Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1309/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbinə və Şirvan-Salyan Regional Təhsil Idarəsinə qarşı “işə bərpa, məcburi buraxılan iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildiyinə görə (ƏM-in 70ci maddəsinin c bəndi), əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar, öhdəsində orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olması səbəbinə görə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Iddiaçı ## ######## 2006-cı il tarixdən Salyan rayon Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta məktəbinə riyaziyyat müəllimi təyin edilmişdir.
2. ## #### 2025-ci il tarixli, ** №-li əmri ilə cavabdeh1 “Riyaziyyat müəllimi” vəzifəsində işləyən Iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən ## #### 2025-ci il tarixdən xitam verilmişdir.
3. X2 X1 müddətsiz birinci dərəcə əlildir (gözdən əlil), daima kənar şəxsin köməyinə ehtiyacı var.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış ## ####### 2025-ci il tarixli məktubuna əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən Iddiaçı ## #### 2025-ci il tarixindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş və hazırda ödənişi davam etdirilir.
5. Salyan RIHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Salyan rayon Vəkil Bürosuna sorğuya cavab olaraq ünvanlanmış ## ######## 2025ci il tarixli məktuba əsasən Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ev təsərrüfatlarının uçotu kitabında * saylı təsərrüfatbaşına kitabında *** saylı şəxsi hesabda səhifə 34-də təsərrüfat başçısı X6r. Həmin təsərrüfatda qeydiyyatda olanlar X7 və X3r. Lakin Iddiaçı cavabdeh1 riyaziyyat müəllimi işlədiyinə görə iki övladı ilə birlikdə X1na məxsus evdə yaşayır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh1 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1 barəsində verilmiş Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ## #### 2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi və cavabdeh1 riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olur. Ixtisasca riyaziyyat müəllimidir. cavabdeh1 ## ######## 2006-cı il tarixli *** nömrəli əmri ilə həmin məktəbə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. ## #### 2025-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. Işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq bildirmişdir ki, özü valideynlərinin evində yaşayır. X1 1-ci qrup əlil olmaqla iddiaçının himayəsindədir və ona qulluq edən başqa şəxs yoxdur. ## #### 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və himayəsində 1-ci qrup əlil olan atasına qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Bu barədə işəgötürən olan hazırkı iş üzrə cavabdeh cavabdeh1 rəhbərliyinə məlumat verməyinə baxmayaraq, ailə vəziyyəti, öhdəliyində 1-ci qrup əlilin olmasına baxmayaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə tanış olduqdan sonra məlum olmuşdur ki, işəgötürən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam vermişdir.
8. Cavabdeh cavabdeh1 direktoru X4 iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı Iddiaçı ## #### 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanından ikinci dəfə kəsildiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı ona ailə tərkibi barədə arayış təqdim etsə də, X1nun onun himayəsində olmasını təsdiq edən sənədi müəllimlərin sertifikasiya imtahanından kəsildikdən sonra təqdim etmişdir. Odur ki, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Salyan Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim V.Əliyeva) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tamamilə qanuni olmuş, işəgötürən tərəfindən heç bir qanunsuz və ya əsassız hərəkətə yol verilməmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilən tarixdə (## #### 2025-ci il), o, “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs” statusuna malik olmamışdır. Iddiaçının atasının 1-ci qrup əlil olmaqla onun ailə üzvü olması faktı özü-özlüyündə onun “əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs” kimi hüquqi status qazanmasına əsas vermir, çünki belə status yalnız müvafiq dövlət orqanının rəsmən müəyyən etdiyi və qeydiyyata aldığı halda yaranır. Iş materiallarından göründüyü kimi, iddiaçı həmin statusu əmək müqaviləsinə xitam verildikdən sonra, yəni 2025-ci ilin iyul ayında almış, yəni əmək müqaviləsinə xitam verildiyi tarixdə belə hüquqi əsas mövcud olmamışdır. Buna görə də, işəgötürən işçi ilə əmək münasibətlərinə xitam verərkən onun ailə vəziyyətini və atasının əlilliyini nəzərə almağa borclu deyildi, çünki bu hal vəzifəyə uyğunluğa təsir edən hüquqi meyar hesab edilmir.
11. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, Əmək Məcəlləsinin 2, 3, 40, 67-2, 68, 70, 79-cu və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi Konstitusiyasının 35-ci maddəsi və Əmək Məcəlləsinin 79-cu maddəsi ilə ziddiyyət yaratmır. Birinci instansiya məhz bu cümlənin ikinci hissəsini – 79-cu maddəsinin tətbiqini doğru qiymətləndirməmişdir. Halbuki, Konstitusiya Məhkəməsi öz mövqeyində qeyd etmişdir ki, ƏM-in 70-ci maddəsi tətbiq edilərkən 79-cu maddəsinin məhdudiyyətləri hökmən nəzərə alınmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin öz qətnaməsində təsbit etdiyi kimi, iddiaçının X1 İ dərəcə, müddətsiz əlilliyi olan şəxsdir, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasın görə əlilliyi müəyyən edilmiş, iddiaçının evində yaşayır, iddiaçı bu faktı rəsmi sübutları əldə etmək üçün müvafiq dövlət orqanına müraciət etmişdir. ## #### 2025-ci il tarixdə Salyan Rayon Icra Hakimiyyəti Başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan açıq şəkildə görünür ki, Iddiaçı Salyan rayon Qaraçala qəsəbəsində yaşayır və ailə tərkibinə həyat yoldaşı, iki övladı ilə yanaşı İ dərəcəli əlil X1 və anası daxildir. Bu sənəd iddiaçının atasının onunla eyni ev təsərrüfatında, faktiki olaraq onun himayəsində yaşadığını, yəni Əmək Məcəlləsinin 79.1-ci maddəsində nəzərdə tutulmuş “öhdəsində” meyarının mövcudluğunu danılmaz şəkildə sübuta yetirir. Bununla belə, cavabdeh məktəb iddia edir ki, guya iddiaçının atasının əlilliyi və onunla eyni ünvanda yaşaması barədə rəsmi məlumatı olmamış, əgər belə məlumat olsaydı, 79.1-ci maddənin tətbiqini nəzərdən keçirə bilərdi. Bu arqument faktiki və hüquqi cəhətdən əsassızdır. Birincisi, arayış məhz cavabdehin tələbinə uyğun olaraq, əmək münasibətlərindən irəli gələn sənəd təqdim etmək öhdəliyinin icrası məqsədilə alınmış, iddiaçı tərəfindən cavabdehə təqdim ediləcəyi əvvəlcədən bildirilmişdir. Ikincisi, iş şəraitindən və çox illik əmək münasibətlərindən aydın olur ki, cavabdeh iddiaçının ailə vəziyyətini – onun valideynləri ilə birlikdə yaşadığını, atasının uzun müddət əlilliyi olduğunu və ailənin yeganə işləyən üzvünün iddiaçı olduğunu faktiki olaraq bilmişdir. Üçüncüsü, dərs ili sentyabr ayında başladığından, iddiaçı sertifikatlaşdırma nəticələri və tələb olunan sənədlər tam şəkildə formalaşanadək, xüsusən də ailə tərkibi barədə arayışın rəsmi təqdim edilməsini gözləyənədək əmək müqaviləsinə dərhal ## #### 2025-ci il tarixində xitam verilməsini tələb edən heç bir obyektiv, təcili zərurət mövcud deyildi. Iş üzrə “öhdəsində 81–100% əlilliyi olan digər ailə üzvü” faktı nə işəgötürən, nə də məhkəmə tərəfindən inkar edilmir. Bu halda Əmək Məcəlləsinin 79.1-ci maddəsinin müdafiəsi tətbiq edilməli idi və 70-ci maddə əsasında xitam vermək qadağandır.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim A.Novruzovanın sədrliyi və məruzəsi ilə, hakimlər M.Əsədli və P.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, toplanmış faktlar, tətbiq edilən normativ aktlar və Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli hüquqi mövqeyi sistemli şəkildə təhlil edildikdə apellyasiya şikayətinin dəlillərinin hüquqi və faktiki baxımdan əsassız olduğu, birinci instansiya məhkəməsinin mövqeyinin isə qanunvericiliyin tələblərinə və konstitusion hüquqi yanaşmaya tam uyğun gəldiyi qənaətinə gəlinir.
16. Əvvəla, iş üzrə mübahisənin mahiyyəti əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsasları və bu zaman Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş qadağaların tətbiq edilib-edilməməsi məsələsi ilə bağlıdır. Ilkin olaraq müəyyən edilməlidir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verildiyi tarixdə iddiaçı həmin maddədə göstərilən xüsusi müdafiə statusuna malik olub-olmaması hüquqi baxımdan mövcud idimi. Iş materiallarından və mübahisə edilməyən faktlardan aydın olur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ## #### 2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən yəni səlahiyyətli orqan tərəfindən peşəkarlıq səviyyəsinin və peşə yararlılığının kifayət dərəcədə olmaması barədə qərar qəbul edildiyi üçün xitam verilmişdir. Bu əsas təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı xüsusi normativ tənzimləməyə söykənir, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsində, Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə də təsdiq edilmiş Qaydalarda da açıq şəkildə nəzərdə tutulmuşdur. Həmin Qaydalara əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsinin yeni tədris ili başlayanadək Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq ləğv edilməsi qanunvericiliyin birbaşa tələbidir. Deməli, işəgötürənin davranışı diskression xarakter daşımır, normativ aktın imperativ göstərişinə əsaslanır.
17. Apellyasiya şikayətində əsas arqument kimi irəli sürülən məsələ ondan ibarət olmuşdur ki, guya Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərlə” əmək müqaviləsinin ləğv edilməsi qadağası bu iş üzrə tətbiq edilməli idi. Lakin birinci instansiya məhkəməsi haqlı olaraq bu arqumenti qəbul etməmişdir. Əmək Məcəlləsinin 79-cu maddəsi sosial cəhətdən həssas kateqoriyaya aid olan işçilərə əlavə müdafiə mexanizmi yaradan normadır. Lakin bu normanın tətbiqi üçün həmin statusun yalnız faktiki vəziyyətlə deyil, hüquqi cəhətdən də mövcud olması tələb olunur. Qanunvericilik “öhdəsində” anlayışını sırf bioloji və ya ailə münasibətləri faktı ilə deyil, hüquqi nəticə doğuran sosial statusla əlaqələndirir. Bu statusun mövcudluğu isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməli və rəsmiləşdirilməlidir.
18. Iş üzrə müəyyən edilmişdir ki, iddiaçının atasının birinci dərəcə əlil olması faktı mövcuddur, lakin iddiaçının “əlilliyi müəyyən edilmiş şəxsə qulluq edən şəxs” statusu əmək müqaviləsinə xitam verildiyi tarixdə mövcud olmamışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş rəsmi məlumatdan aydın olur ki, iddiaçıya bu status ## #### 2025-ci il tarixindən, yəni əmək müqaviləsinə xitam verildikdən sonra verilmişdir. Bu isə o deməkdir ki, ümumiyyətlə xitam anında işəgötürən üçün hüquqi baxımdan Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiqini şərtləndirən norma mövcud deyildi.
19. Apellyasiya şikayətində irəli sürülən “atasının onunla eyni evdə yaşaması” və “faktiki himayədə olması” arqumentləri hüquqi nəticə baxımından yetərli deyil. Birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, ailə üzvünün əlil olması faktı özü-özlüyündə işçiyə avtomatik olaraq 79-cu maddədə nəzərdə tutulmuş xüsusi müdafiə statusu qazandırmır. Bu status yalnız müvafiq dövlət orqanının qərarı ilə yaranır və hüquqi nəticə doğurur. Əks yanaşma hüquqi müəyyənlik prinsipini pozar və işəgötürən üçün əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan hüquqi nəticələr yaradar.
20. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarının hüquqi mövqeyindən belə nəticə çıxır ki, 70-ci maddənin “c” bəndinin tətbiqi zamanı 79-cu maddənin məhdudiyyətləri yalnız həmin məhdudiyyətlərin hüquqi əsasları mövcud olduqda nəzərə alınmalıdır. Hazırkı işdə isə bu əsaslar xitam tarixində mövcud olmamışdır. Buna görə də apellyasiya şikayətində iddia edildiyi kimi, birinci instansiya məhkəməsinin 79-cu maddəni “yanlış tətbiq etməməsi” deyil, əksinə, həmin normanı düzgün olaraq tətbiq etməməsi hüquqi cəhətdən əsaslandırılmışdır.
21. Apellyasiya şikayətində işəgötürənin iddiaçının ailə vəziyyətindən guya məlumatlı olması arqumenti də hüquqi əhəmiyyət daşımır. Əmək münasibətlərində hüquqi nəticələr subyektiv bilik və ehtimallara deyil, rəsmiləşdirilmiş hüquqi faktlara əsaslanır. Işəgötürənin ailə vəziyyəti barədə ümumi məlumatlı olması belə, iddiaçıya qanunla müəyyən edilmiş xüsusi sosial statusun mövcudluğunu əvəz etmir və Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiqi üçün hüquqi əsas yarada bilməz.
22. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, əmək müqaviləsinə xitam verildiyi tarixdə iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş müdafiə dairəsinə daxil olması sübuta yetirilməmişdir. Sertifikatlaşdırmadan keçməməsi faktı qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş, xitam isə normativ aktların birbaşa tələbinə uyğun həyata keçirilmişdir. Sonradan əldə edilmiş sosial status əmək münasibətlərinə xitamın hüquqi qüvvəsinə təsir göstərmir və bu xitamı qanunsuz etmir. Bu səbəblərə görə apellyasiya şikayətində irəli sürülən dəlillər hüquqi əsasdan məhrumdur, birinci instansiya məhkəməsinin qətnaməsi isə faktlara, maddi hüquq normalarına və Konstitusiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli hüquqi mövqeyinə tam uyğun olmaqla haqlı və əsaslıdır.
23. Apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60, 125, 129-cu, Əmək Məcəlləsinin 2.1, 9, 10, 67-2, 68.1, 70, 79.1-ci, “Təhsil haqqında” Qanunun 1.0, 1.0.6, 1.0.43, 2.2, 3, 3.0.5, 3.0.6, 33.3, 33.3.1, 33.3.2, 33.3.8, 33.3.9-cu, “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” haqqında ## ##### 2022-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.2, 5.3, 5.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.1, 217.3, 372.1, 372.7, 384.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
25. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 34-cü, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6, 8-ci, Ailə Məcəlləsinin 82-ci, Əmək Məcəlləsinin 79-cu, Mülki Prosessual Məcəllənin 88, 217-ci, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2024-cü il tarixli Qərarının tələbləri pozulmuşdur.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə təsir edən əsas faktiki halları – atanın ağır və müddətsiz əlilliyinin hüquqi mənasını, faktiki qulluq və birgə yaşayış münasibətini, “öhdəsində olmaq” anlayışının real məzmununu, işəgötürənin məlumatlılıq və araşdırma öhdəliyini, sosial təqaüdün hüquqi xarakterini və Konstitusiya Məhkəməsi qərarının konkret tətbiqini – tam aydınlaşdırmadan qətnamə qəbul etmişdir. Bu isə kassasiya baxımından apellyasiya məhkəməsinin sübutları tam araşdırmaq və qərarı dolğun əsaslandırmaq vəzifəsini pozduğunu göstərir. Apellyasiya instansiyası məhkəməsinin qətnamədə göstərdiyi əsas nəticələr – iddiaçının xitam tarixində Əmək Məcəlləsinin 79.1-ci maddənin müdafiə dairəsinə düşməməsi, faktiki qulluq və birgə yaşayışın yetərli olmaması, sosial təqaüdün yalnız gələcək üçün hüquqi vəziyyət yaratması, cavabdehin bu hallar barədə məlumatsızlığının hüquqi əhəmiyyət kəsb etməsi və Əmək Məcəlləsinin 70 (c) maddəsi ilə xitamın maneəsiz qanuni sayılması – iş üzrə müəyyən olunan və ya iş materiallarından görünən faktiki hallara uyğun gəlmir. Bu səbəbdən apellyasiya qətnaməsinin yekun nəticələri işin həqiqi hallarından çıxan məntiqi və hüquqi nəticə kimi qəbul edilə bilməz; əksinə, onlar faktiki baza ilə ziddiyyət təşkil edir və buna görə də apellyasiya aktının ləğvi üçün əsas verir.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
33. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 36-2-ci maddəsinə əsasən Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
34. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsinə əsasən Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 28.4-cü maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 28.5-ci maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Belə ki, iddiaçının orta məktəbdə müəllim olmaqla, onun “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” Qanunların tələblərinə uyğun olaraq sertifikatlaşdırmaya cəlb edilməsi və bu sertifikatlaşmadan təkrarən müvəffəqiyyətlə keçməməsi işin mübahisələndirilməyən hallıdır.
38. Həmçinin, apellyasiya instansiyası məhkəməsində müəyyən olunmuşdur ki, iddiaçının atası XXX müddətsiz birinci qrup əlildir və kənar şəxslərin daimi köməyinə ehtiyacı vardır.
39. Iddiaçının mübahisələndirdiyi məsələ atasının onun öhdəliyində olması səbəbi ilə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin barəsində tətbiq edilməli olmasıdır.
40. Belə ki, əmək qanunvericiliyin həmin normasına görə bir sıra kateqoriya işçilərin, o cümlədən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin Əmək Məcəlləsinin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
41. Bununla bağlı apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, bu normanın tətbiqi üçün həmin statusun yalnız faktiki vəziyyətlə deyil, hüquqi cəhətdən də mövcud olması tələb olunur. Qanunvericilik “öhdəsində” anlayışını sırf bioloji və ya ailə münasibətləri faktı ilə deyil, hüquqi nəticə doğuran sosial statusla əlaqələndirir.
42. Hazırkı işdən isə müəyyən olunmuşdur ki, iddiaçıya belə status əmək müqaviləsinə xitam verildikdən sonra, ## #### 2025-ci il tarixindən verilmişdir. Yəni, işəgötürənin mübahisələndirilən əmri qəbul edilərkən Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiqi üçün hüquqi əsas mövcud olmamışdır.
43. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.