Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1372/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Iddiaçı İddiaçı ##.##.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin X5 Idman şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir;
3. Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli *** nömrəli Fərmanına əsasən Nazirlik yanında Dövlət Sosial Təminat Xidməti Nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmişdir;
4. Iddiaçı ##.##.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir;
5. Tərəflər arasında bağlanmış ##.##.2020-ci il tarixli Əmək müqaviləsinə əsasən iddiaçı İddiaçı X5 Idman şöbəsinin şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi birinci ay sınaq müddəti hesab edilməklə 3 (üç) ay müddətinə bağlanmışdır;
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ##.##.2025-ci il tarixli əmri ilə İddiaçı əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixinədək əmək məzuniyyətində olması səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) ##.##.2025-ci il tarixindən xitam verilmişdir;
7. Iddiaçı tərəfindən mediasiya təşkilatına ərizə ilə ##.##.2025-ci il tarixində müraciət edilmiş, ##.##.2025-ci il tarixdə cavabdehə mediasiya təklifi göndərilmiş və Bakı ** saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli MŞB/**/****-***** nömrəli arayışına əsasən ilkin mediasiya sessiyası davam etdirilə bilməmişdir;
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi * saylı DOST Mərkəzinin ##.##.2025-ci il tarixli arayışına əsasən İddiaçı (FIN: *******) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 1-ci dərəcə əlilliyi olan (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan) şəxs - X2 qulluğa görə 100 manat məbləğində Prezident təqaüdü alır. Təyinatın bitmə tarixi: müddətsiz;
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin ##.##.2025-ci il tarixli arayışına əsasən ##.##.1968-ci il təvəllüdlü X4 hər iki süd vəzisində piy involyusiyası fonunda minimal fibroqlandulyar toxuma qeyd olunur. Əsas diaqnoz: C15.5qida borusunun aşağı üçdə birini bədxassəli yenitörəməsi;
10. Azərbaycan Respublikası “xxxx” X1 **** saylı, ##.##.2025-ci il tarixli ambulator kitabçadan çıxarışa əsasən ##.##.1964-cü il təvəllüdlü X2 H26.2 OU- fəsadlı katarakta diaqnozu qoyulmuşdur. ##.##.2025-ci il tarixdə OS-kataraktanın fakoemulsifikasiyasi və aspirasiyası + büllur protezinin taxılması cərrahi əməliyyatı icra olunmuşdur;
11. Azərbaycan Respublikası “xxxx” X1 **** saylı, ##.##.2025-ci il tarixli ambulator kitabçadan çıxarışa əsasən ##.##.1964-cü il təvəllüdlü X2 fəsadlı katarakta diaqnozu qoyulmuşdur. ##.##.2025-ci il tarixdə OD-kataraktanın fakoemulsifikasiyasi və aspirasiyası + büllur protezinin taxılması cərrahi əməliyyatı icra olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Iddiaçı məhkəməyə müraciət edərək, işə bərpa olunmağı, qanunsuz və xəbəri olmadan xitam verilmiş əmək müqaviləsinin etibarsız hesab edilməsini, əmək müqaviləsinin müddətsiz hesab edilməsini və əmək müqaviləsinin ləğvi tarixindən xəbəri olmadığı üçün işdən qanunsuz azad olunduğu tarixdən işə bərpa olunana qədər dövr üçün məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının, cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin X5 şöbə müdiri vəzifəsinə qəbul edilmiş, onunla ##.##.2024-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. Bundan əvvəl isə 2015–2020-ci illərdə ƏƏSMN sistemində eyni vəzifədə çalışmış, struktur dəyişikliyi ilə əlaqədar əmək münasibətləri davam etdirilmişdir. Beləliklə, iddiaçı eyni vəzifədə ümumilikdə təxminən 10 il işləmişdir. ##.##.2025-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra ona əmək müqaviləsinə xitam verildiyi şifahi qaydada bildirilmiş, lakin bu barədə əvvəlcədən xəbərdar edilməmişdir. Işdən çıxarılma əmri və əmək kitabçası ona təqdim edilməmiş, həmçinin X5 tərəfindən 1202 manat məbləğində vəsait ödəmədiyi halda əmək kitabçasının verilməyəcəyi bildirilmışdir. O, işdən çıxarılmasının əməkhaqqı artımı ilə əlaqədar rəhbərliyin şəxsi maraqlarından irəli gəldiyini, əmək fəaliyyətində intizam pozuntusuna yol vermədiyini və hər hansı intizam tənbehi almadığını qeyd etmişdir. Həmçinin bildirmişdir ki, birinci Qarabağ müharibəsi veteranı, İ dərəcə əlilliyi olan atası Arif Zülfüqarov və onkoloji xəstəlikdən əziyyət çəkən, II qrup əlil olan anası onun himayəsindədir və ailənin yeganə dolandıranı odur. Iddiaçı qeyd etmişdir ki, atası işdən çıxarılma səbəblərini öyrənmək üçün idarəyə müraciət etdikdə, qəbul zamanı hörmətsiz münasibətlə qarşılaşmışdır. O, həmçinin atasına qulluq etməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan təminatların ona şamil edildiyini işəgötürənin diqqətinə çatdırsa da, buna məhəl qoyulmadığını bildirmişdir. Əmək hüquqlarının pozulduğunu hesab edən iddiaçı X3 Xidmətinə müraciət etmiş, həmçinin Bakı ** saylı Mediasiya Təşkilatı tərəfindən ##.##.2025-ci il tarixli MŞB/**/****-***** nömrəli mediasiya arayışı almışdır.
14. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir.
15. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda iddianın əsassız olduğunu bildirərək qeyd etmişdir ki, iddiaçı ##.##.2015-ci ildən X5 şöbə müdiri vəzifəsində çalışmış, sonradan dövlət qurumlarında aparılan struktur dəyişiklikləri nəticəsində müxtəlif təşkilati dəyişikliklər baş vermişdir. Agentlik bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına əsasən Sosial Xidmətlər Agentliyi yaradılmış, lakin Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olmamışdır. Cavabdehin izahatına görə, iddiaçının müraciəti əsasında onunla ##.##.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmış, sonradan həmin müqavilənin müddəti bir neçə dəfə uzadılmış və ümumilikdə 4 il 6 ay təşkil etmişdir. Müqavilənin müddəti başa çatdığından, iddiaçıya ##.##.2025-ci il tarixdə yazılı xəbərdarlıq edilmiş və ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi və 73-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinin müddətli xarakter daşıması iddiaçıya məlum olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. Buna görə də müqaviləyə qanunvericiliyin tələblərinə uyğun qaydada xitam verilmiş, hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan təminatlar 73-cü maddə üzrə müqaviləyə xitam verilən hallara şamil edilmir. Bundan əlavə, cavabdeh iddiaçının Əmək Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan bir aylıq məhkəməyə müraciət müddətini ötürdüyünü göstərərək, “əmək müqaviləsinə xitamın etibarsız hesab edilməsi, müqavilənin müddətsiz hesab olunması və məcburi iş buraxmaya görə əməkhaqqının tutulması” tələblərinə dair iddianın təmin edilməməsini xahiş etmişdir.
16. Cavabdeh Sosial Xidmətlər Agentliyi ##.##.2025-ci il tarixli iddia müddətinin tətbiq barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı əmək müqaviləsinə xitam verildiyini ##.##.2025-ci il tarixdən bildiyi halda, yalnız ##.##.2025-ci il tarixdə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesi ##.##.2025-ci il tarixdə başa çatdıqdan sonra isə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı əmək mübahisələri üzrə nəzərdə tutulmuş 1 aylıq müraciət müddətini ötürmüşdür. Bu səbəbdən Mülki Məcəllənin 375-ci maddəsinə əsasən iddia müddətinin tətbiq olunmasını və iddiaçının əmək müqaviləsinin etibarsız hesab edilməsi, müddətsiz hesab olunması və məcburi iş buraxmaya görə əməkhaqqının tutulması barədə iddiasının rədd edilməsini məhkəmədən xahiş edilmişdir.
17. Iddiaçının nümayəndəsi vəkil2 ##.##.2025-ci il tarixli vəsatətində bildirmişdir ki, iddiaçı İddiaçı İ Qarabağ müharibəsində qolunu itirmiş və İ dərəcə əlilliyi olan atasına qulluq etdiyinə görə təqaüd alır. O, Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edərək, öhdəsində orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərin əmək müqaviləsinin müəyyən hallarda ləğv edilməsinin qadağan olunduğunu qeyd etmişdir. Həmçinin cavabdehin iddia etdiyi kimi müəssisə ləğv edilməmiş, iddiaçı uzun müddət eyni vəzifədə çalışmış və rəhbərlik dəyişməmişdir. Onun sözlərinə görə, iddiaçı ilə son haqq-hesab düzgün aparılmamış, 2025-ci il üzrə məzuniyyət pulunun ödənilibödənilmədiyini müəyyən etmək üçün müvafiq hesablamaların cavabdehdən tələb olunması zəruridir.
18. Iddiaçının nümayəndəsi vəkil2 ##.##.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, iddiaçı əslində əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən deyil, cavabdeh tərəfindən keçirilən qiymətləndirmənin nəticələrinə görə işdən uzaqlaşdırılmışdır. Onun sözlərinə görə, qiymətləndirmə zamanı iddiaçıya vəzifəsinə aid olmayan suallar verilmiş, eyni qiymətləndirmədən keçməyən digər işçilər isə işdə saxlanılmışdır. Nümayəndə qeyd etmişdir ki, cavabdeh məhkəmə iclasında da belə qiymətləndirmənin keçirildiyini etiraf etmişdir. Iddiaçıdan əmək müqaviləsinə xitamla bağlı sənədləri imzalaması tələb edilmiş, lakin o, bununla razılaşmamışdır. Sonradan ona yenidən işə qəbul ediləcəyi vəd edilmiş, buna görə də müəyyən müddət gözləmişdir. Nümayəndənin mövqeyinə görə, cavabdeh bu hərəkətləri ilə Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələblərini pozmuş və əmək müqaviləsinə formal olaraq müddətin bitməsi əsası ilə xitam verməklə Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan təminatlardan yayınmağa çalışmışdır. Bundan başqa, iddiaçının ağır xəstə valideynlərinə qulluq etməsi, atasının ürək və göz problemləri, anasının onkoloji xəstəliyi səbəbindən vaxtında məhkəməyə müraciət edə bilmədiyi qeyd olunmuşdur. Bu səbəblərin iddia müddətinin ötürülməsinin üzrlü səbəbi hesab edilməli olduğu göstərilərək, iddia müddətinin bərpa olunması və işə bərpa tələbinə mahiyyəti üzrə baxılması məhkəmədən xahiş edilmişdir.
19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(004) ****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin iddiaçı İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinin (##.##.2020-ci il tarixli dəyişikliklə) müddətsiz hesab olunması, iddiaçı İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin X5 Idman şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı işdən çıxarıldığı ##.##.2025-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının (tərkib hissəsinə daxil olan ödənişlərlə birlikdə) hesablanaraq ödənilməsi qət edilmişdir (hakim Gülnar Babazadə).
20. Məhkəmə müəyyən etmişdir ki, ##.##.2025-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin başa çatması əsası ilə xitam verilmişdir. Lakin iş materiallarından görünür ki, iddiaçının əmək münasibətləri eyni iş yerində və eyni vəzifədə 10 ildən artıqdır ki, faktiki olaraq fasiləsiz surətdə davam etmişdir. Bu isə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətsiz hesab edilməsinə səbəb olan hüquqi haldır.
21. Hazırkı halda işəgötürən ilə müqavilənin müddətli bağlanmasına dair işçinin razılığının olması halı müəyyən edilmir. Belə olan halda, müddətli əmək müqaviləsinin bağlanması halının olmaması təsdiqini tapır. Bu halda isə mövcud olmayan müqavilə üzrə hər hansı müddətdən söhbət gedə bilməz. Məhkəmə qeyd etmişdir ki, işəgötürən hesab etmişdir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. Iradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olubolmadığı
22. aydınlaşdırılmalıdır. Iradə- insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. Iradənin olubolmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. Işçinin iradə və motivi müəyyən olunmur: işçinin izahatından görünür ki, o, 10 ildən çoxdur ki həmin vəzifədə çalışır. Onun əmək müqaviləsinin müddətinin 4 il 3 ay 1 gün olması ilə bağlı razılığı olmamışdır, demək ki onun müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur.
23. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilən və iş materiallarına əlavə edilmiş arayış və tibbi sənədlərdən aydın olur ki, X2 görə müddətsiz 100 manat məbləğində Prezident təqaüdü alır. O, ailənin yeganə dolandırıcısı olmaqla yanaşı, səhhətində ağır problemlər olan valideynlərinə — 2-ci dərəcəli əlil olan anasına və xroniki xəstəlikdən əziyyət çəkən, vətənin müdafiəsi uğrunda yaralanaraq 1-ci dərəcə əlilliyi müəyyən olunan atasına qulluq edən şəxsdir. Bu hallar iddiaçıya münasibətdə sosial həssaslıq meyarlarının mövcudluğunu təsdiq edir və onun işdən azad edilməsinin həm ailənin sosial müdafiə vəziyyətinə, həm də Konstitusiyanın 38-ci maddəsi ilə təsbit olunmuş sosial təminat hüququna bilavasitə təsir etdiyini göstərir.
24. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ##.##.2025-ci il tarixdə işdən çıxarıldığını bilsə də, məhkəmə ##.##.2025-ci il tarixdə mediasiya təklifi göndərmiş və ##.##.2025-ci il tarixdə mediasiya arayışı tərtib edilmişdir. ##.##.2025-ci il tarixdə isə məhkəməyə müraciət olunmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaçının iddia müddətini ötürməsinin üzrlü halı mövcuddur. Ilk növbədə məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçı xroniki xəstəlikdən əziyyət çəkən, vətənin müdafiəsi uğrunda yaralanaraq 1-ci dərəcə əlilliyi müəyyən olunan atasına qulluq edən atası Arif Zülfüqarova yeganə qulluq edən şəxsdir və bu əsasla müavinət də alır. Təqdim edilmiş tibbi sənədlərdən də görünür ki, iddiaçının atası əlillikdən əlavə xroniki göz xəstəsidir və ##.##.2025-ci il tarixdə və ##.##.2025-ci il tarixdə cərrahi əməliyyat olunmuşdur. Bundan əlavə, iddiaçının anası onkoloji xəstəlikdən əziyyət çəkir. Davamlı olaraq həkim müayinə və müalicəsində olduğu tibbi sənədlərlə müəyyən edilir. Bundan əlavə iddiaçı izahatında işdən azad olunan vaxt ona yenidən işəgötürənə müraciət etməsi, mümkün olacağı halda işlə təmin olunacağı bildirildiyini qeyd edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin buraxılmış iddia müddətinin üzrlü hesab edilməsi barədə ərizəsinə qiymət verərək hesab etmişdir ki, yuxarıda göstərilən hallar nəzərə alınmaqla iddia müddətinin buraxılması üzrlü hesab edilməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin 7-ci maddəsinin 3-cü hissəsinə, 45-ci maddəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 2-ci hissənin “b” bəndinə, 47-ci maddəsinin f bəndinə, 70-ci maddəsinə, 73-cü maddəsinin 1-ci hissəsinə, 77-ci maddəsinə, 83-cü maddəsinin 1-ci və 2ci hissələrinə, 300-cü maddəsinin 1-ci bəndinə, 296-cı maddəsinin 2-ci, 3-cü, 6-cı hissələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2011-ci il tarixli qərarına, Mülki Məcəllənin 379.1, 379.1.6-cı maddəsinə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1, 35.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.2, 128.3, 129.3, 129.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti iddiaya qarşı verilmiş etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia müddəti ilə bağlı qanunvericiliyin tələblərini nəzərə almamışdır. Iddiaçı əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə xitam verildiyini bildiyi halda yalnız ##.##.2025-ci il tarixdə mediasiyaya, ##.##.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmiş və bununla da əmək mübahisələri üzrə müəyyən edilmiş 1 aylıq müraciət müddətini ötürmüşdür. Iddia müddətinin buraxılması üçün göstərilən səbəblər üzrlü hesab edilə bilməz. Iddiaçının atasının əlilliyi, göz əməliyyatları və anasının onkoloji xəstəliyi iddia müddətinin uzun müddət ötürülməsini əsaslandırmır. Belə ki, iddiaçı həmin dövrdə məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Məhkəmə iddia müddətinin bərpası məsələsini öz təşəbbüsü ilə qaldırmış, iddiaçıdan əlavə sübutlar tələb etmiş və bununla prosessual qanunvericiliyin tələblərindən kənara çıxmışdır. Həmçinin Sosial Xidmətlər Agentliyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyil və iddiaçı ilə ##.##.2020-ci il tarixdə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti sonradan bir neçə dəfə uzadılmış və ümumilikdə 4 il 6 ay təşkil etmişdir. Əmək müqaviləsinin müddətli xarakter daşıması iddiaçıya məlum olmuş, müqavilə onun tərəfindən imzalanmışdır. Müddətin başa çatması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq əvvəlcədən yazılı xəbərdarlıq edilmiş və əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 73-cü maddəsinin qüvvədə olan redaksiyasını düzgün tətbiq etməmiş, işin hallarını tam araşdırmadan hüquqazidd qətnamə qəbul etmişdir. Buna görə də qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
28. Iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, işəgötürənin əmək müqaviləsinin qarşılıqlı razılıq əsasında müddətli bağlanması barədə mövqeyi əsassızdır. Müqavilənin müddətli bağlanmasına dair iddiaçının həqiqi iradəsi olmamış, bu məsələdə işçinin motiv və iradəsi araşdırılmamışdır. Iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əvvəlcədən xəbərdarlıq edilməmiş, onun İ Qarabağ müharibəsi veteranı və İ dərəcə əlilliyi olan atasına qulluq etməsi, ailənin yeganə gəlir mənbəyi olması nəzərə alınmamışdır. Bildirilmişdir ki, cavabdeh Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələblərini pozaraq iddiaçını təzyiq və hədə-qorxu altında əmək münasibətlərinə xitam verilməsi ilə razılaşmağa məcbur etmişdir.
29. Iddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə vəsatət ünvanlayaraq həmçinin bildirmişdir ki, İddiaçı “hələlik sosial müavinət al, səni işə yenidən bərpa edəcəyik” deyilmiş, nəticədə bir ay müavinət almış, lakin sonradan aldadıldığını və işə bərpa edilmədiyini görüncə cavabdeh orqanı məhkəməyə vermək məcburiyyətində qalmışdır. Bu fakt cavabdehin mövqeyində ziddiyyət olduğunu göstərir. Həmçinin qanuni şəkildə ödənilmiş məzuniyyət haqqının sonradan artıq ödəniş kimi geri tələb edilməsi də işdən azad etmə prosesinin düzgün aparılmadığını göstərir. Bütün bu hallar sübut edir ki, işdən azad etmə formal əsasla rəsmiləşdirilmiş, lakin real səbəb gizlədilmiş və prosedur qanunvericiliyin tələblərinə uyğun aparılmamışdır.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Məhəmməd Rüstəmli - sədrlik edən və məruzəçi, Fərrux Qasımov və Günay Axundova).
31. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ##.##.2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi əsasında Dövlət Sosial Təminat Xidmətinin X5 Idman şöbəsinin müdiri vəzifəsinə işə qəbul olunmuşdur. ##.##.2020-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilmiş, ##.##.2020-ci il tarixli əmrlə ##.##.2020-ci il tarixdən 3 ay müddətinə bağlanmış əmək müqaviləsi əsasında cavabdeh Cavabdehn X5 Idman şöbəsinə şöbə müdiri (aparıcı şöbə) vəzifəsinə təyin edilmişdir. 2015-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında işləyən iddiaçı ilə sonradan müddətli əmək müqaviləsi bağlanmış, bu müddət cavabdeh tərəfindən hər dəfə 3 ay müddətinə uzadılmış və sonda əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə iddiaçı ##.##.2025-ci il tarixdə işdən azad edilmişdir.
32. Iddiaçının ##.##.2015-ci il tarixdən ##.##.2020-ci il tarixinədək 5 ildən artıq müddətdə eyni iş yerində və eyni vəzifədə işlədiyi işin mübahisəsiz halıdır.
33. Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli, *** nömrəli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna birləşdirilmiş, ##.##.2019-cu il tarixli Fərman əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində bir neçə publik hüquqi şəxs, o cümlədən Sosial Xidmətlər Agentliyi yaradılmış, Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan sosial xidmət müəssisələri həmin Agentliyin tabeliyinə verilmiş, Prezidentin ##.##.2020-ci il tarixli **** nömrəli Fərmanı ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilmiş və müəyyən edilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə Sosial Xidmətlər Agentliyinə keçir (iddiaçının işəgötürəninin hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə hazırki cavabdehə keçmişdir).
34. Məhkəmə kollegiyası hesab etmişdir ki, ##.##.2020-ci il tarixindən sonra cavabdeh tərəfindən təşkilati və hüquqi məsələlərin həll edilməsi məqsədilə iddiaçı ilə əmək müqaviləsinə ##.##.2020-ci il tarixində iddiaçının öz ərizəsi əsasında rəsmiləşdirmə aparılmaqla xitam verilmiş, bundan bir neçə gün sonra isə-##.##.2020-ci il tarixində onunla yenidən əmək müqaviləsi bağlanmışdır.
35. Iddiaçı eyni iş yerində və eyni vəzifədə 10 ildən artıq faktiki olaraq fasiləsiz surətdə əmək fəaliyyəti işə məşğul olmuşdur.
36. Işçinin müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağalabatan səbəb olmadan çıxmaqla qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə, həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. Işçinin belə (bir qayda olaraq öz xeyrinə olmayan) addım atması ağlabatan bir səbəblə izah olunmadıqda, həmin razılaşmaların işəgötürənin təşəbbüsü ilə bağlanmasının daha inandırıcı görünür.
37. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının atası İ qrup, anası isə II qrup əlildir, iddiaçı həmçinin atasına qulluğa görə Prezident təqaüdü alır. Iddiaçının atası həmçinin ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində cərrahi əməliyyat olunmuş, iddiaçının anası isə onkoloji xəstəlikdən əziyyət çəkir.
38. Cavabdeh tərəf əməliyyatın birinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməmişdən öncə həyata keçirildiyinə istinad etsə də, nəzərə alınmalıdır ki, əməliyyatdan sonra yaşlı və əlilliyi olan şəxslərin reabilitasiya olunması müəyyən müddət tələb edə bilər və iddiaçının da üzərində bir övlad kimi valideynlərinə qulluq etmək öhdəliyi vardır.
39. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4, 45.5, 47 (f), 68.2 (b), 73.1, 296.1, 296.2, 296.6, 300.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2024-cü il tarixli Qərarına istinadən əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
40. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən araşdırılması məqsədilə apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi işin hallarını tam və obyektiv araşdırmadan, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının 2015–2025-ci illərdə eyni vəzifədə işləməsi əmək münasibətlərinin fasiləsiz və eyni işəgötürənlə davam etməsini göstərmir. Çünki Sosial Xidmətlər Agentliyi əvvəlki qurumun hüquqi varisi deyil və iddiaçı ilə Agentlik arasında bağlanmış əmək müqaviləsi yalnız ##.##.2020-ci ildən ##.##.2025-ci ilədək, yəni 4 il 6 ay davam etmişdir. Buna görə də Əmək Məcəlləsinin 45.5-ci maddəsində nəzərdə tutulan 5 ildən artıq fasiləsiz əmək münasibətləri şərti mövcud olmadığından müqavilənin müddətsiz hesab edilməsi üçün hüquqi əsas yoxdur.
42. Həmçinin iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmış, müqavilə və ona edilmiş sonrakı dəyişikliklər iddiaçı tərəfindən imzalanmışdır. Bu səbəbdən müqavilənin müddətli xarakter daşıması işçinin iradəsi ilə təsdiqlənmiş hesab edilməlidir. Cavabdeh hesab etmişdir ki, əmək münasibətlərinə xitam verildikdən sonra müqavilənin müddəti ilə bağlı etiraz irəli sürülməsi qanuni əsasdan məhrumdur.
43. Apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad etməklə də səhv yol vermişdir. Belə ki, həmin maddənin o dövrdə qüvvədə olan 79.2-ci hissəsinə əsasən, 79.1-ci maddədə nəzərdə tutulan təminatlar Əmək Məcəlləsinin 73-cü maddəsi üzrə, yəni müddətli əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar xitam verilən hallara şamil edilmir. Buna görə də iddiaçının atasının əlilliyi və digər sosial hallar əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməsinin qanuniliyinə təsir göstərmir. Apellyasiya məhkəməsi qanunvericiliyi tam və sistemli tətbiq etməmiş, müqavilənin müddətli xarakterini və 79-cu maddədə nəzərdə tutulan istisnaları nəzərə almamışdır.
44. Iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi barədə ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 73.1-ci maddəsinə uyğun yazılı xəbərdarlıq edilmiş, məzuniyyətdə olduğu üçün müqaviləyə ##.##.2025-ci il tarixdə deyil, işə başladığı gün - ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndi əsasında xitam verilmişdir. Iddiaçı həmin gün əmək kitabçasını və xitam əmrinin surətini almaqdan imtina etmiş, bu hal məhkəmə iclasında özü tərəfindən də etiraf olunmuşdur. Sonradan ona əmək kitabçasını götürməsi barədə ##.##.2025-ci il tarixli məktub göndərilmiş və şifahi qaydada da məlumat verilmişdir.
45. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, işçi hüququnun pozulduğunu bildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməlidir. Iddiaçı əmək müqaviləsinə xitam verildiyini ##.##.2025-ci il tarixdə bildiyindən ən gec ##.##.2025-ci ilədək məhkəməyə müraciət etməli idi. Lakin o, yalnız ##.##.2025-ci il tarixdə mediasiyaya, ##.##.2025-ci il tarixdə isə məhkəməyə müraciət etmişdir. Mediasiyaya müraciət artıq bitmiş iddia müddətini bərpa etmir. Buna görə də iddiaçı qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini kobud şəkildə ötürmüşdür.
46. Iddiaçının müddətin bərpası üçün təqdim etdiyi dəlillər müddətin bərpası üçün üzrlü hesab edilə bilməz. Belə ki, onun atasının əməliyyatı ##.##.2025-ci ildə baş vermiş, lakin ##.##.2025-ci ildə atasının işə bərpa ilə bağlı müraciət etməsi, ##.##.2025-ci ildə isə sosial xidmətlər orqanında qəbulda olmaları onların hüquqi hərəkətlər etmək imkanına malik olduqlarını göstərir. Atasının növbəti əməliyyatı ##.##.2025-ci ildə, anasının tibbi müayinələri isə 02–##.##.2025-ci il tarixlərində, yəni iddia müddəti bitdikdən sonra baş vermişdir. Bundan əlavə, iddiaçı ##.##.2025-ci ildə DOST Mərkəzinə müraciət edərək işsizlikdən sığorta ödənişi almışdır. Bu hallar onun məhkəməyə müraciət etməsinə obyektiv maneə olmadığını sübut edir.
47. Bununla belə, birinci instansiya məhkəməsi iddia müddətinin bərpası ilə bağlı ərizə təqdim edilmədiyi halda, iddiaçıya bu barədə sübut və ərizə təqdim edilməsinin zəruriliyini bildirmiş, faktiki olaraq iddiaçıya prosessual üstünlük yaratmışdır. Halbuki məhkəmə çəkişmə, tərəflərin bərabərliyi və qərəzsizlik prinsiplərinə riayət etməli, tərəflərin əvəzinə sübut toplamamalıdır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinə əsasən, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətinin bərpası məsələsini qaldırması və iddiaçıdan bu barədə ərizə tələb etməsi yolverilməzdir.
48. Apellyasiya məhkəməsi isə bu prosessual pozuntulara hüquqi qiymət verməmiş, iddia müddətinin ötürülməsi faktını və təqdim edilmiş sübutların kifayətliliyini lazımi qaydada araşdırmamışdır. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalı, yalnız iş üzrə mötəbər sübutlara və tərəflərin təqdim etdiyi dəlillərə əsaslanmalıdır. Hazırkı halda isə apellyasiya məhkəməsi qərarını rəsmi və obyektiv sübutlarla deyil, əsasən iddiaçının subyektiv izahatları ilə əsaslandırmışdır. Bu səbəbdən qəbul edilmiş məhkəmə aktı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanuni və əsaslı hesab oluna bilməz.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
49. Iddiaçı kasassiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
50. Maddə 45 (1-ci hissə). Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
51. Maddə 45 (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
52. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
53. Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
54. Maddə 47 (f) bəndi. tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
55. Maddə 300.1. Əgər işəgötürən əmək müqaviləsinin bu məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
61. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
64. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi həm iddianın mahiyyəti, həm də iddia müddəti ilə bağlı halları ətraflı şəkildə araşdıraraq bu qənaətə gəlmişdir ki, iddia müddətinin bərpası və iddiaçının tələbinin təmin olunması üçün qanuni əsaslar mövcuddur.
65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
66. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
68. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.