Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1401/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh “xxxx” X1 və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: intizam tənbehinin ləğvi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı ##.##.2016-cı il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan “xxxx” PHŞ-də əmək fəaliyyətinə başlamış, əvvəlcə Mülki müdafiə qərargahının rəisi, ##.##.2022-ci il tarixdən isə Təsərrüfat şöbəsinin rəisi vəzifəsində çalışmışdır;
3. “xxxx” PHŞ-nin ##.##.2022-ci il tarixli, ***-K nömrəli əmri ilə İddiaçı müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə rəsmi təşəkkür elan edilmişdir; 4.
5. İddiaçı ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərində müxtəlif mal, material və avadanlıqların alınması barədə tələbnamələr ilə işəgötürənə müraciət etmişdir;
6. “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli yazılı xəbərdarlığa əsasən müəyyən edilir ki, işçi İddiaçı aşkar edilmiş nöqsanlara görə xəbərdarlıq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan nöqsanlara dair ##.##.2025-ci il tarixli akt tərtib edilmiş, aktda nöqsanlar qeyd edilmiş və akt ümumilikdə 5 nəfər xadimə vəzifəsində işləyən şəxs tərəfindən imzalanmışdır. Nöqsanlara əsasən, müəssisənin xadimələri lazımi avadanlıq və vasitələrlə təmin edilməmiş, xadimələr tərəfindən səthlərin təmizlənməsində istifadə olunan suyun və bezlərin tələblərə cavab vermədiyi müəyyən edilmişdir;
7. “xxxx” publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli, ***-K nömrəli əmri ilə müəyyən edilmişdir ki, işçi İddiaçı barədə aşkar edilmiş nöqsanlara görə töhmət intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan, aşkar edilən pozuntular barədə akt, fotoşəkillər və iddiaçının izahatı əlavə edilmişdir. Aktda nöqsanların siyahısı əksini tapmışdır. Müəssisənin ərazisi, inzibati binanın 1, 2, 3, 4, 5, 6, 8, 9-cu mərtəbələri, mansard ərazisində qeydə alınmış ümumilikdə 50-dən çox nöqsanlar siyahıya alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı barədə qəbul etdiyi yazılı xəbərdarlıq və intizam tənbehi kimi töhmət əmrinin ləğv edilməsi, 20.000 manat məbləğində mənəvi zərərin tutulması və cavabdehin vəzifəli şəxsləri barədə xüsusi qərardadın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, onun barəsində cavabdeh tərəfindən qəbul edilmiş yazılı xəbərdarlıq və töhmət intizam tənbehi barədə əmr qanunsuzdur. Belə ki, xəbərdarlıq və töhmət əmri cavabdeh orqanın yeni rəhbərliyinin iddiaçıya olan qərəzli münasibəti əsasında qəbul edilmiş, kifayət qədər əsaslandırılmamış və saxtalaşdırılmışdır. Belə ki, cavabdeh müəssisəyə təyin edilmiş yeni rəhbər heyətə iddiaçı tərəfindən korrupsiya və digər hüquq pozuntuları barədə məlumatlar təqdim edilmişdir. Bundan sonra, mübahisə predmeti olan qanunsuz və qərəzli əmrlər qəbul edilmişdir. Bu səbəbdən, mübahisə predmeti olan xəbərdarlıq və töhmət əmri ləğv edilməli, vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır.
10. Cavabdeh tərəfindən yazılı etiraz təqdim edilərək göstərilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının şərəf və ya ləyaqəti, işgüzar nüfuzu alçaldılmamış, ləkələnməmişdir. Ona sadəcə xəbərdarlıq və intizam tənbeh növü olan töhmət verilmişdir ki, buna görə də qanunvericilikdə mənəvi ziyan nəzərdə tutulmayıb. Iddiaçının heç bir əsası və sübutu olmayan istinad etdiyi digər məsələlər isə tamamilə öz mülahizələridir və heç bir sübutla təsdiqini tapmayaraq ancaq özünü müdafiə xarakteri daşıyır, bununla da məhkəmədə guya daxili inam yaratmaq istəyir. Iddiaçının növbəti tələbi Səbinə Babazadə, Aysel Qurbanlı, Rüstəm Məmmədov, Rəna Əmirova, Məhəmməd Hüseynov adlı şəxslər barəsində məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə əsasən xüsusi qərardadın çıxarılmasıdır. Bu şəxslər iddiaçıya qanunvericiliyə uyğun olaraq verilən töhmətin və xəbərdarlığın verilməsi ərəfəsində sadəcə öz əmək funksiyalarını yerinə yetirmişlər və buna görə də, iddiaçının hədəfinə çevrilmişlər. Etiraz qeyd olunmuşdur ki, Məhəmməd adlı şəxs tərəfindən onun tapşırığı ilə guya bəzi naqillərin üzərindəki izolyasiya lentlərinin qəsdən açılması, Səbinə Babazadənin guya korrupsiya hüquqpozmalarını himayə etməsi, onun hesabatına görə Aysel Qurbanlının guya baş vermiş qanunsuzluqların iştirakçısı və icraçısı olması, eynilə Rüstəm Məmmədov və Rəna Əmirova haqda əsassız, heç bir sübutla, faktla öz təsdiqini tapmayan və yalnız öz mülahizələrini qeyd edərək hakimdə daxili inam yaratmağa, özünü müdafiə etməyə, məsuliyyətdən yaxa qaçırmağa hesablanmış digər fikirlər təkzib edilmiş, həmin şəxslərin əməllərində heç bir cinayət əlamətləri olmadığından bu barədə xüsusi qərardad çıxarıla bilməməsi vurğulanmışdır.
11. Yasamal Rayon Məhkəməsinin (hakim F.A.Əlizadə) ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, mübahisələndirilən əmrlərin verilməsinə əsas olan hallar müvafiq aktlarla rəsmiləşdirilmiş, əmrlər faktiki hallara əsaslandırılmışdır. Aktlarda göstərilən nöqsanlar iddiaçının Təsərrüfat şöbəsinin müdiri kimi əmək funksiyalarına aid olmuş, onların aradan qaldırılması da məhz onun vəzifə öhdəliklərinə daxil olmuşdur. Iddiaçının əmrlərin cavabdehin yeni rəhbərliyi tərəfindən qərəzli qaydada verildiyini bildirməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işçi barəsində intizam tənbehi tətbiq etmək işəgötürənin qanunla müəyyən edilmiş hüququdur. Məhkəmənin vəzifəsi isə həmin hüququn həyata keçirilməsi zamanı əmrin qanunvericiliyin tələblərinə uyğun verilibverilmədiyini,
13. prosedur qaydalarına riayət olunub-olunmadığını və kifayət qədər əsaslandırıldığını yoxlamaqdan ibarətdir.
14. Bundan əlavə, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu mübahisə üzrə əsl cavabdeh deyildir. Belə ki, iddiaçı əmək münasibətlərinə Nazirliklə deyil, cavabdeh "xxxx" publik hüquqi şəxsi ilə daxil olmuş, mübahisələndirilən əmrlər də həmin işəgötürən tərəfindən verilmişdir.
15. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etmişdir ki, delikt məsuliyyətinin yaranması üçün cavabdehin təqsiri, zərərin mövcudluğu və təqsirli hərəkətlə zərər arasında səbəbli əlaqə olmaqla üç şərtin məcmu halında mövcudluğu tələb edilir, lakin hazırkı iş üzrə həmin şərtlər müəyyən edilmədiyindən cavabdehlərin maddi-hüquqi məsuliyyəti üçün əsas yaranmır.
16. Həmçinin, mülki iş üzrə cavabdeh "xxxx" publik hüquqi şəxsin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılması üçün əsas müəyyən edilməmişdir. Iş materiallarında bunu təsdiq edən ilkin sübutlar mövcud deyildir. 17.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin nəticəsi üçün əhəmiyyətli olan bütün faktiki halları tam və obyektiv araşdırmamışdır. Xəbərdarlığın və intizam tənbehinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verdiyimə görə qərəzli şəkildə verilməsini təsdiq edən və məhkəməyə təqdim etdiyim çoxsaylı və əsaslı sübut materiallarını, mötəbər dəlilləri məhkəmə tədqiq etməmiş və onları düzgün qiymətləndirməmişdir. Belə ki, bu istiqamətdə 2025-ci ilin iyun-iyul aylarında təsərrüfat təminatındakı neqativ faktlar və nöqsanlar barədə S.Babazadəyə təqdim edilən ##.##.2025-ci il,##.##.2025-ci il, ##.##.2025-ci il tarixli ətraflı rəsmi məlumatlardakı sübut amilləri qərəzli şəkildə araşdırılmamışdır. Həmin rəsmi sənədlərdə cavabdeh təşkilatın Tender (malların və işlərin satınalınması) fəaliyyətində yol verilən pozuntulara görə anbarda zəruri olan təmizlik-gigiyenik vasitələrinin, təsərrüfat mallarının olmaması, eyni zamanda qanunvericiliyə görə tender vasitəsilə icra edilməli olan su, istilik, soyutma və elektrik sistemlərində cari təmirbərpa işlərinin vaxtında və keyfiyyətlə aparılmaması, bu sahədə cavabdeh vəzifəli şəxslər tərəfindən ciddi pozuntulara yol verilməsi barədə konkret faktlar və qabaqlayıcı məlumatlar göstərilmişdir. Həmçinin, iddiaçı tender və maddi təminat işlərində heç bir iştirakının və fəaliyyətinin olmadığını qeyd etmişdir. S.Babazadə həmin məsələlərə məsul olan məlum vəzifəli şəxslər barədə zəruri tədbirlər görmək əvəzinə, məlumat verdiyinə görə qanunsuz və qərəzli şəkildə iddiaçını cəzalandırmışdır. Məhkəmə S.Babazadənin, qeyd olunan korrupsiya hüquqpozmalarına dair ona təqdim olunan ciddi faktlar üzrə birbaşa vəzifə borcu olmasına baxmayaraq, heç bir qanuni tədbirlər görməməsinin səbəblərini araşdırmamış və iş üçün əhəmiyyət kəsb edən bu xüsusata aydınlıq gətirməmişdir. Eyni zamanda, bu istiqamətdə verdiyi vəsatətlər heç bir əsas olmadan təmin edilməmişdir. Məhkəmə prosesində ISIM-in və onun Təsərrüfat şöbəsinin faktiki təşkilat-ştat quruluşu ilə Təsərrüfat şöbəsi müdirinin vəzifə funksiyaları arasında uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, ISIM-də yanğın təhlükəsizliyinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına rəsmi şəkildə “Insan resursları və hüquq şöbəsi”nin mühəndisi Rəna Əmirova cavabdeh olduğu halda, sonradan bu vəzifələrin gizli və əsassız olaraq iddiaçının əmək funksiyalarına da daxil edilməsi halı məhkəmə tərəfindən araşdırılmamış və ona iş üçün əhəmiyyətli olan zəruri hüquqi qiymət verilməmişdir. Məhkəmə qətnamədə yalnız işəgötürənin təqdim etdiyi birtərəfli, qərəzli və təhrif olunmuş məlumatlarını əsas götürmüşdür. Iddiaçı göstərmişdir ki, işəgötürən tərəfindən ##.##.2025-ci il tarixdə ona əmr formasında deyil, ayrıca kağızda tərtib edilmiş "Xəbərdarlıq" təqdim edilmiş, həmin sənədlə ##.##.2025-ci il tarixdə xüsusi qeyd aparılmaqla tanış edilmişdir. Məhkəməyə müraciət etdikdən sonra xəbərdarlığın hüquqi əsası kimi geriyə tarixlə əlavə əmr və akt tərtib edilmiş, həmin sənədlər arasında ziddiyyətlər mövcud olmuş, onlar məhkəməyə qədər tanış olması üçün ona təqdim edilməmişdir. Həmçinin xəbərdarlığın əsasını təşkil edən aktı imzalamış beş nəfər xadimənin şahid qismində dindirilməsi barədə verdiyi vəsatət təmin edilməmiş, həmin sənədlərdə əks olunan məlumatlar, o cümlədən aktda göstərilən malların anbarda mövcud olmaması barədə qeydlər, bunun əksini təsdiq edən çoxsaylı rəsmi tələbnamələr, istifadə olunan suyun sanitar tələblərə cavab verməməsinə görə məsuliyyət daşımaması, bu vəziyyətin korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində yarandığını əvvəlcədən rəsmi qaydada rəhbərliyə bildirməsi barədə izahatı və digər təqdim etdiyi sübutlar məhkəmələr tərəfindən qiymətləndirilməmişdir. Bundan əlavə, iddiaçı qeyd etmişdir ki, aktların onun iştirakı olmadan tərtib edilməsinin səbəbləri araşdırılmamış, aidiyyəti şəxslərin bu barədə izahatlarının alınması təmin edilməmiş, əmrin əsassızlığını təsdiq etmək məqsədilə təqdim etdiyi 30 ədəd fotoşəkil, aktlar, yazılı izahatlar və digər sənədlər məhkəmə tərəfindən tədqiq edilməmişdir. Həmçinin bu istiqamətdə verdiyi konkret vəsatətlərə baxılmamış, işəgötürənə ünvanlanmış yazılı sualların cavablandırılması da təmin edilməmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər S.X.Bəhrəmzadə sədrlik edən və məruzəçi, V.N.Sadıqov və X.A.Mərdanova) ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən əmrlərin qəbul edilməsinə əsas olan hallar müvafiq aktlarla rəsmiləşdirilmiş və əmrlər kifayət qədər əsaslandırılmışdır. Aktlarda göstərilən nöqsanlar iddiaçının Təsərrüfat Şöbəsinin müdiri kimi vəzifə funksiyalarının icrası ilə bağlı olmuş və həmin nöqsanların aradan qaldırılması onun əmək öhdəliklərinə daxil edilmişdir.
22. Iddiaçı sözügedən əmrlərin cavabdehin yeni rəhbərliyi tərəfindən qərəzli şəkildə verildiyini bildirsə də, bu hal iş materialları ilə təsdiq olunmamış və iş materiallarında olan aktlardan müəyyən edilmişdir ki, iddiaçı əmək funksiyasına uyğun olaraq təsərrüfat ehtiyacları üçün zəruri sərfiyyat materiallarının (yuyucu vasitələr və təsərrüfat inventarının) uçotunu lazımi qaydada aparmamış, onların mövcud olmaması halında alınması üçün müvafiq tələbnamələr təqdim etməmiş, habelə müəssisə ərazisində sanitariya normalarına riayət olunmasına lazımi nəzarəti həyata keçirməmişdir.
23. Məhz bu hallar əsasında xəbərdarlıq verilmiş və həmin xəbərdarlıqda xadimələrin işlərini tələblərə uyğun yerinə yetirmələri üçün zəruri təmizlik avadanlığı və vasitələrinin siyahısının hazırlanması, onların təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi, sanitar qovşaqların və işçi otaqlarının tam dezinfeksiya olunması, habelə gigiyenik vasitələrlə davamlı təmin edilməsi tələb edilmişdir. Iddiaçı isə qeyd olunan hallarla bağlı məsuliyyətdən yayınmaq məqsədilə tələbnamələrin təqdim edildiyini, problemlərin korrupsiya xarakterli pozuntulardan irəli gəldiyini, məsələlərin onun səlahiyyət dairəsinə aid olmadığını, alınan malların tender şərtlərinə uyğun olmadığını və digər halları göstərmişdir. Lakin həmin izahatlar iddiaçının subyektiv mülahizələrindən ibarət olmaqla, hər hansı mötəbər sübutla təsdiq olunmur. Həmçinin iddiaçının istinad etdiyi korrupsiya xarakterli hüquqpozuntular öz təsdiqini tapmamışdır.
24. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən xəbərdarlıq və töhmət barədə əmrlər əmək qanunvericiliyinin tələblərinə uyğun qaydada qəbul edilmiş, həmin əmrlərin verilməsi üçün kifayət qədər əsas olmuşdur.
25. Məhkəmə kollegiyası öz mövqeyini Əmək Məcəlləsinin 186.2, 187.2, 189.1, 189.2, 189.3, 189.4, 192.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya tətbiq edilmiş xəbərdarlıq və töhmət intizam tənbehləri əsassız və qanunsuz olmuşdur. Belə ki, xəbərdarlıq və töhmətdə qeyd edilən nöqsanlarla bağlı iddiaçı ##.##.2024-cü il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə işəgötürənə dəfələrlə müraciət etsə də, müvafiq tədbirlər görülməmişdir. Buna görə də yaranmış vəziyyət işəgötürənin hərəkətsizliyinin nəticəsi olmuş, iddiaçının təqsiri ilə bağlı olmamışdır.
28. Bundan əlavə, xəbərdarlıq və töhmətin əsasını təşkil edən aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmiş, aktlarda nöqsanların hansı vəzifə öhdəliklərinin pozulması ilə bağlı olduğu göstərilməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi izahat və dəlillər araşdırılmamışdır.
29. Aktlarda qeyd olunan nöqsanlar əsasən uzunmüddətli istismar nəticəsində yaranmış və əsaslı təmir tələb edən hallarla bağlı olmuş, onların aradan qaldırılması isə iddiaçının vəzifə öhdəliklərinə aid olmamışdır.
30. Iddiaçı korrupsiya xarakterli hallar barədə aidiyyəti dövlət orqanlarına məlumat vermişdir. Buna baxmayaraq, işəgötürən tətbiq etdiyi intizam tənbehinin həmin müraciətlərlə əlaqədar olmadığını əsaslandırmamışdır. Bu səbəbdən intizam tənbehinin iddiaçıya qarşı qisas xarakteri daşıdığı qənaətinə gəlmək mümkündür.
31. Işəgötürənin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmiş, sağlamlıq vəziyyəti pisləşmiş və ona mənəvi zərər dəymişdir (bununla bağlı tibbi sənədlər iş materiallarına əlavə edilmişdir).
32. Iddianı təsdiq edən mötəbər sübutların əldə edilməsi üçün inzibati binaya yerində müayinə (baxış) keçirilməsinin zəruriliyi barədə ##.##.2025-ci il tarixli vəsatətə baxılmayıb və hüquqi qiymət verilməyib.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Cavabdeh (vəkili və nümayəndəsi vəkil2) kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. Etiraz onunla əsaslandırılmışdır ki, müəssisədə aşkar edilmiş nöqsanlar iddiaçının tərəflər arasında bağlanmış əmək müqaviləsi üzrə üzərinə götürdüyü əmək funksiyalarının lazımi qaydada yerinə yetirməməsi nəticəsində baş vermişdir. Belə ki, ##.##.2025-ci il tarixli yoxlama zamanı aşkar edilmiş texniki və əmək təhlükəsizliyi pozuntularının da iddiaçının nəzarət etməli olduğu sahələrlə bağlı olmuş və müəssisədə müvafiq mühəndis və texniki işçilərin mövcudluğu nəzərə alınaraq, həmin işlərin kənar təşkilatlar tərəfindən görülməsinə zərurət olmamışdır. Bu əsaslarla cavabdeh xəbərdarlıq və töhmət əmrlərinin qanuni və əsaslı olduğunu, onların korrupsiya ilə bağlı müraciətlərlə əlaqəsinin olmadığını və iddiaçının mənəvi zərər tələbinin sübuta yetirilmədiyini qeyd etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
35. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Insan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyası
36. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
37. Maddə 12, 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: e) e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;
38. Maddə 186, 2-ci hissə. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək.
39. Maddə 187, 2-ci hissə. Intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
40. Maddə 187, 4-cü hissə. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə intizam tədbirlərinin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.
41. Maddə 189, 1-ci bəndi. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
42. Maddə 189, 2-ci bənd. Intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
43. Maddə 189, 3-cü bənd. Intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
44. Maddə 189, 4-cü bənd. Intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin həddi və dəlilləri üzrə bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
54. Hazırkı işdə iddiaçının irəli sürdüyü tələblərdən biri onun barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli yazılı xəbərdarlıq və ##.##.2025-ci il tarixli, ***-K nömrəli töhmət haqqında əmrin qanunsuz hesab edilərək ləğv edilməsindən ibarətdir.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi bu tələb üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları tam və hərtərəfli araşdırmamış, işdə olan bir sıra mühüm sübutlara hüquqi qiymət verməmiş, bəzi sübutlar arasında mövcud olan ziddiyyətləri aradan qaldırmamış, nəticədə isə MPM-in sübutların qiymətləndirilməsinə dair tələblərinə uyğun əsaslandırılmış nəticəyə gəlməmişdir.
56. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ##.##.2016-cı il tarixindən cavabdeh müəssisədə əmək fəaliyyətinə başlamış, əvvəlcə Mülki müdafiə qərargahının rəisi, ##.##.2022-ci il tarixindən isə Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
57. Iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı X3 rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin ##.##.2022-ci il tarixli, **/**-*** nömrəli məktubunda müəssisənin mülki müdafiə üzrə fəaliyyətinin müsbət qiymətləndirilməsi nəzərə alınaraq, iddiaçıya ##.##.2022-ci il tarixdə müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqləndiyinə görə rəsmi təşəkkür elan edilmişdir. Bundan sonra isə iddiaçı ##.##.2022-ci il tarixdə daha məsul vəzifə hesab olunan Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. Bu baxımdan, uzun müddət ərzində peşəkar fəaliyyəti qiymətləndirilmiş, rəsmi qaydada təşəkkür almış və vəzifədə irəli çəkilmiş işçinin, müəssisəyə 2025-ci ilin may ayında yeni rəhbər təyin edilməsindən dərhal sonra, təxminən 15-18 gün ərzində əmək vəzifələrini yerinə yetirməyən, intizamsız işçi kimi qiymətləndirilməsi iş üzrə mövcud digər sübutlarla birlikdə qiymətləndirilməli olan mühüm hal olmuşdur (§ 3).
58. Bundan başqa, iddiaçının həm iddia ərizəsində, həm apellyasiya və kassasiya şikayətlərində irəli sürdüyü əsas arqumentlərdən biri ondan ibarət olmuşdur ki, xəbərdarlıq və sonradan tətbiq edilmiş töhmətdə göstərilən nöqsanların əksəriyyəti onun dəfələrlə işəgötürənin diqqətinə çatdırdığı, lakin rəhbərlik tərəfindən tədbir görülməyən problemlərlə bağlı olmuşdur.
59. Bu xüsusda iş materiallarında iddiaçının cavabdeh təşkilata ünvanladığı ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli tələbnamələr mövcuddur. Həmin sənədlərdə təsərrüfat fəaliyyəti üçün zəruri olan təmizlik vasitələrinin, inventarın və digər sərfiyyat materiallarının alınmasına ehtiyac olduğu göstərilmiş, onların təmin olunması xahiş edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bir-birini təkzib edən nəticələrə gəlinmişdir. Belə ki, qətnamənin 3-cü bəndində məhkəmə iş materiallarında iddiaçının göstərilən tarixlərdə təqdim etdiyi tələbnamələrin mövcud olduğunu qeyd etdiyi halda, 28-ci bənddə iddiaçının belə vasitələrin alınması üçün ümumiyyətlə tələbnamə təqdim etmədiyi göstərilmiş, məhz bu əsas da intizam tənbehinin qanuniliyinin əsaslandırılması üçün istifadə olunmuşdur (§ 5 və 22).
60. Apellyasiya instansiyası məhkəməsi əvvəlcə iş materiallarında tələbnamələrin mövcudluğunu qəbul etdiyi halda, sonradan həmin tələbnamələrin ümumiyyətlə təqdim edilmədiyini göstərməsinin səbəblərini izah etməmiş, həmin sənədlərin məzmununu araşdırmamış və onların hüquqi əhəmiyyətinə qiymət verməmişdir.
61. Eyni zamanda, iddiaçı tərəfindən təqdim olunmuş monitorinq xarakterli akt və hesabatlara da məhkəmələr tərəfindən münasibət bildirilməmişdir. Iş materiallarından görünür ki, komissiya tərəfindən keçirilmiş monitorinq zamanı müəssisənin xadimələrinin və bağbanlarının öz işlərini lazımi səviyyədə icra etdikləri, təmizlik vasitələrindən qənaətlə istifadə olunduğu və müəssisənin ümumi sanitariya vəziyyətinin müsbət qiymətləndirildiyi qeyd edilmişdir. Həmin sənəd yeni baş direktor S.Babazadəyə təqdim edilmiş və onun tərəfindən etiraz edilməmişdir.
62. Belə ki, iyun ayının əvvəlində müəssisənin sanitariya vəziyyəti rəhbərlik tərəfindən qənaətbəxş hesab edilmiş, bundan qısa müddət sonra isə iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə müəssisədə yol verilmiş nöqsanlar və mümkün korrupsiya xarakterli hallar barədə rəhbərliyə rəsmi məlumat təqdim edildikdən dərhal sonra onun fəaliyyəti mənfi qiymətləndirilmişdir. Bu halların intizam tənbehlərinin tətbiqi ilə mümkün əlaqəsinin olubolmaması iş üzrə araşdırılmalı, onlara hüquqi qiymət verilməli idi.
63. Bundan başqa, iş materiallarında olan ##.##.2025-ci il tarixli aktın surətindən görünür ki, cavabdeh təşkilatın baş direktoru tərəfindən həmin akt ##.##.2025-ci il tarixdə dərkənarla icraya yönəldilmiş və aşkar edilmiş problemlərin aradan qaldırılması iddiaçıya deyil, Şahmarov soyadlı şəxsə tapşırılmışdır.
64. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında baş direktorun rəsmi imzası ilə təsdiq olunmuş, nöqsanların aradan qaldırılmasının başqa şəxsə həvalə edilməsini əks etdirən sənəd mövcud olsa da, həmin sənədin iddiaçının intizam məsuliyyətinə cəlb edilməsinin əsaslılığına təsiri apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamış, ona digər sübutlarla qarşılıqlı əlaqədə hüquqi qiymət verilməmişdir.
65. Iddiaçı həmçinin bildirmişdir ki, xəbərdarlıqdan cəmi on doqquz gün keçdikdən sonra ona eyni xarakterli hallara görə daha ağır intizam tənbehi - töhmət tətbiq edilmişdir. Bu zaman iddiaçı tərəfindən göstərilən nöqsanların aradan qaldırılması üçün zəruri maddi-texniki təminatın yaradılıb-yaradılmaması, onun təqdim etdiyi tələbnamələrin icra olunubolunmaması, anbarda həmin dövrdə zəruri təmizlik vasitələrinin mövcud olub-olmaması, bu məqsədlə satınalma sənədlərinin mövcudluğu kimi hallar araşdırılmamışdır. Halbuki Əmək Məcəlləsinin 12-ci maddəsinin "e" və "ə" bəndlərinə əsasən işəgötürən işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmağa, habelə işçilərin əmək və maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının dəfələrlə təqdim etdiyi tələbnamələr üzrə işəgötürənin hansı tədbirləri gördüyünü, ümumiyyətlə bu müraciətlərə baxılıbbaxılmadığını
66. araşdırmamış, bununla bağlı işəgötürənin üzərinə düşən qanuni vəzifələrin yerinə yetirilib-yetirilməməsinə hüquqi qiymət verməmiş, habelə həmin halların işin düzgün həllinə mümkün təsirini qiymətləndirməmişdir.
67. Iddiaçı həmçinin xəbərdarlıq əmri ilə bağlı sənədlərin sonradan, geriyə tarix qoyulmaqla rəsmiləşdirildiyini, aktların onun iştirakı olmadan tərtib edildiyini və sübutların saxtalaşdırıldığını iddia etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu iddiaları da araşdırmamış, mübahisələndirilən əmrin əsasını təşkil edən sənədlərin mötəbərliyini iddiaçının istinad etdiyi dəlillər baxımından qiymətləndirməmişdir.
68. Prosessual hüquq normalarının pozulması baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müəssisədə yerində müayinə keçirilməsi barədə vəsatət vermiş, həmin vəsatətdə intizam tənbehinin əsasını təşkil edən faktiki vəziyyətin məhkəmə tərəfindən bilavasitə araşdırılmasının zəruriliyini göstərmişdir. Lakin həmin vəsatətə məhkəmələr tərəfindən ümumiyyətlə münasibət bildirilməmişdir.
69. Bundan əlavə, töhmət əmrinin əsasını təşkil edən aktı imzalamış beş nəfər xadimənin şahid qismində dindirilməsi barədə vəsatət əsaslandırılmış motivlər göstərilmədən rədd edilmişdir. Halbuki həmin şəxslərin ifadələri aktın tərtib edilmə şəraiti, orada göstərilən halların həqiqiliyi və iddiaçının iştirak edib-etməməsi kimi mübahisəli məsələlərin aydınlaşdırılması baxımından əhəmiyyətli ola bilərdi.
70. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara münasibət bildirməmiş, cavabdehin mübahisələndirilən əmrlərinin verilməsinə əsas olmuş sənədlərin mötəbərliyini yoxlamamış, həmin sübutların qəbul edilməsinin və ya rədd edilməsinin səbəblərini qətnamədə göstərməmişdir.
71. Məhkəmə kollegiyası vurğulayır ki, iş üzrə əhəmiyyət kəsb edən halları müəyyən etmədən və onlara qiymət vermədən, səthi və formal mülahizələrlə iddianın həlli barədə çıxarılmış qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
72. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X2 X4 6cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına səbəb olur (§ 35-36).
73. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ## ### 2006-cı il tarixli qərarında hüquqi mövqe ifadə edilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Həmin qərarda, həmçinin vurğulanmışdır ki, məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu şərh etməli, sübutları qarşılıqlı əlaqədə qiymətləndirməli, qəbul etdiyi və ya rədd etdiyi sübutların səbəblərini aydın göstərməlidir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın cavabdeh təşkilatdan 20.000 manat məbləğində mənəvi zərərin tutulması və cavabdehin vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılması hissələrinin hüquqi həlli mübahisələndirilən xəbərdarlıq və töhmət əmrlərinin qanuniliyi məsələsindən asılıdır.
75. Hazırkı qərarda göstərilən əsaslarla həmin intizam tənbehlərinin qanuniliyi məsələsinin yenidən araşdırılması zərurəti yarandığından, apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia tələbinin həmin hissəsi üzrə tam və hərtərəfli araşdırma aparmalı, bundan sonra isə araşdırmanın nəticələrindən asılı olaraq mənəvi zərərin tutulması tələbinə və xüsusi qərardad çıxarılması xahişinə qanunvericiliyə uyğun qaydada hüquqi qiymət verməlidir.
76. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırkı mərhələdə əsaslandırılmış hesab edilə bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
77. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
78. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.