Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1410/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müavinətin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 1967-ci ildən 1984-cü ilədək İddiaçı üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qapalı Səhmdar Cəmiyyətində işləmişdir.
2. ##.##.1984-cü il tarixdə üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nə məxsus metro vaqonu ilə Cavabdeh QSC-nə məxsus yük qatarı toqquşmuşdur. Həmin vaxt toqquşma nəticəsində “vaqon müşayiətçisi və qatar maşinisti” kimi əmək vəzifələrini icra edən İddiaçı başından xəsarət almışdır.
3. ##.##.1984-cü ildə müvafiq tibbi müayinədən sonra İddiaçı II qrup əlil hesab edilmiş və onun əmək qabiliyyətinin 60 faizini, peşə əmək qabiliyyətinin isə 80 faizini itirdiyi müəyyən edilmişdir. İlk dəfə ona əlillik təyin olunarkən müddəti ##.##.1986-cı il tarixədək müəyyən edilmiş, daha sonra əlilliyin müddəti hər il uzadılmışdır. ##.##.2014-cü il tarixdən isə İddiaçı müddətsiz II qrup əlil hesab edilmişdir.
4. Xəsarət almasına görə İddiaçı müavinət ödənilmişdir. Bu barədə Bakı şəhəri, Binaqədi Rayon Məhkəməsinin ##.##.1986-cı il tarixli qətnaməsi olmuş və müavinət Cavabdeh QSC tərəfindən ödənilmişdir. Belə ki, İddiaçı xəsarəti əmək vəzifələrinin icrası zamanı almışdır, lakin zərərin vurulmasına təqsirkar üçüncü şəxs (işəgötürən) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC deyil, Cavabdeh QSC hesab olunmuşdur.
5. ##.##.2023-cü ildə sonuncu dəfə İddiaçı zərərə görə hər ay 976,06 manat (2-ci dərəcəli maşinistin orta aylıq əmək haqqı 1.220,08 manatın 80 faizi) aylıq müavinət ödənilməsi barədə işəgbtürən tərəfindən ##.##.2013-cü il tarixli, *** nömrəli əmr verilmişdir. İddiaçı 2022-ci ilin avqust ayınadək həmin müavinəti almış, lakin həmin tarixdən müavinətin ödənilməsi dayandırılmışdır.
6. İddiaçı müavinətin dayandırılmasının qanunsuz hesab edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Hər üç instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, ##.##.2023cü il tarixdən ona aylıq ödənilən 900 manat müavinət ölkədə inflyasiya göstəricilərinin kəskin artması və qiymət artımı səbəbindən hazırkı şəraitdə onun maddi tələbatlarının və ehtiyaclarının ödənilməsinə kifayət etmir. Eyni zamanda həmin müavinət Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqına uyğun şəkildə təyin edilməmişdir. Halbuki, əvvəlki dövrlərdə müavinət artırma uyğun şəkildə ödənilmişdir.
7. ##.##.2024-cü il tarixdə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və tələbini onunla əsaslandırmışdır ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də qatar maşinistinin (2-ci dərəcə üzrə) orta aylıq əmək haqqında artım olmasına baxmayaraq, Cavabdeh QSC tərəfindən ona ödənilən müavinətin məbləği artırılmamışdır.
8. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nin arayışına görə, QSC-də qatar maşinistinin (2-ci dərəcə üzrə) orta aylıq əmək haqqı AR Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin geniş siyahısı”na uyğun hesablanaraq 2022- 2024-cü illər üzrə aşağıdakı kimi olmuşdur: 1) 2022-ci ildə -1.767 manat; 2) 2023-cü ildə- 2.013 manat; 3) 2024-cü ildə- 2.224 manat.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh QSC (bundan sonracavabdeh) (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ## #### 2024-cü il tarixli məktubunun qanunsuz hesab edilməsi, cavabdeh tərəfindən ona aylıq ödənilən 900 manat müavinətin ##.##.2023-cü il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqına uyğun şəkildə artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ödənilmiş 900 manat müavinət üzrə yaranmış fərqin xxxx QSC-də qatar maşinisti (2ci dərəcə üzrə) vəzifəsinin illər üzrə (2022, 2023, 2024) orta aylıq əmək haqqına uyğun şəkildə birdəfəlik qaydada cavabdehdən tutlaraq ona ödənilməsi, habelə ##.##.2025-ci il tarixdən başlayaraq cavabdeh tərəfindən ona ödənilən müavinətin xxxx QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsi üzrə sonuncu artım (2024-cü il) nəzərə alınmaqla, cavabdeh tərəfindən hesablanaraq hər ay ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdən iddiaçıya aylıq ödənilən 900 manat müavinət ölkədə inflyasiya göstəricilərinin kəskin artması və qiymət artımı səbəbindən hazırkı şəraitdə onun maddi tələbatlarının və ehtiyaclarının ödənilməsinə kifayət etməmişdir. Eyni zamanda həmin müavinət Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSCdə qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əməkhaqqına uyğun şəkildə təyin edilməmişdir. Halbuki, əvvəlki dövrlərdə müavinət artırmaya uyğun şəkildə ödənilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nin ## ###### 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, həmin QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqı 2.302 manat, əmək haqqının 80 faizi isə 1.842 manat təşkil edir. Bu səbəbdən iddiaçı ##.##.2024-cü il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin ## #### 2024-cü il tarixli məktubu ilə müraciəti baxılmamış saxlanılmış və ona təyin edilmiş müavinət bu günədək artırılmamışdır. Cavabdeh tərəfindən ona aylıq ödənilən 900 manat müavinət Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqına uyğun şəkildə artırılmalıdır.
5. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nin işçisi olmuşdur. ## ###### 1984cü il tarixdə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nə məxsus vaqon ilə cavabdehə məxsus yük qatarı toqquşmuşdur. Toqquşmanın cavabdehə məxsus yük qatarını idarə edən maşinistin səhvinə görə baş verdiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya müavinətin cavabdeh tərəfindən ödənildiyi qeyd edilmişdir. 2022-ci ildə iddiaçının pensiya yaşına çatması ilə əlaqədar müavinət ödənişlərinin dayandırıldığı göstərilmişdir. Daha sonra iddiaçının məhkəməyə müraciət etdiyi və iddia tələbinin təmin edildiyi bildirilmişdir. 2022-ci ilin avqust ayından etibarən müavinət ödənişlərinin yenidən başladığı qeyd edilmişdir. Hazırda aylıq ödənilən məbləğin dəqiq həcmi ilə bağlı anlaşılmazlığın mövcud olduğu göstərilmişdir. Məbləğ müəyyən edildikdən sonra iddianın təmin olunmasına etiraz edilməyəcəyi bildirilmişdir. Eyni zamanda müavinəti ödəməyə ümumilikdə etiraz olunmadığı qeyd edilmişdir. Lakin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC tərəfindən təqdim edilmiş arayışa əsasən orta aylıq əmək haqqının hesablanmasına bəzi əlavə göstəricilərin daxil edildiyi görünmüşdür. Bu baxımdan həmin göstəricilərin iddiaçıya şamil olunmaya biləcəyi hesab edilmişdir. Bu məsələnin nəzərə alınması xahiş olunmuşdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı mülki işi üzrə # ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) iddia təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə ##.##.2022-ci ildən ##.##.2024-cü il tarixədək olan dövr üçün ödənilməmiş artıma görə 21,129.60 manat birdəfəlik, ##.##.2025-ci il tarixdən başlayaraq hər ay 1.779,2 manat aylıq ödəncin (ömürlük) tutulması qət edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, ## ###### 1984-cü il tarixdə xxxxnə məxsus vaqon ilə cavabdehə məxsus yük qatarının toqquşması nəticəsində xəsarət almışdır. Məhkəmə qərarı ilə 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayına kimi əmək xəsarətinə görə ödənişin cavabdeh tərəfindən ödənilməsi qərara alınmışdır. Əmək xəsarətinə görə ödənişin 2022-ci ilin avqust ayından kəsildiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdeh tərəfindən ona ##.##.2022-ci il tarixdən aylıq müavinətin ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı aldığı müavinətin məbləğinin ##.##.2022-ci il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqına uyğun şəkildə artırılmasını tələb etmişdir.
9. Cavabdehin nümayəndəsi isə müavinətin məbləğinin artırılmasına etiraz etməmiş, aylıq məbləğin nə qədər ödənilməsi ilə bağlı anlaşılmazlıq olduğunu bildirmişdir.
10. Məhkəmə tərəfindən ##.##.2022-ci il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqının nə qədər təşkil etməsi barədə sorğu göndərilmiş və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nin ##.##.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışa görə müvafiq vəzifə üzrə orta aylıq əmək haqqı- 2022-ci ildə 1767 manat, 2023-cü ildə 2013 manat və 2024-cü ildə 2224 manat olmuşdur.
11. Məhkəmə qeyd etmişdir ki, ##.##.2022-ci il tarixdən etibarən orta aylıq əməkhaqqının hər il üzrə artım tempi nəzərə alınmaqla ödənilməmiş ödənc birdəfəlik qaydada və son illər üzrə artım tempinə uyğun olaraq aylıq ödənc müəyyən edilməklə ömürlük hər ay cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birdəfəlik tutulmalı artım məbləğinin ##.##.2022-ci ildən ##.##.2024-cü il tarixədək olan dövrü əhatə etməklə hesablanmalı olduğu müəyyən edilmişdir. Artımın hesablanması zamanı iddiaçının peşəsinə uyğun artıma dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC tərəfindən təqdim edilmiş göstəricilərin nəzərə alınmalı olması qeyd edilmişdir. 2022-ci il üzrə 1767 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1413.6 – 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 513.6 manat x 4 ay (avqust 2022-ci ildən dekabr 2022-ci ilədək) = 2054,4 manat; 2023-cü il üzrə 2013 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1610,4 - 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 710,4 manat x 12 ay (##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək) = 8524,8 manat; 2024-cü il üzrə 2224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1779,2 - 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 879,2 manat x 12 ay (##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək) = 10550,4 manat olmaqla, cəmi 2054,4 + 8524,8 + 10550,4 = 21,129.60 manat ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrə ödənilməmiş artıma görə birdəfəlik, ##.##.2025-ci il tarixdən başlayaraq (sonuncu artım - 2024-cü il) hər ay 1779,2 manat (2224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) aylıq ödənc cavabdeh Cavabdeh QSC-dən iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1118.1,1118.3, 1125.1-ci Əmək Məcəlləsinin 177, 239-cu, habelə MPM-nin 14.2, 77.1, 220.5, 119.1, 121.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddiaya etiraz ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə ##.##.2022-ci ildən ##.##.2024-cü il tarixədək olan dövrə görə birdəfəlik ödənc kimi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilərək, həmin məbləğ 18.999,92 manat müəyyən edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisənin düzgün həlli üçün Məhkəmə Ekspertizası Mərkəzindən ekspert rəyinin və ya X3 Xidmətindən mütəxəssis rəyinin alınması zəruri olsa da, ekspert rəyinin alınması mümkün olmamışdır. Cavabdeh isə hər hansı səbəb göstərmədən hesablama (özünün düzgün hesab etdiyi qaydada hesablama) aparmaqdan imtina etmişdir, baxmayaraq ki, mühasibatlığı mövcuddur.
17. Apellyasiya icraatı zamanı da məhkəmə tərəfindən cavabdehə təklif olunmuşdur ki, öz mühasibatlığı vasitəsilə özünün düzgün hesab etdiyi qaydada hesablama aparsın, hesablanan məbləğlə iddiaçı razılaşacağı təqdirdə məhkəmə icraatı yekunlaşdırılsın, iddiaçı razılaşmadığı təqdirdə isə cavabdehin həyata keçirdiyi hesablamanın düzgün olub-olmadığına məhkəmə tərəfindən qiymət verilsin. Lakin cavabdeh bu təklifdən imtina etmiş, hesablamanın məhkəmə qaydasında mühasibat ekspertizası keçirilməklə həyata keçirilməsini tələb etmişdir. Buna görə də iddia tələbi üzrə hesablama işdə olan sənədlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirilmişdir.
18. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci, 2022-ci il üzrə 1.767 manat (orta aylıq əməkhaqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1.413,6 manat – 976,06 manat (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 437,54 manat x 4 ay (##.##.2022-ci ildən ##.##.2022-ci ilədək) = 1.750,16 manat; ikinci, 2023-cü il üzrə 2.013 manat (orta aylıq əməkhaqqı) x 80% = 1.610,4 manat – 976,06 manat = 634,34 manat x 12 ay = 7.612,08 manat; üçüncü, 2024-cü il üzrə 2.224 manat (orta aylıq əməkhaqqı) x 80% = 1.779,2 manat – 976,06 manat = 803,14 manat x 12 ay = 9.637,68 manat təşkil etmişdir.
19. Beləliklə, üç məbləğin (1.750,16 manat, 7.612,08 manat və 9.637,68 manat) cəmi 18.999,92 manat təşkil etdiyinə görə, ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə ödənilməmiş artıma görə birdəfəlik 18.999,92 manat tutulmalı olduğu müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi birdəfəlik tutulmalı olan ödəcin məbləği hissəsində dəyişdirilərək, həmin məbləğ 18.999,92 manat müəyyən edilməlidir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ##.##.2025-ci il tarixdən etibarən tutulmalı olan aylıq ödəcin məbləğini düzgün müəyyən etdiyinə görə, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ##.##.2025-ci ildən başlayaraq (sonuncu artım – 2024-cü il üzrə göstərici) hər ay 1.779,2 manat (2.224 manat (orta aylıq əməkhaqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi)) aylıq ödəc tutulmalıdır.
21. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1119.1, 1124-cü, habelə MPM-nin 14.2, 76.1, 77.1, 80- 82, 88, 106.2, 217, 220.5, 385-390-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsində 2022, 2023, 2024-cü illər üzrə hesablama aparılarkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC tərəfindən təqdim olunmuş arayışdakı göstəricilər əsas götürülmüşdür. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC tərəfindən qatar maşinistinin (2-ci dərəcə) orta əməkhaqqı tarif (vəzifə) maaşı (1145 manat), xidmət illərinə görə əlavə (10%), xüsusi şəraitə görə əlavə (16%), axşam (20%) və gecə saatları üçün ödəmə (40%), növbə üzrə bayram günlərinə təsadüf edən günlər üçün əlavə (saatlıq tarifin 1 qatı), qatar maşinisti dərəcəsinə görə əlavə (10%) daxil edilməklə hesablanmışdır. Nəticədə 2022-ci il üzrə orta əməkhaqqı 1767 manat, 2023-cü il üzrə 2013 manat, 2024-cü il üzrə 2224 manat təşkil etmişdir. Şikayətdə göstərilmişdir ki, orta əməkhaqqı hesablanarkən bayram günlərinə təsadüf edən günlər üçün əlavələr nəzərə alınmamalıdır. “Orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2000-ci il tarixli *** nömrəli qərarına əsasən iş günü hesab edilməyən bayram günlərinə görə ödənişlər orta əməkhaqqının hesablanmasına daxil edilən ödənclərə aid deyildir. Buna görə də məhkəmə tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nin arayışında göstərilən göstəricilərin əsas götürülməsi hesablamanın düzgün aparılmamasına səbəb olmuşdur. Eyni zamanda qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli * nömrəli qərarına istinad etmiş, lakin qətnamə qəbul edilərkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də kütləvi artımın olub-olmaması araşdırılsa da, bu hal hesablamada nəzərə alınmamışdır. Halbuki, zərərə görə aylıq ödənclərin məbləği yalnız işçinin işlədiyi peşə (vəzifə) üzrə tarif maaşında kütləvi artım baş verdiyi halda təshih oluna bilər. İşçinin peşəsi üzrə tarif maaşında kütləvi artım olmadan orta əməkhaqqında artımın mövcudluğu aylıq ödəncin yenidən hesablanması üçün hüquqi əsas yaratmır. Bu hallar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Əlavə olaraq oda qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. ##.##.2025-ci il tarixdə ekspert tərəfindən vəsatətlə məhkəməyə müraciət olunmuş, vəsatətdə həm cavabdehdən, həm də üçüncü şəxsdən aidiyyəti məlumatların təqdim edilməsinin təmin edilməsi, həmçinin X3 Xidmətinin aidiyyəti üzrə mütəxəssisinin tədqiqata cəlb olunması xahiş edilmişdir. Buna uyğun olaraq ADY və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC tərəfindən tələb olunan sənədlər məhkəməyə təqdim edilmişdir. X3 Xidmətinin məktubuna əsasən Bayramova Xalidə Vəkil qızının mütəxəssis qismində cəlb edilməsi bildirilmişdir. Buna baxmayaraq, Məhkəmə Ekspertizası Mərkəzi ##.##.2025-ci il tarixli məktubla iş üzrə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina etmişdir. ##.##.2026-cı il tarixli qərardadla məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən mütəxəssis rəyinin alınmasını qərara almışdır. Lakin ##.##.2026-cı il tarixli məktubla həmin Xidmət öz vəzifələri siyahısında ekspertiza aparılması və ya ekspert qismində rəy verilməsi səlahiyyətinin müəyyən edilmədiyini əsas gətirərək rəy verməkdən imtina etmişdir. Nəticədə iş üzrə heç bir rəy alınmadan hesablama məhkəmə tərəfindən özü aparılmışdır. Hesab edilir ki, məhkəmə ekspertin əvəzinə mühasibatlıq ekspertizasını həyata keçirə bilməz, belə hesablamalar xüsusi bilik tələb edir. Məhkəmə ekspert rəyinin alınması üçün işi yenidən Məhkəmə Ekspertizası Mərkəzinə və ya özəl ekspertlərə göndərə bilərdi, lakin mübahisənin ədalətli həlli üçün zəruri məlumatlar tam əldə edilmədən iş yekunlaşdırılmışdır. Alternativ və obyektiv hesablamanın aparılması üçün real imkan yaradılmamışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh hər hansı səbəb göstərmədən hesablama (özünün düzgün hesab etdiyi qaydada hesablama) aparmaqdan imtina etmişdir, baxmayaraq ki, mühasibatlığı mövcuddur. Lakin cavabdeh tərəfindən belə bir imtina olmamış, əksinə iddiaçıya hər ay 976,06 manat məbləğində ödənişlərin həyata keçirildiyi göstərilmişdir. Bu baxımdan cavabdehin yanaşmasına görə, ödənilən məbləğ düzgün hesablanmış məbləğ kimi qəbul olunduğundan, əlavə alternativ hesablama tələb edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
26. Maddə 1124. Dolanacaq xərclərinin yüksəlməsi və yaşayış minimumunun artması ilə əlaqədar zərərin əvəzinin ödənilməsi miqdarının da artırılmalı olduğu müəyyən edilib.
Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
35. Kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Cavabdehin kassasiya şikayətində qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarıda yanız mübahisələndirilən hissədə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
37. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
39. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı, ## ###### 1984-cü il tarixdə xxxxnə məxsus vaqon ilə cavabdehə məxsus yük qatarının toqquşması nəticəsində xəsarət almışdır. Məhkəmə qərarı ilə 1984-cü ilin dekabr ayından 1986-cı ilin may ayına kimi əmək xəsarətinə görə ödənişin cavabdeh tərəfindən ödənilməsi qərara alınmışdır. Əmək xəsarətinə görə ödənişin 2022-ci ilin avqust ayından kəsildiyi müəyyən edilmişdir. Bununla əlaqədar iddiaçı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə cavabdeh tərəfindən ona ##.##.2022-ci il tarixdən aylıq müavinətin ödənilməsi qət edilmişdir.
40. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı aldığı müavinətin məbləğinin ##.##.2022-ci il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqına uyğun şəkildə artırılmasını tələb etmişdir.
41. Cavabdehin nümayəndəsi isə müavinətin məbləğinin artırılmasına etiraz etməmiş, aylıq məbləğin nə qədər ödənilməsi ilə bağlı anlaşılmazlıq olduğunu bildirmişdir.
42. Apellyasiya məhkəməsi tərəfindən ##.##.2022-ci il tarixdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-də qatar maşinisti (2-ci dərəcə üzrə) vəzifəsinin orta aylıq əmək haqqının nə qədər təşkil etməsi barədə sorğu göndərilmiş və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC-nin ##.##.2025ci il tarixli məktubuna əlavə edilmiş arayışa görə müvafiq vəzifə üzrə orta aylıq əmək haqqı- 2022-ci ildə 1767 manat, 2023-cü ildə 2013 manat və 2024-cü ildə 2224 manat olmuşdur.
43. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ##.##.2022-ci il tarixdən etibarən orta aylıq əməkhaqqının hər il üzrə artım tempi nəzərə alınmaqla ödənilməmiş ödənc birdəfəlik qaydada və son illər üzrə artım tempinə uyğun olaraq aylıq ödənc müəyyən edilməklə ömürlük hər ay cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Birdəfəlik tutulmalı artım məbləği ##.##.2022-ci ildən ##.##.2024-cü il tarixədək olan dövrü əhatə etməklə hesablanmalıdır. Artımın hesablanması zamanı iddiaçının peşəsinə uyğun artıma dair Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs QSC tərəfindən təqdim edilmiş göstəricilər nəzərə alınmaqla müəyyən edilməlidir. 2022-ci il üzrə 1767 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1413.6 – 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 513.6 manat x 4 ay (avqust 2022-ci ildən dekabr 2022-ci ilədək) = 2054,4 manat; 2023-cü il üzrə 2013 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1610,4 - 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 710,4 manat x 12 ay (##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək) = 8524,8 manat; 2024-cü il üzrə 2224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) = 1779,2 - 900 (artıma qədər müəyyən olunmuş ödənc məbləği) = 879,2 manat x 12 ay (##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək) = 10550,4 manat olmaqla, cəmi 2054,4 + 8524,8 + 10550,4 = 21,129.60 manat ##.##.2022-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrə ödənilməmiş artıma görə birdəfəlik, ##.##.2025-ci il tarixdən başlayaraq (sonuncu artım - 2024-cü il) hər ay 1779,2 manat (2224 manat (orta aylıq əmək haqqı) x 80% (əmək qabiliyyətinin itirilmə faizi) aylıq ödənc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
44. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.