Məhkəmə qərarları › İş №2(1-8)-1442/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1442/2026

28.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1442/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3, X3 (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsin * saylı Qəbələ Ərazi Idarəsi üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, yolun açılması, ekspertiza rəyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin cavabdehlər cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh4, cavabdeh3, X3 qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-**)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı Qəbələ rayon Bum Bələdiyəsinin kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ## #### 1996-cı ildə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edildikdən sonra Qəbələ rayonu Aqrar Islahat Komissiyasının qərarları ilə rayon ərazisində yaşayan vətəndaşlara kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahələri verilmiş və müvafiq olaraq onlara mülkiyyət sənədi olan Dövlət Aktları paylanılmışdır.

2. 1999-cu il tarixindən isə Azərbaycan Respublikasının ərazisində bələdiyyələr yaradıldıqdan sonra bəzi torpaq sahələri bələdiyyə mülkiyyətinə verilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı xxxx (bundan sonra həmçinin “iddiaçı” və ya “Bələdiyyə”) iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Bum bələdiyyəsinin mülkiyyətində olan təsərrüfatdaxili yolun cavabdehlər X3, cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh3 və cavabdeh4 tərəfindən qanunsuz olaraq ağac-kol dirəklərə tikanli məftillərlə bağlanmış, dəmir barmaqlıqlardan ibarət hasar və qapıların öz hesablarına sökülüb açılaraq əvvəlki vəziyyətə qaytarılması və hüquqi yardıma görə vəkilə ödənilən 600 manat ödənişin cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 1996-cı ildə “Torpaq islahatı haqqında” Qanun qəbul edildikdən sonra Qəbələ rayonu Aqrar Islahat Komissiyasının qərarları ilə rayon ərazisində yaşayan vətəndaşlara kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahələri verilmiş və müvafiq olaraq onlara mülkiyyət sənədi olan Dövlət Aktları paylanılmışdır. 1999-cu il tarixindən isə Azərbaycan Respublikasının ərazisində bələdiyyələr təşkil olunaraq yaradıldıqdan sonra bəzi torpaq sahələri bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələri sırasına ümumi istifadədə olan torpaqlar (yəni gediş-gəliş yolları və s.) aid olmuşdur. Bəzən ümumi istifadədə olan gediş-gəliş yolları bəzi şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunur, bağlanılır və həmin torpaq sahələrindən digər şəxslərin də istifadə etmələrinə maneəçilik törədirlər. Ona görə Bələdiyyə tərəfindən bu kimi qanunsuz halların aradan qaldırılması üçün müvafiq olaraq həmin şəxslərə şifahi olaraq xəbərdarlıq olunur, eyni zamanda aidiyyatı orqanlara müraciət olunur. Hal-hazırkı iş ilə əlaqədar bir neçə vətəndaşın Bələdiyyəyə müraciəti əsasında əraziyə baxış keçirilmiş və kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələrinə gediş-gəliş üçün nəzərdə tutulmuş torpaq sahələri iddia ərizəsində adları qeyd olunan cavabdeh şəxslər tərəfindən daraldılmış və müxtəlif formada zəbt olunaraq bağlanılmışdır. Belə ki, Bum Bələdiyyəsinin mülkiyyəti kimi ümumi istifadədə olan (gediş-gəliş yolu) torpaq üzərində cavabdeh4 tərəfindən su arxı olan xəndək qazılmış, cavabdeh6, cavabdeh5, cavabdeh2, cavabdeh3 X3 isə tikanlı məftilləri ağac dirəklərə bağlayaraq, həmçinin dəmir və barmaqlıqlardan ibarət qapılar qoymaqla qanunsuz olaraq gediş-gəliş yolunu bağlamışlar. Hazırda bələdiyyə mülkiyyətində olan gediş-gəliş yolunda sərbəst olaraq texnikaların, nəqliyyat vasitələrinin gediş-gəlişi mümkün deyildir. Dəfələrlə cavabdehlərə qanunsuz əməllərinə son qoyulmasını, Bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan gedişgəliş yolunun açılmasını nəzərlərinə çatdırsalar da, görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi bildirilmişdir. Buna görə də qanunsuz bağlanılmış və daraldılmış gediş-gəliş yolunun əvvəlki vəziyyətə qaytarılaraq açılması üçün məhkəməyə müraciət etməli olmuşlar. Cavabdehlər mülkiyyət hüququ əsasında Bələdiyyəyə məxsus torpaq sahəsi kimi gediş-gəliş yolunda olan torpaq sahəsini qanunsuz zəbt edərək digər mülkiyyətçilərin mülkiyyətlərindən maneəsiz istifadə etməyə imkan vermirlər. Belə ki, cavabdehlər mişar daşı ilə, taxta hasarla, dərin xəndək qazmaqla və s. ilə gediş-gəliş yolundakı torpaq sahəsini bağlayaraq, zəbt edərək Konstitusiya və digər qanunlarla qorunan hüquqları qəsdən pozur və digər şəxslərə gediş-gəliş yolundan istifadə etmələrinə mane olurlar.

5. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh6 iddia tələbini qəbul edərək, yol yerinin açılmasına etiraz etmədiyini, eyni zamanda yolun açılmasını tələb edən şəxsin – Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs əvvəllər də məhkəməyə müraciət etdiyini bildirmişdir.

6. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh2 da iddia tələbini qəbul edərək, yol yerinin açılmasına etiraz etmədiyini göstərmişdir.

7. Birinci instansiya məhkəməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb etmişdir.

8. Birinci instansiya məhkəməsində cavabdeh cavabdeh4 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, yol yerini zəbt etməmişdir. Orada xəndək yoxdur, təxminən 10 sm enində balaca bir su arxı gedir. Həmin arx da hər hansı gediş-gəlişə maneə törətmir.

9. Birinci instansiya məhkəməsi iş üzrə tikinti-texniki ekspertizası təyin etmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsini * saylı Qəbələ Ərazi Idarəsinin ## ### 2025-ci il tarixli, *-**-*-**/*- ****/**** nömrəli mütəxəssis rəyinə istinadən qeyd olunmuşdur ki, Bum bələdiyyəsinin iddia etdiyi gediş-gəliş yolu (ictimai yol) X8 X5 (TEKUIS) əsasən ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur. Həmin yolun cavabdehlər tərəfindən hasarlanmış 0,1247 hektar hissəsinin 0,0533 hektar hissəsi mərhum X2 tərəfindən hasarlanmış torpaq sahəsinin, 0,0169 ha hissəsi cavabdeh5, 0,0326 hektar hissəsi cavabdeh6, 0,0219 hektar hissəsi isə cavabdeh2 tərəfindən hasarlanmış ərazi daxilindədir. X8 X5 (TEKUIS) esasən cavabdeh cavabdeh2 xüsusi mülkiyyətində olan torpaq sahəsi 0,08 hektar, cavabdeh6 xüsusi mülkiyyətində olan torpaq sahəsi isə 0,02 hektar az göstərilmişdir. Sözügedən torpaq sahələrinə yol yerləri nəzərdə tutulmuşdur. Həmin gediş-gəliş yolu (ictimai yol) yerquruluşu planlarında sahə və ölçüləri göstərilmişdir. Həmin yolun cavabdehlər tərəfindən hasarlanmış 0,1247 hektar hissəsinin 0,0533 hektar hissəsi mərhum X2 tərəfindən hasarlanmış torpaq sahəsinin, 0,0169 hektar hissəsi cavabdeh5, 0,0326 hektar hissəsi cavabdeh6, 0,0219 hektar hissəsi isə cavabdeh2 tərəfindən hasarlanmış ərazi daxilindədir. Sözügedən torpaq sahələrinə yol yerləri nəzərdə tutulmuşdur. Həmin gediş-gəliş yolu (ictimai yol) cavabdehlər tərəfindən kol çəpərlə hasarlanmışdır. Torpaq sahələrinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir.

11. Birinci instansiya məhkəməsində şahid Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisi X1 göstərmişdir ki, mübahisəli ərazinin ölçülməsində iştirak etmişdir. Ölçü zamanı müəyyən edilmişdir ki, yol yerinin bəzi yerlərdə eni 3,2 metr, bəzi yerlərdə isə 6 metrə qədərdir. Yolun başlanğıcında isə kol çəpər mövcuddur. Həmin yol yerindən böyük texnikalarda keçə bilərlər. Belə ki, yol yerindən avtomobil yolu kimi istifadə edilməsinə 2 metr də kifayətdir.

12. Qəbələ Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ######## 2025-ci il tаrixli qətnaməsi ilə iddia qismən təmin edilərək Qəbələ rayon Bum qəsəbəsində Bum Bələdiyyəsinə məxsus ümumi istifadədə olan və cavabdehlər tərəfindən hasarlanmış yolun 0,1247 hektar hissəsinin 0,0533 hektar hissəsi X3, 0,0169 ha hissəsi cavabdeh5, 0,0326 hektar hissəsi cavabdeh6, 0,0219 hektar hissəsinin isə cavabdeh2 (Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsi * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən tərtib olunmuş ## ### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyində göstərilmiş formada) tərəfindən açılması, yol yerində olan kol çəpər və qapıların cavabdehlər X3, cavabdeh5, cavabdeh6 və cavabdeh2 hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Abbas Əliyev)

13. Birinci instansiya məhkəməsi öz mövqeyini iş materiallarına istinadən belə əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi və mülkiyyətlərində yol yeri ərazinin ümumi xəritəsində nəzərdə tutulmuşdur və faktiki olaraq mövcuddur. Reallıqda həmin yol yeri cavabdehlər X3, cavabdeh5, cavabdeh6 və cavabdeh2 tərəfindən istifadə olunur. Cavabdehlər həmin yol yerinin onların mülkiyyəti olduğunu qeyd etsə də, ekspert rəyindən göründüyü kimi həmin yol yeri cavabdehlərin mülkiyyətində deyil və cavabdehlər bunun əksini təsdiq edəcək sübutları işə baxan məhkəmələrə təqdim etməmişlər. Iddiaçı isə yol yerinin açılmasını tələb edir və ekspert və mütəxəssis rəylərinə əsasən də müəyyən olunmuşdur ki, həmin yol yeri cavabdehlər X3, cavabdeh5, cavabdeh6 və cavabdeh2 tərəfindən bağlanmışdır. Bu səbəbdən Qəbələ rayonu Bum qəsəbəsinin sakinləri sözügedən yol yerindən istifadə edə bilmir.

14. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər X3, cavabdeh5, cavabdeh6 və cavabdeh2 tərəfindən İddiaçı mülkiyyətində olan yol yeri açılmalı və həmin yol yerinə cavabdehlər tərəfindən edilən maneələrə son qoyulmalıdır.

15. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan yol yerinin bağlanması nəticəsində Qəbələ rayonu Bum qəsəbəsi sakinlərinin torpaq sahələrinə gediş-gəlişi məhdudlaşdırıldığından, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneə mövcud olduğundan iddia qismən əsaslıdır və bu səbəbdən iddia tələbi cavabdehlər X3, cavabdeh5, cavabdeh6 və cavabdeh2 aid hissədə təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi əlavə olaraq onu da diqqətə çatdırıb ki, iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin artırılması barədə ərizədə ağac-kol dirəklərə tikanlı məftillərə bağlanmış, dəmir barmaqlıqlardan ibarət hasar və qapıların sökülməsini tələb etmişdir. Ekspert qarşısında maneələrin dəqiq nədən ibarət olması sual qoyulmuş və mütəxəssis və ekspert rəyinə əsasən yol yerində olan maneənin kol çəpərdən ibarət olması müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi kimi yol yerində dəmir barmaqlıqlar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş video görüntüdə və fotoşəkillərədə də dəmir barmaqlıqların olması müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, mütəxəssis və ekspert rəylərində cavabdehlər tərəfindən hasarlanmış 0,1247 hektar torpağın 0,0533 hektar hissəsinin mərhum X2 tərəfindən hasarlanmış torpaq sahəsi olması göstərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, X2 öldüyündən iddiaçı cavabdeh kimi onun arvadı X3 göstərmişdir. Bu səbəbdən mütəxəssis və ekspert rəylərində göstərilmiş 0,0533 ha yol yerindən istifadə X3 tərəfindən törədilən manelərə son qoyulmalıdır.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, 170.1, 170.2, 175.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv, iddia tələbinin həmin hissədə də təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, rəylərdə təsərrüfatdaxili gediş-gəliş yolunun eni və uzunluğu qeyd olunmamış, Ərazi Idarəsində mövcud olan elektron baza xəritələri (DWG, TEKUIS) olsa da, yalnız X8 X5 (TEKUIS) əsasən rəylər tərtib olunmuşdur. Digər tərəfdən əlavə olaraq iddia tələbində adları qeyd olunmayan şəxslər tərəfindən də gedişgəliş yolunun zəbt olunub olunmaması aydınlaşdırılmamışdır. Buna görə də mülki iş tam və hərtərəfli araşdırılmadan qətnamə qəbul edilmişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin ## ######## 2025-ci il tаrixli, e-*(***)-***/**** saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov, Xəqani Səmədov)

22. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə onu qeyd etmişdir ki, iş üzrə qətnamədən yalnız iddiaçı bələdiyyə apellyasiya şikayəti vermişdir. Ziyanına qətnamə qəbul edilmiş cavabdehlərin, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs apellyasiya şikayəti verməmələri onların birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşması deməkdir.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yoxlanılan hissədə əsaslı sayaraq göstərmişdir ki, mütəxəssis və ekspert rəylərindən də müəyyən edilir ki, Bum Bələdiyyəsinin açılmasını tələb etdiyi yol yeri cavabdehlərin mülkiyyətində deyil, lakin cavabdehlər tərəfindən bağlanmışdır (kol çəpərlə hasarlanmışdır). Sözügedən yol yeri Bum Bələdiyyəsinin mülkiyyətindədir.

24. Mütəxəssis və ekspert rəylərindən o da müəyyən edilmişdir ki, Bum Bələdiyyəsinin mülkiyyətində olan mübahisəli yol yeri iş üzrə cavabdehlərdən X3, cavabdeh5, cavabdeh6 və cavabdeh2 tərəfindən tutulmuşdur.

25. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı iddia tələbində cavabdeh4 və cavabdeh3 da cavabdeh kimi göstərərək onlar tərəfindən də yol yerindən istifadəyə törədilən maneələrə son qoyulmasını tələb etsə də, birinci instansiya məhkəməsi tərəfindən alınmış mütəxəssis və ekspert rəyi ilə cavabdeh cavabdeh4 və cavabdeh3 yol yerindən istifadəyə mane törətmələri müəyyən edilməmişdir. Iddiaçı tərəf isə bununla bağlı işə baxan məhkəmələrə əlavə sübut təqdim etməmişdir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi cavabdeh4 və cavabdeh3 aid hissədə təmin edilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin araşdırması zamanı əldə edilmiş mütəxəssis və ekspert rəylərini hazırkı real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul etmiş və həmin rəylərlə razılaşaraq göstərmişdir ki, MPMin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

27. Apellyasiya instansiyası məhkəməsi onu da nəzərə aldığını qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

28. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

29. Apellyasiya instansiyası məhkəməsi iddiaçının ekspert rəyi natamam olduğundan əlavə məhkəmə texniki tikinti ekspertizasının keçirilməli olması, rəylərdə iddia tələbində adları qeyd olunmayan şəxslər tərəfindən də gediş-gəliş yolunun zəbt olunub-olunmamasının aydınlaşdırılmaması barədə dəlilinə münasibətdə göstərmişdir ki, birinci instansiya məhkəməsi mütəxəssis və ekspert qarşısında iddia tələblərinin yönəldiyi şəxslər (cavabdehlər) tərəfindən mübahisə predmeti olan yol yerinin zəbt edilib-edilməməsi barədə suallar qoymuş, alınmış rəylərdə də həmin suallar cavablandırılmışdır. Buna görə də həmin dəlil əsassızdır. Hazırkı vəziyyətdə mübahisəli yol yerinin başqa şəxslər tərəfindən də tutulduğu müəyyən edisə belə, qanunun tələbinə görə iddia tələblərindən kənara çıxılması yolverilməzdir.

30. Apellyasiya şikayətinin rəylərdə təsərrüfatdaxili gediş-gəliş yolunun eni və uzunluğunun qeyd olunmaması barədə dəlilinə gəldikdə isə, apelyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, rəylərdə cavabdehlər tərəfindən zəbt olunmuş yol yerinin sahəsi və ölçüləri müəyyən edilmiş və rəylərə əlavə olunmuş yerquruluşu planlarında göstərilmişdir. Məhz qeyd edilənlər baxımından şikayətin həmin dəlili, eyni zamanda əlavə məhkəmə tikintitexniki ekspertizası keçirilməsinə dair dəlili əsassızdır.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 139.1, 157.4, 170.2-ci maddələrinə, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Iddiaçı (vəkil nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikahətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğvini xahiş etdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçını şikayəti üzrə iddianın təmi edilməyən hissəsində olub. Bu baxımdan, qətnamənin tam yoxlanması dedikdə, apelyasiya baxışının predmeti olan həmin hissə başa düşülür.

38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 23-31-ci bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.

42. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, iddia tələbi və apellyasiya şikayətinin dəlilləri ilə bağlı xüsusatları, sübutları o cümlədən ekspert rəyini qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.

43. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbi, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qeyd edildiyi kimi məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

44. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı xxxxnin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-**)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar