Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-131/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız işdən çıxarılmanın ləğvi, işə bərpa, əmək haqqı və dəymiş ziyanlar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əsassız işdən çıxarılmanın ləğvi, işə bərpa, əmək haqqı və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı ##.##.2021-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq lizinq mütəxəssisi vəzifəsinə işə qəbul olunmuş, ##.##.2024-cü il tarixdə isə Aktivlərin Idarə olunması Şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir.
2. İddiaçı ##.##.2024-cü il tarixdə işəgötürənin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) işdən azad edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən “xxxx" MMC-nin Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən iddiaçının işdən azad edilməyinə dair qəbul edilmiş ##.##.2024-cü il tarixli əmrin əsassız hesab edilərək ləğv edilməsi, iddiaçının işə bərpa olunmağı, bu müddət ərzində qeyd olunan maddə ilə işdən azad olunduğundan başqa yerdə iş tapa bilmədiyi üçün işləmədiyi dövr ərzində kredit ödənişlərinin ödənilməsi və minimum yaşayış məbləğini nəzərə alaraq, ümumilikdə ona dəymiş 4000 manat məbləğində maddi ziyanın, keçirdiyi kəskin əsəb, həyəcan, streslər və təhqirlər nəicəsində ona dəymiş mənəvi ziyanın qismən də olsa ödənilməsi məqsədi ilə 5000 manat məbləğində mənəvi ziyanın, işlədiyi dövr ərzində cavabdeh tərəflə əvvəlcədən olmuş razılaşmaya əsasən müştərilərdən pulların yığılmasına əsasən ona ödənilməli olan 1500 manat məbləğində faiz pulun və mediasiya və digər məhkmə xərclərinin cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ##.##.2021-ci il tarixində Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq lizinq mütəxəssisi vəzifəsinə təyin olunmuş, ##.##.2024-cü ildən isə Aktivlərin Idarə olunması şöbəsinin müdiri vəzifəsinə yüksəlmişdir. Işlədiyi dövrdə heç bir cəza və nöqsanı olmamış, öz vəzifələrini məsuliyyətlə yerinə yetirmişdir. Lakin ##.##.2024-cü il tarixində, rəhbərlik tərəfindən əsassız olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Iddiaçı, işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu, yeni icraçı direktor və digər əməkdaşların onun barəsində şər-böhtan xarakterli məlumatlar yayaraq işdən çıxarılmasına səbəb olduqlarını bildirmişdir. Işdən çıxarılma zamanı, iddiaçıya heç bir araşdırma aparılmamış, onun hüquqları pozularaq heç bir sənəd təqdim edilməmişdir. Əlavə olaraq, iddiaçının yığdığı 1500 manat faizi də ödənilməmişdir. Iddiaçı, işdən çıxarılma ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş, lakin cavabdeh tərəf sənədləri təqdim etməmişdir. Eyni zamanda, Mediasiya Təşkilatına müraciət edildikdə də cavabdeh tərəf iclasda iştirak etməmişdir. Nəticədə, cavabdeh tərəfin işdən azad etmə qərarının qanunsuz olduğu, müvafiq sənədlərin təqdim edilməməsi və prosessual qaydalara əməl edilməməsi iddiaçının hüquqlarını pozmuşdur.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə ##.##.2024-cü il tarixli ** nömrəli əmr ləğv edilmiş, İddiaçı Cavabdeh MMC-nin Aktivlərin Idarə olunması Şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi qət edilmişdir. (hakim Hacıyeva Sahibə).
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə səbəb olan kobud pozuntulara yol verdiyini, işin normal ahəngini pozduğunu və mülkiyyətçiyə ziyan vurduğunu sübut edən dəlillər təqdim edilməmişdir. Həmçinin, fincanın sındırılması kimi hadisələr də əmək intizamını pozmaq sayılmır. Intizam tənbehi tətbiq edildikdən sonra işçi vəzifələrini yerinə yetirmirsə, bu, işdən azad edilməyə səbəb ola bilər. Lakin məhkəmə, işdən çıxarılmanın pozuntularla adekvat olmadığı qənaətinə gəlmişdir.
7. Məhkəmə, iddiaçının işdən çıxarılmasından dolayı 4000 manat maddi ziyan tələbinin əsassız olduğunu müəyyən edərək qeyd etmişdir ki, onun kredit borcu əvvəlcədən mövcud olmuş, işsiz qalması ilə əlaqədar yaranmamışdır. Eyni zamanda, iddiaçının 5000 manat məbləğində mənəvi ziyan tələbi məhkəməyə hər hansı mənəvi zərəri sübut edən dəlil təqdim edilmədiyindən əsassız sayılmışdır. Nəhayət, işçi ilə razılaşmaya əsasən müştərilərdən yığılan pullardan ödəniləcək 1500 manatlıq faiz ödənişi də müqavilədə olmayan bir şərtə əsaslandığı üçün rədd edilmişdir.
8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.2-ci, 70-ci maddənin “ç” bəndi, 80.1,83, 186, 187, 300.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iddiaçı tərəfdən heç bir sübut təqdim edilməmiş, cavabdeh tərəf isə müvafiq dəlillər təqdim etmişdir. Iddiaçı MMC-də işləyərkən əməkdaşlarına qarşı qeyri-etik davranışlar, kobud hərəkətlər və hədəqorxular etmiş, nəticədə MMC əməkdaşları tərəfindən direktora müraciət olunmuşdur. İddiaçı izahat yazmaqdan imtina etmiş və MMC-nin möhürünü qanunsuz istifadə etməyə cəhd etmişdir. Bundan sonra direktorla mübahisə edərək MMC-nin əşyasını sındırmışdır. Məhkəməyə təqdim edilmiş video çəkilişlər və işçilərin izahatları bu faktları təsdiq etmişdir. Iddiaçı əvvəllər də işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən azad olunmuşdur.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Imanov Azad və Məmmədov Məmməd).
12. Məhkəmə qeyd etmişdir ki, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və apellyasiya icraatı zamanı araşdırılmış hallarından görünür ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinadla xitam verilməsinə faktiki əsaslar və hüquqi zəminlər olmuşdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə görə işçinin əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə işdən azad olunması üçün qeyd olunan bu halın qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsi və bunun nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması şərtdir ki, hazırki araşdırılan hallar bunları istisna etmir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh-təşkilat tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat tələb edilmiş, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən tərtib edilmişdir. Diqqətə çatdırılmalıdır ki, iddiaçının hərəkətləri və etik çərçivəyə sığmayan davranışı icra intizamının normal ahəngini pozmuş və əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə dözülməz təsir edəcək əmək şəraitinin yaranmasına xidmət edən, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər kimi müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hərəkətlər kimi qiymətləndirilməli olduğu halda, birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi sübuta yetirilən dəlillərinə ümumiyyətlə qiymət vermədən yalnız iddiaçının mövqeyindən qeyriobyektiv qənaət sərgiləmişdir
14. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
15. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Şikayət onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmənin qanuni əsasları olmadığından, işəgötürən tərəfindən müvafiq prosedurlara riayət edilməmişdir. Iddiaçı, işdən azad edilmə prosedurunun kobud qanun pozuntuları ilə həyata keçirildiyini, o cümlədən işdən çıxarılmanın səbəbi və əmrin surətinin ona təqdim olunmamasını, həmçinin Əmək Müfəttişliyi Xidmətinin sorğusuna cavab olaraq heç bir sənədin təqdim edilməməsini əsas gətirir. Bundan əlavə, iddiaçı, apellyasiya məhkəməsinin qətnaməsində cavabdehin təqdim etdiyi sübutların obyektiv qiymətləndirilmədiyini və yalnız iddiaçının mövqeyinə əsaslanaraq qərar verildiyini vurğulayır. Iddiaçı, onun hərəkətlərinin etik çərçivəyə zidd davranışlar kimi qiymətləndirilməsinin və iş yerində normal əmək şəraitini pozmasının əsassız olduğunu, buna görə də işdən azad edilməsinin qanunsuz olduğunu bildirmişdir. Kassasiya şikayətində, birinci instansiya məhkəməsinin sübutları düzgün qiymətləndirmədiyi, qanuna zidd qərar verdiyi və iddiaçının hüquqlarının pozulduğu qeyd edilir. Buna əsasən, şikayətin təmin edilməli olduğu və qətnamənin ləğv edilməsi tələb olunur.
17. Iddiaçı, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin hüquqi əsaslarla tərtib edilmədiyini bildirir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanaraq işdən azad edilmənin zəruriliyi əsaslandırılmamış və işdən çıxarma əmri konkret pozuntularla əlaqələndirilməmişdir. Cavabdeh tərəfindən işçinin əməyini kobud şəkildə pozduğu iddiaları sübutlarla təsdiqlənməmiş, yalnız şifahi ifadələrə əsaslanılmışdır. Əmək Məcəlləsinin 72-ci maddəsinin tələbləri və intizam tənbehlərinin tətbiqi məsələləri də araşdırılmamışdır.
18. Bundan əlavə, iddiaçı əmək funksiyasını vicdanla və məsuliyyətlə yerinə yetirmiş, heç bir cəza və nöqsanı olmamışdır. Işdən çıxarılma zamanı işəgötürən tərəfindən işçinin şəxsiyyəti, kollektivdəki nüfuzu və peşəkarlığı nəzərə alınmamışdır. Əmək Müfəttişliyi Xidmətinin araşdırmalarına cavabdeh tərəfindən laqeyd yanaşılması da məhkəmənin qiymətləndirmədiyi faktlar arasında yer alır.
19. Kassasiya şikayətində, birinci instansiya məhkəməsinin və apellyasiya məhkəməsinin işə tam qiymət verməyərək yalnız cavabdehin mövqeyinə əsaslanaraq əsassız qərar qəbul etdiyi bildirilir. Qərarın əsasında konkret sübutlar olmadığı üçün şikayətin təmin edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.1, 186, 187, 70-ci maddələrinin “ç” bəndi və 84.2-ci maddələrinin pozulması-Işəgötürən, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini və əsasını göstərmədən, yalnız formal səbəblərlə qərar qəbul etmişdir. Əmək müqaviləsinin ləğvi zamanı müvafiq sənədləşdirmə, işçinin yazılı izahatı və intizam tənbehləri qaydalarına əməl edilməmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işəgötürən intizam tənbəhi vermədən əvvəl işçidən yazılı izahat tələb etməli idi. Lakin bu prosedur tətbiq olunmamışdır. Əmək müqaviləsinin ləğvi zamanı, işəgötürən intizam tənbehi tətbiq etməmiş, yalnız əmək funksiyalarını kobud şəkildə pozmaq iddialarına əsaslanaraq, əmək müqaviləsini ləğv etmişdir. Lakin iş materiallarında işçiyə qarşı konkret pozuntu və bunun nəticəsində işin, istehsalın və əmək intizamının pozulması ilə bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən bu hallar tam araşdırılmadan, yalnız cavabdehin təqdim etdiyi formal sübutlarla qərar qəbul edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilmədiyi üçün, bu əmrin etibarsız hesab edilməsi tələb olunur.
21. Bakı Apellyasiya Məhkəməsi, əmək müqaviləsinin ləğvi ilə bağlı bütün qanuni prosedurları nəzərə almamış və iddiaçının hüquqlarını pozmuşdur. Bu səbəbdən, qərarın ləğv edilməsi və işçinin əvvəlki vəzifəsinə bərpa olunması tələb olunur.
22. Iddiaçı şikayətini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74, 75, 71, 76, 83.1, 186, 187, və 84.2-ci maddələrinə, Avropa Konvensiyasının 6-cı maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 12, 16, 26 və 60-cı maddələrinə, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 4.1, 35 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı cavabdeh Cavabdeh MMC tərəfindən etiraz verilmiş, etirazda kasassiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər. ... ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; ...
25. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; 33.alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr b) qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyasının mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
32. Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar prosessual qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, işəgötürən tərəfindən iddiaçının işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olmuş, iş ahənginin pozulması kimi qiymətləndirilən halların mövcudluğu (iddiaçının səlahiyyəti olmadığı halda öz qohumuna avtomobilin idarə edilməsi ilə bağlı etibarnamə verilməsi üçün mühasib vəzifəsində işləyən X1 hüquqi şəxsin möhürünü tələb etməsi, onun qanunsuz tələbini icra etməkdən imtina etmiş əməkdaşa və direktora qarşı əsas olmadığı halda qeyri-etik, kobud davranması, hədə-qorxu gəlməsi, bundan sonra iş yerində əsəbiləşərək fincanını yerə çırpıb sındırması ilə iş yerində gərginlik yaratması, baş vermiş hadisə ilə bağlı izahat yazmaqdan imtina etməsi) iş materiallarındakı izahatlar, işçilər tərəfindən tərtib edilmiş aktlar və s. ilə sübut edilmişdir. Kollegiya kassasiya şikayətini əsassız hesab edərək qeyd edir ki, prosessual qanunvericiliyə əsasən sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmənin səlahiyyətinə aid olduğundan kassasiya instansiyası məhkəməsi yalnız işə baxmış məhkəmə tərəfindən mübahisəni həll edərkən maddi və prosessual normaların tələblərinin pozulubpozulmadığını, qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün qanunda nəzərdə tutulmuş digər əsasların mövcud olub-olmadığını yoxlayır.
34. Hazırkı halda məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verildiyi müəyyən edilməmişdir.
35. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.