Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1336/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi (işə bərpa tələbi), ƏM-in 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. ## ###### 2023-cü il tarixli əmək müqaviləsi ilə Iddiaçı “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin Şəmkir filialının təhlükəsizlik inspektoru vəzifəsinə təyin edilmişdir.
2. “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin ## #### 2025-ci il tarixli, XB-K1-20.6.**-*** nömrəli əmrinə əsasən Iddiaçı – “Şəmkir” filialının təhlükəsizlik inspektoru ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ## #### 2025-ci il tarixdən ləğv edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı Iddiaçı cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, B-K1-20.6.**-*** nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması və işdən çıxarıldığı günün sonrakı günündən, yəni ## #### 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqının hesablanaraq ödənilməsi və mənəvi zərərə görə 8.000 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ## ###### 2023-cü il tarixli müddətsiz əmək müqaviləsi ilə ASC Cavabdeh “Şəmkir” filialının təhlükəsizlik inspektoru vəzifəsinə işə düzəlmişdir. Əmək fəaliyyəti dövründə daimi nizam-intizamlı, əmək funksiyalarını dəqiqliklə, vicdanla və peşəkarlıqla yerinə yetirən işçilərdən olmuşdur. Əvvəllər zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərməsi onun nizam intizamlı və peşəkar olmasına heç bir şübhə yaranmamasına dəlildir. Lakin, iddiaçı ASC Cavabdehn Şəmkir rayon filialının rəhbəri tərəfindən qəsdən, qərəzli olaraq işdən çıxarılması üçün ərizə yazmağa təkid etmiş, lakin iddiaçı heç bir əsas olmadığından qəbul etməmişdir. Bundan sonra iddiaçı Baş Ofisə dəvət olunmuş və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarıldığı bildirilmişdir. Həmin anda da ona heç bir tutarlı əsas bildirilməmiş və işdən çıxarılma səbəbi qaranlıq qalmışdır. Iddiaçı ASC Cavabdehn ## #### 2025-ci il tarixli XB-K1-20.6.**-*** nömrəli əmri ilə işdən azad edilmişdir. Iddiaçının elektron hökumət portalından əldə etdiyi əmrdən görünür ki, o, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi əsası ilə işdən çıxarılmışdır. Lakin əmrin məzmunundan da şəxsin hansı qanun pozuntusu, əmək funksiyası pozuntusu törətməsi, əmək müqaviləsindən irəli gələn hansı öhdəliyini yerinə yetirməməsi əsaslandırılmamışdır. Əmrə baxanda belə çıxır ki, istənilən işəgötürən istənilən anda istənilən işçini heç bir səbəb və əsas göstərmədən, formal olaraq əmr tərtib etməklə işdən azad edilə bilər.
5. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçının əvvəllər zabit kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində fəaliyyət göstərməsinin onun işçi kimi əmək funksiyalarını icra etmə tərzinə heç bir aidiyyəti yoxdur. Belə ki, iddiaçı ilə cavabdeh arasında olmuş münasibət işçi ilə işəgötürən arasında olan əmək münasibətləridir və bu münasibətlər hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik ilə deyil, əmək qanunvericiliyi ilə tənzimlənir. Təhlükəsizlik inspektorunun funksional nəzarət edici strukturu olan Bankın Təhlükəsizlik Idarəsinin vəzifəli şəxsləri tərəfindən aparılmış yerində yoxlama zamanı iddiaçı əmək müqaviləsinə əsasən üzərinə qoyulmuş Bankın “Şəmkir” filialının təhlükəsizlik işinin aparılması və yerinə yetirilməsinə dair vəzifə öhdəliklərini icra etməməsi, lazımi qaydada icra etməməsi aşkar edilmiş, lakin qısa müddətdə vəzifələrini icra etməsinə dair möhlət verilmişdir. Belə ki, ## ### 2025-ci il tarixində funksional nəzarət edici struktur olaraq, Bankın Təhlükəsizlik Idarəsinin rəis müavini və eyni adlı filialın Mühafizə və rejim şöbəsinin rəisinin iştirakı ilə Filialda təhlükəsizlik işinin aparılması yoxlanılmışdır. Yoxlama zamanı iddiaçının bilik səviyyəsinin aşağı olması, təhlükəsizlik sistemində istifadə qaydalarını lazımi səviyyədə bilməməsi, buraxılış qaydalarını bilməməsi, qaydaların tələblərinin iş saatlarında həyata keçirilməməsi, Filialda 2025-ci il üçün Mülki Müdafiə tədbirlər planının tərtib olunmaması, Mülki Müdafiə işinin təşkilinin olması, heç bir sənədləşdirmə aparılmaması, bu istiqamətdə maarifləndirmə və praktiki işlər həyata keçirilməməsi, buraxılış rejimi üzrə işçilər arasında maarifləndirmə işləri və ehtimal oluna biləcək xoşagəlməz işlərin baş verə biləcəyi, hadisələrin əvvəlcədən qabağının alınması barədə mütəmadi xəbərdarlıq yoxlama işlərinin aparılmaması müəyyən edilmişdir. Bankın “Şəmkir” filialının daxilində nağd vəsaitlərin və digər qiymətlilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iddiaçı insident yaratmışdır. Belə ki, iddiaçı Filialın Müştəri xidməti şöbəsinin böyük kassiri X1 qiymətlilər və pulların, aşağı mərtəbədə yerləşən pul saxlanc yerindən kassa otağına çamadanla təhlükəsiz daşınmasında köməklik etməsinə dair vəzifə təlimatında da vəzifə öhdəliyi kimi qeyd edilmiş Filial direktorunun ona tapşırdığı işləri yerinə yetirməsi barədə göstərişini icra etməmiş və buna qeyri - etik formada, kobud şəkildə etiraz etmişdir. Göründüyü kimi, Filial direktoru tərəfindən əməkdaşlıq və iş prosesinin səmərəli aparılması üçün Filialda xüsusi mühafizə olunmalı olan qiymətlilər və pullar daşınmasına dəstək olunması əməkdaşa (iddiaçıya) tapşırılmışdır. Iddiaçının əmək müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində iddiaçı Filialın təhlükəsizliyi və mühafizəsinin təmin edilməsi üzrə prosesin ahəngini pozmuşdur. Bununla əlaqədar olaraq, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsi ilə (hakim A.Əsədzadə) iddia tələbi qismən təmin edilərək, “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin əmək müqaviləsinin ləğv edilməsi haqqında ## #### 2025-ci il tarixli, XB-K1-20.6.**-*** nömrəli əmrinin ləğv edilməsi, Iddiaçı “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin Şəmkir filialının “təhlükəsizlik inspektoru” vəzifəsinə işə bərpa edilməsi, ## #### 2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqının Iddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisələndirilən ## #### 2025-ci il tarixli əmrin əsası olaraq Bankın təhlükəsizlik idarəsinin rəisinin və filial direktorunun xidməti məktubları göstərilmişdir. Xidməti məlumatından görünən odur ki, iddiaçının barəsində xidməti tədbir görülməsinə əsas olan hadisə onun bankın digər əməkdaşı – kassirə pulların daşınması ilə bağlı köməklik göstərməsi barədə göstərişə əməl etməməsi, bundan əlavə təhlükəsizlik işlərinin yoxlanılması zamanı iddiaçının bilik səviyyəsinin yetərli olmamasının, əmək müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin aşkara çıxarılması olmuşdur.
8. Birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırkı işin halları baxımından göstəriləndən hansına görə iddiaçının əmək müqaviləsinin ləğv edildiyi, iddiaçının Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslardan hansını nə vaxt hansı hərəkətlə törətdiyi müəyyən edilmir.
9. Halbuki, Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda əmrdə ümumi olaraq “70-ci maddənin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin” göstərilmiş, lakin həmin maddə üzrə hansı dispozitiv şərtin mövcud olduğu əsaslandırılmamış, işçinin konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirmədiyi, yaxud 72-ci maddədə sadalanan hallardan hansının mövcud olduğu qeyd olunmamış, yəni, əmr qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamışdır. Məhkəmə prosesləri zamanı cavabdeh tərəfin izahatlarından məlum olur ki, əmək müqaviləsinin ləğv edilməsi əsası olaraq iddiaçının bankın əməkdaşına kömək göstərməməsi, dolayısı ilə əmək funksiyasının icra etməməsi olmuşdur. Lakin əmrin faktiki əsası olaraq bu fakt qəbul edilsə belə, işçinin əmək funksiyasını icra etməməsi heç də həmişə Məcəllənin 70ci maddəsinin
10. “ç” bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas olmur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məcəllənin 71.2-ci maddəsinin tələbinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Hazırkı halda isə əmək funksiyasının yerinə yetirilməməsinin işəgötürənə hansı formada ziyan vurduğu, işin ahənginin necə pozulduğu bəlli deyil
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 68.1, 70, 71.2, 71.3, 80.1, 80.2, 83.1, 83.2, 186.1, 186.2, 187.1-187.3, 300cü, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh ASC Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və iddianın tamamilə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş hal (törətdiyi hərəkət) iddiaçının özü tərəfindən də etiraf edilir və mübahisə mövzusu deyil. Iddiaçının tələbinin əsası həmin halın Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinin təsir dairəsinə düşməsi ilə bağlıdır. Bu baxımdan qətnamədə göstərilən həmin dəlil, yəni işçinin əmək müqaviləsinə guya, konkret hansı əsasa görə xitam verildiyinin (hansı hərəkəti törətdiyinin) müəyyən edilmədiyinə dair dəlili tamamilə əsassız olmuşdur. Belə ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr Əmək Məcəlləsinin konkret maddəsinə və həmin maddənin tətbiqi üçün əsas olmuş halı təsdiq edən müvafiq sənədlərə (ASC Cavabdeh “Şəmkir” filialının direktorunun ## #### 2025-ci tarixli xidməti məktubuna və Bankın Təhlükəsizlik Idarəsinin rəisinin ## #### 2025-ci tarixli məktubuna), o cümlədən işçidən tələb olunan izahatın verilməsindən imtina etməsi barədə akta istinad edilməklə əsaslandırılmışdır. Iddiaçının əmək müqaviləsinin 3.1.1.-ci bəndinə əsasən “Işçi öz əmək funksiyalarını Azərbaycan Respublikasının qüvvədə olan əmək və banklar haqqında qanunvericiliyinə, bankdaxili qaydalara, bu Əmək Müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan vəzifə təlimatına uyğun olaraq həyata keçirir.” Iddiaçının “Vəzifə Təlimatı”nın 15-ci bəndinə əsasən “Filial direktorunun və Bankın təhlükəsizlik Idarəsinin rəisi/rəis müavininin ona tapşırdığı işləri yerinə yetirmək” işçinin vəzifələrinə aiddir. Göründüyü kimi, iddiaçı əmək müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Vəzifə Təlimatının 15-ci bəndində nəzərdə tutulan vəzifəsini yerinə yetirməmiş, həmin bənddə nəzərdə tutulan rəhbər şəxslərin – həm Filial direktorunun, həm də Bankın Təhlükəsizlik Idarəsinin rəisinin tapşırdığını yerinə yetirməmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi üçün ƏM-nin 70-ci maddəsinin ç) bəndində bilavasitə nəzərdə tutulmuş haldır.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsində mahiyyət etibarilə düzgün qətnamə çıxarılsa da, məhkəmənin həmkarlar ittifaqı təşkilatının əmək müqaviləsinin ləğv edilməsinə razılıq verməsi barədə yazılı qərar təqdim edilməməsi ilə bağlı qənaəti düzgün olmamışdır.
17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, məhkəmə kollegiyasının iclasında tərəflərin izahatlarından məlum olmuşdur ki, cavabdeh X2 yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsində həm də Əmək Məcəlləsinin 80-ci maddəsinə istinad etməsi lüzumsuz olmuşdur. Buna baxmayaraq, araşdırılan digər əsaslarla əmrin ləğv edilməli olması öz təsdiqini tapdığından və mahiyyət etibarilə qanuni və əsaslı olduğundan, MPM-in 385.2-ci maddəsinin tələbinə görə qətnamə ləğv edilə bilməz.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçı tərəfindən “Vəzifə Təlimatı”nın 15-ci bəndində nəzərdə tutulan vəzifələrin yerinə yetirilməməsidir. Apellyasiya məhkəməsi bununla bağlı bildirmişdir ki, əmək müqaviləsindən də göründüyü kimi iddiaçı təhlükəsizlik inspektoru kimi işə götürülmüşdür. Bu halda iddiaçıdan tələb olunan istənilən, hətta pul vəsaiti olan çamadan və ya sair qiymətli əşyaların olduğu yükün daşınması heç bir halda onun vəzifə səlahiyyətlərinə aid edilə bilməz. “Vəzifə Təlimatı”nın 15ci bəndində
19. “Filial direktorunun və Bankın təhlükəsizlik Idarəsinin rəisi/rəis müavininin ona tapşırdığı işləri yerinə yetirmək” işçinin vəzifələrinə aid edilmişdir. Burada “rəisin tapşırdığı işləri yerinə yetirmək” ifadəsi geniş mənada başa düşülə bilməz, bu zaman yalnız işçinin tutduğu vəzifəyə və onun əmək funksiyalarına uyğun olan tapşırıqlar başa düşülməlidir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə əsasən müəyyən olunmuş əmək funksiyaları baxımından filial müdirinin iddiaçıdan tələb etdiyi “yük daşıma” işinin yerinə yetirilməməsi (digər işçinin xanım olması halında belə) yalnız və yalnız lütfkarlıq və əxlaqi nöqteyi-nəzərdən yanaşıldıqda qınanıla bilən hərəkət olmaqla, heç bir halda iddiaçıya münasibətdə hüquqi məsuliyyətə səbəb ola bilməz.
21. Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər.
22. Şərti olaraq qəbul edilsə ki, iddiaçı həqiqətən əmək funksiyalarını tam və ya qismən yerinə yetirməmişdir, bu halda cavabdeh iddiaçıya qanunvericilikdə nəzərdə tutulan intizam tənbeh tədbirlərindən ən ciddi olanı tətbiq etməklə, heç iddiaçının - işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, eləcə də onu xarakterizə edən digər mühüm amilləri belə nəzərə almamışdır. Iddiaçının mülki iş materiallarında olan “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli, 2-ci dərəcəli, 3-cü dərəcəli medalları, “Hərbi xidmətdə fərqlənməyə görə” 3cü dərəcəli medalı, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” medalları da əslində onun necə nizam-intizamlı şəxs olduğunu göstərir. Iddiaçının məhkəmə iclaslarındakı davranışı da onun dəqiq, ciddi və məsuliyyətli fərd olduğu qənaəti yaratmışdır.
23. Cavabdeh “yük daşımadığına” görə iddiaçıya ən pis halda həmin Məcəllənin 186.3cü maddəsində nəzərdə tutulmuş yazılı və ya şifahi qaydada xəbərdarlıq edə bilərdi. Belə olan halda, iddiaçının ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə işdən çıxarılması aşkar şəkildə cavabdehin ona qarşı qərəzinin olduğunu göstərir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 68.1, 70, 71.2, 71.3, 80.1, 80.2, 83.1, 83.2, 186.1, 186.2, 187.1-187.3, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
25. Cavabdeh ASC Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, Mülki Prosessual Məcəllənin 88ci maddəsinin tələbləri pozulmuşdur.
27. Belə ki, apellyasiya məhkəməsi tərəfindən cavabdeh Bankın apellyasiya şikayətinin dəlillərinə formal yanaşılması, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70 (ç) maddəsi ilə ləğv edilməsi üçün kifayət qədər əsasların olmasına əhəmiyyət verilməməsi və bunun nəticəsi kimi maddi hüquq normasını düzgün tətbiq edilməməsi həmin qətnamənin kassasiya məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır. Iddiaçının qeyd edilən hərəkətinin (hərəkətsizliyin) Əmək Məcəlləsinin 70 (ç) maddəsinin təsir dairəsinə düşmədiyi barədə apellyasiya məhkəməsinin dəlilləri tamamilə əsassız olmuş, həmin dəlillərə əsasən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Həmçinin işə birinci instansiya məhkəməsi tərəfindən bu tərzdə yanaşılmasının düzgün olmadığı cavabdehin apellyasiya şikayətində geniş şərh edilmiş və iddiaçı tərəfindən yol verilmiş və müvafiq qaydada sübut olunmuş həmin pozuntuya münasibətdə məhkəmənin maddi hüquq normasının düzgün tətbiq edilmədiyi bildirilmişdir. Lakin, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə səthi və qərəzli yanaşaraq, faktiki olaraq birinci instansiya məhkəməsinin dəlillərini təkrarlamaqla, yalnız həmkarlar ittifaqının qərarının olmaması barədə dəlilinin düzgün olmadığını qeyd etməklə kifayətlənmişdir. Hazırkı işdə iddianı təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi, iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi üçün kifayət qədər əsaslar olmasını təsdiq edən sübutların (iddiaçının əmək müqaviləsi və vəzifə təlimatında nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməkdən açıq-aşkar imtina etməsi və özünün də bunu etiraf etməsinə dair sübutların) guya, həmin Məcəllənin istinad edilən normasının tətbiqi üçün əsas hesab edilmədiyi qənaətinə gəlməsi, sübutlara düzgün qiymət verilməməsinin nəticəsi olmuşdur. Apellyasiya məhkəməsinin qətnaməsində maddi hüquq normaları ilə yanaşı, prosessual hüquq normalarının da tələblərini pozmuşdur ki, sadalanan dəlillər həmin qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Iddiaçı kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
30. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq çamadan və digər əşyaların, yüklərin daşınmasının iddiaçının əmək vəzifəsi və öhdəliyi olmaması qənaətinə gəlmişdir ki, bu qənaət həm qanuni, həm də ədalətlidir. Digər tərəfdən, cavabdeh iddiaçının bu hərəkəti ilə guya işin ahənginin pozulmasına istinad etsə də, belə halın baş verməsi və işəgötürənə maddi ziyan dəyməsinə dair hər hansı sübut təqdim edə bilmir. Maddi ziyan dəyməsi halı baş verməsindən asılı olmayaraq, şəxs öz əmək funksiyalarını və təlimatı pozmamışdır. Ona görə də, əslində hüquqi cəhətdən iş ahənginin pozulması və ya pozulmaması əhəmiyyət kəsb etmir. Iddiaçının çamadanı daşımaqda kassirə kömək etmək öhdəliyinin, əmək funksiyasının olmasını cavabdeh əsaslandıra və sübut edə bilməmişdir. Iddiaçının təqdim etdiyi akt banka tabe olan şəxslər tərəfindən, birtərəfli tərtib olunmuş və sübut sayıla bilməz. “Vəzifə təlimatının” 15-ci bəndində nəzərdə tutulan “rəisin tapşırdığı işləri yerinə yetirmək” ifadəsi işçinin əmək funksiyasından irəli gələn işlərin yerinə yetirilməsi istiqamətindəki tapşırıqlar kimi başa düşülməlidir. Ona görə də, iddiaçı çamadanı daşımamaqda haqlı olmuş və bunu etmək iddiaçının əmək funksiyalarına aid deyildi.
Kassasiya baxışının hədləri:
31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
32. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənə, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
35. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermiş (bax bəndlər 18-23) və kassasiya məhkəməsi həmin qiymətləndirmə ilə tam razılaşır.
37. Belə ki, işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq etmişdir ki, işəgötürən cavabdeh tərəfindən iddiaçıya əmək funksiyasının pozuntusu kimi istinad etdiyi əməli (pul vəsaiti olan çamadan və ya sair qiymətli əşyaların olduğu yükün daşımasından imtina) onun vəzifə səlahiyyətlərinə aid edilmədiyi üçün, cavabdehin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə qəbul etdiyi əmr qanunsuz olmuşdur.
38. Kassasiya şikayətinin digər dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi, sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh ASC Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.