Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1369/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin boşaldılması, mənzildən çıxarılma, əqdin etibarsızlığı, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı İddiaçı ilkin iddia üzrə cavabdeh Cavabdeh MMC-yə qarşı “mənzilin boşaldılması, maneəsiz giriş-çıxışın təmin edilməsi və sərbəst istifadəsinə şərait yaradılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alğı-satqı müqaviləsinin və arayışın etibarsız hesab edilməsi, müqavilənin ləğvinin qanuni sayılması” qarşılıqlı iddia tələbinə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Cavabdeh MMC (Satıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış **-* nömrəli, ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı * saylı mənzili “Alıcı”ya verməyi, “Alıcı” isə həmin mənzilin dəyərini müqavilə bağlanarkən birdəfəlik ödənilməklə almasını öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, mənzilin hər kv.m dəyəri oxdan-oxa hesablamaqla 1026.80 manat, ümumi qiyməti 100.000 manat tərəflər arasında aparılmış razılaşma ilə müəyyən edilmişdir.
2. **-* nömrəli, ##.##.2020-ci il tarixli Cavabdeh MMC tərəfindən İddiaçı verilmiş arayışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu ("B" və "C") 18 mərtəbəli yaşayış binasının "C" bloklu 3-cü mərtəbəsində ümumi sahəsi 97.39 kv.m. olan 2 otaqlı * saylı mənzilin ümumi dəyəri 100.000 manat nəğd şəkildə tam ödənilmişdir.
3. ##.##.2022-ci il tarixli, "xxxx” MMC-nin 100% payına sahib olan təsisçisi X5, X7 və "xxxx” MMC-nin direktoru X4 aralarında bağlanmış müqavilədən görünür ki, Mühasib-Əlizadə, Natiq, Talıbova (Fikrət) tam ödənişsiz 3 mənzil verilmişdir.
4. Cavabdeh MMC-nin ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında qərarından görünür ki, İddiaçı görüləcək (lakin görülməyən) işlərin müqabilində ona verilmiş mənzilin dəyərindən MMC-yə bir manat da ödəməməsinə baxmayaraq aldatma yolu ilə ələ keçirdiyi mənzili özündə saxlayır. Bu isə qeyri-qanuni və əsassız olduğundan ləğv edilməlidir. İddiaçı uzun müddət vergi orqanlarında, o cümlədən məsul vəzifələrdə işləmişdir, hüquqşünas təhsilinə malikdir, son illər hüquqşünaslıq və mühasibatlıq üzrə auditor fəaliyyəti ilə məşğul olur və bu sahələrə aid yüksək biliklərə malikdir. O çox gözəl bilir ki, ödənilən pula dair ona kassa mədaxil qəbzi verilməlidir. O mənzilin dəyərini ödəmədiyinə görə ona belə qəbz verilməmişdir. Qeyd olunanlara əsasən, İddiaçı ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B" və "C") 18 mərtəbəli yaşayış binasının "C" blokunun 3-cü mərtəbəsində, ümumi sahəsi 97.39 kv.m. olan 2 (iki) otaqlı 6 (altı) saylı mənzilin verilməsinə dair ##.##.2020-ci il tarixli **-* nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi qərara alınmışdır.
5. Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, dəyərini ödəmədiyinə görə aldatma yolu ilə ələ keçirdiyi, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu ("B” və ”C") 18 mərtəbəli yaşayış binasının "C" bloku, 3- cü mərtəbədə, ümumi sahəsi 97.39 kv.m. olan 2 otaqlı * saylı mənzilin verilməsinə dair ##.##.2020-ci il tarixli **-* nömrəli alğı-satqı müqaviləsi ləğv edilmişdir.
6. ****** nömrəli, ##.##.2022-ci il tarixli qəbzin surətindən görünür ki, X4 tərəfindən İddiaçı “Go Ekspress” poçtu vasitəsilə göndərilmiş məktub ünvanına çatmamışdır. Səbəb kimi qapının bağlı olması göstərilmişdir.
7. Bakı Şəhəri Nərimanov Rayon Prokurorluğunun “cinayət işinin rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli, ***-C-** saylı qərarından görünür ki, hazırkı iş üzrə iddiaçının, hazırkı iş üzrə cavabdeh MMC-nin ona qarşı etdiyi hərəkətlər ilə bağlı verdiyi şikayət üzrə aparılmış araşdırmanın nəticəsi ilə hər hansı cinayət hadisəsinin baş verməsi müəyyən edilməmişdir. Buna görə də, toplanmış material üzrə cinayət işinin başlanması Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945-ci məhəllədə yerləşən “C” blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 97,39 kv.m. olan 2 otaqlı, * saylı mənzilin cavabdeh Cavabdeh MMC tərəfindən boşaldılması, mənzilə maneəsiz girişçıxışın təmin olunması və sərbəst istifadəsinə şərait yaradılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh MMC ilə aralarında ##.##.2020-ci il tarixli, **-* nömrəli alğı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı * saylı mənzil ona satılmışdır. Sözügedən alğı-satqı müqaviləsinə əsasən mənzilin ümumi dəyəri 100.000 manat müəyyən edilmişdir. ##.##.2020-ci il tarixində tərəfindən 100.000 manat nağd şəkildə Cavabdeh MMC-yə ödənilmiş, müvafiq olaraq həmin tarixdə **-* saylı arayış verilmişdir. Lakin, Cavabdeh MMC müvafiq alğı-satqı müqaviləsinə əsasən, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, mənzilə mülkiyyət və ondan istifadə hüquqlarını məhdudlaşdırmışdır. ##.##.2025-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı * saylı mənzilin boşaldılması, mənzilin ona və ya onun nümayəndəsinə təhvil verilməsi, mənzildə giriş-çıxışın təmin edilməsi və mənzildən istifadə üçün ona şərait yaradılması xahişi ilə Cavabdeh MMC-yə ərizə ilə müraciət olunmuşdur. Lakin Cavabdeh MMC-nin üzərinə düşən öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı hələ də nəticə mövcud deyildir. Öhdəliyin yerinə yetirilməməsinin nəticəsi olaraq, həmin tələb ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. ##.##.2020-ci ildə tərəflər arasında imzalanmış alğı-satqı müqaviləsinə əsasən müqavilənin predmeti “Satıcı”ya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək, bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı * saylı mənzilin “Alıcı”ya verməsindən, “Alıcı”nın həmin mənzilin dəyərini müqavilə bağlanarkən birdəfəlik ödənilməklə almasından ibarətdir. Müqavilənin 3-cü maddəsində mənzilin qiyməti və hesablaşma qaydası müəyyən olunmuşdur. Mənzilin hər kv.m, dəyəri oxdan-oxa hesablamaqla 1026.80, ümumi qiyməti 100.000 manat tərəflər arasında aparılmış razılaşma ilə müəyyən edilmişdir. Mənzilin 100.000 manat məbləğində ümumi dəyəri "Alıcı" tərəfindən "Satıcıya" bu müqavilə imzalanarkən nağd şəkildə ödənilməlidir. Müqavilənin 6-cı maddəsində tətbiq olunan hüquq və mübahisələrin həlli qaydası müəyyən olunmuşdur.
10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddiasının rədd edilməsi, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B" və ”C") 18 mərtəbəli yaşayış binasının "C" bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97.39 kv.m olan 2 otaqlı * saylı mənzilin verilməsi barədə ##.##.2020-ci il tarixli **-* nömrəli alğı-satqı müqaviləsi və həmin tarixli arayışın etibarsız hesab edilməsi, X4 ##.##.2020-ci il tarixli **-* nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi haqqında ##.##.2022-ci il tarixli qərarın qanuna uyğun qəbul edilmiş sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ##.##.2020- ci il tarixində MMC-nin direktoru X5 adına yazılı ərizə ilə müraciət edərək onun "Hüquqşünas-auditor" vəzifəsinə işə qəbul edilməsini xahiş etmişdir. ##.##.2020-ci il tarixində MMC-nin direktoru X5 tərəfindən onunla ayda 1102 manat əmək haqqı müəyyən edilərək "Hüquqşünas-auditor" vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanılmış və müvafiq əmr verilmişdir. Işə götürülən zamanı İddiaçı öhdəlik götürmüşdür ki, MMC tərəfindən alınan tikinti malmateriallarının ƏDV-sini o ödəyəcək, bu məsələ ilə bağlı vergi orqanları ilə MMC arasında heç bir problem yaranmayacaq. Bunun əvəzinə MMC tərəfindən tikilən binada ona pulsuz bir mənzil veriləcəkdir. İddiaçı "xxxx” MMC-nin icraçı direktoru X4 yanına gələrək bildirmişdir ki, o artıq MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini ödəmişdir. Bunu MMC-nin təsisçisi və direktoru X5 bilir, bu səbəbdən də X5 ona Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli iki bloklu (“B” və ”C”) 18 mərtəbəli yaşayış binasının "C" bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97.39 kv.m olan 2 otaqlı * saylı mənzili vermiş, bu barədə ##.##.2020-ci il tarixli **-* nömrəli alğı-satqı müqaviləsi tərtib etmiş, müqavilə X5 tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. O, müqaviləni X4 təqdim etmiş və xahiş etmişdir ki, ödəniş barədə tərtib etdiyi arayışı imzalasın. X4 müqavilənin həqiqətən də MMC-nin təsisçisi və direktoru X5 tərəfindən imzalandığını və möhürlə təsdiq edildiyini gördükdən sonra İddiaçı tərəfindən faktiki olaraq ödəniş edilmədiyi halda ödəniş barədə tərtib edilmiş və artıq möhürlənmiş arayışı imzalamışdır. Bir müddətdən sonra məlum olmuşdur ki, İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, X5 və X4 aldatmış, MMC tərəfindən alınan tikinti mal-materiallarının ƏDV-sini ödəməmiş, aldatma yolu ilə MMC-nin mənzilini ələ keçirmişdir. Bu barədə X5 və X4 tərəfindən İddiaçı öz iradları və narazılıqları bildirilmiş və mənzilin ya qaytarılması və ya pulunun ödənilməsi tələb edilmişdir. İddiaçı cavabında bildirmişdir ki, o mənzili qaytarmaq istəmir, dəyərini ona verilməli olan əmək haqqının hesabına ödəyəcəkdir. Lakin bu dəfə də İddiaçı ona olan etibardan sui-istifadə edərək MMC-nin rəhbərliyini aldatmışdır. Belə ki, İddiaçı Cavabdeh MMC-nin yeni təsisçisi və direktoru olan X4 məlumatı, xəbəri və razılığı olmadan əmək müqaviləsini pozmuş, Binəqədi Rayon Məhkəməsinə Cavabdeh MMC-yə qarşı iddia ilə müraciət edərək əmək haqqının ödənilməsini tələb etmiş, bu haqda ##.##.2022-ci il tarixli *(***)- ****/**** saylı məhkəmə əmri verilmiş və "xxxx” MMC-nin yeni direktoru X4 pulu İddiaçı nağd şəkildə ödəmək məcburiyyətində qalmışdır. ##.##.2022-ci il tarixində məhkəmə əmri ləğv edilmişdir. İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, etibardan sui-istifadə etmək və aldatma yolu ilə bir manat da ödəmədiyi halda MMC-nin mülkiyyəti olan mənzili ələ keçirməsi səbəbindən "xxxx” MMC-nin direktoru X4 ##.##.2022-ci il tarixli qərarı ilə mənzilin verilməsinə dair ##.##.2020-ci il tarixli **-* nömrəli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Bu barədə ona ##.##.2022-ci il tarixində qərar da əlavə edilmiş rəsmi məktubla bildirilmişdir. Məktub ona “xxxx” sürətli poçt xidməti vasitəsi ilə göndərilmişdir. İddiaçı uzun müddət vergi orqanlarında, o cümlədən məsul vəzifələrdə işləmişdir, hüquqşünas təhsilinə malikdir, son illər hüquqşünaslıq və mühasibatlıq üzrə auditor fəaliyyəti ilə məşğul olur və bu sahələrə aid yüksək biliklərə malikdir. Təəssüflər olsun ki, o bu biliklərini başqasının əmlakını ələ keçirmək üçün istifadə edir. O bilir ki, ödənilən pula dair ona kassa mədaxil qəbzi verilməlidir. İddiaçı mənzilin dəyərini ödəmədiyinə görə ona kassa mədaxil qəbzi verilməmişdir. Bu da onu sübut edir ki, dedikləri yalandır. Hazırda ona olan etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi mənzili qanuniləşdirməyə cəhd edir ki, bu da qanunlara zidd olduğundan yolverilməzdir. Burada qeyd etmək zəruridir ki, müqavilə və arayış MMC-nin kargüzarlıq xidməti tərəfindən deyil onun özü tərəfindən tərtib edilmişdir. Həmin mənzil hazırda boşdur və başqa şəxsə verilməmişdir. Əgər İddiaçı mənzilin dəyərini ödəyərsə, mübahisə edilən mənzil onun adında saxlanıla bilər. Lakin İddiaçı mənzilin dəyərini ödəməkdən yayınır və məhkəmə aktı əldə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirdiyi əmlakı öz adında saxlanılmasına çalışır. Iddia ərizəsində o göstərmişdir ki, mübahisənin məhkəmədən kənar danışıqlar yolu həll edilməsi üçün ##.##.2025-ci il tarixində Cavabdeh MMC-yə rəsmi müraciət etmişdir. Onun ##.##.2025-ci il tarixli ərizəsi ümumiyyətlə mövcud deyildir. Bu hal onun ərizəsinin poçta təhvil verilməsi barədə poçt zərfinin üzərindəki möhürlə sübut olunur. Bundan əlavə poçt vasitəsi ilə həmin ərizə MMC-yə ##.##.2025-ci ildə təqdim edilmişdir. Həmin ərizədə ümumiyyətlə heç bir tarix əks etdirilməyib.
12. Ilkin iddia üzrə iddiaçı İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh MMC və onun arasında ##.##.2020-ci il tarixli, **-* nömrəli alğı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı * saylı mənzil ona satılmışdır. Müqaviləyə əsasən müəyyən edilmiş 100.000 manat nağd şəkildə iddiaçıya ödənilmişdir. ##.##.2020-ci il tarixli xxxx onun iddiaçıya hər hansı borcunun olmadığını təsdiq edir. Sözügedən arayış Cəmiyyətin direktoru Şahlar Qurbanovun imzası və möhürü ilə təsdiq edilmişdir. Göstərilənlər qarşılıqlı iddia ərizəsində qeyd edilənlərin əsassız olduğu, uydurma ifadələrdən ibarət olduğu aşkardır. Müqavilənin predmeti ilə tərəflərin niyyəti eynidir. Həmçinin alğı-satqı müqaviləsi Plenumun Qərarında göstərilən şərtlərə əməl edilməklə tərəflərin iradə sərbəstliyi əsasında tərtib edilmişdir. Alğı-satqı müqaviləsinin məzmununa əsasən, Cavabdeh MMC Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında inşa ediləcək bir girişli (“B” və “C”) 18 mərtəbəli yaşayış binasının “C” bloku, 3-cü mərtəbəsində, ümumi sahəsi 97,39 kv.m olan 2 otaqlı * saylı mənzili İddiaçı verməyi, İddiaçı isə bunun müqabilində 100.000 manat mənzilin dəyərini Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyərinin tərəfindən ödənildiyi xxxx ilə təsdiq edilir. Iddiaçı qarşılıqlı iddia ərizəsində müqavilə əsasında yaranmış öhdəliklərin yerinə yetirilmədiyini qeyd edir. Belə ki, müqavilə üzrə onun üzərinə götürdüyü əsas öhdəlik mənzilin dəyərinin ödənilməsidir, sözügedən öhdəliyin tərəfindən icra olunduğu məhkəməyə təqdim etdiyi xxxx ilə də təsdiq edilir. Qarşılıqlı iddia ərizəsində qeyd edilən digər öhdəliklər müqavilədə nəzərdə tutulmamışdır. Bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Eyni zamanda Cavabdeh MMC-nin müqaviləni birtərəfli qaydada ləğv etməsi qanunsuzdur. Iddiaçı bildirir ki, MMC-nin direktoru X4 ##.##.2022-ci il tarixli qərarı ilə ##.##.2020-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Bu barədə ona ##.##.2022-ci il tarixində “xxxx” surətli poçt xidməti vasitəsilə ilə rəsmi məktub göndərilmişdir. Müqavilənin ləğvi ilə bağlı ona hər hansı məktub təqdim edilməmişdir. Iddiaçının qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi ****** nömrəli poçt qəbzində məktubun kimə göndərildiyi, kimdən göndərildiyinə dair hər hansı məlumat qeyd edilməmişdir. Bu halda iddiaçı həmin qəbzə istinadən qərarın ona təqdim edildiyini hesab edə bilməz. Əlavə olaraq iddia ərizəsi ##.##.2025-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə təqdim edilmişdir. Bununla yanaşı həmin tarixdən AVIS informasiya sistemindən elektron qaydada iddia ərizəsi MMC-yə təqdim edilmişdir. Iddia ərizəsinin Cavabdeh MMC-yə göndərilməsinə dair AVIS-dən çıxarış iddia ərizəsinə qoşma edilərək məhkəməyə təqdim edilmişdir. Həmçinin ##.##.2025-ci il tarixində iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən isə qarşılıqlı iddia ərizəsi ##.##.2025-ci il tarixində təqdim edilmişdir.
13. Şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, təmir-tikinti şirkətində işləyir. İddiaçı də 7 il olar ki, tanıyır. O, Rahim bəyin mənzili olduğunu bilirdi və Rahim təmirə başlamaq niyyətində idi. Bu məqsədlə onlar həmin binaya getmişlər. Mənzilin qapısı var idi, lakin açar mövcud deyildi. Onlar mənzilə baxdılar, mənzildə təmir işlərini aparmaq niyyəti ilə ölçü işlərini də həyata keçirdilər. Məlum oldu ki, mənzilin sahəsi 11 kv.m metr azdır. Bu zaman Şahlar bəy dedi ki, çatmayan sahəni qonşu mənzildən kəsib də verə bilər, ya da mənzil satılsın çatmayan sahənin də fərqini Şahlar bəyin özü ödəyər. Bu söhbətdən sonra bir müddət keçdi. Təqribi olaraq 1 il gözləməli oldular. Çünki mənzil satışa çıxarılmışdı. Lakin binada satış zəif olduğundan satış mümkün olmadı. Həm də mənzilin təmirinə icazə verilmirdi. 2024-cü ildə o, yenidən binaya getmişdir. Bildirmişdir ki, o, mənzilin təmiri ilə bağlı gəlmişdir. Lakin Şahlar bəy icazə vermədi, bildirdi ki, müqavilə təqdim edildiyi təqdirdə təmirə icazə veriləcək. O da bu barədə Rahim bəyə məlumat vermişdir. Həmin vaxtdan bir müddət sonra onlar ikili müqaviləni onlara deyilən ünvana poçt vasitəsilə göndərmişlər. Şahlar bəy mənzilin əvəzinə 2-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi də göstərmişdi. Onlar həmin qeyri-yaşayış sahəsinə də baxmışlar. Lakin o, Rahim bəyə onun əlverişsiz olduğunu demişdir. Şahlar bəy yenə də aralarında problem olduğunu bildirərək təmirə başlamağa icazə vermirdi. O, Rahim bəylə danışan zaman demişdir ki, Şahlar bəylə aralarında problem var, bu səbəbdən təmirə başlamaq alınmır.
14. Şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, təmir-tikinti şirkətində işləyir. İddiaçı Şahin bəy vasitəsi ilə tanımışdır. Ilk dəfə binaya Şahin bəy onu tək göndərmişdi. Əvvəl onun nə üçün gəldiyini bilmədilər. Şahlar bəy ona mülayim davranırdı. Sonra o bildirdi ki, Rahim bəyin mənzilinin təmiri ilə bağlı gəlmişdir. Bundan sonra onunla çox kobud formada danışmağa başladı. O mənzilə baxmaq istədiyini desə də ona icazə vermədi. Ilk dəfə o, binaya 2023-cü ildə getmişdir. 1 il keçdikdən sonra yenidən mənzilə baxmaq üçün getmişdir. Həmin vaxt da təmirə başlamaq üçün getmişlər. Ona mənzilin sahəsində 10-11 kv.m metr fərq olduğu deyilmişdi. Yenə də təmirə başlamağa icazə verilmədi. Bu barədə Şahin bəyə məlumat verdi. Sonuncu dəfə isə dekabr ayında Şahin bəylə getmişlər. Şirkətin işçiləri də onlarla idi. Mənzildəki zibilləri təmizləməli idilər. Lakin buna icazə verilmədi. Ilk dəfə binaya gedən zaman ona Rahim bəylə aralarında problem olduğunu dedilər. 2-ci dəfə gedən zaman o Şahlar bəyi binada görmədi. Şahlar bəyin işçisi isə onu mənzilə baxmağa qoymadı. Əslində o sonradan binaya getmək istəmirdi. Çünki ilk gedişində çox kobud davranmışlar. 3-cü gedişində çox aqressiv danışdı və bir daha mənzilə baxmağa gəlməməyini bildirdi. Daha sonra Zaur bəyə vəziyyəti bildirmişdir, o da dedi ki, Şahlar bəyin icazəsi olmadan mənzilə buraxa bilməz. 3-cü gedişində aralarında pul mübahisəsi olduğunu və pulla bağlı problem olduğunu bildirdi. O, özü ilə usta da aparmışdı. Lakin ustanın da mənzilə qalxmasına icazə vermədi. Cəmi 6-7 dəfə mənzilə baxmaq üçün getmiş, lakin icazə verilməmişdir.
15. Cavabdeh tərəfindən şahid qismində dindirilmiş X9 bildirmişdir ki, o, 2020-ci ildən binada xadimə kimi işləmişdir. O, Şahlar bəyə çay aparan zaman ofisdə Rahim bəylə mübahisə etdiklərini görmüşdür. Onlar ev alğı-satqısı və pul barədə danışırdılar. Rahim bəy deyirdi ki, maaşdan-maaşa ödəniş edəcək. Sonra isə həmin məsələ barəsində məlumatı olmayıb. Həmin vaxt Rahim bəy də onu ofisdə görmüşdü.
16. Şahid qismində dindirilmiş X12 bildirmişdir ki, o, 2020-ci ildən anbarda işləmişdir. Rahim bəyi də görmüşdür. Mənzil barəsində də eşitmişdir. O, onlar arasında vergi məsələsi olduğunu bilirdi. Rahim bəy şirkətin vergi işlərini həll etməli idi. Lakin həll edə bilməmişdi. O şirkətdə mühasib kimi işləyirdi.
17. Şahid qismində dindirilmiş X1 bildirmişdir ki, 2021-ci ildən o, şirkətdə direktor müavini kimi işləmişdir. Rahim bəyi də tanıyır. O, işlədiyi müddətdə evlə bağlı danışıqlarından məlumatlı idi. Rahim bəyin işçiləri şirkətə gəlib maaşları verirdilər. O bildiyinə görə Rahim bəy vergi işlərini həll etməli idi. Buna görə də ona mənzil verilməli idi. Lakin sonradan məlum oldu ki, vergi işlərini həll etməyib.
18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış ##.##.2020-ci il tarixli, **-* nömrəli alğı-satqı müqaviləsinin ləğv edilmiş hesab edilməsi, qarşılıqlı iddianın qalan hissəsinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının ilk iddia üzrə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdehə) aid edilməsi, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun iddiaçıdan cavabdeh MMC-nin xeyrinə tutulması qət etmişdir (hakim - N.Tağıyeva).
19. Məhkəmə ilkin iddia tələbinə münasibətdə Mülki Prosessual Məcəllənin 78, 217.3, 106.1-ci maddələrinə, “Məhkəmə və hakimlər haqqında” Qanununun 100-cü maddəsinin III hissəsinə əsaslanaraq qeyd etmişdir ki, cavabdeh MMC tərəfindən təqdim olunmuş şahid ifadələri və digər sübutlar iddiaçı ilə MMC arasında bağlanmış müqavilənin faktiki icra olunmadığını, öhdəliklərin real şəkildə yerinə yetirilmədiyini, mübahisəli mənzil üzərində hüquqların cavabdehdən iddiaçıya faktiki keçmədiyini təsdiq etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, ilk iddianın təmin edilməsi qeyri-mümkündür.
20. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, ##.##.2020-ci il tarixli alğısatqı müqaviləsi üzrə qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən öhdəliklərin icra edilməməsi Mülki Məcəllənin 422-ci maddəsi baxımından müqavilənin ləğvi üçün əsas yaratmışdır. Iddiaçının iddia tələbi, bu tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Qarşılıqlı iddia üzrə iddiaçı mənzilin pulunu vermədiyindən alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qarşı tərəfə bildiriş göndərməklə birtərəfli iradə ifadəsi bildirmiş hesab edilir. Bu isə Mülki Məcəllənin 421.3-cü maddəsinin tələblərinə uyğun olaraq müqavilənin həmin andan ləğv edilmiş olduğu mənasına gəlir. Qeyd olunan qanunvericilik normalarından çıxış edərək məhkəmə hesab etmişdir ki, qarşı tərəfə iradə ifadəsi bildirildiyi andan müqavilə ləğv edilmiş hesab olunduğundan, göstərilən hallar müqavilənin ləğv edilmiş hesab edilməsi, yəni müqavilədən birtərəfli qaydada imtina edilməklə xitam verilmiş hesab edilməsi barədə qətnamənin çıxarılmasına əsas verir.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5, 16, 324, 337, 340, 421, 425, 442, 447, 560-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Ilk iddia üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.
23. Əsasları ilk iddia tələbinin, qarşılıqlı iddiaya qarşı verilmiş etirazın və ilk iddia üzrə iddiaçının birinci instansiya məhkəməsində verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış rayon məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir.
24. Ilk iddia üzrə iddiaçı və onun vəkili bildirmişdir ki, mənzilə görə MMC-yə ödədiyi 100.000 manatla bağlı MMC tərəfindən ona “xxxx” verilməməsi onun üçün əhəmiyyət daşımamışdır, çünki MMC tərəfindən ona verilmiş ##.##.2020-ci il tarixli “xxxx” həmin ödəniş öz əksini tapmışdır.
25. Cavabdeh MMC-nin nümayəndələri və vəkili bildirmişlər ki, MMC tərəfindən iddiaçının adına verilmiş “xxxx” iddiaçının 100.000 manatı MMC-yə ödəməsini təsdiq edə biləcək sübut kimi qiymətləndirilə bilməz. Çünki hər hansı bir ödənişin edilməsi ya “Kassa mədaxil qəbzi”, ya da kassa çeki ilə təsdiq edilə bilər.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ## #### 2025-cü il tarixli qətnamə ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddianın təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev prospekti, 945-ci məhəllədə yerləşən və cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş çoxmənzilli binanın “C” blokunun 3-cü mərtəbəsindəki * saylı mənzil Cavabdeh tərəfindən boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, Cavabdeh üzərinə iddiaçı İddiaçı həmin mənzilə maneəsiz giriş-çıxışının təmin edilməsi və mənzildən sərbəst istifadəsinə şərait yaratması vəzifəsinin qoyulması, qarşılıqlı iddianın təmin edilməməsi, iddia ərizələrinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının cavabdeh Cavabdeh aid edilməsi, ilk iddianın və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı İddiaçı ödədiyi dövlət rüsumlarının əvəzi olaraq cəmi 150 manatın Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakimlər – M.Məmmədov (məruzəçi), F.Talışinski və A.Imanov).
27. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, işin hallarından müəyyən edilir və əksi MMC tərəfindən mübahisələndirilmir ki, iddiaçı ilə bağlanmış ##.##.2020-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıya əvvəlcədən məlumat verilməmiş, MMC müqavilənin birtərəfli qaydada ləğv edilməsi haqqında ##.##.2022-ci il tarixdə qərar qəbul etmişdir. Odur ki, qarşılıqlı iddiada ifadə edilmiş bu tələb əsaslı hesab edilə bilməz.
28. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, cavabdeh iddiaçı ilə arasında onun əvəzində ƏDV-nin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı razılaşmanın mövcud olmasını təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, həmin halların baş verməsini sübuta yetirmək vəzifəsi MMC-nin üzərinə düşür. MMC-nin istinad etdiyi şahidlərin ifadələrinə gəldikdə isə qəbul edilməlidir ki, şahid qismində Rayon Məhkəməsi tərəfindən dindirilmiş həmin şəxslərin heç biri iddiaçı ilə MMC arasında bu kimi şərtlərin müəyyən edilməsi zamanı razılaşmada iştirak etdiklərini təsdiq etməmişlər. Göründüyü kimi, MMC ilə iddiaçı arasında ##.##.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas yoxdur və həmin müqavilənin MMC tərəfindən ##.##.2022-ci il tarixdə ləğv edilməsi üçün əsas olmamışdır.
29. Məhkəmə kollegiyası ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, alıcı olaraq iddiaçı ilə satıcı olaraq MMC arasında ##.##.2020-ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi və MMC tərəfindən iddiaçıya verilmiş ##.##.2020-ci il tarixli xxxx etibarsız deyil, həmin müqavilənin MMC tərəfindən ##.##.2022-ci il tarixdə ləğv edilməsi üçün qanuni əsas olmamışdır. Belə olan halda qəbul edilməlidir ki, MMC-nin həmin alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü icra edilməmiş öhdəliyi mövcuddur. Odur ki, ilkin iddia tam həcmdə əsaslıdır.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339, 385, 386, 421, 423, 427, 442, 448, 567, 568, 569-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış ## ###### 2020-ci il tarixli **-* nömrəli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi, iddia ərizəsinə qarşı verilmiş etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi mülki işi düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, cavabdeh "xxxx” MMC-nin hüquqlarının pozulması ilə nəticələnən yekun qərar qəbul etmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz və etiraza əlavə göndərərək, şikayətin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin
35. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
38. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
39. Maddə 421.2. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
40. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
41. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
42. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
43. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
44. Maddə 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
45. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
46. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
47. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.
48. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
56. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.
59. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
60. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
62. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
64. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.