Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1384/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi Idarəsi, Maraqlı şəxs, X15, X13, X14, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakda olan payın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: mirasın faktiki qəbulu, mirasın bölüşdürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. XXX ilə X3 ## ##### 1954-cü ildə nikaha daxil olmuşlar. Birgə nikahlarından 5 (beş) uşaqları XXX1, X8, X5, Cavabdeh və Iddiaçı adlı övladları olmuşdur.
2. XXXnun mülkiyyətində ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak olmuşdur.
3. XXX ## ####### 1994-cü il tarixdə, X3 ## #### 2003-cü il tarixdə, XXX1 ## ##### 1994-cü il tarixdə, X8 ## ###### 2017-ci il tarixdə vəfat etmişlər.
4. Astara rayon Dövlət notariat kontoruna ünvanlanmış və ## ##### 2019-cu il tarixli notarial qaydada təsdiq olunan ərizədə X5 göstərmişdir ki, atası XXXnun ## ####### 1994-cü il tarixində vəfat etməsindən və ona məxsus olmuş əmlak və miras qalmasından xəbərdardır. Mərhum vəfat etdiyi günədək onunla birgə eyni ünvanda yaşamamışdır. Miras əmlakdan ona çatası miras payını faktiki olaraq qəbul etməmiş və etmək niyyəti yoxdur. Miras əmlakın qəbulu üçün buraxılmış müddətin bərpası barədə gələcəkdə məhkəməyə müraciət etməyəcəkdir və bu barədə heç bir iddia və tələbi olmayacaqdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 4 ünvanında yerləşən, atası XXX, anası X3 və bacısı X8 miras qalmış 0,50216 hektar həyətyanı torpaq sahəsində tikilmiş 3 otaq, mətbəx və bağlı eyvandan ibarət ümumi sahəsi 119,5 kv.m olan 10 saylı fərdi yaşayış evinin - mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, torpaq və fərdi yaşayış evinə dair adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası XXX 1961-ci ildə ünvan 4 4 ünvanında 3 otaq, mətbəx və bağlı eyvandan ibarət 10 saylı fərdi yaşayış evi tikmiş, vəfat etdiyi vaxta kimi həmin evdə yaşamışdır. Həmin fərdi yaşayış evinin ümumi sahəsi 119,5 kvadratmetr, yerləşdiyi həyətyanı torpaq sahəsi isə 0,50216 hektardır. Bacılarından Cavabdeh 1981-ci ildə valideynlərinin razılığı olmadan ailə quraraq həmin evdən çıxıb getmiş, digər X9 da ailə quraraq ata evindən köçmüşdür. X9 valideynlərinin vəfatından sonra miras əmlakı qəbul etmədiyi barədə Astara rayon Dövlət Notariat Kontorunda ərizə yazmış, mərhumlarla birlikdə yaşamadığını, mirası nə faktiki, nə də rəsmi qəbul etmədiyini göstərərək, miras əmlakla bağlı gələcəkdə hər hansı bir tələbinin olmadığını bildirmişdir. Cavabdeh isə 1981-ci ildən həmin evdən çıxıb getməsinə, mirası nə faktiki, nə də rəsmi qəbul etməməsinə baxmayaraq, əsassız olaraq ondan pay istəyir. Özü valideynlərindən miras qalmış evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Valideynlərinin vəfatına qədər qulluqlarında durmuş, atası və anası ölən zaman sonuncuların hüzr mərasimində bir övlad kimi ona düşən borcunu layiqincə yerinə yetirmişdir. Valideynləri vəfat etdikdən sonra həyətyanı torpaq sahəsini və evi, yəni miras əmlakı faktiki qəbul etməklə evdə müəyyən təmir işləri də aparmışdır. Bundan başqa bacısı X8 ## ###### 2017-ci il tarixində vəfat etmiş, onun vəfatından sonra bacısından miras qalmış əmlakı ikinci növbə vərəsə kimi özü qəbul etmişdir. Çünki, bacısının vəfatından sonra ikinci növbə vərəsə kimi əmlakı yalnız özü qəbul etmiş, bacısının birinci növbə vərəsələri olmamışdır. Miras əmlakla bağlı sənədləşmə aparmaq istəyən zaman bacısı, cavabdeh Cavabdeh ona məlum olmayan səbəbdən notariat orqanına gəlməkdən imtina etmiş və miras əmlakın onun adına rəsmiləşdirilməsinə mane olmuşdur. Cavabdeh Cavabdeh miras əmlakda payının olmamasına baxmayaraq, həyətyanı torpaq sahəsindən ona 6 sot torpaq sahəsinin ayrılmasına razıdır.
7. Astara Rayon Məhkəməsinin ## ######## 2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Z.Ibrahimov) iddia təmin edilmiş, mərhumlar XXXndan, X10 və X8 miras qalmış ünvan 4 4-də yerləşən, ümumi sahəsi 119,5 kv.m-dən ibarət 10 saylı evin və yerləşdiyi 0,50216 hektar (ha) həyətyanı torpaq sahəsinin iddiaçı Iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2017-ci il qeydiyyat tarixli, 2217008253 qeydiyyat və RX ******* seriya nömrəli çıxarış əsasında verilmiş ünvan 4 4-də yerləşən ümumi sahəsi 119,5 kv.m-dən ibarət 10 saylı ev və yerləşdiyi 0,44216 ha. həyətyanı torpaq sahəsi üzərində iddiaçı Iddiaçı mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 4 4-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququnun müəyyən edilməsi, ünvan 4 4-də yerləşən ümumi sahəsi 119,5 kv.m-dən ibarət 10 saylı ev və yerləşdiyi 0,44216 ha. həyətyanı torpaq sahəsi üzərində iddiaçı Iddiaçı adına və ünvan 4 4-də yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi Idarəsinə həvalə edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mərhum XXXnun ## ####### 1994-cü il tarixində vəfat etməsindən sonra onun qanun üzrə vərəsələrindən arvadı X3, oğlu Iddiaçı və qızı X8 mərhum XXXdan miras qalmış əmlakı qanun üzrə vərəsələr kimi faktiki olaraq qəbul etmiş, qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Digər vərəsələr X5 və Cavabdeh xeyli əvvəl ailə quraraq mübahisə predmeti ola evdən köçüb getmiş və atalarının vəfatından sonra ondan miras qalmış əmlakı qəbul etməmişlər.
9. Məhkəmənin iş üzrə bu nəticəyə gəlməsi işin faktiki halları, X3, Iddiaçı və X8 mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirməyi, onların mərhumun dəfn mərasimini təşkil etmələri, qəbrinin üstünü götürmələri, miras əmlakdan faktiki istifadə etmələri və onların mirası qəbul etmələri kimi qiymətləndirilməlidir.
10. Belə ki, onların konkret hərəkətləri və rəftarları mirası qəbul etmək niyyətlərini açıqaşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsələrdən X3, Iddiaçı və X8 mərhum XXXndan qalan mirası qəbul etmişlər. Vərəsələrin üçü də qanun üzrə birinci növbə vərəsələr olmuşlar. Həmin miras əmlakda onların payı X3 payı 4/6 (3/6+1/6) hissə, Iddiaçı payı 1/6 hissə və X8 payı 1/6 hissə olmuşdur. Hazırda həmin vərəsələrdən ikisi, yəni X3 və X8 vəfat etmişlər.
11. Vərəsələrdən Iddiaçı miras qalmış əmlakı qanun üzrə vərəsə kimi faktiki olaraq qəbul etmiş və mirası qəbul etdiyini şərtsiz nümayiş etdirmişdir.
12. Ona görə də, hazırkı mülki iş üzrə miras əmlakı qəbul edən yalnız bir vərəsə - iddiaçı Iddiaçı vardır.
13. Məhkəmənin iş üzrə bu nəticəyə gəlməsi işin faktiki halları ilə, iddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirməsi və vərəsənin mərhumun dəfn mərasimini təşkil etməsi, evdən və torpaq sahəsindən faktiki olaraq istifadə etməsi onun mirası qəbul etməsi kimi qiymətləndirilməlidir. Belə ki, vərəsənin konkret hərəkətləri və rəftarı mirası qəbul etmək niyyətini açıqaşkar 14. təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, iddiaçı Iddiaçı vərəsə kimi mirası qəbul etmişdir.
15. Lakin, digər vərəsələr, yəni X5 və Cavabdeh isə mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Işin bu halı məhkəmə iclası zamanı mübahisəsiz hal kimi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, vərəsələrdən X8 ## ###### 2017ci il tarixində
16. vəfat etmişdir. Məhkəmə iclası zamanı həmçinin müəyyən edilmişdir ki, X8 ailə qurmamış, uşaqları olmamış və valideynləri vəfat etmişdir. Odur ki, onun birinci növbə vərəsələri olmamışdır.
17. X8 birinci növbə vərəsəsi olmadığı və ikinci növbə vərəsə kimi onun qardaşı Iddiaçı vərəsə kimi ondan miras əmlakı faktiki olaraq qəbul etdiyi üçün Iddiaçı bacısı XXX2nın vərəsəsi kimi tanınmalıdır.
18. Məhkəmə iddiaçı Iddiaçı cavabdeh Cavabdeh miras əmlakda payının olmamasına baxmayaraq, həyətyanı torpaq sahəsindən könüllü olaraq ona 6 sot torpaq sahəsinin ayrılması barədə ərizəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə iclası zamanı miras əmlak kütləsinin, yəni ünvan 4 4 ünvanında yerləşən 0,50216 hektar həyətyanı torpaq sahəsində tikilmiş 3 otaq, mətbəx və bağlı eyvandan ibarət ümumi sahəsi 119,5 kv.m olan 10 saylı fərdi yaşayış evinin qanun üzrə vərəsə Iddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Eyni zamanda, Iddiaçı ona çatan torpaq sahəsindən 0.06 hektarını könüllü olaraq iş üzrə cavabdeh olan Cavabdeh verilməsini xahiş etdiyi üçün məhkəmə hesab etmişdir ki, ərizə həmin hissədə təmin edilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin 532, 563-cü, qüvvədə olan Mülki Məcəllənin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1, 1159.1.1, 1159.2, 1159.1.3, 160, 1243.1, 1243.2, 1246, 1255-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. Işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyatorun atası XXX1nun valideynlərindən ünvan 5 4 ünvanında yerləşən 0,50216 hektar həyətyanı torpaq sahəsində tikilmiş 3 otaq, mətbəx, bağlı eyvandan ibarət ümumi sahəsi 119,5 kv.metr olan 10 saylı fərdi yaşayış evi miras qalmışdır. Məhrum atası XXX1un 1983-cü ildə XXX, 1985-ci ildə XXX, 1987ci ildə isə XXX adlı uşaqları anadan olmuş, uşaqlardan XXX Sultanov ## #### 2017-ci il tarixdə avto-nəqliyyat qəzasında vəfat etmişdir. Apellyator ailə üzvləri - arvadı XXX, oğlu XXX, oğlu XXX, qızı XXX və oğlu XXX ilə birlikdə ünvan 6 nömrəli ünvanda yerləşən evdə yaşayırlar. Buna baxmayaraq, əmisi Iddiaçı xəbərləri olmadan atasının valideynlərindən miras qalmış evə və torpaq sahəsini vərəsəliklə adına yazdırmışdır. Astara Rayon Məhkəməsi vərəsələrin dairəsini müəyyən etmədən ## ######## 2019-cu il tarixli qətnaməsi ilə Iddiaçı ərizəsini təmin etmiş, bununla onların mirasdan pay almaq hüququndan məhrum etmişdir. Astara Rayon Məhkəməsinin ## ######## 2019-cu il tarixli qətnaməsi barədə onların məlumatları ## ######## 2025-ci il tarixdə olmuşdur. Belə ki, Iddiaçı onu və ailə üzvlərini evdən çıxarmaq istəyir, o vaxtı onların məlumatları olmuşdur. Qanun üzrə vərəsəlik zamanı ölmüş valideyninə paydan bərabər miras almaq hüququnun olmasını məhkəmə nəzərə almamışdır.
22. Astara Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Maraqlı şəxs Astara Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ######## 2019-cu il tarixli qətnaməsi ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanınmışdır.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər T.Heydərov və A.Novruzova) apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin ## ######## 2019-cu il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, miras kütləsinə daxil olan ünvan 4 4-də yerləşən, ümumi sahəsi 119,5 kv.m-dən ibarət 10 saylı ev və yerləşdiyi 0,50216 hektar (ha) həyətyanı torpaq sahəsinə Iddiaçı payı 1/3 hissədə, Cavabdeh payı 1/3 hissədə, XXX1nun paylarının 1/3 hissədə müəyyən edilməsi, ünvan 4 4-də yerləşən, ümumi sahəsi 119,5 kv.m-dən ibarət 10 saylı ev və yerləşdiyi 0,50216 hektar (ha) həyətyanı torpaq sahəsinin XXX1nun payına düşən 1/3 hissəsi üzrə Maraqlı şəxs payı 1/6 hissədə, X15 payı 1/6 hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli əmlak üzrə vərəsələr dairəsinin təkcə Iddiaçı və Cavabdeh ibarət olmadığını, mərhum XXX1un övladlarının və zəruri hallarda onun nəvələrinin də miras hüququnun hüquqi cəhətdən mümkün və real olduğunu göstərir.
25. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən yuxarıda göstərilən dairədə vərəsələrin mövcudluğunu araşdırmamış, XXX1nun həyatda olmuş və hazırda yaşayan qanuni vərəsələrinin mövqeyini müəyyən etməmiş, onları işdə iştirak etməyə cəlb etməmişdir. Nəticədə, Maraqlı şəxs, miras qoyanın əmlak kütləsinə dair öz potensial payından faktiki olaraq kənarlaşdırılmış, mirasdan pay almaq ehtimalı məhkəmə tərəfindən heç bir prosessual vasitə ilə qiymətləndirilməmişdir.
26. Belə olan halda, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının natamam araşdırılması, iş üzrə əhəmiyyət kəsb edən bütün vərəsələrin dairəsinin müəyyən edilməməsi və potensial vərəsələrin prosesə cəlb olunmaması nəticəsində qəbul edilmiş qətnamə qanuni və əsaslı hesab edilə bilməz.
27. Apellyasiya mərhələsində iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilmişdir ki, mübahisəli miras əmlak üzrə hüquqları mümkün təsir altına düşə biləcək şəxslər mövcuddur. Məhkəmə tərkibi işin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə həmin şəxslərin prosessual hüquqlarının qorunmasını zəruri hesab etmişdir. Bu səbəbdən mərhum XXX1un sağ qalmış övladı XXX XXXov, eləcə də mərhum X5 qızları - X13, X14, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülki iş üzrə üçüncü şəxslər qismində apellyasiya mərhələsində işə cəlb olunmuşlar.
28. Məhkəmə tərkibi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş Maraqlı şəxs Astara RIHB-nin Astara şəhər IƏD üzrə nümayəndəliyindən verilmiş ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, Maraqlı şəxs ünvan 1 ünvanı, indiki XXX prospekti, ev 186 ünvanında ailə üzvləri - həyat yoldaşı X6, övladları X4, X11, X2, X1 və qardaşı X15 ilə birlikdə yaşayır.
29. Iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında valideynlərindən miras qalmış evdə yaşamaqla mirası faktiki qəbul etdiyini bildirmişdir. Lakin, apellyasiya mərhələsində verdiyi izahatda əvvəlki mövqeyindən fərqli olaraq, bacısı subay olduğu üçün həmin evdə qalmasına şərait yaratdığını, evi ona təhvil verdiyini və hazırda qaynının evində yaşadığını göstərmişdir.
30. Iş materiallarında olan sübutlardan və tərəflərin apellyasiya mərhələsində verdikləri izahatlarından görünür ki, hazırda miras əmlakda faktiki olaraq Maraqlı şəxs və ailəsi, həmçinin qardaşı X15 yaşayır.
31. Məhkəmə tərkibi qeyd etmişdir ki, Maraqlı şəxs 1987-ci ildə anadan olmuşdur. Miras qoyan XXX ## ####### 1994-cü ildə, Maraqlı şəxs atası XXX1 ## ##### 1994-cü il tarixində vəfat etmişlər.
32. 2000-ci ilə qədər qüvvədə olmuş Mülki Məcəllənin 532-ci maddəsinə əsasən miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; Onlar özlərinin ölmüş atası (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.
33. Araşdırılmış materiallardan görünür ki, yuxarıda qeyd olunan şərt mövcuddur. Maraqlı şəxs (X20) atası olan vərəsə XXX1 miras qoyan XXXndan əvvəl vəfat etmişdir.
34. Birinci instansiya məhkəməsi X3, Iddiaçı və X8 mirası qəbul etmək niyyətini açıq aşkar nümayiş etdirməyini, onların mərhumun dəfn mərasimini təşkil etmələrini, qəbrinin üstünü götürmələrini miras əmlakdan faktiki istifadə etmələri və onların mirası qəbul etmələri kimi qiymətləndirmişdir. Lakin məhkəmə vərəsələrin dairəsini düzgün müəyyən etmədiyindən xüsusilə də miras açıldığı vaxt azyaşlı olan potensial vərəsələrin hüquqi vəziyyətini araşdırmamışdır.
35. Belə ki, iş materiallarından görünür ki, Maraqlı şəxs 1987-ci ildə anadan olmuş, miras qoyan XXX və onun atası XXX1 isə 1994-cü ildə vəfat etmişlər. Bu halda Maraqlı şəxs miras açıldığı dövrdə azyaşlı olmuşdur. Halbuki, mirasın faktiki qəbulunu təsdiq edən hərəkətlərin (dəfn mərasimində iştirak, qəbrin götürülməsi, əmlakdan istifadə və s.) hüquqi qiymətləndirilməsi zamanı həmin şəxslərin yaş həddi, hüquq qabiliyyəti və bu hərəkətləri dərk edib-etməmələri mütləq nəzərə alınmalı idi.
36. Birinci instansiya məhkəməsi isə bu xüsusatları araşdırmadan yalnız digər vərəsələrin davranışlarına əsaslanaraq nəticəyə gəlmişdir. Məhkəmə tərkibi hesab etmişdir ki, miras açıldığı vaxt azyaşlı olan şəxslərin həmin hərəkətləri etməməsi onların miras hüququndan imtina etməsi kimi qiymətləndirilə bilməz. Bu hal vərəsələrin dairəsinin və onların miras hüquqlarının düzgün müəyyən edilməməsinə gətirib çıxarmışdır.
37. Apellyasiya mərhələsində Maraqlı şəxs verdiyi izahatında miras paylarının qanun üzrə vərəsələr arasında bölünməsinə etiraz etmədiyini və müvafiq payların ayrılmasına razı olduğunu bildirmişdir. Bu mövqe və iş üzrə müəyyən edilmiş hallar nəzərə alınaraq məhkəmə tərkibi hesab etmişdir ki, mübahisəli miras əmlakın yalnız bir şəxs üzərində tanınması deyil, qanuni vərəsələr arasında paylara uyğun qaydada bölünməsi mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Buna görə də miras əmlak vərəsələrin dairəsi dəqiqləşdirildikdən sonra onların qanuni paylarına uyğun şəkildə bölüşdürülməlidir.
38. Məhkəmə tərkibinin qənaətinə görə X5 mirası qəbul etməməsi barədə ərizəsi qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən mirasdan imtina kimi qəbul edilə bilməz. Bununla belə, XXXya çatası mirası qəbul etmək istəməməsi barədə ərizəsinə aydınlıq gətirilməlidir. Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin konstitusiyaya zidd olduğu Azərbaycan Respublikası KM-in qərarı ilə rəsmi olaraq öz təsdiqini tapmışdır. Odur ki, MM-in 1256-cı maddəsində nəzərdə tutulan müddət və prosedur çərçivəsində mirasdan imtina etməmiş olan bütün vərəsələr mirası qəbul etmiş vərəsə hesab olunur. Bu səbəblə də, XXXnın aradan uzun müddət keçdikdən sonra mirasdan notariat qaydasında imtina etməsinə dair iradə ifadəsi hüquqi mahiyyəti baxımdan mirasdan imtina hesab oluna bilməz. Onu da nəzərə almaq lazımdır ki, mirası qəbul etmiş olan bir vərəsənin mirasdan imtinası mülki dövriyyədə hüquqi müəyyənliyin və etimadın təmin edilməsi baxımından yolverilməzdir. Bu nöqteyi-nəzərdən də XXXnın sözügedən yazılı iradə ifadəsinin yeganə məqsəd və təyinatı ona düşən vərəsəlik payının digər vərəsələrə əvəzsiz olaraq verilməsi, başqa sözlə onlara bağışlanması mahiyyətindədir. Odur ki, XXXnın notariat qaydasında təsdiq olunmuş yazılı iradə ifadəsində sözügedən yazılı iradə ifadəsinin hüquqi müstəvidə həqiqi mahiyyət və təyinatı özünə düşən vərəsəlik payının digər vərəsələrə bağışlaması hesab olunmalıdır.
39. Məhkəmə tərkibi miras kütləsinə daxil olan XXX və X3 miras qalan ünvan 4 4-də yerləşən, ümumi sahəsi 119,5 kv.m-dən ibarət 10 saylı ev və yerləşdiyi 0,50216 hektar (ha) həyətyanı torpaq sahəsinə Iddiaçı payı 1/3 hissədə, cavabdeh Cavabdeh payı 1/3 hissədə, XXX1nun payı 1/3 hissədə olacaqdır. Hazırda qeyd edilən vərəsələrdən XXX1 vəfat etdiyindən onun vərəsələri olan övladları Maraqlı şəxs və X15 atalarına düşən miras payının hissəsinə uyğun olaraq 1/6 hissədə payları müəyyən edilməlidir.
40. Iddia tələbinin torpaq və fərdi yaşayış evinə dair adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması hissəsinə münasibətdə məhkəmə tərkibi qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz. Mülkiyyət hüququnun qeydə alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə vəzifə qoyulmasına lüzum yoxdur. Yəni hazırkı qətnamə tərəflərin mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Ona görə də iddia bu hissədə təmin edilə bilməz.
41. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikasının ## ######## 2000-ci ilədək qüvvədə olan Mülki Məcəlləsinin 527, 528, 530, 532-ci, Mülki Məcəllənin 1145, 1146, 1151, 1243.1, 1243.2, 1243.3, 1245-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
42. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 385.1, 386.1, 442, 752.1, 762.2, 767.1, 767.2, 768.1, 770-ci maddələrinin tələbləri pozulmuşdur.
44. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə iş üzrə maddi və prosessual hüquq normalarının kobud və yolverilməz pozuntuları ilə müşayiət olunmuş, işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə tərəfindən sübutların qiymətləndirilməsi prinsiplərinə əməl edilməmiş, nəticədə iş üzrə düzgün hüquqi nəticəyə gəlmək mümkün olmamışdır. Belə ki, iş materialları ilə açıq şəkildə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsinin faktiki və hüquqi ölçüsü 7 sot təşkil etməli olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu sahə əsassız olaraq artıq hesablanmış, heç bir mötəbər sübuta əsaslanmadan genişləndirilmişdir. Məhkəmə bu mühüm hal üzrə təqdim olunmuş sübutlara lazımi hüquqi qiymət verməmiş, mövcud ziddiyyətləri aradan qaldırmadan və əsaslandırılmış mövqe ortaya qoymadan nəticəyə gəlmişdir ki, bu da qəbul edilmiş qətnamənin açıq-aşkar əsassızlığını və qanunsuzluğunu göstərir. Bundan əlavə, iddia ilə çıxış edən şəxslərin hüquqi statusu məhkəmə tərəfindən səthi və formal qaydada qiymətləndirilmiş, onların vərəsəlik hüququnun mövcudluğunu təsdiq edən hər hansı qanuni və mötəbər sübutlar tələb edilmədən iddiaları təmin edilmişdir. Halbuki, mübahisənin mahiyyəti birbaşa vərəsəlik hüququ ilə bağlı olduğundan, bu halın dərindən araşdırılması məhkəmənin birbaşa vəzifəsi olmuşdur. Lakin məhkəmə bu vəzifəni yerinə yetirməmiş, nəticədə hüquqi statusu şübhə doğuran şəxslərin tələblərini əsassız şəkildə təmin etmişdir. Apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş prosessual müddətlər ötürüldükdən sonra verilməsi faktı iş materialları ilə təsdiq olunduğu halda, məhkəmə bu halı tamamilə nəzərdən qaçırmış, müddətin ötürülməsinə hüquqi qiymət verməmiş və müddətin bərpası üçün hər hansı əsaslı səbəblərin mövcudluğunu araşdırmadan şikayəti icraata qəbul etmişdir. Bu isə prosessual hüquq normalarının kobud şəkildə pozulması olmaqla yanaşı, tərəflər arasında prosessual bərabərlik və hüquqi müəyyənlik prinsiplərinin də pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qanun pozuntuları ilə müşayiət olunan yanaşması iş üzrə obyektivliyin, ədalətlilik və qanunçuluq prinsiplərinin ciddi şəkildə pozulmasına gətirib çıxarmış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Belə olan halda, həmin qətnamənin qüvvədə saxlanılması mümkün deyildir və onun ləğv edilərək işin yenidən baxılması üçün müvafiq məhkəməyə göndərilməsi zəruri və qaçılmazdır.
45. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
46. Üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
47. Etiraz belə əsaslandırılmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
Kassasiya baxışının hədləri
48. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən hazırkı kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
50. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin VII hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir.
51. Azərbaycan Respublikasının ## ######## 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyаtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Belə ki, hazırkı iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxslər mirasqoyanın birinci növbəli vərəsələridirlər və onların hər birinə miras əmlakdan pay verilməlidir.
56. Kassasiya şikayətinin dəlilləri formal, hazırkı mübahisənin halları ilə deyil, öhdəlik və podrat münasibətlərindən irəli gələn mübahisə üzrə tərtib olunmuşdur.
57. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının araşdırılmamasına, sübutların qiymətləndirməməsinə dair kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə isə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.