olan vəkil3 arasında hüquqi xidmətin göstərilməsi haqqında müqavilə mövcud olmamışdır.
59. Digər tərəfdən onu da qeyd etməyi zəruri hesab edir ki, nə hazırki tələbin xüsusiyyətləri, nə də onun məhkəmə aidiyyəti üzrə qanunvericilikdə vəkilin məcburi iştirakı imperativ şəkildə tələb olunmadığından mövcud vəziyyətdə vəkillə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamamış iddiaçının iddia müddətin ötürülməsinə dair səhlənkarlığı vəkillə əlaqələndirməyi əsaslı deyil. Belə olan halda müvafiq iddia növləri üzrə qanunvericilikdə imperativ şəkildə təsbit olunmuş iddia növlərinin tətbiq olunmasının bir əhəmiyyəti qalmaz. Bu halda məhkəmənin mövqeyinin əksinə olaraq iddiaçının müddətin ötürülməməsinə görə qətiyyətli addım atması halını istisna edir.
60. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən işin bütün hüquqi və faktiki hallarına əsaslanan şikayət, eyni zamanda bu halları ehtiva edən sübutlar məhkəməyə təqdim olunmuşdur. Buna baxmayaraq, hakim tərəfindən sözügedən şikayət və sübutlara münasibət bildirilməmiş, qətnamənin qəbul edilməsi əsasları kimi yalnız iddiaçının lehinə şərh oluna biləcək hallar sadalanmışdır. Əlavə olaraq, cavabdeh tərəfindən iddiaçının müvafiq prosessual müddəti buraxmasına dair əsaslı faktlar və sübutlar təqdim edilsə də, məhkəmənin mövqeyi sadəcə olaraq həmin müddətin üzrlü hesab edilməsi ilə bağlı təqdim edilmmiş sənədlərə qiymət verməyə yönəlmişdir.
61. Iddia müddətinin ötürülməsi ilə bağlı iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi dəlillərdən biri də iddiaçının ilk vəkili ilə razılıq əldə etdiyinə və müvafiq müddətin vəkilin səhlənkarlığı səbəbindən buraxılmasına dair həmin vəkilin məhkəməyə ünvanladığı ərizədən ibarətdir.
62. Qeyd olunan ərizəyə mövqeyi iddia müddətininburaxılmasının üzrlü hesab edilməsi yönündə olan məhkəmə tərəfindən qiymət verilən zaman həmin ərizədə vəkil tərəfindən yazılanlar etirafedici izahat kimi qəbul olunmuş və sübut kimi qiymətləndirilmişdir.
63. Sübutların qiymətləndirilməsinə dair analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cüil tarixli *(***)-****/**** nömrəli qərarında ifadə olunmuş hüquqi mövqe qeyd olunur ki, mülki-prosessual qanunvericiliyə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını müəyyən etmək üçün istinad edilən məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Məhkəmə yekun nəticəyə gəldiyi qətnaməsində iddianı əsaslı hesab edərək qeyd etmişdir ki, müvafiq müqavilə ilə iddiaçı müddətlə bağlı iradə ifadə etmişdir. Əmək müqaviləsi müddətli bağlanıbsa və bunun əsası kimi tərəflərin qarşılıqlı razılığına istinad olunubsa, mübahisə yarandığı halda mütləq bu razılığın tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə əldə edilibedilmədiyi araşdırılmalıdır. Uzun müddət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda işləyən iddiaçının hansı motivlə əmək müqaviləsinin müddətli bağlanmasına razılıq verməsi sual doğurur və ağlabatan deyildir. Məlumdur ki, iddiaçı işindən məhrum olmamaq üçün məcburiyyət qarşısında qalaraq müddətli əmək müqaviləsi bağlamağa məcbur olub. Bildiririk ki, məhkəmənin işçini əmək münasibətlərində zəif tərəf hesab etməsi tamamilə əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Normanın məzmunundan da aydındır ki, işçi və işəgötürən arasında yaranan əmək münasibətləri tərəflərin hüquq bərabərliyinə əsaslanır.
65. Məhkəmə kollegiyası qəbul edir ki, işçi və işəgötürənfaktiki bərabər vəziyyətdə deyillər. Lakin bu o demək deyildir ki, işçinin əmək münasibətlərinin icrası zamanı vəzifələrini kobud şəkildə pozması halı yaranmışdırsa işəgötürən onunla əmək münasibətlərinə son verə bilməz. Işçinin zəif tərəf olması onun hüquqdan sui-istifadə etməsinə şərait yaratmamalıdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
66. Kassasiya şikayətinə qarşı iddiaçının vəkili və nümayəndəsi etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. (Etiraza order əlavə edilməmişdir)
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
67. Maddə 35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya)
68. Maddə 68,
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;
69. Maddə 73.
1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
70. Maddə 296.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
71. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
72. Maddə 21.6. Tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
73. Maddəı 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.
74. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
75. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
81. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
85. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:
417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
86. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
87. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
88. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
89. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
90. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə araşdırma apararaq hesab edir ki, apelyasiya instansiyası məhjkəməsi maddi və prosessual hüquq normalarının tələbini pozdur.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
91. Belə ki, hazırki iş üzrə mübahisə əmək mübahisəsidir. Iddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindən Dövlət Sosial Müdafiə Fondunun ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli onun əmək müqaviləsinə xitam verilməsi barədə olan əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## ###### 2025-ci il tarixində əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı aldığı halda, məhkəməyə ## #### 2025-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə görə, işə bərpa tələbi ilə məhkəməyə müraciət üçün müddət 1 aydır. Bu müddət Mediasiya haqqında Qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya prosesinin gedişatında mediasiyanın tətbiqi barədə təklifin göndərildiyi ##.##.2025-ci il tarixdən mediasiya arayışının verildiyi ##.##.2025-ci il tarixinədək dayandırılmışdır.
92. Iddiaçı iddia müddətinin bərpası barədə ərizə, cavabdeh tərəf isə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi haqqında ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
93. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz hüquqlarının pozulduğu ##.##.2025-ci il tarixdən 10 gün sonra ##.##.2025-ci il tarixdə vəkil vəkil3 müraciət etmiş və ##.##.2025-ci il tarixdə ona etibarnamə vermiş, beləliklə də hüquqi yardım almaq üçün qətiyyətli addım atmışdır. Iş materiallarında olan yazışmalardan və etibarnamənin surətindən qeyd olunan fakt öz təsdiqini tapır. Lakin məhkəməyə təqdim edilmiş sənədlər və iddiaçının birinci vəkili vəkil3 etiraf xarakterli ərizəsi ilə sübut olunur ki, iddia müddətinin ötürülməsi məhz vəkilin məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, iş materiallarında olan “Fides Vəkil Bürosu” tərəfindən verilmiş ******* nömrəli orderdən də görünür ki, tərəflər arasında müqavilə ##.##.2025-ci il tarixdə bağlanılmış, ##.##.2025-ci il tarixdə isə vəkil vəkil3 hüquqi yardım göstərilməsi üçün order verilmişdir. Vəkil öz ərizəsində də qeyd etmişdir ki, o məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət edilməsini zəruri görərək əvvəlcə sadəcə etibarnamə almaqla kifayətlənmiş, daha sonra isə order almış, lakin onun səhlənkarlığı nəticəsində məhkəməyə iddia ərizəsilə vaxtında müraciət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.4-cü maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə müraciət üçün buraxdığı iddia müddəti üzrlü hesab edilməli və tələbin mahiyyəti üzrə araşdırılmasına başlanılmalıdır.
94. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmışdır.
95. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin mövqeyi ilə razılaşmır.
96. Belə ki, iddia müddətinin bərpa edilməsi tələbi maddi hüquqi xarakterlidir. Maddi hüquq normalarında göstərilən əsaslar mövcud olduqda həmin müddət bərpa edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
97. Həmin maddənin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
98. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin iddiaçı tərəfindən ötürülməsinin həmin maddənin 6-cı hissəsində göstərilmiş hallarla əlaqədar olmasını müəyyən etməmiş, maddi hüquq xarakterli tələb üzrə tətbiq edilməli olmayan normalara - Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.1 və 133.4-cü maddələrinə istinad etməklə buraxılmış iddia müddətini bərpa edilməli olması nəticəsinə gəlmişlər. Halbuki həmin mülki prosessual hüquq normaları prosessual müddətlərə tətbiq edilməlidir.
99. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsini nəzərə alan kassasiya kollegiyası qeyd edir ki, əmək mübahisələrində iddia müddətinin tətbiqi barədə ərizə verilərsə məhkəmənin işə mahiyyəti üzrə baxa bilməsi üçün əvvəlcə iddia müddətinin ötürülübötürülməməsi məsələsini araşdırmalı, iddia müddəti ötürülübsə və bərpa edilməyibsə iddianı əlavə araşdırma aparmadan rədd etməli, iddia müddəti ötürülməyibsə və ya ötürülmüş müddət bərpa edilibsə işə mahiyyəti üzrə baxmalıdır.
100. Məhkəmələr tərəfindən iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyü müəyyən edilib. Lakin ötürülmüş iddia müddətinin bərpası üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməyib. Qeyd edilənlər iddianın rədd edilməsinə əsas verir.
101. Iddia üzrə əmrin ləğvi və işə bərpa tələbləri əsas tələb olmaqla həmin tələblər üzrə iddia rədd edilməli olduğundan, həmin tələblərdən asılı olan məcburi iş buraxma üçün ödənilməmiş əmək haqqı məbləğlərinin ödənilməsi tələbi də rədd edilməlidir.
102. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
103. Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normasının tələbinə zidd olaraq ötürülmüş iddia müddəti bərpa edilərək işə mahiyyəti üzrə baxılmış və iddia təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvini təkrarlayaraq düzgün olmayan məhkəmə qətnaməsi qəbul etmişdir.
104. Ona görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, yeni qərar qəbul edilərək iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası rədd edilməlidir.
105. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və yeni qərar qəbul edilsin. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.