Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1440/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi cəlb edilməklə) qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkünlüyü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X2 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il *5 aprel tarixli *(*-*)-***/**** nömrəli qərardadından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 qarşı “işə bərpa” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Əmək Məcəlləsinin 79-cu maddəsinə görə “öhdəliyində *8 yaşadək II qrup əlilliyi olan vətəndaşın əmrinə xitam verilməsi qadağandır” əsasən iddiaçının işinə xitam maddəsinin dəyişdirilməsi, işə bərpa, son haqq-hesabın düzgün hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025ci il tarixli (F.F.Mirzəyeva) qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin “riyaziyyat müəllimi” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanması və ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumunun cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Qətnamədən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli *(*-*)***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir.
5. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *5 aprel 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər S.X.Bəhrəmzadə (sədrlik edən və məruzəçi), X.A. Mərdanova, V.N. Sadıqov) müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və mülki işin apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əməl edilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
7. Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin apellyasiya şikayətinin məzmunundan görünür ki, nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. İddiaçı üzrlü səbəbdən ilkin sertifikatlaşdırma imtahanının 2023-cü ilin avqust ayında keçirilmiş test mərhələsində iştirak etməmişdir. Qaydaların 5.2-ci maddəsinə əsasən Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər * (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Daha sonra o, sertikatlaşdırma imtahanının 2024-cü ilin iyun ayında keçirilmiş təkrar test mərhələsində 28 bal toplamış və kəsilmişdir. Qaydaların 5.3-cü və 5.4-cü maddəsinə əsasən isə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilir.
8. İş materiallarından görünür ki, 26.02.*982-ci il təvəllüdlü İddiaçı məxsus 02*3436 nömrəli əmək kitabçasına əsasən İddiaçı ##.##.2003-cü ildə Laçın *8 saylı orta məktəbində ixtisası üzrə müəllim təyin edilmiş, ##.##.2025-ci il tarixdə Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyinə görə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru cavabdeh2 tərəfindən verilmiş ##.##.2025- ci il tarixli, ** nömrəli əmrindən görünür ki, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin Riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2025-ci il tarixdən ləğv edilməsi və İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesabın aparılması əmr edilmişdir. Əmrin əsası kimi ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifıkatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmri göstərilmişdir. Əmrdən görünür ki, hesablanmış son haqq hesab məbləği 978.42 manat təşkil etmişdir.
9. Hazırda iddaçı cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 qarşı “əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqı” barədə iddia tələbi ilə müraciət etmişdir.
10. Göründüyü kimi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin “riyaziyyat müəllimi” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanması və ödənilməsi qət olunmuşdur.
11. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, hazırkı işdə mübahisə iddiaçı İddiaçı ilə Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbi arasındadır. İddiaçıya münasibətdə işəgötürən məhz Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbidir.
12. Hazırda müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsini mübahisələndirdiyi qətnamənin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilməmiş və o, qətnamədən şikayət vermək hüququna malik olan şəxs olmamışdır.
13. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin maraqlarına toxunduğundan, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilə bilərdi.
14. İşə baxılarkən məhkəmə kollegiyası belə hesab etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi apellyasiya şikayəti ilə müraciət edərkən qətnamənin sonuncunun hansı maraqlarına (hüquq və vəzifələrinə) toxunub-toxunmaması nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinə görə, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.
15. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi qətnamənin işdə iştirak etməyən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və toxunduğu halda sonuncunun müraciəti əsasında bunun nəticəsinə dair qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
16. Məhkəmə kollegiyası mövgeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *5.4, 357.*, 357.2, 364.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
17. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi (onun vəkili-Vəkil) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin *5.04.2026-cıtarixli *(*-*)-***/**** saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025 ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi və mülki işə apellyasiya şikayəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi hüquq və vəzifələrinə birbaşa toxunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin apellyasiya şikayətinin mümkünsüzlüyü barədə qərardad qəbul edərkən mülki prosessual qanunvericiliyin normalarını düzgün tətbiq etməmiş, onu şikayət vermək hüququndan məhrum etmiş və onun müdafiə hüququna verilən konstitusiya təminatı pozulmuşdur.
19. Birinci instansiya məhkəməsi apellyasiya şikayətini aldıqdan sonra MPM-nin 364.*-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamış, uyğunsuzluq aşkar etmədiyi üçün doğru olaraq apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbi müstəqil hüquqi şəxs deyildir və bu təhsil ocağı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir. Məktəbin müstəqil şəkildə maliyyələşməsi yoxdur, məktəbdə maliyyə və insan resursları ilə bağlı işləri aparmaq üçün müvafiq ştat (və ya ştatlar) mövcud deyildir. Məktəb (o cümlədən dövlət büdcəsindən maliyyələşən bütün orta məktəblər) vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmamışdır, hətta məktəbin müstəqil VÖEN-i yoxdur. Məktəbin texniki işçilər istisna olmaqla digər kadrları (xüsusəndə müəllimləri) müstəqil şəkildə işə qəbul etmək və onları işdən azad etmək səlahiyyətləri yoxdur. Hazırkı haldada Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru cavabdeh2 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-***F/**** nömrəli əmrini icra edərək (təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ## #### 2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün) məktəbin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2025-ci il tarixdən ləğv edilməsi barədə ** nömrəli əmr imzalamışdır. Məktəbin maliyyə və insan resursları ilə bağlı işləri onun tabe olduğu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilir. AR Mülki Possesual Məcəlləsinin *5.4-cü maddəsinə əsasən məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmələri imkanını istisna etmir. MPM-nin 363.*.5.-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin *0-*.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Bəllidir ki, “Elektron məhkəmə” informasiya sistemi üzərindən apellyasiya şikayətini vermək üçün fiziki və hüquqi şəxslərin fərdi identifikasiya vasitələri olmalıdır. Fiziki şəxslərin fərdi identifikasiya vasitəsi şəxsiyyət vəsiqəsi, hüquqi şəxslərin fərdi identifikasiya isə VÖEN-dir. MPM-nin 357.*-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Birincisi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin hüquq və vəzifələrinə toxunan hallar müəyyən edildiyi üçün birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə onu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində hazırkı mülki işə cəlb etmişdir. İkincisi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim X1) 2(0*0)-4544/2025 nömrəli ## ###### 2025 ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbinin “riyaziyyat müəllimi” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının hesablanması və ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilməmiş *00 manat məbləğində dövlət rüsumunun cavabdeh Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəb direktoru cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsinin qət edilməsi açıq-aydın şəkildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin hüquq və vəzifələrinə birbaşa toxunmuşdur. Çünki məktəbin maliyyə və insan resursları məsələləri həmin idarə tərəfindən həyata keçirilir. Üçüncüsü, fərdi identifikasiya vasitəsi, VÖEN-i olmadığı üçün Laçın rayonu *8 nömrəli tam orta ümumtəhsil məktəbi apellyasiya şikayətini AR MPM-nin 363.*.5.-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemi üzərindən vermək üçün müvafiq imkanlara malik deyildir.
20. Kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ, II, III, VII, VIII-ci bəndlərinə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin *0-*.3-cü maddələri nə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357, 357.*, 357.2, 363, 363.*, 363.*.*., 363.*.*-*, 363.*.2, 363.*.3, 363.*.4, 363.*.5, 363.2, 363.3, 363.4, 363.*.*, 364, 364.*ci maddələrinə istinad edilmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 46. Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.
23. Maddə 357.*. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
24. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
26. Maddə 4*8.*. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
27. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbi pozulmuşdur.
31. Belə ki, Azərbaycan Respublikasının MPM-in 357.*-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
32. İş üzrə birinci instansiya məhkəməsinin 30 sentyabr tarixli məhkəmə hazırlıq iclasının protokolu ilə təsdiq edilir ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qətnamənin işdə iştirak etməyən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsinin hüquq və vəzifələrinə toxunmasını yoxlamadan və toxunduğu halda sonuncunun müraciəti əsasında bunun nəticəsinə dair qərardad qəbul etmədən apellyasiya şikayətini baxılması üçün birbaşa apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iştirak edən şəxslərin tərkibi Azərbaycan Respublikasının MPM-in 46-cı maddəsi ilə müəyyən edilib. Həmin maddəyə əsasən tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.
35. Göründüyü kimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak edən şəxs olmuşdur. Üçüncü şəxslərin də birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüquqları var.
36. Qeyd edilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tələbini pozmuş, iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsini birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüququ olmayan şəxs hesab etmişdir.
37. Prosessul hüquq normalarının şərh edilən şəkildə pozuntusu düzgün olmayan qərardad qəbul edilməsi ilə nəticələnmişdir.
38. Ona görə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *5.04.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli,iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.İşə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılarkən yuxarıda şərh edilənlər nəzərə alınmalı, prosessual hüquq normalarının tələbinə əməl edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X4 Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *5.04.2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.