Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1340/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar Musatafayeva (Əhmədli) Günel Qabil qızı və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzilə köçürülmə, mənzildən çıxarılma, vindikasiya iddiası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Mustafayeva (Əhmədli) Günel Qabil qızı və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 kassasiya şikayətinə 09 iyun 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AN-İ 1287064 №li daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı cavabdeh2 alıcı iddiaçı2 və iddiaçı1 Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 42, mənzil ** saylı ümumi sahəsi 83.35 kv.m. olan mənzili tam mülkiyyət üzrə 100.000 manata satmışdır. Həmin müqaviləyə əsasən alıcılar cavabdeh2 ilkin olaraq 30.000 manat, cəmi 60.000 manat pulu notariusun AZ**AIIB******E************* nömrəli “xxxx” ASC-nin Mingəçevir şöbəsindəki depozit hesabı vasitəsi ilə ödəyib, qalıq qalan hər birinə 20.000 manat olmaqla, cəmi 40 000 manat pulu isə nisyə alqı-satqı müqaviləsinə müvafiq olaraq ##.##.2024-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsi ilə ödəməyi öhdələrinə götürmüşlər. Satıcı cavabdeh2 ##.##.2024cü il tarixinədək qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür.
2. Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 42, mənzil ** saylı ümumi sahəsi 83.35 kv.m. olan mənzil xüsusi mülkiyyət hüququ ilə ½ hissədə iddiaçı1, ½ hissədə iddiaçı2 adına 2024016191 qeydiyyat nömrəsi ilə ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
3. iddiaçı1 mülkiyyətində olan ünvan 3 ünvanında cavabdeh2 qeydiyyatdadır.
4. iddiaçı1 Famil oğlu tərəfindən cavabdeh cavabdeh2 ##.##.2024-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmaq və mənzili boşaldıb onlara təhvil verməyi barədə bildiriş göndərilmişdir.
5. iddiaçı1 ##.##.2024-cü il tarixdən Mingəçevir şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatdadır.
6. X1 şəhəri, H.Əliyev küçəsi, ev 42, mənzil 16 ünvanında yaşayır Anası cavabdeh1 qeydiyyatda deyil, qeydiyyatsız yaşayır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ambulator stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, cavabdeh2 qanayan babasil. Anal çat. Hemorroidentomiya diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına ##.##.2025-ci il tarixdə daxil olmuş və ##.##.2025-ci il tarixdə çıxmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh2, onunla birgə yaşayan anası cavabdeh1 və əşyalarının onların mülkiyyətində olan Mingəçevir şəhəri, H.Əliyev prospekti 42 №li evin 16 №li mənzilindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Regional “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ## ###### 2024-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh cavabdeh2 xüsusi mülkiyyətində olan Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki 42 №li evin 4 otaqlı 16 №li mənzilini onlara – ½ hissədə iddiaçı1, ½ hissədə Mingəçevir şəhəri Dilarə Əliyeva küçəsindəki ** №-li evin ** №-li mənzilində qeydiyyatda olan iddiaçı2, hər birilərinə 50.000 manat olmaqla 100.000 manata satmış və onlar da bu mənzili həmin qiymətə almışlar. Tərəflər arasında razılaşdırılmış hesablaşmaya görə alıcılar hər biri cavabdeh2 ilkin olaraq 30.000 manat, cəmi 60.000 manat pulu notariusun AZ**AIIB******E************* nömrəli “xxxx” ASC-nin Mingəçevir şöbəsindəki depozit hesabı vasitəsi ilə ödəyib, qalıq qalan hər birinə 20.000 manat olmaqla, cəmi 40.000 manat pulu isə nisyə alqı-satqı müqaviləsinə müvafiq olaraq ##.##.2024-cü il tarixinədək notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçılar həmin qalıq 40.000 manatı öhdəliklərinə müvafiq olaraq notariusun bankda açılan depozit hesabına ödəyib və Mingəçevir şəhəri, H.Əliyev prospektindəki ** №-li evin ** №-li mənzili üzərində mülkiyyət hüquqlarını təsdiq edən ##.##.2024-cü il tarixli ************-*****-******-reyestr nömrəli dövlət reyestrindən çıxarış almışlar. Aralarında bağlanmış ## ###### 2024-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh cavabdeh2 ## ###### 2024-cü il tarixədək mənzillə əlaqədar məhkəmə mübahisəsinin olmadığına, mənzildən qeydiyyatdan çıxmağına və mənzili tam boşaldıb onlara təhvil verməyinə təminat versə də, ## ###### 2024-cü il tarixədək müqavilədən irəli gələn həmin öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, cavabdeh və onunla bir yerdə onların mülkiyyətlərində olan mənzildə yaşayan anası cavabdeh1 cavabdehə ünvanladıqları yazılı bildirişdən sonra da mənzili könüllü surətdə boşaltmır, bununla da onların mənzillərinə köçməyinə mane olur və mülkiyyət hüquqularını pozurlar.
10. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdehlər cavabdeh1 və cavabdeh2 iddiaçılar iddiaçı2 və iddiaçı1 mülkiyyətində olan 902011000296-05101- ****** reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılmaları qət edilmişdir. (hakim Güləndam Quliyeva)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçıların mülkiyyətindədir. Tərəflər arasında qeyd olunan əmlakla bağlı nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilə ilə mülkiyyət hüququ iddiaçıya keçmiş mənzildən çıxmamışdır.
12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, cavabdehlərin hər hansı hüquqi əsas olmadan iddiaçılara məxsus mənzildən çıxmaması iddiaçıların öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdehlər əşyaları ilə birlikdə qeyd olunan mənzildən çıxarılmalıdır.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 146.1, 146.2, 152.1, 157.2, 157.4, 385.1, 567, 646.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən mənzil atasının ölümündən sonra vərəsəlik hüququ ilə onun mülkiyyətinə keçmiş və mənzil satılana kimi həmin mənzildə anası ilə birlikdə yaşamışlar. 2024-cü ilin avqust ayında evi satmaq qərarına gəlmişdir. Həmin vaxt anası xəstə olduğuna görə ilin avqust ayında evi satmaq qərarına gəlmişdir. Həmin vaxt anası xəstə olduğuna görə onun razılığını soruşmamışdır. İddiaçılar həmin mənzilə onunla baxış keçirmiş, mənzilin satılmasında anasının razılığını almamışdır. Çünki anası həmin mənzildə qeydiyyatda olmamışdır. 2024-cü ilin avqust ayında notariat kontoruna gedib mənzilin nisyə qaydada alqısatıqısı barədə müqavilə imzalamışlar.
16. Belə ki, mənzilin qiyməti 100.000 manat qiymətləndirilmiş, bunun 60.000 manatı əvvəlcədən ödənilmiş, 40.000 manat pul isə ödənilməmiş qalmışdır. Bundan sonra mənzilin nisyə qaydada satılmasını anasına demişdir. Anası buna razılıq verməmiş və mənzilin nisyə alqı-satıq müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Bu barədə təcili olaraq o, hər iki alıcıya və notariat kontoruna məlumat vermişdir. Notariat kontoru alıcı tərəflə razılaşmağı təklif etmiş, o, alıcı tərəfə ödədiyi 60.000 manat pulu və əlavə xərcləri ödəməklə nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Əvvəl alıcı tərəf onunla razılaşmış, lakin sonradan ##.##.2024-cü il tarixdə həmin mənzilə dair çıxarış almış və 40.000 manat pulu notariat kontorunun depozitinə qoymuşdur. O, həmin pulu götürməmişdir və 100.000 manat pulu qaytarmaqla nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə notariat kontoruna izahat yazıb vermişdir. Beləliklə alıcı tərəf onunla razılaşmasına baxmayaraq ondan xəbərsiz depozitə pul qoymuş, nisyə alqı-satqı müqaviləsi üzrə çıxarış almış və həmin çıxarışa əsasən Mingəçevir Şəhər Məhkəməsində 2025-ci ilin dekabr ayında iddia qaldırmışdır. 2025-ci ilin yanvar ayından xəstəliklə əlaqədar cərrahiyyə əməliyyatında olmuşdur. Anası isə yataq xəstəsidir. Ona görə də məhkəmənin hazırlıq və baxış iclaslarında üzürlü səbəbdən iştirak edə bilməmişlər. Bu barədə məhkəməyə məlumat vermiş və sənədləri təqdim etmişdir. Lakin məhkəmə onların iştirakı olmadan məhkəmə baxışını keçirərək iddianın təmin edilməsi barədə əsassız qətnamə çıxarmışdır. Məhkəməyə heç bir sübut və izahat təqdim edə bilməmişdir.
17. Apellyasiya baxışında cavabdeh B.cavabdeh2 apellyasiya şikayətində göstərdiklərini təsdiq edərək bildirmişdir ki, düzdür, əvvəlcə özünə məxsus olmuş mənzilini satmaq istəmiş və bu barədə iddiaçılarla razılığa gəlmişdir. Mənzilin qiyməti 100.000 manat qiymətləndirilmiş, bunun 60.000 manatı əvvəlcədən ödənilmiş, 40.000 manat pul isə ödənilməmiş qalmışdır. Bundan sonra mənzilin nisyə qaydada satılmasını anasına demişdir. Anası buna razılıq verməmiş və ona görə də iddiaçılardan mənzilin nisyə alqı-satıq müqaviləsinin ləğv olunmasını xahiş etmişdir. Bu barədə təcili olaraq o, hər iki alıcıya və notariat kontoruna məlumat vermişdir. Notariat kontoru alıcı tərəflə razılaşmağı təklif etmiş, o, alıcı tərəfə ödədiyi 60000 manat pulu və əlavə xərcləri ödəməklə nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Əvvəl alıcı tərəf onunla razılaşmış, lakin sonradan 40.000 manat pulu notariat kontorunun depozitinə qoyaraq, ##.##.2024-cü il tarixdə həmin mənzilə dair çıxarış almışlar. O, həmin pulu götürməmişdir və 100.000 manat pulu qaytarmaqla nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə notariat kontoruna izahat yazıb vermişdir. Lakin iddiaçılar buna razılaşmamışlar.
18. Apellyasiya baxışında iddiaçı iddiaçı1 cavabdeh cavabdeh2 dediklərini qismən təsdiq edərək göstərmişdir ki, müqaviləyə əsasən də qalıq pul 2024-cü ilin noyabr ayının sonunadək ödənilməli idi. Lakin elə oldu ki, onlar 40000 manatı artıq sentyabr ayında əldə etmiş və o, cavabdehlə əlaqə saxlamışdır. Cavabdehlə görüşüb 40000 manatı vermək istəyəndə, o, bildirib ki, mənzili artıq satmaq istəmir, çünki anası evin qaytarılmasını istəyir. Həmin vaxt o da bildirmişdir ki, narazılıq olan ev ona da lazım deyil, ona görə də 60000 manatını qaytarsın, alqı-satqını ləğv etsinlər və o da qedib özü və ailəsinə ev ala bilsin. Ancaq cavabdeh cavabdeh2 mənzilə görə aldığı 60000 manat pulu qaytarması üçün vaxt istəmişdir. Beləliklə, sentyabr ayından # ###### 2024-cü il tarixədək onlar 60000 manatı cavabdehdən geri ala bilməmişlər. Bəxtiyar pulu qaytarmalı idi ki, onlar da evi qaytarsınlar. Bir ay yarım 40.000 manatı özündə saxlayıb, sonra isə görüb ki, müqavilədə nəzərdə tutulmuş ödəniş tarixi yaxınlaşır, cavabdeh isə ona ödədikləri pulu qaytarmır, ona görə də məcbur olub 40.000 manatı notariusun depozitinə mədaxil etmişdir. Həmin məbləği depozitə mədaxil etməmişdən əvvəl də notariusda cavabdehlə görüşmüşdür. Orada da bildirib ki, mənzilin geri alınması üçün cavabdeh 60.000 manatı qaytarmalıdır, lakin qaytarmadı. Cavabdehlər mənzildən çıxmadıqlarına görə artıq il yarımdır ki, onlar üç uşaqla aylıq kirayə haqqı 450 manat təşkil edən kirayə mənzildə yaşamağa məcbur olmuşlar.
19. Apellyasiya baxışında iddiaçı Musatafayeva (Əhmədli) Günel Qabil qızı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, mübahisəli mənzili 1 il 4 ay öncə alsalar da, hələ də oraya köçə bilməyiblər. Alqı-satqı müqaviləsi bağlanan zaman cavabdeh cavabdeh2 beh tələb etməmişdir. Ona görə də onlar birbaşa mənzilin qiymətinin 60.000 manatını ödəyiblər. Müqavilədə də qeyd olunduğu kimi, razılaşmışlar ki, qalıq məbləği də noyabr ayının axırınadək ödəyəcəklər və noyabrın əvvəlində qalan hissəsini də ödəyiblər. Lakin cavabdeh bildirmişdir ki, qalıq 40.000 manatı qəbul etmir, aldığı 60.000 manatı da qaytaracaq. Cavabdeh bu fikrini söylədikdə onlar 60.000 manatın qaytarılmasını istəmişlər. Lakin cavabdeh bildirib ki, həmin məbləğin yarısını artıq xərcləmiş, ona görə də tam deyil, hissə-hissə qaytaracaqdır. Onlar da bunu qəbul etməyiblər. Buna görə də müqavilə ilə müəyyən olunmuş müddət ərzində pulun qalan hissəsini notariusun depozitinə mədaxil ediblər.
20. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməyərək, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2025-ci il tаrixli, *(***)-***/**** saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov, Zülfüqar Sadiqov)
21. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, ididiaçılar satın almış olduqları evin qaytarılması (tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi) barədə cavabdehin təklifinə sonuncunun aldığı pulu tam geri qaytaracağı təqdirdə razılaşmışlar, lakin cavabdeh həmin məbləği tam şəkildə qaytarmadığı üçün həmin razılaşma baş tutmamışdır. Belə olan halda iddiaçılar müqavilə şərtinə əsasən qalıq pul məbləğini də ödəyərək mənzili öz adlarına rəsmiləşdirmişlər.
22. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar qanuni əsaslarla daşınmaz əmlakı əldə etmişlər. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq, hər iki tərəfin öz razılığı və iradələrinə uyğun bağlanmışdır və notariat orqanı tərəfindən təsdiq edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh1 və cavabdeh2 hər hansı hüquqi əsas olmadan iddiaçılara məxsus mənzildən çıxmaması iddiaçıların öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla mülkiyyət hüququnu pozur. Bu səbəbdən iddiaçıların mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün iddia təmin edilməli, cavabdehlər əşyaları ilə birlikdə qeyd olunan mənzildən çıxarılmalıdırlar.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 567, 600.1, 600.2, 600.3 və 646.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh cavabdeh2 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar razılaşmaya əsasən, nisyə alqısatqı müqaviləsi ilə 100.000 (bir yüz min) manat ödənilməli olan puldan 60.000 ödədikdən sonra, 40.000 manat pulu ödənilənədək müqavilənin mübahisələndirildiyini bildiyi halda gizlin olaraq 40.000 manat pulu depazitə yerləşdirmiş, bu barədə isə mülkiyyətçilərə məlumat vermədən, öz adlarına mülkiyyət sənədi almışlar. cavabdeh2 alqı-satqı müqaviləsinin ləğvi barədə “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmiş, notariat orqanı ona məhkəməyə müraciət etmək hüququnu izah etməmişdir. Nisyə alqı-satqı müqaviləsinin tamamlanması üçün nəzərdə tutulmuş ##.##.2024-cü il tarixdən 23 gün əvvəl cavabdeh2 müqaviləni mübahisələndirmiş, 40.000 manat depozitə qoyulmalı olan pulun qəbulundan imtna etmişdir. cavabdeh2 nisyə alqı-satqı müqaviləsi ilə və çəkilmiş digər xərclərlə bağlı bütün xərcləri öz üzərinə götürmüşdür. İddiaçılar cavabdeh cavabdeh2 ilə razılşalar da, sonradan sonuncunun məlumatı olmadan qalan 40.000 manat pulu depozitə keçirib, mülkiyyət sənədi almışlar. Onlar vicdanlı alıcı deyillər.
27. Apellyasiya instansiyası məhkəməsi mülki işə baxan zaman heç bir araşdırma etməmiş, apellyasiya şikayətində göstərilən hallara hüquqi qiymət vermədən, apellyasiya şikayətini təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
30. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxşının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh2 apellyasiya şikayəti üzrə olub, bu baxımdan, qətnamənin tam yoxlanması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.
34. İddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsus yaşayış sahəsindən əvvəlki mülkiyyətçinin və onunla yaşayan digər cavabdehin çıxarılması barədədir. İddiaçılar tələblərinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə almalarına, mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına, cavabdeh cavabdeh2 müqavilə şərtlərini pozaraq mənzili tərk etməməsinə istinad etmişlər.
35. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, cavabdeh cavabdeh2 isə hazırda da həmin mənzildə yaşamaqla iddiaçıların mülkiyyət hüquqlarını pozur.
36. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə yuxarıda qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş halları ilə üst-üstə düşür.
37. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.
38. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayır. Əvvəla, bu dəlilə apellyasiya instansiyası məhkəməsi ətraflı qiymət verib. (bax: 21-ci bənd)
39. Bundan əlavə, məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, müqavilənin ləğvini istətəyən cavabdeh özü müqavilənin ləğvi ilə bağlı razılaşmanı pozmuş, ilkin olaraq aldığı pulu qaytarmadan müqavilənin ləğv edilməli olmasını bildirmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.