Məhkəmə qərarları › İş №2(1-8)-213/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-213/2026

18.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-213/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit müqaviləsi, pul məbləğinin gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik 5% tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə” dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)1590/2025 nömrəli, 4 noyabr 2025-ci il tarixli qət naməsindən iddiaçı “X4 Azərbaycan” QSC tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 21 fevral 2013-cü il tarixində «X4 Azərbaycan QSC ilə Cavabdeh1 arasında 92539/1 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 avtomobil almaq məqsədi ilə 47.200 ABŞ dolları məbləğində pul ayrılmışdır və o, 48 ay müddətində kreditin əsas məbləği və ona illik 17% faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bununla yanaşı, kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təmin edilməsi məqsədi ilə Cavabdeh2 zamin qismində çıxış edərək borcalan ilə birlikdə qanunvericiliklə nəzərdə tutu lmuş öhdəlikləri öz üzərlərinə götürmüşdülər. Borcalanın 92539/1 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə 22 fevral 2013-cü il tarixində «X4 Azərbaycan» QSC ilə ipoteka qoyan Cavabdeh1 arasında 92539/1 nömrəli ipoteka (girov) müqaviləsi bağlanmışdır.

2. Bağlanmış ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan 2012-ci il buraxılış tarixli mühərrik B6324S**********3 ban SALFA2BA3CH293111 olan ** RR *** dövlət qeydiyyat nişanlı, ağ rəngli “X3” minik markalı nəqliyyat vasitəsi “X4 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-374/2017 nömrəli qətnaməsi ilə “X4 Azərbaycan” QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit üzrə borcun qayt arılması, ipoteka ilə yüklü edilmiş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracda satılması tələbinə dair iddiası qismən təmin edilərək, 20373,50 ABŞ dolları əsas borc, 2456,95 ABŞ dolları faiz borcu. 200 ABŞ dolları cərimə borcu, cəmi ******* ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və borclulara bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərci 10.50 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 40,50 manat məbləğində pulun Cavabdeh1 və X1 müştərək qaydada alınaraq «X4 Azərbaycan» QSC-yə ödənilməsi, tələbin Cavabdeh1 məxsus ipoteka ilə yüklü edilmiş «X3» minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəld ilməsi, avtomobilin açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsaitdən cəmi 23030,45 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 40,50 manat məbləğində pulun “X4 Azərbaycan” QSCyə ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)637/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatından "xxxx" QSC-nin Hüquq Departamentinin hüquqşünası Kamil Məmmədovanın məktubuna baxılmış və müəyyən edilm işdir ki, Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə 15 sentyabr 2020-ci il tarixdə baxılmış, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı “X4 Azərbaycan” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 İnqlab oğlundan müştərək qaydada 23030,45 ABŞ dolları pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi ümumilikdə cəmi 7794.22 ABŞ dolları borcun və 129.75 manat ödənilmiş dövlət rüsumunun “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsini xahiş etmişdir.

7. İddiaçı işin yux arıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, “X4 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehlərə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə, həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi “X4 Azərbaycan” QSC-yə olan borcunu ödəməmişdir. Lakin öhdəliklər cavabdeh(lər) tərəfindən tam, vaxtında və lazımı qaydada icra edilmədiyindən Banka külli miqdarda maddi zərər dəymişdir. Nəticədə Bank məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Nəsimi R ayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ümumilikdə 23030,45 ABŞ dolları və 40,50 manat pul borcun tutulması və tutmanın ipoteka predmeti olan, mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X3” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərrac vasitəsi ilə satılması və əldə edilmiş məbləğlərdən borcun ödənilməsi qət edilmişdir. İlkin olaraq xx.xx.2023-cü il tarixdə "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, hərrac mərhələsi baş tutmuş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan “X3” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil 16000 manat vəsaitə digər şəxsə - qalib alıcıya satılmışdır. Göründüyü kimi, cavabdeh(lər)in xx.xx.2017-ci il tarixə əsas bo rc üzrə 23030,45 ABŞ dolları ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh(lər) xx.xx.2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və halhazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfindən cavabdeh(lər)ə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdeh(lər)in kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləğindən 13618.69 ABŞ dolları hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin Bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) olmaqla: 1) xx.xx.2017 tarixindən xx.xx.2023 tarixinə qədər – 6682.03 ABŞ dolları (gecikmə gün sayı - 2089 gün) 2) xx.xx.2023 tarixindən xx.xx.2025 tarixinə qədər – 1112.19 ABŞ dolları (gecikmə gün sayı - 588 gün) olmaqla ümumilikdə cəmi 7794.22 ABŞ dolları təşkil edir.

8. Cavabdeh1 iddiaya dair etirazında bildirmişdir ki, “X4 Azərbaycan” QSC ilə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 92539/1 sayı kredit müqaviləsinə əsasən bank tərəfindən ona 48 ay müddətinə illik 17 faiz ödəmək şərtilə 47200 ABŞ dolları məbləğdə kredit verilmişdir. “X4 Azərbaycan” QSC ilə qardaşı Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 onunla “X4 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləs i üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti onunla birgə öz üzərinə götürmüşdür. Həmçinin “X4 Azərbaycan” QSC ilə bağlanmış 92539/1 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixdə “X4 Azərbaycan” QSC ilə 92539/1 nömrəli ipoteka (girov) müqaviləsi bağlanmışdır. Həmin ipoteka (girov) müqaviləsinə əsasən mülkiyyət hüququ ilə ona məxsus olan 2012-ci il buraxılış tarixli mühərrik B63245**********3 ban SALFA2BA3CH293111 olan ** RR *** dövlət qeydiyyat nişanı ağ rəngli “X3” minik markalı nəqliyyat vasitəsi “X4 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. “X4 Azərbaycan” QSC-dən 47000 ABŞ dolları məbləğində krediti götürəndən sonra 2017-ci ilin fevral ayına kimi həmin kredit üzrə əsas borc, faiz və cərimə borcuna görə ödənişlər etməklə Bankın hesablamalarına görə xx.xx.2017-ci il tarixinə əsas məbləğ üzrə 20373,50 ABŞ dolları, faiz borcu üzrə 2456.95 ABŞ dolları, cərimə borcu üzrə 5659,05 ABŞ dolları məbləğində borcunun qalması müəyyən edilmişdir. Qalan kredit borcunun ödənilməsinin təmin edilməsi məqsədilə “X4 Azərbaycan” QSC Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, tələb “X3” markalı avtomobilə yönəldilmiş və avtomobil açıq hərrac yolu ilə satılaraq əldə olunan vəsait banka ödənilmişdir.

9. Kürdəmir Rayon Məhkəməsinin (hakim Xaliq İmanov) xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 İnqlab oğlundan və Cavabdeh2 İnqlab oğlundan müştərək qaydada 21 fevral 2013-cü il tarixli 92539/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2025- ci il tarixə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış əldən çıxmış fayda olaraq ödəniş gününə olan Azərbaycan manatı ekvivalentində 1112,19 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18 manat tutularaq “X4 Azərbaycan” QSC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Məhkəmə bildirmişdir ki, işdə olan sənədlərin tədqiqi onu göstərir ki, tərəflər arasında kredit müqaviləsinin məbləği 47200 ABŞ dolları olduğu halda, Cavabdeh1 məxsus "X3" minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil Bank qarşısında ipoteka ilə yüklü edilmiş, müqavilənin 3.1-ci bəndinə əsasən ipoteka predmeti 59.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.201 7-ci il tarixli 2(006)-374/2017 nömrəli qətnaməsinə kimi cavabdehlərin iddiaçıya cəmi 23030,45 ABŞ dolları məbləğində borcu olmuş və həmin məbləğin ödənilməsini təmin etmək məqsədilə borc Bank qarşısında ipoteka ilə yüklü edilmiş, müqavilənin 3.1-ci bəndinə əsasən 59.000 ABŞ dolları məbləğində qiymətləndirilən Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş «X3» minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilmişdir.

12. Məhkəmə bildirmişdir ki, məhkəmənin qeyd edilən qətnaməsi 6 ildən sonra, yəni 2023-cü ildə icra edilərək 59.000 ABŞ dolları məbləğində qiymətləndirilən, Cavabdeh1 məxsus, ipoteka ilə yüklü edilmiş «X3» minik markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərrac yolu ilə 16.000 (on altı min) manata satılmışdır. Başqa sözlə, cavabdehlər nəinki borcun ödənilməsini gecikdirmiş, əksinə hərracın nəticələrini gözləyərək, avtomobilin satışından artıq qalacaq məbləğə iddialı olmuşdur.

13. Məhkəmə, hərracdan sonra, yəni xx.xx.2023-cü il tarixdən iddianın verildiyi xx.xx.2025-ci il tarixə, yəni 588 gecikdirilmiş günə görə dəymiş zərərin əvəzi kimi hesablanmış 1112.19 ABŞ dolları məbləğində pulun cavabdehdən tələb edilməsini əsaslı hesab etmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 445.1, 445.2, 445.3, 445.4, 445.5, 445.6, 445.7, 445.8, 445.9, 739.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2024-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçının nümayəndəsi Nümayəndə1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbi təmin edilməklə Cavabdeh1 İnqlab oğlu və Cavabdeh2 müştərək qaydada 6,682.03 ABŞ dolları (xx.xx.2017-xx.xx.2023-cü illər üzrə) və 1,112.19 ABŞ dolları (xx.xx.2023- xx.xx.2025-ci illər üzrə) olmaqla, ümumilikdə 7,794.22 ABŞ dolları məbləğdə pul vəsaitinin və 129.75 manat dövlət rüsumunun “X4 Azərbaycan” QSCnin xeyrinə tutulmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hərracın 6 il sonra keçirilməsini iddiaçının üzərinə qoymuşdur. Halbuki, bu gecikmə sırf Cavabdeh2 İnqlab oğlunun verdiyi hüquqi müdafiə vasitələrindən - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-637/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından qaynaqlanmışdır. Bu məhkəmə çəkişmələri nəticəsində icra prosesi hüquqi baxımdan dayandırılmış və yalnız yekun qərar qüvvəyə mindikdən sonra hərrac mümkün olmuşdur. Deməli, həmin 6 illik gecikmənin hüquqi məsuliyyəti Banka aid edilə bilməz. Əksinə, məhz cavabdehlərin apellyasiya və kassasiya şikayətləri hərracın uzanmasına səbəb olmuşdur. İddiaçı Bank gecikdirilmiş 2089 gün üçün 6,682.03 ABŞ dolları məbləğini ətraflı cədvəllərlə sübuta yetirmişdir. Məhkəmə isə bu hesablamaları təkzib etməmiş, əsassız olduğunu qeyd etmişdir. Halbuki, məhkəmə p rosessual qanunvericiliyin tələbinə görə sübutları qiymətləndirərkən əks sübut təqdim edilmədiyi halda, iddiaçının hesablamalarını rədd edə bilməzdi. Avtomobil ekspertiza dəyərinə görə 59000 ABŞ dollar, lakin hərracda cəmi 16000 manat (təqribən 9400 ABŞ dolları) qiymətə satılmışdır. Bu vəziyyət də borcluların gecikdirmə və prosesi uzatma davranışının nəticəsi olmuşdur. İddiaçı Bankın hüquqları bu səbəbdən ikili şəkildə pozulmuşdur: borcun uzun müddət ödənilməməsi; Əmlakın dəyərindən çox aşağı qiymətə satılması. Belə olan halda, məhkəmə qanunauyğun olaraq iddianı tam təmin etməli, yalnız 588 gün üzrə deyil, bütün dövr (2677 gün üzrə) üzrə faizlərin ödənilməsinə qərar verməli idi.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) 2(106)-1590/2025 nömrəli, 4 noyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)-1283/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qalıq borcun məbləği 23.030,45 ABŞ dolları pul vəsaiti təşkil etdiyi halda, ipoteka ilə yüklü edilmiş avtomobil ipoteka predmeti müqavilənin 3.1-ci bəndinə əsasən 59.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Ancaq Açıq hərracın nəticələri haqqında 177/23 nömrəli protokola əsasən xx.xx.2023-cü il tarixdə hərrac mərhələsi baş tutmuş və ipoteka predmeti olan “X3” minik markalı ** RR *** dövlət qeydiyyat nişanlı avtomobil 16.000 manata satıl mışdır.

19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin borc məbləğindən dəfələrlə baha dəyərə malik olması – dəyərləndirilməsi səbəbindən cavabdehlər həmin avtomobil satıldıqda bütün borcu ödəyəcəyinə arxayın olmuş və borcun gecikdirilməsi kimi hər hansı niyyətləri olmamışdır.

20. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 385.1, 386.1, 425.1, 443.1, 445, 739.1, 739.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı “X4 Azərbaycan” QSC (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, Mülki Məcəllənin 445.7-ci maddəsini özünəməxsus tərzdə tətbiq etməklə, yəni, qanunvericinin həmin normada ifadə etdiyi iradəsinə- hər hansı şərt (o cümlədən, borclunun “təqsirli” olub-olmaması ilə) müəyyən edilmədən pul məbləğinin ödə nilməsinin gecikdirilməsinə görə faiz ödənilməsini təsbit edən tərzdə tətbiq etmişdir. Halbuki, qeyd edilən maddənin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir neçə qərarı mövcuddur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə b orcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

27. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məblə-ğindən asılı olmayaraq, müqavilən in iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

29. Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

31. Maddə 445.2.1.öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

32. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

33. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

34. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur.

35. Maddə 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.

36. Maddə 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır.

37. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdiri lmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

38. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır.

39. Maddə 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı

41. Kr edit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilm əli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlilləri əsasında araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qə bul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. İddiaçının kassasiya şikayətinin dəlilləri onun tərəfindən verilmiş apellyasiya şikayətində və məhkəmə iclaslarında verdiyi izahatlarda irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutlara düzgün qiymət verilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

57. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 noyabr 2025-ci il tarixli, 2(106)1590/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar