Məhkəmə qərarları › İş №2(1-8)-1300/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1300/2026

16.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1300/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Bakı şəhəri * saylı Notariat ofisi və cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər: icarə müqaviləsi, icra sənədlərinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Bakı şəhəri * saylı Notariat ofisi və cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı (icarəçi) ilə cavabdeh1 (icarəyə verən) arasında 2022-ci il ## ######## tarixdə xalça və avtoyuma avadanlığının icarəsinə dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, icarəyə verən avadanlığı saz və işlək vəziyyətdə təhvil verməyi, icarəçi isə aylıq 600 manat icarə haqqı ödəməyi və müddət bitdikdə avadanlığı geri qaytarmağı öhdəsinə götürmüşdür. Icarəyə verilən CE Euromax markalı TTSK 200 avadanlığının dəyəri 5.000 manat müəyyən edilmişdir. Müqaviləyə əsasən, ilk 6 aydan sonra əlavə 2.000 manat ödənildiyi halda avadanlığın icarəçidə qalması nəzərdə tutulmuşdur.

2. Müqavilə ilə bağlı Bakı şəhəri * saylı Notariat ofisi tərəfindən 2022-ci il ## ###### tarixli **-***** nömrəli, 2023-cü il ## ##### tarixli *İ-**** nömrəli, 2023-cü il ## #### tarixli *İ-**** nömrəli, 2024-cü il ## ###### tarixli *İ-***** nömrəli və 2025-ci il ## #### tarixli *İ-***** nömrəli icra qeydləri verilmişdir.

3. 2022-ci il ## ###### tarixli **-***** nömrəli icra qeydinə əsasən 1.760 manat icarə haqqı, 1.500 manat dəbbə pulu və 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.325 manat məbləğində vəsait tutulmalıdır.

4. 2023-cü il ## ##### tarixli *İ-**** nömrəli icra qeydinə əsasən 1.800 manat icarə haqqı, 1.500 manat dəbbə pulu və 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.325 manat məbləğində vəsait tutulmalıdır.

5. 2023-cü il ## #### tarixli *İ-**** nömrəli icra qeydinə əsasən 1.800 manat icarə haqqı, 1.500 manat dəbbə pulu və 25 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3.325 manat məbləğində vəsait tutulmalıdır.

6. 2024-cü il ## ###### tarixli *İ-***** nömrəli icra qeydinə əsasən İddiaçı 16.525 manat tutularaq cavabdeh1 xeyrinə ödənilməlidir.

7. 2025-ci il ## #### tarixli *İ-***** nömrəli icra qeydinə əsasən, İddiaçı 8.825 manat tutularaq cavabdeh1 xeyrinə ödənilməlidir.

8. Nizami rayon Icra şöbəsinin ##.##.2024-cü il tarixli “icra sənədlərinin bir icraatdа birləşdirilməsi” haqqında qərarı ilə borclu İddiaçı bаrəsində оlаn cavabdeh2nin ##.##.2023-cü il tаriхli *İ-**** nömrəli və ##.##.2023-cü il tаriхli *İ-**** nömrəli icra sənədləri bir icraаtdа birləşdirilməsi qərаrа аlınmışdır.

9. Nizami rayon Icra şöbəsinin ##.##.2025-ci il tarixli “icraata başlamaq” haqqında qərarı ilə icraata daxil olmuş cavabdeh2nin ##.##.2024-cü il tarixli *İ-***** nömrəli icra sənədi üzrə borclu İddiaçı 16.525 manat tutularaq tələbkar cavabdeh1 xeyrinə ödənilməlidir.

10. İddiaçı Nizami rayon Icra şöbəsinə yazdığı ərizədən görünür ki, cavabdeh2 ##.##.2023-cü il tаriхli *İ-**** nömrəli və ##.##.2023-cü il tаriхli *İ-**** nömrəli icra sənədlərinin icrası ilə bаğlı bildirir ki, hаzırdа bоrclаrını ödəməyə imkаnı yохdur, hеç bir yеrdə işləmir, mаddi vəziyyəti аğırdır. Icra sənədi üzrə 6.150 mаnаt bоrcu vаrdır. Həmin bоrcdаn hər həftə 1.000 mаnаt ödəyəcəyinə söz vеrir. Bu gün ödəniş еtmək iqtidаrındа dеyildir.

11. cavabdeh1 ##.##.2023-cü il tarixdə imzaladığı qəbzdən görünür ki, Bakı şəhəri, * saylı notariat ofisinin ##.##.2024-cü il tarixli *İ-***** saylı icra qeydinə əsasən İddiaçı ona olan 3.285 manat pulu ondan nağd formada almışdır. Bununla bağlı heç bir şikayət və tələbi yoxdur.

12. cavabdeh1 cavabdeh3 yazdığı ##.##.2024-cü il tarixli ərizədən görünür ki, Bakı şəhəri * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli *i-**** saylı icra qeydinə əsasən ona ödənilməli olan İddiaçı tərəfindən 3.325 manat pul protokola baxılan zaman ödənilmişdir. Buna görə Bakı şəhəri, * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli *i-**** saylı icra qeydinə xitam verilməsini xahiş etmişdir.

13. “Alternativ Ekspertiza Mərkəzi”nin ##.##.2025-ci il tarixli * nömrəli mütəxəssis rəyi ilə işlənmiş vəziyyətdə olan Türkiyə istehsalı, “OMAX” markalı, isti və soyuq su təzyiqli avtoyuma aparatının hazırkı bazar qiymətləri ilə təqribi dəyəri 500 manat məbləğində müəyyən edilmişdir.

14. Nərimanov RPI-nin 18-ci PB-nin ##.##.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ilə cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət təqibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikasının IXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surəti ərazi üzrə xidmət aparan sahə inspektoruna göndərilmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin ##.##.2024-cü il tarixli e-*-*(***)****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı müqavilənin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Nizаmi Rаyоn Məhkəməsinin ##.##.2023-cü il tаriхli *(***)-****/**** nömrəli qərarı ilə İddiaçı əməlində Аzərbаycаn Rеspublikаsının IХM-nin 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti хətаnın tərkibi оlmаdığındаn iş üzrə icraаtа хitаm vеrilmişdir.

17. Nizаmi Rаyоn Məhkəməsinin ##.##.2024-cü il tаriхli *(***)-****/**** nömrəli qərarı ilə İddiaçı əməlində Аzərbаycаn Rеspublikаsının IХM-nin 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibаti хətаnın tərkibi оlmаdığındаn iş üzrə icraаtа хitаm vеrilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

18. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh1, Bakı şəhəri * saylı Notariat ofisi və cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Bakı şəhəri * saylı notariat ofisi və cavabdeh3nin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh cavabdeh1 ilə iddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli xalça və avtoyuma avadanlığına dair icarə müqaviləsi üzrə müqavilə öhdəliyinə xitam verilmiş hesab edilməsi, Bakı şəhəri * saylı notariat ofisinin ##.##.2023-cü il tarixli *İ-**** nömrəli (iddiaçıdan 3.325 manat tutularaq tələbkar cavabdeh1 xeyrinə ödənilməsi), ##.##.2024-cü il tarixli *İ-***** nömrəli (iddiaçıdan 16.525 manat tutularaq tələbkar cavabdeh1 xeyrinə ödənilməsi) və ##.##.2025-cü il tarixli *İ-***** nömrəli icra qeydlərinin icra edilməməli hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh cavabdeh1 arasında ##.##.2022-ci il tarixdə bağlanmış müqavilə ilə bağlı cavabdeh Bakı şəhəri * saylı Notariat ofisi tərəfindən müxtəlif tarixlərdə icra qeydləri verilərək icra olunması üçün Nizami Rayon Icra Şöbəsinə göndərilmişdir. Iddiaçı cavabdehə ümumilikdə 6.610 manatdan artıq pul vəsaiti ödədiyini, buna baxmayaraq Bakı şəhəri * saylı Notariat ofisinin ##.##.2024-cü il tarixli *İ-***** nömrəli icra qeydinin də icraya yönəldildiyini göstərmişdir. Həmin icra qeydinin ləğv edilməsi barədə notariat orqanına iddiaçı tərəfindən müraciət olunsa da, müraciət təmin edilməmiş, notariat orqanının ##.##.2025-ci il tarixli məktubunda icra qeydinin ləğvinin icra vərəqəsi əsasında mümkün olduğu bildirilmişdir. Iddiaçı hesab etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Belə ki, müqavilənin müddəti başa çatmış, müqavilə şərtlərinə uyğun olaraq cavabdehə 5.000 manatdan artıq məbləğ ödənilmiş və nəticədə müqavilə üzrə öhdəliklər sona çatmışdır. Bundan əlavə, iddiaçı avadanlığın müqavilədə göstərilən dəyərinin real bazar qiymətinə uyğun olmadığını, avadanlığın işlənmiş vəziyyətdə olduğunu və onun dəyərinin əhəmiyyətli dərəcədə şişirdildiyini bildirmişdir. Bu xüsusda təqdim edilmiş mütəxəssis rəyinə əsasən avadanlığın bazar dəyəri təxminən 500 manat müəyyən edilmişdir. Iddiaçı həmçinin göstərmişdir ki, həmin müqavilə üzrə müxtəlif tarixlərdə verilmiş icra qeydlərində eyni və ya oxşar tələblər irəli sürülmüş, sonradan isə ##.##.2024-cü il tarixli icra qeydi ilə ondan 16.525 manat məbləğində pul vəsaitinin tutulması nəzərdə tutulmuşdur. Onun fikrincə, qeyd edilən icra qeydlərinin hüquqi əsasları və məbləğləri arasında ziddiyyət mövcuddur. Iddiaçı, həmçinin, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə istinad edərək bildirmişdir ki, icra qeydi yalnız mübahisəsiz borc tələbləri üzrə verilə bilər. Hazırkı halda isə tərəflər arasında öhdəliyin mövcudluğu və həcmi mübahisəlidir. Buna görə də icra qeydinin verilməsi üçün qanuni əsaslar olmamışdır. Bundan başqa, iddiaçı notariat orqanının icra qeydinin ləğvinə dair mövqeyinin qanunvericiliyə uyğun olmadığını, eləcə də ##.##.2024-cü il tarixli icra qeydinin verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğunu qeyd etmişdir. O, borcun mövcud olmadığını, müqaviləyə xitam verildiyini, borcluya əvvəlcədən bildiriş təqdim edilmədiyini və eyni öhdəlik üzrə təkrar icra qeydinin verilməsinin qanunsuz olduğunu göstərmişdir. Iddiaçı, həmçinin, mübahisə predmeti olan avadanlığın cavabdehə qaytarılmasının təklif edildiyini, lakin cavabdehin onu qəbul etməkdən imtina etdiyini bildirmişdir.

20. Məhkəmə baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Iş materiallarından müəyyən olunmuşdur ki, məhkəmə araşdırması gedişində Nizami Rayon Icra Şöbəsi tərəfindən iddiaçı barəsində axtarış elan edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri * saylı Notariat ofisinin ##.##.2023-cü il tarixli *İ-**** nömrəli icra qeydi əsasında iddiaçıdan cavabdehin xeyrinə 1.800 manat icarə haqqının, 1.500 manat dəbbə pulunun və 25 manat dövlət rüsumunun, ümumilikdə 3.325 manat məbləğində pul vəsaitinin tutulması üçün icra sənədi Nizami Rayon Icra Şöbəsinə göndərilmişdir.

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.N.Quliyev) 2025-ci il # ####### tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli “Xalça və avtoyuma avadanlığına dair icarə müqaviləsi” üzrə öhdəlik münasibətlərinə xitam verilməsi, habelə Bakı şəhəri * saylı Notariat ofisinin ##.##.2023-cü il tarixli, *İ-**** nömrəli, ##.##.2024-cü il tarixli, *İ-***** nömrəli və ##.##.2025-ci il tarixli, *İ-***** nömrəli icra qeydlərinin icra edilməməli hesab olunması tələbləri ilə bağlıdır.

23. Iş materiallarından müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri * saylı Notariat ofisinin ##.##.2022-ci il tarixli, *İ-***** nömrəli və ##.##.2023-cü il tarixli, *İ-**** nömrəli icra qeydlərinin qanuniliyini mübahisələndirməmişdir. Əksinə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı həmin icra qeydləri üzrə ödənişlər etmiş, habelə sonradan verilmiş ##.##.2023-cü il tarixli icra qeydi üzrə də qismən öhdəliklərini icra etmişdir.

24. Məhkəmə tərəfindən araşdırılmış sübutlardan müəyyən edilmişdir ki, iddiaçı ##.##.2023-cü il tarixli müraciətində notariat orqanından yeni icra qeydinin verilməsindən imtina edilməsini xahiş etmiş, lakin həmin tarixədək verilmiş icra qeydlərinin qanuniliyini mübahisələndirməmişdir. Eyni hal iddiaçının ##.##.2025-ci il tarixli ərizəsindən də görünür. Belə ki, həmin ərizədə əvvəlki icra qeydlərinin mövcudluğu qeyd edilsə də, onların qanuniliyi mübahisə predmeti edilməmişdir.

25. ##.##.2023-cü il tarixli icra qeydinin verilməsindən sonra tərəflər arasında bağlanmış müqavilənin etibarsız hesab olunması və ləğvi ilə bağlı məhkəmə mübahisələrinə baxılmış, həmin işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları qəbul edilmişdir. Hazırda mübahisələndirilən ##.##.2024-cü il və ##.##.2025-ci il tarixli icra qeydləri isə qeyd olunan məhkəmə aktlarının qəbulundan sonrakı dövrə aiddir.

26. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarından müəyyən edilmişdir ki, iddiaçının müqavilənin etibarsız hesab olunması tələbi həm Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürülməsi, həm də müqavilənin etibarsızlığı üçün qanunla nəzərdə tutulmuş əsasların müəyyən edilməməsi səbəbindən rədd edilmişdir. Həmin məhkəmə aktlarında iddiaçının müqavilə üzrə 5.000 manat məbləğində ödəniş etməsinə dair mötəbər sübut təqdim etmədiyi də göstərilmişdir.

27. Məhkəmə hesab etmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliklərin başa çatması, müqavilənin şərtlərinə əsasən avadanlığın onun mülkiyyətində qalması və müqaviləyə xitam verilməsi barədə dəlilləri iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. Belə ki, iddiaçının istinad etdiyi ödənişlərin əhəmiyyətli hissəsi icra qeydləri əsasında başlanılmış icra icraatı çərçivəsində həyata keçirilmişdir. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə aktlarında iddiaçının müqavilənin 8-ci bəndində nəzərdə tutulan şərtlərin yerinə yetirilməsini təsdiq edən sübutlar təqdim etmədiyi müəyyən edilmişdir.

28. Məhkəmə iddiaçının avadanlığın cavabdehə qaytarılmasının təklif olunması, lakin qəbul edilməməsi barədə dəlilini də əsaslı hesab etməmişdir. Çünki həmin halı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Iddiaçının avadanlığın bazar dəyərinin müqavilədə göstərilən qiymətdən aşağı olması ilə bağlı təqdim etdiyi mütəxəssis rəyi də iddianın təmin edilməsi üçün kifayət qədər sübut hesab edilə bilməz. Məhkəmə nəzərə almışdır ki, müqavilə bağlandıqdan sonra uzun müddət ərzində iddiaçı tərəfindən əqdin etibarsızlığı və ya aldadılma ilə bağlı müvafiq hüquqi müdafiə vasitələrindən istifadə edilməmişdir.

29. Məhkəmə həmçinin iddiaçının müxtəlif tarixli icra qeydləri üzrə məbləğlər arasında ziddiyyətin mövcudluğu barədə dəlilini əsaslı hesab etməmişdir. Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, əvvəlki icra qeydləri üzrə borcun yalnız bir hissəsi ödənilmiş, qalan öhdəliklərin icra edilməməsi sonrakı dövrlərdə yeni icra qeydlərinin verilməsinə səbəb olmuşdur.

30. Iddiaçının “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ######## 2000-ci il tarixli, *** nömrəli qərarına istinad edərək icra qeydlərinin qanunsuz verilməsi barədə dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin qərarla təsdiq edilmiş Siyahının İ hissəsinin 1-ci bəndinə əsasən pul öhdəliklərini nəzərdə tutan notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə icra qeydlərinin aparılması mümkündür. Mübahisəli müqavilə də notariat qaydasında təsdiq edilmiş və pul öhdəliyini nəzərdə tutan əqd olduğundan, notarius tərəfindən icra qeydlərinin verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 354.2, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il ## ###### tarixli və Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarlarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

32. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.

34. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən notariat orqanına müraciət etmiş, ödənilməmiş borcun ödənilməsini və ya icarə predmeti olan avadanlığın qaytarılmasını tələb etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – A.Ə.Isgəndərov (sədrlik edən və məruzəçi), S.R.Səlimova və A.N.Imanov) 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın qismən təmin olunması, Bakı şəhəri * saylı Notariat ofisinin ##.##.2023-cü il tarixli, *İ-**** nömrəli, ##.##.2024-cü il tarixli, *İ-***** nömrəli və ##.##.2025-ci il tarixli, *İ-***** nömrəli icra qeydlərinin verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz sayılması, həmin icra qeydlərinin ləğv edilməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir.

36. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ilkin və sonradan artırılmış tələblərində Bakı şəhəri * saylı Notariat Ofisinin və Nizami Rayon Icra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsini, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsi üzrə öhdəlik münasibətlərinə xitam verilməsini, habelə ##.##.2023-cü il tarixli, *İ-**** nömrəli, ##.##.2024-cü il tarixli, *İ-***** nömrəli və ##.##.2025-ci il tarixli, *İ-***** nömrəli icra qeydlərinin icra edilməməli hesab olunmasını xahiş etmişdir. Sonradan iddiaçı MPMin 53-cü maddəsinə əsasən tələbini dəqiqləşdirərək Bakı şəhəri * saylı Notariat Ofisinin qeyd olunan icra qeydlərinin ləğv edilməsini tələb etmişdir.

37. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə hüquqi qiymət verməmiş, qətnaməni ilkin tələb əsasında qəbul etmişdir. Bununla da MPM-in 151.3 və 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, MPM-in 151.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən geri qaytarılmayan və ya qəbulundan imtina edilməyən iddia ərizəsi qəbul edilmiş hesab olunur. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə isə məhkəmə işdə iştirak edən şəxslərin irəli sürdüyü tələblər üzrə qətnamə qəbul etməlidir. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının dəqiqləşdirilmiş tələblərinə mahiyyəti üzrə qiymət verilməklə yeni qətnamə qəbul edilməlidir.

38. Iddianın mahiyyəti üzrə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsi iki il müddətinə bağlanmış və ##.##.2024-cü il tarixdə qüvvədən düşmüşdür. Müqavilənin 8-ci bəndinə əsasən avadanlığın dəyəri 5.000 manat müəyyən edilmiş, müqavilənin ilk altı ayından sonra icarəçi tərəfindən 2.000 manat ödənildiyi halda avadanlığın onun istifadəsində qalacağı və müqaviləyə xitam veriləcəyi nəzərdə tutulmuşdur.

39. Cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyindən iddiaçıdan borcun ödənilməsini və ya avadanlığın qaytarılmasını tələb etmiş, bu məqsədlə notariat orqanına müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin avadanlığın qaytarılmasını tələb etməsi müqavilənin davam etdirilməsi iradəsindən imtina etməsi kimi qiymətləndirilməlidir. MM-in 421.2 və 421.3-cü maddələrinin mənasına görə qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda müqavilənin icrasından birtərəfli imtina müqavilənin ləğvi ilə nəticələnir. Buna görə də məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh həm borcun ödənilməsini, həm də müqavilə predmetinin qaytarılmasını tələb etməklə müqavilədən birtərəfli qaydada imtina etmişdir. Belə halda müqavilə ləğv edilmiş sayıldığından sonrakı dövrdə həmin müqavilə əsasında icra qeydlərinin verilməsi qanuni hesab edilə bilməz.

40. Tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən müqavilə üzrə azı 7.610 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh də həmin məbləğin alındığını etiraf etmişdir. Beləliklə, müqavilənin 8-ci bəndində nəzərdə tutulan ödəniş şərti yerinə yetirilmiş hesab edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası notariat orqanı tərəfindən mübahisələndirilən icra qeydlərinin verilməsi üçün hüquqi əsasların mövcud olmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası nəzərə almışdır ki, hazırkı iş üzrə mübahisə predmeti yalnız ##.##.2023-cü il tarixli, *İ-**** nömrəli, ##.##.2024-cü il tarixli, *İ-***** nömrəli və ##.##.2025-ci il tarixli, *İ-***** nömrəli icra qeydləridir. Iddiaçı ##.##.2022-ci il tarixli, *İ-***** nömrəli və ##.##.2023-cü il tarixli, *İ-**** nömrəli icra qeydlərini mübahisələndirmədiyindən, məhkəmə həmin icra qeydlərinə hüquqi qiymət vermir.

41. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən icra qeydi yalnız təqdim olunmuş sənədlərin borcun mübahisəsiz olmasını təsdiq etdiyi hallarda aparıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, Bakı şəhəri * saylı Notariat ofisinin ##.##.2023-cü il tarixli, *İ-**** nömrəli, ##.##.2024-cü il tarixli, *İ- ***** nömrəli və ##.##.2025-ci il tarixli, *İ-***** nömrəli icra qeydlərinin verilməsi qanunsuz olmuşdur. Buna görə də iddia həmin hissədə təmin edilməli, qeyd olunan icra qeydləri ləğv edilməlidir. Iddianın qalan hissəsi isə əsaslı olmadığından təmin edilməməlidir. Nizami Rayon Icra Şöbəsinin hərəkətləri icra sənədlərinin icrası çərçivəsində həyata keçirildiyindən həmin hissədə qanun pozuntusu müəyyən edilmir.

42. Apellyasiya məhkəməsi öz mövqeyini MM-nin 421.2, 421.3-cü, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, MPM-in 14.2, 77.1, 78.1, 80, 81, 151.3, 218.3, 384.0.2, 385.1, 386, 390-cı maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh cavabdeh1 (vəkil Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh1 tərəfindən ödənilməmiş borcun ödənilməsinin və ya avadanlığın (icarə predmetinin) geri qaytarılmasının tələb edilməsini müqavilədən birtərəfli imtina kimi qiymətləndirmişdir. Halbuki, həmin hərəkətlər müqavilədən imtina deyil, kreditorun müqavilə öhdəliklərinin icrasını tələb etməyə yönəlmiş mülki-hüquqi müdafiə vasitələridir. Buna görə də müqavilənin ləğv olunmuş hesab edilməsi barədə nəticə əsassızdır.

45. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi müqavilənin 8-ci bəndinin məzmununa düzgün hüquqi qiymət verməmişdir. Həmin bənddə nəzərdə tutulan 2.000 manat məbləğinin ödənilməsi müqaviləyə avtomatik xitam verilməsi üçün müstəqil əsas kimi müəyyən edilməmiş, bunun müəyyən şərtlərin mövcudluğundan asılı olduğu müqavilənin məzmunundan görünür. Məhkəmə tərəfindən müqavilə münasibətlərinin davam edib-etmədiyi, tərəflərin öhdəliklərini hansı həcmdə icra etdikləri və öhdəliklərin pozulub-pozulmadığı tam araşdırılmamışdır.

46. Kassatorun dəlillərinə görə mübahisələndirilən icra qeydlərinin qanunsuz hesab edilməsi də düzgün olmamışdır. Belə ki, icra qeydləri qüvvədə olan müqaviləyə və borcun ödənilməməsi faktına əsaslanmış, borcun mövcudluğu tərəflər arasında bağlanmış müqavilə və iş materialları ilə təsdiq edilmişdir. Borcun mübahisələndirilməsi özlüyündə icra qeydinin etibarsızlığı üçün əsas hesab oluna bilməz. Bu hallara lazımi hüquqi qiymət verilmədən icra qeydlərinin ləğvi barədə nəticəyə gəlinmişdir.

47. Həmçinin bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutları tam, obyektiv və hərtərəfli qiymətləndirməmişdir. Belə ki, iddiaçı tərəfindən həyata keçirilmiş 7.610 manat məbləğində ödəniş müqavilə öhdəliklərinin tam icrası kimi qəbul edilmiş, lakin həmin ödənişlərin hüquqi təyinatı, onların icarə haqqına, dəbbə puluna və digər öhdəliklərə aid olub-olmaması, habelə ödənişlərin vaxtında həyata keçirilib-keçirilməməsi araşdırılmamışdır. Eyni zamanda, gecikməyə görə məsuliyyət və əlavə öhdəliklər də nəzərə alınmamışdır.

48. Bundan başqa, kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsində hüquqi nəticələrin əsaslandırılması baxımından ziddiyyətlərin mövcud olduğunu qeyd etmişdir. Belə ki, məhkəmə bir tərəfdən müqavilənin ləğv edildiyi qənaətinə gəldiyi halda, digər tərəfdən həmin müqavilədən irəli gələn əvvəlki icra münasibətlərinin hüquqi nəticələrini qüvvədə saxlamışdır ki, bu da qəbul edilmiş nəticələrin hüquqi və məntiqi ardıcıllığına şübhə yaradır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

49. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti 2024-cü il ## ######## tarixdə başa çatmışdır. Müqavilənin 8-ci bəndinə əsasən, ilk altı aydan sonra 2.000 manat ödənildiyi halda avadanlığın icarəçidə qalması və müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur. Iş materialları ilə təsdiq olunmuşdur ki, tərəflər müqaviləyə xitam verilməsi məsələsində razılığa gələ bilməmiş, cavabdehin ödənişin və ya avadanlığın qaytarılmasını tələb etməsi isə müqavilədən birtərəfli imtina kimi qiymətləndirilə bilər. Bundan başqa, cavabdeh tərəfindən müqavilə üzrə 7.610 manat məbləğində ödənişin qəbul edildiyi etiraf olunmuşdur. Bu halda müqavilənin 8-ci bəndində nəzərdə tutulmuş şərt yerinə yetirildiyindən, apellyasiya instansiyası məhkəməsinin icra qeydlərini qanunsuz hesab etməsi əsaslı olmuşdur. Həmçinin, hazırkı işdə müqavilə öhdəliyi mübahisəli olduğundan və belə tələblər mübahisəsiz qaydada alınmalı sənədlərin siyahısına daxil edilmədiyindən, icra qeydlərinin aparılması qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bundan əlavə, müqavilə predmetinin bazar dəyərinin müqavilədə göstərilən məbləğə uyğun olmadığı və avadanlığın cavabdehə qaytarılmasının təklif edilməsinə baxmayaraq onun tərəfindən qəbul edilmədiyi qeyd edilmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

51. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

52. Maddə 76. Icra qeydi yalnız təqdim olunmuş sənədlərin borcun mübahisəsiz olmasını təsdiq etdiyi hallarda aparıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

62. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

64. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

65. Kassasiya şikayətində qeyd olunan dəlillər isə əsaslı hesab edilə bilməz.

66. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

67. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilmişdir.

68. Halbuki MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

69. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.

71. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

72. MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar