Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-136/2026 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyət, payın ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü, mümkün olmadıqda açıq hərracdan satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4745/2025 nömrəli, 20 oktyabr 2025-ci il tarixli qətnamə sindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Cavabdeh X1rşı və X3 Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə 2(103)-1019/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nəbiyeva (Osmanova) Abidat Rəhmanovnanın apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1970/2021 nömrəli 15 sentyabr 2021-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin "Hövsan yaşayış kompleksində yerləşən, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzilə aid hissədə pay hüququnun təmin edilməməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələ binin qismən təmin edilməsi, Hövsan yaşayış kompleksində yerləşən, bina 7, giriş 46, mərtəbə 6, 3 saylı mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə bərabər paylarla bölünməsi və həmin əmlak üzərində 1/2 hissədə Nəbiyeva (Osmanova) Abidat Rəhmanovnanın və 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın naturada bölgüsü, mümkün olmadıqda açıq hərracdan satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1019/2023 nömrəli qətnaməsinə əsasən, B akı şəhəri, ünvan 2 mənzilin naturada bölünməsini, bu mümkün olmadıqda qeyd olunan əmlak onun mülkiyyəti olan 1/2 hissəsini həmin pay olmaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən payının dəyəri olan müvafiq olaraq 80000 manat pulun ona ödənilməsi, yuxarıda qeyd edilən əmlakın, ona düşən hissəsinin dəyərinin ona ödənilməsindən imtina edildiyi təqdirdə, Bakı şəhəri, ünvan 2 mənzil açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara mütənasib şəkildə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1019 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh arasında birgə nikah dövründə əldə edilmiş daşınmaz əmlak 1/2 olmaqla bölünmüş və tərəflərin mülkiyyə tinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçuların sosial müdafiəsinin güclədirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 19 nömrəli qərarı ilə ailə tərkibi nəzərə alınmaqla Cavabdeh, həyat yoldaşı iddiaçı Osmanova (Nəbiyeva) Abidat Rəhmanovna 2 oğlu və 1 qız Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, mənzil 3 (üç otaqlı 71.74 m2) ünvanda dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdir. Bakı şəhəri, Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(103)-1019 nömrəli qətnaməsi ilə Bakı şəhəri, ünvan 2 mənzil tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak hesab edilməklə bərabər paylara bölünməsi və həmin əmlak üzərində 1/2 hissədə Osmanova (Nəbiyeva) Abidat Rəh manovnanın və 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. Hazırda yuxarıda qeyd edilən onun iki oğlunun və bir qızının mülkiyyəti olan əmlakdan istifadə edə bilmirlər. Cavabdeh nə ona, nə də üç övladına o əmlakdan istifadə etməyə qoymur. Əmlak onun tərəfindən zəbt olunub. Böyük oğlu (23 yaşında) dəfələrlə həmin əmlakın bölünməsi haqda söhbət açanda sadəcə Cavabdeh onu təhqir eliyib və hədələyib ki, (onu və üç övladını) küçələrdə qoyacaq. Hal-hazırda da Cavabdeh tutduğu adamlar onu, qızını və azyaşlı (13 yaşlı) oğlunu izləyirlər, (video görüntülər var) Odur ki, Bakı Şəhər Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixində, 2(103) - 1019 nömrəli qətnaməyə görə "Hövsan yaşayış kompleksində yerləşən Bakı şəhəri, ünvan 2 mənzilin” naturada bölünməsi bu mümkün olmadıqda qeyd edilən əmlak mənim mülkiyyətim olan 1/2 hissəsinin həmin payı almaqda üstünlük hüququ olan Cavabdeh tərəfindən payının dəyəri olan müvafiq olaraq 80000 manat pulun ona ödənilməsi, yuxarıda qeyd edilən əmlakdan ona düşən hissənin dəyərini ona ödənilməsində imtina edildiyi təqdirdə Cavabdeh vəkili təsdiq eləmişdir ki, nə bölmək fikri var, nə satmaq, nədə evin hissəsinin 1/2 pulunu ödəmək. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, mənzil 3 açıq hərracda satılaraq əldə olunmuş pul vəsaitinin mülkiyyətçilər arasında paylara münasib şəkildə bölünməsini istəyir. Hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Muğan küçəsi, bina 7, giriş 46, mərtəbə 6, mənzil 3 üzərində ona aid hissəni başqa yolla əldə etməyi mümkünsüzdür.
4. Birinci instansiya məh kəməsində cavabdeh bildirmişdir ki, evin qiyməti heç 80000 manat deyil. Bugünkü vaxtda orada 100000 manat ev satılmaz. Həmin ev də ilkin alqı-satqı müqaviləsi ilə 68650 manata başqa şəxsə satılıb. Payların müəyyən edilməsi barədə xanım iddia qaldırdıqda bu ev barədə olan hissədə birinci instansiya məhkəməsi iddianı rədd etdi, çünki bu evi o, hərbi xidmətinə görə almışdır, birgə büdcə hesabına alınmayıb. Apellyasiya məhkəməsi də qətnaməni qüvvədə saxladı. Sonra Ali Məhkəmə qətnaməni ləğv edərək təkrar apelyasiya məhkəməsinə göndərdi. Apellyasiya məhkəməsində iclas vaxtı ona dedikləri o oldu ki, xanım paltarlarını yuyub, əziyyətini çəkibsə ona da yarı pay düşür. Qeyd edir ki, satılsa, məbləğin yarısını ödəyəcəkdir. Ona yarısı məxsus olan evdə xanım uşaqlarla yaşayır. Bu zaman o da yarısı ona məxsus olan xanımın qaldığı evə köçüb yaşaya bilər. Bildirir ki, iddiaçı ona həmin evin yarısının məbləğini versə, o da bu mübahisəli evin yarı pulunu verər. Ümumiyyətlə, bu iddianın qaldırılması mənasızdır. Bu iş üzrə vəkili yoxdur, qarşılıqlı razılığa gəlmək istəmirlər. Mingəçevirdə ana-atasının yanında qalır. 80000 manat ödəməyə razı deyildir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/7389-10\7087 saylı rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən ünvan 2 ünvanda yerləşən 3 otaqlı orta təmirli mənzilin 2024-cü ilin avqust ayına mövcud orta bazar dəyəri təqribən 101870,00 (71,74 x 1420,00 man) manat məbləğində müəyyən edilir. Həmin Rəyin tədqiqi hissəsindən görünür ki, tədqiqat obyekti olan mənzilə xx.xx.2024-cü il tarixdə baxış keçirilmişdir. Baxış zamanı mənzilin 3 otaqlı və orta təmirli olması müəyyən edilmişdir. Rəydə olan foto-şəkillərdən görünür ki, mənzil 1 dəhliz, 3 otaq, 1 mətbəx və 1 sanitar qovşağından ibarətdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-96/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim F.Mirzəyeva) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, ünvan 2 mənzilin açıq hərracda satılaraq əldə olunmuş pul vəsaiti mülkiyyətçilər İddiaçı və Cavabdeh arasında hər birinin 1/2 hissədə paylarına mütənasib şəkildə bölünməsi, Bakı şəhəri, ünvan 2 mənzilin bazar dəyərinə uyğun hərracdan ilkin satış qiymətinin 101870 manat olaraq müəyyən edilməsi, Məhkəmə ekspertizasının dəyəri qismində 100 manatın Cavabdeh alınaraq dövlət büdcəsinə göstərilən hesaba keçirilməsi (AZ34CTRE******************** (VÖEN: **********, Məhkəmə Ekspertiza Mərkəzi; X2, KOD 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu:3) qət edilmişdir..
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilən hallardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1019/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mübahisə predmeti olan Bakı şəhəri, ünvan 2 mənzilə 1/2 hissədə Nəbiyeva (Osmanova) Abidat Rəhmanovnanın və 1/2 hissədə Cavabdeh payları müəyyən edilmişdir. 8. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2014 -cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında göstərilmiş mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir....Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılma sı məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
9. Qanunverici sözügedən mübahisələrin həlli zamanı əməl olunması məcburi olan prosedurlar müəyyən etmişdir. Bu prosedurların məhz növbəli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iddia tələbində iddiaçı qeyd olunan növbəlilik qaydasına əməl etməklə ilk növbədə qeyd olunan paylı mülkiyyətdə olan həmin əmlakın naturada bölgüsü, bu mümkün olmadıqda, cavabdeh tərəfindən payının dəyəri olan 80000 manat pulun ona ödənilməsi, bundan imti na edildiyi təqdirdə, əmlakın açıq hərracdan satılaraq əldə edilmiş məbləğin tərəflər arasında paylara münasib şəkildə bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
10. Birinci instansiya məhkəməsi ilk növbədə qeyd etmişdir ki, ekspert rəyinin əsaslandırıcı hissəsinə əsasən, mübahisə obyekti olan mənzilin 3 otaqlı, 1 sanitar qovşağından və 1 mətbəxdən ibarətdir. Bu səbəbdən, əlavə ekspertiza təyin edilmədən, mənzilin naturada bölgüsünün texniki cəhətdən mümkün olmadığı aydın olduğu hesab edilir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəm ə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Qeyd edildiyi kimi, iddiaçı mənzilin naturada bölgüsü mümkün olmadıqda, cavabdeh tərəfindən payının dəyəri olan 80000 manat pulun ona ödənilməsini tələb etmişdir. Lakin cavabdeh öz izahatlarında tələbin bu hissəsi ilə, yəni 80000 manat ödəməyə razı olmadığını bildirmişdir. Müəyyən edilmişdir ki, iddiaçı iddia tələbində 3 alternativ tələb qoymuşdur və məhkəmə qanunvericilikdə sadalanmış ardıcıllığa nəzər salaraq hesab etmişdir ki, üçüncü tələb - həmin mənzilin açıq hərracda satılmaqla mənzilin satışından əldə edilən vəsaitin tərəflər arasında paylara mütənasib şəkildə bölünməsi məqsədəuyğundur.
11. Eyni zamanda, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və iş materiallarında olan ekspert rəyinə əsasən, ünvan 2 ünvanda yerləşən 3 otaqlı ort a təmirli mənzilin 2024cü ilin avqust ayına mövcud orta bazar dəyəri təqribən 101870 (71,74 x 1420,00 man) manat məbləğində müəyyən edilmişdir.
12. Paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması ilə bağlı qanunvericilikdə qadağanedici norma nəzərdə tutulmamışdır. Bununla, mənzilin orta bazar dəyəri təqribən 101870 manat qəbul edilməlidir. Əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə, məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməlidir. Eyni zamanda, tərəflərə i zah edilir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 213, 220, 221-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, Azərbaycan Respublikasının MPM-in 14, 77, 88, 107, 115, 119, 124, 218-ci maddələrinə istinadla əsasl andırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/7389-10/787 saylı rəydən görünür ki, Bakı şəhəri, ünvan 2 mənzilin 224-ci ilin avqust ayına mövcud orta bazar dəyəri təqribən 101 870.00 (71.74*1420.00) manat məbləğində müəyyən edilmişdir. O, qeyd olunan ekspert rəyi ilə razılaşmır və bildirir ki, evin dəyəri olduqca şişirdilmişdir. Belə ki, həmin ev tərəfindən 68 650 manata ilkin alqı-satqı müqaviləsi əsasında satılmışdır. Həmin ərazidə evlərin faktiki baz ar dəyəri hər kvm. üçün 1000 manata yaxın bir qiymətdədir. Ekspert rəyində isə qiymət artırılaraq tam əsassız olaraq kv.m. 30 % artıq qiymətləndirilməklə 1420 manatdan hesablanmışdır. Bununla bağlı etirazını məhkəməyə bildirmiş və qiymətin süni şəkildə şişirdildiyi qeyd edilmiş, təkrar qiymətləndirmənin vacib olduğu bildirilmiş, şifahi vəsatət verilmişdir. Məhkəmə təkrar qiymətləndirmə ilə bağlı ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. Nəticədə tam ədalətsiz bir qətnamə qəbul edilmişdir. Belə ki, həqiqi dəyərinə uyğun qiymətləndirmənin keçiriləcəyi təqdirdə o, tərəfindən evin dəyərinin yarısının iddiaçıya ödənilməsi və mübahisənin sülh yolu ilə qurtarması tamamilə mümkün idi. Bildirir ki, evin dəyərinin 30% dən artıq süni şəkildə artırılması onun həmin evin iddiaçıya düşən hissəs ini almaqdan məhrum etmişdir. Nəticədə o öz mülkiyyətindən qanunsuz məhkəmə qərarı əsasında məhrum edilmişdir. Hesab edir ki, mülki işin qanuni və ədalətli həlli məqsədi ilə təkrar qiymətləndirmə ilə bağlı ekspertiza keçirilməli, ev həqiqi dəyərinə uyğun qimətləndirilməlidir. Məhkəmə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, araşdırma birtərəfli qaydada aparılmışdır. Nəticədə qanunla qorunmalı olan hüquqlarını pozulmuş, mülkiyyətindən məhrum edilmişdir. Dövlət tərəfindən hərbi xidməti müqabilində ona verilmiş evin hazırda satılmasının tam əleyhinədir və bildirir ki, həqiqi dəyərinə uyğun şəkildə qiymətləndirmə olduğu halda həmin mənzili özü alar və dəyərinin yarısını qarşı tərəfə ödəyər.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4745/2025 nömrəli, 20 oktyab r 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Talışinski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Azad İmanov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsi “əmlakın hərracdan satılması” hissəsində dəyişdirilmiş, Bakı şəhəri, ünvan 2 mənzil üzrə əvvəlcə qapalı (yəni yalnız paylı mülkiyyətin iştirakçıları üçün nəzərdə tutulan) hərrac, mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə etmədiyi halda isə açıq hərrac vasitəsi ilə satılması müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsi dəyişdirilməlidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin tələbi (tətbiqi təcrübəsi) üzrə belə nə ticəyə gəlir ki, Bakı şəhəri, ünvan 2 mənzildə payın ayrılması ona tənasübsüz zərər vurmadan açıq-aşkar mümkün olmadığından, eləcə də cavabdehin iddiaçıya payının dəyərinə görə kompensasiya vermək fikri olmadığından, qeyd edilən əmlakın satılması və satış pulunun tərəflər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə tələbi əsaslıdır. Mübahisəli əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsinin mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza əsasında verilən rəyin əsaslandırıcı hissəsindən məlum olur ki, sözügedən mənzilin mövcud paylara uyğun naturada ayrılması texniki cəhətdən mümkün deyil. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya əmlakın satışının keçiriləcəyi hərracın forması na münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 02/2024 saylı, xx.xx.2024-cü il tarixli vahid məhkəmə təcrübəsi yaradan qərardadında qeyd olunmuşdur ki, hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracda n satılmalı olması göstərilməlidir.
18. Qeyd edilən mövqedən çıxış edərək hazırkı iş üzrə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli əmlakın satışı ilk növbədə qapalı hərrac qaydasında keçirilməli, yalnız bu baş tutmadıqda isə açıq hərracın keçirilməsi təmin olunmalıdır. Həmçinin qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi tərəflər digər tərəfə məxsus payın alınması üçün təşəbbüslə çıxış etmiş, eyni zamanda cavabdeh apellyasiya şikayətində əmlakın özünün alması və dəyərinin yarısının qarşı tərəfə ödəməsinə dair mövqeyi vardır və bu da bir daha əmlakın ilk növbədə paylı mülkiyyətçilər üçün satışa çıxarılmasınının zəruriliyini təsdiq edir.
19. Apellyasiya şikayətinin əmlakın həqiqi dəyərinin müəyyən edilməsi ilə bağlı olan dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmi şdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31.0l.2025-ci il tarixli, 9/73xx-xx/7087 saylı rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilən ünvan 2 ünvanda yerləşən 3 otaqlı orta təmirli mənzilin 2024-cü ilin avqust ayına mövcud orta bazar dəyəri təqribən 101870,00 (71,74 x 1420,00 man) manat məbləğində müəyyən edilir. Qeyd edilən rəyi şübhə altına alan əsaslar müəyyən edilmir.
20. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, əmlakın hərracda satış formasına dair qanunvericiliklə müəyyən olunmuş yuxarıda qeyd olunan qaydalar təsbit olunmalıdır.
21. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 220.1, 220.2., 220.3, 220.4, 220.6, 221-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadına, Azərbaycan Respublikasının MPM-in 14.2, 76.1, 76.2, 77.1, 82.3, 88, 217. 4 və 233.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5-ci, MPM-in 102.1, 102.2, 102.3, 217.1-217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti ilə bağlı heç bir araşdırma aparmamışdır. Belə ki, evin dəyərinin 30% dən artıq süni şəkildə artırılması cavabdehi həmin evin iddiaçıya düşən hissəsini almaqdan məhrum etmişdir. Nəticədə öz mülkiyyətindən qanunsuz məhkəmə qərarı əsasında məhrum edilmişdir. Mülki işin qanuni və ədalətli həlli məqsədi ilə təkrar qiymətləndirmə ilə bağlı ekspertiza keçirilməli, ev həqiqi dəyərinə uyğun qimətləndirilməli idi. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 9/7389-10/787 nömrəli rəydən görünür ki, Bakı şəhəri, ünvan 2 mənzilin 2024-ci ilin avqust ayına mövcud orta bazar dəyəri təqribən 10187000 (71.74*1420.00) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan ekspert rəyi ilə razılaşmır və bildirir ki, evin dəyəri olduqca şişirdilmişdir. Belə ki, həmin ev tərəfindən 68650 manata ilkin alqı-satqı müqaviləsi əsasında satılmışdır. Həmin ərazidə evlərin faktiki bazar dəyəri hər kv m. üçün 1000 manata yaxın bir qiymətdədir. Ekspert rəyində isə qiymət artırılaraq tam əsassız olaraq kv m. 30 % artıq qiymətləndirilməklə 1420.00 manatdan hesablanmışdır. Bununla bağlı etirazı məhkəməyə bildirilmiş və qiymətin süni şəkildə şişirdildiyi qeyd edilmiş, təkrar qiymətləndirmənin vacib olduğu bildirilmiş, şifahi vəsatət verilmişdir. Məhkəmə təkrar qiymətləndirmə ilə bağlı ekspertiza keçirməli olduğu halda bunu etməmişdir. Nəticədə tam ədalətsiz bir qətnamə qəbul edilmişdir. Belə ki, həqiqi dəyərinə uyğun qiymətləndirmənin keçiriləcəyi təqdirdə tərəfindən evin dəyərinin yarısının iddiaçıya ödənilməsi və mübahisənin sülh yolu ilə qurtarması tamamilə mümkün idi. Məhkəmə təkrar ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, araşdırma birtərəfli qaydada aparılmışdır. Nəticədə qanunla qorunmalı olan hüquqları pozulmuş, mül kiyyətimdən məhrum edilmişdir. Dövlət tərəfindən hərbi xidmət müqabilində ona verilmiş evin hazırda satılmasının tam əleyhinədir və həqiqi dəyərinə uyğun şəkildə qiymətləndirmə olduğu halda həmin mənzili özü alara və dəyərinin yarısını qarşı tərəfə ödəyər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
27. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iş tirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 02/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı
28. Bənd
62. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi p aylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
29. Bənd
63. Birinci mərhələ (əşyanın fiziki bölgüsü) üzrə məhkəmə araşdırmasının predmeti ümumi mülkiyyətdə olan əşyadan payın ayrılmasının ilkin mərhələsi (ə şyadan payın naturada ayrılması) ilə eynilik təşkil etdiyindən bu qərardadın 42-44, 46-cı bəndlərində nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır.
30. Bənd
64. Bu araşdırmanın nəticəsində əşyanın naturada bölgüsünün mümkün olmadığı müəyyən edilərsə, məhkəmə iddiaçıların tələbi əsasında ikinci mərhələyə keçid etməklə əşyanın hərracdan satılmasını qət etməlidir. İddiaçıların əşyanın hərracdan satılmasını tələb etmədikləri halda isə digər tərəfin bununla bağlı qarşılıqlı tələbi yoxdursa, məhkəmə araşdırması yekunlaşdırılmaqla iddia rədd olunmalı və onlara gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.
31. Bənd
65. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığın dan, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
32. Bənd
66. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ə saslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalı dır.
42. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurə tindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmam ası halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin ekspert rəyi ilə razılaşmadığı və evin dəyərinin olduqca şişirdildiyi, məhkəmənin təkrar ekspertiza təyin etməli olduğu halda bunu etmədiyi barədə olan dəlilləri ilə əlaqədar bildirir ki, apellyasiya məhkəməsi iş üzrə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/73xx-xx/7087 saylı rəyi şübhə altına alan əsaslar müəyyən etməmişdir. Həmçinin kassasiya kollegiyası bildirir ki, cavabdehin özünün də müstəqil şəkildə müvafiq xarakterli rəy əldə edərək məhkəməyə təqdim etmək imkanı olduğu halda məhkəməyə belə rəy təqdi m etməsi iş materialları ilə təsdiqlənmir. 48. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir. Müqavilədə ekspertin b ilə-bilə yalan rəy verməyə görə məsuliyyət daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.
49. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət ver ildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
51. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)4745/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.