Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1360/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər ** nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı şəhəri Mədəniyyət Baş Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli süməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər ** nömrəli Uşaq Musiqi Məktəbinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi cavabdeh1 qarşı “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli əmək müqaviləsi ## ##### 2025-ci il tarixli ** №-li əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə əsas cavabdeh Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokolu göstərilir.
2. ##.##.2025-ci il tarixli attestasiya komissiyasının qərarına əsasən İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbinə və Bakı şəhəri Mədəniyyət Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, attestasiya komissiyasının ## #### 2025-ci il tarixli qərarı və iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh1 cavabdeh2 ## ##### 2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh2 müəllim vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə ## ##### 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, işdən azad edilməsinə dair cavabdeh tərəfindən əmr verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinin tələbləri pozulmuşdur. O, əmrlə razılaşmamış və ##.##.2025-ci il tarixdə cavabdeh təşkilata qanunvericiliyə müvafiq olaraq təklif göndərmiş və cavab almadığından ##.##.2025-ci il tarixdə isə ** saylı Mediasiya təşkilatına müraciət etmişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Leyla Şövkətli-Mənsimli) iddianın təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən attestasiya işçinin əmək müqaviləsi əsasında üzərinə düşən işinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə, peşəyə uyğun olub-olmadığını müəyyən etmək məqsədilə keçirilir.
7. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar, eləcə də, iddiaçının ifası komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, attestasiya vərəqi stenoqram olmamaqla bütün iclası əks etdirə bilməz, lakin, məhkəmə araşdırması zamanı ##.##.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, attestasiya vərəqəsində iddiaçıya verilmiş suallar və iddiaçının cavabları düzgün qeyd edilmişdir. Eyni zamanda videogörüntüdən görünür ki, İddiaçı ifasında müəyyən nöqsanlar olmuş, iddiaçının üzdən oxuması çox zəif olmuşdur.
9. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, İddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsində sadalanan attestasiyadan keçirilməyən işçilər kateqoriyasına daxil olmamışdır.
10. Attestasiya komissiyası haqqında əmrin cavabdeh1 tərəfindən deyil, ** saylı musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verilməsi səbəbindən əmrin hüquqi qüvvəsinin olmaması ilə bağlı iddianın dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materialları ilə təsdiq olunur ki, ** saylı musiqi məktəbində işəgötürən səlahiyyətləri cavabdeh1 tərəfindən X2 verilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh1 nümayəndəsi də ** saylı musiqi məktəbində bütün işəgötürən səlahiyyətlərinin cavabdeh1 tərəfindən X2 verildiyini təsdiq etmiş və attestasiya keçirilməsi səlahiyyətinin ayrıca qeyd edilməməsinin ƏMAS sistemində olan texniki imkanlarla əlaqədar olduğunu bildirmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının tutduğu vəzifəyə uyğunluğunun yoxlanılması ilə bağlı yaradılmış attestasiya komissiyası və həyata keçirilmiş attestasiya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olduğundan və attestasiya keçirilərkən qanunun göstərilən tələblərinin pozulması halları aşkar olunmadığından, cavabdeh attestasiya komissiyasının qiymətləndirilməsi barədə tövsiyyəsini nəzərə alaraq iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsində tam səlahiyyətli olmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə ##.##.2025-ci il tarixli əmri tam qanuni olmuşdur. Odur ki, iddiaçının işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələbi təmin edilməməlidir.
13. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının işə bərpa edilməsi barədə iddiası təmin edilmədiyindən iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “c” bəndi, 12.1-ci maddəsinin “a” bəndi, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 66, 67.1 və 70-ci maddəsinin ”c” bəndi ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ## ##### 2025-ci il tarixli ** nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmçinin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair ## ##### 2025-ci il tarixli ** nömrəli əmr işəgötürən tərəfindən və ya onun adından deyil, cavabdeh2 direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verilmişdir. Sadalanan normaların tələblərinə əsasən isə bütün bunlar qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olmaqla iddia tələbinin təmin edilməsi üçün əsasdır. Qeyd olunan qanunvericilik normasına əsasən işçilərin attestasiyadan keçirilməsi məqsədilə attestasiya komissiyası işəgötürənin əmrinə əsasən yaradılmalıdır. Iş materiallarında olan əmək müqaviləsindən də məlum olduğu kimi iddiaçı ilə əmək müqaviləsi işəgötürən kimi cavabdeh1 arasında imzalanmışdır. Belə olan halda da işçilərin attestasiyadan keçirilməsi məqsədilə attestasiya komissiyası cavabdeh1 əmrinə əsasən yaradılmalı idi. Lakin iş materiallarında olan “cavabdeh2 Attestasiya Komissiyası haqqında” ##.##.2024-cü il tarixli ** nömrəli əmr işəgötürən cavabdeh1 tərəfindən deyil, cavabdeh2 direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verilmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olmaqla yanaşı qeyd olunan əmrin hər hansı bir hüquqi qüvvəyə malik olmadığını təsdiq edir. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Iddia tələbi əsaslı olduğu və iddiaçı tərəf olaraq da bu halı sübuta yetirdiyi halda birinci instansiya məhkəməsi iddia tələbini hər hansı bir əsas olmadan təmin etməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq olunan attestasiya komitəsinin iclasının videogörüntülərindən də məlum olur ki, o, komissiyanın suallarına qənaətbəxş cavab vermişdir, lakin komissiya üzvləri qərəzli olaraq attestasiya vərəqində suallara cavab verə bilmədiyini, yaxud da qismən cavab verdiyini qeyd etmişlər. Bundan əlavə videogörüntülərdən o da məlum olur ki, ifa etdiyi fortepiano kifayət qədər köhnə olmaqla düzgün tənzimlənməmiş, bu səbəbdən də ifa zamanı notların səslənməsində problemlər olmuşdur. Lakin məhkəmə qeyd olunan hallara, həmçinin də onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair ## ##### 2025-ci il tarixli əmrdə yol verilən digər qanun pozuntularına düzgün hüquqi qiymət verməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Cəmilə Musayeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
18. Apellyasiya instansiya məhkəməsi iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan səlahiyyətlərin verilməsinə dair bildirişdən görünür ki, cavabdeh2 bütün işəgötürən səlahiyyətləri cavabdeh1 tərəfindən X2 verilmişdir. Iddiaçı İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi cavabdeh1 arasında bağlanmış ##.##.2018-ci il tarixli əmək müqaviləsi ## ##### 2025-ci il tarixli ** №-li əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilib. Əmək müqaviləsinin ləğv edilməsinə əsas Bakı şəhər ** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya komissiyasının ##.##.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokol göstərilir. Iddiaçı attestasiyanın qanunvericiliyin tələlərinə uyğun keçirilmədiyinə, himayəsində iki övladının olmasının nəzərə alınmadığına əsaslanaraq hazırkı tələblə çıxış edir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırki tələb üzrə apellyasiya şikayətinin dəlillərindən biri attestasiya komissiyanın suallarına qənaətbəxş cavab verdiyi, lakin komissiya üzvlərinin qərəzli olaraq attestasiya vərəqində suallara cavab verə bilmədiyini, yaxud da qismən cavab verdiyini qeyd etməsi, fortepianoda ifasında problemlər olmasının onun kifayət qədər köhnə olması ilə bağlı olmuşdur.
21. Apellyasiya baxışı zamanı Azərbaycan Milli Konservatoriyasına sorğu verilmiş və ##.##.2025-ci il tarixində keçirilmiş İddiaçı attestasiyası zamanı çəkilmiş videogörüntünü əks etdirən CD diskə və attestasiya vərəqəsinə baxış keçirilərək iddiaçıya verilmiş sualların onun tutulduğu vəzifəyə uyğun olub-olmaması, attestasiyanın keçirilməsi və onun nəticələrinə dair mütəxəssis rəyinin tərtib olunması xahiş olunmuşdur. Azərbaycan Milli Konservatoriyasının baş müəllimi S.Əhmədova tərəfindən tərtib olunmuş rəydə iddiaçının verilən suallara cavab verə bilmədiyi, imtahana hazır olmadığı təsdiq edilmişdir. Rəydə həmçinin sonuncunun fortepianoda ifası zamanı yol verdiyi nöqsanlar (barmaqların səhv istifadə edilməsi, pedalın düzgün istifadə olunmaması, sayın və ritmin qeyri-dəqiq olması) qeyd olunmuşdur. Kollegiya tərəfindən həmin nöqsanlarıın xarakteri nəzərə alınaraq onların musiqi alətinin şikayətdə göstərildiyi kimi nasaz vəziyyəti ilə bağlı ola bilməsi ehtimalı müəyyən olunmamışdır.
22. Kollegiya işdəki sübutlara, həmçinin apellyasiya baxışı zamanı əldə olunmuş mütəxəssis rəyinə əmək qanunvericiliyinin müvafiq normaları baxımından qiymət verərək hesab etmişdir ki, işçi İddiaçı attestasiyası qanunun tələblərinə riayət olunmaqla keçirilmişdir. Hazırda iddiaçı attestasiya komissiyasının yaradılması haqqında əmrin səlahiyyətli şəxs (işəgötürən) tərəfindən imzalanmadığını bildirsə də, iş materialları ilə təsdiq olunur ki, ** saylı musiqi məktəbində işəgötürən səlahiyyətləri cavabdeh1 tərəfindən X2 verilmiş və əmri də həmin şəxs imzalamışdır. 1-ci instansiya məhkəməsinin hazırlıq iclasında iştirak etmiş cavabdeh1 nümayəndəsi də ** saylı musiqi məktəbində bütün işəgötürən səlahiyyətlərinin cavabdeh1 tərəfindən X2 verildiyini təsdiq etmiş və attestasiya keçirilməsi səlahiyyətinin ayrıca qeyd edilməməsinin ƏMAS sistemində olan texniki imkanlarla əlaqədar olduğunu bildirmişdir.
23. Kollegiya bu məqamda vurğulamışdır ki, qeyd edilənlər apellyatorun ”əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin də səlahiyyətli şəxs tərəfindən imzalanmadığına dair dəlilinin əsassız olduğunu göstərir. Bundan başqa iddiaçı apellyasiya şikayətində hazırki sosial vəziyyəti baxımından da əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz olmasına dair dəlil irəli sürmüş və bu dəlilini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## ###### 2016-cı il tarixli Qərardadından bəhs etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## ###### 2016-cı il tarixli Qərardadında da qeyd olunmuşdur ki, Məcəllənin 79-cu maddəsində müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir. Işdən göründüyü kimi iddiaçı Əmək Məcəlləsinin 79-cu maddəsində təsbit olunmuş şəxslər kateqoriyasına aid deyildir.
24. Apellyasiya şikayətinə münasibətdə kollegiya həmçinin bildirmişdir ki, Əmək Məcəlləsinin 65.7-ci maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun tövsiyyənin verilməsini mütləq qoymur, onu komissiyanın səlahiyyətinə buraxır.
25. Kollegiya hesab etmişdir ki, iddiaçının attestasiya komissiyasının qərarının ləğv edilməsinə dair tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "‘Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına uyğun olaraq işçinin attestasiyası keçirildiyindən, eləcə də attestasiya zamanı qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə riayət edilməklə qəbul edildiyindən əsassızdır, belə ki, attestasiya komissiyasının qərarının ləğv edilməsi üçün hər hansı əsas mövcud deyildir.
26. Iddia tələbinin “cavabdeh1 cavabdeh2 ## ##### 2025-ci il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi, İddiaçı cavabdeh2 müəllim vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə ## ##### 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqı ödənilməsi” hissəsi ilə bağlı isə kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən də qanunvericiliyin tələbləri pozulmamışdır.
27. Hazırki iş üzrə əmək müqaviləsinin xitam verilməsinə əsas məhz attestasiya komissiyasının qərarı olmuşdur və yuxarıda həmin attestasiyanın nəticələrinə dair komissiya tərəfindən qəbul edilmiş qərarın qanuni və ədalətli olması artıq müəyyən edildiyindən, o cümlədən əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyindən məhkəmə hesab etmişdir ki, onun əsasında verilmiş ## ##### 2025-c il tarixli ** nömrəli əmr də qanuni hesab edilməli və iddia tələbi əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələrində də təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırda cavabdeh tərəfindən iddiaçının hansısa hüquqları pozulmadığından iddia tələbi qeyd edilən digər hissələrdə də təmin edilmədiyindən, 5000 manat mənəvi zərərin onun xeyrinə tutulmasına dair apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli və təmin edilməməlidir.
29. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia tələblərinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və ədalətli olduğundan apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmadır.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11.1, 12.1, 65.1, 65.2, 65.3, 65.4, 65.5, 65.7, 67.1-ci maddələrinə, 70-ci maddənin ç bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.2, 2.6-cı bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
31. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65.3-cü maddəsinə istinadən qeyd edilmişdir ki,işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Qeyd olunan qanunvericilik normasına əsasən işçilərin attestasiyadan keçirilməsi məqsədilə attestasiya komissiyası işəgötürənin əmrinə əsasən yaradılmalıdır. Iş materiallarında olan əmək müqaviləsindən də məlum olduğu kimi iddiaçı ilə əmək müqaviləsi işəgötürən kimi cavabdeh1 arasında imzalanmışdır. Belə olan halda da işçilərin attestasiyadan keçirilməsi məqsədilə attestasiya komissiyası cavabdeh1 əmrinə əsasən yaradılmalı idi. Lakin iş materiallarında olan “cavabdeh2 Attestasiya Komissiyası haqqında” ##.##.2024-cü il tarixli ** nömrəli əmrlə işəgötürən cavabdeh1 tərəfindən deyil, cavabdeh2 direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verilmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olmaqla yanaşı qeyd olunan əmrin hər hansı bir hüquqi qüvvəyə malik olmadığını təsdiq edir. Qeyd edilmiş əsas apellyasiya şikayətinin də dəlillərindən biri olmasına baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi şikayətin bu dəlilinə düzgün hüquqi qiymət verməmiş, sadəcə olaraq birinci instansiya məhkəməsinin əsaslandırmasını təkrarlamaqla səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 67.2-ci maddəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç”, 72 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## ###### 2016-cı il tarixli Qərardadında məhkəmə vurğulamışdır ki, “Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları” Əmək Məcəlləsinin onuncu fəslində təsbit edilmişdir. Bu fəsil Əmək Məcəlləsinin 68-76-cı maddələrini əhatə edir və əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtləri müəyyən edən 76cı maddə ilə tamamlanır. Bu fəsildə əvvəlcə ümumilikdə əmək müqaviləsinə xitam verilməsinin əsasları, sonra əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsinin qaydası (69-cu maddə), işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları isə Əmək Məcəlləsinin 70ci maddəsində verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Həmin qərardadda Konstitusiya Məhkəməsinin Palatası həmçinin qeyd etmişdir ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir. Qeyd olunanlarla bağlı Konstitusiya Məhkəməsinin Palatası belə nəticəyə gəlir ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı Bakı şəhəri Xətai rayon məhkəməsi Konstitusiyada təsbit edilmiş və dövlət tərəfindən təmin edilən sosial-yönümlü dəyərləri nəzərə almaqla və baxılan işdə tətbiq etməklə müəyyən nəticəyə gələ bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd olunan qanunvericilik normalarının əlaqəli təhlilindən məlum olur ki, İddiaçı attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın pozulması ilə keçirildiyindən, onun attestasiyasının nəticələrinə görə işdən çıxarılmağı qanunsuz olmaqla yanaşı dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də ailələrin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə də zidd olmuşdur. Belə ki, qeyd olunan əmr verilən zaman İddiaçı himayəsində yetkinlik yaşına çatmayan övladı olmuşdur. Belə olan halda isə ilk növbədə vurğulanmalıdır ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Bu halda həmin məcəllənin 67-ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Lakin iş materiallarından da məlum olduğu kimi İddiaçı başqa işə keçirilmə imkanları araşdırılmadan və ona hər hansı bir başqa iş təklif olunmadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu zaman da əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələb pozulmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin ## ##### 2025-ci il tarixli ** nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Həmçinin iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair ## ##### 2025 ci il tarixli ** nömrəli əmr işəgötürən tərəfindən və ya onun adından deyil, cavabdeh2 direktoru vəzifəsini müvəqqəti icra edən Zakir Əsədov tərəfindən verilmişdir. Sadalanan normaların tələblərinə əsasən isə bütün bunlar qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması olmaqla iddia tələbinin təmin edilməsi üçün əsasdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilinə də düzgün hüquqi qiymət verməmiş və göstərilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinə xitam verilməsinin əsası; - həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsinə xitam verilən gün, ay və il; - əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Iş materiallarından da məlum olduğu kimi iddiaçı uzun müddət hazırki iş yerində çalışmış və bu müddətdə onunla bir neçə dəfə əmək müqaviləsi imzalanmışdır. Lakin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə ## ##### 2025-ci il tarixli ** nömrəli əmrdə konkret olaraq onunla bağlanılmış hansı tarixli hansı nömrəli əmək müqaviləsinə xitam verilməsi göstərilməmişdir. Bu halda da qanunvericiliyin tələbləri işəgötürən tərəfindən kobud şəkildə pozulmuş, lakin işə baxan aşağı instansiya məhkəmələri bu hala da hüquqi qiymət verməmişdir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
33. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-in 77-ci maddəsi: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan normalardan məlum olur ki, işə baxan aşağı instansiya məhkəmələri qanunvericiliyin tələblərinə əsasən tərəflərin təqdim etdiyi sübutlar əsasında işə baxmalı və qərar qəbul etməlidir. Iş materiallarından da məlum olduğu kimi iddia tələbi əsaslı olduğu və iddiaçı tərəf istinad etdiyi əsaslar və sübutlarla bu halı sübuta yetirdiyi halda aşağı instansiya məhkəmələri iddia tələbini hər hansı bir əsas olmadan təmin etməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarını da pozaraq qanunsuz qətnamə qəbul etmişdir. MPM-in 76.1-ci maddəsi: Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bildirilmişdir ki, apellyasiya instansiya məhkəməsi sübutların, faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Əgər məhkəmə qeyd olunan prosessual normanın tələblərini düzgün tətbiq etmiş olsa idi iddia tələbini təmin edərdi. Çünki iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddia tələbinin əsaslı olduğunu sübut edir. Belə ki, məhkəmə iclasında tədqiq olunan attestasiya komitəsinin iclasının videogörüntülərindən də məlum olur ki, iddiaçı komissiyanın suallarına qənaətbəxş cavab vermiş, lakin komissiya üzvləri qərəzli olaraq attestasiya vərəqində suallara cavab verə bilmədiyini, yaxud da qismən cavab verdiyini qeyd etmişlər. Bundan əlavə videogörüntülərdən o da məlum olur ki, iddiaçının ifa etdiyi fortepiano kifayət qədər köhnə olmaqla düzgün tənzimlənməmiş, bu səbəbdən də ifa zamanı notların səslənməsində problemlər olmuşdur. Lakin məhkəmələr qeyd olunan hallara, apellyasiya baxışı zamanı Azərbaycan Milli Konservatoriyasının baş müəllimi S.Əhmədova tərəfindən məhkəməyə təqdim olunmuş rəyə, həmçinin də iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair ## ##### 2025-ci il tarixli əmrdə yol verilən digər qanun pozuntularına düzgün hüquqi qiymət verməmişdir. MPM-in 88-ci maddəsi: Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə Kollegiyasının nəzərinə xüsusilə çatdırılır ki, apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş rəy mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, iş materiallarından da məlum olduğu kimi iddiaçının attestasiya komissiyasının sədri Rimazi Nəzakət Hüseyn qızı Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin dekanı vəzifəsində çalışır. Apellyasiya instansiya məhkəməsi tərəfindən alınmış rəyi tərtib edən S.Əhmədova isə Azərbaycan Milli Konservatoriyasında baş müəllim vəzifəsində çalışır. Adları qeyd olunan hər iki müəssisə də hazırkı iş üzrə cavabdeh cavabdeh1 tabe olduğu Mədəniyyət Nazirliyi ilə əlaqəli şəkildə fəaliyyət göstərən qurumlardır. Belə olan halda isə rəyi tərtib edən S.Əhmədovanın qərəzli olması ilə bağlı kifayət qədər şübhələr vardır və həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də iddiaçı tərəfindən apellyasiya baxışı zamanı müstəqil ekspertin rəyinin alınması ilə bağlı vəsatət verilmiş, lakin məhkəmə tərəfindən vəsatət təmin edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Odur ki, iş materiallarında yer almış və iddiaçı tərəfindən təqdim olunan sübutlar iddia tələbinin əsaslı olmasını təsdiq etdiyi halda apellyasiya instansiya məhkəməsi mötəbər olmayan sübutlara istinad etməklə səhv nəticəyə gələrək, apellyasiya şikayətini təmin etməmişdir. Belə olan halda da apellyasiya instansiya məhkəməsi qeyd olunan prosessual hüquq normalarının tələblərini nəzərə almamış, iş üzrə əhəmiyyətli halları düzgün müəyyən etməmiş, nəticədə də sadalanan prosessual hüququ normalarının tələblərini kobud şəkildə pozaraq qanunsuz qətnamə qəbul etmişdir. MPM-in 64.2-ci maddəsi: Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələblərindən də məlum olduğu kimi mütəxəssis məhkəmə iclasında iştirak etməyə və tərəflərin verdiyi suallara cavab verməyə borcludur. Lakin məhkəmə tərəfindən dəvət edilmiş mütəxəssis iştirak etdiyi məhkəmə iclasında ona verilən sualları cavablandırmaqdan yayınmış və bildirmişdir ki, iş materialları ilə tanış deyil. Bu səbəbdən də mütəxəssisə iş materialları ilə tanış olması üçün vaxt verilərək məhkəmə iclası təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasında mütəxəssis özü iştirak etməmiş, sadəcə tərtib etdiyi rəyi məhkəməyə göndərməklə kifayətlənmişdir. Işə baxan məhkəmə isə mütəxəssisin iclasda iştirakını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı tərəf rəydə qeyd olunan hallarla bağlı suallarına cavab almaq hüququndan məhrum edilmişdir. MPM-in 97.1-ci maddəsi: işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Bundan əlavə yuxarıda da qeyd edilmiş məhkəmə tərəfindən cəlb edilmiş mütəxəssisin qərəzli olması ilə bağlı kifayət qədər şübhələr vardır və həmin rəy mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də iddiaçı tərəfindən apellyasiya baxışı zamanı müstəqil ekspertin rəyinin alınması ilə bağlı vəsatət verilmiş, lakin məhkəmə tərəfindən həmin vəsatət də təmin edilməmişdir. MPM-in 102.1-ci maddəsi: Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. MPM-in 103.1-ci maddəsi: Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bununla əlaqədar qanunvericiliyin tələblərini nəzərə alaraq bildirilir ki, məhkəmə tərəfindən ekspertiza təyin olunmalı və ya işə müstəqil ekspert cəlb olunmalı idi. Lakin məhkəmə bu vəzifəsini də yerinə yetirməmiş və bununla da qeyd olunan prosessual hüquq normaları ilə bağlı da pozuntuya yol vermişdir. MPM-in 217.1-ci maddəsi: Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPMin 217.3-cü maddəsi: Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göründüyü kimi qeyd olunan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz. Bundan əlavə məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Cavabdehin vəkili qismində iştirak edən vəkil1 kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq qeyd etmişdir ki, verilmiş kassasiya şikayəti əsassızdır və formal xarakter daşıyır. Etirazda bildirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını və sübutları ətraflı və hərtərəfli şəkildə araşdırmaqla maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, nəticə etibarilə qanuni və əsaslandırılmış qərar qəbul etmişdir. Bütün bunlara əsasən iddiaçının kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 11. 1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;
36. Maddə 12.1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;
37. Maddə 65.1. Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
38. Maddə 65.2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
39. Maddə 65.3. Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
40. Maddə 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
41. Maddə 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
42. Maddə 65.7 Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.
43. Maddə 67.1 Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
44. Maddə 70, “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”
45. Maddə 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
46. Maddə 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Bununla yanaşı, attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olnıadtqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
52. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
53. Kassasiya şikayətini dəlilləri ilə bağlı qeyd edir ki, dəlillər əsasən işin faktiki hallarının araşdırılmaması və sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır. MPM-nin 407.2-ci maddəsinə əsasən bu dəlillər kassasiya baxışının predmeti ola bilməz. Sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir, kassasiya instansiyası məhkəməsi tərəfindən isə sübutların araşdırılması və qiymətləndirilməsi həyata keçirilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş normalara riayət edilib-edilmədiyi yoxlanılır.
54. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilmiş, kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verilməmişdir.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.