Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1418/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx" X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək kitabçasına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” X2rşı (AR ƏƏSMN yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək kitabçasına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(*-*)-**/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı cavabdehiN **/k nömrəli, ##.##.2004-cü il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
2. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış ##.##.2025-ci il tarixli ərizəyə əsasən, İddiaçı əmək kitabçasında məhkəmənin qərarına əsasən edilən düzəlişlə bərabər xitam maddəsi (hərbi xidmətlə əlaqədar) Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndinin deyil, 69cu maddəsinin qeyd edildiyini, bunun bərpasına köməklik göstərilməsini xahiş etmişdir.
3. İddiaçı tərəfindən BŞT və TTYS-nın baş həkiminə ünvanlanmış ərizədən görünür ki, İddiaçı həqiqi hərbi qulluqdan sonra əvvəlki işi ilə təmin edilməsini xahiş etmişdir.
4. İddiaçı tərəfindən BŞT və TTYS-nın baş həkiminə ünvanlanmış ##.##.2004-cü il tarixli ərizədən görünür ki, İddiaçı həqiqi hərbi xidmətə ##.##.2004-cü il tarixində çağırıldığına görə işdən azad edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı İddiaçı məxsus əmək kitabçasında ##.##.2001-ci il tarixindən işə qəbul edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin X10 qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciətin edilməsi öhdəliyinin cavabdeh “xxxx" X2 üzərinə qoyulması qət edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh “xxxx" X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus əmək kitabçasında “Əmrdə düzəliş edilərək Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 69-cu maddəsi həmin Məcəllənin 74-cü maddəsinin a) bəndinə keçirilməsinə düzəliş edilməsinin cavabdeh Azərbaycan Respublikası “xxxx” X2 üzərinə öhdəliyin qoyulması, həmin edilmiş düzəlişin X10 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciətin edilməsi və saxtakarlığa yol vermiş işçilər barəsində xüsusi qərardad çıxarmaqla Yasamal rayon Prokurorluğuna göndərilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024-cü il tarixdə *(***)-****/**** saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin olunmuş və ona məxsus əmək kitabçasında ##.##.2001-ci il tarixdən işə qəbul edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin X10 qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciətin edilməsi öhdəliyi cavabdeh Respublikası Təcili və X9 X4 şəxsin üzərinə qoyulması barədə qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsi icra edilərkən onun əmək kitabçasında ##.##.2004-cü ildə Əmr № **/K saylı əmr verilməsi üçün ##.##.2004-cü il tarixdə hərbi xidmətə çağırılmağı ilə əlaqədar işdən azad olunmağı barədə ərizə əsas götürülmüşdür. Halbuki, o elə bir ərizə yazmamış, Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən rəsmi arayış təqdim etmiş və həmin arayışda onun ##.##.2004-cü ildə hərbi komissarlığa çağırılmağı göstərilmişdir. Ona görə onun Azərbaycan Respublikasının Milli Ordusunda Hərbi xidmətdə olduğuna görə iş yeri saxlanmaqla möhlət hüququ tanınmalı idi. Bu fakt Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin a) bəndi ilə öz təsdiqini tapmışdır. Cavabdeh qanunsuzluğa yol verərək onun adından saxta ərizə təqdim edərək onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə öz xahişi ilə tutduğu vəzifədən azad etmişlər. Həm də guya bunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən etdiklərini göstərsələr də, qətnamədə bu barədə heç bir söz yoxdur. Bununla da qanunsuzluğa yol vermişlər. O, saxtakarlığa yol vermiş əməkdaşlar barədə Bakı şəhəri Yasamal rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Yasamal rayon Prokurorluğu ***-Ş-** saylı, ##.##.2025-ci il tarixli məktubunda göstərmişdir ki, bu məsələ mülki məsələ olduğundan mülki məhkəməyə müraciət edilməsi tövsiyə olunur.
8. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və iddianın təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, ##.##.2024-cü il tarixli ərizə onun tərəfindən imzalanmamışdır.
9. Cavabdeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, iddiaçı ##.##.2004-cü il tarixdə verdiyi ərizəsi əsasında ##.##.2004-cü il tarixli, **/k nömrəli əmrə əsasən işdən azad olunmuşdur. Öz ərizəsinə əsasən işdən azad olunduğuna görə, sözügedən əmrdən onun vaxtında məlumatı olmuşdur. Həmin vaxtdan isə 21 il keçdiyinə görə iddia müddəti ötürülmüşdür. Bundan başqa əmək kitabçasının doldurulması müvafiq əmr əsasında aparılır. Həmin əmr bugünkü gün qüvvədədir və mübahisələndirilməmişdir.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı İddiaçı məxsus əmək kitabçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin X10 qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciətin edilməsi öhdəliyinin cavabdeh “xxxx" X2 üzərinə qoyulması qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının izahatına əsasən, sözügedən ərizənin onun tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi məqsədilə cavabdehə (işəgötürənə) kifayət qədər vaxt verilməsinə baxmayaraq, cavabdeh həmin ərizənin əslini məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu halı cavabdehin ziyanına şərh etməklə, həmin ərizənin iddiaçı tərəfindən imzalanmaması halının təsdiqi kimi qiymətləndirmişdir.
12. Məhkəmə hesab etmişdir ki, ##.##.2004-cü il tarixli ərizənin iddiaçı tərəfindən imzalanmaması sübuta yetirildiyindən, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin yaranması, dəyişikliklərin edilməsi və xitamı “Elektron hökumət” portalı vasitəsilə həyata keçirildiyindən, iddiaçı İddiaçı məxsus əmək kitabçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin X10 qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciətin edilməsi öhdəliyi cavabdeh “xxxx" X2 üzərinə qoyulmalıdır.
13. Məhkəmə həmçinin iddiaçının “saxtakarlığa yol vermiş işçilər barəsində xüsusi qərardad çıxarmaqla Yasamal rayon Prokurorluğuna göndərilməsi” barədə tələbinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırkı halda proses iştirakçılarının və digər şəxslərin əməllərində cinayət əlamətlərinin olması aşkara çıxarılmadığından iddiaçıların xüsusi qərardadla bağlı tələbi də təmin oluna bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3, 11.1, 87.1, 87.2-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1996-cı il tarixli *** nömrəli “Işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Qərarına; “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 2013-cü il tarixli ***-IVQD nömrəli Qanununa; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il # #### tarixli *** nömrəli qərarı ilə “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”a istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh “xxxx" X1 qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki,məhkəmə qətnaməsindən göründüyü kimi, məhkəmə iddiaçının müddəti keçmiş tələbinə dair qanunvericiliyə istinad etsə də, lakin mübahisə predmetinə münasibətdə qanunun tələblərinə riayət etməmişdir. Belə ki, məhkəmə qətnaməsində göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı əmək kitabçasında onun ##.##.2004-cü il tarixdən (##.##.2004-cü il tarixli N **/k əmrlə) AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunduğu qeyd edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, əmək kitabçasında düzəliş edilməsini və onun AR ƏM-nin 69-cu maddəsi ilə (əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi) işdən azad edilməsi qeydinin dəyişdirilərək, AR ƏM-nin 74-cü maddəsinin “a” bəndi ilə (işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilməsi) əvəz edilməsini xahiş edir. Iddiaçı bildirir ki, ##.##.2004-cü il tarixli “İddiaçı həqiqi hərbi xidmətə ##.##.2004-cü il tarixində çağırıldığına görə işdən azad edilməsini xahiş etməsi” məzmunlu ərizə onun tərəfindən imzalanmayıb. Məhkəmənin bu qənaəti ilə razılaşmaq olmaz, ona görə ki, iddiaçı ##.##.2004-cü il tarixində həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra * saylı sanitar vəzifəsinə qəbul edilmişdir. Həmin vaxtı iddiaçı, özünün ##.##.2004-cü il tarixli ərizəsinin olması və ##.##.2004-cü il tarixindəN **/k nömrəli, ##.##.2004-cü il tarixli əmrə əsasən Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə məlumatı olduğu halda buna heç bir etiraz etməmişdir. Həmin əmri mübahisələndirməmişdir. Iddiaçı da özü həmin vaxtı sanitar vəzifəsinə qəbul olunması barədə yeni ərizə vermişdir. Bunlardan göründüyü kimi, iddiaçının həqiqi hərbi xidmətə gedərkən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsi barədə ərizə verməsindən tam məlumatı olmuşdur və hərbi xidmətdən qayıtdıqdan sonra da sanitar vəzifəsinə qəbul olunması barədə yeni ərizə vermişdir. Iddiaçı nə həqiqi hərbi xidmətə gedərkən, nə də ondan sonra bu hala heç bir etiraz etməmiş və mübahisələndirməmişdir. Iddiaçının isə bu məsələni bildiyi və yaxud bilməli olduğu andan mübahisələndirmək hüququ vardır. Həmin vaxtdan da artıq 21 il vaxt keçmişdir. Buna əsasən də iddia tələbini qəbul etmirlər. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçının izahatını nəzərə alaraq, sözügedən ərizənin onun tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi üçün ekspertiza keçirilməsi məqsədilə cavabdehə (işəgötürənə) kifayət qədər vaxt verilməsinə baxmayaraq, cavabdeh həmin ərizənin əslini məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu halı cavabdehin ziyanına şərh etməklə, həmin ərizənin iddiaçı tərəfindən imzalanmaması halının təsdiqi kimi qiymətləndirir.Məhkəmənin bu qiymətləndirməsi tamamilə qanunsuz və ədalətsizdir. Çünki cavabdehin məhkəməyə ünvanladığı ##.##.2025-ci il tarixli **- *-**/*-****/**** nömrəli məktubunda göstərilmişdir ki, hazırda fəaliyyət göstərən "xxxx" publik hüquqi şəxsi, daha əvvəl bir neçə dəfə ləğv edilmiş müəssisələrin əsasında yenidən yaradılmışdır. Belə ki, hazırkı Mərkəz – Azərbaycan Respublikası "xxxx" X2 Müşahidə Şurasının ##.##.2023-cü il tarixli **-Q/**** saylı Qərarı əsasında yaradılmışdır. Sorğu edilən ərizə isə ##.##.2004-cü il tarixli olmaqla, 21 il əvvəlki dövrü əhatə edir. Odur ki, bu 21 il ərzində Müəssisələrin ləğvi və yenidən qurulması ilə bağlı dəfələrlə arxivlərin yerləri dəyişildiyi üçün hazırda İddiaçı ##.##.2004-cü il tarixli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilməsinə dair verdiyi ərizəsinin əsli tapılmadığından məhkəməyə təqdim edilməsi mümkün deyildir. Işin həqiqi halı belə olduğu təqdirdə cavabdeh məhkəməyə başqa nə bildirə bilərdi. Iddiaçının həmin ərizəsi əsasında verilmiş əmrin əsli isə mövcuddur və məhkəməyə təqdim edilmişdir. Belə olduğu halda Mərkəz özündən əvvəlki müəssisələrin hüquqi varisi olduğu halda belə, hər hansı sənədin arxivdə tapılmamasını, məhkəmə, cavabdehin ziyanına şərh etməklə, həmin ərizənin iddiaçı tərəfindən imzalanmaması nəticəsinə gəlməsi tamamilə əsassızdır və məhkəmənin subyektiv mülahizəsini təşkil edir. Məhkəmə öz qətnaməsində mübahisə predmetinə belə səthi yanaşaraq, düzgün olmayaraq hesab etmişdir ki, ##.##.2004-cü il tarixli ərizənin iddiaçı tərəfindən imzalanmaması sübuta yetirildiyindən, işçi ilə işəgötürən arasında əmək münasibətlərin yaranması, dəyişikliklərin edilməsi və xitamı “Elektron hökumət” portalı vasitəsilə həyata keçirildiyindən, iddiaçı İddiaçı məxsus əmək kitabçasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “a” bəndi ilə işdən azad edilməsi barədə düzəlişin edilməsi və edilmiş düzəlişin X10 qeydə alınması üçün mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs müraciətin edilməsi öhdəliyi cavabdeh “xxxx" X2 üzərinə qoyulmalıdır. Bu halda məhkəmə cavabdehin nümayəndəsinin mübahisə predmetinə iddia müddətinin tətbiq edilərək təmin olunmamasına dair əsaslı vəsatətini də təmin etməmişdir. Lakin məhkəmə işin qeyd olunan hallarını araşdırmayaraq, iddia tələbinə yalnız iddiaçının mövqeyini əsas götürərək qiymət vermişdir ki, bu da məhkəmənin düzgün olmayan, ədalətsiz nəticəyə gəlməsinə səbəb olmuşdur.
17. Iddiaçı apellyasiya şikayətinə qarşı etirazı iddia ərizəsində göstərdiyi dəlillərlə əsaslandırmışdır.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli mülki iş üzrə ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Nigar Nəbizadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025 ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddiaçı İddiaçı cavabdeh “xxxx" X2rşı (AR ƏƏSMN yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək kitabçasına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı mübahisə qətnamənin icrası çərçivəsində əmək kitabçasında işəgötürən tərəfindən aparılmış müvafiq qeydin həqiqiliyi ilə əlaqədardır. Lakin həmin qeydin əsasında duran hüquqi fakt – işçinin öz xahişi ilə işdən çıxması barədə ərizə verməsi – iddiaçı tərəfindən inkar edilir. Belə olan halda mübahisə artıq məhkəmə qətnaməsinin icra qaydası ilə bağlı deyil, əmək müqaviləsinə xitamı barədə qeydin qanuniliyinin yoxlanılması ilə bağlıdır və bu səbəbdən iddiaçının iddia icraatı qaydasında müraciət etməsi yolverilən hesab edilməlidir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024-cü il tarixdə *(***)-****/**** saylı qətnaməsinin icrası zamanı iddiaçının əmək kitabçasına işdən azad olunma əsası barədə qeyd daxil edilmiş, həmin qeyd isə ##.##.2004-cü il tarixli ərizəyə əsaslandırılmışdır. Iddiaçı belə bir ərizə yazmadığını bildirir, iş materiallarında Nərimanov rayon Hərbi Komissarlığının müraciətinə və həmin müraciətdə onun ##.##.2004-cü ildə hərbi komissarlığa çağırıldığının qeyd edildiyinə istinad edir. Bu baxımdan iddiaçı iş yerinin saxlanılması hüququnun yarandığını və əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin a) bəndinə əsasən xitam verilməli olunduğunu göstərir.
21. Bununla əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, hazırkı işə iddia icraatı qaydasında baxan birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə hüquqi qiymət verməmiş, bu məsələni araşdırmadan işin mahiyyəti üzrə qətnamə çıxarmışdır. Halbuki, mübahisənin əmək münasibətlərindən irəli gəldiyini nəzərə alan məhkəmə işin mahiyyəti üzrə araşdırmanı aparmamışdan əvvəl həmin ərizəyə əmək qanunvericiliyində iddia müddətinin tətbiqi məsələsinə dair müəyyən edilmiş qaydalar çərçivəsində münasibət bildirməli, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsini ilkin olaraq araşdırmalı idi. Həmin qaydaya görə, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyi halda, məhkəmə ilk növbədə iddia müddətinin keçib-keçmədiyini müəyyən etməli, müddətin ötürüldüyü nəticəsinə gəldiyi təqdirdə isə, iddianın bu əsasla rədd edilməsi barədə nəticəyə gəlməlidir. Yalnız iddia müddətinin ötürülmədiyi və ya üzrlü səbəbdən buraxıldığı müəyyən edildikdən sonra məhkəmə iddia tələblərinin mahiyyəti üzrə araşdırmaya keçə bilər. Mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə ümumiyyətlə münasibət bildirməmiş və bu istiqamətdə zəruri araşdırma aparmamışdır ki, bu da maddi və prosessual hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir.
22. Iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən araşdırma aparan məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə iddia müddətinin başlanma anı cavabdehin iddia etdiyi kimi iddiaçının işdən çıxarılması tarixi ilə deyil, onun hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla müəyyən edilməlidir.Iş materiallarından göründüyü kimi, mübahisələndirilən “öz xahişi ilə işdən çıxma” qeydi yalnız Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024-cü il tarixdə *(***)-****/**** saylı qətnaməsinin icrası zamanı əmək kitabçasına daxil edilmişdir. Buna görə də iddia müddəti həmin tarixdən hesablanmalıdır. Belə ki, iddiaçının “əmək kitabçasında ##.##.2001-ci il tarixdən işə qəbul edilməsi barədə düzəlişin aparılması və həmin düzəlişin X10 qeydə alınması” tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024-cü il tarixdə 2(004) -****/**** saylı qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, qətnamə qanunvericiliklə nəzərdə tutulmuş müddətdə qanuni qüvvəsini almış, ##.##.2024-cü il tarixdə icra olunması üçün cavabdehə yönəldilmişdir.
23. Iş materiallarından da iddiaçının qətnamənin icrası nəticəsində əmək kitabçasına ##.##.2004-cü il tarixli ərizəyə əsasən edilmiş dəyişikliklər barədə ən geci ##.##.2025-ci il tarixdən (onun cavabdeh quruma mübahisəli məsələ barədə etdiyi müraciətin tarixindən, iş v. 72) məlumatlı olması görünür. Buna baxmayaraq, iddiaçı hüquqlarının pozulduğunu bildiyi tarixdən bir aydan artıq müddət keçdikdən sonra – ##.##.2025-ci il tarixində Bakı * saylı Medasiya Təşkilatına, ##.##.2025-ci il tarixdə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.
24. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ##.##.2024-cü il tarixdə *(***)-****/**** saylı qətnaməsinin məzmunundan məlumatsız olması inandırıcı deyildir. Həmin mülki iş üzrə aparılmış araşdırmada iddiaçının iştirakı təmin edilmiş, məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş sənədlər, o cümlədən ##.##.2004-cü il tarixli ərizə və həmin ərizə əsasında verilmiş ##.##.2004-cü il tarixli № **/K əmr barədə məlumatlar onunla birlikdə tədqiq edilmiş, qeyd edilən sənədlərə əsasən işin halları araşdırılmışdır. Bu səbəbdən iddiaçı göstərilən sənədlərdən də ən azı ##.##.2024-cü il tarixdən məlumatlı olmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı mülki iş üzrə qəbul edilmiş qətnamədə “Bakı şəhər Təcili və X9 Stansiyası” PHŞ tərəfindən verilmiş ## ####### 2023-cü il tarixli **-*-**/*-***/**** saylı arayışa (iş v. 78) istinad olunmuşdur. Həmin arayışda iddiaçının əmək fəaliyyəti, vəzifə dəyişiklikləri və işdən azad olunma halları ətraflı göstərilmiş, o cümlədən ##.##.2004-cü il tarixdə öz xahişi ilə vəzifədən azad olunması qeyd edilmişdir. Həmin arayışın məzmunu: ##.##.1984-cü il təvəllüdlü İddiaçı həqiqətən ##.##.2001-ci il tarixdən (##.##.2001-ci il tarixli № **/k əmrlə) Bakı şəhər Təcili və X9 Stansiyasında 0,5 vahid sanitar vəzifəsinə qəbul edilmişdir. ##.##.2004-cü il tarixdən (##.##.2004-cü il tarixli № **/K əmrlə) AR ƏM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. (Nərimanov r. Hərbi Komissarlığının arayışı, hərbi xidmətə çağırış ilə əlaqədar) ##.##.2004-cü il tarixdən (##.##.2004-cü il tarixli № **/k əmrlə) Bakı şəhər Təcili və X9 Stansiyasında 1,0 vahid sanitar vəzifəsinə qəbul edilmişdir. ##.##.2005-ci il tarixdən (##.##.2005-ci il tarixli № ** əmrlə) Bakı şəhər Təcili və X9 Stansiyasında 1,0 vahid səyyar feldşer vəzifəsinə keçirilmişdir. ##.##.2007-ci il tarixdən (##.##.2007-ci il tarixli № *** əmrlə) həmin stansiyada 1,0 vahid psix briqada feldşeri vəzifəsinə keçirilmişdir. ##.##.2015-ci il tarixdən (##.##.2015-ci il tarixli № *** əmrlə) Bakı şəhər Təcili və X9 Stansiyasında 1,0 vahid tibb qardaşı (psixi xəstələrə yardım və daşınma) vəzifəsinə keçirilmiş və hal-hazıradək həmin vəzifədə çalışır.
25. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı həqiqətən ##.##.2001-ci il tarixdən Bakı şəhəri Təcili və X9 Stansiyasında sanitar vəzifəsinə qəbul olunmuş, ##.##.2004-cü il tarixdən isə (##.##.2004-cü il tarixli № **/K saylı əmrlə) AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur (iş v. 80)
26. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı məhkəməyə müraciət edərkən əmək mübahisələri üzrə qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüş, iddia müddətinin üzrlü səbəblərdən buraxıldığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, iddiaçının işdən azad edilməsi barədə əmri ayrıca mübahisələndirmədən yalnız həmin əmrin əsasında əmək kitabçasına daxil edilmiş qeydlərin dəyişdirilməsi (düzəliş edilməsi) barədə tələb irəli sürməsi hüquq baxımından uğursuzdur. Belə ki, əmək kitabçasına daxil edilən məlumatlar müstəqil hüquqi nəticə doğurmur, yalnız işəgötürən tərəfindən qəbul edilmiş əmrlərin və ya digər hüquqi aktların əks etdirilməsi xarakteri daşıyır. Bu baxımdan əmək kitabçasında aparılmış qeydlərin hüquqi qüvvəsi həmin əmrlərin qanuniliyindən asılıdır və onlar həmin əmrlərin məzmununa uyğunluq baxımından qiymətləndirilməlidir. Hazırkı halda iddiaçı ##.##.2004-cü il tarixli № **/K saylı əmrin və bu əmrin verilməsinə əsas olmuş ##.##.2004-cü il tarixli ərizənin həqiqiliyini mübahisələndirmədən, yalnız qeydin düzgün olmadığını əsas gətirərək əmək kitabçasına düzəliş edilməsini tələb etmişdir ki, bu da əmək qanunvericiliyinin ümumi prinsiplərinə ziddir.
28. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı hüquq münasibətlərini qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxılan zaman müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə olan halda apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı İddiaçı cavabdeh “xxxx" X2rşı (AR ƏƏSMN yanında X6 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək kitabçasına düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.
29. Məhkəmə kollegiyası iddiaçının cavabdeh barəsində xüsusi qərardad çıxarılması tələbinə münasibətdə qeyd etmişdir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual xarakter daşıyır. Belə ki, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə xüsusi qərardad çıxarıla bilər. Xüsusilə, işə baxılması zamanı tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkar edildiyi halda, məhkəmə bu barədə müşavirə otağında müstəqil akt şəklində xüsusi qərardad çıxara bilər. Lakin iş materiallarının araşdırılması nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdehin hərəkətlərində hər hansı cinayətin tərkibinin əlamətləri müəyyən edilmədiyindən, hazırki mülki iş üzrə xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyildir və bu səbəbdən xüsusi qərardadın çıxarılmasından imtina edilməlidir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 3-cü maddəsinin 4-1-ci və 5-ci bəndlərinə, 10-cu maddəsinə, 12-ci maddəsinin 1-ci hissəsinin k) bəndinə, 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələrinə, 49-cu maddəsinin 4-cü, 5-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə, 2-ci hissəsinin a) bəndinə, 74-cü maddəsinin 1-ci bəndinin a) yarım bəndinə, 76-cı maddəsinə, 83-cü maddəsinin 1-ci və 2-ci hissələrinə, 87-ci maddəsinin 1 və 2-ci hissələrinə, 292-ci maddəsinin 1-ci və 2-ci hissələrinə, 296-cı maddəsinin 1, 2, 3-cü hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə, istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Iddiaçı İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-*)-**/**** saylı qətnaməsi tam ləğv olunaraq iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə istinad edilərək qeyd edilmişdir ki, cavabdeh qanunsuzluğa yol verərək kassatorun adından saxta ərizə təqdim edərək onu guya öz arzusu ilə işdən azad etmişlər. Həm də guya bunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, 2(004) ****/**** saylı qətnaməsinə əsasən etdiklərini göstərsələr də, qətnamədə bu barədə heç bir söz yoxdur. Məhkəmə qətnaməsi icra edilərkən kassatorun əmək kitabçasında guya onun ##.##.2004-cü ildə əmr № **/K saylı əmr verilməsi üçün ##.##.2004-cü il tarixdə hərbi xidmətə çağırılmağı ilə əlaqədar işdən azad olunmağı barədə ərizə əsas götürülmüşdür. Halbuki, o, elə bir ərizə yazmamış, Nərimanov rayon Hərbi Komissarlığı tərəfindən rəsmi arayış təqdim etmişdir və həmin arayışda onun ##.##.2004-cü ildə hərbi komissarlığa çağırılmağı göstərilmişdir. Ona görə onun Azərbaycan Respublikasının Milli Ordusunda Hərbi xidmətdə olduğuna görə iş yeri saxlanmaqla möhlət hüququ tanınmalı idi. Bu fakt Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 74-cü maddəsinin A bəndi ilə öz təsdiqini tapmışdır. Qeyd edilmişdir ki, çıxarılmış qətnamə qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, cavabdeh cinayət törədərək kassatorun əvəzinə, onun xəbəri olmadan ərizə tərtib etmiş və onun əvəzinə saxta imza atmışdır. Iddiaçı bu barədə məlumat əldə edən kimi Yasamal rayon Prokuroruna rəsmi müraciət etmişdir. Yasamal rayon prokuroru ona ##.##.2025-ci il tarixdə ***-Ş-** saylı məktubla cavab göndərərək məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Iddiaçı ##.##.2024-cü il tarixdə hərbi xidmətə getməyi ilə əlaqədar işdən azad olunmağı barədə heç bir ərizə yazmamış, ancaq hərbi komissarlıqdan hərbi çağırış vəsiqəsini alaraq cavabdehə təqdim etmişdir. Cavabdeh əmrdə Yasamal Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, ********/**** saylı qətnaməsinə istinad etmiş hissədə həmin qətnamədən cavabdehin qeyd etdiyi faktların heç biri öz təsdiqini tapmamışdır. Cavabdeh yenə də saxtakarlığa yol vermişdir. Iddiaçının əmək kitabçası ##.##.2010-cu ildə açıldığı halda cavabdeh köhnə tarixlə onun əmək kitabçasında əmrlər qeyd edərək guya onun Azərbaycan Respublikası Əmək Qanunlar Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad olunmağı göstərilmişdir. Halbuki o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin A bəndi ilə işdən azad olunmalı idi. Qeyd edilmişdir ki, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə Bakı şəhəri Yasamal rayon prokuroruna sorğu göndərilərək Tibbi Ərazi bölmələrinin X7 hüquqi Şəxsin xxxx Hüquqi şəxsindən İddiaçı tərəfindən yazılmış ##.##.2004-cü il tarixli ərizənin surətinin götürülməsi xahiş olunmuşdur və ##.##.2026-cı il tarixdə ***-sid-**/***-Ş/** saylı məktubla İddiaçı ərizəsi müdafiə tərəfinə təqdim olunmuşdur. Lakin, cavabdehə dəfələrlə məhkəməyə müraciət edib sorğu göndərilsə də, cavabdeh həmin ərizəni məhkəməyə təqdim etməyərək bildirmişdir ki, həmin ərizə itmişdir. Bu da cavabdehin bir daha iddiaçı İddiaçı qarşı saxtakarlıq etdiyini təsdiq edir. Cavabdeh tərəfindən heç bir sənədin əsli təqdim olunmamışdır, ancaq kserosurət və oxunmayan sənədlər məhkəməyə təqdim olunmuşdur və cavabdeh tərəfindən bununla bağlı izah olunmuşdur ki, guya İddiaçı aid heç bir sənəd cavabdehdə saxlanmamışdır. Halbuki, bu sənədlərin əsli Yasamal rayon prokuroru tərəfindən cavabdeh götürülmüşdür. Iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasından Yasamal rayon prokurorluğunda olan sənədlərin əsli istənilsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz olaraq onların əsaslı vəsatəti təmin olunmamışdır.
33. Kassasiya şikayətində MPM-in 416.1, 418.1, 418.4-cü maddələrinə istinad olunmuşdur. Qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qəbul etmiş olduğu qətnamə ilə qanuna və digər normativ akta istinad olunmamışdır və məhkəmənin subyektiv mülahizəsi əsasında qərar qəbul olunmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
35. Maddə 68 ( hissə 1) Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
36. Maddə 68 (hissə 2, bənd a, bənd d ) a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü və d) bəndinə əsasən tərəflərin iradəsindən asılı olmayan hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
37. Maddə 74 ( hissə 1, a yarımbəndi ) Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda xitam verilir.
38. Maddə 76. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
39. Maddə 83. (##.##.2024-cü il tarixədək qüvvədə olan redaksiya) 1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
40. Maddə 292.2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.
41. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
42. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
43. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
44. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
51. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə konkret maddi hüquq pozuntusu göstərilmədən işin faktiki halları sadalanaraq sübutlara düzgün qiymət verilməməsi ilə bağlı dəlillər qeyd edilmişdir. MPM-nin 407.2-ci maddəsinə əsasən bu dəlillər kassasiya baxışının predmeti ola bilməz. Sübutların qiymətləndirilməsi işə mahiyyəti üzrə baxan məhkəmələrin səlahiyyətinə aiddir, kassasiya instansiyası məhkəməsi tərəfindən isə sübutların araşdırılması və qiymətləndirilməsi həyata keçirilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş normalara riayət edilib-edilmədiyi yoxlanılır.
53. Prosessual pozuntu olaraq isə normalar formal olaraq sadalanmış, məhkəmə tərəfindən işə baxılarkən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan konkret hansı prosessual pozuntuya yol verildiyi qeyd edilməmişdir.
54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi
Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, 2(3-6)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.