Məhkəmə qərarları › İş №2(1-8)-1449/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1449/2026

28.07.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1449/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zəbt olunmuş torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması, ekspert rəyləri, kassasiya instansiyası məhkəməsinin göstərişləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Qəbələ bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə Qəbələ rayonu, Əmirvan kənd sakini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin X13 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,04 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərara Qəbələ bələdiyyəsi ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 arasında bağlanmış ##.##.2009-cu il tarixli torpaqların alqı-satqısına dair akt, DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin yer quruluşu planı və torpaq sahəsinə görə bələdiyyənin hesabına 149 manat ödənilməsi barədə qəbz əlavə edilmişdir.

2. Qəbələ bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə Qəbələ rayonu sakini cavabdeh3 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin X13 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərara Qəbələ bələdiyyəsi ilə cavabdeh3 arasında bağlanmış ##.##.2009-cu il tarixli torpaqların alqı-satqısına dair akt, DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin yer quruluş planı və torpaq sahəsinə görə bələdiyyənin hesabına 498 manat ödənilməsi barədə qəbz əlavə edilmişdir.

3. Qəbələ bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə Qəbələ rayonu Bılıx kənd sakini cavabdeh1 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin X13 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı yolu 0,06 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərara Qəbələ bələdiyyəsi ilə cavabdeh1 arasında bağlanmış ##.##.2008-ci il tarixli torpaqların alqı-satqısına dair akt, DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin yer quruluşu planı və torpaq sahəsinə görə bələdiyyənin hesabına 224 manat ödənilməsi barədə ##.##.2008-ci il tarixli qəbz əlavə edilmişdir.

4. AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: ************) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.2012-ci il tarixdə İddiaçı, X4, X6 və X5 adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia qaldıraraq AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: ************) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AIK-nin qərarı ilə iddiaçıya və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ şəhəri ərazisində cəmi 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-** saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş plan əsasında təhkim edilmişdir. 2012-ci ildə həmin torpaq sahəsinin ərazisindən 0,09 ha satılmış və 1,3725 ha torpaq sahəsi ##.##.2012-ci il tarixdə AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş sərhədlər üzrə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: ************) yenidən qeydiyyata alınmışdır. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə olunmuş və hər il taxıl əkilmişdir. 2023-cü ildə ƏMDX DƏDKR PHŞ * saylı Qəbələ Ərazi Idarəsindən islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərində kiçilmə olması barədə məlumat aldıqdan sonra iddiaçı torpaq sahəsinin ərazisinə daxil olan və qrunt sularının toplanması məqsədilə istifadə olunan xəndəyin doldurularaq Qəbələ bələdiyyəsi tərəfindən cavabdeh3, cavabdeh1 və cavabdeh2 həyətyanı torpaq sahəsi kimi satıldığını öyrənmişdir. Buna görə də, iddiaçı hazırki iddianı qaldımışdır.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Qəbələ bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə ona Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış və qabaqcadan haqqı ödənilərək alqı-satqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi Qəbələ bələdiyyəsinin və Azərbaycan Respublikası DT və XK Qəbələ rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ayrılmış ərazidə təhkim olunmuş, ötən müddət ərzində heç bir etiraz bildirilmədən sahibliyində qalmış və ətrafı daş hasarla çəpərlənmişdir. Iddiaçıya məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə ilə üstüstə düşə bilməz.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2009-cu ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ bələdiyyəsindən alqı-satqı aktı əsasında almışdır. Torpaq sahəsinin ətrafını daş hasarla çəpərləmiş və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. Iddiaçı tərəfindən ona indiyədək heç bir etiraz bildirilməmişdir. Iddiaçıya məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşə bilməz. Buna görə də iddia tələbi əsassız hesab edilməlidir.

9. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, müvafiq rəy əldə edilmişdir.

10. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-**/**** nömrəli ekspert rəyində göstərilmişdir ki, AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: ************) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisi mişarlanmış əhəng daşından inşa edilmiş hasar tikilisi ilə hasarlanmaqla faktiki olaraq başqaları tərəfindən istifadə olunduğu, 913 kv/m hissəsinin isə yol yeri kimi istifadə edildiyi müəyyən edilmişdir.

11. Qəbələ Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, e*(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçıya məxsus olan AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: ************) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı ekspert rəyində qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisində yerləşən tikililərin (əhəng daşından inşa edilmiş hasar) cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 hər birinin hesabına müvafiq gələn hissələrdə sökülərək həmin torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manatın cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. (hakim Ülvi Qənbərov)

12. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair Qəbələ bələdiyyəsi ilə cavabdeh1 arasında bağlanmış ##.##.2008-ci il tarixli “Torpaqların alqı-satqısına dair” aktı etibarsız olduğundan cavabdeh1 həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişdir. cavabdeh3 və cavabdeh2 da eyni əsaslara görə mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları yaranmamışdır.

13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.3, 144.1, 146.1, 152.5, 157.2, 213.6, 239.2, 238.1, 337.1, 337.3, 337.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdehlər аpellyаsiyа şikаyəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi cavabdeh cavabdeh1 ayrılmış və qabaqcadan haqqı ödənilərək alqı-satqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi Qəbələ bələdiyyəsinin və AR DT və XK Qəbələ rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ayrılmış ərazidə təhkim edilmiş, ötən müddət ərzində heç bir etiraz bildirilmədən sahibliyində qalmış və ətrafı daş hasarla bağlanmışdır. Iddiaçıya məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. Cavabdeh cavabdeh3 bildirmişdir ki, 2007-ci ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ bələdiyyəsindən alqı-satqı aktı əsasında almışdır. Torpaq sahəsinin ətrafı daş hasarla bağlanmış və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Iddiaçı tərəfindən indiyədək heç bir etiraz edilməmişdir. Iddiaçıya məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. 2007-ci ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ bələdiyyəsindən alqı- satqı aktı əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmışdır. Torpaq sahəsinin ətrafı daş hasarla bağlanmışdır. Iddiaçı tərəfindən indiyədək heç bir etiraz edilməmişdir. Iddiaçıya məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.04 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. Bundan əlavə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ayrılmış 0.04 ha torpaq sahəsinə dair AR DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdehlərin, ümumiyyətlə, ekspertiza təyin edilməsindən, ekspertizanın aparılmasından məlumatları olmamışdır. Ekspetiza onların iştirakları olmadan keçirilmişdir. Ekspert tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi tərəfindən mütəxəssis rəyi əldə edilməmişdir. Ümumiyyətlə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinin nümayəndəsi ekspertiza təyin edilən zaman və ölçü işləri aparılan zaman iştirakı təmin edilməmişdir. Buna görə də təkrar tikinti texniki ekspertizası təyin edilməli, ekspertiza keçirilən zaman tərəflərin iştirakları təmin edilməli və ekspertiza keçirilən zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Zamin Tahirov, Elçin Mehdiyev)

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adlı şəxs tərəf deyildir. Cavabdehlər nə özlərinin mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən, nə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məxsus heç bir mülkiyyət sənədi təqdim etməmiş, nə də sonuncunun hazırkı işə aidiyyəti ilə bağlı heç bir dəlil göstərməmişlər. Hazırkı iş üzrə iddiaçının adına hal-hazırda qüvvədə olan mülkiyyət sənədi mövcuddur ki, həmin mülkiyyət sənədi ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin (ekspert rəyində dəqiq göstərilmişdir) cavabdehlər tərəfindən zəbt edildiyi ##.##.2024-cü il tarixli *-**-**/**** nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir.

18. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz.

19. Cavabdehlərin apellyasiya şikayətinin məhkəmə ekspertizası keçirilməsi ilə bağlı hissəsinə münasibətdə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin materiallarında ##.##.2024-cü il tarixli *-**-**/**** nömrəli ekspert rəyi mövcuddur ki, həmin rəylə xüsusi bilik tələb olunan suallara cavab verilmişdir.

20. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsindən mütəxəssis rəyinin götürülməsi ilə bağlı hissədə isə kollegiya qeyd etmişdir ki, mülki işin materiallarında * saylı Qəbələ Ərazi Idarəsinin ## ###### 2024-cü il tarixli məktubu mövcuddur ki, həmin məktubda göstərilmişdir ki, “Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib edilmiş ************ nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyətinə verilmiş 1,3725 hektar torpaq sahəsinin cizgisində göstərilmiş torpaq sahəsi ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq bildirilirməlidir ki, bu kimi problemlərin həlli məqsədilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il # #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X16 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ##### tarixli ***s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X16 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Qəbələ rayonu Qəbələ şəhər Inzibati Ərazi Dairəsi üzrə layihələr tərtib olunmuş və hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsi təmin olunur. Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdə və elektron kadastr məlumat bazasına daxil edildikdən və yerində dürüstləşdirmə işləri aparıldıqdan sonra qeyd olunan məsələ həllini tapacaqdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mütəxəssisin rəy verməməsinə baxmayaraq, ekspert tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilərək, müvafiq ölçü işləri aparılmaqla rəy verilərək xüsusi bilik tələb olunan suallar izah edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə məhkəmə ekspertizası keçirilməsindən imtina edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi onu da göstərmişdir ki, apelyasiya baxışında cavabdehlərin nümayəndəsi və vəkili vəkil3 izahat verərək, cavabdehlərin onlara Bələdiyyənin qərarı ilə verilmiş torpaq sahələrini dövlət reyestrində qeydiyyata aldırmaq üçün müraciət etməsini, onlara dürüstləşdirmə işlərinin aparılması səbəbindən mülkiyyət sənədinin verilmədiyinin izah edilməsini bildirmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi rəsmi olaraq qüvvədə olan mülkiyyət sənədinə əsasən iddiaçının mülkiyyətində olmaqla cavabdehlər tərəfindən istifadə edildiyi təsdiq olunur.

24. Apellyasiya instansiyası məhkəməsinini mövqeyinə görə belə bir halda, dürüstləşdirmə işlərinin qeyri-müəyyən vaxtda tamamlanmasından asılı edilməklə mülkiyyət sənədləri təqdim edilmədən iddiaçının mülkiyyətində olan cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinin cavabdehlərə bələdiyyə qərarı ilə verildiyi iddia edilən torpaq sahələri ilə üst-üstə düşməsi ehtimalına görə iddiaçının hazırkı vəziyyətdə sübutlarla təsdiq edilməklə müəyyən olan hüquqları pozula bilməz.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.3, 144.1, 146.1, 152.5, 157.2, 213.6, 238.1, 239.2, 337.1, 337.3, 337.4-cü, Torpaq Məcəlləsinin 67, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

c)Kassasiya instansiya məhkəməsində birinci icraat

26. Cavabdehlər kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yenidən ararşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ####### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

28. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur - birinci instansiya məhkəməsində işin mahiyyəti üzrə baxılması zamanı mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsinə müraciət olunmuş, lakin rəy verilməsindən imtina olunmuşdur. Imtinada göstərilir ki, “Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı iddiaçının adına tərtib edilmiş ************ nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyətinə verilmiş 1,3725 hektar torpaq sahəsinin cizgisində göstərilmiş torpaq sahəsi ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. ... Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən və yerində dürüstləşdirmə işləri aparıldıqdan sonra qeyd olunan məsələ həllini tapacaqdır; - bundan sonra birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert rəyində göstərmişdir ki, AA ****** nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: ************) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv.m. ərazisi mişarlanmış əhəng daşından inşa edilmiş hasar tikilisi ilə hasarlanmaqla faktiki olaraq başqaları tərəfindən istifadə olunduğu, 913 kv.m. hissəsinin isə yol yeri kimi istifadə edildiyi müəyyən edilmişdir; - göründüyü kimi ekspert tərəfindən tədqiqat yalnız iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır. Halbuki, cavabdehlər iddiaya etirazlarında, apellyasiya və kassasiya şikayətində torpaq sahəsinin onlara bələdiyyə qərarı ilə ayrılması və müvafiq torpaq ayırma sənədlərinə malik olmalarını göstərmişlər. Eyni zamanda qeyd etmişlər ki, ekspert tədqiqatı zamanı onların malik olduqları hüquqmüyyənedici sənədlər tələb olunmamış, ekspertiza tədqiqatında iştirakları təmin olunmamışdır; - ilkin olaraq qeyd edilməlidir ki, ekspert rəyi və həmin rəy əsasında məhkəmənin gəlmiş olduğu nəticəsi anlaşılmaz və zidiyyətlidir. Belə ki, iddiaçı iddia tələbində hər bir cavabdehə münasibətdə zəbt olunması ehtimal etdiyi sahələrin ölçülərini göstərmiş, tələbində isə cavabdehlərin 0,18 ha torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir; - ekspert rəyi ilə isə faktiki olaraq hər bir cavabdehin istifadəsində olan torpaq sahəsinin faktiki ölçüləri, onların torpaq ayırma sənədlərinə uyğun olub-olmaması və iddiaçının iddia etdiyi sahələrin cavabdehlərin istifadə və sahibliyində olan sahələrlə hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşüb-düşməməsi müəyyən edilmədən qalmışdır; - işə baxan məhkəmələrin mövqeyinə görə iddiaçının iddia etdiyi sahənin bir hissəsi cavabdehlərin istifadəsində olmaqla, digər hissəsindən isə ümumi yol kimi istifadə olunur. Belə olan halda digər sahə üzrə (ümumi yol kimi istifadə edilən) cavabdehlərin tələbə cavab verən şəxs olması aydınlaşdırılmamış qalmışdır; - digər tərəfdən cavabdehlər etirazlarında göstərirlər ki, onlara torpaq sahəsi bələdiyyə qərarı əsasında ayrılmış və müvafiq reyestr orqanının tərtib etdiyi ayrıcı akt əsasında torpaq sahələri onlara təhvil verilmişdir. Məhz təhvil alınan andan torpaq sahələri onların istifadəsindədir; - belə olan halda, işin faktiki hallarını aydınlaşdırmaq səlahiyyətinə malik olan məhkəmələr, ilk əvvəl mübahisə edilən torpaq sahəsinin kənd təsərrüfat təyinatlı və ya yaşayış məntəqəsi torpaqlarına aid olub-olmamasını yoxlanmalı, cavabdehlərə ayrılmış torpaq sahələrinin bələdiyyə fonduna aid torpaq sahəsinin daxilində yerləşib-yerləşməməsi müəyyən edilməklə (bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən sənədinin əlavəsi olan ayrıcı akt üzrə tədqiqat aparılmaqla), iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin ilkin torpaqayırma sənədlərinə uyğunluğunun yoxlanılması, cavabdeh tərəfə torpaq sahəsinin bələdiyyə tərəfindən ayrılması nəzərə alınaraq bələdiyyənin və təhvil aktını tərtib edən orqanın müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işə cəlb olunması müzakirə edilməklə onların iştirakı ilə müvafiq prosessual hərəkətlərin aparılması təmin olunmalı idi; - digər tərəfdən məhkəmələr nəzərə almalı idi ki, reyestr orqanının mütəxəssisləri mövcud olan koordinatlar əsasında rəy verilməsini mümkünsüz hesab etmişlər, belə olan halda ekspertin həmin koordinatlar üzrə verdiyi rəydə gəldiyi nəticələrinin işdə olan digər sübutlarla birlikdə qiymətləndirməsi zəruri olmuşdur, lakin apellyasiya instansiya məhkəməsi belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir. Bu halda nəzərə almalıdır ki, mütəxəssis qarşısında qoyulan suallara cavab verilməməsi cavabdehlərin dəlillərinin əsassız olması demək deyildir, onların dəlillərinin araşdırılmasına təşəbbüs göstərilməməsi müdafiə olunmaq hüququnun pozulmasıdır; - ümumi götürülsə, iddiaçının tələbi məhz mülkiyyətində olan torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlıdır, bu halda isə həm iddiaçının, həm də cavabehlərin dəlilləri üzrə torpaq sahəsinin faktiki vəziyyəti onlara verilmiş hüquqmüəyyənedici sənədlərdəki koordinatlara uyğun olmasının yoxlanmasını zəruri etmişdir; - “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində dövlət torpaq kadastrının anlayışı aşağıdakı kimi verilmişdir: dövlət torpaq kadastrı - torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur; - həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. ... Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. - qeyd edilən Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. ... Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır; - göründüyü kimi, dövlət kadastrındakı məlumatlar torpaq sahəsinin kəmiyyət, yəni ölçüsü, yerləşməsi kimi məlumatları da əhatə edir. Bu məlumatlar isə hazırki halda, tərəflərin adlarına tərtib olunan sənədlərdəki koortinatlarla müəyyən olunur. - ümumiyyətlə, qeyd olunmalıdır ki, iddiaçı mülkiyyətində 0,18 ha kənd təsərrüfatlı torpaq sahəsinin zəbt olunduğunu bildirsə də, məhkəmə araşdırmaları nəticəsində toplanmış sənədlərlə mübahisəli torpaq sahəsinin iddiaçının faktiki sahibliyində olmasını müəyyən etmək mümkün olmur. Yəni torpaqların faktiki vəziyyətində sürüşmələrin olmasının müəyyən olunması baxılan iş üzrə əhəmiyyətli haldır. Nəzərə alındıqda ki, cavabdehlərə torpaq sahəsi 2007-ci ildə ayrılmışdır, həmin vaxtdan torpaq sahəsi onların istifadəsindədir, bu müddət ərzində iddiaçının tələb irəli sürməməsinin səbəbləri aydınlaşdırılmalıdır; - torpaq sahələrinin cavabdelərin istifadəsində uzun müddət olması və həmin müddət ərzində iddiaçının bu vəziyyəti görməsi və susmasından sonra baxılan iş üzrə tələbi irəli sürməsi onun hüququndan sui-istifadə etməsinə səbəb ola bilər. Lakin apellyasiya məhkəməsi hazırkı iddiaya hüquqdan sui-istifadə hallarına yol verilibverilməməsi baxımından hüquqi qiymət verməmişdir; - belə ki, Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023cü il ## #### tarixli Qərarları); - Konstitusiya Məhkəməsinin Plenumu “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il ## ######## tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olubolmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir; - beləliklə, hazırki mübahisənin həlli üçün iddiaçının və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri və koordinatları müəyyən olunmalı, həmin məlumatların tərəflərin hər birin verilən texniki sənədlərdəki məlumatlara uyğun olub-olmaması araşdırılmaqla, iddiaçının torpaq sahəsinin tam və ya hər hansı hissədə cavabdehlər tərəfindən zəbt olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməlidir. - bununla yanaşı işə baxan məhkəmələr qeyd etmişlər ki, Qəbələ bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” akt etibarsız olduğundan həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişlər; - bu nəticəyə gələrkən işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr nəzərə almamışlar ki, iddiaçı cavabdehlərin torpaq sahəsini əldə edilməsi əsası olan alqı-satqı aktlarını mübahisələndirməmiş, iddiaçı cavabdehlərin istifadəsində olan torpaq sahəsinin tam hissəsinin ona aid olmasını iddia etməmişdir. Məhkəmələrin gəlmiş olduğu nəticəsindən aydın olmur ki, torpaq sahəsinin əldə edilməsinin əsası olan alqı-satqı aktı hansı əsasla etibarsız hesab edilmişdir. Halbuki, məhkəmələrin hər bir cavabdehin mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqlarının yaranması halına düzgün hüquqi qiymət vermək vəzifəsi olmuşdur; - belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər; - Mülki Məcəllənin 14.2.2-ci maddəsinə müvafiq olaraq, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasını təşkil edir; - Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; - mülki qanunvericiliyə əsasən, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir (Konstitusiya Məhkəməsi Plenumunun V.Q. Teryoxinin şikayəti üzrə 2010-cu il ## ###### tarixli Qərarı); - mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda, mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. 92. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (N.Qədirovun şikayəti üzrə 2017-ci il ## ###### tarixli Qərar); - Insan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il ## ### tarixli Qərar, § 103); - Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşması Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara bilər. Belə ki, bu konstitusiya təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə, məhkəmə aktı qanunsuz hesab edilə bilər. (Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli Qərarı); - eyni zamanda, müəyyən edilmişdir ki, Qəbələ rayon Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarına əsasən bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Qəbələ rayon Əmirvan kənd sakini X1 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 ha torpaq sahəsinin satılması qərara alınmış, torpaq sahəsinin müvafiq yerquruluşu planı təsdiq edilməklə X1 təhvil verilmiş və istifadə edilmişdir. Bundan sonra X1 həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin üzərində sərəncam verilməsi barədə hazırkı iş üzrə cavabdehlərdən cavabdeh2 etibarnamə vermişdir; - belə olan halda aşkar olaraq müəyyən olunmuş olur ki, iddiaçı tələbini torpaq sahəsini müvafiq hüquqi sənədlər əsasında əldə edən şəxsə qarşı deyil, onun təmsilçisinə qarşı irəli sürmüşdür. Işə baxan məhkəmələr isə tələbin təmsilçiyə qarşı yönəldilməsinin və torpaq sahəsi ayrılmış şəxsin işə cəlb edilməsinin mümkünlüyünü tərəflərlə birlikdə müzakirə etməmişdir; - izah edilir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı); - qeyd edilənlər göstərir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

29. Apellyasiya baxışında Qəbələ Bələdiyyəsi, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Xidmətinin * saylı Qəbələ Ərazi Idarəsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

30. Apellyasiya baxışında müvafiq sorğular verilmiş və ekspertiza təyin edilmişdir.

31. Apellyasiya baxışında mütəxəssi kimi rəy verilməsində iştirak etmiş X2 göstərmişdir ki, * saylı Qəbələ Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyini müdafiə edir. Belə ki, məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş suallar üzrə bildirir ki, torpaq islahatları nəticəsində hazırkı iş üzrə iddiaçı və onun ailə üzvlərinə 1,46 ha torpaq sahəsi verilmişdir. Sonradan həmin ərazidə tikinti işlərinin aparılması nəticəsində iddiaçının torpaq sahəsi 9 sot azalmış və qalan 1,37 ha torpaq sahəsinə dair 2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Çıxarışa əsasən iddiaçının 1,37 ha torpaq sahəsinin qeydiyyata alınmasına baxmayaraq, hazırda iddiaçıya naturada həmin ölçüdə torpaq sahəsinin verilməsi mümkün deyil. Çünki həmin torpaq sahəsində çatışmazlıq mövcuddur. Aqrar islahatı keçirilən zaman torpaq sahələri keçmiş üsullarla, yəni ruletka, ölçü lenti və ya addımölçənlə ölçülürdü. Hazırda isə Azərbaycan Respublikası Prezidentinin ##.##.2016-cı il tarixli müvafiq sərəncamına əsasən torpaq sahələri artıq müasir ölçü cihazlarından istifadə olunaraq GPS vasitəsi ilə ölçürülür. Qəbələ rayonunda bunu ayrıca xüsusi təşkilat həyata keçirmiş, yerində ölçü işləri aparmış və bunun nəticəsində xəritələr TEKUIS məlumat bazasına işlənilmişdir. Bu cür ölçülərin aparılması nəticəsində mübahisəli ərazidə uyğunsuzluqlar və çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunanlar səbəbindən iddiaçının 1,37 ha torpaq sahəsinin təmin olunması mümkün deyil. TEKUIS məlumat bazasında iddiaçının torpaq sahəsi 1,20 ha göstərilmişdir. Əlavə olaraq da qeyd edir ki, iddiaçının torpaq sahəsinin şimal və cənub hissələrində yerləşən torpaq sahələrində də çatışmazlıqlar mövcuddur. Iddiaçıya verilmiş Çıxarışda onun torpaq sahəsinin 1,37 ha göstərliməsinə gəldikdə, əvvəllər verilən Dövlət aktı DWJ xəritələrinə uyğun olaraq tərtib olunurdu və həmin islahat xəritəsinin üz vərəqi çıxarılaq heç bir sorğu-sual olmadan orada göstərilən məlumatlara əsasən vətəndaşa çıxarış verilirdi. Əgər Dövlət aktında göstərilən torpaq sahəsinin müəyyən hissəsi özgəninkiləşdirilirdisə, Dövlət aktında göstərilən ölçüdən satılan hissə çıxarılaraq yeni sənəd verilirdi. Hazırda torpaq elektron uçot xəritəsi mövcud olduqdan sonra əllərində koordinatlar var və bu məlumatlara uyğun sənədlər verilir. Iş üzrə cavabdehlərə aid torpaq sahələri ilə bağlı qeyd edilməlidir ki, aqrar islahatı zamanı mübahisəli ərazinin torpaq sahələri əvvəl çevrələrə bölünürdü və sonra da püşkatma yolu ilə vətəndaşlara pay ayrılırdı. Bununla da iddiaçının torpaq sahəsinin yerləşdiyi çevrənin sərhədləri bəllidir, bir tərəfdən şosse yoludur, digər tərəfdə isə ara yollardır. Cavabdehlərin torpaq sahələri isə digər çevrədə yerləşir. Bu səbəbdən də iddiaçının torpaq sahəsi ilə cavabdehlərin torpaq sahələrinin üst-üstə düşməsindən, zəbt olunmasından söhbət gedə bilməz. Cavabdehlərin torpaq sahələrinin kategoriyası kənd təsərrüfatı təyinatlı olduğu üçün onlara Çıxarış verilməsi mümkün deyil. Bununla bağlı izah edir ki, cavabdehlərin torpaq sahələri digər bölgü çevrəsində yerləşir. Həmin ərazi halhazırda yaşayış massividir. Islahat zamanı həmin ərazinin torpaqları pay torpağı kimi vətəndaşlara paylanmışdır. Bundan sonra bələdiyyə alqı-satqı yolu ilə vətəndaşlardan torpaq sahələri almışdır. Həmin vaxt, 2006-cı ilədək bələdiyyənin səlahiyyəti var idi ki, mülkiyyətində olan torpaq sahəsinin təyinatını yaşayış məntəqələrinə dəyişdirib sonra satsın. Lakin bələdiyyə bu proseduru həyata keçirmədən torpaq sahələrini kənd təsərrüfatlı təyinatlı ola-ola vətəndaşlara satmışdır. Problem də burdan qaynaqlanmışdır. Cavabdehlərin torpaq sahələrinə dair plan-ölçü sənədləri tərtib olunmamışdır. Onların torpaq sahələrinin ayrılmasını bələdiyyə həyata keçirmiş və hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə koordinatlar və sair məlumatlar göstərilməyən ayrıca aktı tərtib edib təqdim etmişlər. Lakin rəsmi plan-ölçü sənədi üçün cavabdehlər müraciət etməmişlər, etsələr də, həmin sənədin hazırlanması mümkün deyil. Iddiaçının 1,20 ha torpaq sahəsində hazırda heç bir tikinti yerləşmir, ora əkin sahəsidir. Hazırda cavabdehlərə aid torpaq sahələri onlara satılmamışdan öncə olan ilkin sənədlərinə əsasən də iddiaçının torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi, çünki həmin torpaq sahələri müxtəlif bölgü çevrələrində yerləşir. Iddiaçıya verilmiş Çıxarışda koordinatlar göstərilmiş və proqram vasitəsi ilə müəyyən olunan koordinatlarla ziddiyyət aşkar olunmur. Lakin faktiki vəziyyət elə deyil, çünki həmin ərazidə həmin ölçüdə torpaq sahəsi mövcud deyil. Əgər hazırkı mübahisə olmasaydı belə, iddiaçının müraciəti əsasında onun naturada torpaq sahəsi TEKUIS məlumat bazasına uyğun (1,20 ha) tanıdılacaqdır

32. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdehlərin apelyasiya şikayəti təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qət etmişdir. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov, Elman Isayev)

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, ekspert tərəfindən tədqiqat yalnız iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır. Halbuki, cavabdehlər iddiaya etirazlarında, apellyasiya və kassasiya şikayətində torpaq sahəsinin onlara bələdiyyə qərarı ilə ayrılması və müvafiq torpaq ayırma sənədlərinə malik olmalarını göstərmişlər. Eyni zamanda qeyd etmişlər ki, ekspert tədqiqatı zamanı onların malik olduqları hüquqmüyyənedici sənədlər tələb olunmamış, ekspertiza tədqiqatında iştirakları təmin olunmamışdır.

34. Digər tərəfdən reyestr orqanının mütəxəssisləri mövcud olan koordinatlar əsasında rəy verilməsini mümkünsüz hesab etmişlər, belə olan halda ekspertin həmin koordinatlar üzrə verdiyi rəydə gəldiyi nəticələrinin işdə olan digər sübutlarla birlikdə qiymətləndirməsi zəruri olmuşdur, lakin birinci instansiya məhkəməsi belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir.

35. Qeyd edilməlidir ki, ekspert rəyi və həmin rəy əsasında məhkəmənin gəlmiş olduğu nəticəsi anlaşılmaz və zidiyyətlidir. Belə ki, iddiaçı iddia tələbində hər bir cavabdehə münasibətdə zəbt olunması ehtimal etdiyi sahələrin ölçülərini göstərmiş, tələbində isə cavabdehlərin 0,18 ha torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir.

36. Ekspert rəyi ilə isə faktiki olaraq hər bir cavabdehin istifadəsində olan torpaq sahəsinin faktiki ölçüləri, onların torpaq ayrıma sənədlərinə uyğun olub-olmaması və iddiaçının iddia etdiyi sahələrin cavabdehlərin istifadə və sahibliyində olan sahələrlə hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşüb-düşməməsi müəyyən edilmədən qalmışdır.

37. Belə ki, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 * saylı Qəbələ Ərazi Idarəsinin Şəki Apellyasiya Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı məktubuna cavabında göstərilmişdir ki, AA ******** nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində (reyestr nömrəsi: ************) göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla uqodiyası əkindir. Qəbələ rayonu Qəbələ bələdiyyəsinin ## #### 2007- ci il tarixli, ** nömrəli qərarı ilə iş üzrə cavabdeh cavabdeh3 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar torpaq sahəsi, həmin bələdiyyənin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə iş üzrə cavabdeh cavabdeh1 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin bələdiyyənin ## #### 2007-ci il tarixli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmış Qəbələ şəhərində yerləşən 0,04 hektar torpaq sahələri barədə “xxxx” X3nin * saylı Qəbələ Ərazi Idarəsinin arxivində məlumat mövcud deyildir.

38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı məktubuna Qəbələ rayonu Qəbələ bələdiyyəsinin ## #### 2025-ci il tarixli, *** saylı cavab məktubuna əsasən Qəbələ bələdiyyəsində arxiv sənədləri saxlanılmamışdır. Qəbələ bələdiyyəsinin uçot kitabının 4590-cı sırasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 adına 0,04 ha həyətyanı torpaq sahəsi, 4598ci sırasında cavabdeh3 adına 0,06 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Qəbələ bələdiyyəsinin uçot kitabında cavabdeh1 adı qeydiyyatda yoxdur.

39. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 * saylı Qəbələ Ərazi Idarəsinin məhkəmə kollegiyasına ünvanladığı # ######## 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktubunda göstərilmişdir ki, qərarda qeyd edilmiş işin araşdırılması məqsədi ilə "xxxx” X3n * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri Qəbələ şəhərində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmək məqsədi ilə ərazidə olmuşlar. Kameral qaydada araşdırma zamanı məlum olmuşdur ki, ************ reyestr nömrəli çıxarış ilə X7 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,3725 hektar torpaq sahəsinin plan-ölçü sənədində göstərilmiş koordinatları ilə Torpaqların Elektron X10 Sistemində (TEKUIS) göstərilən koordinatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, ************ reyestr nömrəli çıxarışda göstərilmiş 1,3725 hektar torpaq sahəsi Torpaqların Elektron X10 Sistemində (TEKUIS) 1,20 hektar göstərilmişdir. Bu səbəbdən mülki işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bildiririk ki, bu kimi uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X16 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il ## ##### tarixli ***s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X16 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Qəbələ şəhər Inzibati Ərazi Dairəsi üzrə layihələr tərtib olunmuş və hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsi təmin olunur. Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ həllini tapacaqdır.

40. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı aparılması Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

41. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 * saylı Qəbələ Ərazi Idarəsindən ## #### 2025-ci il tarixli, *-**-*-**/*-****/**** saylı məktub daxil olmuş, həmin məktubda qeyd edilmişdir ki, ... qərardadda qeyd edilmiş işin araşdırılması məqsədi ilə “xxxx” X3n * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri Qəbələ şəhərində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmək məqsədi ilə ərazidə olmuşlar. Cavabdehlər ölçmə işlərinin aparılmasına icazə vermədiklərinə görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır.

42. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.

43. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 * saylı Qəbələ Ərazi Idarəsininin ##.##.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətə verilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir. - Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh3 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh1 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar və Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmış Qəbələ şəhərində yerləşən 0,04 hektar torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) təqdim olunmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyil. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətə verilmiş Qəbələ şəhərində yerləşən 1,3725 hektar torpaq sahəsi, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh3 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar torpaq sahəsinin, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh1 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar torpaq sahəsinin və Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmış Qəbələ şəhərində yerləşən 0,04 hektar torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə üst-üstə düşməni təyin etmək mümkün deyil. - Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə cavabdeh3 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı Ilə cavabdeh1 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar və Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci il tarixli, ** nömrəli qərarı ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmış Qəbələ şəhərində yerləşən 0,04 hektar torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətə verilmiş Qəbələ şəhərində yerləşən 1,3725 hektar torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasını təyin etmək mümkün deyil.

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, həmin məlumatda qeyd edilmişdir ki; - Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. - .....Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır. - Göstərilənlərə əsasən, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılır.

45. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 * saylı Qəbələ Ərazi Idarəsinə həvalə edilmişdir.

46. Əmlak Məsələləri Dövlət Xidməti xxxx X3 * saylı Qəbələ Ərazi Idarəsinin mütəxəssis rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, həmin rəydə qeyd edilmişdir ki, kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, ##.##.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin ## #### 2007-ci tarixli, ** nömrəli qərarı ilə cavabdeh3, cavabdeh1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satılmış və onların istifadəsində olan müvafiq olaraq 0,06 ha və 0,04 ha torpaq sahələrinin ilkin sənədləri nəzərə alındıqda cavabdehlər tərəfindən iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsi zəbt edilməmişdir. ##.##.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ************ reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsində olan əskiklik Torpaqların elektron X10 Sistemində (TEKUIS) mövcud uyğunsuzluq ilə əlaqədardır.

47. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə toplanmış materiallar və çoxsaylı rəylər, o cümlədən iş üzrə rəy vermiş mütəxəssisin ifadəsindən belə nəticə hasil olur ki, iddiaçı və onun ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə 1,3725 ha göstərilsə də, faktiki olaraq naturada 1,20 ha-dır.

48. Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 2007-ci il tarixli qərarlarına əsasən bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında iş üzrə cavabdehlər cavabdeh3 və cavabdeh1 0,06 ha, iş üzrə üçüncü şəxs X1 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 ha torpaq sahəsinin satılması qərara alınmış, torpaq sahəsinin müvafiq yerquruluşu planı (ayrıc aktı) təsdiq edilməklə həmin şəxslərə təhvil verilmiş və onlar tərəfindən istifadə edilmişdir.

49. Bundan sonra X1 həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin üzərində sərəncam verilməsi barədə hazırkı iş üzrə cavabdehlərdən cavabdeh2 etibarnamə vermişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir, Elvin Rəhimov həmin torpaq sahəsini cavabdeh2 sonuncunun gələcəkdə öz adına rəsmiləşdirməsi məqsədi ilə vermişdir. Yəni qeyd olunan torpaq sahəsinin cavabdeh2 sahibliyi və istifadəsində olmasına Elvin Rəhimovun heç bir tələb və etirazı yoxdur.

50. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin istifadəsində olan torpaq sahələri müxtəlif bölgü çevrələrində yerləşdiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi istisna olunur.

51. Işin bu halı üzrə verilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən verilmiş mütəxəssis rəyi ilə də öz təsdiqini tapır.

52. Beləliklə, məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

53. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14.3, 144.1, 146.1, 152.5, 157.2, 213.6, 238.1, 239.2, 337.1, 337.3, 337.4-cü, Torpaq Məcəlləsinin 67, 111-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

54. Iddiaçı (vəkil nümayəndə1) kassasiya şikayəti verərək, qətnamənin ləğv, işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmış və müvafiq olaraq “Torpaq sahəsinin planı və ölçüsü”sənədi verilmişdir. Lakin cavabdehlərin mübahisəli torpaq sahəsinə dair heç bir hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Hazırda onun mülkiyyətində olan və cavabdehlər tərəfindən zəbt edildiyi ekspert rəyi və işin digər halları ilə sübuta yetirilən torpaq sahəsinə dair Çıxarış və “Torpaq sahəsinin plan və ölçüsü” vardır. Həmin Çıxarış qüvvədədir və cavabdehlərin şikayətlərinin heç bir hüquqi əsası yoxdur. Belə ki, mübahisəli torpaq sahələrinin mülkiyyətlərində olmasını təsdiləyən heç bir sənədi (torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə, çıxarış və s.) təqdim etməmişlər. Cavabdehlərin mübahisəli torpaq sahəsin və digər torpaq sahələrinə dair heç bir mülkiyyət hüquları olmadığı halda, onun mülkiyyət hüququnu əsassız və qanunsuz olaraq pozulur. Bundan əlavə, iddiaçının həmin yerə olan hüquqlarının təkrar qeydiyyatı 2012-ci ildə olmuşdur. Sənədləşmə zamanı orada ölçmə işləri aparılmışdır. Əgər həmin sahə cavabdehlər tərəfindən zəbt edilsə idi, tikinti mövcud olsaydı DƏDRX tərəfindən çıxarış və plan-ölçü sənədi verilməzdi. Həmçinin, rəylər arasında ziddiyyətlərin olmasını əsas gətirərək müstəqil ekspertizanın təyin edilməsi barədə vəsatət versə də məhkəmə həmin vəsatəti təmin etməmişdir. Ekspert rəyi ilə isə faktiki olaraq hər bir cavabdehin istifadəsində olan torpaq sahəsinin faktiki ölçüləri, onların torpaq ayırma sənədlərinə uyğun olub-olmaması və iddiaçının iddia etdiyi sahələrin cavabdehlərin istifadə və sahibliyində olan sahələrlə hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşüb-düşməməsi müəyyən edilmədən qalmışdır. Işə baxan məhkəmələrin mövqeyinə görə iddiaçının iddia etdiyi sahənin bir hissəsi cavabdehlərin istifadəsində olmaqla, digər hissəsindən isə ümumi yol kimi istifadə olunur. Belə olan halda digər sahə üzrə (ümumi yol kimi istifadə edilən) cavabdehlərin tələbə cavab verən şəxs olması aydınlaşdırılmamış qalmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 nümayandasi va vəkili nümayəndə1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Maddə 152.5. Mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.2. Fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlərdir. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67, 4-cü hissə. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 111 (2-ci hissə). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 111 (3-cü hissə). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 57.Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 58.Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

59. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

62. Iddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.

63. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

64. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin (və ya onun bir hissəsinin) cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan (çıxarışda göstərilmiş 1,3725 hektar torpaq sahəsi Torpaqların Elektron X10 Sistemində (TEKUIS) 1,20 hektar ) torpaq sahəsinin hər hansı hissəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halı işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsinin tədqiq etdiyi sübutlarla müəyyən edilməyib.

65. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları, o cümlədən ekspert (mütəxəssis) rəylərini MPM-in 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, üçüncü şəxsləri işə cəlb etmiş, nəhayət, hazırki iş üzrə kassasiya məhkəməsinin əvvəlki qərarında verdiyi göstərişlərə əməl edərək, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini də yuxarıda göstərilənlərə, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallara və kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında şərh edilənlərə əsasən qəbul etmir.

68. Kassasiya şikayətinin dəlilləri əsasən iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərin də bir qisminə müvafiq olaraq təkrar baxış zamanı apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.

69. Apellyasiya instansiyası məhkəməsinin ekspert rəyindəki ziddiyyətin aradan qaldırılması yönündə heç bir prosessual hərəkət etməməsi, ekspert rəyini düzgün qiymətləndirilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 102.1-ci maddəsinə görə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Həmin Məcəllənin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

70. Göründüyü kimi, qanunvericilik əlavə və ya təkrar ekspertiza keçirilməsinin şərtlərini müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özüözlüyündə

71. rəyin səhv və ya məhkəmənin rəyi düzgün qiymətləndirməməsi kimi qəbul edilə, eləcə də əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

72. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2026cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi vaxtdan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar