Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1328/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh "X3 Eksport LTD” Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “son haqq-hesabın və kompensasiyanın ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Əmək münasibətlərindən irəli gələn mübahisələr;) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdeh “X3 Eksport LTD” MMC-yə qarşı “son haqq-hesabın və kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. “X3 Eksport LTD” MMC ilə İddiaçı arasında bağlanılmış ##.##.2011-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən, İddiaçı ##.##.2011-ci il tarixdən “X3 Eksport LTD” MMC-yə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir.
2. «X3 Eksport LTD» MMC tərəfindən verilmiş ##.##.2024-cü tarixli hesabat arayışının surətinə əsasən , «X3 Eksport LTD» MMC-də çalışmış İddiaçı 2012-ci ildə 27 gün məzuniyyət müddəti üçün 180 manat (əmək haqqı),159,8 manat (məzuniyyət haqqı), 2013-cü ildə 29 gün məzuniyyət müddəti üçün 230 manat (əmək haqqı), 204,3 manat (məzuniyyət haqqı), 2014-cü ildə 29 gün məzuniyyət müddəti üçün 233,3 manat (əmək haqqı), 219,4 manat (məzuniyyət haqqı), 2015-ci ildə 36 gün məzuniyyət müddəti üçün 260 manat (əmək haqqı), 307,9 manat (məzuniyyət haqqı), 2016-cı ildə 36 gün məzuniyyət müddəti üçün 271,6 manat (əmək haqqı), 321,5 manat (məzuniyyət haqqı), 2017-ci ildə 36 gün məzuniyyət müddəti üçün 340 manat (əmək haqqı), 402,7 manat (məzuniyyət haqqı), 2018-ci ildə 36 gün məzuniyyət müddəti üçün 340 manat (əmək haqqı), 402,7 manat (məzuniyyət haqqı), 2019-cu ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2020-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2021-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2022-ci ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), 2023-cü ildə 36 gün məzuniyyət müddəti üçün 803 manat (əmək haqqı), 950,8 manat (məzuniyyət haqqı), cəmi 6.772,3 manat təşkil etmişdir.
3. «X3 Eksport LTD» MMC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinə əsasən dövlət qulluqçusu İddiaçı «X3 Eksport LTD» MMC-nin satış üzrə menecer vəzifəsinə daimi dövlət qulluğuna qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanılır. Dövlət qulluqçusuna hər ay 803 manat məbləğində dövlət məvacibi ödənilir. Dövlət məvacibi 803 manat məbləğində vəzifə maşından, 803 manat məbləğində aylıq vəzifə maaşının faizi miqdarında qulluq stajına görə əlavə haqdan ibarətdir.
4. «X3 Eksport LTD» MMC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli xasiyyətnamənin surətinə əsasən, İddiaçı «X3 Eksport LTD» MMC-də mart 2011-ci ildən bu günə qədər satış üzrə menecer vəzifəsində işləyir. Işlədiyi müddət ərzində müəssisədə o, özünü bacarıqlı, ciddi əməkdaş kimi göstərmişdir. Intizamlıdır və öhdəsinə düşən vəzifəni lazımı səviyyədə dürüst yerinə yetirir. Işində heç bir qüsura yol verməmişdir. İddiaçı müəssisədə işlədiyi müddət ərzində zəhmətsevərliyi və gözəl insani keyfiyyətləri ilə kollektivin etimadını qazanmışdır.
5. İddiaçı əmək kitabçasının surətinə əsasən, o, ##.##.2011-ci il tarixdə «X3 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsinə işə qəbul olunmuş, ##.##.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, ##.##.2024-cü il tarixdə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir.
6. «X3 Eksport LTD» MMC-nin ##.##.2024-cü il tarixli *** nömrəli əmrinin surətinə əsasən, «X3 Eksport LTD» MMC-də satış üzrə menecer vəzifəsində işləyən İddiaçı ilə bağlanmış *******000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən ##.##.2024-cü il tarixdən xitam verilmişdir. Işçinin ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixinə qədər istifadə edilməmiş 36 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilmişdir. Əmrin əsası kimi ərizəsi göstərilmişdir.
7. *******0001X0 saylı ##.##.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişin surətindən görünür ki, «X3 Eksport LTD» MMCnin *** saylı, 27.05.20204-cü il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən əmək müqaviləsinə xitam verilmişdir.
8. «X3 Eksport LTD» MMC-nin baş direktor Qanuni nümayəndə tərəfindən imzalanmış məlumata əsasən 2023-cü il üçün qeyri-iş günləri: 20-21 mart – Novruz Bayramı, 21,22 aprel – Ramazan Bayramı, 28,29 iyun – Qurban Bayramı, 20 yanvar – X2, 2024-cü il üçün qeyri-iş günləri: 21,22,23 mart – Novruz Bayramı, 10,11 aprel – Ramazan Bayramı, 17 iyun – Qurban Bayramı, 20 yanvar – X2 kimi qeyd edilmişdir.
9. Bakı * saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasından (IMS) sonra prosesin davam etdirilə bilməməsi barədə ##.##.2024-cü il tarixli, MŞB/*-***** saylı arayışın surətindən görünür ki, işçinin son haqq-hesabı və digər ödənişlərin ödənilməsi tələbinə dair mübahisəsi üzrə Iddiaçıvə cavabdeh MMC-nin nümayəndəsi Qanuni nümayəndə ##.##.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
10. Iddiaçı cavabdeh MMC-yə qarşı son haqq-hesabının və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ##.##.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) tam formada ödənilməsi öhdəliyinin “X3 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2011-ci il tarixindən “X3 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində satış meneceri vəzifəsində işləmiş, ##.##.2024-cü il tarixində öz ərizəsi əsasında onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, satış meneceri vəzifəsində işə qəbul edilsə də, işəgötürənin tələbi ilə iki fərqli iş icra etmişdir. Belə ki, o, satış meneceri vəzifəsindən əlavə, “X3 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “Hyundai HD 72” markalı, H 024 598 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü kimi işlədilmiş, işlədiyi müddət ərzində, yəni 2011- 2024-cü il tarixlərində işəgötürənin istəyi ilə əmək məzuniyyətlərindən istifadə etməmişdir. MMCnin əməkdaşı olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları işəgötürən tərəfindən dəfələrlə pozulmuşdur. Belə ki, onun işlədiyi müddət ərzində 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı ##.##.2024-cü il tarixində ödənilmiş, 2024-cü ilin yanvar ayındakı əmək fəaliyyəti üçün hesablanmış əmək haqqı isə iyun ayında qismən ödənilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verilsə də bununla əlaqədar son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) ona ödənilməmişdir. Əmək qanunvericiliyinə əsasən son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr hesab edilir. Bildirir ki, o, əmək qanunvericiliyi ilə müəyyən edilmiş, haqqı çatan müvafiq məbləğdə ödənişin ona ödənilməsi tələbi ilə dəfələrlə işəgötürənə müraciət etmiş, lakin həmin müraciətləri nəticəsiz qalmışdır. Yekunda, onun ##.##.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar 2011-2024-cü il tarixlərində istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabının hesablanıb tam formada ödənilməsi və əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz məbləğində əlavə ödəncin verilməsi tələbi ilə YA****/**** nömrəli pretenziya məktubu ilə “X3 Eksport LTD” MMC-yə müraciət edilmiş, lakin MMC tərəfindən hər hansı hərəkətlilik göstərilməmişdir. Qeyd edilənlər məsələnin məhkəmə qaydasında həll edilməsinin zəruri olduğunu təsdiq edir. Hesab edir ki, onun ##.##.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqqhesabının hesablanaraq tam formada ödənilməsi və əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz məbləğində əlavə ödəncin verilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir.
12. Iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hesablamaların dəqiqləşdirilməsi zərurəti olduğundan, işçinin əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin cavabdehdən tutulması iddia ərizəsində göstərilməmişdir. Hazırda qeyd edilən məbləğlərin cavabdehdən tələb edilməsi, bu səbəbdən iddia tələbinin həcminin artırılması zəruridir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun ##.##.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin, əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin) tam formada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Iddiaçi məhkəmə iclasında izahatında göstərmişdir ki, cavabdeh təşkilatda 2011-ci ildən satış təmsilçisi vəzifəsində işləmiş, malı depodan götürüb satış məntəqəsinə təqdim etmişdir. 2011-ci ildən 2024- cü ilə qədər qeyri-iş günlərini işləmişdir. Həmin illərdə qeyri-iş günləri işləməsini həmin günlərdə tərtib edilmiş qaimələr və həmin illər üçün işəgötürənin qeyri-iş günlərinə dair qəbul edilmiş əmri təsdiq edir. Iddiaçı cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibət bildirərək göstərmişdir ki, o, işdən azad olunduğu tarixdə son haqq-hesabı hesablanarkən istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələr ödənməli idi. O, öz xahişi ilə işdən azad olunmuş, lakin ona tələbində qeyd etdiyi məbləğlər ödənilməmişdir. Ona görə də cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsi əsassızdır. Iddiaçı eyni zamanda göstərmişdir ki, hər il işçilərin hansı gün qeyri-iş günləri olması barədə direktorun lövhədə qeyd olunmuş və işçilər yalnız həmin günləri qeyri-iş günü kimi istifadə etmişlər. Iş vaxtı isə saat 09.00-dan 18.00-dək olmuşdur, sərbəst iş qrafiki olmamışdır. Həmin günlər təkcə ofis işçilərinə aid olmamışdır. Qaldırdığı iddianı tam həcmdə əsaslı hesab edib.
14. Iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025-ci il tarixli */*** saylı rəyinə əsasən: -1-ci sual üzrə: iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədək cavabdeh MMC-də işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin məbləği iş materiallarında olan mühasibat arayışını nəzərə almaqla 2011-2013-cü illər üzrə 950,80 manat olmaqla ümumilikdə 7.723,10 manat təşkil etdiyi müəyyən edilir; -2-ci sual üzrə: iş materiallarında olan sənədlərə və təqdim edilmiş ##.##.2025-ci il tarixli, *** saylı, ##.##.2023-cü il tarixli *** saylı məktublara əsasən iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədək cavabdeh MMC-də işlədiyi dövrdə Bayram və qeyri-iş günlərində işə çıxma və iş normasından artıq, gecə saatlarında işə cəlb edilmə hallarının olmadığı müəyyən edilir; -3-cü sual üzrə: iddiaçı İddiaçı əmək haqqının hər gecikdirilmiş gün üçün hesablanmış 1% ödəncin məbləğinin ümumilikdə 3402,19 manat təşkil etdiyi müəyyən edilir.
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən 2011-2024-cü illər üzrə iddiaçı əmək məzuniyyətindən istifadə etməmişdir. Hətta onlar həmin illər üzrə ödənilməyən məbləğin 6772 manat olması barədə arayış da təqdim ediblər. Onların bu məbləği ekspert tərəfindən təsdiq olunub. Iddiaçı isə bonus aldığı üçün məzuniyyət hüququndan istifadə etməyib. Ekspeditorlar sərbəst iş rejimində işləmişlər. Iddiaçının əmək münasibətində olduğu qeyri-iş günlərində işləməsi işəgötürənin əmri ilə rəsmiləşdirməmişdir. Yəni hətta qeyri-iş günləri malın verilməsi işçinin öz təşəbbüsü ilə baş vermişdir. Işəgötürənin bununla bağlı hər hansı göstərişi olmamışdır. Cədvəldə qeyd edilən qeyri-iş günləri isə yanız ofis işçilərinə aid olmuşdur, ekspeditorlara yox. Digər tərəfdən iddiaçının vəzifəsi malların ünvanlara çatdırılması ilə bağlıdır. Bu vəzifənin icrası ilə əlaqədar ona avtomaşın təhkim edilmişdir. Yəni vəzifəsinin icrası ilə bağlı avtomaşın idarə edib satış məntəqələrinə malın verilməsi sürücü kimi vəzifənin icrasını da həyata keçirilməsi demək deyil. Bununla belə iddiaçı qanunda nəzərdə tutulan 1 illik iddia müddətini ötürmüşdür. Ona görə də hesab edib ki, iddiaçının tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar əsassızdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Cavabdeh MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubuna əsasən, ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədk müəssisənin əməkdaşı olmuş İddiaçı bayram və qeyri-iş günlərində işə cəlb edilmə halları baş verməmişdir.
17. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 tərəfindən cavabdeh MMC-yə ünvanlanmış pretenziyanın surətindən görünür ki, Iddiaçı 2011-ci il tarixdən cavabdeh MMC-də satış meneceri vəzifəsində işləmiş, ##.##.2024-cü il tarixdə öz ərizəsi əsasında onunla MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. O, satış meneceri vəzifəsində işə qəbul edilsə də, iki iş icra etmişdir. cavabdeh MMC-nin balansında olan “Hyundai HD 72” markalı, H 024 598 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü kimi işlədilmişdir. Işlədiyi müddət ərzində yəni 2011- 2024-cü il tarixlərində əmək məzuniyyətlərindən işəgötürənin istəyi ilə istifadə etməmişdir. MMCnin əməkdaşı olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları dəfələrlə işəgötürən tərəfindən pozulmuşdur. Belə ki, İddiaçı işlədiyi müddət ərzində 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı ##.##.2024-cü il tarixində ödənilmiş, 2024-cü ilin yanvar ayındakı əmək fəaliyyəti üçün hesablanmış əmək haqqı isə iyun ayında qismən ödənilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilsə də, bununla əlaqədar son haqq-hesabı ona ödənilməmişdir. Əmək qanunvericiliyinə əsasən son haqq-hesab istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr hesab edilir. Yuxarıda qeyd edilənləri və əmək qanunvericiliyinin tələblərini nəzərə alaraq İddiaçı ##.##.2024-cü il tarixdə işdən çıxması ilə əlaqədar 2011-2024cü illər üçün istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabın hesablanıb tam formada ödənilməsini və əmək haqqının gecikdirildiyi hər gün bir faiz məbləğində əlavə ödəncin verilməsini 3 gün ərzində təmin etməsini xahiş etmişdir. Əks halda hüquq və mənafelərin müdafiəsi və pul tələbinə dair iddia ərizəsi ilə aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət ediləcəkdir.
18. X1 məhkəmə iclasında ifadəsində göstərib ki, o, cavabdeh təşkilatında 2005-ci ildən 2023-cü ilədək işləmişdir, Adillə iş yoldaşı olmuşdur. Hər il işçilər üçün qeyri-iş günləri ilə bağlı dəhlizdə lövhə asılmışdır və işçilər həmin lövhədə göstərilən tarixlərdə evdə qalıb, yerdə qalan günlərdə isə işləyirdilər. Əgər qeyri-iş günü şənbə və ya bazar gününə düşərdisə, növbəti həftənin birinci günü işə çıxmırdılar. Həmin qrafik Cəmiyyətin bütün işçilərinə aid idi. Iş vaxtı saat 09.00dan saat 18.00-dək idi.
19. X4 ifadəsində məhkəmə iclasında göstərmişdir ki, o, cavabdeh MMC-də 2009-cu ildən 2025-ci ilədək işləmişdir. Həqiqətən təsdiq edir ki, hər il üçün qeyri-iş günləri barədə məlumat lövhədə qeyd olunub və onlar həmin günlərdə işə çıxmamışlar.
20. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci-instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, Iş № e-*(***)-***/**** nömrəli (hakim Ş. Z.Abdullayev) qətnaməsi ilə iddianın qismən təmin edilməsi və iddiaçının ##.##.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının - istifadə edilməmiş əmək məzuniyyətinə görə 7.723,10 manat, əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat, həmçinin bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 792,30 manat, cəmi 11.917,59 (on bir min doqquz yüz on yeddi manat, əlli doqquz qəpik) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmasını, iddia tələbləri qalan hissədə əsassız olduğu üçün təmin edilməsini, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 125,75 manat və keçirilmiş ekspertiza xərci – 100 manat, cəmi 225,75 (iki yüz iyirmi beş manat, yetmiş beş qəpik) manat məbləğində pul tutulması qət etmişdir.
21. Birinci instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, iddiaçı ##.##.2011ci il tarixdə «X3 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsində işə qəbul edilmiş, ##.##.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, ##.##.2024-cü il tarixdə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Iddiaçı ilə əmək münasibətlərinə xitam verilib son haqq-hesab hesablanarkən işlədiyi illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işlədiyi günlər üzrə əmək haqqı ödənilməmişdir.
22. Məhkəmə mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, satış meneceri vəzifəsində işə qəbul edilsə də, işəgötürənin tələbi ilə iki fərqli iş icra etmişdir. Belə ki, o, satış meneceri vəzifəsindən əlavə, “X3 Eksport LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan “Hyundai HD 72” markalı, H 024 598 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü kimi işlədilmiş, işlədiyi müddət ərzində, yəni 2011-2024-cü il tarixlərində işəgötürənin istəyi ilə əmək məzuniyyətlərindən istifadə etməmişdir. MMC-nin əməkdaşı olduğu vaxtlarda onun əməyinin ödənilməsi düzgün formada həyata keçirilməmiş, əmək qanunvericiliyinin normaları işəgötürən tərəfindən dəfələrlə pozulmuşdur. Belə ki, onun işlədiyi müddət ərzində 2023-cü ilin dekabr ayı üçün hesablanmış əmək haqqı ##.##.2024- cü il tarixində ödənilmiş, 2024-cü ilin yanvar ayındakı əmək fəaliyyəti üçün hesablanmış əmək haqqı isə iyun ayında qismən ödənilmişdir. Onunla bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixində xitam verilsə də bununla əlaqədar son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin) ona ödənilməmişdir. Bu səbəbdən iddiaçı onun ##.##.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin, əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin) tam formada ödənilməsi öhdəliyinin “X3 Eksport LTD” MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir.
23. Məhkəmə iddianı qismən əsaslı hesab edərək qeyd etmişdir ki, 2011-2024-cü illər üçün nəzərdə tutulmuş əmək məzuniyyətlərindən istifadə etməmiş və işəgötürən tərəfindən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə həmin iş ili (iş illəri) üçün müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Eyni zamanda iddiaçı ilə əmək münasibətlərinə xitam veriləkən son haqq-hesab hesablanarkən də həmin kompensasiya məbləği iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya nə əmək məzuniyyətinə çıxmadığı illərin sonunda, nə də son haqq-hesab verilərkən bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi verilmədiyindən, bu hal cavabdehin özü tərəfindən də etiraf olunduğundan, iddiaçı həmin kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin məhkəmə iddia tələbinin istifadə edilməmiş əmək məzuniyyətinə görə 10.280 manat pul əvəzinin tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədək cavabdeh təşkilatda işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin ümumi məbləği 7723,10 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, işlədiyi illər üzrə istifadə edilməmiş əmək məzuniyyətinə görə cavabdehdən iddiaçının xeyrinə 7723,10 manat məbləğində kompensasiya tutulmalıdır.
24. Məhkəmə iddia tələbinin ödənilməli olan kompensasiyanın gecikdirilməsinə görə hər gün üçün 1% olmaqla cəmi 6843 manat məbləğində pulun tutulması hissəsini də qismən əsaslı hesab edərək qeyd etmişdir ki, qeyd edilən ekspert rəyində həmin məbləğin 3402,19 manat təşkil etməsi müəyyən edildiyindən, tələb də həmin həddə təmin edilməlidir.
25. Məhkəmə hazırkı kompensasiyanın tutulması ilə bağlı iddia müddətinin tətbiq edilməli olmasına dair cavabdehin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul kompensasiyasının verilməsi ilə bağlı tələbə iddia müddəti tətbiq edilə bilməz. Qanunun yuxarıda qeyd edilən normasının tələbləri baxımından əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Işçinin hər ilin sonunda istifadə etmədiyi məzuniyyətə görə kompensasiya tələb etməməsi, işçi ilə əmək münasibətlərinə xitam verilərkən həmin məbləğin verilməli olmasının qanunda nəzərdə tutulması işçinin həmin məbləğin alınmasında gözləntisi olduğu nəzərə alınmalıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin və ona hesablanmış gecikdirilmiş gün üçün 1% ödəncin tutulması ilə bağlı tələbə iddia müddətinin tətbiq edilməsi yolverilməzdir.
26. Məhkəmə həmçinin Mülki Məcəllənin 135.1, 135.2, 152.1, 152.7-ci maddələrinin tələbləri baxımından qeyd etmişdir ki, iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul məbləği onun mülkiyyəti hesab olunur və həmin pul məbləğinin iddiaçının sərəncamına verilməməsi, onun həmin puldan istifadə etməsinə imkan verilməməsi kimi qiymətləndirilməli və həmin pul məbləğinin işçinin sərəncamına verilməsi işəgötürənin üzərinə düşən vəzifə olduğundan, həmin vəzifənin yerinə yetirilməməsi iddiaçının həmçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
27. Məhkəmə iddia tələbinin işçinin əmək münasibətində olduğu illər üzrə bayram və qeyriiş günləri işə cəlb edilməsinə görə 10.483 manat əmək haqqı tutulması hissəsini də qismən əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçı həmin tələbin əsası kimi işlədiyi illər üzrə bayram və qeyriiş günlərində malın təhvil verilməsini təsdiq edən qaimələrin və işəgötürənin 2023 və 2024-cü illər üzrə qeyri-iş günlərinin tarixləri barədə qəbul etdiyi və məhkəməyə təqdim etdiyi yazılı sənədin mövcud olmasını göstərmişdir. Cavabdehin nümayəndəsi işəgötürənin işçilərin qeyri-iş və bayram günləri işləməsi barədə göstərişin olmamasını və həmin münasibətə də iddia müddətinin tətbiq edilməli olmasını qeyd etmişdir. Məhkəmə hazırkı münasibətdə iddia müddətinin tətbiq edilməli olması qənaətinə gələrək qeyd etmişdir ki, iddiaçı cavabdeh təşkilatda işlədiyi 13 il ərzində bayram və qeyriiş günləri üçün işə cəlb edilməyinə görə pul ödənilməsini tələb etsə də, məhkəmə yalnız sonuncu 1 il üçün olunan tələbi əsaslı hesab edilə bilər. Belə ki, iddiaçı 1 ildən əvvəlki dövr üçün həmin məbləğin tələb edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə iddiaçının işdən azad olunduğu tarixdən 1 il əvvəlki dövr ərzində bayram və qeyri-iş günləri 15 gün işə cəlb edilməsini, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləği 15 günə vurmaqla (52,82x15=792,30 manat) alınan 792,30 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə iddia tələbinin əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin tutulması hissəsini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı tərəfindən işəgötürənin bununla bağlı hər hansı göstəriş və əmrinin mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Digər tərəfdən vəzifəsinin icrası ilə əlaqədar malların satış məntəqələrinə çatdırılması üçün digər əməkdaşlar kimi ona da avtomaşın təhkim olunmasını məhkəmə ona həm də sürücü kimi də maaş verilməli olması barədə iddiaçının dəlillərini də əsaslı hesab etməmişdir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35, 37-ci maddəsinin 1 və 2-ci hissəsi; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin 2ci, 139.cu maddəsinin 1-ci, 154-cü maddəsinin 1-ci, 83-cü maddəsinin 4-cü, 144-cü maddəsinin 2-ci, 165-ci, 9-cu maddəsinin “e” bəndi, 99-cu maddəsinin 1-ci, 102.1- ci, 296-cı maddəsinin 4 və 6-cı hissələri; “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı; Mülki Məcəllənin 135.1, 135.2, 152.1, 152.7, 375.2, 377.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 119.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
30.Qətnamədən narazı qalan iddiaçi apellyasiya şikayəti verərək birinci-instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 31.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin istifadə edilməmiş əmək məzuniyyətinə görə daha çox məbləğ deyil, məhz 7.723,10 manat ödənilməli olması ilə bağlı mövqeyi ona görə əsassızdır ki, birinci instansiya məhkəməsi iş üzrə təyin edilmiş mühasibatlıq ekspertizasında göstərilənləri gözubağlı qətnaməyə köçürüb iddiaçının məhkəməyə ünvanladığı, istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi ilə bağlı qanunda nəzərdə tutulan qaydanın tətbiq edilməsi ilə bağlı mövqeyini, ümumiyyətlə qanunvericinin, o cümlədən Əmək Məcəlləsinin bu məsələ ilə bağlı mövqeyini təsvir edib qanunun hansı maddəsinin tətbiq edilməli olduğunu əsaslandırmamışdır. Belə ki, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində istifadə edilməmiş məzuniyyətə görə işçiyə verilməli pul kompensasiyası ekspert tərəfindən hesablanarkən səhvə yol verilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin tələbləri nəzərə alınmamışdır. Ekspert yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdakı məlumatları rəyin nəticə hissəsinə kopyalamış və 2024-cü il üçün nəzərdə tutulan məbləği də əlavə etməklə kifayətlənmişdir. Belə ki, ekspert hər il üçün ödənilməli olan məbləği həmin ilin orta aylıq əmək haqqı məbləğinə uyğun hesabalamaqda səhvə yol vermişdir. Çünki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən; 140.1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir....... 140.3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. 140.4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsində 140-cı maddə yoxmuş kimi qənaətə gəlmiş, həmin maddəni ümumiyyətlə şərh edib, öz mövqeyini əks etdirməmişdir. Məhkəmə baxışı zamanı 2011-ci ildən 2024-cü ilədək işlədiyi dövrdə işlədiyi bayram-istirahət və qeyri-iş günlərinin siyahısını dəqiqliklə göstərmiş, 2011-ci ildən işlədiyi 186 istirahət gününə görə iddiaçıya 9824 manat 52 qəpik ödənilməli olduğunu əsaslandırmışdır. Buna baxmayaraq məhkəmə əsassız olaraq yalnız iddia irəli sürdüyü son bir il ərzində işlədiyi bayram-istirahət və digər qeyri-iş günlərini nəzərə alıb buna görə 792,30 manat ödənilməli olmasını qət etmişdir. Bu mövqeyini göstərilən məsələ ilə bağlı iddia müddətinin qanunda 1 il nəzərdə tutulduğunu, əvvəlki illərə münasibətdə bu müddətin ötürüldüyü ilə əsaslandırmışdır. Iddiaçı ##.##.2024-cü il tarixdə işəgötürənin əmri ilə Əmək Məcəlləsinin 68.2-ci bəndinə əsasən öz təşəbbüsünə əsasən işdən çıxarılmış. Yəni əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçı ilə son haqq-hesabın düzgün aparılmadığını, yəni göstərdiyi 5 bəndin heç biri üzrə onunla düzgün hesablaşılmadığını da həmin gün müəyyən etmiş, yəni hüququnun pozulduğunu həmin gün aşkar etmiş və bir ay keçməmiş cavabdehə onunla son haqq-hesabın aparılmalı olmasına dair pretenziya məktubu ünvanlamış (elektron kabinetə əlavə edilmişdir), ##.##.2025-ci il tarixdə mediasiya şurasına müraciət etmiş, ##.##.2024-cü il tarixdə isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində istirahətbayram və digər qeyri-iş günlərində işə cəlb edilməyə görə əlavə haqqın ödənilməsi məsələsinin nə üçün son haqq-hesaba aid edilən digər məsələlərdən olmamasını aydınlaşdırmamış, işçinin həmin ödənilməli məbləği məhz son haqq hesab aparılarkən ödəniləcəyi ilə bağlı gözləntisinin olduğunu nəzərə almamışdır. 32.Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 33.Cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, iddiaçı ##.##.2011-ci il tarixdə cavabdeh təşkilatına ekspeditor vəzifəsində işə qəbul edilmiş, ##.##.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, ##.##.2024-cü il tarixdə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Iddiaçı işlədiyi müddətdə əmək münasibətləri üzrə hüquqlarının pozulması barədə nə işəgötürənə, nə müvafiq icra hakimiyyəti orqanına nə də məhkəməyə müraciət etməmişdir. Halbuki, iddiaçının iddia predmetini bütün işlədiyi müddət ərzində yaranmış əmək münasibətləri üzrə hüquqların mübahisələndirilməsi təşkil edir. Lakin, qanunvericiliyin tələbinə əsasən hər bir tələb müvafiq iddia müddəti çərçivəsində irəli sürülə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-ci maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin, işə baxmış olan birinci instansiya məhkəməsi iddiaçının sonuncu iş ilindən əvvəlki illər üzrə mübahisə predmeti üzrə hüquqlarının itirdiyinə hüquqi qiymət verməmişdir. Işə baxmış olan birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə iddia müddətini ötürdüyünə hüquqi qiymət verməmişdir. Lakin, işə baxmış olan birinci instansiya məhkəməsi iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul məbləğini onun mülkiyyəti hesab etmişdir. Halbuki, əmlaka (əşyaya) sahiblik, istifadə və sərəncam olmadan mülkiyyət hüququ mövcud ola bilməz. Işə baxmış olan birinci instansiya məhkəməsi iddiaçıya istifadə etmədiyi məzuniyyət günlərinə görə hesablanmış pul məbləğini həmin məbləğin onun sahiblik, istifadə və sərəncamda olmadığı halda onun mülkiyyəti hesab etmişdir. Lakin, məhkəmə bunu sübut etməmişdir. 34.Iddiaçı məhkəmə kollegiyasının iclasında izahatında qeyd etmişdir ki, onun apellyasiya şikayətinin əsas dəlillərindən biri iddia müddətinin tətbiqidir, digəri isə ezamiyyətlə bağlı olan hissələrdir. Qarşı tərəf ezamiyyəti qəbul etmədi və bildirdilər ki, onu ezamiyyətə göndərməyiblər. Bununla bağlı bütün sənədlər cavabdeh X11 arxivində var. Lakin onlar birinci instansiya məhkəməsində həmin sənədləri təqdim etmədilər. Iddiaçı sənəd təqdim edə bilər Belə ki, karantin dövründə 2020-ci ildə onun rayonlara getməyi üçün icazələr elektron kabinetə əlavə edilib. Iddiaçı birinci instansiya məhkəməsinə qaimələr də təqdim etmişdir. O, 2011-2024-cü ilə qədər sürücü kimi fəaliyyət göstərmişdir. Cavabdeh təşkilatənda direktor və ticarət sektoru var idi. Ticarət sektorunun müdiri Hakan bəy idi. Iddiaçı ona dəfələrlə müraciət etmişdir. Daha sonra Zəfər bəy gəldi, ona da məzuniyyətlə, sürücülüklə bağlı müraciətlər etmişdir. Lakin, nəticə vermədi. Ya ərizəni verib çıxmalı idi, ya qalıb işləməli. Iddiaçı, satış meneceri idi. Ona aid olan ərazi Bakı şəhəri və Bakının kəndləri idi. Bir ayda 2 həftə Bakıda, 2 həftə digər rayonlarda olurdu. O, rayonlara ezam olunduğu ərazilərdə qalırdı, pulu Şirkət ödəyirdi. Ümumilikdə ona 30 manat pul verilirdi, qanunvericiliyə əsasən 90 manat verilməli idi. Xeyr, 30 manat verilirdi, o, mehmanxana, yemək və s. bütün xərcləri bu pulla qarşılamalı olurdu. Bununla bağlı iddaiçının onlara təqdim etdiyi bütün sənədlər Şirkətin arxivində saxlanılır. Lənkəran və Masallı Oteldə qalmışdır. Iddiaçı 2011-ci ildə işə girərkən müqavilə imzalamışdır, daha sonra heç bir müqaviləyə qol çəkməməmişdir. Ümumiyyətlə onlar (iddiaçı tərəf) ekspertiza təyin edilməsi ilə bağlı bütün sənədləri təqdim etmişik. 35.Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının izahatında qeyd etmişdir ki, işdə ezamiyyətlə bağlı əmr yoxdur. Şəxsin əmək funksiyası malların rayonlara dağıdılmasıdırsa, bu ezamiyyət kimi qiymətləndirilməməlidir. Əmək funksiyalarına görə xüsusi bir əraziyə deyil, bütün ölkəyə mal dağıdıblar. Iddiaçi şirkətə müraciət etdikdə, ona razılıqla pul təklif edilib. Lakin, iddiaçı qəbul etməyib, 100 min manatdan artıq pul tələb etdiyi üçün razılıq əldə edilməmişdir. 36.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli 2(103)-6005/2025nömrəli qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), M.Ə.Rüstəmli və F.H.Qasımov) iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh «X3 Eksport LTD» MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın məbləği və bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə əlavə əmək haqqının məbləği hissələrində dəyişdirilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 950,80 manat, bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 633,84 manat pulun cavabdeh «X3 Eksport LTD» MMC-dən iddiaçı İddiaçı xeyrinə tutulması, qətnamənin qalan - əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat ödəncin tutulması hissəsində dəyişdirilmədən saxlanılması, cavabdeh tərəfindən ödənilmiş rüsumunun özünə aid edilməsi qət edilmişdir. 37.Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, iddiaçı ##.##.2011-ci il tarixdə «X3 Eksport LTD» MMC-yə ekspeditor vəzifəsində işə qəbul edilmiş, ##.##.2014-cü il tarixdə ekspeditor vəzifəsindən satış üzrə menecer vəzifəsinə keçirilmiş, ##.##.2024-cü il tarixdə əmək münasibətlərinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir. Iddiaçı ilə əmək münasibətlərinə xitam verilib son haqq-hesab hesablanarkən işlədiyi illər üzrə istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işlədiyi günlər üzrə əmək haqqı ödənilməmişdir. 38.. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli */*** saylı rəyinə əsasən: - iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədək «X3 Eksport LTD» MMC-də işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin məbləği iş materiallarında olan mühasibat arayışını nəzərə almaqla 2011-2013-cü illər üzrə 6772,30 manat və 2024-cü il üzrə 950,80 manat olmaqla ümumilikdə 7.723,10 manat təşkil etdiyi müəyyən edilir; - iş materiallarında olan sənədlərə və təqdim edilmiş ##.##.2025-ci il tarixli, *** saylı, ##.##.2023-cü il tarixli *** saylı məktublara əsasən iddiaçı İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədək «X3 Eksport LTD» MMC-də işlədiyi dövrdə Bayram və qeyri-iş günlərində işə çıxma və iş normasından artıq, gecə saatlarında işə cəlb edilmə hallarının olmadığı müəyyən edilir; - iddiaçı İddiaçı əmək haqqının hər gecikdirilmiş gün üçün hesablanmış 1% ödəncin məbləğinin ümumilikdə 3402,19 manat təşkil etdiyi müəyyən edilir. 39.Beləliklə iş materiallarından müəyyən edilir ki, iddiaçı işlədiyi 2011-2024-cü illər üçün nəzərdə tutulmuş əmək məzuniyyətlərindən istifadə etməmiş və işəgötürən tərəfindən istifadə etmədiyi əmək məzuniyyətlərinə görə həmin iş ili (iş illəri) üçün müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya (əmək münasibətlərinə xitam veriləkən son haqq-hesab hesablanarkən də) ödənilməmişdir.
40. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.
41. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 42.Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya nə əmək məzuniyyətinə çıxmadığı illərin sonunda, nə də son haqq-hesab verilərkən bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi verilməmiş, bu hal cavabdehin özü tərəfindən də etiraf edilmişdir. Buna görə kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
43. Ekspert rəyinə əsasən İddiaçı ##.##.2011-ci il tarixdən ##.##.2024-cü il tarixədək cavabdeh təşkilatda işlədiyi dövrdə istifadə edilməmiş əmək məzuniyyətinin ümumi məbləği 7723,10 manat olmasını nəzərə alan birinci instansiya məhkəməsi iddianı qeyd olunan həcmdə qismən təmin etmişdir. Məhkəmə həmçinin bu kompensasiyanın gecikdirilməsinə görə 1%-in tutulması tələbini ekspert rəyində həmin məbləğin 3402,19 manat təşkil etməsni nəzərə alaraq, tələbi də həmin həddə təmin etmişdir. 44.Iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, ekspert istifadə edilməmiş əmək məzuniyyətinin məbləğinin müəyyən edilməsinə hər il üçün ödənilməli olan məbləği həmin ilin orta aylıq əmək haqqı məbləğinə uyğun hesabalamaqda səhvə yol vermişdir. 45.Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən ekspert rəyini şübhə altına alacaq hər hansı bir mötəbər sübut təqdim edilməmiş, yalnız formal olaraq tədqiqatın qanunvericiliyin tələblərinə uyğun aparılmadığı qeyd edilmişdir ki, qeyd olunan hal öz təsdiqini tapmamışdır. 46.Kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 47.Lakin məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti düzgün tətbiq edilməmişdir. 48.Belə ki, cavabdehin nümayəndəsi və vəkili ərizə təqdim edərək iddiaçı İddiaçı Məmmədəli oğlunun iddia tələbi üzrə iddia müddətinin keçməsi səbəbi ilə onun iddia tələblərinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. 49.Kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini tənzimləyir. Iddia müddəti isə Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən yalnız mübahisə tərəfinin ərizəsinə əsasən tətbiq olunur ki, hazırki işdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.
50. Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
51. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 52.Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir. 53.Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarı, H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.). 54.Qeyd olunmalıdır ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Iddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli qərarı). 55.Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə ## #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 56.Avropa Insan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
57. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
58. Kollegiya qeyd etmişdir ki, Əmək Məcəlləsinin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməli olması barədə norma işəgötürən üçün imperativ göstəriş nəzərdə tutmaqla iddia müddətinin tətbiqidən imtina üçün əsas təşkil etmir. 59.Nəzərə alınmalıdır ki, pul və əmlak tələbləri üzrə 1 illik iddia müddəti müəyyən edən Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində yalnız işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddətinin tətbiqini istisna edilmişdir. 60.Iddiaçı ##.##.2024-cü il tarixdə mediasiyaya mürciət etmişdir. Mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış isə ##.##.2024-cü il tarixdə tərtib edilmişdir. Arayış tərəfə rəsmi təqdim edildikdən sonra iddiaçı iddia tələbi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
61. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü bəndində qeyd edilir ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. 3.2. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29- cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qanunun 35.1-ci maddəsində qeyd edilir ki, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 62.
63. Ekspert təyindən görünür ki, istifadə edilməmiş əmək məzuniyyəti 2024-cü il üzrə 950,80 manat olmuşdur. 64.Rəyə əlavə edilmiş cədvəldən müəyyən olunur ki, 3402.19 manat məbləğində hesablanmış gecikmə faizi 2023-cü ilin noyabr və 2024-cü ilin aprel ayları aralığında olan əmək haqqına görə hesablandığından bu hissədə qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur. 65.Birinci instansiya məhkəməsi iddiaçının işdən azad olunduğu tarixdən 1 il əvvəlki dövr ərzində bayram və qeyri-iş günləri 15 gün işə cəlb edilməsini, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləği 15 günə vurmaqla (52,82x15=792,30 manat) alınan 792,30 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. 66.Kollegiya qeyd etmişdir ki, 1 illik iddia müddəti tətbiq edilməli və ##.##.2024-cü il tarixdən əvvəlki 1 illik dövr ərzindəki qeyri iş günləri nəzərə alınmalıdır. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2023-cü ilin # ######- zəfər günü, 9 noyabr -Dövlət Bayrağı günü, 2024-cü ildə isə 10 gün işə cəlb edilmişdir. Deməli, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq (52,82x12 gün =633,84 manat) 633,84 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 67.Beləliklə, kollegiya qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabadehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın məbləği və bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə əlavə əmək haqqının məbləği hissələrində dəyişdirilməli, iddiaçı İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə 950,80 manat, bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 633,84 manat pul cavabdeh «X3 Eksport LTD» MMC-dən iddiaçı İddiaçı xeyrinə tutulmalı, qətnamə qalan - əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat ödəncin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. 68.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndi, 83, 99-cu maddəsinin 1-ci hissəsinə, 113-cü maddəsinin 3-cü hissə, 144, 165, 172-ci maddəsinə 5-ci hissə, 296-cı maddəsinin 4-cü hissəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.1.3, 3.2, 28, 29, 35.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 384.0, 384.0.3 -ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
69. Iddiaçı (vəkil – vəkil1) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli, 2(103)- ****/****-*** nömrəli qətnaməsinin ləğv edilsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilsini xahiş etmişdir.
70. Kassasiya şikayəti apelLyasiya şikayətindəki dəlillər ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi verilmiş apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməmiş, cavabdehin apellyasiya şikayəti isə əsassız olaraq iddia müddəti tətbiq edilməklə təmin edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməli olduğunu imperativ formada nəzərdə tutmuşdur. Qanunvericiliyin istinad edilən müddəaları özlüyündə işçinin (iddiaçının) əmək müqaviləsinə xitam verildiyi tarixdə istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya tələb etmək hüququna və müvafiq kompensasiyanı almaqla bağlı qanuni gözləntisinə hüquqi əsas yaradır. Lakin məhkəmə müvafiq normalara istinad etsə də, hesab edib ki, həmin normaları natamam tətbiq etmiş və normanın mühafizə məqsədlərini (işçinin məzuniyyət və kompensasiya hüququnun təmin edilməsi) nəzərə almamışdır. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə) gündür. Iddiaçının əmək müqaviləsinə ##.##.2024cü il tarixdən xitam verilmişdir. Iddiaçıya əmr, əmək kitabçası və son haqq-hesabının hesablanmasına dair sənədlər də məhz ##.##.2024-cü il tarixdən sonra təqdim edilmiş və Iddiaçıya hüquqlarının pozulması məhz həmin – ##.##.2024-cü il tarixdən sonra aşkar olmuşdur və Iddiaçı ##.##.2024cü il tarixdə (qanunla müəyyən edilmiş 1 illik müddət ötürülmədən) məhkəməyə müraciət etmişdir. Bu səbəbdən hesab edirik ki, məhkəmə iddia müddətinin tətbiqini hüquqların pozulmasının aşkar edilməsi baxımından da əsaslandıra bilməmişdir və faktiki olaraq iddia müddəti ötmədiyi halda iddia müddətini tətbiq edərək Iddiaçının hüquqlarını pozan qətnamə çıxarmışdır. Əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilməsini və işdənçıxma tarixinin məzuniyyətin son günü hesab edilməsini nəzərdə tutur. Iddiaçının əmək müqaviləsinə xitam verildiyi ##.##.2024-cü il tarixdən etibarən bütün iş illəri üzrə istifadə etmədiyi məzuniyyət günlərindən istifadə etmək və sonra əmək müqaviləsinə xitam verilməsi hüququ olmuşdur. Iddiaçının həmin tarixə məzuniyyət günləri əvəzinə kompensasiya almaq hüququ iddia müddəti ilə məhdudlaşdırılmış olması ağlabatan deyil.Hər hansı səbəbdən məzuniyyətdən istifadə edilməməsi halında əvvəlki illərə görə məzuniyyət hüququnun itməsi və ya məzuniyyət günlərinin silinməsini nəzərdə tutmur. Belə olan halda necə ola bilər ki, faktiki olaraq əmək müqaviləsinin ləğv edildiyi tarixə mövcud olan hüquqa və həmin tarixdə formalaşan kompensasiya tələbinə iddia müddəti tətbiq edilir. Bu səbəblərdən hesab edirik ki, məhkəmə iddiaçının əmək müqaviləsinə xitam tarixinə bütün məzuniyyət günlərinə görə kompensasiya tələb etmək hüququnun mövcud olduğunu müəyyən edə bilərdi. Lakin lazımi normaları tətbiq etmədiyindən yanlış hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin yanaşması qanunvericiliyində nəzərdə tutulmuş bərabərlik hüququnu pozur. Cavabdeh də iddiaçının 2011-2014-cü illər üzrə istifadə etmədiyi əmək məzuniyyətləri olduğunu etiraf etmişdir. Cavabdehin eyni yanaşması əmək münasibətlərinin davam etdiyi müddətdə də olmuşdur. Məhkəmə tərəfindən cavabdehin etirafı və iddia müddətinin axımının kəsilməsi faktı da nəzərə alınmamışdır. Məhkəmə tərəfindən apellyasiya şikayətində göstərilmiş Iddiaçının 2011-2014-cü illərdə işlədiyi qeyri-iş günlərinə görə tələb etdiyi pul tələbinə münasibətdə də iddia müddətinin əsassız tətbiqinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində istifadə edilməmiş məzuniyyətə görə işçiyə verilməli pul kompensasiyası ekspert tərəfindən hesablanarkən səhvə yol verilmiş, ekspert yalnız Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş arayışdakı məlumatları rəyin nəticə hissəsinə kopyalamış və 2024-cü il üçün nəzərdə tutulan məbləği də əlavə etməklə kifayətlənmişdir. Belə ki, ekspert hər il üçün ödənilməli olan məbləği həmin ilin orta aylıq əmək haqqı məbləğinə uyğun hesabalamaqda səhvə yol vermişdir. Məhkəmə tərəfindən formal mülahizə bildirilmiş və əlavə ekspertiza təyin edilmədən, o cümlədən mülahizəmizin əsassızlığı isbat edilmədən ilkin ekspertizanın rəyi əsas götürülmüşdür. Məhkəmə iş materiallarında mövcud olan iddiaçının bildirdiyi fikirlərə və təqdim etdiyi dəlillərə düzgün hüquqi qiymət verməmiş, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Hesab edib ki, məhkəmə qətnaməsi kifayət qədər əsaslandırılmamışdır və iddiaçının hüquqlarını pozur. ekspert rəyi ilə bağlı apellyasiya şikayətində bildirilən dəlillərə də Məhkəmə natamam hüquqi qiymət vermişdir. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə və xüsusilə iddia müddətinin tətbiqi ilə bağlı mülahizələrə əsasən belə hesab edirik ki, Məhkəmə Qətnaməsi prosessual pozuntulara yol verilməklə çıxarılmışdır.
71. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 25, 71, 149-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375, 380-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsinə, 83-cü maddəsinin 4-cü hissəsinə, 135-ci maddəsinin 2-ci hissəsinə, 140, 143-cü maddəsinin 1-ci hissəsinə, 144-cü maddəsinin 2-ci hissəsinə, 296-cü maddəsinin 3 və 4-cü hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ və III hissələrinə, 71-ci maddəsinin II hissəsinə, 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair ## ###### 2026-cı il tarixli qərarına vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
72. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya):
73. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: e) iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək;
74. Maddə 83.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
75. Maddə 99.
1. Iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.
76. Maddə 102.
1. Işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
77. Maddə 144.
2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
78. Maddə 165. Iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
1. Işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində.
2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər.
3. Iş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.
79. Maddə 296.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi , həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
84. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
85. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
89. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
90. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
91. Hazırkı kassasiya şikayətinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işə cəlb edilməyə görə əmək haqqı ödənilməsi tələblərinin təmin edilməyən hissələrində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
92. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, yoxlanılan hissədə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur.
93. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqqhesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə 10280 manat pul əvəzi, bayram və ya digər qeyri-iş günləri işə cəlb edilməyə görə 10483 manat əmək haqqı, əmək haqqının gecikdirildiyi hər gün üçün bir faiz olmaqla cəmi 6843 manat ödəncin, əmək fəaliyyəti dövründə əlavə olaraq sürücülük işinə cəlb edilməsinə görə hesablanmış 52900 manat və müxtəlif yerlərə ezam edilməsi ilə əlaqədar hesablanmış 32200 manat vəsaitin) tam formada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş və iddiaçının ##.##.2024-cü il tarixində işdən çıxması ilə əlaqədar son haqq-hesabının - istifadə edilməmiş əmək məzuniyyətinə görə 7.723,10 manat, əmək haqqının hər gecikdirilmiş gün üçün 1% olmaqla 3.402,19 manat, həmçinin bayram və qeyri-iş günləri işə cəlb edilməsinə görə 792,30 manat, cəmi 11.917,59 (on bir min doqquz yüz on yeddi manat, əlli doqquz qəpik) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, iddia tələblərinin qalan hissədə əsassız olduğu üçün təmin edilməməsi qət edilmişdir.
94. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki. iddiaçı ##.##.2024-cü il tarixdə mediasiyaya mürciət etmişdir. Mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış isə ##.##.2024-cü il tarixdə tərtib edilmişdir. Arayış tərəfə rəsmi təqdim edildikdən sonra iddiaçı iddia tələbi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı münasibətlərə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş iddia müddəti tətbiq edilməklə ##.##.2024-cü il tarixdən əvvəlki 1 illik dövr üçün ödənilməmiş əmək haqqı (məzuniyyət pulu) hesablanıb tutula bilər.
95. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının işdən azad olunduğu tarixdən 1 il əvvəlki dövr ərzində bayram və qeyri-iş günləri 15 gün işə cəlb edilməsini, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin məbləği 15 günə vurmaqla (52,82x15=792,30 manat) alınan 792,30 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya qeyd edir ki, 1 illik iddia müddəti tətbiq edilməli və ##.##.2024-cü il tarixdən əvvəlki 1 illik dövr ərzindəki qeyri iş günləri nəzərə alınmalıdır. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 2023-cü ilin # ######- zəfər günü, 9 noyabr - Dövlət Bayrağı günü, 2024-cü ildə isə 10 gün işə cəlb edilmişdir. Deməli, gündəlik tarif maaşının 26,41 manat olması, onun iki qat mislinin 52,82 manat təşkil etməsini nəzərə alaraq (52,82x12 gün =633,84 manat) 633,84 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
96. Apellyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, Əmək Məcəlləsinin 144cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməli olması barədə norma işəgötürən üçün imperativ göstəriş nəzərdə tutmaqla iddia müddətinin tətbiqidən imtina üçün əsas təşkil etmir.
97. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən iddia müddətinin əvvəlinin hesablanması ilə əlaqədar mövqeləri ilə razılaşmır.
98. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyasına əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
99. Həmin Məcəllənin 144-cü maddəsinin 2-ci hissəsinin hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyasına əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
100. Əmək Məcəlləsinin göstərilən normalarının birlikdə təhlilindən məlum olur ki, işdən çıxan işçi məhz işdən çıxdığı gün işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi, ödənilməli əmək haqqı və digər ödəmələri almaq hüququna malikdir.Bu ödəmələrin verilməsi Əmək Məcəlləsində imperativ şəkildə müəyyənləşdirilmişdir.Qeyd edilən ödəmələr işdən çıxan gün işçiyə ödənməzsə, işçi artıq hüququnun pozulduğunu öyrənir və müvafiq tələblər üzrə iddia müddətinin axımı (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsi((hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya)- Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi , həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür) nəzərə alınmaqla başlanır. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə işçinin istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr üzrə iddia müddətinin əvvəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının verildiyi gündür.Həmin gündən etibarən 1 il ərzində işçi istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş işçiyə ödənilməli əmək haqqı və digər ödəmələrlə əlaqədar məhkəmədə iddia qaldırarsa iddia müddətinə əməl etmiş olur.
101. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, Əmək Məcəlləsinin 144-cü maddəsinin 2ci hissəsində nəzərdə tutulmuş, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzinin ödənilməli olması barədə norma işəgötürən üçün imperativ göstəriş nəzərdə tutmaqla, işçiyə əsas verir ki, işdən çıxdıqdan sonra istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi tələb etsin.Bu halda iddia müddəti hər ilin məzuniyyəti üzrə pul əvəzinə ayrılıqda iddia müddəti tətbiq edilmir.Işçi işdən çıxdıqdan sonra Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş qaydada hüququnun pozulduğu gündən etibarən istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi tələbi üzrə iddia müddətinin axımı eyni anda başlayır.
102. Yuxarıda qeyd edilənlərə əsasən kassasiya kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iddianın istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işə cəlb edilməyə görə əmək haqqı ödənilməsi tələblərinin təmin edilməyən hissələri üzrə iddia müddətini tətbiq etməklə həmin hissələrdə iddianı rədd etməklə maddi və prosessual hüquq normalarının tələbini pozmuş və belə pozuntu həmin hissələrdə düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir.
103. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işə cəlb edilməyə görə əmək haqqı ödənilməsi tələblərinin təmin edilməyən hissələrində ləğv edilməli və iş həmin hissələrdə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlara aradan qaldırılmaqla, iddiaçının apellyasiya şikayətinin göstərilən hissəyə dair dəlilləri araşdırılmaqla maddi və prosessual hüquq normalarının tələbinə uyğun,qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
104. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddianın istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qeyri-iş günləri işə cəlb edilməyə görə əmək haqqı ödənilməsi tələblərinin təmin edilməyən hissələrində ləğv edilsin və iş həmin hissələrdə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.