Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1403/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilk iddiası, iddiaçı cavabdeh3 cavabdehlər cavabdeh4, cavabdeh5, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 və Abşeron rayon * saylı notariat ofisinə qarşı birləşdirilmiş ikinci mülki iş üzrə iddiası ilə bağlı QƏRARI (Açar sözlər: qarajdan istifadəyə maneələrin aradan qaldırılması; müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı (Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair birinci iş, iddiaçı cavabdeh3 cavabdehlər cavabdeh4, cavabdeh5, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 və Abşeron rayon * saylı notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair birləşdirilmiş ikinci mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. cavabdeh3 ilə cavabdeh5 2010-cu ilin dekabr ayında rəsmi nikaha daxil olmuşlar. Onların nikahları Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli ##.##.2023-cü il tarixli dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Abşeron Rayon İcra Hakimiyyətinə məxsus) ##.##.2005-ci il tarixli *** nömrəli icarə müqaviləsi və ##.##.2022-ci il tarixli, 3M-**** reyestr nömrəli torpağın icarə hüquqlarının alğısatqısı müqaviləsinə əsasən cavabdeh5 xeyrinə icarə hüququnun alğı-satqısı ilə yüklü edilmişdir.
3. ##.##.2024-cü il tarixli torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında satıcı cavabdeh5 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən özünün icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarını alıcı cavabdeh4 5.000 manata satmışdır.
4. ##.##.2024-cü il tarixli torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi əsasında satıcı cavabdeh4 (əvəzinə etibarnamə üzrə səlahiyyətli olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs imza etməklə) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh4 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarını alıcı İddiaçı 5.000 manata satmışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların yüklənməsi (icarə hüququnun alğı-satqısı) haqqında ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli müraciətə baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair məhkəmə mübahisəsinin olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə, cavabdeh cavabdeh5 tərəfindən iddiaçı cavabdeh3, azyaşlı uşaqları ##.##.2010-cu il təvəllüdlü X2 və ##.##.2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 1.500 kv.m. torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən istifadə etmələri üçün yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı İddiaçı (bundan sonra birinci iş üzrə iddiaçı) cavabdeh cavabdeh3 (bundan sonra birinci iş üzrə cavabdeh) qarşı (Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh3 tərəfindən ona məxsus Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması və onun torpaq sahəsindən və qanunsuz tikilidən çıxarılması, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və həmin torpaq sahəsinə torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən onun adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2024-cü il tarixdə Abşeron rayon * saylı notariat ofisində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2024-cü il tarixli ************ reyestr nömrəli çıxarışa əsasən cavabdeh4 icarəsində olan Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsini torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən 5.000 manata almışdır. Qeyd edilən torpaq sahəsini təsərrüfat yaratmaq məqsədi ilə almışdır. Həmin torpaq sahəsinə baxarkən torpaq sahəsini ona satan şəxs bildirmişdir ki, bu tikili qanunsuz özbaşına tikilidir və ona məxsusdur. Bundan sonra o, torpaq sahəsinə çıxarış almaq üçün Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Həmin qurumun ##.##.2025-ci il tarixli məktubu ilə ona çıxarış verməkdən imtina olunaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğu üçün çıxarış verilə bilməz. * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü ildə verilmiş daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair torpağı ona satmış cavabdeh4 adına verilmiş arayışdan görünür ki, arayışda qeyd edilən torpaq sahəsi torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən ona satılarkən torpaq barədə məhdudiyyətin (yüklülüyün) olduğu göstərilməmişdir. Buna görə də, torpaq haqqında məhkəmə mübahisəsinin olduğunu bilməmiş və belə mübahisənin olduğunu bilsə idi, alğı-satqı müqaviləsi bağlamazdı. Bu arayışın verilməsi ilə ona çıxarışın verilməsindən imtina edilməsi barədə verilən cavab məktubu arasında 28 gün müddət keçmişdir. Arayışın etibarlılıq müddəti isə 1 ay göstərilmişdir. Ərizə ilə * saylı Abşeron Ərazi İdarəsinə ##.##.2024-cü ildə müraciət etmişdir. İddiaçı səlahiyyətli dövlət orqanı olaraq * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən həmin arayışa inanaraq alğı-satqı müqaviləsi bağlamış və torpaq sahəsinin mübahisəli olduğunu bilə bilməzdi. Alğı-satqı müqaviləsi bağlandıqdan və ona çıxarış verilməsindən imtina olunduqdan sonra ona məlum olmuşdur ki, torpaq sahəsi əvvəllər ər-arvadın birgə nikah dövründə əldə olunmuş əmlak olmuş, həmin torpaq sahəsi üçüncü şəxsə satılmış və həmin şəxs, yəni alğı-satqı müqaviləsini onunla bağlayan cavabdeh4 isə həmin torpaq sahəsini torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən ona satmışdır. Bundan başqa, notariat ofisinə təqdim etmək üçün Abşeron Rayon İcra Hakimiyyətinin cavabdeh4 etibarnamə üzrə nümayəndəsi X5 verdiyi ##.##.2024-cü il tarixli məktubda qeyd edilir ki, qeyd edilən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğu üçün bu torpaq sahəsini torpaqdan təyinatına uyğun istifadə edəcəyi təqdirdə İddiaçı satılmasına etiraz etmirlər.
9. Daha sonra iddiaçı cavabdeh3 (bundan sonra birinci iş üzrə cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı)) cavabdehlər cavabdeh4, cavabdeh5, İddiaçı (bundan sonra birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh)), Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon * saylı notariat ofisinə (bundan sonra birləşdirilmiş ikinci iş üzrə cavabdehlər)) qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli 3M- **** reyestr nömrəli torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh4 adına verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı adına verilmiş ##.##.2024-cü il tarixli torpağın icarə hüquqlarına dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ödənilmiş dövlət rüsumunun cavabdehlər cavabdeh4, İddiaçı və cavabdeh5 müştərək qaydada tutularaq ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərdən cavabdeh5 ilə ##.##.2009cu ildə10. faktiki olaraq el adəti ilə toy edib evlənmişlər. 2010-cu ilin dekabr ayında isə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından ##.##.2010-cu ildə Nərmin və ##.##.2017-ci ildə Yusif adlı uşaqları doğulmuşdur. Aralarında olan ailə münasibətləri əvvəlcədən normal olmamış, mütəmadi olaraq küsüb-barışmışlar. Sonuncu dəfə 2023-cü ilin iyun ayında cavabdeh heç bir əsaslı səbəb olmadan onu azyaşlı uşaqları ilə birlikdə yaşadıqları evdən qovmuşdur. Cavabdehin bu cür hərəkətlərinə tez-tez məruz qalmışlar. Hazırda cavabdehlə aralarında olan nikah pozulmuşdur. Cavabdehlə birgə nikahda olduqları dövrdə, yəni ##.##.2014-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1.500 kv.m. torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirmişlər. Evin tikintisi başa çatdıqdan sonra 2017-ci ilin oktyabr ayında həmin evə köçərək orada yaşamağa başlamışlar. Ev işıq, su və qaz təchizatı ilə təmin edilmişdir. Torpağa və evə dair əmlak vergilərini cavabdeh5 adından ödəmişlər. cavabdeh5 onların evdə yaşamalarına müxtəlif maneələr törətmişdir. Onun cavabdeh cavabdeh5 qarşı evdən istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi təmin edilməmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Daha sonra cavabdeh5 qanunsuz olaraq alğı-satqı etmiş və evin yerləşdiyi torpaq sahəsinə dair cavabdeh4 adına Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi bağlamış və cavabdeh4 adına ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan sonra cavabdeh4 onun azyaşlı uşaqları ilə birlikdə evdə yaşadığını gördükdə torpağa dair İddiaçı ilə ##.##.2024-cü il tarixli Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi bağlamışdır. Göründüyü kimi, aralarında məhkəmə mübahisəsi gedən ərəfədə cavabdehlər qanunsuz hərəkətlər etmiş və məhkəmə qətnamələri ilə onun istifadə hüququnun olduğu təsdiq edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yüklü olduğu halda, qanunsuz olaraq cavabdeh4 adına çıxarış verilmişdir. Evə dair mülkiyyət hüququ barədə sənəd olmasa da, evin yerləşdiyi torpaq sahəsini birgə nikahda olduqları dövrdə almışlar və birgə nikahda olduqları dövrdə tikdirərək həmin evə köçmüşlər. İşin bu halları məhkəmə prosesi zamanı cavabdeh5 tərəfindən qəbul edilmişdir. Göründüyü kimi, evə dair mülkiyyət sənədlərinin olmaması onun azyaşlı uşaqları ilə birlikdə həmin evdən istifadə etməsini istisna etmir. Hesab edir ki, evin yerləşdiyi torpaq sahəsini və evin özünü birgə nikah dövrində əldə etdikləri üçün onun həmin evdən azyaşlı uşaqları ilə birlikdə maneəsiz istifadə etmək hüququ var. Həmçinin, onun bu hüququ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Cavabdehlər ona azyaşlı uşaqları ilə birlikdə evdən istədiyi kimi istifadə etməyinə maneçilik yaradır. Hazırda cavabdeh cavabdeh4 onları evdən çıxarmaqla hədələyir. Cavabdehlərdən dəfələrlə qanunsuz hərəkətlərinə son qoymasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə həmin mülki işin Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan e- *(***)-****/**** nömrəli mülki işlə bir icraatda birləşdirilməsi və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
12. Məhkəmə iclasında cavabdeh cavabdeh5 izahat verərək bildirmişdir ki, İddiaçı ilə onun heç bir əlaqəsi, şəxsi tanışlığı olmamışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisindən 1.500 kv.m. torpaq sahəsini 2017-ci ildə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs almışdır. O, torpaq sahəsini alarkən onun üzərində ev olmamışdır. Evi cavabdeh3 ilə birgə nikahda olduqları dövrdə inşa etmişdir.
13. Məhkəmə iclasında cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahat verərək bildirmişdir ki, cavabdeh5 2017-ci ildə ondan həmin torpaq sahəsini almış, sonra orada ev tikərək ailəvi yaşamışlar. Ötən il cavabdeh5 evi satacağını bildirmiş və evi cavabdeh4 satmışdır. Daha sonra cavabdeh4 ona etibarnamə vermiş, o da Abşeronda * saylı notariat ofisinə getmiş, İddiaçıla alğı-satqı edərək evi ona satmışdır. cavabdeh4 tanımır, cavabdeh5 vasitəsilə ona etibarnamə verilmişdir. Əvvəllər vasitəçi kimi daşınmaz əmlak alğı-satqısı ilə məşğul olsa da, hazırda məşğul olmur. İddiaçı tanımır. Evi həmin şəxsə satanda onun evin mübahisəli olması barədə heç bir məlumatı olmamışdır.
14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsinə əsasən İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması hissəsində iş üzrə icraata xitam verilmişdir.
15. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) birləşdirilmiş iş üzrə iddiaçı cavabdeh3 iddiası rədd edilmiş, birinci iş üzrə iddiaçı İddiaçı iddiası qismən təmin edilərək, cavabdeh cavabdeh3 tərəfindən iddiaçı İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına törədilən maneələrin aradan qaldırılması, cavabdeh cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsi və üzərində inşa edilmiş qanunsuz tikilidən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdeh cavabdeh3 iddiaçının xeyrinə tutulması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi cavabdeh3 iddiasına münasibətdə qeyd etmişdir ki, məhkəmə sorğusuna əsasən, Dövlət Notariat Arxivindən əldə edilmiş notariat işindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hüquqları yüklü edilməklə, həmin torpaq sahəsi ##.##.2005-ci il tarixli *** nömrəli icarə müqaviləsi və ##.##.2022-ci il tarixli, 3M-**** reyestr nömrəli Torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi əsasında ##.##.2023-cü ildə cavabdeh5 adına dövlət qeydiyyatına alınmışdır. Yəni Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh3 və keçmiş əri cavabdeh5 mülkiyyətində olmamışdır, onlar torpağın icarə hüquqların alğı-satqısı müqaviləsinə əsasən, həmin torpaq sahəsinə sahiblik və ondan istifadə etmişlər. Hətta qanunazidd olaraq, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmişlər.
17. Məhkəmə İddiaçı vicdanlı əldə edən kimi yanaşmışdır. Belə ki, onun Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair icarə hüquqlarının cavabdeh5 tərəfindən birgə nikah dövründə əldə edildiyini bilməsinə, sonuncunun icarə hüquqlarını keçmiş arvadının razılığı olmadan satmasına, həmin əmlakın keçmiş ər-arvad arasında mübahisəli əmlak olduğunu əvvəlcədən bilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. cavabdeh3 cavabdeh4 və İddiaçı evi ələ keçirməsi üçün cavabdeh5 ilə əlbir olduqlarını, İddiaçı bundan xəbəri olduğunu bildirsə də, bu halı təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Əksinə olaraq, o, özü məhkəməyə verdiyi izahatında İddiaçı yaşadığı evə gələrək həmin evi 20.000 manata aldığını, bu məqsədlə cavabdeh5 200 manat “makler” pulu verdiyini dediyini bildirmişdir. Bu nüansın özü İddiaçı cavabdeh5 cavabdeh3 keçmiş əri olduğundan xəbərsiz olması, həmin şəxsi vasitəçi kimi tanıması, beləliklə də, onun vicdanlı olması nəticəsinə gəlmək üçün əsasdır.
18. Qeyd olunan səbəblərdən, məhkəmə cavabdeh3 iddiasını qanunsuz və əsassız, İddiaçı iddiasını isə qismən əsaslı hesab etmişdir. Belə ki, İddiaçı Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha torpaq sahəsinin icarə hüquqlarının vicdanlı alıcısı olduğundan, onun həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmək hüququ təmin edilməlidir. cavabdeh3 isə, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikilidə yaşadığından, İddiaçı qeyd olunan torpaq sahəsindən sahiblik və istifadə hüququnu reallaşdıra bilmir. Bu səbəbdən də, iddia həmin hissədə təmin edilərək, cavabdeh3 tərəfindən həmin torpaq sahəsinin icarə hüquqlarının həyata keçirilməsinə münasibətdə sahiblik və istifadə hüquqlarına maneələr aradan qaldırılmalı və o, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılmalıdır.
19. Bununla belə, məhkəmə qeyd etmişdir ki, İddiaçı qeyd olunan torpaq sahəsinin mülkiyyətçisi olmadığından, torpaq sahəsində tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 148.2, 180.1, 180.2, 182.1, 225.6-cı, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1, 111.1-ci maddələrinə, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 7.8, 7.9-cu bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Cavabdeh (birləşdirilmiş ikinci iş üzrə iddiaçı) cavabdeh3 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birləşdirilmiş iş üzrə iddianın təmin edilməsi və İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti cavabdeh3 iddia tələbinə uyğun olmaqla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh4 onun azyaşlı uşaqları ilə birlikdə evdə yaşadığını gördükdə onun oradan çıxmağını tələb etdi. Ona etiraz etdikdə aralarında mübahisə yarandı və cavabdeh4 mənzilin işıq və qaz kartlarını zorla aldı. Bununla bağlı polisə məlumat verdi və şikayəti Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırıldı və mənzilin işıq və qaz kartları geri qaytarıldı. Bir müddət sonra cavabdeh4 torpağa dair İddiaçı ilə ##.##.2024-cü il tarixli Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi bağlamışdır. Göründüyü kimi, evlə bağlı məhkəmə mübahisəsi gedən ərəfədə cavabdehlər qanunsuz hərəkətlər etmiş və məhkəmə qətnamələri ilə onun istifadə hüququnun olduğu təsdiq edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi yüklü olduğu halda, qanunsuz olaraq cavabdeh4 adına çıxarış verilmişdir. Evə dair mülkiyyət hüququ barədə sənəd olmasa da, evin yerləşdiyi torpaq sahəsini birgə nikahda olduqları dövrdə almışlar və birgə nikahda olan dövrdə tikdirərək həmin evə köçmüşlər. İşin bu halları məhkəmə prosesi zamanı cavabdeh5 tərəfindən qəbul edilmişdir. İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı evə gələrək ondan evdən çıxmasını tələb etmişdir. Həmin vaxt İddiaçı telefon nömrəsini götürmüş, sonra onunla telefon əlaqəsi saxlamışdır. Telefon danışığı zamanı İddiaçı dedi ki, cavabdeh5 ona makler olduğunu, həmin evin cavabdeh4 evi olduğunu, həmin şəxsin rayonda olduğunu, evi satıb pulu ona göndərməli olduğunu bildirmişdir. O da cavabdeh5 24.000 manat evə görə, 200 manat isə “makler” pulu kimi vermişdir. Ancaq onun dedikləri həqiqəti əks etdirmir. Əmindir ki, cavabdeh4 və İddiaçı evi ələ keçirməsi üçün cavabdeh5 ilə əlbir olmuşlar, İddiaçı əvvəldən məsələdən xəbəri olmuşdur. Belə olmasa idi, İddiaçı ona qarşı iddia qaldırıb onun evdən çıxarılmasını tələb etmək əvəzinə, yüklü olan evi satdıqlarına görə cavabdeh4 və İddiaçı qarşı məhkəmədə iddia qaldırardı. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını ətraflı araşdırmamış və işə birbaşa qarşı tərəfin mövqeyindən yanaşmışdır. İddiaçı məhkəmə iclasında qeyd etdikləri həqiqəti əks etdirmir. O, məhkəmə iclasında torpaq sahəsini guya təsərrüfat yaratmaq məqsədi ilə aldığını qeyd edir. Ancaq reallıq ondan ibarətdir ki, torpaq sahəsinin ölçü heç də təsərrüfat yaratmaq üçün yararlı deyil. Üzərində tikili ev var. Qısa zaman ərzində etibarnamə əsasından addan ada keçirilməsi sənədlərdən aydın şəkildə görünür. Yəni İddiaçı vicdanlı əldə edən deyil.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Fərrux Qasımov və Günay Axundova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməklə həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs, cavabdeh5 və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma” barədə iddia tələbinin təmin edilməməsi, iddiaçı cavabdeh3 cavabdehlər cavabdeh4, cavabdeh5, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə və Abşeron Rayon * saylı Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və reyestrdən çıxarışların ləğv olunması” tələbinə dair iddianın təmin edilməsi cavabdeh5 ilə cavabdeh4 arasında bağlanmış ##.##.2024cü il tarixli 3M-**** reyestr nömrəli “Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi” etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdeh4 adına verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh4 ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli 3M-**** reyestr nömrəli “Torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi” etibarsız hesab edilməsi, 5.000 manat məbləğində vəsaitin cavabdeh4 tutularaq İddiaçı ödənilməsi, 5.000 manat məbləğində vəsaitin isə cavabdeh5 tutularaq cavabdeh4 ödənilməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdən müəyyən olunur ki, Abşeron rayonu, Maştağa subtropik (Gülçülük) sovxozu ərazisində yerləşən 0,015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair cavabdeh5 icarə hüququ ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən əldə edilmişdir. Həmin vaxt o, cavabdeh3 ilə nikahda olmuşdur. Beləliklə, həmin hüquq onların ümumi əmlakına daxil olmuşdur. Ali Məhkəmə Plenumunun qərarına əsasən ər-arvadın ümumi əmlakına daxil olan hüquq üzərində sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri).
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh4 və İddiaçı sözügedən torpaq sahəsi üzərində alğı-satqı müqavilələrinə əsasən icarə hüquqlarını əldə edərkən vicdanlı olmamışlar. Belə ki, torpaq sahəsinin ölçüsü cəmi 1.500 kv.metrdir və üzərində fərdi yaşayış evi mövcuddur. Birinci iş üzrə iddiaçı İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, cavabdeh5 tanımış, Əli ona bildirmişdir ki, ev onun qohumuna məxsusdur. Belə olan halda, onun həmin evdə yaşayışın olub-olmaması, cavabdeh5 bildirdiyi qohumu ilə əlaqə saxlanılaraq evin həqiqətən həmin qohuma məxsusluğunun dəqiqləşdirilməsi imkanı mövcud olmuşdur. O da nəzərə alınmalıdır ki, cavabdeh3 azyaşlı övladları ilə birlikdə həmin evdən istifadə etmələri üçün yaradılan maneələrin cavabdeh5 tərəfindən aradan qaldırılması barədə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Belə olan halda, həmin evdə yaşayışın mövcud olmasından cavabdeh4 və İddiaçı məlumatlı olmaması, bunu vizual olaraq müşahidə etməmələri ağlabatan görünmür.
26. Bundan başqa, həmin torpaq sahəsinə icarə hüququnu İddiaçı əvvəl əldə etmiş cavabdeh4 qısa müddət sonra öz hüququnu İddiaçı özgəninkiləşdirmiş, onun adından isə müqaviləni cavabdeh5 qohumu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs imzalamışdır. Halbuki Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs evin cavabdeh5 məxsus olduğundan, cavabdeh3 ilə birgə nikah dövründə inşa edildiyindən, həmin evdə cavabdeh3 övladları ilə yaşadığından məlumatlı idi.
27. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh5 ilə cavabdeh4 arasında bağlanmış ##.##.2024-cü il tarixli 3M-**** reyestr nömrəli “Torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi” etibarsız hesab edilməli, həmin müqavilə əsasında cavabdeh4 adına verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, həmçinin cavabdeh4 ilə İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli 3M-**** reyestr nömrəli “Torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi” etibarsız hesab edilməlidir. Müqavilələr etibarsız hesab edildiyindən, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə müvafiq olaraq restitusiya qaydasında 5.000 manat məbləğində vəsait cavabdeh4 tutularaq İddiaçı ödənilməli, 5.000 manat məbləğində vəsait isə cavabdeh5 tutularaq cavabdeh4 ödənilməlidir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birləşdirilmiş iş üzrə iddia tələbi təmin edilərək torpağın icarə hüquqlarının alğı-satqısına dair müqavilələr etibarsız hesab edildiyindən, birinci iş üzrə iddiaçı İddiaçı cavabdeh cavabdeh3 qarşı torpaq sahəsinə sahiblik və istifadə hüquqlarına maneələrin aradan qaldırılması, torpaq sahəsi və qanunsuz tikilidən çıxarılma tələbi təmin edilə bilməz.
29. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.5, 567, 651-ci maddələri, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarının 7.6, 7.7-ci bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən birləşdirilmiş iş üzrə cavabdeh İddiaçı (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci iddia üzrə tələbin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə əlavə olunmuş sənədlərdən görünür ki, torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsinə əsasən torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən 3-cü şəxsin İddiaçı adına rəsmiləşdirilmişdir.
32. Mübahisəli torpaq sahəsinin icarə hüquqları cavabdeh4 adına özgəninkiləşdirildiyinə və onun tərəfindən torpağın icarə hüquqlarının alğı-satqı müqaviləsi İddiaçı adına həmin torpaq sahəsinə alğı-satqı müqaviləsi bağlandığına görə bu əmlakın ər-arvadın mülkiyyətinə icarəsinə qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024cü il № */**** tarixli qərarının tələblərinin pozulmasıdır.
33. Apellyasiya instansiyası məhkəməsi iddiaçını vicdanlı əldə edən hesab etməmək qərarına gələrkən heç bir sübuta və fakta əsaslanmamış, yalnız cavabdehin məhkəmədə verdiyi özünün mənafeyinə uyğun ifadəyə əsaslanmışdır. Halbuki mübahisəli torpaq sahəsinin üzərində yüklülüyün olmaması barədə * saylı Ərazi İdarəsinin alğı-satqı müqaviləsi bağlanmamışdan qabaq verdiyi arayış və Abşeron Rayon İcra Hakimiyyətinin alğı-satqıya razılıq məktubu vardır. İddiaçı səlahiyyətli orqanların verdiyi bu sənədlərə və torpağa icarə hüququnun alğı-satqısını həyata keçirmək hüququ olan cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ona mübahisəli torpaq sahəsinin üzərində yüklülüyün olması barədə məlumat verməməsi nəticəsində alğı-satqı müqaviləsi imzalanmışdır. Bütün bu faktlar İddiaçı vicdanlı alıcı olduğunu sübut edir. Bundan başqa cavabdeh5 ilə cavabdeh3 arasında nikah ləğv olunduğuna baxmayaraq heç biri ər-arvadın ümumi əmlakının bölgüsü ilə əlaqədar məhkəməyə müraciət etməmiş, nəticədə, əmlak cavabdeh4 icarəsinə keçmiş və dövlət reyestrində cavabdeh4 adına qeydiyyatdan keçmişdir. Beləliklə, mübahisəli torpaq sahəsi tam qanunauyğun olaraq alğısatqı müqaviləsinə əsasən İddiaçı istifadəsinə verilmişdir. cavabdeh5 özünü Babəkə makler kimi təqdim etmiş və qohumu Qurbanın torpaq satdığını ona bildirmiş və beləliklə Babəkin torpağın mübahisəli olmasından xəbəri olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. Kassasiya şikayətinə qarşı cavabdeh3 nümayəndəsi və vəkili vəkil1 etirazı daxil olmuş, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
37. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
38. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
39. Maddə 651. Tələblərin və digər hüquqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Rəsmi reyestrlərdə qeydə alınmış daşınmaz əşyalara və obyektlərə hüquqların satıldığı hallarda bu Məcəllənin 646 - 650-ci maddələri müvafiq surətdə tətbiq edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2024-cü il tarixli Qərarı.
40. Bənd 7.6. Ər-arvaddan birinin ümumi birgə mülkiyyətdə olan əşyaya sərəncam əqdini digərinin razılığı olmadan bağlaması, əşyanın daşınar və daşınmaz olmasından asılı olaraq mülki və ailə qanunvericiliyində müəyyən edilmiş şərtlərlə tələb olunan razılığın alınmaması əsası ilə etibarsız sayıla bilər.
41. Bənd 7.7. Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ərarvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3 və Mülki Məcəllənin 222.3-cü maddələri). Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür. Bu qayda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara (yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
50. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
53. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
57. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
59. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
60. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
62. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Birinci iş üzrə iddiaçı (birləşdirilmiş ikinci iş üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.