Məhkəmə qərarları › İş №2(1-8)-1342/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1342/2026

11.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1342/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh İrfan qızına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin kassasiya baxışından çıxarılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh İrfan qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi:

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətində olan Göyçay rayonu, Mırtı kəndində yerləşən 0,2997 ha torpaq sahəsinin üzərində onun vəsaitləri hesabına yeni tikilmiş, daşınmaz əmlakın dövlət reyetrində qeydə alınmayan ona məxsus fərdi yaşayış evinə köçürülməsi və cavabdeh Cavabdeh İrfan qızına həmin evdən istifadə etməsinə yaratdığı maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Göyçay Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddia təmin edilərək, iddiaçı İddiaçı Göyçay rayonu, Mırtı kəndində yerləşən 0,2997 ha torpaq sahəsinin üzərində yerləşən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan fərdi yaşayış evinə köçürülməsi və cavabdeh Cavabdeh İrfan qızına həmin evdən istifadə etməsində yaratdığı maneələrə son qoyulması qət edilmişdir.

3. ## ####### 2025-ci il tarixdə qətnamə ## ####### 2025-ci il tarixdə cavabdeh Cavabdeh İrfan qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh Cavabdeh İrfan qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 qətnamədən verdiyi apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəsi ## ###### 2025ci il4.tarixdə məhkəməyə elektron qaydada daxil olmuşdur.

5. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh İrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermişdir.

6. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Bundan sonra, cavabdeh Cavabdeh İrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 həmçinin Göyçay Rayon Məhkəməsinın ## ####### 2025-ci il tarixli, 2(046)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

8. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə cavabdeh Cavabdeh İrfan qızının etibarnamə üzrə nümayəndəsi və vəkili nümayəndə1 ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh İrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 qeyd olunan qərardadla razılaşmayaraq şikayət vermişdir.

9. Göyçay Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.

10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadı ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən, məruzəçi), Elman İsayev və Taleh Musayev) cavabdeh Cavabdeh İrfan qızının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ##### 2026-cı il tarixli, *(*-**)- ***/**** saylı qərardadı ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi), Elman İsayev və Taleh Musayev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ləğv edilmiş, həmin məhkəmənin qətnaməsindən cavabdeh Cavabdeh İrfan qızının nümayəndəsi və vəkili nümayəndə1 verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsi üzrə icraata xitam verilmişdir.

12. Cavabdeh Cavabdeh İrfan qızının vəkili və nümayəndəsi nümayəndə1 qeyd olunan qərardaddan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-****/**** saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin Mülki kollegiyasında yazılı icraat qaydasında baxılması qərara alınmışdır.

13. Kassasiya məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdeh Cavabdeh İrfan qızının kassasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul edildiyi üçün, icraata qəbul qərardadı ləğv edilməli, mülki iş kassasiya baxışından çıxarılmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.

14. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402.2.4-ci maddəsinin mənasına görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

15. İşdən görünür ki, cavabdeh Cavabdeh İfran qızının kassasiya şikayəti veridiyi Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 0# ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadı AR MPM-nin 402.2-ci maddəsində nəzərdə tutulan qərardad növlərinə aid deyil və həmin Məcəllənin 402.2, 402.2.4-cü maddələrində apellyasiya məhkəmələrinin mülki kollegiyasının məhz iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayətinin verilə bilməsi nəzərdə tutulub.

16. Bu baxımdan apellyasiya məhkəməsinin AR MPM-nin 363.1, 363.1.3-cü maddələrinin tələblərinə uyğun olaraq cavabdeh Cavabdeh İrfan qızının qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə ərizəsini təmin etməyib, apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, həmin ərizə üzrə icraata xitam verməsi və hətta işdə iştirak edən şəxslərə qərardaddan kassasiya şikayəti vermək hüququnu bəyan etməsi düzgün olmayıb.

17. Belə ki, AR MPM-nin 261-ci maddəsində iş üzrə icraata xitam verilmə əsaslarından bəhs olunur. Həmin normada ümumiyyətlə prosessual müddətin bərpası edilməsi və ya prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə təkrar verilmiş ərizə üzrə icraata xitam verilməsi və həmin Məcəllənin 402.2-ci maddəsində bu növ qərardadlardan kassasiya şikayətinin verilə bilməsi nəzərdə tutulmayıb.

18. Göründüyü kimi, cavabdeh Cavabdeh İrfan qızının sözügedən qərardaddan verdiyi kassasiya şikayəti AR MPM-nin 404-1.2-ci maddəsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

19. AR MPM-nin 417.1.7-ci maddəsinin mənasına görə, kassasiya məhkəməsi işə baxarkən, kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmasını müəyyən etdikdə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

20. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, cavabdeh Cavabdeh İrfan qızının iş üzrə apellyasiya məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının qeyd olunan qərardadı ləğv edilməli, cavabdeh Cavabdeh İrfan qızının kassasiya şikayəti kassasiya baxışından çıxarılmaqla, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi Q ə r a r a aldı: Cavabdeh Cavabdeh İrfan qızının iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin Mülki kollegiyasının # ### 2026-cı il tarixli, *(*- *)-****/**** saylı qərardadı ləğv edilsin. Cavabdeh Cavabdeh İrfan qızının kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar