Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-13/2026 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublik ası Maliyyə Nazirliyi) qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4913/2025 nömrəli, 1 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 17 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı 19 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, Tərtər Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra həbsdə saxlanılma müddəti 19 noyabr 2017-ci il tarixədək uzadılmışdır.
2. Cəlilabad Hərbi Məhkəməsi nin xx.xx.2017-ci il tarixli, 1-1(096)-37/2017 nömrəli hökmü ilə, iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 7 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və cəzasının əvvəli 19 may 2017-ci il tarixdən hesablanaraq, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
3. Şirvan Apellyasiya Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 1-1-(106)-10/2022 saylı qərara əsasən Cəlilabad Hərbi Məhkəməsinin 4 dekabr 2017-ci il tarixli hökmü ləğv edilmiş, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(096)-11/2022 saylı qərarına əsasən isə iddiaçıya dair cinayət işinin baxılmasına xitam verilərək, cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 4. 30 iyun 2022-ci il tarixli qərarla İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə xitam verilmişdir.
5. İddiaçı xx.xx.2018-ci ildə 039 nömrəli əmrlə hərbi xidmətdən ehtiyata buraxılmışdır.
6. Bakı Hərbi Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-1(093)-14/2024 nömrəli hökmünə əsasən İddiaçı zərərçəkmiş şəxs qismində tanınmış, həmin hökmlə iddiaçıya 14 gün müddətində işgəncə verilməsi faktı öz təsdiqini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50000 manat kompensasiya məbləğinin, bu müddət ərzində əldə etməli olduğu gəlirlərdən (7 aylıq əmək haqqı və 2 aylıq pu l mükafatı) məhrum edildiyindən maddi ziyana görə 22500 manat və mənəvi ziyana görə 500000 manat pul vəsaitinin dövlət büdcəsi hesabına cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, şərti adı “Tərtər işi” adlanan cinayət işi çərçivəsində qanunsuz və əsassız cinayət təqibinə məruz qalıb, qanunsuz azadlıqdan məhrum edilmişdir və daha sonra ona edilmiş qanunsuzlar nəticəsində hərbi xidmətdən uşaqlaşmaq məcburiyyətində qalmışdır. Hazırda onun psixoloji vəziyyəti pisdir, əsəb pozğunluğundan əziyyət çəkir. İşgəncələr və uzun müddətli qanunsuz həbs nəticəsində əsəbləri pozulmuşdur. Qohumları, tanışları və birlikdə cəza çəkdiyi insanlar onu “Vətən xaini” h esab ediblər, ona nifrətlə baxmış, buna görə də mənəvi iztirab keçirmişdir. Psixoloji durumu çox pisdir, baş verənləri heç cür unuda bilmir, yuxusuzluqdan əziyyət çəkir. Hərbi xidmət zamanı vətən xaini adlandırılaraq işgəncələr gördüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, onun iztirab çəkməyinə səbəb olmuşdur. Onun dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalmağı təkcə onun özündə deyil, həm də ailə üzvləri mənəvi iztirab yaşatmışdır. Bununla da maddi və mənəvi ziyana məruz qalıb, peşəkar hərbçi karyerasından məhrum edilmişdir. Eyni zamandan bu müddət ərzində ailəsində stress və sarsıntı keçirmişdir. Onun hazırda hər hansı maddi gəlir yeri və iş yeri yoxdur. Bakı Hərbi Məhkəməsinin icraatında olan 1-1(093)-153/2023 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu səbəbdən, qanunsuz olaraq həbsə alınmağına, eləcə də 5 may 2017-ci il tarixdən 19 may 2017-ci il tarixədək ona işgəncələr edildiyinə və psixoliji təzyiqlər yetirildiyinə görə mənəvi ziyan məbləği tutulmalı, bundan əlavə təhqiqat, istintaq və məhkəmələrin qanunsuz hərətəkətlərinə görə kompensasiya məbləği müəyyən olunaraq eləcə də bu müddət ərzində əldə etməli olduğu gəlirlərdən (7 aylıq əmək haqqı və 2 aylıq pul mükafatı) məhrum edildiyindən maddi ziyana görə pul vəsaiti cavabdehdən tutularaq ona ödənilməlidir. Ona görə də ona vurulmuş maddi və mənəvi ziyanlara görə kompensasiya və pul vəsaitlərinin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O xidmətdə olduğu müddətdə hər ay üzrə 2500 manat əmək haqqı almalı idi. Bundan əlavə ilin sonu olduğundan ona pul mükafatıda verilməli idi (13-14-cü aylara münasibətdə cəmi 5000 manat). Ancaq, 2017-ci ilin may ayının 5-dən etibarən qanunsuz olaraq həbs edildiyindən və işgəncələrə məruz qaldığından, eyni zamanda sonra 2018-ci ilin yanvar ayının 18-də hərbi xidmətdən uzaqlaşdığından əmək haqqından və pul mükafatından da məhrum edilmişdir. Son əmək haqqını 2017-ci ilin aprel ayında almışdır. Beləliklə, 2017-ci ilin may ayından 2018-ci ilin yanvar ayına kimi, ümumilikdə 7 aylıq əmək haqqından (aylıq 2500 manat olmaqla) məhrum olmuşdur. O, hərbi xidmətdən tərxis olunduqdan sonra səhhətində yaranmış problemlərlə (əsəb pozuntuları, psixoloji gərginlik və s.) bağlı müalicə almalı olsa da, maddi imkanın çatışmazlığı səbəbilə bunuda həyata keçirə bilməmişdir. Eyni zamanda ailə sində onun başına gətirilənlərdən sonra ağır psixoloji zərbə almışdır. Həyat yoldaşı və uşaqları psixoloji gərginlik keçirmişdir. Ona görə əldə iddianın əsası və tələbinin mahiyyəti etməli olduğu gəlirlərdən (7 aylıq əmək haqqı və 2 aylıq pul mükafatı) məhrum edildiyindən maddi ziyana görə 22500 manat pul, 5 may 2017-ci il tarixindən 19 may 2017ci il tarixədək qanunsuz olaraq həbs edildiyinə eləcədə ona işgəncələr və psixoliji təzyiqlər edildiyinə görə 500000 (beş yüz min) manat mənəvi ziyan məbləği, Təhqiqat, istintaq və məhkəmələrin qanunsuz hərətəkətlərinə görə 7 ay müddətində həbs edildiyindən 50000 manat kompensasiya məbləği təşkil edir.
9. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi etiraz təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir sanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hüquq pozuntusunun Azərbaycan Respublikasının qanunsuz hərkətlər törətmiş qurumlar tərəfindən törədildiyini bildirsə də, əsaslı səbəb göstərmədən ona dəymiş mənəvi zərərin Maliyyə Nazirliyi tərəfindən ödənilməsini tələb edir. Bununla yanaşı, iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi də əsassız hesab edilməlidir. Belə ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olması təkzib edilməz olsa da, həmin fəaliyyəti icra edən zaman hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan iddiaçının maddi zərərə görə kompensasiya tələb etməsi ağlabatan deyildir. Bundan başqa, iddia ərizəsində qeyd edilmiş maddi ziyan hissəsində qətnamə icra olu nan günə kimi hər ay üçün hazırki orta aylıq əmək haqqı nəzərə alınmaqla ümumi məbləğin alınaraq iddiaçıya ödənilməsinin əsasını təhqiqat, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri təşkil edə bilməz, çünki qeyd edilən iddianın predmeti ilə iddanın əsası arasında səbəbli əlaqə mövcud deyildir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2(006)162/2025 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 7500 manat məbləğində mənəvi ziyan, 10500 manat məbləğində kompensasiya və 20776 manat məbləğində maddi ziyan olmaqla, ümumilikdə 38776 manat məbləğində pulun ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi “5 may 2017-ci il tarixdən 19 may 2017-ci il tarixədək qanunsuz olaraq həbs edildiyinə, eləcə də ona işgəncələr və psixoloji təzyiqlər edildiyinə görə 500000 manat mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin təqsirli hərəkətləri nəticəsində iddiaçının qanunsuz hərəkətlərə məruz qalması işin sübuta yetirilmiş halıdır. Bununla bağlı Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə, "Tərtər işi" kimi tanınan cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(103)-19/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına ə sasən, Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, hazırkı işdə zərərçəkənin, yəni İddiaçı işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir.
13. Məhkəmə iddiaçının ona dəymiş mənəvi zərərə görə 500000 manat tələb etməsi dəlilinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli 2(102)-388/2023 nömrəli qərarına istinadən hesab etmişdir ki, hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 14-15 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği ağlabatan məbləğ olaraq 7500 manat məbləğində müəyyənləşdirilməlidir. Belə ki, mənəvi zərərin məbləği ilə bağlı iddia ərizəsində qeyd edilən məbləğ çox olmaqla real qiymətləndirilmir. İddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamlar nəzərə alınır. Azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlərə məruz qalmasının ona həqiqətən də inamsızlıq, nar ahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla hesab edir ki, iddiaçının məruz qaldığı rəftara görə ona 7500 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir.
14. Məhkəmə iddia tələbinin “7 aylıq həbs müddəti üçün 50000 manat kompensasiya məbləğinin ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı 7 ay müddətinə qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla və barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psi xoloji reaksiyaya səbəb olmuş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd etmişdir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 10500 manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir.
15. Məhkəmə iddia tələbinin “7 aylıq əmək haqqı və 2 aylıq pul mükafatı olaraq 22500 manat məbləğində maddi zi yanın ödənilməsi” hissəsinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı həbs olunduğu müddət ərzində əmək haqqısından məhrum edilməklə ona maddi ziyan vurulması aşkardır. İş materiallarına əlavə edilən iddiaçıya dair hesabdan çıxarış məlumatlarına əsasən iddiaçının 2016-cı ilin may ayından 2017-ci ilin may ayınadək orta aylıq əmək haqqı məbləği təxminən 2968 manat təşkil etmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı 2017-ci ilin may ayından faktiki olaraq işləmədiyi 7 aylıq müddət üçün 20776 manat məbləğində gəlirlərindən məhrum edilmişdir.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsin in 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx.xx.2002-ci il tarixli, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-162/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin təmin edilməyən mənəvi ziyanla bağlı hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mənəvi ziyanla bağlı hissədə ədalətli məbləğ müəyyən etməmişdir. Məhkəmə 7500 manatı təmin edərkən iddiaçının iztirabının və sarsıntısının dərəcəsini müəyyən etməmişdir. Məhkəmə qətnaməsində mənəvi ziyanla bağlı hissədə işin faktiki hallarını düzgün qiymətləndirməmiş, yuxarıda sadaladığı halları nəzərə almamış, mənəvi ziyan məbləğini ədalətli formada təyin etməmiş, sonda mənəvi ziyanla bağlı hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Avropa Məhkəməsinin Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd olunan mövqeyinə istinad edərək qeyd edir ki, məhkəmə dəymiş mənəvi zərərə görə iddiaçı olaraq ona təyin etdiyi kompensasiyanın həcmini qərarında kifayət qədər əsaslandırmamışdır. Bu da məhkəmənin sonda iddia məbləğini qismən təmin etməklə səhv nətic əyə gəlməsinə səbəb olmuşdur. Burada diqqəti cəlb edən və hüquqi ədalət prinsipləri ilə birbaşa ziddiyyət təşkil edən mühüm bir məqam var: iddiaçının keçirdiyi hər bir işgəncə günü üçün təyin olunmuş mənəvi ziyan (təzminat) məbləği cəmi təxminən 500 manat təşkil edir. Bu məbləğin təyin olunması, insan ləyaqətinə qarşı törədilmiş ən ağır hüquq pozuntularından biri olan işgəncə ilə müqayisədə açıq şəkildə qeyri-proporsional və ədalətsiz görünür. Hazırkı işdə iddiaçının 14-15 gün ərzində hər gün sistematik şəkildə saatlarla dözülməz fiziki və mənəvi işgəncələrə məruz qaldığı sübuta yetirilmişdir. Bu müddətdə: o, fiziki və psixoloji təzyiqlərə məruz qalmış; uzun müddət acsusuz saxlanılmış, yuxusuz buraxılmış; əlləri və gözləri bağlanaraq, şəxsi ləyaqəti alçaldılmış, insanlıqdan uzaq rəftara mə ruz qalmış; daim “Vətən xaini” kimi təqdim olunaraq, ailəsi və yaxınları ilə ünsiyyətdən təcrid edilmiş; onun şəxsiyyəti, hərbi nüfuzu və insan kimi dəyəri sistemli şəkildə məhv edilmişdir. Belə bir şəraitdə bir gün üçün 500 manat mənəvi ziyan (təzminat) məbləğinin müəyyən edilməsi yalnız hüquqi deyil, insani baxımdan da qəbuledilməzdir. Çünki bu yanaşma, insan həyatının və ləyaqətinin qiymətləndirilməsi baxımından simvolik və təhqiramiz bir kompensasiya xarakteri daşıyır. Məhkəmənin müəyyən etdiyi mənəvi ziyan məbləği isə nə iddiaçının çəkdiyi mənəvipsixoloji ağrıları, nə onun fiziki sağlamlığına dəyən zərəri, nə də ailəsinin üzləşdiyi sosial və mənəvi itkiləri əks etdirir. Əksinə, belə bir məbləğ: ədalət anlayışına ziddir; cəmiyyət üçün mənfi presedent yaradır; gələcəkdə bu cür hüquq poz untularının qarşısını almaq baxımından yetərsiz və zəif bir mexanizm təsiri bağışlayır.
19. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-162/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Nazirlik heç bir delikt törətmədiyi və heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Nazirliyə yönəltməsinin heç bir hüquqi əsası olmamışdır. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalı idi. Na zirlik heç bir delikt törətmədiyi halda yanlış olaraq iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Nazirliyə aid edilməmişdir. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmamış və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Nazirliyə yönəldilir. İddiaçıya ziyan vuran tərəf hüquqmühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin həbsə alınması barədə qərar qəbul etmiş məhkəmədir (hakimdir). Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi kökündən səhv yanaşma olmuşdur. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Nazirlik dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Nazirliyi cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ay ırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Nazirlik Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxil olmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Nazirliyin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Nazirliyin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tam amilə yanlış olmuş və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüz olmuşdur. Nazirlik tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin tələblərinə görə hər hansı şəxsə qarşı hətta xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manat müəyyən edilmişdir. Bu baxımdan məhkəmə iddiaçı tərəfindən tələb olunan kompensasiya məbləğinin əsasını araşdırmadan və mötəbər sübutlara istinad etmədən yalnız iddiaçının mülahizələrinə əsaslanaraq onun hüquq mühafizə orqanları tərəfindən qanunsuz olaraq 07 ay ərzində cinayət təqibinə məruz qalması ilə əlaqədar ona vurulmuş maddi zərərə görə 20.776 manat, məruz qaldığı mənəvi zərərə görə 7.500 manat və kompensasiyanın əvəzi olaraq isə 10.500 manat, ümumilikdə 38.776 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial fa ktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımından tərəflərindən mübahisələndirilən qətnamədə müəyyən edilmiş kompensasiya məbləği şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildirlər ki, məhkəmə tərəfindən müəyyən edilmiş kompensasiya yuxarı instansiya məhkəmələrinin, habelə Avropa məhkəməsinin mövqeyinə əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmamaqla yanaşı, məntiqi baxımdan da əsaslı deyildir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4913/2025 nömrəli mülki iş üzrə 1 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Səadət Səlimova (sədrlik edən və məruz əçi), Məhəmməd Rüstəmli və Akif İsgəndərov) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə qeyd etmişdir ki, işdə zərərçəkənin, yəni iddiaçının işgəncəyə məruz qalmasının dövlət orqanının - Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması da sübuta yetirilmişdir. İşgəncələrə və təzyiqə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür və işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qaldığından hazırki iddia tələbi ilə məhkəmə mürac iət etməsinə subyektiv hüququ yaranmışdır.
23. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
24. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin spesifik halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 14 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab- əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləğini 7500 manat məbləğində müəyyən edərkən bütün diqqətəlayiq məqamları nəzərə almışdır.
25. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iş üzrə iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəs i hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
30. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
31. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
32. Maddə
1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
33. Maddə
4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı 34. “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarını n, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi mad di zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçü n qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 4 17.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə iddianın təmin olunmamış hiss əsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
45. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə e yni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Məhkəmə kolllegiyası qeyd edir ki, İddiaçı əsassız olaraq cinayət təqibinə və işgəncələrə məruz qalması, həbsdə saxlanması hallarına görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ona 18000 manar mənəvi ziyanın ödənilməsi, 20776 manat məbləğində maddi ziyan olmaqla, ümumilikdə 38776 manat məbləğində pulun ödənilməsi, iddia tələb inin qalan hissədə rədd olunması barədə aşağı instansiya məhkəmələri düzgün nəticəyə gəlmişdir.
46. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmi yyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4913/2025 nömrəli iş üzrə 1 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.