Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1305/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, başqasının qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Baxadur qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 cəlb edilməklə) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə ##.##.2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Imişli rayonu, Mürsəlli kəndində yerləşən 1,6433 ha və 1,1721 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aqrar islahat nəticəsində ##.##.2002-ci il tarixli Dövlət Aktı ilə iddiaçı İddiaçı və onun 6 nəfər ailə üzvü – X2, X3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, X5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ümumi birgə mülkiyyətinə verilmiş, ##.##.2023-cü ildə həmin torpaq sahələri üzərində iddiaçıları mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlar verilmişdir.
2. Cavabdeh cavabdeh2 və 6 nəfər ailə üzvünün mülkiyyətinə Imişli rayonu, Mürsəlli kəndində Aqrar Islahat Komissiyasının ##.##.2001-ci il tarixli ** nömrəli qərarı əsasında ##.##.2002-ci il tarixli Dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 4,92 ha torpaq sahəsi verilmişdir.
3. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 və onun ailə üzvlərinə məxsus Imişli rayonu, Mürsəlli kəndində yerləşən 4,92 ha (JN-**** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı) 4 hissədən ibarət olmaqla 77-1.59 ha, 77 A-0.89 ha, 77 B 0.89 ha və 77 L 1.55 ha saylı planda (cizgidə) göstərilən ayrı-ayrı torpaq sahələrindən ibarətdir. 77 L 1.55 ha saylı planda (cizgidə) göstərilən torpaq sahəsi mübahisəli ərazidə yerləşmir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən iddiaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha və 1,6433 ha torpaq sahələri istifadə edilir. Qeyd edilən torpaq sahələri torpaq islahatı aparılan zamanı cavabdeh2 və cavabdeh1 istifadəsinə verilmişdir. Iddiaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha torpaq sahəsinin 1,02 ha hissəsi cavabdeh2, 0,1521 ha hissəsi isə cavabdeh1 tərəfindən istifadə edilir. Iddiaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,6433 ha torpaq sahəsi isə bütünlüklə cavabdeh2 tərəfindən istifadə edilir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin özbaşına qanunsuz zəbt etdiyi, Imişli Rayon Mürsəlli kəndində yerləşən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1,5452 ha, 1,6433 ha və 1,1721 ha torpaq sahəsindən çıxarılması, cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısının alınması və cavabdehlərin qanuna zidd hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və onun ailə üzvləri atası X2, anası X4, bacıları- mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və X6, qardaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ümumi birgə mülkiyyətlərinə Imişli rayonunun Mürsəlli kəndində Aqrar Istehsalat Komissiyasının qərarı ilə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 1,5452 ha, 1,6433 ha və 1,1721 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsi müvafiq olaraq iddiaçının adına sənədləşdirilmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestr xidmətindən 1,5452 ha torpaq sahəsi üçün 907013052341, 1,6433 ha torpaq sahəsi üçün ************ və 1,1721 ha torpaq sahəsi üçün ************ nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Ailə üzvlərinin razılığı ilə torpaq sahəsi iddiaçının istifadəsinə verilmişdir. Torpaq sahəsini iddiaçı istifadə edir. Torpağa mülkiyyət sənədini və çıxarışını da iddiaçı müraciət edərək almışdır. Qeyd edilən torpaq sahəsindən islahatdan bəri iddiaçı istifadə edir. Lakin cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçının ailəsinə məxsus olan həmin torpaq sahəsini qeyri-qanuni zəbt etmiş və faktiki olaraq istifadə etməsinə imkan vermirlər. Cavabdehlər iddiaçıya məxsus torpaqdan istifadə edir, iddiaçının mülkiyyətində olan torpaqdan istifadə etməsinə mane olaraq onun mülkiyyət hüquqlarını pozurlar. Çıxarışa əsasən iddiaçı ailəsinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən tam və sərbəst şəkildə istifadə edib torpaq sahəsi üzərində mülkiyyət hüququnu həyata keçirə bilmir. Odur ki, cavabdehlər cavabdeh2 və cavabdeh1 iddiaçının ailəsinə və iddiaçıya məxsus olan torpaq sahəsindən qanunsuz istifadə etməsinin və iddiaçının oradan istifadə etməsinə yaratdığı maneəyə görə cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınmasını istəyir. Iddiaçı dəfələrlə, mütəmadi olaraq aidiyyatı orqanlara müraciət etməsinə baxmayaraq iddiaçıya heç bir köməklik edilməmişdir. Iddiaçı da məcbur olub məhkəməyə müraciət etmişdir.
6. Imişli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 Imişli rayonunun Mürsəlli kəndində yerləşən iddiaçı İddiaçı və onun ailə üzvləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, X6, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 birgə mülkiyyətlərində olan 1,1721 ha və 1,6433 ha torpaq sahəsindən çıxarılması və cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələrinin qarşısı alınmaqla qanuna zidd hərəkətlərinə son qoyulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları, xüsusilə də Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyini əsas götürərək müəyyən etmişdir ki, iddiaçı İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1,1721 ha və 1,6433 ha torpaq sahələri faktiki olaraq cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən istifadə olunur. Eyni zamanda, 1,5452 ha torpaq sahəsi ilə bağlı iddiaçının özü həmin sahənin mübahisə predmeti olmadığını bildirdiyindən və naturada tədqiqat aparılmasına etiraz etdiyindən, həmin torpaq sahəsinə dair pozuntu müəyyən edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tədqiqatı zamanı mütəxəssis rəyi ilə müəyyən olunmuş hallardan göründüyü kimi, iddiaçı İddiaçı 1,5452 ha torpaq sahəsinin mübahisəli ərazidə yerləşmədiyini və həmin torpaq sahəsinin mübahisə predmeti olmadığını bildirərək həmin ərazidə tədqiqat aparılmasına etiraz etdiyi üçün qeyd edilən 1,5452 ha torpaq sahəsinin sərhədləri naturada müəyyən edilməmiş, iddiaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha torpaq sahəsinin 1,02 ha hissəsinin cavabdeh2, 0,1521 ha hissəsinin isə cavabdeh1 tərəfindən istifadə edildiyi, iddiaçı İddiaçı və onun ailə üzvlərinə məxsus 1,6433 ha torpaq sahəsinin isə bütünlüklə cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.
9. Məhkəmə hüquqi qiymətləndirmə apararkən Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 152 və 157-ci maddələrinə, Torpaq Məcəlləsinin 111-ci maddəsinə, eləcə də mülkiyyət hüququnun müdafiəsinə dair Konstitusiya Məhkəməsinin və Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, mülkiyyət hüququ dövlət tərəfindən qorunan fundamental hüquq olmaqla, mülkiyyətçinin əmlakdan maneəsiz istifadə etmək hüququnun pozulması hallarında həmin pozuntuların aradan qaldırılması məhkəmə qaydasında təmin edilməlidir.
10. Mütəxəssis rəyini iş üzrə digər sübutlarla uyğun və əsaslandırılmış hesab edən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlər iddiaçıya məxsus 1,1721 ha və 1,6433 ha torpaq sahələrindən hüquqi əsas olmadan istifadə edirlər. Buna görə də həmin torpaq sahələrinin qanunsuz istifadə olunan hissələrinin iddiaçıya qaytarılması və cavabdehlərin torpaq sahələrindən istifadəsinə son qoyulması üçün qanuni əsaslar mövcuddur.
11. Nəticə etibarilə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, cavabdehlərin iddiaçı və onun ailə üzvlərinə məxsus 1,1721 ha və 1,6433 ha torpaq sahələrindən çıxarılması, onların qanunsuz istifadəsinin dayandırılması barədə qərar qəbul etmiş, 1,5452 ha torpaq sahəsi ilə bağlı tələb isə sübuta yetirilmədiyindən rədd edilmişdir. Məhkəmə həmçinin iddianın qismən təmin olunmasını nəzərə alaraq məhkəmə xərclərini tərəflər arasında mütənasib qaydada bölüşdürmüşdür.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə (mülkiyyət hüququnun toxunulmazlığı və müdafiəsi), Mülki Məcəllənin 6-cı, 8.2ci, 152.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə (mülkiyyət hüququnun məzmunu, mühafizəsi və qanunsuz müdaxilənin aradan qaldırılması), Torpaq Məcəlləsinin 111-ci maddəsinə (torpaq hüquqlarının bərpası), habelə Mülki Prosessual Məcəllənin 107-ci, 115-ci, 119.1-ci və 220.5-ci maddələrinə (məhkəmə xərclərinin bölüşdürülməsi) istinad etməklə əsaslandırmış, həmçinin hüquqi mövqeyini Konstitusiya Məhkəməsinin ##.##.2004-cü il tarixli qərarında, “Insan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsində, Insan Hüquqlarının və X8 haqqında Konvensiyaya * saylı Protokolun 1-ci maddəsində və “Broniowski Polşaya qarşı” işi üzrə Avropa Insan Hüquqları Məhkəməsinin hüquqi mövqeyində əks olunan prinsiplərlə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinə dair özünün mülkiyyət hüququnu təsdiq edən dövlət aktının mövcud olduğunu və mülkiyyətçiyə məxsus torpaq sahəsinə onun razılığı olmadan müdaxilənin yolverilməz olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi torpaq sahələrinin sərhədlərini Aqrar Islahat Komissiyasının müəyyən etdiyi ilkin marşrut üzrə deyil, sonradan aparılmış ölçmələr əsasında müəyyən etdiyindən torpaq sürüşməsi barədə əsassız nəticəyə gəlmişdir. Bundan əlavə, apellyator hesab etmişdir ki, iş üzrə torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi üçün əlavə məhkəməmühəndislik ekspertizası təyin edilməli olduğu halda belə ekspertiza keçirilməmiş, nəticədə iş hərtərəfli, tam və obyektiv araşdırılmamışdır.
15. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsini qanunsuz zəbt etməsi iş materialları ilə təsdiq olunmur, mübahisəli torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən dövlət aktı mövcuddur, torpaq sahələrinin sərhədləri düzgün müəyyən edilməmiş, ölçmə işləri Aqrar Islahat Komissiyasının müəyyən etdiyi ilkin marşrut üzrə deyil, sonradan aparılmış ölçmələr əsasında həyata keçirilmişdir. Bundan əlavə, iş üzrə torpaq sahələrinin sərhədlərinin dəqiq müəyyən edilməsi məqsədilə əlavə məhkəmə-mühəndislik ekspertizası təyin edilməli olduğu halda birinci instansiya məhkəməsi bunu etməmiş, nəticədə iş hərtərəfli, tam və obyektiv araşdırılmadan qətnamə qəbul etmişdir. Bu əsaslarla cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(*-*)-***/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Imanov Cahid (sədrlik edən və məruzəçi), Kərimov Tale və Əliyev Qasım) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən bütün halları tam və hərtərəfli araşdırmış, sübutları düzgün qiymətləndirmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kollegiya müəyyən etmişdir ki, iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1,1721 ha və 1,6433 ha torpaq sahələrinin cavabdehlər tərəfindən faktiki istifadə edilməsi mütəxəssis rəyi ilə təsdiq olunur, cavabdehin bu nəticələri təkzib edən mötəbər sübutları isə təqdim edilməmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər əsassız hesab edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayılaraq dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti isə təmin edilməmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə mövcud olan mütəxəssis rəyi mübahisəli torpaq sahələrinin sərhədlərini və cavabdehlərin həmin torpaq sahələrindən faktiki istifadə etməsini kifayət qədər aydın şəkildə müəyyən etdiyindən əlavə məhkəmə-mühəndislik ekspertizasının təyin edilməsinə ehtiyac olmamışdır. Kollegiya vurğulamışdır ki, cavabdehin mülkiyyət hüququna dair istinadları iddiaçıya məxsus torpaq sahələrindən qanuni əsas olmadan istifadə etməsini legitimləşdirə bilməz.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, 88-ci maddəsinə, 384.0.1-ci maddəsinə, 385.2-ci maddəsinə və 402.1-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 157.2-ci, 157.4cü və 157.8-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə faktiki halları tam və obyektiv araşdırmamış, mübahisəli torpaq sahələrinin sərhədlərinin və faktiki istifadə vəziyyətinin düzgün müəyyən edilməsi üçün zəruri olan əlavə məhkəməmühəndislik
21. ekspertizasını təyin etməmiş, nəticədə sübutlar düzgün qiymətləndirilməmişdir. Kassator qeyd etmişdir ki, torpaq sahələrində guya “sürüşmə” və ya yerdəyişmə halları Aqrar Islahat Komissiyasının ilkin bölgüsündən kənar aparılmış ölçmələr nəticəsində yaranmışdır və bu səbəbdən mübahisə əsassız formalaşmışdır. O, həmçinin bildirmişdir ki, mütəxəssis rəyi düzgün koordinatlara əsaslanmamış, yalnız iddiaçının mövqeyinə uyğun tərtib edilmişdir və cavabdehlərin istifadə etdiyi torpaq sahələri qanuni əsasla onlara verilmişdir. Bu səbəbdən kassator hesab etmişdir ki, məhkəmələr maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişlər.
22. Həmçinin kassator qeyd etmişdir ki, məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 139.1.1.3, 146.1, 146.2, 152.1 və 152.5-ci maddələrinin, eləcə də Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinin tələblərini düzgün tətbiq etməmişdir. Kassatorun mövqeyinə görə, mülkiyyət hüququnun dövlət tərəfindən qorunmasına, daşınmaz əmlaka hüquqların yalnız dövlət qeydiyyatı əsasında yaranmasına, mülkiyyətçinin əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının toxunulmazlığına dair hüquqi normalar iş üzrə tam və obyektiv qiymətləndirilməmiş, pay torpaq sahəsinə dair dövlət aktında göstərilən cizgi və koordinatların sonradan əsassız dəyişdirilməsi və bunun nəticəsində mülkiyyət hüququnun pozulması hallarına məhkəmə hüquqi qiymət verməmişdir. O, həmçinin bildirmişdir ki, torpaq sahəsinin ölçülməsi və koordinatların müəyyən edilməsi mülkiyyətçi kimi onun iştirakı olmadan aparılmış, nəticədə ona məxsus torpaq sahəsindən istifadə hüququ faktiki olaraq məhdudlaşdırılmış və bu hallar məhkəmə tərəfindən nəzərə alınmadan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir.
23. Həmçinin kassator qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3 və 217.5-ci maddələrinin tələblərinə zidd olaraq məhkəmələr yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında deyil, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, o cümlədən təqdim etdiyi vəsatətləri və mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutları tədqiq etmədən qətnamə qəbul etmişlər. Kassatorun mövqeyinə görə, uzun illər istifadə etdiyi pay torpaq sahəsində sonradan aparılmış ölçmə və koordinat dəyişiklikləri əsassız olmuş, bu zaman torpaq sahələrinin müəyyən edilməsi marşrutuna riayət edilməmiş və nəticədə onun hüquqlarına zidd olaraq torpaq sahəsinin iddiaçıya verilməsi barədə səhv nəticəyə gəlinmişdir. O, həmçinin bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi təqdim etdiyi vəsatətləri araşdırmadan, məhkəmə iclasında tədqiq etmədən və sübutların düzgün qiymətləndirilməsini təmin etmədən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, bununla da Mülki Prosessual Məcəllənin məhkəmə qərarının yalnız tədqiq edilmiş sübutlara əsaslanması barədə tələblərini pozmuşdur. Buna görə də kassator hesab etmişdir ki, qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır.
24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi, 77.1-ci maddəsi, 217.1-ci maddəsi, 217.3-cü maddəsi və 217.5-ci maddəsi müddəalarına istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13-cü maddəsinin İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 13-cü maddəsinin II hissə. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29-cu maddəsinin II hissəsi. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 140. Reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
33. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
34. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Beyləqan Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan (************ reyestr nömrəli) 1,6433 ha torpaq sahəsi və (************ reyestr nömrəli) 1.1721 ha torpaq sahəsinin 1,02 ha hissəsi kassasiya şikayəti vermiş cavabdeh cavabdeh2 faktiki sahibliyində və istifadəsindədir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 4,92 ha torpaq sahəsinin koordinatları mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmür. Məhkəmə MM-nin 157.2ci maddəsinə əsasən qeyd edilən torpaq sahələrindən cavabdehin çıxarılması hissəsində əsaslı hesab etmişdir.
35. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddianın təmin edildiyi hissədə tələbə düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.
36. Apellyasiya məhkəməsi iş üzrə ekspertiza təyin edilməsi barədə cavabdehin vəsatətinin hansı səbəbdən təmin edilmədiyinə dair mövqeyini qətnamədə əsaslandırmışdır.
37. Kassasiya şikayətinin iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınarkən qeydiyyatın həqiqi vəziyyətə uyğun olmadığına dair dəlilləri bağlı kollegiya qeyd edir ki, MM-nin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Mülki Məcəllənin 141 və 149-cu maddələrində daşınmaz əmlaka hüququn qeydiyyatını əsassız hesab edən maraqlı şəxslərin qeydə etiraz vermək və ya qeydiyyatın çıxarılması barədə iddia qaldırmaq kimi hüquqları nəzərdə tutulmuş, cavabdeh bu hüquqdan istifadə etməmişdir.
38. Torpaq sahəsinin uzun illər cavabdehin istifadəsində olmasının məhkəmə tərəfindən nəzərə alınmadığına dair dəlillə bağlı kollegiya qeyd edir ki,daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə sahiblik etmə faktı yalnız Mülki Məcəllənin 178.6-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduqda (əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olmalı və şəxs Mülki Məcəllə qanuni qüvvəyə mindikdən-##.##.2000-ci il tarixdən sonra əmlaka 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmiş olmalı ) daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması üçün əsas ola bilər. Hazırkı işdə qanunda nəzərdə tutulmuş bu əsasların olduğu məhkəmə tərəfindən müəyyən edilməmişdir.
39. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə bağlı dəlilləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya baxışının predmeti ola bilməz. Sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir, kassasiya instansiyası məhkəməsi tərəfindən isə sübutların araşdırılması və qiymətləndirilməsi həyata keçirilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş normalara riayət edilib-edilmədiyi yoxlanılır. Hazırkı halda belə pozuntulara yol verildiyi müəyyən edilmir.
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.