Məhkəmə qərarları › İş №2(1-8)-627/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-627/2026

04.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-627/2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh Sadiq oğluna qarşı iş üzrə QƏRARI (Açar sözlər: işin məhkəmə aidiyyəti) 04.03.2026 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlu və İnzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 2(5-132)-140/2026 nömrəli, 2026-cı il 5 fevral tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə 4 mart 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Cavabdeh Sadiq oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ərazisinə girməklə və ara məsafəsi saxlamadan, tikinti normalarını pozmaqla Cavabdeh Sadiq oğlu tərəfindən inşa edilmiş, İsmayıllı şəhəri, ünvan 1 ünvanında yerləşən, qeyri-yaşayış binasının cavabdehin hesabına sökülməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İsmayıllı Rayon Məhkəməsinin 2(5-132)-140/2026 nömrəli, 2026-cı il 5 fevral tarixli qərardadı ilə iddia ərizəsi və ona əla və edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim İlqar Hüseynov).

3. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır.

4. Birinci instansiya məhkəməsi iş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(037)1739/2025 nömrəli qərardadına istinad edərək qeyd etmişdir ki, İddiaçı Cavabdeh Sadiq oğluna qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.

5. Belə ki, iş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemi vergi məlumatlarının çıxarışıdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ3125, İsmayıllı rayonu, Talıstan kəndid ir. VÖEN statusu fəaliyyəti müvəqqəti dayandırılmışdır.

6. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemi vergi məlumatlarının çıxarışıdan görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ3100, İsmayıllı rayonu, Mican kəndidir. VÖEN statusu aktivdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı “hüquq sahəsində” fəaliyyətlə məşğul olur. Fəaliyyət göstərdiyi ərazi İsmayıllı rayonu Talıstan kəndi ərazisində yerləşir. Cavabdeh isə “refrejiratorla daşınma” fəaliyyəti ilə məşğul olur və fəaliyyət göstərdiyi ərazi İsmayıllı rayonu Mican kəndi ərazisində yerləşir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər sahibkarlıq subyekti olmaqla yanaşı, olduqları və ya olmaq istədikləri hüquq münasibətləri (kommersiya fəaliyyəti) məhz sahibkarlıq fəaliyyətinın həyata keçirilməsi ilə bağlıdır.

9. Belə olan halda, məhkəmə hesab etmişdir ki, tərəflərin sahibkarlıq fəaliyyətini həyata keçirmələrini, onların hüquq münasibətlərinə başladığı zaman hüquqi şəxs kimi reyestrdə qeydiyyatda olmalarını, eyni zamanda iddia ərizəsindən tərəflər arasında yaranmış mübahisənin sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin (kommersiya fəaliyyəti) həyata keçirilməsindən irəli gəlməli olması müəyyən edildiyindən, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya müvafiq tələblə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət etməsi tövsiyə edilməlidir.

10. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı sö zügedən iddia tələbi ilə məhkəmə aidiyyəti qaydalarına riayət etməklə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçının hazırki iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etməsi yolverilməzdir. Ona görə də iddia ərizəsi iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan çatışmazlıqları aradan qaldırdıqdan sonra aidiyyət qaydalarına riayət etməklə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edə bilər.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 32.1, 32.2, 32.3, 10-1.3-cü maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarına istinad edərək əsaslandırmışdır.

12. İddiaçı həmin qərardaddan şikayət verərək, İsmayıllı Rayon Məhkəməsinin 2(5132)-140/2026 nömrəli, 2026-cı il 5 fevral tarixli qərardadının ləğv edilməsini və işə İsmayıllı Rayon Məhkəməsində baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. İddiaçı qeyd etmişdir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz.

14. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini MPM-in 152.1.3-cü maddəsinə istinad etməklə geri qaytararaq mübahisənin kommersiya mübahisəsi olması nəticəsinə gəlmiş və işin Şəki Kommersiya Məhkəməsinə aid olduğunu göstərmişdir. Lakin bu nəticə aidiyyətin müəyyən edilməsi qaydalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul olunmuşdur. Belə ki, MPM-in 25.1 və 26.1-ci maddələrinin məzmununa görə məhkəmə aidiyyəti tərəflərin VÖEN-ə malik olub-olmaması ilə deyil, hüquq münasibətinin xarakteri ilə müəyyən edilir və yalnız sahibkarlıq fəaliyyətindən birbaşa irəli gələn mübahisələr kommersiya məhkəməsinə aiddir. Ali Məhkəmə Plenumunun izahlarında da göstərilir ki, tərəflərin sahibkar statusuna malik olması özü-özlüyündə mübahisəni kommersiya mübahisəsinə çevirmir, mübahisə ən azı iki tərəfin sahibkarlıq fəaliyyətindən yaranmalıdır. Hazırki işdə isə tələb qanunsuz tikilinin sökülməsi və mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır, yəni əmlak hüququnun müdafiəsinə dair klassik mülki iddiadır. İddiaçı vəki l kimi fəaliyyət göstərir və vəkillik fəaliyyəti qanunvericiliyə görə sahibkarlıq fəaliyyəti hesab edilmir. Bu səbəbdən tərəflərin VÖEN-ə malik olması mübahisənin kommersiya xarakterli olması barədə nəticə çıxarmağa əsas vermir. Məhkəmə isə yalnız vergi qeydiyyatına istinad edərək mübahisəni sahibkarlıq münasibəti kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə MPM-in 25 və 26-cı maddələrini yanlış tətbiq etmiş, aidiyyətin müəyyən edilməsi meyarını səhv qiymətləndirmişdir. MPM-in 152.1.3-cü maddəsi yalnız iş açıq-aydın həmin məhkəməyə aid olmadıqda iddia ərizəsinin geri qaytarılmasına imkan verir. Halbuki bu işdə mübahisə daşınmaz əmlak üzərində hüququn müdafiəsinə dair olduğundan və əmlak həmin ərazidə yerləşdiyindən ümumi məhkəmədə baxılması mümkündür və ən azı aidiyyət mübahisəlidir. Belə o lan halda, məhkəmə iddianı geri qaytarmaq əvəzinə, icraata qəbul edib aidiyyət məsələsini baxış zamanı həll etməli idi. İddianın qəbul edilmədən geri qaytarılması ilə məhkəmə faktiki olaraq mübahisəni araşdırmadan onun mahiyyəti üzrə hüquqi qiymət vermiş və MPM-in 152.1.3-cü maddəsini tətbiq həddindən artıq geniş şərh etmişdir.Bundan əlavə MPM-in 32-ci maddəsinə əsasən tərəf məhkəmə aidiyyəti ilə razılaşmamasını işə mahiyyəti üzrə baxılana qədər bildirmək hüququna malikdir. Lakin iddianın icraata qəbul edilmədən geri qaytarılması nəticəsində iddiaçıya bu hüquqdan istifadə etmək imkanı verilməmiş, aidiyyət məsələsi birtərəfli qaydada həll edilmiş və bununla məhkəməyə çıxış hüququ məhdudlaşdırılmışdır. Eyni zamanda məhkəmə tərəflərin real hüquq münasibətinin xarakterini araşdırmadan yalnız vergi məlumatlarına əsaslanaraq onların sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətdə olduqları qənaətinə gəlmişdir. Tikilinin şəxsi və ya kommersiya məqsədli olması, mübahisənin təsərrüfat fəaliyyətindən yaranıb-yaranmaması və vəkillik fəaliyyətinin hüquqi statusu araşdırılmadan nəticəyə gəlinməsi məhkəmə aktının əsaslandırılması prinsipinin pozulmasıdır və bu hal MPM-də nəzərdə tutulan sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi tələbinə ziddir. Beləliklə, birinci instansiya məhkəməsi aidiyyət meyarını düzgün müəyyən etməmiş, iddianı əsassız olaraq geri qaytarmış, tərəfin aidiyyət barədə mövqe bildirmək hüququnu məhdudlaşdırmış və hüquq münasibətinin xarakterini araşdırmadan nəticəyə gəlmişdir ki, bu da qəbul edilmiş qərardadın qanunsuz olmasına səbəb olmuşdur. Bu səbəbdən mülki işə İsmayıllı rayon Məhkəməsində baxılarkən MPM-in 152.1.3-cü maddəsinin tələbi pozulmuşdur.

15. İsmayıllı Rayon Məhkəməsinin 2(5-132)-140/2026 nömrəli, 2026-cı il 18 fevral tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün mülki işlə birgə Ali Məhkəməyə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə

1. Sahibkarlıq fəaliyyətini şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmla k istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət kimi xarakterizə edir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı

18. Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisən in predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

19. Bənd

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli g əlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

20. Bənd

12. Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

21. Bənd

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

22. Bənd

15. Kommersiya mübahisələrinin s ubyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.

23. Bənd

20. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsi

24. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

25. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə isə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

26. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.

27. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər.

28. Maddə 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

29. Maddə 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəx slər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər.

30. Maddə 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir

31. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati ko llegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

32. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

34. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, hazırki mübahisə tərəflərin sahibkarlıq fəaliyyəti ndən irəli gəlir. 35. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına əsasən MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə b ağlı olmasını tələb edir (bənd 11).

36. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, iş materiallarından da göründüyü kimi, İddiaçı xx.xx.2005-ci il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ3125, İsmayıllı rayonu, Talıstan kəndidir. VÖEN statusu fəaliyyəti müvəqqəti dayandırılmışdır. Cavabdeh isə xx.xx.2006-cı il tarixdən ********** VÖEN nömrəsi ilə qeydiyyata alınmış, hüquqi ünvanı isə AZ3100, İsmayıllı rayonu, Mican kəndidir. VÖEN statusu aktivdir.

37. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, tərəflər sahibkarlıq subyekti olmaqla yanaşı, olduqları və ya olmaq istədikləri hüquq münasibətləri (kommersiya fəaliyyəti) məhz sahibkarlıq fəaliyyətinın həyata keçirilməsi ilə bağlıdır.

38. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsinin işə kommersiya məhkəməsində baxılmalı olmasına dair mövqeyi düzgün olmuşdur.

39. Belə ki “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarın 13-cü bəndindən görünür ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

40. İstinad olunan mövqedən aydın olur ki, tərəflərin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı tələblər kommersiya mübahisəsi hesab edilir.

41. Qarışıq məhkəmə tərkibi yuxarıda qeyd olunanları, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişd irilmədən saxlanmalıdır.

42. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 2(5-132)-140/2026 nömrəli, 2026-cı il 5 fevral tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar