Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1434/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh "xxxx” Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Müqavilə münasibətlərindən irəli gələn mübahisələr; mənzilə dair müqavilə (podrat) üzrə öhdəliklərin icrasının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), X2 və X4 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh "xxxx” MTK-ya qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, Işin halları:
1. Tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli “xxxx”nə əsasən MTK pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 3- cü mərtəbə, * nömrəli, 3 otaqlı mənzili tikib və Payçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş, payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 3-cü mərtəbə, * nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin gələcəkdə “Avant Park” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişlər etməyi öhdəsinə götürmüşdür.
2. Həmçinin müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin xarici perimetr üzrə sahəsi 108,07 kv.m, 2.2-ci bəndinə əsasən mənzilin daxili perimetr üzrə sahəsi 94,14 kv.m təşkil etmişdir. Müqavilənin digər bir bəndi olan 2.3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 180.477 (yüz səksən min dörd yüz yetmiş yeddi) manat təşkil etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh Cavabdeh MTK arasında bağlanmış ## ###### 2023-cü il tarixli, **** nömrəli xxxxnə əsasən, ünvan 1 ünvanında yerləşən "AVANT PARK" yaşayış kompleksinin 7-ci binasının 7-ci blok, 3-cü mərtəbə, 3 N-li, 3 otaqlı mənzilin ümumi dəyərinin daxili perimetr üzrə sahəsi olan 91.9 kv.m-ə əsasən hesablanaraq onun tərəfindən artıq ödənilmiş 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitinin, dövlət rüsumu kimi ödənilmiş 162 (yüz altmış ki) manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış ## ###### 2023-cü il tarixli, **** nömrəli xxxxnə əsasən, Cavabdeh MTK ünvan 1 ünvanında tikilməkdə olan “AVANT PARK” yaşayış kompleksinin 7-ci binasının 7-ci blok, 3-cü mərtəbə, * №-li, 3 otaqlı mənzili tikib onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 108.477 (yüz səkkiz min dörd yüz yetmiş yeddi) manat təşkil etmişdir. Lakin, mənzilin ümumi dəyəri daxili perimetr üzrə sahəsi olan 94.14 kv.m deyil, xarici perimetr üzrə sahəsi olan 108.07 kv.m-ə əsasən hesablanmışdır. Halbuki, daxili perimetr üzrə sahəsinə əsasən hesablanmalı idi. O, bununla bağlı, cavabdeh Cavabdeh MTK-ya ##.##.2025-ci il tarixli pretenziya məktubu ünvanlayaraq, ## ###### 2023-cü il tarixli, **** nömrəli xxxxnə əsasən, ünvan 1 ünvanında yerləşən “AVANT PARK” yaşayış kompleksinin 7-ci binasının 7-ci blok, 3-cü mərtəbə, * №li, 3 otaqlı mənzilin ümumi dəyərinin daxili perimetr üzrə sahəsi olan 94.14 kv.m-ə əsasən hesablanmasını, onun tərəfindən artıq ödənilmiş 23.800 (iyirmi üç min səkkiz yüz) manat məbləğində ödənişin geri qaytarılmasını və ödəniş məbləğinin ƏDV-nin (əlavə dəyər vergisi) ona verilməsini xahiş etsə də, heç bir müsbət nəticəsi olmamışdır.
5. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli, **** saylı xxxx üzrə müqavilənin 2.1-ci maddəsi ilk növbədə bəyan edir ki, mənzilin xarici paramentr üzrə sahəsi 108,07 kv.m. təşkil edir. Məhz həmin xarici parametrlər üzrə mənzilin ümumi dəyəri formalaşdırılmışdır. Müqavilənin 2.2ci bəndi isə sadəcə informativ xarakter daşıyır, yardımçı müddəa olaraq mənzilin xarici parametrlərdə sahəsinə nisbətdə daxili parametrdə hansı ölçülərdə olduğu bildirilmişdir. Qeyd olunan mənzilin xarici parametrlərdə satışı müqavilənin məzmununda 8.15-ci maddədə də ehtiva olunur. xxxxnin 8.15-ci maddəsinə əsasən “Payçı” xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda oxdan-oxa mənzil sahəsi qeyd edilməyə bilər. Bu müddəa onu təsbit edir ki, iddiaçı mənzili xarici parametrlər ilə almış və dəyərini ona görə ödəmişdir. Adətən mənzillərə mülkiyyət hüquqları haqqında Reyestrdən çıxarışlar verildiyi zaman mənzillərin sahə ölçüləri arasında fərqlərdən irəli gələrək, tələblər irəli sürülə bilər. Bu tələblərin olmaması üçün Payçı xarici parametrlərdə mənzili əldə etməsindən xəbərdar olması barədə etirafı müqavilədə öz təsdiqini tapmışdır. Hazırki pul tələbi isə iddiaçının prosessual hüquqlarından sui-istifadə etməsi deməkdir.
6. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi və vəkili vəkil1 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Ekspert rəyinə əsasən də müəyyən olunur ki, mənzilin ümumi sahəsi 93,3 kvadratmetrdir. Müqavilədə də tam sahə 94,14 kvadratmetr qeyd edilmişdir. Hesab edirlər ki, tərəflərindən hər hansı pozuntu olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir.
7. Məhkəmə ünvan 1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsini, habelə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahə daxil edilməklə ümumi sahəsini müəyyən etmək üçün xüsusi bilik tələb edildiyinə görə, iş üzrə tikinti-texniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 241 ünvanında inşa edilmiş “Avant Park” yaşayış kompleksinin 7-ci binasının, 7-ci blokunun 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, * saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikintialtı sahə istisna olmaqla) 93,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh "xxxx” MTK-dan 1610.28 (bir min altı yüz on manat iyirmi səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36.11 (otuz altı manat on bir qəpik) manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 125.89 (bir yüz iyirmi beş manat səksən doqquz qəpik) manat pulun (162-36.11=125.89) iddiaçıya aid edilməsi, iş üzrə ## ####### 2025-ci il tarixdə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaitinin cavabdeh "xxxx” MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim-Kərim Xudayev).
9. Məhkəmə mübahisə ilə bağlı işin faktiki halları baxımından ilk növbədə qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh “xxxx" MTK arasında ##.##.2023-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, MTK pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 3-cü mərtəbə, * nömrəli, 3 otaqlı mənzili tikib və Payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Payçı bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” yaşayış kompleksinin 7-ci binasında, 7-ci blok, 3cü mərtəbə, * nömrəli, 3 otaqlı mənzili qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişləri MTK-ya ödənilməsini və həmçinin gələcəkdə “Avant Park” yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişlər etməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin xarici perimetr üzrə sahəsi 108,07 kv.m, 2.2-ci bəndinə əsasən mənzilin daxili perimetr üzrə sahəsi 94,14 kv.m təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin ümumi dəyəri ƏDV daxil olmaqla 180.477 (yüz səksən min dörd yüz yetmiş yeddi) manat təşkil edir.
10. Iş üzrə məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyi ilə razılaşan məhkəmə qeyd etmişdir ki, yaşayış sahəsinin alınması ilə bağlı formalaşmış praktika, işgüzar adətlər mövcuddur. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Tərəflər bağladıqları müqavilənin şərtlərini (mənzilin ümumi sahəsini, onun hesablanma şərtlərini və dəyərini) azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Belə olan halda, həmin şərtlərin formal əsaslarla və mülahizələrlə dəyişdirilməsi yolverilməzdir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı müqavilədə nəzərdə tutulan mənzilin qiymətinin xarici perimetr üzrə, yəni 108,07 kv.m hesaba alınmaqla müəyyən edildiyini bildirir. Bununla bağlı sübut qismində yazışma mətnlərini də təqdim edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, mənzilin qiymətinin daxili perimetr üzrə, yəni 94,14 kv.m hesaba alındığını bildirir.
12. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında mübahisə ilk növbədə onlar arasında bağlanmış müqavilə bəndlərinə əsasən həll edilir. Müqavilənin bəndlərinə nəzər saldıqda görünür ki, müqavilədə mənzilin həm daxili perimetr üzrə, həm xarici perimetr üzrə sahəsi göstərilmiş, həmçinin müqavilənin 2.3-cü bəndində müqavilənin ümumi qiyməti əks olunmuşdur. Tərəflər də həmin şərtlər əsasında razılığa gəlməklə müqavilə bağlamışlar. Lakin müqavilənin həmin şərtlərinə əsasən müqavilənin qiymətinin hansı sahə üzrə hesablandığını dəqiq müəyyən etmək mümkün olmamışdır. Müqavilədə həm xarici perimetr üzrə, həm də daxili perimetr üzrə sahənin konkret göstərilməsi isə onu deməyə əsas verir ki, iddiaçı İddiaçı mənzilin ölçüləri qabaqcadan məlum olmuşdur. Bu halda, onun müqavilə qiyməti ilə də razılaşdığı, həmin məbləğin məhz daxili perimetr üzrə ödənilməsini müəyyən etməyə əsas verir.
13. Məhkəmə daha sonra qeyd etmişdir ki, lakin, formalaşmış məhkəmə təcrübəsinə görə də, analoji işlərdə mənzilin ümumi sahəsi eyvan (lociya) sahələrinə əmsal tətbiq edilmədən, daxili sahələr isə divaraltı sahələr nəzərə alınmadan hesablanır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 241 ünvanında inşa edilmiş “Avant Park” yaşayış kompleksinin 7-ci binasının, 7-ci blokunun 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, * saylı mənzilin faktiki ümumi sahəsinin, müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan (iddiaçının layihədən kənar qaydada apardığı tikintialtı sahə istisna olmaqla) 93,3 kv.m təşkil etdiyi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, müqavilə öhdəlikləri üzrə fərqin 0,84 kv.m (94,14-93,3=0,84 kv.m) olması və hər kvadrat metri üçün 1917,1 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 1610,28 (0,84x1917,1) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Cavabdeh MTK-dan 1610,28 (min altı yüz on manat iyirmi səkkiz qəpik) manat pul tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
15. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 752, 762 və 770-ci; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 101, 103, 119, 217ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətinin dəlillərinə görə, müqavilənin qiymətinin hansı sahə üzrə hesablandığını dəqiq müəyyən etməyin mümkün olmadığı məhkəmə qətnaməsində qeyd olunsa da, həm cavabdehin nümayəndəsinin verdiyi izahatdan həm də, bununla bağlı iddiaçı tərəfindən təqdim edilən sübut qismində yazışma mətnlərindən müəyyən edilir ki, müqavilənin qiyməti xarici perimetr üzrə hesablanmışdır. Eyni zamanda cavabdeh Cavabdeh MTK tərəfindən iddia tələbinə etirazda qeyd olunur ki, iddiaçı ilə rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli, **** saylı xxxx üzrə müqavilənin 2.1- ci maddəsi ilk növbədə bəyan edir ki, mənzilin xarici parametr üzrə sahəsi 108,07 kv.m. təşkil edir. Məhz həmin xarici parametrlər üzrə mənzilin ümumi dəyəri formalaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndi isə sadəcə informativ xarakter daşıyır, yardımçı müddəa olaraq mənzilin xarici parametrlərdə sahəsinə nisbətdə daxili parametrdə hansı ölçülərdə olduğu bildirilmişdir. Iddiaçıya mənzilin ölçüsünün qabaqcadan 108,07 kv.m. olacağı məlum olmuşdur. Belə ki, ona təqdim olunan mənzilin sxemində mənzilin ayrı-ayrı hissələri və onların konkret sahəsi göstərilmişdir. Həmin sahələrin cəmi ümumilikdə 108,07 kv.m. təşkil edir. Belə ki, mənzilin sxemində: eyvan – 4.30 mətbəx – 13.34, sanitar qovşağı – 2.50, digər sanitar qovşağı – 5.40, dəhliz – 17.85, yataq otağı – 17.69, digər yataq otağı – 20.44, salon – 26.55 kv.m. kimi göstərilmişdir. Eyni zamanda ##.##.2023-cü il tarixli, **** saylı xxxx üzrə müqavilənin 8.18-ci maddəsində də mənzilin sxeminin müqaviləyə əlavə edilib “Payçıya” verildiyi göstərilir. Lakin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən: eyvan – 1.4, mətbəx – 11.6, sanitar qovşağı – 1.7, digər sanitar qovşağı – 4.2, dəhliz – 16.6, yataq otağı – 15.2, digər yataq otağı – 18.4, salon – 22.8 kv.m. təşkil edir. Mənzilin ayrı ayrı hissələrinin sahələrinin mənzilin sxemində göstərilən hissələrin sahələrindən fərqli ölçüdə olduğu, yəni nəzərdə tutulandan daha az kv.m. təşkil etdiyi aşkar müəyyən edilir və iddiaçının müqavilə bağlanarkən aldadılması işin mübahisəsiz halıdır. Mənzilin sahəsinin bu formada göstərilməsi və hesablanması Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin tələblərinə zidd olmuşdur. Lakin məhkəmə qeyd olunan işin bu faktiki hallarını nəzərə almamış, iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir.
18. Cavabdeh də həmçinin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməni maddi və prosessual hüquq normalarını pozmaqla qəbul etmiş, işin faktiki hallarını tam araşdırmamışdır. Belə ki, qeyd olunan mənzilin xarici parametrlərdə satışı müqavilənin məzmununda 8.15-ci maddədə də ehtiva olunur. xxxxnin 8.15-ci maddəsinə əsasən “Payçı” xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda oxdan-oxa mənzil sahəsi qeyd edilməyə bilər.Bu müddəa onu təsbit edir ki, Iddiaçı mənzili xarici parametrlər ilə almış və dəyərini ona görə ödəmişdir. Adətən mənzillərə mülkiyyət hüquqları haqqında Reyestrdən Çıxarışlar verildiyi zaman mənzillərin sahə ölçüləri arasında fərqlərdən irəli gələrək, tələblər irəli sürülə bilər. Bu tələblərin olmaması üçün Payçı xarici parametrlərdə mənzili əldə etməsindən xəbərdar olması barədə etirafı müqavilədə öz təsdiqini tapmışdır. Hazırki pul tələbi isə Iddiaçının prosessual hüquqlarından suiistifadə etməsi deməkdir. Təqdim edilmiş mənzil sahələri arasında fərqdən irəli gələn mübahisələrdə ümumiyyətlə məhkəmə təcrübəsi Inşaat Şirkəti ilə vətəndaşlar arasında bağlanmış müqavilələrin müddəalarına əsaslanır. Yəni Inşaat Şirkəti müqavilənin tam mahiyyətini ehtiva edən müddəaları üzrə hansı öhdəliyini götürməsindən asılı olaraq bu kimi tələblərə qiymət verilir. Müqavilə üzrə mənzilin xarici parametrləri üzrə satış həyata keçirildiyi üçün iddia tələbi rədd edilməli olduğu halda məhkəmə qətnaməsi ilə qismən təmin edilmiş, MTK-dan 1610,28 (bir min altı yüz on) manat 28 qəpik pul məbləği tələb edilmişdir. Qismən təmin edilməyə əsas olmuş mənzilin informativ xarakterli müddəası əsas götürülməli deyildi, həmin müddəa Cavabdeh MTK üçün öhdəlik yaratmırdı. müqavilə üzrə mənzilin xarici parametrlərdə təqdim edilməsi öhdəliyi Cavabdehdə olduğu kimi, Iddiaçıda da mənzili xarici parametrlərdə ödəmək öhdəliyi olmuşdur.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər X5 və X1 ibarət tərkibdə).
21. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan apellyasiya məhkəməsi öz hüquqi mövqeyinə həmçinin apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mənzilin ümumi dəyərinin daxili perimetr üzrə sahəsi olan 93.3 kv.m deyil, xarici perimetr üzrə sahəsi olan 108.07 kv.m-ə əsasən hesablanmasıdır.
22. Məhkəmə iddiaçının apellyasiya şikayətinin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.
23. Kollegiya vurğulamışdır ki, məlum olur ki, iddiaçının istinad etdiyi mənzilin sxemi (orada mənzilin sahəsinə dair olan qeydlər) hazırkı mübahisənin həllində əhəmiyyət kəsb etmir. Çünki sxemdə mənzilin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmışdır.
24. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı xüsusi olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, bu qəbildən olan mübahisələr zamanı nəzərə alınmalıdır ki, çoxmənzilli binalarda mənzil tikintisini həyata keçirən mülki münasibətlərin özəl subyektləri (MTK, MMC, fərdi sahibkar və s.) üçün mənzilin sahəsinin müxtəlif cür təsnifatlandırılmasının və onun müəyyən sahələrinin müxtəlif təyinat (sanitar qovşağı, mətbəx, dəhliz, balkon, yığnaq yeri, eyvan, soba altı, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr və s.) üzrə istifadə olunmasının hər hansı əhəmiyyəti ola bilməz, çünki, mənzili inşa edən (tikən) və satıcı (podratçı) üçün həmin sahələrin fərqli təsnifatlanması və müxtəlif məqsədlər üçün istifadə olunmasının, həmin sahənin hazırlanmasına sərf edilən (tikinti materialları və işçi qüvvəsi) məsrəflər baxımından hər hansı əhəmiyyəti (bağlılığı) yoxdur. Başqa sözlə desək, mənzili tikən tərəfindən mənzilin yaşayış sahəsində olduğu kimi, eləcə də sanitar qovşaq, mətbəx, dəhliz, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr və s. üçün də eyni məsrəflər (həm tikinti materialları, həm də işçilik baxımından) çəkilir. Demək ki, mənzilin ümumi sahəsi müəyyənləşərkən, alıcı tərəfindən mənzilin sahələrinin hansı məqsədlə (mətbəx, yığınaq yeri, soba altı və s.) istifadə edilməsinin və yaxud da həmin sahələrin müxtəlif cür təsnifatlandırılmasının əhəmiyyəti ola bilməz.
25. Kollegiya həmçinin qeyd etmişdir ki, müqavilənin bəndlərinə nəzər saldıqda görünür ki, müqavilədə mənzilin həm daxili perimetr üzrə, həm xarici perimetr üzrə sahəsi göstərilmiş, həmçinin müqavilənin 2.3-cü bəndində müqavilənin ümumi qiyməti əks olunmuşdur. Tərəflər də həmin şərtlər əsasında razılığa gəlməklə müqavilə bağlamışlar. Lakin müqavilənin həmin şərtlərinə əsasən müqavilənin qiymətinin hansı sahə üzrə hesablandığını dəqiq müəyyən etmək mümkün olmasa da, müqavilənin 8.15-ci bəndində xüsusi olaraq nəzərdə tutulmuşdur ki, “payçı” əldə etdiyi mənzilə dair çıxarış alınarkən mənzilin sahəsi oxdan-oxa qeyd edilməyə bilər. Müqavilədə həm xarici perimetr üzrə, həm də daxili perimetr üzrə sahənin konkret göstərilməsi müqavilənin 8.15-ci bəndindəki göstərişlə birlikdə onu deməyə əsas verir ki, iddiaçıya mənzilin ölçüləri qabaqcadan məlum olmuş və iddiaçı buna əsasən müqavilənin qiyməti ilə də razılaşmışdır.
26. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, hazırkı halda tərəflər mənzilin qiymətini onun hər kv.m. görə deyil, ümumi mənzilə görə müəyyən etdiklərindən, ödənilən məbləğin mənzilin sahəsinin hansı qaydada hesablanmasına heç bir təsiri yoxdur. Rayon məhkəməsi tərəfindən iddiaçının ödədiyi məbləğin müqavilənin 2.2-ci bəndinə əsasən hesablaması da məsələnin mahiyyətini dəyişmir. Həmçinin mülki iş materiallarında olan “Whatsapp” yazışmalarından da müəyyən olur ki, mənzilin xarici parametrlər üzrə qiymətinin müəyyən edildiyi iddiaçıya məlum olmuşdur. Belə olan halda iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, mahiyyət etibarilə düzgün olan rayon məhkəməsi qətnaməsinin ləğvinə səbəb ola bilməz.
27. Kollegiya həmçinin bildirmişdir ki, eyni zamanda birinci instansiyada icraat zamanı Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş eksperti rəyi ilə mənzilin daxili parametrlər üzrə sahəsi 93.3 kv.m, xarici parametrlər üzrə sahəsi isə 108.0 kv.m olaraq müəyyən edilmişdir. Rayon məhkəməsi qeyd etmişdir ki, müqavilə öhdəlikləri üzrə fərqin 0,84 kv.m (94,14-93,3=0,84 kv.m) olması və hər kvadrat metri üçün 1917,1 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 1610,28 (0,84x1917,1) manat əsassız pul vəsaiti ödənilmişdir. Bu baxımdan həmin pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh apellyasiya şikayətində mənzilin xarici parametrlərdə satışının müqavilənin 8.15-ci maddəsində ehtiva olunduğuna əsaslanır. Müqavilənin 8.15-ci bəndinə əsasən “Payçı” xəbərdardır ki, mənzil üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda oxdan-oxa mənzil sahəsi qeyd edilməyə bilər.
28. Kollegiya sonda qeyd etmişdir ki, mülki iş materiallarında olan ekspert rəyi ilə də ölçülərin tam olaraq üst-üstə düşmədiyi müəyyən olur. Odur ki, rayon məhkəməsi haqlı olaraq, aradakı fərqə görə müəyyən edilən məbləğin iddiaçıya qaytarılması nəticəsinə gəlmişdir. Rayon məhkəməsinin belə yanaşması iddiaçının xeyrinə olmuşdur və istehlakçı hüquqları baxımından bu doğru olmuşdur. Demək ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. 29.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
30. Iddiaçı qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** saylı qətnaməsinin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, mənzillərin ümumi sahəsinin hesablanması qaydası imperativ qaydada müəyyən edilmişdir. Lakin cavabdeh şirkət qeyd edilən normaların tələblərini nəzərə almadan, müqavilədə satacağımənzilinin sahəsinə münasibətdə qeyri-müəyyən, iddiaçını yanıldan müddəalar əlavə etməklə hüquqlarından sui-istifadə etmişdir. Məhkəmə tərəflər rasında imzalanmış müqavilədə həm xarici perimetr üzrə, həm də daxili perimetr üzrə sahənin konkret göstərilməsi, müqavilənin 8.15-ci bəndindəki göstərişə istinad edərək iddiaçıya mənzilin ölçüləri qabaqcadan məlum olmuş və iddiaçı buna əsasən müqavilənin qiyməti ilə də razılaşmışdır qənaətinə gəlməsi yanlış olmuşdur. Belə ki, qanunvericilik etimad və vicdanlılıq prinsiplərinə zidd olmaqla digər tərəf üçün zərərli olan standart müqavilə şərtinin etibarsız olduğunu nəzərdə tutur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanmalıdır. Eyni zamanda Dövlət “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1-ci maddəsinə əsasən bu qaydalar tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarınımüəyyən edir. Bu qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Yaşayış kompleksləri tərəfindən mənzillərin ümumi sahələri hesablanarkən və mənzillər satılarkən məhz bu qaydaların tələbləri əsas götürülməli, mənzillərin ümumi sahələri Şəhərsalma və Tikinti Məcəlləsinə, habelə bu qaydalara uyğun hesablanmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən çıxarışın verilməsi üçün mənzillərin sahəsi hesablanarkən yuxarıda qeyd olunan normativ hüquqi aktların tələbləri əsas götürülür və bu normativ hüquqi aktların tələbləri dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə işin faktiki hallarına maddi hüquq normalarını yanlış tətbiq etmişdir. Həm cavabdehin nümayəndəsinin verdiyi izahatdan həm də, bununla bağlı iddiaçı tərəfindən təqdim edilən sübut qismində yazışma mətnlərindən müəyyən edilir ki, müqavilənin qiyməti xarici perimetr üzrə hesablanmışdır. Eyni zamanda cavabdeh Cavabdeh MTK tərəfindən iddia tələbinə etirazda qeyd olunur ki, iddiaçı ilə rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli, **** saylı xxxx üzrə müqavilənin 2.1- ci maddəsi ilk növbədə bəyan edir ki, mənzilin xarici parametr üzrə sahəsi 108,07 kv.m. təşkil edir. Məhz həmin xarici parametrlər üzrə mənzilin ümumi dəyəri formalaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndi isə sadəcə informativ xarakter daşıyır, yardımçımüddəa olaraq mənzilin xarici parametrlərdə sahəsinə nisbətdə daxili parametrdə hansı ölçülərdə olduğu bildirilmişdir. İddiaçı mənzilin ölçüsünün qabaqcadan 108,07 kv.m. olacağıməlum olmuşdur. Belə ki, iddiaçıya təqdim olunan mənzilin sxemində mənzilin ayrı-ayrı hissələri və onların konkret sahəsi göstərilmişdir. Həmin sahələrin cəmi ümumilikdə 108,07 kv.m. təşkil edir. Belə ki, mənzilin sxemində: eyvan – 4.30 mətbəx – 13.34 sanitar qovşağı – 2.50 digər sanitar qovşağı – 5.40 dəhliz – 17.85, yataq otağı – 17.69 digər yataq otağı – 20.44 salon – 26.55 kv.m. kimi göstərilmişdir. Eyni zamanda ##.##.2023-cü il tarixli, **** saylıPayçımüqaviləsi üzrə müqavilənin 8.18-ci maddəsində də mənzilin sxeminin müqaviləyə əlavə edilib “Payçıya” verildiyi göstərilir. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən: eyvan – 1.4 mətbəx – 11.6 sanitar qovşağı – 1.7 digər sanitar qovşağı – 4.2 dəhliz – 16.6 yataq otağı – 15.2 digər yataq otağı – 18.4 salon – 22.8 kv.m. təşkil edir. Mənzilin ayrı ayrı hissələrinin sahələrinin mənzilin sxemində göstərilən hissələrin sahələrindən fərqli ölçüdə olduğu, yəni nəzərdə tutulandan daha az kv.m. təşkil etdiyi aşkar müəyyən edilir və iddiaçının müqavilə bağlanarkən aldadılması işin mübahisəsiz halıdır. Yaşayış sahəsinə ehtiyacı olan şəxsin həmin münasibətlərə girərkən əldə edəcəyi əsas məqsədlərdən biri mənzilin yaşayış sahəsinin ölçüsüdür. Müqavilədə yaşayış sahəsinin ölçüsünün göstərilməsi, ilk olaraq alıcının həmin ölçüyə uyğun yaşayış sahəsinə sahib olacağına əminlik verir. Ona görə müqavilədəki qeyri-müəyyən hallar (sahəsinin qanunvericiliyin tələblərinə uyğun deyil, başqa qaydada hesablanması və s.) alıcının deyil, tikintini həyata keçirən və mənzil satışı ilə məşğul olan tərəfin ziyanına şərh edilməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
33. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:
34. 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;
35. 6.1.5. müqavilələr azadlığı;
36. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
37. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:
38. 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
39. 14.2.6. Başqa şəxsə zərər vurulması.
40. 14.2.7. Əsassız varlanma.
41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
44. Maddə 139. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
45. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
46. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.
48. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
49. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
50. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
51. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
52. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
53. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
54. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
55. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
56. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
57. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
58. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.
59. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.
60. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
61. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
62. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
63. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
64. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur.
65. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
66. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
72. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri:
76. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
77. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirilsədə, dəlilləri yalnız iddianın təmin olunmayan hissəsi ilə bağlıdır. Bu baxımdan hazırkı kassasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmayan hissəsində maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.
Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
79. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.
80. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
81. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
83. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
84. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
85. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
86. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,
qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.