Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4054/2025 27.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh X3 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı Məcnunovna İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak hüquqlarının pozulması nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-596/2025 nömrəli, 9 dekabr 2025-ci il tarixli qərar dadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 27 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Məcnunovna cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü i il tarixdə vəfat etmiş X2 miras qalmış Qəbələ şəhəri, Nizami küçəsi-12 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi üzərindəki yaşayış sahəsi 67,7 kv metr, köməkçi sahəsi 52,8 kv metr, ümumi sahəsi 120,5 kv metr olan 4 otaqlı fərdi yaşayış evinin satılmasından əldə olunmuş vəsait hesabına ona düşən ¼ payın inflyasiya nəzərə alınaraq 70000 manat məbləğində dəyərinin ödənilməsi və 1998-ci ildən indiyədək vurulmuş maddi və mənəvi zərərə görə 120000 manat məbləğində k ompensasiya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Qəbələ Rayon Məhkəməsinin 9 yanvar 2025-ci il tarixli, 2(025)-20/2025 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbinin qismən təmin olunması, Cavabdeh2 33750 (otuz üç min yeddi yüz əlli) manat və 191 manat dövlət rüsumunun alınıb iddiaçı Məcnunovna İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh1 qarşı olan hissədə iddia tələbinin rədd olunması qət edilmişdir.
3. Qətnamədən İddiaçı Məcnunovna və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda аpellyаsiyа şikаyətləri verilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2025-ci il tarixli 2(107)-596/2025 nömrəli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, İddiaçı Məcnunovna tərəfindən verilmiş аpellyasiya şikayəti qismən tə min edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli, e-2(025)20/2025 nömrəli qətnaməsinin iddianın təmin olunmamış 6007,5 manata aid hissədə ləğv edilməsi, həmin ləğv edilmiş hissədə yeni qətnamənin çıxarılması, İddiaçı Məcnunovnanın Cavabdeh2 qarşı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 6007,5 manat pulun tutularaq İddiaçı Məcnunovnaya verilməsi, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Cavabdeh2 Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2025-ci il tarixli 2(107)-596/2025 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 dekabr 2025-ci il tarixli, 2(107)-596/2025 nömrəli qərardadına əsasən kassasiya şikayəti geri qaytarılmış dır.
7. Apellyasiya məhkəməsinin qənaətinə görə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2025-ci il tarixli 2(107)-596/2025 nömrəli qətnaməsi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə sistemində olan elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. Belə olan halda Azərbaycan Respublikasının MPM-nin 135.5 və 135.6-cı maddələrinin tələbinə müvafiq olaraq apellyasiya məhkəməsinin qətnaməsi 1 oktyabr 2025-ci il tarixdə cavabdehə rəsmi qaydada verilmiş hesab edilir. Həmin qətnamədən kassasiya şikayəti MPM-nin 405.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xx.xx.2025-ci il tarixədək (həmin tarix daxil olmaqla) verilməli idi. Lakin kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməklə apellyasiya məhkəm əsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməsi üçün müəyyənləşdirilmiş 2 aylıq müddət ötürülməklə verilmiş və buraxılmış müddətin bərpa edilməsinə dair ərizə verilməmişdir.
8. Həmçinin, Cavabdeh2 verdiyi kassasiya şikayətinə dövlət rüsumu olaraq 240 manat məbləğində ödənməli olduğu halda, 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, iddia tələbi 190000 manat dəyərində olmaqla, iddia ərizəsi verilməsi üçün 480 manat, kassasiya şikayəti verilməsi üçün 240 manat dövlət rüsumu ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3, 108.1.7, 108.2, 128.1, 133.1 və 405.0.1-ci, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4 və 8.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şika yətinin dəlilləri
10. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək, xx.xx.2025-ci il tarixli qətnamədən verilmiş kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2025-ci il tarixli, 2(107)-596/2025 nömrəli qətnaməsi poçt vasitəsilə zərfin arxasında “xx.xx.2025-ci il tarixli möhür vürulmaqla” cavabdehə “xx.xx.2025-ci il tarixində” verilmiş və həmin gün rəsmi olaraq qəbul etmişdir. Şikayət verilmə gününün son günü isə xx.xx.2025-ci il tarixdə bitdiyindən, vəkil-nümayəndənin elektron kabineti ilə xx.xx.2025-ci il tarixdə kassasiya şikayəti verməklə prosessual müddəti ötürməmişdi r. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 13. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi h allarda, onlar məhkəmə tərəfindən təyin edilir.
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
19. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
20. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yarad ılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
21. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.
22. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
23. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair v əsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələ nsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur
30. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq Mülki Prosessual Məcəllənin 135.5 və 135.6-cı maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, qətnamə cavabdehin vəkilinin elektron kabinetində yerləşdirildiyi vaxtdan qətnamədən kassasiya şikayəti verilməsi üçün 2 aylıq müddətin axımı başlamış, cavabdeh həmin müddəti keçirməklə kassasiya şikayəti vermiş, müddətin bərpası barədə ərizə də verməmişdir.
31. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-596/2025 nömrəli iş üzrə 9 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.