Məhkəmə qərarları › İş №2(1-8)-1338/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1338/2026

16.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1338/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, “xxxx” publik hüquqi şəxsi və “X2 Mərkəzi” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ iş № *(1-8)-1338/2026 Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa, ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə birgə) ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, “xxxx” publik hüquqi şəxsi və “X2 Mərkəzi” publik hüquqi şəxsinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa olunma və ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə birgə) ödənilməsi” tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Naxçıvan MR Səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən X1 tərəfindən verilmiş 2023cü il ## ####### tarixli *** nömrəli əmrə əsasən, Azərbaycan Dövlət Neft Akademiyasının Elektrotexnika və elektromexanika ixtisası üzrə 2009-cu il və Azərbaycan Respublikasının Prezidenti yanında X12 Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 2019-cu il məzunu İddiaçı "X2 Mərkəzi"xxxxdirektoru vəzifəsinə təyin edilmiş, İddiaçı ilə 3 (üç) ay sınaq müddəti verilməklə əmək müqaviləsi bağlanılması əmr edilmişdir.

2. cavabdeh2 üzrə səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən X1 ilə işçi İddiaçı arasında bağlanılmış 2023-cü il ## ####### tarixli əmək müqaviləsinə əsasən, İddiaçı "X2 Mərkəzi"xxxxdirektoru vəzifəsinə qəbul olunmuş, əmək müqaviləsi müddətsiz olaraq bağlanılmış, işçinin 2023-cü il ## ####### tarixdən işə başlaması qeyd edilmiş, işçiyə hər ay 8.333 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqının 833 manat məbləğində tarif haqqından (vəzifə maaşından), tarif haqqına (vəzifə maaşına) 7.500 manat miqdarda əlavədən ibarət olması, işçinin gündə 8 saatdan, həftə ərizəndə 40 saatdan çox olmayaraq iş saatı, 30 gün müddətində məzuniyyət günü, əmək stajına görə 4 təqvim günü əlavənin verilməsi nəzərdə tutulmuşdur.

3. Naxçıvan MR Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən X1 tərəfindən verilmiş 2024-cü il ## ######## tarixli *** nömrəli əmrə əsasən, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "а" bəndi əsas tutularaq "X2 Mərkəzi"xxxx"Naxçıvan Muxtar Respublikasının X11 Birliyi"xxxxtabeliyinə verilməsi ilə əlaqədar "X2 Mərkəzi"xxxxdirektoru İddiaçı həmin tarixdən tutduğu vəzifədən azad edilməsi və istifadə olunmayan məzuniyyət günləri üçün son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir.

4. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 2024-cü il ## ####### tarixli məktubda qeyd edilmişdir ki, müvafiq məlumatlara baxılmaqla aparılmış araşdırmadan əmək müqaviləsinə xitam zamanı Məcəllənin 69-cu maddəsində (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) qeyd olunan halların olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunan məsələdə inzibati xətanın əlamətləri müəyyən edildiyindən “inzibati xəta haqqında Protokol”un tərtib olunmasında iştirak etməsi məqsədilə işəgötürənə ## ######## 2024-cü il tarixli bildiriş göndərilmişdir. Bildirişə uyğun olaraq inzibati xətaya dair işə baxılması # ####### 2024-cü il tarixə təyin olunarkən aşkar olunan inzibati xəta hadisəsinə uyğun olaraq Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə (Işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) işəgötürən barəsində ## ####### 2024-cü il tarixdə “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar” qəbul edilmişdir. Bununla yanaşı qeyd olunan inzibati xətanı törətdiyinə görə işəgötürənə şərti olaraq inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 gün müddət müəyyən olunmuşdur. Bununla yanaşı müraciətdə qaldırdığı məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu qeyd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan MR Səhiyyə nazirinin barəsində verdiyi 2024-cü il ## ######## tarixli, *** nömrəli əmrinin ləğv edilməsi, “X2 Mərkəzi”xxxxdirektoru vəzifəsinə bərpa edilməsi, 2024-cü il ## ######## tarixindən vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının və məcburi işburaxmaya görə ödənilən əmək haqqının gecikdirilmiş hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsi, “X2 Mərkəzi”xxxxdirektoru olduğu müddətdə az ödənilmiş 9.729,15 manat (2024cü il # ###### tarixindən 2024-cü il ## ######## tarixədək) məbləğdə əmək haqqının ödənilməsi, həmin gecikdirilmiş 9.729,15 manat məbləğin 2024-cü il # ###### tarixdən başlayaraq ödənildiyi günədək - hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 ilə ##.##.2023-cü il tarixdə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən iddiaçı, “X2 Mərkəzi”xxxxdirektoru vəzifəsinə təyin edilmiş və həmin tarixdən əmək funksiyalarının icrasına başlamışdır. Iddiaçı ##.##.2024-cü il tarixdə növbəti əmək məzuniyyətinə buraxılması barədə ərizə ilə müraciət etmiş, lakin sonradan ona məlum olmuşdur ki, onun əmək müqaviləsinə xitam verilmiş və tutduğu vəzifədən azad edilmişdir. Belə ki, iddiaçı əmək müqaviləsinin ləğvi barədə işəgötürənə hər hansı ərizə təqdim etməmiş, yalnız əmək məzuniyyətindən istifadə etmək məqsədilə müraciət etmişdir. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmri qanunsuz hesab edərək işəgötürənə və əmək qanunvericiliyinə riayət olunmasına nəzarəti həyata keçirən səlahiyyətli dövlət orqanına müraciət etmişdir. Naxçıvan MR ƏƏSMN yanında X7 Xidməti tərəfindən aparılmış araşdırmanın nəticələrinə dair verilmiş cavab məktubunda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi əsasında xitam verildiyi, lakin Əmək Məcəlləsinin 69-cu maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyi qeyd edilmişdir. Həmçinin işəgötürənin hərəkətlərində inzibati xəta əlamətləri müəyyən olunduğundan onun barəsində Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmiş və hüquq pozuntusunun aradan qaldırılması üçün müddət müəyyən edilmişdir. Iddiaçı əmək mübahisəsinin məhkəmədənkənar qaydada həlli məqsədilə mediasiya proseduruna müraciət etmiş, lakin tərəflər arasında barışıq əldə olunmadığından mediasiya prosesi nəticəsiz başa çatmış və bu barədə ##.##.2024-cü il tarixli arayış verilmişdir. Iddiaçı hesab etmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2024-cü il tarixli, *** nömrəli əmr qanunsuz olmuş, bununla onun əmək hüquqları pozulmuşdur. O, həmçinin işlədiyi dövrdə əmək müqaviləsində nəzərdə tutulmuş məbləğdən 9.729,15 manat az əmək haqqı ödənildiyini, gecikdirilmiş əmək haqqına görə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiyanın da hesablanmalı olduğunu göstərmişdir.

7. Iddiaçı məhkəməyə başqa cavabdehlərin cəlb edilməsinə dair vəsatət göndərərək vəsatətdə qeyd etmişdir ki, “xxxx” PHŞ və “X2 Mərkəzi”xxxxcavabdeh qismində işə cəlb olunması zəruridir.

8. Naxçıvan Şəhər Məhkəməsinin 2025-ci il # ###### *(***)-***/**** nömrəli tarixli qərardadı ilə iddiaçının vəsatətinin təmin edilməsi və mülki iş üzrə “xxxx” PHŞ və “X2 Mərkəzi”xxxxcavabdeh qismində mülki işə cəlb edilmələri qərara alınmışdır.

9. Cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə2 məhkəməyə təqdim etdiyi yazılı izahatda bildirmişdir ki, iddiaçının təhsili tibb sahəsinə uyğun olmadığından onun həmin vəzifədə çalışması qanunvericiliyin tələblərinə zidd olmuşdur. xxxx” PHŞ yaradıldıqdan sonra “X2 Mərkəzi” PHŞ onun tabeliyinə verilmiş və iddiaçının əvvəlki vəzifəsinə bərpası mümkün olmamışdır. Əmək haqqı ilə bağlı tələblərə münasibətdə nümayəndə bildirmişdir ki, maliyyə və mühasibat məsələləri müəssisə tərəfindən müstəqil həyata keçirildiyindən bu tələblər üzrə məsuliyyət “X2 Mərkəzi” PHŞ-yə aiddir.

10. Cavabdeh “X2 Mərkəzi” tərəfindən məhkəməyə təqdim edilmiş 2025-ci il # ###### tarixli etiraz ərizəsində göstərilmişdir ki, iddiaçının işlədiyi müddətdə əməkhaqqı tam ödənilmişdir. Iddiaçının işdən azad edilməsi barədə qərar cavabdeh2 tərəfindən qəbul edildiyindən, hazırkı iş üzrə cavabdeh həmin qurum olmalıdır. Bu əsasla, “X2 Mərkəzi”xxxxcavabdehlər sırasından çıxarılması və ya iddianın ona aid hissəsinin rədd edilməsi xahiş edilmişdir.

11. Cavabdeh “Naxçıvan Muxtar Respublikasının X11 Birliyi”xxxxnümayəndəsi nümayəndə1 məhkəməyə təqdim etdiyi 2025-ci il ## ###### tarixli etirazında göstərmişdir ki, Birlik Naxçıvan MR X3 2023-cü il ## #### tarixli Fərmanına əsasən yaradılmış, lakin hüquqi şəxs kimi yalnız 2024-cü il ## #### tarixdə dövlət qeydiyyatına alınmışdır. Buna görə də həmin tarixədək Birliyin tabeliyinə verilmiş tibb müəssisələri cavabdeh2 tabeliyində fəaliyyət göstərmişdir. Iddiaçının əmək müqaviləsinə xitam verildiyi dövrdə müəssisənin təsisçisi və rəhbər heyətin təyin və azad edilməsinə səlahiyyətli orqan Nazirlik olmuşdur. Nümayəndə həmçinin bildirmişdir ki, iddiaçı direktor vəzifəsi üçün normativ aktlarda nəzərdə tutulmuş ixtisas tələblərinə cavab vermədiyindən onun həmin vəzifəyə bərpası mümkün deyildir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 2024-cü il # ###### tarixdən 2024-cü il ## ######## tarixədək əskik ödənilmiş əməkhaqqı və həvəsləndirici ödənişlərə dair tələbi əsassızdır. Belə ki, ona əməkhaqqı və əlavələr qüvvədə olan əməyin ödənişi qaydalarına uyğun hesablanaraq ödənilmiş, iddia edilən 9.729,15 manat məbləğində əlavə ödənişin verilməsi üçün hüquqi əsas mövcud olmamışdır.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilməsi barədə ərizə vermədiyini, ona işdən azad edilmə əmri elektron poçt vasitəsilə göndərildiyini, əmək kitabçasının təqdim olunmadığını qeyd etmişdir. Bildirmişdir ki, işdən azad olunması qanunsuz olmuş, sənədlərdə tarix və məzmun üzrə uyğunsuzluqlara yol verilmiş, təhvil-təslim prosesi sənədlərdə göstərildiyi tarixdən fərqli vaxtda həyata keçirilmişdir. O, əmək haqqının müəyyənləşdirilməsi və dəyişdirilməsinin faktiki olaraq aidiyyəti dövlət qurumlarının razılığı ilə həyata keçirildiyini, vəzifəyə təyin edilməsinin də həmin orqanların qərarı əsasında baş verdiyini bildirmişdir. Iddiaçı həmçinin ekspert rəyinə etiraz etmədiyini, lakin məcburi işburaxma dövrünə görə əmək haqqının hesablanması məsələsinin ekspertiza qarşısında qoyulmadığını vurğulamışdır.

13. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi nümayəndə2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti 2024-cü il ## ######## tarixdə elektron poçt vasitəsilə göndərilmiş, iddiaçının məzuniyyətlə bağlı ərizəsi isə sonradan daxil olmuşdur. Nümayəndə qeyd etmişdir ki, əməkhaqqının hesablanması və ödənilməsi birbaşa “X2 Mərkəzi” PHŞ tərəfindən həyata keçirilir və Səhiyyə Nazirliyi bu prosesə maliyyə baxımından müdaxilə etmir. O, iddiaçının vəzifəyə təyin edilməsinin normativ tələblərə uyğun olmadığını, işdən azad edilmənin qanunvericiliyin tələblərinə və aidiyyəti qərarlara əsaslandığını, həmçinin iddiaçıya ixtisasına uyğun alternativ vəzifə təklif olunduğunu bildirmişdir. Nümayəndə ekspert rəyinə etiraz edərək hesablamalarda müəssisənin kateqoriyasının və əməyin ödənişi qaydalarının nəzərə alınmadığını göstərmiş, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Cavabdehin “Naxçıvan Muxtar Respublikasının X11 Birliyi”xxxxnümayəndəsi nümayəndə1 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il ## #### tarixli * nömrəli qərarına əsasən tibb müəssisəsinin direktoru vəzifəsi üçün müvafiq tibb təhsili və əmək stajı tələbləri müəyyən edilmişdir. O qeyd etmişdir ki, iddiaçı bu tələblərə cavab verməmişdir. Həmçinin göstərmişdir ki, iddiaçıya əməkhaqqı mövcud qaydalara uyğun hesablanmış, “X2 Mərkəzi”xxxxtəsnifatına əsasən əlavə ödəniş müəyyən edilmişdir. Nümayəndə bildirmişdir ki, müəssisənin yeni formalaşdırılması zamanı müəyyən yanlışlıqlar olmuş, lakin sonradan həmin çatışmazlıqlar aradan qaldırılmışdır.

15. X4 məhkəmə iclasındakı izahatında işə bərpa ilə bağlı məhkəmə qərarı olmadığına görə dövr müəyyən edilə bilmədiyi üçün işə bərpa edildikdən sonra olan ödənişi müəyyən etmələrinin mümkün olmadığını, gecikmənin başladığı tarixdən hesablama aparıldığını, iddianın qaldırıldığı tarixdən hesabladıqlarını, 18.781,87 manata əmək haqqının daxil olmadığını, onun sadəcə gecikmə üçün müəyyən edilən məbləğ olduğunu, işlədiyi dövr üçün gecikmə məbləğini hesabladıqlarını, əməyin ödəniş qaydaları nəzərə alınmadan rəy verildiyini, həmin sənədlə tanış olmadığını, özləri istifadə etdikləri hər bir sənədə möhür vurduqlarını, əməyin ödəniş qaydalarının müəyyən qədər rol oynaya biləcəyini, əmək haqqı məbləği hesablananda əsasın həmişə əmək müqaviləsi olduğunu bildirmişdir.

16. Şahid şahid3 məhkəmədə verdiyi ifadəsində 2023-cü ilin oktyabr ayında Səhiyyə nazirinin dəvəti ilə Naxçıvana gəldiyini, burada xəstəxanalarda maliyyə, kadr və satınalma sahələri üzrə mövcud vəziyyətin araşdırılmasını həyata keçirdiyini bildirmişdir. O, həmin sahələrdə ciddi nöqsanların aşkar edildiyini, iki regional mərkəzin yaradılması ilə bağlı sənədləşmə işlərinin aparılmasının ona tapşırıldığını və bu işlərin təxminən 3 ay müddətində təmənnasız yerinə yetirildiyini qeyd etmişdir. Şahid Culfa və X8 üzrə sənədlərə düzəlişlər edildiyini, yanlışlıqların aradan qaldırıldığını, X2 Mərkəzi PHŞ-də maliyyə müdiri vəzifəsində çalışdığını və əmək haqqının sistemdə rəsmi qaydada müəyyən edildiyini bildirmişdir. O, əmək haqqının yanvar ayından etibarən kəsildiyini, bu məsələnin həll olunacağına dair vədlər verildiyini, lakin problemin aradan qaldırılmadığını qeyd etmişdir. Şahid əlavə olaraq əmək haqqı cədvəllərinin hazırlanması və təsdiqi prosesində Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta Agentliyinin roluna toxunaraq, proseslərin əsasən şifahi tapşırıqlar əsasında həyata keçirildiyini, müvafiq göstərişlərin icrası nəticəsində dəyişikliklərin edildiyini bildirmişdir. O, əmək haqlarının kəsilməsi və digər dəyişikliklərin də verilən tapşırıqlar əsasında icra olunduğunu qeyd etmişdir.

17. Şahid şahid2 məhkəmə iclasında işlədiyi dövrdə şöbə müdirinin Təranə xanım olduğunu, özünün mühasib vəzifəsində çalışdığını, verilən göstərişlər əsasında fəaliyyət göstərdiyini bildirmişdir. O, əmək haqqı cədvəllərini hazırladıqlarını, daha sonra Təranə xanımın göstərişi ilə müəyyən dəyişikliklərin edildiyini, təsdiqləmə və qərarverici səlahiyyətlərin şöbə müdiri və aparıcı mühasib tərəfindən həyata keçirildiyini qeyd etmişdir. Şahid əlavə olaraq sistemdə olan əmək haqqı məlumatlarına uyğun cədvəllər tərtib etdiklərini, sonradan məbləğlərin azaldılması ilə bağlı göstəriş verildiyini və həmin göstəriş əsasında düzəlişlər etdiklərini, əmək haqqı məbləğlərinin verilməməsi və ya azaldılması barədə qərarın isə rəhbərlik tərəfindən verildiyini bildirmişdir.

18. Digər şahid şahid1 məhkəmə iclasında bildirmişdir ki, o, aparıcı mühasib vəzifəsində çalışmış, oktyabr ayından Bayram müəllimin direktor təyin olunduğunu qeyd etmişdir. “X2 Mərkəzi” PHŞ Icbari Tibbi Sığorta Agentliyi tərəfindən maliyyələşdirilsə də, Səhiyyə Nazirliyinin nəzarəti altında fəaliyyət göstərmişdir. Əmək haqqı hesablamaları müəssisə daxilində aparılmış, təsdiq üçün müvafiq qurumlara göndərilmişdir. Yanvar ayına qədər əmək haqqının ştat cədvəlinə uyğun hesablandığı, daha sonra isə dəyişiklik edildiyi bildirilmişdir. Sonradan əməkhaqqı azaldılmış, həvəsləndirici əlavələrdə dəyişikliklər olmuşdur və bu proseslər Təranə xanımın göstərişləri ilə həyata keçirilmişdir.

19. Məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Həmin Mərkəzin 2025-ci il # #### tarixli *** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıya 2023-cü il ## ####### tarixdən 2024-cü il ## ######## tarixədək ödənilməli olan 70.138,32 manat əvəzinə 59.578,79 manat ödənilmiş, nəticədə ona 10.559,52 manat məbləğində əməkhaqqı və son haqq-hesab əskik ödənilmişdir. Rəydə, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun olaraq hesablanmış gecikmə faizinin 18.781,87 manat təşkil etdiyi göstərilmişdir.

20. Daha sonra təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Mərkəzin 2025-ci il # ######## tarixli */**** nömrəli ekspert rəyi ilə, iddiaçıya 2023-cü il ## ####### tarixdən 2024-cü il ## ######## tarixədək ümumilikdə 10.559,58 manat məbləğində əməkhaqqı və son haqq-hesab əskik ödənildiyi, əmək müqaviləsinə xitam verildiyi tarixdən ekspert rəyinin tərtib edildiyi tarixədək gecikdirilmiş ödənişlərə görə hesablanmış 1 faiz gündəlik gecikmə məbləği 50.134,41 manat təşkil etdiyi və nəticədə iddiaçıya ödənilməli ümumi məbləğ 60.693,99 manat olması müəyyən edilmişdir.

21. Naxçıvan Şəhər Məhkəməsinin (hakim G.K.Əliyeva) 2025-ci il ## ###### tarixli *(***)- ***/**** nömrəli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir: - iddia tələbinin qismən təmin edilməsi, - Naxçıvan MR Səhiyyə nazirinin 2024-cü il ## ######## tarixli *** nömrəli əmri “X2 Mərkəzi” publik hüquqi şəxsinin direktoru iddiaçı İddiaçı həmin tarixdən tutduğu vəzifədən azad edilməsinə dair hissədə ləğv edilməsi, - iddiaçının “X2 Mərkəzi” publik hüquqi şəxsinin direktoru vəzifəsinə bərpa olunması, - cavabdeh2 tərəfindən iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının, həmçinin, məcburi işburaxma müddəti üçün 2024-cü il ## ######## tarixdən başlayaraq cavabdeh2 iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqının bir gününə düşən məbləği olan 268,88 manatın 1% ödənc nəzərə alınmaqla işəgötürənin təqsiri nəticəsindən gecikdirmə hesab edilərək ödənişin həyata keçirildiyi günə qədər hesablanmaqla cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddiaçıya kəsir ödənilmiş əmək haqqı məbləği olan, ümumilikdə 10.559,58 manat məbləğində pul vəsaitinin cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, - 2023-cü ilin noyabr ayı üzrə kəsir ödənilmiş məbləği 593,02 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 5,9302 manat, 2024-cü ilin yanvar ayı üzrə kəsir ödənilmiş məbləği 259,47 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 2,5947 manat, 2024-cü ilin fevral, mart, aprel, may, iyun ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 1348,96 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 13,4896 manat, 2024-cü ilin iyul və avqust ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 1095,84 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 10,9584 manat və 2024-cü ilin sentyabr ayı üzrə kəsir ödənilmiş məbləği 1162,83 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 11,6283 manat işəgötürənin təqsiri nəticəsindən gecikdirmə olması nəzərə alınaraq məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər ümumilikdə 58.348,26 manat pulun cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, - qətnamə qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% hesablanmaqla cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, - iddia tələbinin cavabdehlər “xxxx” publik hüquqi şəxsi və “X2 Mərkəzi” publik hüquqi şəxsinə münasibətdə təmin edilməməsi, - məhkəmə-mühasibatlıq və təkrar məhkəmə-mühasibatlıq ekspertizalarının aparılması üçün ekspertiza xərci olan 200 manat pulun cavabdeh cavabdeh2 tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə üzrə ilk növbədə iddiaçının işdən azad edilməsinə dair cavabdeh Naxçıvan MR Səhiyyə nazirinin 2024-cü il ## ######## tarixli *** nömrəli əmrinin qanuniliyi qiymətləndirilməlidir. Əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsinə xitam verilməsi əsaslandırılmış əmrlə rəsmiləşdirilməli, əmrdə xitamın hüquqi əsası, səbəbləri və buna əsas olan sənədlər göstərilməlidir. Iş materiallarından müəyyən edilmişdir ki, iddiaçının işdən azad edilməsi barədə əmrdə hüquqi əsas kimi Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə istinad edilsə də, əmək müqaviləsinin tərəflərdən hansının təşəbbüsü ilə və hansı konkret əsasla ləğv edildiyi göstərilməmişdir. Həmçinin, “X2 Mərkəzi”xxxx“Naxçıvan Muxtar Respublikasının X11 Birliyi”xxxxtabeliyinə verilməsinin iddiaçının vəzifədən azad edilməsi ilə hüquqi əlaqəsi əsaslandırılmamışdır. Iş materiallarında iddiaçının əmək münasibətlərinə xitam verilməsi barədə hər hansı ərizəsi də mövcud deyildir.

23. Bundan əlavə, həm mübahisələndirilən əmrdən, həm də cavabdehlərin izahatlarından müəyyən olunmuşdur ki, işdən azad edilmənin faktiki əsası təşkilati dəyişikliklərlə əlaqələndirilmişdir. Lakin həmin hallar Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi üzrə əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil hüquqi əsas kimi əsaslandırılmamışdır.

24. Naxçıvan MR ƏƏSMN yanında X7 Xidmətinin 2024-cü il ## ####### tarixli məktubundan da görünmüşdür ki, iddiaçının işdən azad edilməsinə dair əmrin əmək qanunvericiliyinin tələblərini pozmaqla qəbul edilməsi müəyyən edilmiş və bu səbəbdən işəgötürən barəsində Inzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə tədbir görülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 68, 76, 83 və 84-cü maddələrinin tələblərinə riayət olunmamış, əmək müqaviləsinin ləğvi üçün qanuni əsasların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Iş materiallarında iddiaçının tələblərini təkzib edən mötəbər sübutlar müəyyən edilməmişdir.

25. Bundan başqa, məhkəmə hesab etmişdir ki, iddiaçının əsas tələbi əmrin ləğv edilməsindən ibarət olsa da, həmin əmr yalnız iddiaçıya deyil, digər şəxslərə münasibətdə də hüquqi nəticələr yaratmışdır. Bu səbəbdən, əmrin bütövlükdə deyil, iddiaçının “X2 Mərkəzi”xxxxdirektoru vəzifəsindən azad edilməsinə dair hissədə etibarsız hesab edilməsi və ləğv olunması zəruridir. Həmçinin, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi hallarda işçi məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilir. Iş üzrə müəyyən edilmiş hallara əsasən iddiaçının əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət edilmədən xitam verilmişdir. Buna görə də iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi işburaxma müddəti üçün əmək haqqı ona ödənilməlidir.

26. Iddiaçının məcburi işburaxma dövrü üzrə hesablanmış əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün 1 faiz məbləğində ödəncin tutulmasına dair tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının işəgötürənin təqsiri üzündən gecikdirilməsi halında işçiyə hər gecikdirilmiş gün üçün əmək haqqının azı 1 faizi məbləğində ödənc verilməlidir.

27. Iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 2025-ci il # ######## tarixli, */**** nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, iddiaçıya ödənilməli olan bir günlük əmək haqqı məbləği 268,88 manat təşkil edir. Bu səbəbdən məcburi işburaxma dövrünə görə hesablanmış əmək haqqına münasibətdə hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin işdən çıxarıldığı 2024-cü il ## ######## tarixdən faktiki ödəniş gününədək hesablanmaqla cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi əsaslıdır.

28. Iddiaçının az ödənilmiş əmək haqqının tutulmasına dair tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, ekspert rəyinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqının ümumi məbləği 70.138,37 manat, faktiki ödənilmiş məbləğ isə 59.578,79 manat olmuş, nəticədə 10.559,58 manat məbləğində əmək haqqı kəsiri yaranmışdır. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək müəyyən edib ki, cavabdeh həmin kəsirin mövcud olmadığını və ya ödənişin gecikməsinin özündən asılı olmayan səbəblərdən baş verdiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də 10.559,58 manat məbləğində az ödənilmiş əmək haqqı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

29. Bununla yanaşı, ekspert rəyi ilə müəyyən edilmiş hesablamalara əsasən qətnamə qəbul edilən tarixədək gecikdirilmiş əmək haqqına görə ümumilikdə 58.348,26 manat məbləğində ödənc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ödəniş həyata keçirilən günədək hər gecikdirilmiş gün üçün müvafiq 1 faiz ödəncin hesablanaraq ödənilməsi təmin edilməlidir.

30. Iddianın “xxxx” PHŞ və “X2 Mərkəzi” PHŞ-yə qarşı yönəlmiş hissəsinə münasibətdə məhkəmə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsinin 14.3, 14.3-1 və 14.4-cü bəndlərinə əsasən tabeliyində olan qurumların strukturunun, ştat vahidlərinin, əmək haqqı fondunun müəyyən edilməsi, maliyyə vəsaitlərinin bölüşdürülməsi, rəhbərlərin vəzifəyə təyin və vəzifədən azad olunması səlahiyyəti Nazirliyə məxsusdur. Belə ki, iddiaçı ilə əmək münasibətlərini yaradan, onun vəzifəyə təyin və vəzifədən azad olunması barədə qərar qəbul edən, habelə əmək haqqının müəyyən edilməsinə dair səlahiyyətləri həyata keçirən orqan Səhiyyə Nazirliyi olmuşdur. Bu baxımdan mübahisəli hüquq münasibəti üzrə lazımi cavabdeh məhz həmin Nazirlikdir. Belə olan halda, iddia digər cavabdehlərə qarşı yönəldilmiş hissədə hüquqi əsaslı olmadığından və iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığından həmin hissədə təmin edilməməlidir.

31. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, “Iqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı maddələrinə, Insan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, II və III hissələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 10, 68.2, 70, 75.1, 76.2, 83.1, 84.1, 84.2, 84.3, 154.1, 172.1, 172.5, 300.1 cu, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsinin 14.3, 14.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.3, 217.5-ci maddələrinə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

32. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə qanunsuz xitam verilməsi barədə nəticəyə gələrkən işin faktiki hallarını və tətbiq edilməli hüquq normalarını düzgün qiymətləndirməmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası X3 ## #### 2023-cü il tarixli, 194-VI FR nömrəli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının X11 Birliyi” publik hüquqi şəxsi (TMIB) yaradılmış, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ####### 2023-cü il tarixli, *** nömrəli Qərarı ilə isə “X2 Mərkəzi” PHŞ daxil olmaqla bir sıra tibb müəssisələri TMIB-in tabeliyinə verilmişdir. Həmin Qərarın 4-cü hissəsinə əsasən aidiyyəti dövlət orqanlarına tibb müəssisələrinin əmlakının TMIB-in balansına verilməsi və təhvil-təslim işlərinin təşkili tapşırılmış, 5-ci hissəsinə əsasən isə Qərarın imzalandığı gündən qüvvəyə mindiyi müəyyən edilmişdir. Buna görə də təhviltəslim prosesinin sonradan başa çatması müəssisələrin TMIB-in tabeliyinə keçməsinin hüquqi nəticələrini dəyişdirməmişdir. Şikayətçi hesab etmişdir ki, sözügedən dəyişikliklə əlaqədar müəssisə rəhbərləri ilə bağlanmış əmək müqavilələrinin işəgötürən hissəsində müvafiq dəyişiklik edilməli idi. Iddiaçı buna razılıq vermədiyindən, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə onunla əmək münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilməlidir. Şikayətçi həmçinin bildirmişdir ki, məhkəmənin əmək haqqı və digər ödənişlərin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutulmalı olması barədə nəticəsi əsassızdır. Göstərilmişdir ki, “X2 Mərkəzi” PHŞ publik hüquqi şəxs kimi müstəqil maliyyə-təsərrüfat fəaliyyətinə və mühasibatlığa malik olmuş, işçilərin əmək haqlarının hesablanması və ödənilməsi həmin müəssisə tərəfindən həyata keçirilmişdir. Nazirlik yalnız büdcə qanunvericiliyinə uyğun olaraq xərclər smetasını təsdiq etmiş, konkret işçilərin əmək haqlarının hesablanması və ödənilməsi prosesində iştirak etməmişdir. Bundan başqa, iddiaçı müəssisənin direktoru olduğu dövrdə əmək haqqının natamam ödənilməsi ilə bağlı Nazirliyə hər hansı müraciət etməmiş, bunun əksini təsdiq edən sübut təqdim etməmişdir. Buna görə də əmək haqqı və digər ödənişlərin Nazirlikdən tutulmasına dair nəticə qanuni hesab edilə bilməz.

34. Eyni zamanda apellyasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə ekspertizası mərkəzinin 2025-ci il # ######## tarixli rəyini mötəbər sübut kimi qəbul etsə də, həmin rəy hazırlanarkən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2023-cü il ## #### tarixli, **(k) nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası” nəzərə alınmamışdır. Həmin Qaydanın 19-cu bəndinə əsasən tibb müəssisələrinin qrup və kateqoriyası müəyyən edilir və rəhbər işçilərin əmək haqları həmin təsnifat əsasında hesablanır. Ekspert rəyi hazırlanarkən bu normativ tənzimləmə araşdırılmadığından onun obyektivliyi və tamlığı şübhə doğurur. Şikayətçi bildirmişdir ki, iddiaçının 2023-cü il ## ####### tarixdə direktor vəzifəsinə təyin edilməsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## #### 2017-ci il tarixli, * nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X10”nın tələbləri nəzərə alınmamışdır. Həmin normativ aktda tibb müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq üçün müvafiq tibbi təhsil və iş stajı tələbləri müəyyən edilmişdir. Iş materiallarından görünür ki, iddiaçının ali təhsili səhiyyə sahəsi üzrə olmamışdır. Bu səbəbdən onun əvvəlki vəzifəsinə bərpası qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Şikayətçi hesab etmişdir ki, məhkəmə Əmək Məcəlləsinin əmək haqqının gecikdirilməsinə görə ödəncin hesablanmasını nəzərdə tutan müddəalarını düzgün tətbiq etməmişdir. Belə ki, əmək haqqının hesablanması və ödənilməsi funksiyası “X2 Mərkəzi” PHŞ tərəfindən həyata keçirilmişdir. Bu səbəbdən, hər hansı gecikmə və ya natamam ödənişə görə məsuliyyət işəgötürənin səlahiyyət verdiyi hüquqi şəxsin üzərinə düşür. Məhkəmənin həmin öhdəlikləri Nazirliyin üzərinə qoyması qanunvericiliyin tələblərinə uyğun deyildir. Qətnamədə iddiaçıya ödənilməli vəsaitlərin Səhiyyə Nazirliyi tərəfindən ödənilməli olması barədə nəticə də şikayətçi tərəfindən mübahisələndirilmişdir. Göstərilmişdir ki, xərclər smetasının təsdiq edilməsi həmin smetanın icrası üzrə maliyyə öhdəliklərinin daşıyıcısı olmaq anlamına gəlmir. Büdcə və maliyyə qanunvericiliyinə əsasən smetanın icrası müvafiq təşkilat tərəfindən həyata keçirilir. “X2 Mərkəzi”xxxxNizamnaməsinə əsasən əmək haqqına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsi müəssisə direktorunun səlahiyyətlərinə aid edilmişdir. Buna görə də mübahisələndirilən ödənişlər üzrə məsuliyyət Nazirliyin üzərinə qoyula bilməz. Şikayətçi hesab etmişdir ki, məhkəmə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin ## ####### 2023cü il tarixli, *** nömrəli Qərarını düzgün təfsir etməmişdir. Qərarın 4-cü hissəsi ilə aidiyyəti dövlət orqanlarına təhvil-təslim tədbirlərinin həyata keçirilməsi tapşırılmış, 5-ci hissəsi ilə isə Qərarın imzalandığı gündən qüvvəyə mindiyi müəyyən edilmişdir. Bu baxımdan, müəssisələrin TMIB-in tabeliyinə keçməsi hüquqi baxımdan Qərarın qüvvəyə mindiyi tarixdən baş vermiş hesab edilməli, sonradan həyata keçirilmiş təhvil-təslim prosedurları həmin hüquqi nəticələri dəyişdirməməlidir. Bu səbəbdən məhkəmənin müəssisələrin yalnız təhvil-təslim prosesinin başa çatdığı tarixdən TMIB-in tabeliyinə keçməsi barədə nəticəsi işin hallarına və normativ hüquqi aktın məzmununa uyğun deyildir.

35. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər- M.D.Allahverdiyev) sədrlik edən və məruzəçi Z.X.Əliyev və S.M.Qarayev) 2026-cı il ## ###### tarixli *(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi məcburi iş buraxma dövrü üçün əmək haqqının və gecikdirilməyə görə 1 faiz ödəncin cavabdeh cavabdeh2 tutulmasına dair hissəsi və iddia tələbinin “X2 Mərkəzi” PHŞ-yə münasibətdə rədd edilməsinə dair hissəsində ləğv edilməsini, həmin hissələr üzrə yeni qətnamə qəbul edilməklə, ## ######## 2024-cü il tarixdən iddiaçının “X2 Mərkəzi”xxxxdirektoru vəzifəsinə işə bərpa olunacağı günədək olan müddət üzrə məcburi iş buraxma dövrü üçün əmək haqqının, əmək müqaviləsinə uyğun., tam formada (aylıq əmək haqqı 8.333, bir iş gününə düşən əmək haqqı isə 268,88 manat) olmaqla cavabdeh “X2 Mərkəzi” PHŞ-dən tutularaq iddiaçıya ödənilməsi, məcburi iş buraxma müddəti üçün cavabdeh “X2 Mərkəzi” PHŞ-dən iddiaçıya 2024-cü il ## ######## tarixdən başlamaqla faktiki ödəniş gününə qədər hər gün üçün 268,88 manatın 1 faizi həcmində gecikdirməyə görə ödəncin tutularaq ödənilməsi, qətnamənin cavabdeh cavabdeh2 tərəfindən mübahisələndirilən digər hissələrinin dəyişdirilmədən saxlanılması, iddiaçı və cavabdeh cavabdeh2 dövlət rüsumu ödəməkdən azad olunduğundan 100 manat məbləğində dövlət rüsumunun “X2 Mərkəzi” PHŞdən tutularaq dövlət büdcəsinə ödənilməsi, ilkin və təkrar ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində məhkəmə xərcinin 100 manat hissəsinin cavabdeh cavabdeh2 və 100 manat hissəsinin isə “X2 Mərkəzi” PHŞ-dən tutularaq Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

31. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyator əmək müqaviləsinə xitam verilməsi barədə 2024-cü il ## ######## tarixli *** nömrəli əmrin qanuni olduğunu bildirmişdir. Kollegiya bu dəlili əsaslı hesab etməyərək bildirmişdir ki, ƏM-in 68.2-ci maddəsinin “a” bəndi əmək müqaviləsinə xitamın ümumi əsasını müəyyən edən blanket normadır və müstəqil xitam əsası kimi tətbiq edilə bilməz. Işçinin təşəbbüsü ilə xitam Məcəllənin 69-cu, işəgötürənin təşəbbüsü ilə xitam isə 70-ci maddəsi ilə tənzimlənir. Iş materiallarından iddiaçının işdən çıxmaq barədə ərizə vermədiyi müəyyən olunmuşdur. Bu halda əmək münasibətlərinə yalnız işəgötürənin təşəbbüsü ilə xitam verilmiş hesab edilir. Lakin mübahisəli əmrdə ƏM-in 70-ci maddəsində nəzərdə tutulmuş hər hansı konkret hüquqi əsas göstərilməmişdir.

32. Apellyatorun istinad etdiyi struktur və tabelik dəyişiklikləri ƏM-in 63-cü maddəsinin ikinci hissəsinin tənzimləmə predmetinə aiddir və özlüyündə əmək münasibətlərinə xitam verilməsi üçün əsas hesab edilə bilməz. Mülkiyyətçinin və ya tabeliyin dəyişməsi əmək müqaviləsinin qüvvəsinə xələl gətirmir. Buna görə də kollegiya əmək müqaviləsinə ƏM-in 68.2ci maddəsinin “a” bəndi ilə xitam verilməsini qanunsuz hesab etmişdir.

33. Apellyator ekspert rəyinin əməkhaqqının hesablanması zamanı aidiyyəti normativ aktların nəzərə alınmaması səbəbindən düzgün olmadığını bildirmişdir. Apellyasiya kollegiyası qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 2023-cü il ## ####### tarixli əmək müqaviləsinə əsasən iddiaçının aylıq əmək haqqı 8.333 manat müəyyən edilmişdir. Əmək müqaviləsi tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmaqla, onun şərtləri icra edilməlidir.

34. 2025-ci il # ######## tarixli məhkəmə-mühasibatlıq ekspertizası rəyi prosessual qaydalara uyğun əldə edilmiş sübut olmaqla, əmək haqqının məhz müqavilə şərtləri əsasında hesablanmasına söykənmişdir. Buna görə də kollegiya həmin rəyi mötəbər sübut kimi qəbul etmişdir.

35. Həmçinin, iddiaçının əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi birbaşa cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Hazırda TMIB-in ləğv prosesində olması və onun hüquq və vəzifələrinin Nazirlik tərəfindən icra olunması nəzərə alınaraq, əməkhaqqının kəsir hissəsinin Nazirlikdən tutulması barədə birinci instansiya məhkəməsinin nəticəsi əsaslı hesab edilmişdir. Bu səbəbdən ƏM-in 172.5-ci maddəsinə uyğun olaraq gecikdirilmiş əməkhaqqına görə ödəncin tutulması barədə nəticə də qanunauğundur.

36. Cavabdehin məcburi işburaxma müddəti üçün hesablanmış orta əmək haqqının Nazirlikdən deyil, X2 Mərkəzindən tutulmalı olması ilə bağlı dəlilinin kollegiya əsaslı hesab edərək bildirmişdir ki, MM-in 43.1-ci maddəsinə və “xxxx” Qanunun 7.5-ci maddəsinə əsasən publik hüquqi şəxs öz öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Iş materiallarından müəyyən edilib ki, X2 Mərkəzi publik hüquqi şəxs dövlət qeydiyyatına alınmış, müstəqil balansa və maliyyə fəaliyyətinə malik olmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulan məcburi işburaxma müddəti üçün ödənilən orta əməkhaqqı işçinin qanunsuz işdən çıxarılması nəticəsində əldə edə bilmədiyi əmək gəlirinin kompensasiyasıdır. Iddiaçı işdən çıxarılmasaydı, əməkhaqqısı X2 Mərkəzi tərəfindən ödənilməli idi. Bu səbəbdən həmin kompensasiya da həmin hüquqi şəxsin vəsaiti hesabına ödənilməlidir. Birinci instansiya məhkəməsinin bu məbləğin Nazirlikdən tutulmasına dair nəticəsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir.

37. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci, ƏM-in 2, 3, 44, 45, 63, 68, 70, 76, 154, 156, 157, 172, 178, 288, 294, 300, 301-ci, MM-in 43.1, 43.5, 43.7, 44.1, 45.1, 52.1, 52.2, 59.1-ci, Inzibati Xətalar Məcəlləsinin 192.6, "xxxx" Qanunun 2.1, 22.2, 4.1, 4.4, 5.1, 7.5, 7.6-cı, MPM-in 14.2, 77.1, 88, 217.3, 217.4, 372.7, 392.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh cavabdeh2 qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazını iddia ərizəsi və məhkəmə iclaslarında verdiyi izahatlarına uyğun əsaslandırmış və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

41. Maddə 35. Hər bir şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək məcəlləsi

42. Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

43. Maddə 3. Əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Fərdi əmək mübahisəsi əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır.

44. Maddə 44 (hissə 1). Əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır.

45. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

46. Maddə 63. Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələrinə müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Yeni mülkiyyətçi tərəfindən müəssisənin işəgötürəninin (rəhbərinin), onun müavinlərinin, baş mühasibin və bilavasitə idarəetmə funksiyasını yerinə yetirən digər struktur bölmələrin rəhbərlərinin əmək müqavilələrinə mülkiyyətçinin dəyişməsi ilə əlaqədar bu Məcəllənin 68-ci maddəsinin «ç» bəndi ilə xitam verilə və ya bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulan qaydada onların əmək müqavilələrinin şərtləri dəyişdirilə bilər.

47. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları - a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallardır.

48. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda xitam verilə bilər. Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir. Işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

49. Maddə 76 (hissə 1). Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

50. Maddə 154 (hissə 1). Əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

51. Maddə 156 (hissə 1). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir.

52. Maddə 157. Işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı - işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat -əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

53. Maddə 172 (hissə 1, 4, 5). Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.

54. Maddə 178 (hissə 1). Işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.

55. Maddə 288 (bənd a və d). Əmək müqaviləsinin bağlanması, ona xitam verilməsi və ya onun şərtlərinin dəyişdirilməsi və əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetidir.

56. Maddə 294 (hissə 1, 2). Maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə və ya fiziki şəxs olan işəgötürənlərin yaratdıqları iş yerlərində fəaliyyət göstərən həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır.

57. Maddə 300 (hissə 1). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

58. Maddə 301 (hissə 1). Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir

Azərbaycan Respublikası Mülki Məcəlləsi

59. Maddə 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

60. Maddə 43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər.

61. Maddə 43.7. Publik hüquqi şəxslərin fəaliyyəti bu Məcəllə, “Publik hüquqi şəxslər haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

62. Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

63. Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır.

64. Maddə 52.1 və 52.2. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.

65. Maddə 59.1. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

77. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

78. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

79. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

80. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

81. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

82. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli, *(*-*)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar