Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1382/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı İddiaçı İbrahim qızının cavabdeh Astara rayonu, X2 Vaqo kənd tam orta ümumtəhsil məktəbinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı İbrahim qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. ##.##.2008-ci ildən İddiaçı İbrahim qızı Astara rayonu, Vaqo kənd tam orta ümumtəhsil məktəbində “ingilis dili müəllimi vəzifəsində” işləmişdir.
2. İddiaçı İbrahim qızı ilə Astara rayonu, Vaqo kənd tam orta ümumtəhsil məktəbi arasında bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
3. ##.##.2025-ci il tarixli “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrlə AR Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutulmuşdur. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Vaqo kənd tam orta ümumtəhsil məktəbinin ingilis dili müəllimi İddiaçı İbrahim qızı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi ## #### 2025-ci il tarixdən ləğv edilmişdir.
İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı İbrahim qızı (bundan sonra- iddiaçı) cavabdeh Astara rayonu, X2 Vaqo kənd tam orta ümumtəhsil məktəbinə (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “işdən çıxarması barədə əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin faktiki hallarına uyğun olaraq onunla əsaslandırmışdır ki, cavabdehdə ingilis dili müəllimi işləyən iddiaçı ikinci dəfə təkrar sertifikasiya imtahanından keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutulmaqla xitam verilmişdir. Cavabdeh tərəfindən Əmək Məcəlləsinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi nəticəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğvini nəzərdə tutan əsas kimi müəyyən edilmişdir. Lakin AR Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin 70-ci maddə ilə müəyyən edilmiş əsaslarla ləğv edilməsinin qadağan olunduğu işçilərin dairəsi müəyyən edilmişdir. Bu kateqoriyaya daxil olan şəxslərdən biri də öhdəsində 18 yaşına çatmamış əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçilərdir. Belə ki, iddiaçının ailəsi özü də daxil olmaqla 7 nəfərdən ibarətdir. İddiaçının qayınatası X6 birinci dərəcəli müddətsiz əlildir və ona daimi qulluq və müalicə tələb olunur. Astara Rayon İcra Hakimiyyəti başçısının Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışdan görünür ki, X6 gəlini İddiaçı İbrahim qızının evində yaşayır. İddiaçının himayəsində birinci dərəcə əlilliyi olan şəxs olduğu halda, cavabdeh tərəfindən AR Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri kobud şəkildə pozularaq onunla bağlanmış əmək müqaviləsinə əsassız olaraq xitam verilmişdir. İddiaçı işdən çıxarma barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbi ilə Lənkəran * saylı Mediasiya Təşkilatına ##.##.2025-ci il tarixdə müraciət etmiş və həmin Təşkilat tərəfindən ##.##.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, iddiaçının iddia tələbləri təmin edilməlidir.
6. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehdə ingilis dili müəllimi vəzifəsində çalışmış və ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanından keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsinə işəgötürənin ## #### 2025-ci il tarixli, ** nömrəli əmri ilə xitam verilmişdir. İddiaçının işdən azad edilməsinə əsas kimi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ## #### 2025-ci il tarixli əmri çıxış etmişdir. Cavabdeh hesab etmişdir ki, bu səbəbdən həmin Agentlik iş üzrə cavabdeh qismində işə cəlb olunmalı və nümayəndəsi vasitəsilə işdə iştirakı təmin edilməlidir. İddiaçı ailəsinin 7 nəfərdən ibarət olduğunu və qayınatası X6 orqanizmin funksiyalarının 81–100% pozulmasına görə əlilliyi olduğunu və onun himayəsində olduğunu göstərmişdir. Bu hal Astara Rayon İcra Hakimiyyətinin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli arayışla əsaslandırılmışdır. Lakin cavabdeh həmin arayışa əsasən bir evdə yaşama faktının avtomatik olaraq himayə münasibətini təsdiq etmədiyini bildirmişdir. Eyni zamanda həmin ünvanda iddiaçının əri və qayınanasının da yaşadığı qeyd olunmuşdur. Cavabdeh Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarına istinad edərək bildirmişdir ki, bir normanın tətbiqi digər normanın tətbiqini istisna etməməli, həmçinin işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmamalıdır. Cavabdehə görə, Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hallar konkret səbəbli əlaqə olmadan 70-ci maddənin “c” bəndinin tətbiqini məhdudlaşdıra bilməz. Buna əsasən qeyd olunmuşdur ki, öhdəsində əlilliyi olan uşağın və ya digər ailə üzvünün olması ilə sertifikatlaşdırmada iştirak və nəticələr arasında səbəbli əlaqə mövcud deyil və bu əsasla əmək müqaviləsinin ləğvi qanunvericiliyə zidd hesab edilə bilməz. AR Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.3 və 5.4-cü bəndlərinə əsasən, təkrar sertifikatlaşdırmada keçid balını toplamayan təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunur və onlarla bağlanmış əmək müqaviləsi sertifikatlaşdırma ilinin sonunda Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq ləğv edilir. Cavabdeh bildirmişdir ki, iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyindən, onunla bağlanmış əmək müqaviləsinin ləğvi qanuna uyğun olmuşdur.
7. Astara Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim İlqar Məmmədov) iddia təmin edilməmişdir.
8. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ** nömrəli “əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrdən çıxarışın surətindən görünür ki, AR Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi rəhbər tutulmuş, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilmiş və onunla bağlanmış əmək müqaviləsi ##.##.2025-ci il tarixdə xitam verilmişdir.
9. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, işəgötürən tərəfindən qəbul edilmiş ##.##.2025ci il tarixli, ** nömrəli “əmək müqaviləsinə xitam verilməsi barədə” əmrin surətindən görünür ki, Astara rayonu, Vaqo kənd tam orta ümumtəhsil məktəbində “ingilis dili müəllimi” vəzifəsində çalışan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmiş, onun ##.##.2022-ci ildən ##.##.2024cü il tarixədək istifadə edilməmiş 44.03 gün məzuniyyət haqqının hesablanaraq ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının həyat yoldaşı və uşaqları ilə birlikdə qayınatası X6 (İ qrup əlil) və qayınanası X3 ilə bir evdə yaşaması, İ qrup əlil olan şəxsin iddiaçının rəsmi himayəsində olmasına əsas hesab edilə bilməz. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı tələbləri əsassız olduğundan təmin edilməməlidir.
11. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35.4, 149.5ci, AR Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 5.3, 5.4-cü bəndlərinə, Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, habelə MPM-nin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı həyat yoldaşı və uşaqları ilə birlikdə qayınatası- X6 (İ qrup əlil) və qayınanası ilə eyni evdə yaşaması, İ qrup əlil olan X6 iddiaçının “rəsmi himayəsində” olması üçün əsas hesab edilməmişdir və bu səbəbdən AR Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiqi üçün əsas mövcud olmamışdır. Məhkəmənin bu nəticəsi AR Əmək Məcəlləsinin 79-cu maddəsinin məzmununa və məqsədinə zidd olmaqla, həmin normanın mütləq qadağa xarakterini faktiki olaraq aradan qaldırmışdır. Bu səbəbdən məhkəmə tərəfindən sözügedən maddə düzgün tətbiq edilməmiş və nəticə etibarilə maddi hüquq normasının pozulması baş vermişdir.
13. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə (hakimlər Tofiq Heydərov sədrlik edən, məruzəçi, İlham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Astara Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası ilk olaraq qeyd etmişdir ki, həm “xxxx” AR Qanunun 36-2.3-cü maddəsinə, həm “Ümumi xxxx” AR Qanunun 28.2-ci maddəsinə, həm də AR Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən təhsilverənlərin sertifikatlaşdırılması və onun nəticələrinə uyğun olaraq onların əmək münasibətlərinin tənzimlənməsi hüquqi əsaslarla müəyyən edilmişdir.
15. Məhkəmə kollegiyası sertifikatlaşdırmanın hüquqi mahiyyəti və nəticələri ilə bağlı qeyd etmişdir ki, “xxxx” AR Qanunun 36-2-ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması onların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının müəyyən edilməsinə yönəlmiş məcburi prosedurdur. AR Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarında göstərildiyi kimi, sertifikatlaşdırma pedaqoji fəaliyyətə buraxılmanın hüquqi şərti olmaqla, əmək münasibətlərində peşə yararlılığının obyektiv qiymətləndirilməsinə xidmət edir və intizam tənbehi xarakteri daşımır. Başqa sözlə, sertifikatlaşdırma intizam tənbehi və ya sosial müdafiə tədbiri deyil, pedaqoji fəaliyyətə buraxılmanın hüquqi şərtidir. AR Əmək Məcəlləsinin 79-cu maddəsi isə işəgötürənin sosial əsaslı müdafiə mexanizmi olmaqla, işçinin peşə yararlılığının qiymətləndirilməsi institutunu istisna etmir. Sertifikatlaşdırma əmək intizamı və sosial vəziyyətlə deyil, bilavasitə peşəkarlıq səviyyəsi ilə bağlıdır və buna görə də sertifikatlaşdırmadan keçməmək AR Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq dairəsinə daxil edilmir. Sertifikatlaşdırmadan keçməməyin hüquqi nəticəsi üçün əsas norma Əmək Məcəlləsinin müvafiq müddəalarıdır və təkrar sertifikatlaşdırmadan keçməyən şəxs pedaqoji fəaliyyətə buraxılmır. İddiaçı isə işdən azad edilmənin qanunsuz olduğunu əsaslandırarkən himayəsində əlil ailə üzvünün olmasını və Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərini göstərmişdir.
16. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, AR Əmək Məcəlləsinin 79cu maddəsi müəyyən sosial kateqoriyaya aid olan işçilərin işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsini məhdudlaşdırsa da, həmin norma işçinin peşə yararlılığının qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini və bu qiymətləndirmənin hüquqi nəticələrini istisna etmir. Məhz bu səbəbdən Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında da vurğulanmışdır ki, sertifikatlaşdırmanı tənzimləyən normalar ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimləyir və bu normalar arasında hüquqi kolliziya mövcud deyildir.
17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticələrini, o cümlədən keçid balını toplamamasının əsaslarını mübahisələndirməmişdir.
18. Bundan başqa, “xxxx” Qanunun 4-cü maddəsi baxımından aparılan qiymətləndirməyə əsasən dövlətin təhsil sahəsində əsas məqsədlərindən biri təhsilin keyfiyyətinin təmin edilməsi və peşəkar təhsilverən kadrların formalaşdırılmasıdır. Bu baxımdan sertifikatlaşdırmadan keçməyən şəxsin pedaqoji fəaliyyətə buraxılması və onun işə bərpa olunması təhsil sistemində keyfiyyət tələbləri ilə uzlaşmır və təhsil xidmətlərinin səviyyəsinə mənfi təsir göstərə bilər. İddiaçının sertifikatlaşdırmadan keçməməsi onun pedaqoji fəaliyyət hüququnun yaranmamasına səbəb olmuş və onunla əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun həyata keçirilmişdir. İddiaçının himayəsində əlil şəxsin olması isə onun peşə yararlılığına dair qanunvericiliklə müəyyən edilmiş tələblərin tətbiqini istisna etmir. AR Əmək Məcəlləsinin 79-cu maddəsi sosial baxımdan həssas kateqoriyalı işçilərin işəgötürənin təşəbbüsü ilə işdən azad edilməsini məhdudlaşdırsa da, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən bu norma işçinin peşə yararlılığının qiymətləndirilməsini istisna etmir və sertifikatlaşdırmadan keçməmə halı həmin maddənin tənzimləmə predmetinə daxil deyildir. Deməli, iddiaçının himayəsində əlil şəxsin olması onu sertifikatlaşdırmadan azad etmir və sertifikatlaşdırmadan keçmədiyi halda pedaqoji fəaliyyət hüququ yaranmır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, onlara düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Bu səbəbdən kollegiya iş materiallarında olan sübutların məzmununun təkrarən göstərilməsini zəruri hesab etməmişdir.
21. İddiaçının apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiq olunmayan formal mülahizələr kimi qiymətləndirilmişdir. Qeyd edilmişdir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara müvafiq hüquq normaları tətbiq edilməklə qiymət verilir. Heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur və məhkəmə qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq qəbul edir.
22. Beləliklə, məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Buna görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Astara Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 35.4, 149.5-ci maddələrinə, AR Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** saylı “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 5.3, 5.4-cü bəndinə, habelə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə, habelə MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(106)- ****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında iddiaçının ailə tərkibi, birgə yaşayış faktı və əlillik halı ilə bağlı məlumatlar mövcud olduğu halda, bu halların hüquqi nəticələrini düzgün qiymətləndirməmiş, “öhdəsində olma” anlayışını yalnız formal himayə statusu ilə məhdudlaşdırmışdır. Halbuki həmin anlayış faktiki asılılıq və daimi qayğı elementləri ilə müəyyən edilir. Bundan əlavə, iş materiallarına iddiaçının həyat yoldaşının işsizliyi barədə arayış da əlavə edilmişdir. Bu sənəd ailənin yeganə gəlir mənbəyinin iddiaçı olduğunu göstərən mühüm sübut kimi qiymətləndirilməli olduğu halda, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Kassatorun mövqeyinə görə, iddiaçının qayınatasının İ qrup, müddətsiz əlil olması, ailə üzvlərinin bir evdə yaşaması və ailənin maddi təminatının əsasən iddiaçı tərəfindən həyata keçirilməsi birgə şəkildə qiymətləndirildikdə “öhdəsində olma” meyarının mövcudluğunu təsdiq edən hallardır. Lakin apellyasiya instansiyası bu sübutları məcmu halında araşdırmaq əvəzinə, yalnız formal yanaşma tətbiq etmişdir. Eyni zamanda, kassasiya şikayətində qeyd edilmişdir ki, xitam əmri ilə bağlı məhkəmə aktında ziddiyyətlər mövcuddur: bir hissədə ##.##.2025-ci il tarixli, ** nömrəli əmr, digər hissədə isə ##.##.2025-ci il tarixli ** nömrəli əmr göstərilmiş, həmçinin sertifikatlaşdırma ilə bağlı tarixlərdə uyğunsuzluqlar yaranmışdır. Bu ziddiyyətlər məhkəmənin hansı konkret sənədə əsaslanaraq nəticəyə gəldiyini qeyri-müəyyən etmişdir. Kassator hesab etmişdir ki, məhkəmə bu ziddiyyətləri aradan qaldırmadan qərar qəbul etməklə iş üzrə faktiki halları tam və obyektiv araşdırmamışdır. Bundan başqa, orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi olan şəxsin gündəlik həyat fəaliyyətinin müstəqil şəkildə təmin edilməsi obyektiv olaraq çətin olduğundan, məhkəmə həmin şəxsin faktiki olaraq kimdən asılı olduğunu, bu asılılığın ailə daxilində necə ifadə olunduğunu və iddiaçının bu münasibətdə hansı yükü daşıdığını araşdırmalı idi. Lakin bu hallar araşdırılmadan yalnız “rəsmi himayə yoxdur” nəticəsi çıxarılmışdır. Nəticə etibarilə, kassasiya şikayətində göstərilmişdir ki, xitam əmri Əmək Məcəlləsinin 79-cu maddəsi ilə müəyyən edilmiş qadağanın mövcud olduğu şəraitdə qəbul edilmişdir və bu səbəbdən qanunsuzdur. Buna görə də iddiaçının işə bərpası və məcburi işburaxma dövrünə görə ödənişlərin tutulması təmin edilməlidir.
26. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə 35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
28. Maddə 67-2.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “xxxx” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.
29. Maddə 67-2.4. Sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
30. Maddə 70. Bənd “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilir.
31. Maddə 79.1. İşəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.
“xxxx” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:
33. Maddə 4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək;
34. Maddə 4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaq;
35. Maddə 4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.
36. Maddə 36-2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlınıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
45. Kassasiya məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin c) bəndində nəzərdə tutulan əsasla düzgün olaraq xitam verilmişdir.
46. Belə ki, apellyasiya məhkəməsi işə əlavə edilmiş sübutları tədqiq edirək müəyyən etmişdir ki, iddiaçı cavabdehdə ingilis dili müəllimi vəzifəsində işləmiş, ## #### 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırma zamanı keçid balını toplaya bilməydiyi üçün onunla bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən ## #### 2025-ci il tarixli, ** saylı əmrlə xitam verilmişdir.
47. İddiaçı kassasiya şikayətində qayınatası Ağadadaş Əliyevin əmək funksiyasını 81–100% itirdiyinə görə əlil olmaqla, onun himayəsində yaşadığını və bu səbəbdən də AR Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan əmək müqaviləsinin ləğv edilməsini qadağan edən işçilərin siyahısına aid olduğunu göstərmiş və bu halı təsdiq etmək üçün məhkəməyə Astara Rayon İcra Hakimiyyətinin Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ## #### 2025-ci il tarixli arayışını təqdim etmişdir.
48. Kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qaynatası Ağadadaş Əliyevin iddiaçı ilə bir evdə yaşaması faktı, onun məhz iddiaçının öhdəsində olması anlamına gəlməyə əsas vermir.
49. Digər tərəfdən, işdən görünür ki, Ağadadaş Əliyevin iddiaçıdan (gəlinindən) başqa onunla bir evdə yaşayan 6 nəfər başqa ailə üzvləri də vardır. Həmin evdə hətta iddiaçının əri və qayınanası da yaşayır.
50. AR Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan hallar, konkret səbəbli əlaqə olmadan həmin Məcəllənin 70-ci maddənin “c” bəndinin tətbiqini istisna edir.
51. Belə ki, iddiaçının öhdəsində əlilliyi olan uşağı və ya digər ailə üzvü olmadığı üçün sertifikatlaşdırmada iştirak və nəticələr arasında səbəbli əlaqə mövcud deyil və bu əsasla əmək müqaviləsinin ləğv edilməsi qanunvericiliyə zidd hesab oluna bilməz.
52. AR Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.3 və 5.4-cü bəndlərinə görə, təkrar sertifikatlaşdırmada keçid balını toplamayan təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar və onlarla bağlanmış əmək müqaviləsinə sertifikatlaşdırma ilinin sonunda AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq xitam verilə bilər.
53. Bu baxımdan kassasiya məhkəməsi hesab edir ki, iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyindən, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanuna uyğun olmuşdur və apellyasiya məhkəməsi iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı İbrahim qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.