Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1447/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı məxsus ##.##.2021-ci il tarixli Çıxarışdan görünür ki, Yevlax rayonu, Kövər kəndində yerləşən 1,8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. AN seriyalı, ****** saylı torpaq sahəsinin planı və ölçüsü sənədində də həmin 1,8997 ha torpaq sahəsinin koordinatları öz əksini tapmışdır.
2. ##.##.2016-cı il tarixli Çıxarışdan görünür ki, Yevlax rayonu, Kövər kəndində yerləşən 3.6626 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına tam mülkiyyət kimi qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2021-ci il tarixli Çıxarışa əsasən onun xüsusi mülkiyyətinə verilmiş, Yevlax rayonu, Kövər kəndində yerləşən 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin və digər şəxslərin çıxarılması, həmin torpaq sahəsindən istifadə etməsinə cavabdeh və digər şəxlər tərəfindən törədilən maneələrin aradan qaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd etmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Yəni artıq 1 ildən çoxdur ki, o həmin torpaq sahəsindən istifadə edə bilmir. Hazırda cavabdehin ona məxsus olan torpaq sahəsindən çıxarılmasını tələb edir.
5. Cavabdeh izahatında bildirmişdir ki, həmin kəntdə özünün mülkiyyətində 3,6626 ha torpaq sahəsinin olduğunu, iddiaçının torpağını zəbt etmədiyini, sözügedən torpaq sahələrinin qonşuluqda belə olmadığını, iddiaçının mülkiyyət sənədinin mübahisəli olduğunu bildirərək məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Reyestr xidmətinin ** saylı Yevlax Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli rəyində göstərilir ki, Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətinə verilmiş 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Yer quruluşu planında iddiaçının mülkiyyətinə verilmiş 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.64 ha hissəsi cavabdeh tərəfindən istifadə olunur.
7. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətində verilmiş 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. İddaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
8. Yevlax Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia qismən təmin edilmiş, cavabdehin iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Kövər kəndində yerləşən 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.64 hektar hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 1.64 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin, iddiaçın mülkiyyətində olan torpaq sahəsinin 1.64 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçın tələbi həmin hissədə haqlıdır və cavabdehin iddiaçın mülkiyyətində olan Yevlax rayonu Kövər kəndində yerləşən 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin - 1.64 ha hissəsindən çıxarılmalıdır.
11. İddianın maneələrin aradan qaldırılması bağlı hissəsi ilə əlaqədar isə məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdeh və digər şəxslər törədilən maneələrin aradan qaldırılması bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 152.5,157.2, 157.4-cü, habelə MPM-nin 14.2, 77.1, 88, 119.1, 213, 214, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən Çıxarışla iddiaçının mülkiyyətinə verilmiş 1,8997 ha torpaq sahəsi “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” əsasında formalaşdırılmışdır. İddiaçı həmin torpaq sahəsindən naturada istifadə etməmiş və hazırda da istifadə etmir. JN-*** saylı Dövlət Aktı ilə ona məxsus torpaq sahəsi ilə JN-*** nömrəli Dövlət Aktı ilə mənə məxsus torpaq sahəsinin heç bir qonşuluğu yoxdur. İslahat xəritəsinə əsasən, həmin sahələr ayrı-ayrı ərazilərdə yerləşir. Torpaqların elektron uçotu aparılarkən mülkiyyətçilər koordinatlara uyğun yerləşdirilmiş, nəticədə iddia edilən sahədə çatışmazlıq yaranmışdır. Mən həmin sahədə sonuncu mülkiyyətçi olduğum üçün torpaq sahəsini guya zəbt etməyim barədə əsassız iddia qaldırılmışdır. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, ekspert rəyini əsas götürməklə səhv nəticəyə gəlmişdir. Ekspertiza zamanı qoyulan suallar iddiaçının mövqeyinə uyğun olduğundan, alınmış cavablar işin bütün hallarını əhatə etmir. Bu səbəbdən qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun deyil. Mübahisənin düzgün həlli üçün tərəflərə məxsus torpaq sahələrinin koordinatları, yerləşmə yeri və döngə nöqtələri tam araşdırılmalı, təkrar məhkəmə ekspertizası təyin edilməlidir.
15. Reyestr Xidmətinin ** saylı Yevlax ərazi İdarəsinin # ###### 2026-cı il tarixli rəyi ilə də təsdiq edilmişdir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə edir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi ilə (hakimlər Zamin Tahirov- sədrlik edən, məruzəçi, Ələddin Məcidov və Elçin Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, üş üzrə birinci instansiya məhkəmsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmaması və ************ reyestr nömrəli plan ölçü sənədinin koordinatlarının onun mülkiyyətində olan torpaq sahəsinə işlənilməsi, həmin hissədə onun mülkiyyət hüququnun pozulmasına səbəb olması, mübahisəli torpaq sahəsi üzərində iddiaçının heç bir subyektiv hüququnun olmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli mütəxəsis rəyindən görünür ki, Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən iddiaçının mülkiyyətinə verilmiş 1.8997 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Yer quruluşu planında iddiaçının mülkiyyətinə verilmiş 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.64 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi göstərilmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmışdır.
19. Reyestr Xidmətinin ** saylı Yevlax ərazi İdarəsinin ##.##.2024-cü il tarixli və AR Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyinlərində qeyd edilmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və o iddiaçıya məxsus 1.64 ha torpaq sahəsindən istifadə edir.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Reyestr Xidmətinin ** saylı Yevlax ərazi İdarəsi hazırki işdə tərəf olmadığından və həmin qurum tərəfindən verilmiş rəy torpaqların elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsaslandığından, həmçinin bu məlumatlar əsasında verilmiş mütəxəssis rəyi obyektiv və ilkin mənbədən alınmış yeganə məlumat olduğundan, belə rəyin mötəbərliyi və obyektivliyi onun mənbəsinin qanunla səlahiyyət verilmiş dövlət orqanı olması və rəsmi kadastr məlumatlarına əsaslanması ilə təmin olunduğundan, eyni zamanda belə yanaşma prosessual qənaət prinsipinə xidmət etməklə, həm də qərarın daha obyektiv və dəqiq məlumatlar əsasında qəbul olunmasına şərait yaratdığından məhkəmə kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadı əsasında verilmiş Reyestr Xidmətinin ** saylı Yevlax ərazi İdarəsinin # ###### 2026-cı il tarixli mütəxəssis rəyi yazılı sübut olaraq qəbul edilməlidir.
21. Məhkəmə kollegiyası həmin rəyi nəzərdən keçirərkən müəyyən etmişdir ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyil və həmin rəy yazılı sübut kimi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş həmin rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Kövər kəndində yerləşən 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.64 ha hissəsinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə iddiaçının həmin 1.64 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdlaxilə edərək, onun mülkiyyət hüququnu pozmuşdur.
23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri işdəki sübutlarla təsdiq olunmamaqla əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi üçün faktoloji və hüquqi əsaslar müəyyən edilmir.
24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırki işdə iddianın təmin edilməməsi qanunvericiliyin məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmamışdır.
25. Beləliklə məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisələndirilən hissə üzrə maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 13.1, 29.1, 29.3, 60, 72-ci, Mülki Məcəllənin 139.1,144.1,152.1, 152.3, 152.4,152.5,157.2,157.4-cü, Torpaq Məcəlləsinin 67.4, 111-ci, habelə MPM-in 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsi islahat komissiyasının qərarı ilə 4.09 hektar olmaqla JN-*** nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən qonşuları kimi JN-185 nömrəsi ilə X6, JN-187 nömrəsi ilə Əkbərov İsa Cəlal oğlu göstərilmişdir. Eyni zamanda JN-185 və JN-*** nömrəli Dövlət Aktında qonşularının X3 olduğu öz təsdiqini tapmışdır. Bir neçə il həmin torpaq sahəsindən istifadə edildikdən sonra, qanunsuz olaraq X3 adına verilmiş JN-*** nömrəli Dövlət Aktının plan ölçülərinin iki hissəyə dəyişdirildiyi və saxtalaşdırıldığı müəyyən edilmişdir. Bölünmüş torpağın bir hissəsi öz yerində qalmış, digər hissəsinin isə kəndə yaxın olması məqsədilə onun torpaq sahəsinin yerləşdiyi sahəyə, yüksək gərginlikli elektrik xəttinin və sahənin qoruma zolağına aid olan ərazidə yerləşdiryi göstərilmişdir. Torpaqların yenidən elektron uçotu aparılan zaman həmin sahədəki mülkiyyətçilərin kordinatlara uyğun yerləşdirildiyi müəyyən edilmişdir. Bu zaman iddiaçının iddia etdiyi qanunsuz torpaq sahəsində çatışmazlıq yarandığı qeyd edilmişdir. Həmin sahədə axırıncı mülkiyyətçi o, olduğu üçün onun torpağının guya onun tərəfimdən zəbt edildiyi iddia edilmişdir. JN-*** nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş torpaq sahəsi ilə ona məxsus JN-*** nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı arasında heç bir qonşuluğun olmadığı müəyyən edilmişdir. Onan torpaq sahəsi üzrə qonşumun JN-**** nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının sahibi X2 olduğu və onun Dövlət Aktında qonşu kimi onun göstərildiyi təsdiq edilmişdir. Bildirildiyi kimi, bu faktlar arxiv sənədlərində, yəni torpaq islahatının nəticələrini əks etdirən kompleks yerquruluşu layihəsində öz əksini tapmışdır. Mülki iş materiallarında bir-birinə zidd rəy olduğu müəyyən edilmişdir. Həmin rəylərdən birində 1.64 ha torpaq sahəsinin X7 tərəfindən istifadə edildiyi, digərində isə Cavabdeh tərəfindən istifadə edildiyi göstərilmişdir. Ekspertin ##.##.2024-cü il və mütəxəssisin ##.##.2024-cü il tarixli rəylərinə əsasən Yevlax rayonu, Kövər kəndi ərazisində yerləşən iddiaçıya məxsus 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi qeyd edilmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. İddiaçıya məxsus olan və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatlarının və sahəsinin tərtib edilmiş yerquruluşu planında göstərildiyi təsdiq edilmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
31. Maddə 29.3. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
33. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
34. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
46. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələnirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
47. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
48. Belə ki, apellyasiya məhkəməsi, iddiaçının adına tərtib edilmiş plan-ölçü sənədinin torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarına tam uyğun olmaması və plan ölçü sənədinin koordinatlarının onun mülkiyyətində olan torpaq sahəsinə işlənilməsi, həmin hissədə onun mülkiyyət hüququnun pozulmasına səbəb olması, mübahisəli torpaq sahəsi üzərində iddiaçının heç bir subyektiv hüququnun olmamasına dair dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli mütəxəsis rəyindən görünür ki, Yevlax rayonu, Kövər kəndində yerləşən iddiaçının mülkiyyətinə verilmiş 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. İddiaçının naturada göstərdiyi torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Yer quruluşu planında iddiaçının mülkiyyətinə verilmiş 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.64 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.
49. Apellyasiya məhkəməsi həmçinin müəyyən etmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan Yevlax rayonu, Kövər kəndində yerləşən 1.8997 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.64 ha hissəsinə qanunsuz sahiblik etməklə və həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə iddiaçının həmin 1.64 ha torpaq sahəsinə mülkiyyət hüquqlarına əsassız və qanunsuz müdlaxilə edərək, onun mülkiyyət hüququnu pozmuşdur. Bu baxımdan cavabdehin apellyasiya şikayətinin dəlilləri işdəki sübutlarla təsdiq olunmadığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və iddianın təmin edilməməsi üçün faktoloji və hüquqi əsaslar yoxdur.
50. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı tarixli, *(***)- **/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.