Məhkəmə qərarları › İş №2(1-8)-1417/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1417/2026

24.06.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1417/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Ilqar Məmmədov adına *** nömrəli tam orta məktəbə və cavabdeh1 (cavabdeh1 yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Bakı şəhər Idarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əmək münasibətlərindən irəli gələn mübahisələr, işə bərpa, ödənilməmiş əmək haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Ilqar Məmmədov adına *** nömrəli tam orta məktəbə və cavabdeh1 (cavabdeh1 yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Bakı şəhər Idarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı işə bərpa, ödənilməmiş əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 17 fevral 2*26-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2*26-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları 1.Iddiaçı İddiaçı **a nömrəli, *7.*9.2**2-ci il tarixli əmrlə Binəqədi rayon 298 №li orta məktəbə ingilis dili müəllimi təyin edilmişdir. 2.Bakı şəhəricavabdeh2 direktor əvəzi tərəfindən verilmiş ##.##.2*25-ci il tarixli, OU**********/e saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 4-cü hissəsini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.3-cü və 5.4-cü bəndlərini rəhbər tutaraq 1. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2*25-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Bakı şəhəricavabdeh2 Ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən ## #### 2*25-ci il tarixdən ləğv edilməsi,

2. İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılması əmr edilmişdir. Əmrin verilməsi üçün əsas ##.##.2*25-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və cavabdeh1 yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2*25-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri olmuşdur. 3.Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının ****** nömrəli arayışına əsasən X2 (iddiaçının atası) ikinci dərəcəli əlillik qrupu müəyyən edilmiş və əlilliyin səbəbi kimi peşə xəstəliyi göstərilmişdir. *** saylı, ##.##.2**3-cü il tarixli müayinə aktına əsasən əmək qabiliyyətsiz olduğu müəyyən edilmişdir. 4.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən ##.##.2*25-ci il tarixli çıxarışdan müəyyən olunur ki, İddiaçı İ (birinci) qrup əlilliyi olan şəxs X5 (bacısı) qulluq göstərdiyi qeydə alınmışdır.X5 (bacısı) uşaq serebral iflici-tetraplegiya olamaqla İ (birinci) qrup əlilliyi olan şəxs kimi qeydə alınmışdır. 5.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair ##.##.2*25-ci il tarixli məlumatdan müəyyən olunur ki, X4 (bacısı) II (ikinci) qrup əlilliyi olan şəxs kimi qeydə alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6.Iddiaçı İddiaçı cavabdehlər Ilqar Məmmədov adına *** nömrəli tam orta məktəbə və cavabdeh1 qarşı işə bərpa, ödənilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi ilə ilə məhkəməyə müraciət edərək, cavabdeh məktəb tərəfindən verilmiş ##.##.2*25-ci il tarixli, OU**********/e nömrəli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməyi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olub, ixtisası isə ingilis dili müəllimidir. Bakı şəhəri,cavabdeh2 *7.*9.2**2-ci il tarixli 36 a nömrəli əmri ilə həmin məktəbə ingilis dili müəllimi vəzifəsinə təyin edilmiş, ##.##.2*25-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. Işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq uzun müddətdir ki, həyat yoldaşından ayrılmış və faktiki olaraq ayrı-ayrı ünvanlarda yaşamaqla təsərrüfatı ayrı idarə edirlər. Özü valideynlərinin evində yaşayır. Atası və bacılarından Arzu Tahirova hər ikisi ikinci qrup əlil, digər bacısı Aygün Tahirova 1-ci qrup əlil olmaqla (serebral iflic xəstəliyi) hər üçü onun himayəsindədir. Anası əsəb xəstəliyindən əziyyət çəkir. ## #### 2*25-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və himayəsində 1-ci qrup əlil olan bacısı və digər iki ikinci qrup əlilliyi olan ailə üzvlərinə qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Bu barədə işəgötürən olan hazırkı iş üzrə cavabdeh Bakı şəhəri,cavabdeh2 rəhbərliyinə məlumat verməyinə baxmayaraq ailə vəziyyətini, öhdəliyində 1-ci qrup əlilin olmasına baxmayaraq, onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrlə tanış olduqdan sonra ona məlum olmuşdur ki, işəgötürən onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “C” bəndi ilə, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsli olması əsası ilə xitam vermişdir. Həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə onu yenidən işinə bərpa etməyini işəgötürəndən xahiş etdikdə isə o əmrini dəyişməyəcəyini, sertifıkasiyadan keçmədiyini əsas gətirməklə öhdəliyində olan 1-ci qrup əlil olan bacısının olmasının da ona heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir.

8. Üçüncü şəxs cavabdeh1 yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsinin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ## #### 2*25-ci il tarixində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçirilmişdir. Belə ki, Bakı şəhəricavabdeh2 ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırma imtahanından 26 bal toplamış və bununla da keçid balını (3* bal) toplamadığına görə imtahandan keçməmiş hesab edilmişdir və onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*2*-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinə uyğun olaraq Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilmişdir. Xitam verilən vaxt iddiaçı tərəfindən öhdəsində orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünün olması barədə heç bir məlumat (təsdiqedici sənəd) təqdim edilməmişdir. “Təhsil haqqında" Qanunun 36-2.1-ci maddəsinin və Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq, dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. "Təhsil haqqında" Qanunun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. "Təhsil haqqında" Qanunun 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Həmin Qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. "Dövlət ümumi təhsil dövlət müəssisələrində (ümumi müəssisələrində) işləyən təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 1.4-cü bəndində sertifikatlaşdırmadan keçirilməyən şəxslərin siyahısı müəyyən olunmuşdur. Həmin normalarda sertifikatlaşdırmaya cəlb edilməyən şəxslərin siyahısı müəyyən edilərkən müvəqqəti hallar nəzərə alınmışdır. Məsələn, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər və s. müvəqqəti üzrlü hallar aradan qalxdıqdan sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Yəni hamiləlik sona çatdıqdan (hamiləliyə və doğuşa görə məzuniyyətdən qurtardıqdan) sonra, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan təhsilverən işə çıxdıqdan bir il sonra sertifikatlaşdırmada iştirak etməlidirlər. Lakin Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan və işçinin öhdəsində orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvünü olması mahiyyəti etibarı ilə daimi xarakter daşıyır. Bu işçilərin peşəkarlıq səviyyəsini və peşə yararlılığının yoxlanılmasının qarşısının alınması təhsilalanların hüquqların pozulması ilə nəticələnir, təhsil sahəsində aparılan islahatlarla və AR Konstitusiyasında təsbit olunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasəti ilə uyğunsuzluq yaradır. Öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmiş digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Bundan əlavə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin *-**-****-***F/**** nömrəli, ##.##.2*25-ci il tarixli əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil Idarəsinə, regional təhsil idarələrinə və Agentliyin Aparatının tabeliyində olan Ümumi təhsil müəssisələrinə tapşırılmışdır ki, ## #### 2*25-ci il tarixində keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2*25-ci ilin ## #### tarixində Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən ləğv edilməsi təmin edilsin. Yəni iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin göstəriş əsasında Bakı şəhəricavabdeh2 əmri əsasında xitam verilib. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin göstərişləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən iddiaçı barədə verilmiş əmrin ləğv edilməsi, onun yenidən vəzifəyə bərpa olunması və ona məcburi işburaxmaya görə əməkhaqqının ödənilməsi tələbi tamamilə əsassızdır.

10. Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, *8.12.2*25-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəricavabdeh2 ingilis dili müəlliməsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsinə dair ##.##.2*25-ci il tarixli, OU**********/e saylı əmrin ləğv edilməsi və İddiaçı Bakı şəhəricavabdeh2 ümumtəhsil məktəbinin ingilis dili müəlliməsi vəzifəsinə bərpa edilməsi, ##.##.2*25-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Səidə Məmmədova).

11. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən ilk öncə qeyd etmişdir ki, iddiaçının sosial baxımdan həssas əhali qrupuna aid olması, himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxslərin, əlilliyi müəyyən edilmiş ailə üzvlərinin olması, İ qrup əlil bacısının birbaşa onun himayəsində olması, həmçinin digər ailə üzvlərinin də II qrup əlil olmasını və onunla daimi eyni ünvanda yaşamalarını, iddiaçının ailədə tək əmək qabiliyyətli şəxs olması səbəbindən ailəni dolandıran yeganə mənbənin olması işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən onun işdən azad edilməsi ailənin maddi və sosial təminatlarının qarşılana bilməməsi ilə nəticələnə bilər.

12. Məhkəmə həmçinin qeyd etmişdir ki, qəbul ediləcək hazırkı məhkəmə qərarı yalnız iddiaçının bir işçi kimi hüquqlarının müdafiəsinə xidmət etmir, həmçinin bu qərarın ədalətli olması əlilliyi müəyyən edilmiş həssas qrupa daxil olan şəxslərin də birbaşa mənafelərinin təmin olunması ilə şərtlənən sosial ədalətin bərpasıdır.

13. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia ərizəsi təmin edilməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəllənin 79, 3**-cü maddələrinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2*11-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1*2.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2*24-cü il ## ##### tarixli Qərarına, Dövlət Ümumtəhsil müəsisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydalarına istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh1 yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı şəhəri üzrə Təhsil Idarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normalarında pozuntuya yol verilmiş, nəticədə əsassız qətnamə qəbul edilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2*25-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bakı şəhəricavabdeh2 ingilis dili müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün onunla bağlanmış əmək müqaviləsi məktəbin ##.##.2*25-ci il tarixli OU25*297*1*7\e nömrəli əmri ilə ləğv edilmişdir. Həmin əmr tam qanuni olmaqla, Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla verilmişdir və bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə əsassızdır və ləğv edilməlidir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh məktəbin direktor müavini M.Nuriyeva apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2*26-cı il tarixli qətnaməsi ilə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbləri təmin edilməmişdir (hakimlər: Ikram Şirinov-sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov).

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işin faktiki hallarından göründüyü kimi, iddiaçının işdən çıxarılmasına əsas ##.##.2*25-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və cavabdeh1 yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2*25-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri olmuşdur. Həmin əmr hazırda qüvvədədir və təkrar sertifikatlaşdırmanın nəticəsi inzibati icraat qaydasında ləğv edilməmişdir. Iddiaçı sertifikasiya imtahanında minimum keçid balı, yəni 3* baldan cəmi 16 bal toplamışdır. Göstərilənlər mülki işin mübahisəsiz halıdır. Belə olan halda müəyyən olunur ki, Bakı şəhəricavabdeh2n ##.##.2*25-ci il tarixli, OU**********/e saylı əmri qanuni olmuşdur.

20. Lakin, cavabdehin apellyasiya şikayətinin əsas dəlili odur ki, iddiaçının himayəsində fəaliyyət qabiliyyəti olmayan şəxslərin, əlilliyi müəyyən edilmiş ailə üzvlərinin olması onun sertifikatlaşdırmadan azad olunması üçün əsas deyil və onlar üçün heç bir güzəşt qanunvericilikdə nəzərdə tutulmamışdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələblərini təmin edərək maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermişdir.

22. Belə ki, iddiaçının peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmamasının əlilliyi müəyyən edilmiş ailə üzvlərinə qulluq etməsi ilə hər hansı bağlılığı yoxdur. Yəni orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü olan işçinin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi müəyyən edilmiş ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən *(***)-***/**** nömrəli, ##.##.2*24-cü il tarixli 3 ulduzlu qərarının 56-cı bəndində qeyd edilmişdir ki, ilkin olaraq qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 79-cu maddəsi həmin normada istinad olunan imtiyazlara malik olan şəxsləri qoruyur. Lakin bu zaman nəzərə alınmalı hal ondan ibarətdir ki, işəgötürənin müəyyən etdiyi pozuntu mütləq işçiyə imtiyaz verən hallarla və şəxslərlə bağlı olsun, yəni baş vermiş pozuntu həmin şəxsə münasibətdə öhdəliklərin və vəzifələrin icrası zamanı yaransın. Bu işçini imtiyazlı edən sağlamlıq imkanı məhdud olan anaya qulluq, onun sosial, tibbi və digər təminat altına alınan hüquqlarının təmin edilməsi ilə bağlı olmalıdır.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2*21-ci il ## ######## tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

25. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlinmişdir ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmaması zamanı 7*-ci maddənin “c” bəndinin tətbiqini məhdudlaşdırıla bilməz.

26. Beləliklə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməlidir.

27. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 11, 46.1, 65.1, 65.2, 65.3, 66, 67-2.1, 67-2.4, 68, 7*, 71.3, 79.1, 83.1, 83.3, 296.2, 296.3-cü maddələrinə, Təhsil haqqında Azərbaycan Respublikasının Qanununa istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. Iddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbini pozmuşdur. Belə ki, iş materiallarında olan sübutlardan görünür ki, iddiaçının öhdəsində əlilliyi olan uşaq var. Tək bu hal onu deməyə əsas verir ki, məhkəmənin gəldiyi nəticə əsassız olmuşdur. Həmçinin, həm birinci instansiyada, həm də apellyasiya icraatı zamanı iddiaçı öhdəliyində əlilliyi olan şəxlər barəsində sübut təqdim etmiş, lakin bu sübuta da qiymət verilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

31. Maddə 11. Işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək, işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək, bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək, əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək, əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək hüquqları vardır.

32. Maddə 46 (hissə 1). Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.

33. Maddə 65 (hissə 1). Işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

34. Maddə 65 (hissə 2). Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

35. Maddə 65 (hissə 3). Işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Işəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

36. Maddə 66. Aşağıdakı işçilərin attestasiyası keçirilmir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər.

37. Maddə 67-2.1. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

38. Maddə 67-2.4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

39. Maddə 68.a) tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.

40. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.

41. Maddə 71 (hissə 3). Işəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

42. Maddə 79 (hissə 1). Işəgötürən tərəfindən öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-1** faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

43. Maddə 83 (hissə 1). Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

44. Maddə 83 (hissə 3). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

45. Maddə 296 (hissə 2). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

46. Maddə 296 (hissə 3). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu:

47. Maddə 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.

48. Maddə 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

49. Maddə 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

50. Maddə 36-2.3-1. 6* və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

51. Maddə 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.

52. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

59. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

63. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və dəlillərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli 17 fevral 2*26-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar