Məhkəmə qərarları › İş №2(1-8)-1359/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1359/2026

23.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1359/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdeh2 X1 və Azərbaycan Respublikası “xxxx” X1 cavabdeh1 X1rşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi), fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdeh2 X1 və Azərbaycan Respublikası “xxxx” X1 cavabdeh1 X1rşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdeh2 X1 *** saylı, ##.##.2014-cü il tarixli əmrinə əsasən İddiaçı ##.##.2014-cü il tarixindən əmək müqaviləsi əsasında Səyyar Tibbi yardım bölməsində həkim-pediatr vəzifəsinə 1.0 ştat vahidi qəbul edilmişdir.

2. Ödənişsiz məzuniyyətin verilməsi barədə **-K saylı, ##.##.2017-ci il tarixli əmrə əsasən Səyyar tibbi yardım şöbəsinin həkim pediatrı İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. İddiaçı ##.##.2017-ci il tarixdə işdə sayılması əmr edilmişdir.

3. cavabdeh2nın X9 * saylı, ##.##.2017-ci il tarixli protokoluna və eyni tarixli qərarına əsasən Səyyar Tibbi yardım Şöbəsinin həkim-pediatr İddiaçı ##.##.2017-ci il tarixdən işə gəlməməsi barədə məsələ müzakirə olunmuş, İddiaçı əmək müqaviləsini pozduğuna, səbəbsiz işə çıxmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılması qərara alınmışdır.

4. İddiaçı vəzifədən azad etmə barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdeh2nın baş həkimi X4 ***-K saylı, ##.##.2017-ci il tarixli əmrinə əsasən cavabdeh2nın Səyyar tibbi yardım şöbəsinin həkim pediatrı İddiaçı ilə bağlanmış *** nömrəli əmək müqaviləsinə ##.##.2017-ci il tarixdən xitam verilmiş, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. Əmrdə əsas kimi İddiaçı ərizəsi göstərilmişdir.

5. İddiaçı ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına ərizə ilə müraciət etmiş, ##.##.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdeh cavabdeh2 X1 (bundan sonra cavabdeh, yaxud X1) qarşı iddia ərizəsi ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət edərək, cavabdeh X1 ##.##.2017-ci il tarixli, №***-K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi, mediasiyaya ödənilmiş 60 manat xərcin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ####### 1984-cü il tarixində Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini həkim-pediatr ixtisası üzrə bitirmişdir. Belə ki, # ### 2014-cü il tarixdə xxxx ilə əmək müqaviləsi bağlayaraq, Təşkilati-metodik Şöbənin səyyar bölməsinin həkimpediatr vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmış və həmin müqaviləyə əsasən ona hər ay ştat cədvəlinə uyğun olaraq 149 manat əmək haqqının ödənilməsi qeyd edilmişdir. 2017-ci ilin ## ###### tarixindən ## ### 2017-ci il tarixədək xxxxnın ##.##.2017-ci il tarixli, №**-K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamışdır. 2025-ci ilin iyul ayında Azərbaycana qayıtdıqdan sonra əmək kitabçasını və digər sənədləri almaq üçün iş yerinə müraciət etmişdir. Müraciət etdikdən sonra yalnız əmək kitabçası ##.##.2025-ci il tarixində işəgötürən tərəfindən ona təqdim edilmişdir. Bu zaman məlum olmuşdur ki, işəgötürənə bu barədə əvvəlcədən məlumat verməməyi səbəbindən əmək intizamı pozulmuş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Lakin ona bu barədə əmr və ya heç bir rəsmi xəbərdarlıq təqdim edilməmişdir. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq onun tərəfindən ##.##.2025-ci il tarixində cavabdeh2na mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsə də, lakin bu təklifə dair münasibət bildirilməmişdir. Daha sonra, cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Nəticədə ** saylı Mediasiya Təşkilatı tərəfindən ona ##.##.2025-ci il tarixli, MŞB/**/****-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, ***-K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassızdır. Əmrin məzmunu sadə formada qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal göstərilməmiş, əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamışdır. Qeyd edildiyi kimi, tutduğu vəzifədən konkret hansı əsasla azad edilməsi əsaslandırılmamış, eləcə də əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması, yazılı əmək müqaviləsində hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə əsas olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrin məzmunundan göründüyü kimi, konkret hansı intizam xətasının törədildiyi qeyd edilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 186cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində qeyd edildiyi kimi, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi özlüyündə intizam tənbehidir. Bu intizam tənbehinə səbəb olmuş intizam xətası əmrdə qeyd edilməlidir. Lakin ondan hər hansı bir izahat alınmamış, ümumiyyətlə hansı intizam xətasına yol verdiyi barədə ona heç bir məlumat verilməmişdir. Işlədiyi müddət ərzində işinə məsuliyyətli yanaşmış, üzərinə götürdüyü vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, heç bir pozuntuya və səhlənkarlığa yol verməmiş, bu səbəbdən barəsində hər hansı inzibati tənbeh tətbiq edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Həmkarlar ittifaqı tərəfindən iclas keçirilməmiş, keçirilibsə belə, həmin iclasa dəvət edilməmiş və iclasda iştirak etməmişdir. Beləliklə, qeyd olunan səbəblərdən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq ##.##.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə qanunsuz və əsassız formada xitam verilmiş, bu barədə ona məlumat verilməmiş, işdən azad olunma əmri və əmək kitabçası təqdim olunmamış, eləcə də son haqq-hesab aparılaraq ödənişlər edilməmişdir. Bu səbəbdən, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı iddiaçıya ödənilməlidir.

8. Daha sonra iddiaçı İddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası “xxxx” X1 cavabdeh1 X1 ikinci cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli protokolu ilə cavabdeh1 X1 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 cavabdeh1 X1 ##.##.2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı cavabdeh cavabdeh1 X1rşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xxxxnın Baş həkiminin ##.##.2017-ci il tarixli ***-K nömrəli əmri ilə işlədiyi xxxxnda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi əsas gətirilərək əmək müqaviləsinə xitam verilməsini və tutduğu vəzifədən azad edilməsini göstərmişdir. O, həmin əmrin qanunsuz və əsassız olduğunu göstərərək qeyd olunan əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və mediasiyaya ödənilmiş 60 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırkı iş üzrə əmək müqaviləsinə ##.##.2017-ci il tarixli əmrlə xitam verilmişdir. Deməli, iddiaçı hüququnun pozulduğunu məhz həmin tarixdən bilmişdir. Həm də o, 2025-ci ilin iyul ayında Azərbaycana qayıtmış və həmin vaxt da əmək kitabçasını əvvəllər işlədiyi xəstəxanadan götürmüşdür. Lakin iddiaçı məhkəməyə yalnız ##.##.2025-ci ildə müraciət etmişdir. Bu isə qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin aydın şəkildə ötürülməsi deməkdir. Həm də iddia ərizəsindən də göründüyü kimi, iddiaçı 2017-ci ilin ## ###### tarixindən ## ### 2017-ci il tarixədək xxxxnın ## ###### 2017-ci il tarixli, **-K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamış və nəticədə işə qayıtmamışdır. 9 ilə yaxın xarici ölkədə yaşaması və işləməsi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və bü müddətdə onun bunlardan xəbərsiz olması mümkünsüzdür. Beləliklə, iddiaçı qanuni 1 aylıq müddəti ötürdüyündən və bu müddətin bərpası üçün heç bir əsas göstərmədiyindən, onun iddiasının təmin olunması mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən, belə halda məhkəmə yalnız iddianın rədd olunması barədə qərar qəbul etməlidir.

10. Cavabdeh Azərbaycan Respublikası “xxxx” X1 cavabdeh1 X1 ##.##.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə xxxx arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi *******0001X0 nömrəsi ilə ##.##.2017-ci il tarixində sistemə daxil edilmişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat *******0001X0 nömrəsi ilə ##.##.2017-ci il tarixində sistemə daxil edilmişdir. Bundan başqa, iddiaçı ilə xxxx arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə müvafiq əmr imzalanmamışdan əvvəl həm də xəstəxana rəhbərliyi tərəfindən dəfələrlə telefon vasitəsilə onunla əlaqə saxlanılmaq istənilsə də, o, ölkə hüdudlarından kənarda olduğundan onunla bu əlaqəni qurmaq mümkün olmamış, habelə yaşadığı və qeydiyyatda olduğu ünvana bildirişlər göndərilsə də, həmin ünvanda heç kim yaşamadığından cavabsız qalmışdır. Iddia ərizəsindən də göründüyü kimi o, yalnız 2025-ci ilin iyul ayında Azərbaycana qayıtmışdır. Bundan başqa, iddia ərizəsində göstərilənlərdən fərqli olaraq, İddiaçılə əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi barədə müvafiq əmrin imzalanmasına əsas onun ərizəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) olmuşdur. Məhz həmin əmr imzalanarkən onun ölkə hüdudlarından kənarda olması, orada uzun müddət (təxminən 8 il) yaşaması və işləməsi, habelə öz hesabına 3 ay əmək məzuniyyəti götürdükdən sonra iş yerinə qayıtmaması birmənalı olaraq onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini ehtiva edir. Onun ölkədə olmadığı və xarici ölkədə yaşadığı halda, ondan qeyd olunanlarla bağlı izahatın alınması mümkünsüz olmuşdur. Bundan başqa, iddiaçı iddia ərizəsində əsassız olaraq cavabdeh2 PHŞ-i cavabdeh hüquqi şəxs kimi qeyd etmişdir. Belə ki, “xxxx” PHŞ-in # ##### 2024-cü il tarixli **-*/**-***/**** nömrəli əmri ilə cavabdeh1 PHŞ-in struktur və ştat cədvəli təsdiq edilmiş və işçilərin əmək münasibətləri həmin əmrə əsasən tənzimlənməklə xxxx “Respublika Klinik Xəstəxanası” PHŞ-in strukturundan Mərkəzə verilmişdir. Bundan başqa, iddiaçı İddiaçı iddiasının təmin edilməməsi üçün əsas hüquqi səbəblərdən biri də iddia müddətinin ötürülməsidir. Hazırkı iş üzrə əmək müqaviləsinə ##.##.2017-ci il tarixli əmrlə xitam verilmişdir. Deməli, iddiaçı hüququnun pozulduğunu məhz həmin tarixdə bilmişdir. Həm də o, 2025-ci ilin iyul ayında Azərbaycana qayıtmış və həmin vaxt da əmək kitabçasını əvvəllər işlədiyi xəstəxanadan götürmüşdür. Lakin iddiaçı məhkəməyə yalnız ##.##.2025-ci ildə müraciət etmişdir. Bu isə qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin aydın şəkildə ötürülməsi deməkdir. Əmək Məcəlləsinin 296.6-cı maddəsinə görə, bu müddət yalnız üzürlü səbəblərə görə ötürülərsə, bərpa edilə bilər. Məsələn, iddiaçının xəstələnməsi, ezamiyyətdə və ya məzuniyyətdə olması, yaxın qohumunun vəfatı və digər obyektiv hallar mövcud olmalıdır. Iddiaçı tərəfindən isə belə bir üzürlü səbəb təqdim edilməmiş və sübut olunmamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsi də bu məsələyə aydınlıq gətirir. Həmin maddəyə əsasən, məhkəmə iddia müddətini yalnız tərəflərdən birinin ərizəsi əsasında tətbiq edə bilər. Əgər tərəf iddia müddətinin keçdiyini bildirərsə, bu, məhkəmənin iddianı rədd etməsi üçün əsasdır. Hazırkı işdə cavabdeh cavabdeh1 X1 birinci instansiya məhkəməsində iddia müddətinin ötürülməsi ilə bağlı vəsatət təqdim etmişdir. Buna görə də məhkəmə iddianı müddət ötürülməsinə görə rədd etməli idi.

11. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdeh cavabdeh2 X1 ##.##.2017-ci il tarixli, №***K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, xxxxnın Təşkilati-metodik Şöbənin səyyar bölməsinin həkim-pediatr vəzifəsinə (tutduğu əvvəlki vəzifəyə), əgər sözügedən şöbə ləğv edilibsə, ixtisasına uyğun bərabər səviyyəli həkim-pediatr vəzifəsinə bərpa edilməsini, işdən çıxarıldığı vaxtdan qətnamənin icra edilənədək həmin zaman üçün ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi, ödənilməmiş son haqq-hesab pulunun, dəymiş mənəvi ziyana görə 30.000 manat pulun, mediasiyaya ödənilmiş 60 manat xərcin və 150 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh cavabdeh2 X1 arasında ##.##.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı həmin müqaviləyə əsasən Təşkilati-metodik şöbənin səyyar bölməsində həkim-pediatr vəzifəsində işləmişdir. Işəgötürənin ##.##.2017-ci il tarixli **-K nömrəli əmri ilə iddiaçıya ##.##.2017–##.##.2017-ci il tarixləri üçün ödənişsiz məzuniyyət verilmişdir. ##.##.2017-ci il tarixində işdə olmalı olduğu halda, həmin müddət bitdikdən sonra iddiaçı işə qayıtmamış, ölkəni tərk etmiş və uzun müddət xarici ölkədə yaşamışdır. Işçinin işə çıxması barədə onun Azərbaycan Respublikasında yaşadığı ünvana müvafiq bildiriş göndərilmişdir. Daha sonra, cavabdeh2nın X9 ##.##.2017-ci il tarixli iclası keçirilmiş və iclasın həmin tarixli qərarı ilə iddiaçının əmək funksiyasının yerinə yetirməməsi, işə gəlməməsi səbəbi ilə ##.##.2017-ci il tarixli ***-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam barədə bildiriş də ##.##.2017-ci il tarixdə elektron sistemə daxil edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, ##.##.2017-ci il tarixli ***-K nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmək) əsasında xitam verilmişdir. Iddiaçı İddiaçı öz izahatında təsdiq etmişdir ki, 2017-ci ilin fevral ayında ölkəni tərk etmiş və həmin vaxtdan 2025ci ilin iyun ayına qədər Azərbaycanda yaşamamışdır. Bu hal əmək funksiyasının yerinə yetirilməməsini sübut edən əsas fakt kimi qiymətləndirilməlidir.

15. Işəgötürənin əmək müqaviləsinə xitam verməsi zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun əsas mövcud olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

16. Bundan başqa, iddiaçının “əmr eyni vaxtda həm ərizə, həm də 70-ci maddə ilə əsaslandırılıb” iddiası sübut olunmamışdır; təqdim edilmiş sənədlərdən belə hal aşkar edilməmişdir. Iddiaçının Həmkarlar təşkilatının razılığının alınmaması barədə arqumenti də sübutlarla təsdiqini tapmamışdır. Iş materiallarında əmək şəraitinin “dözülməz” olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. Işəgötürənin hərəkətində əmək qanunvericiliyinin pozulması aşkar edilməmişdir.

17. Məhkəmə iddiaçının əmək müqaviləsinə ##.##.2017-ci il tarixdə xitam verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə 8 ildən çox müddət keçdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.

18. Məhkəmə iddiaçının işdən çıxarılması ilə bağlı məlumatının olmaması və bu səbəbdən iddia müddətinin ötürülməməsi barədə etirazı ilə razılaşmamışdır. Belə ki, iddiaçının son olaraq özünün ödənişsiz məzuniyyət barədə ərizəsindən də görünür ki, iddiaçı ## ### 2017-ci il tarixdə işdə olmalı olduğu bildiyi halda, ölkəni tərk etmiş və 8 il sonra ölkəyə qayıtmışdır. Işəgötürənə öz xahişi ilə işdən çıxarılma barədə ərizə də verməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə olan halda, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsini bilməməsi ağlabatan deyildir.

19. Iş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə ##.##.2017-ci il tarixdə xitam verilmiş, əmək müqaviləsi bildirişi ##.##.2017-ci ildə qeydiyyata alınmışdır. Iddiaçı 2025ci ilin iyul ayında Azərbaycana qayıtdıqdan sonra əmək kitabçasını almış və ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı işdən azad olunduğu tarixdən 8 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Iddiaçı tərəfindən təqdim edilən səbəblər - ölkədən çıxma, ailə vəziyyəti, psixoloji gərginlik və həyat yoldaşının vəfatı əmək hüququnun pozulması ilə birbaşa əlaqəsi olmayan, obyektiv üzürlü səbəblər kimi qiymətləndirilmir.

20. Məhkəmə hesab etmişdir ki, iddiaçı 8 ilə yaxın müddət ərzində əmək münasibətlərinin davam edib-etmədiyini bilməməsi barədə arqument inandırıcı deyil, çünki həmin dövrdə onun iş yerinə qayıtmaması, uzunmüddətli ölkədən çıxması əmək münasibətlərinin faktiki bitməsi demək idi. Bu səbəbdən iddia müddətinin ötürülməsi üzürlü sayılmır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq cavabdeh cavabdeh1 X1 nümayəndəsi yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

22. Beləliklə, məhkəmə o qənaətə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan və iddia müddəti də ötürüldüyündən rədd edilməlidir. Eyni zamanda, cavabdehlər cavabdeh2 X1 və cavabdeh1 X1rşı “müqaviləyə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi rədd edildiyindən mənəvi zərərə görə 30.000 manat pul tələbi də əsassızdır və təmin edilməməlidir.

23. Həmçinin məhkəmə qeyd etmişdir ki, “xxxx” PHŞ-nin # ##### 2024-cü il tarixli **-*/*- *-***/**** nömrəli əmri ilə cavabdeh1 PHŞ-in struktur və ştat cədvəli təsdiq edildiyindən və işçilərin əmək münasibətləri həmin əmrə əsasən tənzimlənməklə xxxx “Respublika Klinik Xəstəxanası” PHŞ-in strukturundan cavabdeh1 X1 verildiyindən hazırkı iddia tələbinin də cavabdeh cavabdeh2 X1 yönəldilməsində əsas olmamışdır.

24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsinə, 72-ci maddəsinin “a” bəndinə, 83-cü maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 6-cı hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

25. Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, işəgötürən iddiaçının əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməzdən əvvəl ilk növbədə həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli idi. Lakin iş materiallarında nə belə bir təqdimat, nə də təqdimata əlavə edilməli olan 2017-ci il üzrə əsaslandırıcı sənədlər mövcud deyildir. Bundan başqa, həmkarlar ittifaqı təşkilatı təqdimat daxil olduqdan sonra qanunla müəyyən edilmiş 10 günlük müddət ərzində işəgötürənə əsaslandırılmış yazılı qərar təqdim etməli olduğu halda, iş materiallarında belə bir qərar da yoxdur. Iş materiallarında yalnız iddiaçının işdən azad edildiyi günə tərtib olunmuş iclas protokolu mövcuddur ki, bu da qanunun tələblərinə ziddir. Belə ki, həmkarlar ittifaqının iclası və müvafiq qərarı iddiaçının işdən azad edilməsindən əvvəl keçirilməli və qəbul edilməli idi. Beləliklə, işdən aydın görünür ki, işəgötürən həmkarlar ittifaqına əsaslandırılmış yazılı təqdimatla müraciət etməmiş, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməmiş, həmkarlar ittifaqının iclasını işçinin işdən azad edilməsindən əvvəl deyil, elə həmin gün keçirmiş, qanunla tələb olunan əsaslandırılmış yazılı qərarı almadan iddiaçını işdən azad etmişdir. Bundan əlavə, cavabdeh tərəfindən təqdim edilmiş həmkarlar ittifaqının iclas protokolu “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə də uyğun deyildir. Belə ki, Təlimatın 9-cu bəndinə əsasən, sənəd dövriyyəsi böyük olan təşkilatlarda ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilməli və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s.) göstərilməlidir. Həmkarlar ittifaqı tərəfindən təqdim edilmiş protokol mətbəə üsulu ilə tərtib olunmamış, müvafiq sənəd blankında hazırlanmamış, sənəd növünün adı mətbəə üsulu ilə göstərilməmiş, ümumiyyətlə əlyazma üsulu ilə tərtib edilmişdir. Bundan başqa, qeyd olunan Təlimata əsasən protokol və qərar ayrı-ayrı sənəd növləridir. Qərarların müvafiq qeydiyyat kitabında qeydiyyata alınması imperativ xarakter daşıyır. Lakin cavabdeh tərəfindən nə həmkarlar ittifaqının qərarı, nə də həmin qərarın qeydiyyata alındığını təsdiq edən müvafiq qeydiyyat kitabı məhkəməyə təqdim edilməmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Abdıyev) apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə ilk növbədə tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçməmişdir. Belə olduğu təqdirdə, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmadan birbaşa iddianın əsaslılığına mahiyyəti üzrə qiymət verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 6-cı hissəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi, məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülüb ötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsi aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır.

30. Hazırkı iş üzrə isə cavabdeh cavabdeh1 PHŞ tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, birinci instansiya məhkəməsi isə ilk növbədə iddianın əsassız olduğunu qeyd edərək daha sonra iddia müddətinin ötürüldüyünü bildirmişdir. Halbuki ilk növbədə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməli idi və əgər müddətin üzrsüz səbəbə görə ötürüldüyü təsbit edilərsə, iddianın mahiyyəti üzrə əsaslı olubolmamasının hər hansı əhəmiyyəti qalmır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırkı iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etməsi 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət edib-etməməsi 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən halların mövcud olub-olmaması

31. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi cavabdeh2 X1 *** saylı, ##.##.2014-cü il tarixli əmrinə əsasən İddiaçı ##.##.2014-cü il tarixindən əmək müqaviləsi əsasında Səyyar Tibbi yardım bölməsində həkim-pediatr vəzifəsinə 1,0 ştat vahidi qəbul edilmişdir. (Əsas: İddiaçı ərizəsi, əmək müqaviləsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2014-cü il tarixli, *-**/M-**/* saylı göndərişi) Ödənişsiz məzuniyyətin verilməsi barədə **-K saylı, ##.##.2017-ci il tarixli əmrə əsasən Səyyar tibbi yardım şöbəsinin həkim pediatrı İddiaçı ##.##.2017-ci il tarixdən ##.##.2017-ci il tarixədək ödənişsiz məzuniyyət verilmiş, ##.##.2017-ci il tarixdə işdə sayılması əmr edilmişdir. Uçuş biletinin surətinə əsasən İddiaçı ##.##.2017-ci il tarixdə Bakı şəhərindən Boston şəhərinə uçmuşdur. İddiaçı vəzifədən azad etmə barədə ***-K saylı, ##.##.2017-ci il tarixli əmrinə əsasən xxxxnın Səyyar tibbi yardım şöbəsinin həkim pediatrı İddiaçı ilə bağlanmış *** nömrəli əmək müqaviləsinə ##.##.2017-ci il tarixdən xitam verilmiş, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. (Əsas: İddiaçı ərizəsi) Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ##.##.2017-ci il tarixli bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış ##.##.2014cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ***-K saylı, ##.##.2017-ci il tarixli əmrlə xitam verilmişdir.

32. Işin mübahisəsiz halına görə iddiaçı 2017-ci ilin fevral ayında ölkəni tərk etmiş və həmin vaxtdan 2025-ci ilin iyun ayına qədər Azərbaycanda yaşamamışdır. Məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Belə ki, iddiaçının son olaraq özünün ödənişsiz məzuniyyət barədə ərizəsindən də görünür ki, iddiaçı ## ### 2017-ci il tarixdə işdə olmalı olduğunu bildiyi halda, ölkəni tərk etmiş və 8 il sonra ölkəyə qayıtmışdır. Iddiaçının bu şəkildə davranışının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə nəticələnəcəyini ehtimal etməməsi mümkünsüzdür. Iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ##.##.2017-ci il tarixli əmrlə xitam verilmiş, hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət, 8 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir.

33. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan yeni redaksiyası) 3.2-ci maddəsinə əsasən kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 22ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.

34. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya sessiyasında iştirakları şərtdir. Buna görə də hazırkı iş üzrə iddiaçı ilk öncə mediasiyaya müraciət etməli olmuşlar. Iş materiallarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə mediasiya təşkilatına ərizə ilə müraciət etmiş, ##.##.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etmişdir. Iddiaçı İddiaçı hüququnun pozulduğunu xeyli müddət əvvəl bilməsinə və bunun müdafiəsi ilə bağlı 1 aylıq iddia müddətinin olmasına baxmayaraq mediasiya sessiyasında iştirakı yalnız ##.##.2025-ci il tarixdə baş tutmuş, artıq iddia müddətini hələ mediasiya prosesinin ilk mərhələsinədək ötürmüşdür. Artıq bundan sonra məhkəməyə nə zaman müraciət edilməsinin müəyyənləşdirilməsinin iddianın həllinin ona münasibətdə nəticəsinə hər hansı dəyişikliyi olmayacaqdır və elə bu qeyd edilənlər onun iddiasının müddətin ötürülməsini deməyə əsas verir. Bu halda, məhkəmə tərəfindən müddətinin ötürülməsinin üzrlü olub-olmaması aydınlaşdırılmalıdır. Lakin hazırkı iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, nəticədə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır. Iddiaçı İddiaçı tərəfindən təqdim edilən səbəblər – ölkədən çıxma, ailə vəziyyəti, psixoloji gərginlik və həyat yoldaşının vəfatı kollegiya tərəfindən üzrlü səbəblər kimi qiymətləndirilməmişdir.

35. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddiaçı tərəfindən hazırkı tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 296-cı maddəsinin 2-3-cü və 6-ci hissələrinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan yeni redaksiyası) 3.2, 35.1, 21.5, 28.1, 29.1, 29.2, 29.3, 29.7, 32.1, 32.4.2, 35.2-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2, 385.1.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

37. Qətnamədən iddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən onunla əsaslandırılmışdır ki, MPM-in 78.2-ci maddəsinin tələblərinə baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi iş üzrə həqiqətin müəyyən olunması üçün mühüm əhəmiyyət kəsb edən vəsatətlərə hüquqi qiymət verməmiş və onların təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Belə ki, iddiaçı tərəfindən apellyasiya baxışı zamanı son haqq-hesabın və əməkhaqqı borcunun düzgün müəyyən edilməsi, o cümlədən indeksləşdirilməsinin hesablanması məqsədilə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə heç bir əsaslandırma göstərmədən həmin vəsatəti təmin etməmişdir;

39. # ###### 2026-cı il tarixli apellyasiya şikayətinə əlavədə cavabdehin həmkarlar ittifaqının razılığı ilə bağlı təqdim etdiyi sənədlərin qanunvericiliyin tələblərinə uyğun olmaması, işəgötürənin həmkarlar ittifaqına əvvəlcədən əsaslandırılmış təqdimat verməməsi, qanunla nəzərdə tutulmuş əsaslandırılmış qərarın mövcud olmaması, iş materiallarında yalnız işdən azad edilmə günü tərtib olunmuş, kargüzarlıq qaydalarına uyğun rəsmiləşdirilməmiş iclas protokolunun olması göstərilmiş, lakin məhkəmə həmin dəlillərə ümumiyyətlə hüquqi qiymət verməmişdir;

40. Cavabdehə ünvanlanmış vəkil sorğusuna cavab olaraq müvafiq sənədlərin Azərbaycan Respublikası Səhiyyə Nazirliyində saxlanıldığı bildirildiyindən, həmin sənədlərin Nazirlikdən tələb olunması və Nazirliyin üçüncü şəxs qismində işə cəlb edilməsi barədə vəsatət verilmiş, lakin bu vəsatət də əsassız olaraq rədd edilmişdir;

41. ## ###### 2026-cı il tarixli vəsatətlə Səhiyyə Nazirliyindən Həmkarlar Təşkilatının razılığına dair qərarın əsli, qeydiyyat sənədləri, təşkilatın 2017-ci il üzrə nizamnaməsi, iclas protokolunda göstərilən şəxslərin üzvlüyünü təsdiq edən sənədlər, iclasın faktiki keçirilməsini və hüquqi əsaslarını təsdiq edən bütün materialların tələb olunması xahiş edilmiş, lakin məhkəmə bu sübutların əldə edilməsinə də şərait yaratmamışdır. Halbuki qeyd olunan sübutların əldə edilməsi iddiaçının imkanları xaricində olmuş, onların yalnız məhkəmənin yardımı ilə əldə edilməsi mümkün idi. Məhkəmənin həmin vəsatətləri təmin etməməsi işin obyektiv araşdırılmasına mane olmuş, iş üzrə əhəmiyyətli halların müəyyən edilməsini mümkünsüz etmiş və tərəflərin prosessual bərabərliyi prinsipini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

42. Kassasiya şikayətinə qarşı Azərbaycan Respublikası “xxxx” X1 cavabdeh1 X1 nümayəndəsi Azər Əhmədov tərəfindən etiraz daxil olmuş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

43. Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.

44. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

45. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

46. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

47. Maddə 382. Iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. Iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

48. Maddə 2. (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

49. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

50. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.

51. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

52. Maddə 70 (“ç” bəndi). Işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

53. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

54. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

55. Maddə 186 (1-ci hissə). Işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

56. Maddə 186 (2-ci hissənin “ç” bəndi). Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

57. Maddə 296 (2-ci hissə) Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

58. Maddə 296 (3-cü hissə). Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

59. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

60. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.

61. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

62. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli qərarı.

63. Məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

66. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

68. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

69. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

72. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

73. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

75. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

77. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

78. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə ## #### 2005-ci il, R.Salamovun şikayəti üzrə ## ####### 2007-ci il, X.Xəlilovun şikayəti üzrə ## ###### 2009-cu il tarixli Qərarları və s.).

79. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Iddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. (Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli qərarı).

80. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

81. Avropa Insan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin Ispaniyaya qarşı iş üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

82. Əmək Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

83. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

84. Qanunun məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.

85. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

86. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur. Odur ki, iddia müddətinin buraxılmaması barədə kassasiya şikayətinin dəlili əsassızdır.

87. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

88. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

89. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar