Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1399/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi məsuliyyət barədə müqavilədən irəli gələn tələb, maddi ziyanın əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə # ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh həmin tarixdə İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilmiş, ##.##.2022-ci il tarixdə baş satıcı vəzifəsinə, ##.##.2022-ci il tarixdə isə administrator vəzifəsinə keçirilmiş, ##.##.2023-cü il tarixli əmr əsasında öz ərizəsi ilə işdən azad edilmişdir.
2. Tərəflər arasında ##.##.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.
3. Cavabdehin məsul olduğu "OBA Zabrat 4" mağazasında ##.##.2023-cü il - ##.##.2023-cü il tarixlərində, ##.##.2023-cü il - ##.##.2023-cü il tarixlərində inventarizasiya aparılmış, nəticədə müvafiq olaraq 7548,97 manat və 3361,04 manat məbləğində çatışmazlıq aşkar edilmiş və bu barədə ##.##.2023-cü il və ##.##.2023-cü il tarixli "Inventarizasiya nəticələrinə dair yekun akt" tərtib edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyanın əvəzi olaraq 9443,5 manat pulun, ödənilmiş 60 manat mediasiya xərcinin və 99 manat dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbini onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 9443,5 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim X1) iddia rədd edilmiş, məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
7. Məhkəmə hesab etmişdir ki, işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu ziyanın vurulmasında işçinin təqsirliliyi prezumpsiyasını yaratmır. Ziyanın işçidən tələb edilə bilməsi üçün, həmin müqavilə mövcud olsa belə, ziyanın vurulmasında işçinin təqsiri işəgötürən tərəfindən sübut olunmalıdır. Tam maddi məsuliyyət haqqında müqavilə, işçinin təqsiri sübuta yetirildiyi halda, yalnız onun maddi məsuliyyətinin həcmini müəyyən etməyə xidmət edir. Lakin iddiaçı İddiaçı MMC tərəfindən məhkəməyə ona maddi ziyanın məhz cavabdeh Cavabdeh təqsiri nəticəsində vurulduğunu təsdiq edən sübut təqdim olunmamışdır. Iddiaçının təqdim etdiyi sənədlər, o cümlədən inventarizasiya aktları maddi ziyanın kim tərəfindən vurulduğunu deyil, yalnız onun məbləğini və təqribi vaxtını müəyyən etməyə yardım edə bilər. Həmçinin, iddiaçı İddiaçı MMC inventarizasiya keçirərək ona ziyan vurulduğunu müəyyən etsə də, cavabdehdən bununla bağlı yazılı izahat tələb etməmiş, izahatı alınmamış, eləcə də dəymiş ziyanla cavabdehin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni olması müəyyən edilməmişdir.
8. Iddiaçının bir dəlili ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh inventarizasiya zamanı tərtib olunan bütün sənədləri imzalamaqla ziyan vurduğunu etiraf etmişdir. Məhkəmə bununla da razılaşmamış və qeyd etmişdir ki, əvvəla, həmin sənədlərin heç birində cavabdehin maddi ziyan vurduğunu etiraf etməsinə dair hər hansı müddəa yoxdur, cavabdeh imzaladığı sənədlərdə yalnız mağazada çatışmazlığın aşkar edildiyini təsdiqləmişdir. Digər tərəfdən, işçinin işəgötürənə vurduğu ziyana görə məsuliyyət daşıması məsələsi əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, mülki qanunvericiliyin normaları, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilənin normalarının tətbiq edilməsi yolverilməzdir. Belə olan halda, cavabdeh borcun etirafına dair sənəd imzalamış olsa belə, bu, iddiaçının tələbini təsdiq edən müstəsna bir sübut kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehdən maddi ziyanın ödənilməsini tələb etməkdə haqlı deyildir, bu səbəbdən iddia təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-192ci, 203-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Iddiaçı İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, inventarizasiyanın aparılmasında əsas məqsəd - mühasibat uçotu subyektində aktivlərin və öhdəliklərin faktiki mövcudluğunu aşkar etmək, onların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini yoxlamaqdır. Cəmiyyətin tabeliyində olan mağazalarda aparılan inventarizasiya yoxlamaları iki hissədən ibarət olan prosesidir. Birinci hissə - mağazada maddi məsul şəxsin, yəni cavabdehin öhdəsində olan malların fiziki sayılması və sənədləşdirilməsi prosesidir, ikinci hissəsi isə - fiziki sayılma nəticəsində aşkar edilmiş məlumatların (faktiki qalıq məlumatlarının) mühasibat uçotunda olan məlumatlarla üzləşdirilməsi, aşkar edilmiş nəticələrin (artıq gəlmələrin, əskik gəlmələrin və digər kənarlaşma hallarının) sənədləşdirilməsi, rəhbərlik tərəfindən bu nəticələrin (yekun aktın, üzləşdirmə cədvəlinin) təsdiq edilməsi və cavabdehin bu nəticələrlə tanış edilməsi prosesidir. Cavabdeh inventarizasiya yoxlamasının hər iki mərhələsində (həm malların fiziki sayılması, həm də məlumatların üzləşdirilməsi və yekun nəticələrin aşkar edilməsində) iştirak etmiş, bütün inventarizasiya sənədləri ilə tanış olmuş, izahatını vermiş, yekun nəticələri qəbul edərək imzalamış, hər hansı etirazını bildirməmiş, bununla da Cəmiyyət işçi barəsində aparılan araşdırma zamanı əmək qanunvericiliyi ilə işçinin qorunan hüquqlarını təmin etmişdir. Işin hallarından göründüyü kimi, cavabdeh onun barəsində keçirilmiş yoxlamalarda (malların siyahıya alınmasında, faktiki məlumatların uçot məlumatları ilə üzləşdirilməsində, yekun nəticələrin üzə çıxarılaraq aktlaşdırılmasında) şəxsən iştirak etmiş, yoxlama nəticəsində aşkar edilmiş kənarlaşma halları, yəni əskik gəlmələrin nədən ibarət olduğunu (hansı sayda, hansı məbləğdə və s.) və buna görə məsul olduğunu etiraf etmiş, yoxlama nəticələrini öz imzası və qeydləri ilə təsdiq etmişdir, hər hansı etirazı olmamışdır. Işin düzgün həlli üçün önəmli olan halların varlığını(ziyanın mövcudluğu və bu ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu) təsdiq edən yazılı sübutlar (cavabdehin imzaladığı əmək müqaviləsi, tam maddi məsuliyyət haqqında müqavilə, vəzifə təlimatı, inventarizasiya sənədləri, iltizamnamələr, izahatlar, yekun aktlar, üzləşdirmə cədvəlləri) məhkəməyə təqdim edilsə də, məhkəmə bu sübutları düzgün qiymətləndirməmiş, yoxlama sənədlərinin natamam və ya yolverilməz olduğunu konkret normativ-hüquqi aktların müddəaları ilə əsaslandırmamış, habelə işçinin işəgötürənə vurduğu ziyanın hansı qaydada müəyyən edilməli və sənədləşdirilməli olduğunu əsaslandıra bilməmişdir. Bu səbəbdəndir ki, qəbul edilmiş qətnamə ziddiyyətli və natamamdır. Məhkəmə yoxlama sənədləri ilə bağlı bir tərəfdən qeyd edir ki, həmin sənədlərin heç birində cavabdehin maddi ziyan vurduğunu etiraf etməsinə dair hər hansı müddəa yoxdur, cavabdeh imzaladığı sənədlərdə yalnız mağazada çatışmazlığın aşkar edildiyini təsdiqləmişdir. Qətnamənin növbəti abzasında isə məhkəmə ziddiyyətli mövqe nümayiş etdirərək qeyd edir ki, cavabdeh borcun etirafına dair sənəd imzalamış olsa belə, bu, iddiaçının tələbini təsdiq edən müstəsna bir sübut kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, məhkəməyə hansı sənəd təqdim edilməyindən asılı olmayaraq, məhkəmə sübutları obyektiv qiymətləndirməmiş və cavabdehin öz imzaları, əlyazma qeydləri və izahatları ilə təsdiq etdiyi inventarizasiya sənədlərini yolverilməz sübut kimi qəbul etsə də, həmin cavabdehin eyni qaydada imzaladığı kadr sənədlərini (əmək müqaviləsinin bağlanması və vəzifə dəyişikliyi ilə bağlı sənədlər, tam maddi məsuliyyət haqqında müqavilə və vəzifə təlimatı və s.) yolverilməzliyinə dair hər hansı münasibət bildirməmiş, bununla da qərəzsizlik və bərabərlik prinsiplərini pozmuşdur. Birinci instansiya məhkəməsi işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası MPM-in 76.2-ci maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə düzgün müəyyənləşdirməmiş, iş materiallarında olan sübutları AR MPM-in 88-ci maddəsinə əsasən düzgün qiymətləndirməmiş, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Işin hallarından göründüyü kimi, sübutetmə yükünün bölgüsünə əsasən ziyanın məhz cavabdeh tərəfindən vurulduğunu sübut edilsə də, cavabdeh ziyanın onun tərəfindən vurulmadığını sübut edə bilməmişdir. Belə ki, cavabdeh özünü müdafiə xarakterli izahatlar versə də (guya çatışmazlıqların tabeliyində çalışan işçisi Aynurə Abbasovanın qanunazidd əməlləri nəticəsində yaranması barədə), bu izahatlar hər hansı mötəbər sübutla (cinayət və ya inzibati xəta hadisəsi barədə üst rəhbərə məlumat verilməsi barədə rəsmi sənədlər, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanında araşdırmanın aparılması və s.) öz təsdiqini tapmamışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il ## #### tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- Fuad Abdıyev (məruzəçi və sədrlik edən), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-2(008)- ****/**** saylı qətnaməsi iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı vurulmuş ziyanda cavabdehin təqsirini onun tərəfindən imzalanmış "Inventarizasiya nəticələrinə dair yekun akt"larla və iltizamnamə ilə əsaslandırmış, bu halın həmin sənədlərin onun imzalaması ilə təsdiq olunmasının kifayət olduğunu bildirmişdir. Lakin zərərin, həqiqətən cavabdehin təqsirli (hətta təqsirsiz) hərəkət və hərəkətsizliyi nəticəsində dəyməsini və dəqiq məbləğləri, onların hesablanma qaydasını hər hansı digər mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir.
14. Apellyasiya məhkəməsi bildirmişdir ki, "Inventarizasiya nəticələrinə dair yekun akt"larla və iltizamnamədə zərərin birbaşa cavabdeh tərəfindən vurulması öz təsdiqini tapmır. Cavabdehin həmin sənədləri imzalaması isə onun həmin prosesdə iştirak etdiyini və qeyd edilən prosedurun həqiqətən də baş tutduğuna şahidlik etdiyini göstərir.
15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, digər tərəfdən, qanunvericiliyin tələbinə görə illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditorun cəlb edilməsi, audit yoxlamasının aparılması və bu barədə aktın tərtib edilməsi vəzifə olaraq MMCnin üzərinə qoyulmuşdur. Hazırki iş üzrə iddiaçı olan MMC tərəfindən illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün belə müstəqil auditorun cəlb edilməsi, borcun yarandığını iddia etdiyi il üzrə qeyd edilən formada yoxlamanın aparılmasını göstərən, bu audit yoxlaması nəticəsində tərtib edilmiş audit aktının olması müəyyən edilməmişdir. Bu da onu deməyə əsas verir ki, nəinki iddiaçı cavabdehin iddia etdiyi zərərin vurulmasında təqsirini sübut edə bilmir, ümumiyyətlə zərərin dəyməsi halının aşkara çıxarıldığı yoxlama da qanunvericiliyin tələblərinə uyğun keçirilməmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə (hüquqi mövqeyi) ilə razılaşmış (onun mövqeyinin bir daha təkrarlanmasına hər hansı zərurət görmür) və iddianı onun əsaslığına dair sübutlar təqdim edilmədiyindən əsassız hesab etmişdir.
16. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı yalnız günün müəyyən hissəsi iş yerində olur. Lakin çatışmazlığın məhz həmin müddət ərzində və cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranması, ümumiyyətlə çatışmazlıq kimi göstərilən malların (nəzərə alınmalıdır ki, mağazada anbar da mövcud deyil) məhz cavabdeh tərəfindən mağazaya qəbul edilməsi və yerləşdirilməsi də müəyyən edilmir, bununla bağlı da hər hansı sübut təqdim edilmir. Apellyasiya instansiyasında işə baxılarkən məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş videogörüntülərdən isə həmin mağazada işləyən digər şəxs (mağazanın digər əməkdaşı olan və cavabdehin yoxluğunda mağazaya rəhbərlik edən şəxs olduğu bildirilən Aynur Abbasova) tərəfindən açıq və aydın şəkildə pulun kassaya mədaxil edilməməsi, həmin pulun öz üzərində gizlədilməsi məhkəmə tərəfindən müşahidə edilmişdir
17. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-2-ci bəndlərinə, 192-ci maddəsinin 1,2-ci bəndlərinə, 194.1, 194.2, 199-cu maddəsinin “a” bəndi, 200-cü maddənin 1, 5-ci hissələrinə, 202-ci maddəsinin 1ci bəndinə, 203-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Iddiaçı İddiaçı MMC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə (hakimlər- Vüsalə Baxışova (məruzəçi və sədrlik edən), Zaur Əliyev və Zəki Babayev) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.
20. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
21. Belə ki, hazırkı halda işə baxmış məhkəmələr tərəfindən tərəflərin sübutetmə yükü Əmək qanunvericiliyinin tələblərinə uyğun müəyyən edilməmişdir. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir.
22. Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən sübutların mümkünlüyü, araşdırılması və qiymətləndirilməsi zamanı MPM-nin 77.1, 78, 88, 372.2, 380-ci maddələrinin tələblərini nəzərə almamış, qətnamədə bununla bağlı müvafiq əsaslandırma öz əksini tapmamışdır. Iddiaçının cavabdehin məsuliyyət daşıdığını təsdiq etmək üçün məhkəməyə təqdim etdiyi sübutlar (“Adminstratorun vəzifə təlimatını”, ##.##.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqaviləni, maddi ziyanın məbləği ilə bağlı isə inventarizasiya aktları) üzrə prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi dəyərləndirmə aparılmamış, işdəki sübutlar qiymətləndirərkən iddiaçıya məxsus mağazada əksik gələn mallara və hesabatlardakı uyğunsuzluğa görə adminstrator vəzifəsini icra etmiş şəxsin cavabdehlik daşıyıb-daşımadığına qiymət verilməmiş, nəzərə alınmamışdır ki, maddi ziyanın vurulmasında təqsirli olmadığını sübut etmək vəzifəsi bunun əksini iddia edən cavabdehin üzərinə düşür.
ç) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli, *(*- *)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər- Səadət Səlimova (məruzəçi və sədrlik edən), Akif Isgəndərov və Azad Imanov) iddiaçı İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iddia tələbi təmin edilmişdir.
24. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutların mümkünlüyü, araşdırılması və qiymətləndirilməsi zamanı MPM-nin 77.1, 78, 88-ci maddələrinin tələbləri nəzərə alınmamışdır. Belə ki, cavabdehin iddiaçı qarşısında işəgötürənə vurduğu maddi ziyana görə tam məsuliyyət daşıması iş üzrə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Bu məsuliyyətin yaranması əsasları cavabdehin tanış olmaqla imzaladığı “Adminstratorun vəzifə təlimatı”, bağladığı ##.##.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilə ilə, maddi ziyanın məbləği ilə bağlı isə inventarizasiya aktları, verdiyi iltizamnamələr ilə müəyyən olunur.
25. Belə ki, iddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi isə hazırkı mülki iş üzrə prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi dəyərləndirmə aparmamış, işdəki sübutları qiymətləndirərkən iddiaçıya məxsus mağazada əksik gələn mallara və hesabatlardakı uyğunsuzluğa görə adminstrator vəzifəsini icra etmiş şəxsin bağladığı tam maddi məsuliyyət haqqında müqaviləyə, işə qəbul edilərkən tanış olub imzaladığı təlimata əsasən məsuliyyət daşımasını, maddi ziyanın vurulmasında təqsirli olmadığını sübut etmək vəzifəsinin bunun əksini iddia edən cavabdehin üzərinə düşməsini, cavabdehin isə bu vəzifəsini icra edə bilməməsini nəzərə almamış, nəticə də, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul edərək iddianı təmin etməmişdir.
26. Məhkəmə cavabdehin iddia tələblərinə qarşı etirazında istinad etdiyi hallarla bağlı eyni zamanda qeyd etmişdir ki, Əmək Məcəlləsinin 191-ci maddəsində əmək münasibətlərində olan tərəflərin bir-biri qarşısında maddi ziyana görə məsuliyyətinin həm qəsd, həm də ehtiyatsızlığa görə yarandığı nəzərdə tutulduğundan məhkəmə tərəfindən qanunazidd olduğu iddia edilən əməllə baş vermiş nəticə arasında səbəbli əlaqə araşdırılarkən maddi ziyanın işçinin yalnız qəsdən edilən hərəkətləri ilə deyil, eyni zamanda hərəkətsizliyi ilə (məsələn: işçinin vəzifə funksiyalarını lazımınca icra etməməsi və s) vurula biləcəyi də nəzərə alınır. Belə ki, araşdırma zamanı cavabdehin özünün izahatından müəyyən olunur ki, maddi məsul şəxs olmasını bilən cavabdeh öz vəzifələrini icra edərkən tabeliyində olan işçilərin fəaliyyətinə kifayət qədər nəzarət etməmiş, iş vaxtı bitdikdən sonra, növbəti gün işə başlayarkən ona tapşırılan əmlakların müvafiq hesabatını aparmamış, bir sözlə vəzifə funksiyalarını lazımınca icra etməmiş, aşkar etdiyi pozuntular barədə vaxtında hüquq mühafizə orqanına, özünün tabe olduğu şəxslərə rəsmi qaydada məlumat verməmiş, hazırda isə məsuliyyətdən yayınmaq üçün bu vəzifənin ona aid olmamasını bildirir.
27. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-2-ci bəndlərinə, 192-ci maddəsinin 1,2-ci bəndlərinə, 194.1, 194.2, 198, 199-cu maddəsinin “a” bəndi, 200-cü maddənin 1, 5-ci hissələrinə, 201-ci maddənin 1,2 və 3-cü bəndləri, 202-ci maddəsinin 1, 2 və 3-cü bəndlərinə, 203 və 205-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdeh (vəkil vəkil1 Pəbah oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin ziyanın cavabdeh tərəfindən vurulması sübuta yetirilmir. Belə ki, inventarizasiya aktları və tərəflər arasındakı maddi məsuliyyət haqqında müqavilə ziyanın vurulmasını və cavabdehin maddi ziyana görə məsuliyyətini müəyyən etmir. Iddiaçı araşdırma zamanı cavabdehin təqsirini və ziyanla həmin təqsirin əlaqəsini sübuta yetirə bilməmişdir. Işə baxılarkən məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş videogörüntülərdən isə həmin mağazada işləyən digər şəxs (mağazanın digər əməkdaşı olan və cavabdehin yoxluğunda mağazaya rəhbərlik edən şəxs olduğu bildirilən Aynur Abbasova) tərəfindən açıq və aydın şəkildə pulun kassaya mədaxil edilməməsi, həmin pulun öz üzərində gizlədilməsi məhkəmə kollegiyası tərəfindən müşahidə edilmişdir. Bununla da cavabdeh ziyanın vurulmasında təqsiri yetirmişdir. Lakin bu halda məhkəmə tərəfindən nəzərə alınmamışdır.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
31. Maddə 10. ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələridir.
32. Maddə 191.Bənd 1.Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
33. Maddə 191.Bənd 2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a)ziyanın həqiqətən vurulduğunun aşkar olunması; b) təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması. Maddə 192. Bənd 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
34. Maddə 192. Bənd 2.Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
35. Maddə 194.1.Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
36. Maddə 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
37. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.
38. Maddə 199. Bənd “a”. Işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
39. Maddə 200. Hissə İ. Istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
40. Maddə 200. Hissə V. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.
41. Maddə 202. Bənd 1.Işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
42. Maddə 203. Işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. Işəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Cavabdeh Rəşdiov Tahir Taleh oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.