Məhkəmə qərarları › İş №2(1-8)-1355/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1355/2026

10.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qərar Bakı̧şəhəri İş̧№̧2(1-8)-1355/2026 10.06.2026 ALI̧MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq,̧aşağıdakı̧qərarı̧qəbuļetdi. Işin halları:

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh MMC tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, **-k nömrəli əmrin ləğv edilməsi, Cavabdeh MMC-də yardımçı bölmədə 1,0 ştat vahidi ilə bağban vəzifəsinə bərpa olunmasına, əmək kitabçasında aparılan düzəlişin aradan qaldırılmasına, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub ona̧verilməsi̧barədə̧qətnamə̧qəbuļolunmasını̧xahiş̧etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova)̧iddia̧təmiņolunmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

3. Qətnamədən iddiaçı və onun vəkili vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə̧qəbuļolunmasını̧xahiş̧etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Azad Imanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədəņsaxlanılmışdır.

5. Iddiaçı ##.##.2026-cı il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək qətnamədən kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmiņolunmasını̧xahiş̧etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, o, dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmişdir.

7. Qətnamədən iddiaçı (vəkil vəkil1) ##.##.2026-cı il tarixdə “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi̧barədə̧qəraŗqəbuļolunmasını̧xahiş̧etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə (hakimlər Akif Isgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Azad Imanov) apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindəņiddiaçı̧(vəkiļvəkil1)̧tərəfindəņverilmiş̧kassasiya̧şikayəti̧geri̧qaytarılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi iddiaçının vəkili vəkil2 elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Həmçinin, iddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə kassasiya instansiyasında̧vəkillə̧təmiņolunma̧barədə̧ərizə̧ilə̧müraciəţetmişdir.

10. Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamədən kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulan prosessual müddətin axımı qətnamənin elektron kabinetə yerləşdirildiyi ##.##.2026-cı il tarixdən başlamış, kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin son günü ##.##.2026-cı il saat 24:00-dək olmuş, iddiaçı tərəfindən kassasiya şikayəti isə bundan, yəni müddətin bitməsindən 24 gün sonra - ##.##.2026-cı il tarixdə verilmişdir. Hətta, müddətin axımı iddiaçının vəkillə təmin olunma barədə ərizə ilə müraciəţetdiyi̧##.##.2026-cı̧iļtarixdəņhesablansa̧belə,̧bu̧müddəţötürülmüş̧hesab̧edilir.

11. Göründüyü kimi, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 2 aylıq kassasiya şikayəti vermə müddəti ötürülmüş, buraxılmış müddətin bərpa edilməsinə dair isə vəsatət verilməmişdir.

12. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsiniņ130,̧405,̧408.1.4-cü̧maddələrinə̧istinadla̧əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

13. Qərardaddan iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinin baxılması üçün Ali Məhkəməyə göndərilməsi̧barədə̧qəraŗqəbuļolunmasını̧xahiş̧etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya prosesində dövlət hesabına təyin edilmiş vəkil kassasiya şikayəti yazmaq mərhələsində tərəf deyildir və onun tərəf hesab edilməsi qanunvericiliyə ziddir. Bu baxımdan “Apellyasiya prosesində dövlət hesabına təyin edilmiş vəkilin E-məhkəmə şəxsi kabinetinə Qərar ##.##.2026-ci il tarixində göndərilmişdir” qeyd edərək, başqa sözlə deyilsə mülki işdə (kassasiya mərhələsində) tərəf kimi səlahiyyətini itirmiş şəxsə istinad edərək, kassasiya şikayətinin geri qaytarması nəticəsində̧vətəndaşıņkonstitusiya̧hüququ̧pozulmuşdur.

15. Kassasiya şikayətinin “Şikayət olunan qətnamə və ya qərardadın alınma tarixi” adlı 4.3.bəndində ##.##.2026 rəqəmləri qeyd edilmişdir. Həmin tarix ona görə yazılmışdır ki, ****** nömrəli ##.##.2026-cı il tarixli vəkil orderi ona təqdim edildikdən sonra o, Bakı Apellyasiya Məhkəməsinin 1-ci mərtəbəsində (işlərlə tanış olma otağında) ## ###### 2026-cı il tarixində sözügedən mülki işlə tanış oldu və həmin gün apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi kağız-çap formasında (iclas katibi və ya köməkçi tərəfindən) rəsmi olaraq ona təqdim̧edildi.

16. Iş üzrə cavabdeh (Cavabdeh MMC) tərəfindən kobud şəkildə əmək hüquqları pozulmuş, II dərəcəli əlil, 81 yaşlı bağban işləyən, iş üzrə iddiaçı İddiaçı “E-məhkəmə” şəxsi kabineti mövcud deyildir. Həmçinin çap şəklində də apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi qanunda nəzərdə tutulmuş qaydada rəsmi şəkildə İddiaçı təqdim edilməmişdir.

17. Göstərilənlərə əsasən, apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçının nümayəndəsi və vəkil olaraq vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinin təqdim edilməsi üçün 2 aylıq prosessual müddət otürülməyib, vaxtında verilmişdir (mübahisəli məhkəmə aktını vəkil ##.##.2026-ci il tarixində rəsmi olaraq almış, ##.##.2026-cı iļtarixində̧e-məhkəmə̧sistemində̧şəxsi̧kabinetindəņkassasiya̧şikayətini̧göndərmişdir.) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Cavabdehin vəkili vəkil3 iddiaçının nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazında kassasiya şikayətinin təmin edilməməsini apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını̧xahiş̧etmişdir. Tətbiq edilən hüquq: “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu.

19. Maddə 3. Vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

20. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindəņistifadə̧qaydalarına̧uyğuņolaraq̧həyata̧keçirilir.

21. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə̧malikdir.

22. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

23. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlaŗməhkəmə̧tərəfindəņtəyiņedilir.

24. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir.

25. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddəţkeçdikdə,̧prosessuaļhərəkətləri̧etməķhüququ̧keçmiş̧olur.

26. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verəņşəxsə̧qaytarılır.

27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

28. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli̧və̧s.).

29. Maddə 134.1.5. Məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir.

30. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə̧edilə̧bilər.

31. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi̧məhkəmədə̧də̧həyata̧keçirilə̧bilər.

32. Maddə 135.5. Bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş̧hallarda̧məhkəmə̧sənədi̧rəsmi̧qaydada̧verilmiş̧hesab̧edilir.

33. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə̧elektroņqaydada̧(elektroņpoçt,̧SMŞvə̧s.̧vasitəsilə)̧çatdırılır.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya̧şikayəti̧verilə̧bilər.

35. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi̧barədə̧qərardadlarındaņkassasiya̧şikayəti̧verilə̧bilər.

36. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

37. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası̧məhkəməsi̧tərəfindəņqaytarılır.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindəņmaddi̧və̧prosessuaļhüquq̧normalarınıņdüzgüņtətbiq̧edilməsini̧yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

39. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi̧şikayətiņhədlərindəņvə̧dəlillərindəņasılı̧olmayaraq̧yoxlanılmalıdır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya̧bilər.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu̧düzgüņqətnamə̧qəbuļedilməməsi̧ilə̧nəticələnsiņvə̧ya̧nəticələnə̧bilsin. Kassasiya baxışının hədləri:

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsiniņfaktiki̧halları̧araşdırması̧kimi̧qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qərardad tam mübahisələndirildiyindəņapellyasiya̧instansiyası̧məhkəməsiniņaktı̧bütövlükdə̧yoxlanılır. Kasassiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi̧üçüņəsaşyoxdur.

45. Iddiaçının vəkili və nümayəndəsi vəkil1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab̧olunmasına̧daiŗkassasiya̧şikayətiniņdəlilləri̧əsassızdır.

46. Apellyasiya instansiyası məhkəməsinin də qərardadında qeyd etdiyi kimi, iş materiallarından olan “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemindən çıxarışdan görünür ki, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixdə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili vəkil2 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda iddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə kassasiya instansiyasında vəkillə təmin olunma barədə ərizə ilə müraciət etmiş və bununla da qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin axımı başlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə iddiaçının nümayəndəsi və vəkili vəkil1 yuxarıda qeyd olunanları nəzərə almadan, kassasiya şikayətini ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə vermişdir. Beləliklə, kassasiya şikayəti müddət 24 gün ötürülməklə verilmiş,̧buraxılmış̧müddətiņbərpa̧edilməsinə̧daiŗvəsatəţverilməmişdir.

47. Bundan başqa apellyasiya məhkəməsinin də qeyd etdiyi kimi, hətta müddətin axımı iddiaçının vəkillə təmin olunma barədə ərizə ilə müraciət etdiyi ##.##.2026-cı il tarixdən hesablansa̧belə,̧bu̧müddəţ16̧güņötürülməklə̧verilmişdir.

48. Məhkəmə kollegiyası eyni zamanda iddiaçının nümayəndəsi və vəkili vəkil1 kassasiya şikayətinin - apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin qanunda nəzərdə tutulmuş qaydada rəsmi şəkildə iddiaçı İddiaçı təqdim edilməməsi, apellyasiya məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnamədən iddiaçının nümayəndəsi və vəkil olaraq vəkil1 tərəfindən verilmiş kassasiya şikayətinin təqdim edilməsi üçün 2 aylıq prosessual müddətin otürülməməsi, vaxtında verilməsi, mübahisəli məhkəmə aktını vəkilin ##.##.2026-ci il tarixində rəsmi olaraq alması, ##.##.2026-cı il tarixində e-məhkəmə sistemində şəxsi kabinetindən kassasiya şikayətini göndərməsi barədə dəlillərinə münasibət bildirərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən həmin Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş̧hallarda̧məhkəmə̧sənədi̧rəsmi̧qaydada̧verilmiş̧hesab̧edilir.

49. Iş materiallarından müəyyən edilir ki, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ##.##.2026-cı il tarixli məktubla iddiaçıya göndərilmiş, iddiaçı qətnaməni əldə etdikdən sonra ##.##.2026-cı il tarixdə vəkillə təmin olunma barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət etmişdir. Həmin Məcəllənin 135.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.6-cı maddəsində isə qeyd olunur ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

50. Qeyd olunan normaların məzmunundan aydın görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının nümayəndəsi və vəkili vəkil2 elektron kabinetinə yerləşdirildiyi halda, həmçinin iddiaçının ##.##.2026-cı il tarixdə vəkillə təmin olunma barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət etdiyi tarixdən rəsmi qaydada ona verilmiş hesab edilir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamədən kassasiya şikayətinin müddət ötürülməklə verildiyini qeyd etməklə əsaslı olaraq kassasiya şikayətiniņgeri̧qaytarılması̧barədə̧qənaətə̧gəlmişdir.

52. Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli̧hallardaņirəli̧gələņzərurətlə̧əlaqədaŗhaqlı̧ola̧bilər.

53. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə̧məlumaţalmaq̧üçüņelementaŗaddımlaŗatmaq̧öhdəliyindəņazaḑetmir”.

54. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-ın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-nin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına̧alınmasın.

55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddət ərzində kassasiya şikayətinin verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir, icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil,̧konkreţüzrlü̧səbəbləri̧təqdim̧etməyə̧borcludur.

56. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Iddiaçının nümayəndəsi və vəkili vəkil1 isə ona iddiaçıya yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi barədə orderin ##.##.2026-cı il tarixdə verilməsindən sonra, şikayət verilməsinin son günü olan ##.##.2026-cı il tarixə kimi apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermək imkanının olmasına baxmayaraq, həmin müddətdən səmərəli istifadə etməmiş, qətnamənin iddiaçıya rəsmi qaydada təqdim edilməsindən 24 gün müddət keçdikdən sonra ##.##.2026-cı il tarixdə kassasiya şikayətini elektron sistemə yükləmiş, bu halda buraxılmış müddətin bərpası haqqında̧ərizə̧verməyə̧belə̧lüzum̧görməmişdir.

57. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin sonuncu gününü gözləməsi və şikayəti müddətin bitməsinin sonuncu günündə verməli olması anlamına gəlmir. Həmçinin mübahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Işdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirməķvə̧digəŗbaşqa̧məqsədləŗüçüņistifadə̧etməməlidir.

58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini̧rəhbəŗtutaraq,̧Məhkəmə̧kollegiyası Qərara aldı: Iddiaçı̧tərəfindəņverilmiş̧kassasiya̧şikayəti̧təmiņedilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2026-cı̧iļtarixli̧qərardadı̧dəyişdirilmədəņsaxlanılsın. Qəraŗqətidiŗvə̧qəbuļedildiyi̧andaņqüvvəyə̧minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar