Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3962/2025 25.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3184/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını ara şdıraraq aşağıdakıları müəyyən etmişlər: 2. xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, X5 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111, ev 72 ünvanında yerləşən dörd otaqlı fərdi yaşayış evini və mülkiyyətində olan 0,056725 ha torpaq sahəsini 146740 manata Cavabdeh satmışdır;
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Rx seriyalı, № ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111, ev 72a saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır;
4. Bakı şəhəri, Binəqədi Ray on Məhkəməsinin 2(001)-3692/2021 nömrəli, xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən, ilk iddia qismən təmin edilərək, ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı üç otaqdan ibarət 228 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 2 ünvanda yerləşən torpaq sahəsi üzərində ½ (ikidə bir) hissədə İddiaçı, ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilməsi, qarşılıqlı iddia təmin edilərək, İddiaçı adına olan Qax rayonu, Ağçay kəndində **********10 reyestr nömrəli 0,06 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində **********27-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində ½ (ikidə bir) hissədə İddiaçı və ½ (ikidə bir) hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir; 5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlak ın ekspertizası barədə mütəxəssis rəyin”nə əsasən, ünvan 3 ünvanında mövcud olmuş, ümumi sahəsi 1272 kv.m olan fərdi yaşayış evinin 2013-cü il üçün bazar dəyəri təmirsiz vəziyyətdə 52000 manat, təmirli vəziyyətdə 90000 manat, 2020-ci il üçün bazar dəyəri təmirsiz vəziyyətdə 83000 manat təmirli vəziyyətdə 140000 manat və hazırki dövr üçün bazar dəyəri təmirsiz vəziyyətdə 192000 manat, təmirli vəziyyətdə 254 manat təşkil edir. ünvan 3 ünvanında mövcud olan 0,0687 ha torpaq sahəsinin 2013-cü il üçün bazar dəyəri 137000 manat, 2020-ci il üçün bazar dəyəri 350000 manat və hazırki bazar dəyəri 410000 manat təşkil edir. ünvan 3 ünvanına yaxın ərazilərdə yerləşən, ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evinin torpaq sahəsi xaric 2024-cü il üçün hazırki bazar dəyəri təmirsiz vəziyyətdə 192000 m anat, təmirli vəziyyətdə 254000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 250000 manat maddi ziyanın Cavabdeh alınaraq İddiaçı ödənilməsi və ünvan 4 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.
7. İddia onunla əsaslandırılmışdır ki, tərəflər X7 və İddiaçı 27 may 2003-cü ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü Rəhimli Ayla və xx.xx.2011-ci il təvəllüdlü Rəhimli Said adlı övladla rı dünyaya gəlmişdir. X7 ilə İddiaçı arasında bağlanmış nikaha Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)1737/2019 saylı qətnaməsi ilə xitam verilmiş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində qalması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(0010-3692/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı üç otaqdan ibarət 228 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 6 ünvanda yerləşən torpaq sahəsi üzərində ½ (ikidə bir) hissədə İddiaçı, ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilmişdir. İlkin iddia digər hissədə təmin edilməmişdir. Həm in qətnamə ilə qarşılıqlı iddia təmin edilmiş, İddiaçı adına olan Qax rayonu, Ağçay kəndində **********10 reyestr nömrəli 0.06 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində **********27-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində ½ (ikidə bir) hissədə İddiaçı və ½ (ikidə bir) hissədə Cavabdeh payları müəyyən edilmişdir. Məhkəmə qətnaməsini belə əsaslandırmışdır ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi artıq mövcud olmadığından daşınmaz əmlaka mülkiyyət hüququ itirilmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, daşınmaz əmlaka hüququ olan şəxsin razılığı olmadan daşınmaz əmlakın sökülməsi və bundan irəli gələn zərərin tələb edilməsi hazırki mübahisənin predmeti deyil. Məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2013-cü il tarixli mü qaviləyə əsasən satıcı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.056725 ha torpaq sahəsini alıcının mülkiyyətinə vermişdir. Alqı-satqının qiyməti ümumi olaraq 146740 manat olmuşdur. Bundan başqa Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısı 01 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111, ev 72 a ünvanında Cavabdeh məxsus fərdi yaşayış evinin təqdim edilən layihə əsasında sökülərək yenidən tikintisinə icazə verilmişdir. ünvan 3 ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evi və 0.056725 ha torpaq sahəsi tərəflərin birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etmiş olduqları əmlakdır. Qeyd edilməsi zəruri olan məqamlardan biri də odur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsi 111, ev 72 a ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evini və 0.056725 ha torpaq sahəsini qiyməti ümumi olaraq 146740 manat olmuşdur. Lakin həmin fərdi yaşayış evi və torpaq sahəsinin birgə mülkiyyət hesab edilməməsi nəticəsində iddiaçıya hazırki bazar qiymətləri əsas götürülməklə 250 000 manat maddi ziyan dəymişdir. Bundan əlavə, ünvan 4 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsi birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına əldə edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında da cavabdehin nümayəndəsi ünvan 4 ünvanda 0.056725 ha torpaq sahəsinin 0.3 ha hissəsində heç bir ev tikilmədiyini, həmin hissənin İ ddiaçı payı olduğunu və həmin hissənin ona verilməsinə etiraz etmədiklərini bildirmişlər.
8. Cavabdeh iddia tələbini qəbul etməyərək etirazını onunla əsaslandırdı ki, mübahisələndirilən fərdi yaşayış evi sökülərək həmin ünvanda yenidən tikinti işləri aparılmışdır. İddiaçı sökülmüş daşınmaz əmlakın dəyərinin 500000 manat olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Dəyərə dair sübut təqdim edilməməsi ilə yanaşı həmin evin sökülənədək olan vəziyyətinə dair heç bir foto görüntü də təqdim edə bilmir. Eyni zamanda cavabdeh olaraq həmin əmlakın sökülənədək olan vəziyyətinə dair foto görüntü təqdim edə bilmirlər. Çünki həmin daşınmaz əmlakın yerləşdiyi ünvanda X və X bir ailə kimi heç bir gün də olsun yaşamamışlar. Həmin daşınmaz əmlak yaşayış üçün yararsız olmaqla (uçuq və sökük) yan aşı bu əmlak yalnız altındakı torpağa görə alınmışdır. Binəqədi Rayon Məhkəməsinin qeyd olunan qətnaməsində müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən dörd otaqlı ümumi sahəsi 127.2 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0.056725 ha torpaq sahəsinin alqı-satqının qiyməti ümumi olaraq 146740 manat olmuşdur. Göründüyü kimi vahid əmlak olaraq üstündəki tikililərlə birlikdə 0.056725 ha torpaq sahəsinin qiyməti alqı-satqı günündə, yəni 22 noyabr 2013-cü il tarixdə ümumilikdə 146740 manat təşkil etmişdir. Tərəflərindən edilmiş sifariş əsasında ünvan 3 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair 25 yanvar 2024-cü il tarixli rəydən görünür ki, “Müqayisəli yanaşmanın tətbiqi ilə qiymətləndirici 25 yanvar 2024-cü il tarixinə bazar araşdırması aparmış və cari v əziyyətə və tarixə uyğun qiymətləndirilən torpaq sahəsinin orta bazar dəyəri hesablanmışdır (1 sot55000,00 AZN). Lakin sifarişçi qeyd olunan torpaq sahəsinin 2013-cü il tarixinə bazar dəyərinin müəyyən edilməsi üzrə müraciət etmişdir. Müraciətin icra edilməsi üçün həmin dövrdə bazarın kəmiyyət tədqiqatlarının aparılması və əladə edilən bazar əmsalının təqdim edilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və 22 yanvar 2024-cü il tarixli arayış təqdim edilmişdir Arayışda qeyd edilmişdir: “ M.Ə.Rəsulzadə qəsəbəsi, Faiq Rüstəmov küçəsində (Varovski adlanan ərazi) yerləşən torpaq sahəsinin 2013-cü il tarixindən 2024-cü ilin yanvar ayına qədər orta qiymət artımı 211.31% və ya 2.11 dəfə təşkil edib”. Təqdim edilən bazar əmsalına istinad edərək qiymətləndirilən torpaq sahəsinin 25 yanvar 2013-cü i l tarixində 1 sot torpaq sahəsi üçün bazar dəyəri 26.066,00 (55000,00 AZN\2.11), 5.6725 sot torpaq sahəsi üçün ümumi bazar dəyəri 147,869,00 AZN müəyyən edilmişdir. Göründüyü kimi sökülən daşınmaz əmlakın dəyəri olmamışdır və həmin daşınmaz əmlak yalnız altında yerləşən torpaq sahəsinə görə əldə edilmişdir. Bu qiymətlər notarial qaydada aparılmış alqı-satqı müqaviləsi üzrə qiymətlə, torpağın 2013-cü il tarixə olan qiymətinin müəyyən olunmasına dair rəylə də öz təsdiqini tapır. Eyni zamanda tərəflər arasında bağlanmış nikah 12 iyun 2019-cu il tarixli Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. İş üzrə İddiaçı hüquqlarının pozulmasını artıq 09 aprel 2021-ci il tarixdən bilmiş və yuxarıda göstərilən iddianı irəli sürmüşdür. Hazırki iddiada ünvan 4 ünvanda yerləşən 0.056725 ha torpa q sahəsinin ½ hissəsinə İddiaçı pay hüququnun tanınması isə 05 dekabr 2024-cü il tarixdə irəli sürülmüşdür. Tərəflər arasında nikahın pozulmasını 2019-cu il tarixdə olduğundan və 09 aprel 2021-ci il tarixdə əmlak bölgüsünə dair iddia irəli sürüldüyündən (2(001)-3692/2021) iddiaçı iddia müddətini ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı vurulmuş 41500 (qırx bir min beş yüz) manat (83000:2=41500) maddi ziyanın cavabdehdən məcburi qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı).
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbi iki hissəlidir. Belə ki, iddiaçı ilkin olaraq ünvan 4 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 250 000 manat maddi ziyanın Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə ilkin tələb üzrə iddiaya qiymət verərək belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı sökülmüş daşınmaz əmlakın dəyərinin 500000 (beş yüz min) manat olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Dəyərə dair sübut təqdim edilməməsi ilə yanaşı həmin evin sökülənədək olan vəziyyətinə dair heç bir foto görüntü də təqdim edə bilmir. Eyni zamanda cavabdeh olaraq həmin əmlakın söküləndək olan vəziyyətinə dair foto görüntü təqdim edə bilmirlər. Bu səbəbdən məhkəmə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın ekspertizası barədə mütəxəssis rəyin”i və tərəflər arasında olan nikahın xx.xx.2019-cu il tarixdə pozulmasını əsas götürərək hesab edir ki, ünvan 3 ünvanında mövcud olmuş, ümumi sahəsi 1272 kv.m olan fərdi yaşayış evinin 2020-ci il üçün bazar dəyəri təmirsiz vəziyyətdə 83000 manatdır və həmin məbləğin yarısı 41500 (qırx bir min beş yüz) manat maddi zərərin əvəzi kimi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə məhkəmə iş üzrə şahid kimi dindirilən X1 İddiaçı qohumu olmasını və verdiyi izahatın sonuncunun xeyrinə gətirib çıxarılmas ını nəzərə alaraq onun izahatını məhkəmə əsaslı bir sübut kimi qəbul etmir. Məhkəmə iddia tələbinin ikinci hissəsi kimi ünvan 4 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı pay hüququnun tanınması barədə iddia tələbi ilə bağlı məhkəməyə müraciət üçün iddia müddətini ötürmüşdür. İddia müddətinin ötürülməsi isə iddia tələbinin həmin hissədə rədd edilməsi üçün əsasdır. İş materiallarında olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3692/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İlkin iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasındakı üç otaqdan ibarət 228 saylı mənzil və Bakı şəhəri, Səbail rayonu, 32-ci ünvan 9 ünvanda yerləşən torpaq sahəsi üzərində ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh payla rı müəyyən edilmiş, İlkin iddia digər hissədə (fərdi yaşayış evinin sökülməsi ilə əlaqədar) təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı adına olan Qax rayonu, Ağçay kəndində **********10 reyestr nömrəli 0.06 ha torpaq sahəsi və Qax rayonu, Ağçay kəndində **********27-10301 reyestr nömrəli fərdi yaşayış evi üzərində ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payları müəyyən edilmişdir. Qətnamədən şikayət verilməmiş və o qanuni qüvvəsini almışdır. Göründüyü kimi hazırki iş üzrə İddiaçı hüquqlarının pozulmasını artıq 09 aprel 2021-ci il tarixdən bilmiş və yuxarıda göstərilən iddianı irəli sürmüşdür. Hazırki iddiada ünvan 4 ünvanda yerləşən 0.056725 ha torpaq sahəsinin ½ hissəsinə İddiaçı pay hüququnun tanınması isə 05 dekabr 2024-cü il tarixdə irəli sürülmüşdür. Tərəflər arasında nikahın pozulmasını 2019-cu il tarixdə olduğundan və 09 aprel 2021-ci il tarixdə əmlak bölgüsünə dair iddia irəli sürüldüyündən (2(001)3692/2021) iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ünvan 4 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi ya şayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 41500 manat (83000:2=41500) maddi ziyanın Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 32, 34.1, 36.3, 36.4, 36.9, 37.1-ci maddələrinə, Mülki Məcəllənin 21, 88-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2019-cu il 29 iyul tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-158/2025 nömrəli, xx.xx.2025-ci i l tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə şahid kimi dindirilən X1 İddiaçı qohumu olmasını və verdiyi izahatın sonuncunun xeyrinə gətirib çıxarılmasını nəzərə alaraq onun izahatının məhkəmə tərəfindən əsaslı bir sübut kimi qəbul edilməməsi qanunsuz və əsassızdır. Cavabdeh tərəf bu halı inkar edə biləcək hər hansı bir şahidi məhkəməyə gətirməmiş və şahidin ifadəsini inkar edən fikir söyləməmişlər. Belə ki, şahid qismində dindirilən X2 bildirmişdir ki, həmin fərdi yaşayış evi alındıqdan sonra təmir olmuş və cavabdehin şirkəti də orda fəaliyyət göst ərmişdir. İş üzrə cavabdehin iddiaçıya birbaşa qəsdən maddi ziyan vurmağı bir mənalı olaraq təsdiq olunur. Belə ki, həmin fərdi yaşayış evi və torpaq sahəsi birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına əldə olunduğuna görə cavabdeh tərəfindən iddiaçının razılığının alınmadan və heç bir məhkəmə qərarı olmadan həmin fərdi yaşayış evinin sökülməsi iddiaçının Konstitusion hüququ olan mülkiyyət hüququnun pozuntusudur. Cavabdehin qanunsuz hərəkətlərinə görə iddiaçı bugünə bazar dəyəri 500000 manatdan artıq olan əmlakından məhrum olmuşdur.
14. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-158/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ziyanın ödənilməsi hissəsində ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qət namə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətinin məzmununu iddia ərizəsinə verilən etirazın məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə nəticəyə gələrkən niyə məhz "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirməni əsas götürdüyü aydın deyildir və səhv nəticəyə gəlmişdir. Beləliklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tətbiqində məhkəmə səhvə yol vermişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3184/2025 nömrəli mülki iş üzrə 10 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Sabit Bəhrəmzadə sədrlik edən və məruzəçi, Xum ar Mərdanova və Vahid Sadıqov).
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işin faktiki hallarına əsasən, iddiaçı ilkin olaraq ünvan 4 ünvanda 0.056725 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı vurulmuş 250.000 manat maddi ziyanın Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Belə ki, iddiaçı sökülmüş daşınmaz əmlakın dəyərinin 500000 manat olmasına dair məhkəməyə sübut təqdim edilməməsi ilə yanaşı, həmin evin sökülənədək olan vəziyyətinə dair heç bir foto görüntü də təqdim edə bilməmişdir. Eyni zamanda cavabdeh olaraq həmin əmlakın söküləndək olan vəziyyətinə dair foto görüntü təqdim edə bilmirlər.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq "xxxx" MMC-nin xx.xx.2024- cü il tarixli “Daşınmaz əmlakın ekspertizası barədə mütəxəssis rəyin”i və tərəflər arasında olan nikahın xx.xx.2019-cu il tarixdə pozulmasını əsas götürərək ünvan 3 ünvanında mövcud olmuş, fərdi yaşayış evinin 2020-ci il üçün bazar dəyərini təmirsiz vəziyyətdə 83000 manat məbləğində müəyyən etmişdir.
19. Kollegiya qeyd etmişdir ki, sökülən evin təmirsiz vəziyyətdə olmasını həm torpaq sahəsi alınarkən evin qiymətinin torpaq sahəsi üzərində olmasına baxmayaraq az məbləğdə nəzərə alınması, o cümlədən sökülərək daha sonra yenidən yerində evin tikilməsi nəzərə alınmaqla daha real olmasını qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası sökülmüş tikilinin qiyməti ilə bağlı hər iki apellyatorun dəlillərini əsasız hesab edir.
20. İddiaçının apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, İddiaçı mediasiya təşkilatına xx.xx.2023-cü il tarixdə müraciət etdiyini nəzərə aldıqda, sonuncu tərəfindən ailə qanunvericiliyi ilə müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüş hesab olunur.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında nikahın pozulması 2019-cu il tarixdə olduğundan və 09 aprel 2021-ci il tarixdə əmlak bölgüsünə dair iddia irəli sürüldüyündən (2(001)-3692/2021) iddiaçı iddia müddətini ötürmüşdür. İddiaçının bildirməsinə görə xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi ünvan 10 ünvanda 0.056725 ha torpaq sahəsinin 0.3 ha hissəsində heç bir ev tikilmədiyini, həmin hissənin İddiaçı payı olduğunu və həmin hissənin ona verilməsinə etiraz etmədiklərini bildirmiş olsa belə, həmin torpaq sahəsinə olan pay hüququnun mübahisələndirməyə dair iddiaçı iddia müddətini ötürmüşdür.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2, 34.1, 36.3, 36.4, 37.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2( 103)-3184/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
25. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya birbaşa qəsdən maddi ziyan vurmağı bir mənalı olaraq təsdiq olunur. Belə ki, həmin fərdi yaşayış evi və torpaq sahəsi birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına əldə olunduğuna görə cavabdeh tərəfindən iddiaçının razılığının alınmadan və heç bir məhkəmə qərarı olmadan həmin fərdi yaşayış evinin sökülməsi iddiaçının Konstitusion hüququ olan mülkiyyət hüququnun pozuntusudur. Cavabdehin qanunsuz hərəkətlərinə görə iddiaçı bugünə bazar dəyəri 500000 manatdan artıq olan əmlakından məhrum olmuşdur. Həmin əmlak bugün mövcud olsa idi iddiaçının həm əmlaka hüququ tanınancaqdı, həmdə bugün hər hansı bir söküntüyə düşəcək olsaydı və ya satılacaq olsa idi, həmin əmlakın dəyəri 500000 manatdan çox olacaqdı. Məhkəmə isə bu halların heç birini nəzərə almamışdır. Fərdi yaşayış evi və torpaq sahəsi birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına əldə olunduğuna görə cavabdeh tərəfindən iddiaçının razılığının alınmadan və heç bir məhkəmə qərarı olmadan həmin fərdi yaşayış evinin sökülməsi iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququnun pozuntusudur və bu qanunsuzluğa görə iddiaçı bugünə bazar dəyəri 500000 manatdan artıq olan əmlakından məhrum olmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə görə iddiaçınin iddia tələbi əsaslıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Qətnamə qəb ul edilərkən maddi və prosessual normalar pozulmuşdur. Məhkəmə iş üzrə mövcud olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və düzgün qiymət verməmişdir. Qiymətləndirmə rəylərinə, o cümlədən şahid ifadəsinə düzgün hüquqi qiymət verməmişdir.
26. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 225.1, 384.0.4-cü maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 33.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 88, 217-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
31. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
32. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların birgə mülkiyyəti sayılır.
33. Maddə 32.2. Ər-arvadın birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlalmlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş payla, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmamasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir.
34. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəmə si işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdeh vurduğu zərərə görə iddiaçı qarşısında 41.500 manat məbləğində mülki məsuliyyət daşıyır. Bu məbləğ işdəki sübutların qiymətləndirilməsi nəticəsində müəyyən edilmişdir.
44. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
45. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməs i sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
46. İddiaçının torpaq sahəsinə ½ pay hüququnun tanınması tələbinə münasibətdə isə məhkəmələr işin faktiki hallarını araşdıraraq və cavabdehin iddia müddətini tətbiq etdiyini nəzərə alaraq, həmin tələbi Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən rədd etmişlər. Normaya görə, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlill ərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
48. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3184/2025 nömrəli, 10 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.