Məhkəmə qərarları › İş №2(1-8)-145/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-145/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-145/2026 19.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: podrat müqaviləsi, öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin ləğvi, dəymiş zərərin ödənilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)113/2025 nömrəli, 23 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şika yətinə fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Sifarişçi” olan iddiaçı ilə "xxxx" olan MMC arasında bağlanmış (birinci) "xxxx" əsasən, MMC, iddiaçıya məxsus olan və ünvan ünvanında yerləşən torpaq sahəsində ümumi sahəsi 389 kvadrat metr olan fərdi yaşayış evini iddiaçı tərəfindən MMC-yə təqdim edilən dizayn layihəsi üzrə inşa etməyi öhdəsinə götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 105.030 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı, müqavilə üzrə müəyyən edilmiş vəsaiti – 40.000 manatı avans formasında MMC-yə ödəyir və pulun qalan hissəsini, yəni tikinti başladıqdan sonra 65.030 manatı isə növbəti 3 ay müddətində hissəhissə MMC-yə ödənilməsini təmin edir. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilənin tam icrası üçün 5 ay müddət müəyyənləşdirilmişdir və həmin müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə tərəflərin hüquqları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 39-cu (Podrat) fəsli ilə müəyyən edilir. 2. “Sifarişçi” olan iddiaçı ilə "xxxx" olan cavabdeh MMC arasında bağlanmış (ikinci) "xxxx" əsasən, MMC iddiaçıya məxsus və yuxarıda qeyd edilən ünvanda yerləşən torpaq sahəsində mühafizə evi, qaraj və hasar tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Görüləcək işlərin ümumi dəyəri 43.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı, müqavilə üzrə müəyyən edilmiş vəsaiti – 21.500 manatı avans formasında MMC-yə ödəyir və pulun qalan hissəsini, yəni tikinti başladıqdan sonra 21.500 manatı isə növbəti 2 ay müddətində hissə-hissə MMC-yə ödənilməsini təmin edir. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə tərəflərin hüquqları Mülki Məcəllənin 39-cu (Podrat) fəsli ilə müəyyən edilir və 4.1-ci maddəsinə əsasən müqavilənin tam icrası tərəflər arasında 3 (üç) ay müddətinə razılaşdırılmışdır. 3. "xxxx"nə əsasən, iddiaçı tərəfindən MMC-yə ödənilmiş vəsaitlərin ümumi məbləği 156.500 manat təşkil edir.

4. Qiymətləndirici şirkət – “Əmlak Ekspert Mərkəzi" MMC tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli “Hesabatda” göstərilmişdir, hər iki müqavilə üzrə natamam qalmış işlər aşağıdakılardan ibarətdir: - 2 mərtəbəli tikilidə 1-ci mərtəbədən 2-ci mərtəbəyə daxili pilləkənin yığılması; - həmin tikilinin 1-ci mərtəbəsinin daxili divarlarının hörülməsi; həmin tikilinin 2-ci mərtəbəsinin xarici divarlarının hörülməsi; - həmin tikilinin 2-ci mə rtəbədə daxili divarların hörülməsi; - həmin tikilinin terrasının kəmər hissəsinin quraşdırılması; - həmin tikilinin, qaraj və ona bitişik mühafizə otağının damının yığılması; şiferin vurulması (kantları ilə birlikdə); - beton işləri (qarajın və mühafizədə girişin döşəməsi); - mühafizə evində otaqların atmalarının quraşdırılması; - yan hasarların bir hissəsinin üstünün örtülməsi müəyyən edilmişdir. 5. xx.xx.2022-ci il tarixli “Hesabata” əsasən, yardımçı tikilinin - qaraj sahəsinin tavanının uçması nəticəsində dəymiş ziyanın həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 8.014,17 manat müəyyən edilmiş, tikilinin fotoşəkilləri də hesabata əlavə edilmişdir. 6. 22.08.2023-cü il tarixli “Hesabat”a əsasən, yuxarıda qeyd edilən ünvanda 2021-ci ilin may ayında başlanmış inşaat işləri bağ evində 2 mərtəbə və həyətyanı tikililərdə yarımçıq qalmışdır. Yarımçıq qalmış işlərin başa çatdırlması üçün 45.401,04 manat vəsait tələb olunur.

7. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixli məktublara əsasən iddiaçı, cavabdeh MMC tərəfindən “Təmir-tikinti müqavilələrinin” şərtlərinin əhəmiyyətli dərəcədə pozulması səbəbindən, həmin müqavilələrə birtərəfli qaydada xitam verilməsi barədə öz iradə ifadəsini cavabdeh MMCyə bildirmişdir. 8. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, iddiaçı məktubla cavabdeh MMC-yə müraciət edərək, MMC-nin səlahiyyətli əməkdaşının iştirakı ilə müqavilə üzrə tikintinin aparıldığı sahədə qaraja baxış keçirilməsi, işlərdə yaranmış qüsurların aradan qaldırılması üçün qısa müddət ərzində tədbirlər görülməsini və qüsurlu icra nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış təmir-tikinti müqavilələrinin ləğv edilməsi, müqavilələr üzrə iddiaçı tərəfindən əvvəlcədən avans şəklində ödənilmiş, lakin icra edilməmiş işlərin dəyəri kimi 45400 manat pul vəsaitinin, ikinci təmir-tikinti müqaviləsi üzrə işlərin qüsurlu icra edilməsi nəticəsində iddiaçıya dəymiş 8014,17 manat zərərin, hər iki təmir-tikinti müqaviləsi üzrə artıq ödənilmiş 8470 manat ödənişin, 276 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir 1

0. İddiaçı tələbini belə əsaslandırmışlar ki, iddiaçı ilə cavabdeh MMC arasında 2 ədəd təmir-tikinti müqaviləsi bağlanmışdır. Birinci müqaviləyə əsasən cavabdeh MMC ünvan ünvanında yerləşən torpaq sahəsində ümumi sahəsi 389 kv.m olan fərdi yaşayış evini iddiaçı tərəfindən ona təqdim edilən dizayn layihəsi üzrə inşa etməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixdə ödənilmiş 40.000 manat məbləğində avans ödənişi də daxil olmaqla, müqavilənin ümumi dəyəri olan 105.030 manat iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. İkinci müqaviləyə əsasən cavabdeh MMC həmin torpaq sahəsində mühafizə evi, qaraj və hasar tikintisini həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilənin ümumi dəyəri 43.000 manat müəyyən edilmişdir ki, həmin məbləğ iddiaçı tərəfindən cavabdehə tam ödənilmişdir. Birinci mü qavilənin bağlanmasından 1 ildən, ikinci müqavilənin bağlanmasından isə 9 aydan çox müddət keçməsinə baxmayaraq, müqavilələrdə nəzərdə tutulmuş işlər cavabdeh MMC tərəfindən tam şəkildə başa çatdırılaraq iddiaçıya təhvil verilməmişdir. İşlərin tamamlanması üçün iddiaçı tərəfindən cavabdehə dəfələrlə müraciət edilsə də, müraciətlər nəticəsiz qalmış, cavabdeh tərəfindən tikinti işlərinin tamamlanması üçün heç bir tədbir görülməmişdir. Daha sonra iddiaçı cavabdeh MMC-yə dəfələrlə, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə yazılı şəkildə müraciət edərək müqavilə üzrə öhdəliklərini kobud şəkildə pozması, müraciətlərə baxmayaraq hərəkətsizlik nümayiş etdirərək işləri yekunlaşdırıb təhvil verməməsi, işlərdə nöqsanlara yol verməsi səbəbindən müqaviləyə xitam vermək niyyətini MMC-nin diqqətinə çatd ırmışdır. Lakin cavabdeh MMC tərəfindən bu məktuba heç bir münasibət bildirilməmişdir. Bundan başqa ikinci müqavilə çərçivəsində görülmüş işlərdə qüsurlar yaranmış, qarajın tavan hissəsinə betonun tökülməsi cavabdeh tərəfindən standartlara və tələblərə cavab verməyən formada, keyfiyyətsiz şəkildə və qüsurlu icra olunduğuna görə tavan hissəyə tökülmüş beton çökmüş, nəticədə tikilinin dam konstruksiyası sıradan çıxmış, iddiaçıya maddi ziyan dəymişdir. Həmin qüsurların aradan qaldırılması üçün dəfələrlə, sonuncu dəfə isə yazılı şəkildə xx.xx.2022-ci il tarixli məktubla iddiaçı cavabdeh MMC-yə müraciət edilərək, cavabdehin səlahiyyətli əməkdaşının iştirakı ilə müqavilə üzrə tikintinin aparıldığı sahədə qaraja baxış keçirilməsi, işlərdə yaranmış qüsurların aradan qaldırılması üçün qısa müddət ə rzində tədbirlər görülməsi və qüsurlu icra nəticəsində iddiaçıya dəymiş zərərin ödənilməsinin təmin edilməsi xahiş edilsə də, cavabdeh bu müraciətə də hər hansı münasibət bildirməmiş, betonun çökdüyü tavan sahəsinə baxış keçirilməsi və zərərin aradan qaldırılması üçün sonuncu tərəfindən heç bir addım atılmamışdır. Cavabdeh qüsurların aradan qaldırılması üçün hər hansı tədbir görmədiyindən qüsurlar iddiaçının öz vəsaiti hesabına cəlb etdiyi üçüncü şəxslər vasitəsilə aradan qaldırılmışdır. Hər iki müqavilənin 1.4-cü bəndlərində qeyd olunmuşdur ki, gələcəkdə müqavilədə nəzərdə tutulmayan digər xərclərə ehtiyac olarsa, həmin xərclər sifarişçi tərəfindən əlavə olaraq ödəniləcəkdir. Müqavilələr üzrə işlərin icrasına başlanmasından bugünədək cavabdeh müxtəlif vaxtlarda əlavə mal-materialın alınma sına ehtiyac olması adı ilə iddiaçıdan müxtəlif məbləğlərdə pul vəsaiti almasına baxmayaraq hər hansı əlavə mal-material alınmamış, işlərin icrası cavabdeh tərəfindən tamamlanmadığına görə belə mal-materialdan istifadə edilməmiş və iddiaçıya hər hansı əlavə mal-material təqdim edilməmişdir. Birinci müqavilənin dəyəri 105.030 manat, ikinci müqavilənin dəyəri 43.000 manat olmaqla iki müqavilənin ümumi dəyəri 148.030 manat təşkil etsə də, iddiaçı tərəfindən cavabdehə əlavə mal-material üçün tələb edilmiş vəsaitlər də daxil olmaqla kassa mədaxil orderinin qəbzləri əsasında ödənilmiş vəsaitlərin ümumi məbləği 156.500 manat təşkil edir ki, bu da iddiaçı tərəfindən 8.470 manat artıq ödənişin həyata keçirilməsi deməkdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Rayon Məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 10/452 saylı rəyə əsasən, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış "xxxx" əsasən iddiaçıya məxsus və iddia ərizəsində qeyd edilən 0,16 ha bağ-torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilmiş, lakin inşa olunmuş yaşayış evində müxtəlif növ eləcə də gözlə görünməyən tikinti-təmir işləri aparıldığından, gizli işlərə dair aktlar, tikinti-təmir işləri ilə bağlı layihə və smeta sənədləri, qaimələr mülki iş materiallarında omadığından, həmçinin baxış zamanı təqdim edilmədiyindən, aparılmış tikinti-təmir işləri tamamlandığından, iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən aparılmış tikinti-təmir işlərin həcmi və dəyərini dəqiqliklə nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamı şdır. Buna görə də qərardadda qoyulmuş birinci-üçüncü suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Hər hansı tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla və ya tikilinin inşasına dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilə bilər. Həmin rəyin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, Mərkəzin eksperti “Əmlak Ekspert Mərkəzi" MMC-nin vermiş olduğu xx.xx.2022-ci il tarixli rəyini təsdiq edərək qaraj sahəsinin tavanının uçması nəticəsində dəymiş ziyanın 8.014,17 manat məbləğində olmasını qeyd etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-148/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ( hakim T.Xəlilova) İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilələrin ləğvi, dəymiş zərərin ödənilməsi və pul” tələbinə dair mülki iş üzrə icraata İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış təmir-tikinti müqavilələrinin ləğv edilməsi tələbi hissəsində xitam verilməsi qərara alınmışdır.

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-148/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış iki podrat müqaviləsi üzrə icra edilməmiş işlərin dəyəri kimi 45400 (qırx beş min dörd yüz) manat, ikinci təmir-tikinti müqaviləsi üzrə (yardımçı tikililərin inşasına dair) işlərin qüsurlu icra edilməsi nəticəsində iddiaçıya dəymiş 8014,17 (səkkiz min on dörd manat on yeddi qəpik) manat zərər, hər iki təmir-tikint i müqaviləsi üzrə artıq ödənilmiş 8470 (səkkiz min dörd yüz yetmiş) manat ödəniş, 276 (iki yüz yetmiş altı) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, 100 (yüz) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla tərəflər arasında bağlanmış iki podrat müqaviləsinin şərtlərinə iddiaçı (sifarişçi) tərəfindən əməl edilməsinə, yəni müqavilələr üzrə razılaşdırılmış işlərin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, cavabdeh (podratçı) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi – işlərin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə görülməməsi, işlərin natamam və qüsurla görülməsi, natamam işlərin dəyərinin 45.401,04 manat, qüsurla görülmüş işlərin (qarajın tavanı) aradan qaldırılması üçün zəruri olan xərclərin dəyərinin 8.470 manat müəyyən edilməsi, hər iki müqavilə üzrə işlərin razılaşdırılmış dəyərinin 148.030 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tərəfindən ümumilikdə 156.500 manat, yəni 8.470 manat artıq ödənilməsi təsdiq edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 442, 443.1, 445.1, 445.2, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 762.3, 763.1, 764.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilib, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, işlərin natamam görülməsi ilə bağlı hər hansı sübut yoxdur. İddia ərizəsində natamam işlərin guya iddiaçının hesabına üçüncü şəxslər tərəfindən aradan qaldırıldığı qeyd olunmuşdur. Bununla əlaqədar isə hər hansı sübut təqdim edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, işlərin icra müddəti 5 ay müəyyən edilmişdir. İddiaçı tərəfdən ilkin ödənişin xx.xx.2021-ci il tarixində edilməsini nəzərə alaraq, işlərin 2021-ci ilin oktyabr ayında başa çatması müəyyən edilir. Əgər həqiqətən işlər başa çatmasaydı və hansısa qüsurlar olsaydı, bununla bağlı iddiaçı həmin dövrdə cavabdehə bildiriş və ya məktubla mü raciət etməli, öz tələblərini bildirməli idi. Buradan da aydın olur ki, cavabdeh tərəfindən işlər müqaviləyə uyğun aparılmış, iddiaçı tərəfindən qəbul edilmiş, hər hansı etiraz bildirilməmişdir. İş üzrə təqdim edilən ekspert rəyində də natamam işlərin mövcudluğu və ya dəyəri ilə bağlı hər hansı mövqe bildirilməmişdir. Buna baxmayaraq, məhkəmə ekspert rəyi kimi mötəbər sübutu nəzərə almayıb, iddiaçı tərəfindən təqdim edilən və hər hansı keçərliliyi olmayan qiymətləndirmə şirkətinin öz fərziyyələrinə əsaslanaraq verdiyi əsassız bir rəyi əsas götürmüşdür. Ekspert rəyi mütəxəssis rəyindən daha mötəbər və tutarlı sübut hesab olunur, məhkəmə verilən ekspert rəyini natamam hesab etmişdirsə, əlavə və ya təkrar ekspertiza təyin edə bilərdi. Məhkəmə isə ümumiyyətlə ekspert rəyinə münasibət bildirməm iş, nəyə görə mötəbər sübut kimi qəbul etmədiyini açıqlamamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən, işlər sifarişçi tərəfindən təqdim edilmiş dizayn layihəsi əsasında, belə layihə olmadıqda, layihənin icrası sifarişçinin tapşırıqları əsasında aparılır. İddiaçı tərəfindən dizayn layihəsi təqdim edilmədiyi üçün cavabdeh onun göstərişləri əsasında müvafiq işləri yerinə yetirmişdir. Əgər həqiqətən cavabdeh tərəfindən iddiaçının tapşırıqları yerinə yetirilməmişdirsə, bununla əlaqədar hər hansı sübutlar məhkəməyə təqdim edilməli idi. Həmçinin iddiaçı üçüncü şəxslər hesabına müəyyən işlərin görülməsinə istinad edirsə, həmin şəxslərlə bağlanan müqavilələri, müvafiq ödənişlər etməsini təsdiq edən qəbzləri, işlərin yerinə yetirilməsinə dair aktlar, eləcə də digər sübutla rı məhkəməyə təqdim etməli idi. Belə sübutlar olmadığı halda, məhkəməyə müvafiq faktları sübuta yetirilmiş kimi qələmə vermiş, əsassız və qanunsuz olaraq iddia tələbini təmin etmişdir. Digər tərəfdən, iddia tələbinin ikinci hissəsi artıq ödənilmiş 8.470 manat məbləği ilə bağlıdır və məhkəmə yenə də hər hansı hüquqi əsası olmadan bu hissədə tələbi təmin etmişdir. İşin halları ilə müəyyən olunur ki, tərəflər arasında iki podrat müqaviləsi imzalanmış və bu müqavilələrin cəmi dəyəri 148.030 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 141.500 manat ödəniş edilmişdir. Qeyd edilən məbləğ təqdim olunan ciddi hesabat blankı olan kassa mədaxil orderləri ilə təsdiq olunur. Cavabdeh məhkəmə prosesində əlavə bir kassa məxaric orderi adlı sənəd təqdim etmiş, guya əlavə olaraq 15.000 manat ın da ödənilməsini göstərməyə çalışmışdır. İlk növbədə qeyd etmək lazımdır ki, tərəflər arasında belə bir ödəniş olmamışdır. İş üzrə sübutlarla müəyyən olunur ki, tərəflər arasındakı işgüzar praktika məhz kassa mədaxil orderinin verilməsi olmuşdur. Bu orderlər cavabdehin möhürü ilə təsdiq edilmiş, eləcə də rəhbər tərəfindən imzalanmışdır. Belə olduğu halda nəyə əsasən tərəflərin həmin praktikanı davam etdirməyib, kassa məxaric adlı adi bir kağız parçasına 15.000 manat dəyərində böyük bir ödənişi qeyd etmələri məlum deyildir. Aydın məsələdir ki, bu sənəd sonradan və sırf iddia tələbinin təmin olunması üçün tərtib olunmuşdur. Hətta sənədin adında belə səhvə yol verilmişdir. Bilindiyi kimi kassa mədaxil orderi müəssisəyə ödəniş edildiyini təsdiq etdiyi halda, məxaric orderi ödənişin müəssisəs ədən çıxdığını göstərir. Göründüyü kimi həmin sənəddə cavabdehin möhürü olmamış, hər hansı səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Həmçinin iddiaçı bu məsələyə də aydınlıq gətirə bilməmişdir ki, nəyə görə cavabdehə artıq ödəniş etmişdir. Çünki onsuz da müqavilə bağlanan zaman işlərin dəyəri müəyyən edilmiş və həmin məbləğdən artıq ödənişin edilməsi heç bir məntiqə uyğun gəlmir. İddia tələbinin üçüncü hissəsi ilə bağlı qeyd olunmalıdır ki, qarajın tavanın uçması cavabdehin təqsiri ucbatından olmamışdır. Həmin sahənin inşası məhz müqaviləyə əsasən iddiaçının tapşırıqları əsasında olmuşdur. Qarajın inşasında hər hansı hüquqa zidd, təqsirli hərəkət mövcud deyildir və bu hadisə ilə cavabdehin hərəkətləri arasında hər hansı səbəbli əlaqə yoxdur. İddiaçı zərərin vurulduğunu sübut edə bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları hüquqi cəhətdən əsaslandırmamış, araşdırılan sübutların qəbul edilməməsinin səbəbləri göstərilməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-113/2025 nömrəli mülki iş üzrə 23 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışinski) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ö dənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərcini təşkil edən 100 (yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rayon məhkəməsinə verdiyi xx.xx.2023-cü il tarixli, 10/452 saylı rəydən görünür ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış "xxxx" əsasən iddiaçıya məxsus və iddia ərizəsində qeyd edilən 0,16 ha bağ-torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilmiş, lakin inşa olunmuş yaşayış evində müxtəlif növ eləcə də gözlə görünməyən tikinti-təmir işləri aparıldığından, gizli işlərə dair aktlar, tikinti-təmir işləri ilə bağlı layihə və smeta sənədləri, qaimələr mülki iş materiallarında omadığından, həmçinin baxış zamanı təqdim edilmədiyindən, aparılmış tikinti-təmir işləri tamamlandığından, iş üzrə tərəflər arasında bağlanmış müqaviləyə əsasən aparılmış tikinti-təmir işlərin həcmi və dəyərini dəqiqliklə nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Buna görə də qərardadda qoyulmuş birinci-üçüncü suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Hər hansı tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla və ya tikilinin inşasına dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədlə ri əsasında müəyyən edilə bilər. Həmin rəyin “tədqiqat prosesinin təsviri” hissəsindən görünür ki, Mərkəzin eksperti “Əmlak Ekspert Mərkəzi" MMC-nin vermiş olduğu xx.xx.2022-ci il tarixli rəyini təsdiq edərək qaraj sahəsinin tavanının uçması nəticəsində dəymiş ziyanın 8.014,17 manat məbləğində olmasını qeyd etmişdir.

20. İddiaçı cavabdeh MMC-nin müqavilə şərtlərini pozmasını əsas gətirərək, ona artıq ödənilmiş vəsaitin və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.

21. Cavabdeh MMC isə iddiaçının sifarişi ilə onun evində dizayn layihədə nəzərdə tutulmamış əlavə işlərin görüldüyünü bildirərək iddianın rədd edilməsini xahiş edir.

22. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən evin dizayn layihəsi (eskiz layihəsi) Məhkəməyə təqdim edilmişdir. Buna görə də Məhkəmə hesab etmişdir ki, əvvəlki vəziyyət dəyişmiş, ekspertizanın keçirilməsinə mane olmuş hal aradan qalxmış, vəsatətdə qeyd edilmiş suallar əsasında iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/452 saylı rəyində ekspertin cavab verə bilmədiyi suallara aydınlıq gətirilməsi mümkün olmuşdur.

23. Apellyasiya baxışı zamanı Məhkəmə tərəfindən təkrar məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

24. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli, 10/114 nömrəli rəydə qeyd edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus və iddia ərizəsində qeyd edilən ünvanında yerlə şən 0,16 ha bağ-torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin ümumi sahəsi 292,3 kv.m təşkil edir. Hər hansı tikilinin inşa olunması üçün sərf edilmiş materialların və çəkilmiş xərclərin dəyəri, həmin tikiliyə baxış keçirilərək, ölçü işləri aparılmaqla və ya tikilinin inşasına dair tərtib edilmiş layihə-smeta, həmçinin materialların alınmasına dair qaimə sənədləri əsasında müəyyən edilə bilər. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən həmin torpaq sahəsində inşa edilmiş 124,55 kv.m mühafizə evi, qaraj və hasarın ümumi sahəsi 124,55 kv.m təşkil etdiyi müəyyən edilir. Həmin müqaviləyə əsasən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, mühafizə evi, qaraj və hasar tikilisinin tam təmirli vəziyyətdə olduğu müəyyən edilir. Həmin torpaq sahəsində qeyd edilən tikililərdən başqa tikilinin inşa olunduğu müəyyən edilmir.

25. Beləliklə tədqiq olunmuş sübutlarla tərəflər arasında bağlanmış iki podrat müqaviləsinin şərtlərinə iddiaçı (sifarişçi) tərəfindən əməl edilməsinə, yəni müqavilələr üzrə razılaşdırılmış işlərin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, cavabdeh MMC (podratçı) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi – işlərin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə görülməməsi, işlərin natamam və qüsurla görülməsi, natamam işlərin d əyərinin 45.401,04 manat, qüsurla görülmüş işlərin (qarajın tavanı) aradan qaldırılması üçün zəruri olan xərclərin dəyərinin 8.470 manat müəyyən edilməsi, hər iki müqavilə üzrə işlərin razılaşdırılmış dəyərinin 148.030 manat təşkil etməsinə baxmayaraq, iddiaçı tərəfindən ümumilikdə 156.500 manat, yəni 8.470 manat artıq ödəməsi təsdiq edilmişdir.

26. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 442, 443.1, 445.1, 445.2, 752.1, 759.1, 759.2, 762.1, 762.2, 762.3, 763.1, 764.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli,2(103)-113/2025 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün Bak ı Apellyasiya Məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti Mülki Məcəllənin 21.1, 21.2, 442, 443.1-ci, MPM-in 14.1,77.1, 88, 97.1, 102.1, 102.2, 102.3-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası inşa olunmuş evin və əlavə tikililərin iddiaçı tərəfindən təqdim edilmiş layihə smeta sənədlərinə uyğun olaraq inşa olunub-olunmaması, layihədən kənar inşa edilmiş tikililərin sahəsini, həcmini və dəyərini müəyyən etmək məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(103)-6800/2023 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti ekspertizanın keçirilməsi haqda qərardad qəbul etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçı tərəfin mübahisə edilən evə baxış keçirilməsi üçün şərait yaratmaması əsası ilə ekspertizanın aparılmasından imtina edərək məhkəmə qərardadını icrasız saxlayaraq işi məhkəməyə qaytarmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-515/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(103)-6800/2023 saylı qərardadında ekspertizanın qarşısına qoyulmuş sualların cavablandırılması üçün mülki iş təkrar olaraq AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə göndərmiş, bu dəfə də ekspert Elmar Seidov mülki işi 1 il müddətində icraatında saxladıqdan sonra xx.xx.2025-ci il tarixdə cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı ilə evə cəmi 5-6 dəqiqə baxış keçirmiş, məhkəmə kollegiyasının ekspertin qarşısına qoyduğu suallar ətrafında layihədən kənar inşa edilmiş zirzəminin, t errasın, divarların və hasarın inşası ilə bağlı heç bir ölçü işləri aparmadan, “mənə hər şey aydındır” deyib çıxıb getmiş, nəticədə də məlum olmuşdur ki, ekspert işin həqiqi hallarına və məhkəmə kollegiyasının ekspertin qarşısına qoyduğu suallara uyğun olmayan xx.xx.2025-ci il tarixli rəy verilmişdir. Ekspertin verdiyi rəyə görə müqaviləyə əsasən həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, mühafizə evi, qaraj və hasar tikilisinin tam təmirli vəziyyətdə olduğu, həmin torpaq sahəsində qeyd edilən tikililərdən başqa tikilinin inşa olunmadığına dair rəy vermiş, ümumiyyətlə məhkəmənin ekspertin qarşısına qoyduğu sualları cavablandırmamışdır. Belə ki, həmin rəylə ekspert, məhkəmənin ekspertin qarşısına qoyduğu 1-ci suala cavab olaraq, mübahisənin predmeti olan iddiaçıya məxsus evin ümumi sahəsinin 292,3 kv.m olması müəyyən edilmiş, halbuki iş materiallarına əlavə edilmiş iddiaçının məhkəməyə təqdim etdiyi layihə smeta sənədləri və daha öncəki verilmiş ekspert rəyi ilə, layihədən əlavə inşa edilmiş zirzəminin, terrasın və hasarın sahəsi və ölçüləri nəzərə alınmadan, evin ümumi sahəsinin inşası 389 kv.m olması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının ekspertin qarşısına qoyduğu 2-ci, 3-cü, 7-ci və 8-ci suallarına cavab olaraq ekspert qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizasının fəaliyyətinə aid olmadığına istinad edərək həmin suallara cavab verməkdən imtina etmişdir. Halbuki məhkəmə kollegiyasının qərardadda ekspertin qarşısına qoyduğu 2, 3, 7 və 8-ci sualları ilə görülmüş işlərin dəyəri ilə yanaşı “yaşayış evin inşası ilə bağlı görülmüş işlərin nədən ibarət olması, y aşayış evi tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş dizayn layihə (eskiz lahiyə) sənədləri əsasında inşa edilmişdirmi?”, “lahiyədən kənar inşa edilmiş tikililər və görülmüş işlər evin hansı hissələrində müəyyən olunur?”, ”evin lahiyə sənədlərində müqavilədən kənar uzunluğu 87 metr, hündürlüyü 2 metr iki hasarın sökülməsi və yerində uzunluğu 87 metr, hündürlüyü 3 metr olan hasarın inşa edilməsi nəzərdə tutulmuşdurmu?” kimi məhkəmə-tikinti ekspertizanın səlahiyyətləri aid olan suallar qoyulmuş olsa da, ekspert məqsədli şəkildə həmin suallara cavab verməmişdir. Eyni zamanda ekspert məhkəmə kollegiyası qərardadın 4-cü və 6-cı sualları ilə “tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçıya məxsus Nardaran qəsəbəsi,1247 saylı bağ sahəsində mühafizə evi, qara j və hasarın ümumi sahəsinin və həmin sahələrin ümumi həcmi nə qədər təşkil etməsi “kimi sualların da qiymətləndiricinin yox, məhz ekspertin səlahiyyətlərinə aid olduğu halda, həmin suallar üzrə rəy verməməsi ekspertin işin həqiqi hallarına uyğun olmayan rəy verməkdə maraqlı olmasına dəlalət edir. Bu əsasla da işin həqiqi hallarını, cavabdehin eskiz lahiyə sənədlərində göstərilmiş tikinti işlərin həcmini və ölçülərini müəyyən edilməsi üçün iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2(103)-6800/2023 saylı qərardadında ekspertizanın qarşısına qoyulmuş sualların cavablandırılması üçün mülki işin təkrar olaraq AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi dair vəsatəti məlum olmayan səbəblərdən təmin edilməmiş, əksinə qətnamənin əsaslandırıcı hissəsində məhkəmə kollegiy ası birinci instansiya məhkəməsinə iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş halları əsas götürməklə tədqiq olunmuş sübutlarla tərəflər arasında bağlanmış iki podrat müqaviləsinin şərtlərinə iddiaçı (sifarişçi) tərəfindən əməl edilməsinə, yəni müqavilələr üzrə razılaşdırılmış işlərin dəyərinin iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, cavabdeh MMC (podratçı) tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi – işlərin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə görülməməsi, işlərin natamam və qüsurla görülməsi, natamam işlərin dəyərinin 45.401,04 manat, qüsurla görülmüş işlərin (qarajın tavanı) aradan qaldırılması üçün zəruri olan xərclərin dəyərinin 8.470 manat müəyyən edilməsinə istin ad edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

29. Aparılan məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya instansiya məhkəməsində də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi – işlərin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə görülməməsi, işlərin natamam və qüsurla görülməsi, natamam işlərin dəyərinin 45.401,04 manat, qüsurla görülmüş işlərin (qarajın tavanı) aradan qaldırılması üçün zəruri olan xərclərin dəyərinin 8.470 manat müəyyən edilməsini təstiq edən heç bir subut və dəlil məhkəməyə təqdim etməmişdir. Bu əsasla da hesab edir ki, nə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatında, nə də ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025 -ci il tarixli ekspert rəyi ilə mübahisə edilən fərdi yaşayış evin və köməkçi sahələrin (qaraj, mühafizə otağı və s.)hansı hissəsinin layihə və smeta sənədləri əsasında inşa edilməsi, hansı tikililərin layihədən kənar inşa edilməsinə dair tədqiqat aparılmadığından, məhkəmə kollegiyasının cavabdehin podrat müqaviləsi əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinə dair gəldiyi nəticə əsaslı sayıla bilməz.

30. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin tam başa çatdırılmamasının səbəbi iddiaçı tərəfindən layihə üzrə işlərin görülməsi üçün ödənilmiş vəsait hesabına iddiaçının təklifi ilə layihədən kənar işlərin görülməsi və iddiaçı həmin işlərin dəyərini ödəyəcəyinə dair vəd etmiş olsa da sonrad an ödəməkdən imtina etməsi ilə bağlı olmuş, müqavilədən kənar inşa edilmiş tikililərin mövcudluğunu müəyyən etmək üçün iş üzrə məhkəmə qərardadı əsasında 2 dəfə mülki iş ekspertizaya göndərilmiş olsa da, ekspertin həmin sualları cavablandırmaması, nəticədə də məhkəmə kollegiyasının həmin halların tam və hərtərəfli araşdırmadan gəldiyi nəticə AR MPM-nin 14.1,77.1 və 88-ci maddələrinin pozulması ilə nəticələnmişdir

31. Hesab edir ki, məhkəmə kollegiyası məhkəmənin ekspertin qarşısına qoyduğu yuxarıda istinad edilmiş suallara kifayət qədər aydın və ya natamam cavablandırması ilə əlaqədar iş üzrə təkrar ekspertizanın kecirilməsi haqda vəsatətini təmin etməməkdə haqlı olmamış, işin həqiqi halların araşdırılmasına nail olmadan əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

32. Apellyasiya instansiy a məhkəməsi mübahisənin həlli ilə bağlı verilmiş mütəxəssis və ekspert rəylərinin natamam və kifayət qədər əsaslı olmadığı təqdirdə əlavə və ya təkrar məhkəmə ekspertizasının keçirilməsi qanunla nəzərdə tutulduğu, ən azından rəyi vermiş eksperti məhkəmə iclasında izah verilməsi üçün dəvət etmək mümkün olduğu halda bütün bunlara əhəmiyyət vermədən şəxsi mülahizələrinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun hesab edilməməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzi nin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmad ıqda bu qayda qüvvədə olmur.

38. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

40. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

41. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını ver məli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 42. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

43. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

44. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

45. Mad də 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

46. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

47. Maddə 764.1. Əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

53. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

54. Maddə 102.3. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Ma ddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

60. Maddə 418.

1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə məcmu şəkildə hüquqi qiymət verərək qeyd edir ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən apellyasiya instansiyası məhkəməsinin 19 dekabr 2023-cü il tarixli 2(103)-6800/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və cavab verilməsindən ötrü ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqaviləyə əsasən ünvan ünvanında mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin ümumi sahəsi nə qədər təşkil edir? - Həmin fərdi yaşayış evində görülmüş işlər nədən ibarətdir və görülmüş işlərin dəyəri nə qədər təşkil edir (müqavilənin 2.3- cü bəndində nəzərdə tutulmuş tikinti zamanı istifadə olunması nəzərdə tutulmuş materialların: Beton M-350, Armatur VSC (marka-A500), kubik (Nardaran daşı) sement (NORM, HOLCİM), dam örtüyü (Fin şiferi) bazar dəyəri nəzərə alınmaqla)? - Həmin fərdi yaşayış evinin zirzəmi si nəzərə alınmaqla və alınmamaqla ayrıayrılıqda dəyəri nə qədər təşkil edir (müqavilənin 2.3-cü bəndində nəzərdə tutulmuş tikinti zamanı istifadə olunması nəzərdə tutulmuş materialların: Beton M-350, Armatur VSC (marka-A500), kubik (Nardaran daşı) sement (NORM, HOLCİM), dam örtüyü (Fin şiferi) bazar dəyəri nəzərə alınmaqla)? - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsasən ünvan ünvanında mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində inşa edilmiş mühafizə evi, qaraj və hasarın ümumi sahəsi nə qədər təşkil edir? Görülmüş işlər nədən ibarətdir və onların dəyəri nə qədər təşkil edir? - İddiaçı Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsasən ünvan ünvanında mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində, mühafizə evi, qaraj və hasarlarda bağlanmış m üqavilələrə əsasən yarımçıq qalmış işlər varmı, əgər varsa həmin yarımçıq qalmış işlərin həcmi və dəyəri nə qədər təşkil edir? - İddiaçı Cavabdeh MMC arasında bağlanmış müqavilələrə əsasən ünvan ünvanında mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində fərdi yaşayış evi, mühafizə evi, qaraj və hasardan başqa hansı tikililər inşa olunub? Müsbət halda həmin işlərin həcmi və dəyəri nə qədər təşkil edir? - Həmin fərdi yaşayış evi tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş dizayn layihə (eskiz layihə) əsasında inşa edilmişdirmi? Layihədən kənar əlavə inşa edilmiş tikililər və görülmüş işlər evin hansı hissələrində müəyyən olunur və görülmüş həmin işlərin dəyəri nə qədər təşkil edir? - İddiaçı Cavabdeh MMC arasında bağlanmış müqavilələrdən kənar uzunluğu cəmi 87 metr, hün dürlüyü 2 metr olan 2 ədəd hasarın sökülməsi və yerində uzunluğu cəmi 87 metr, hündürlüyü 3 metr olan yeni 2 ədəd hasarın inşa edilməsinə sərf edilmiş vəsait nə qədər təşkil edir?

65. İşin apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi tərəfindən evin dizayn layihəsi (eskiz layihəsi) məhkəməyə təqdim edilmişdir.

66. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2025-ci il tarixli ekspert rəyində 64-cü bənddə qeyd edilmiş cavab verilməsindən ötrü ekspertiza qarşısında qoyulmuş suallara tam və dolğun cavablar verilməməklə bərabər, suallardan “Həmin fərdi yaşayış evi tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş dizayn layihə (eskiz layihə) əsasında inşa edilmişdirmi? Layihədən kənar əlavə inşa edilmiş tikililər və görülmü ş işlər evin hansı hissələrində müəyyən olunur?” sualına ümumiyyətlə cavab verilməmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi ekspert rəyi natamam olsa da müvafiq prosessual hərəkətlər etməmiş, həmçinin cavabdehin işin hallarını, eskiz layihə sənədlərində göstərilmiş tikinti işlərinin həcminin və ölçülərinin müəyyən edilməsi üçün iş üzrə 19 dekabr 2023-cü il tarixli qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə vəsatətini təmin etməmiş və bu mövqeyini də prosessual hüquq normalarının tələbinə uyğun əsaslandırmamışdır. Beləliklə də, Azərbaycan Respublikasının MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinin tələbini pozmuşdur.

67. Azərbaycan Respubl ikasının MPM-in 102.1-ci maddəsinin ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

68. Həmçinin həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

69. Kassasiya kollegiyası bildirir ki, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olarkən cavabdeh məhkəməyə ekspertiza təyin edilməsi haqqında vəsatətə vermiş, həmin vəsatətdə müqavilədən kənar görülmüş işlər bəndlərlə qeyd edilmişdir. Vəsatət məhkəmənin 19 dekabr 2023-cü il tarixli iclasında müzakirə e dilərkən iddiaçının vəkili və nümayəndəsi vəsatətin 4-cü bəndi ilə razılaşdıqlarını, 2313 manata görə ekspertiza təyin edilməsini istəmədiklərini bildirmişdir (mülki iş, İİ cild iş v. 48-50-məhkəmə iclasının protokolu). Lakin apellyasiya instansiyası məhkəməsi həmin izahata da Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.

70. Yuxarıda göstərilən qaydada apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbinin pozulması düzgün olmayan məhkəmə qətnaməsi qəbul edilməsi ilə nəticələnmişdir. Prosessual hüquq normaları qətnamənin ləğvinə əsas olacaq şəkildə pozulduğuna görə maddi hüquq normalarının da düzgün tətbiq edildiyi qənaətinə gəlmək mümkün deyil.

71. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik pri nsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

72. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqument i və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi...

73. Yuxarıda şərh edilənlərə görə də kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-113/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən yuxarıda şərh edilən nöqsanlar aradan qaldırılmaqla maddi və prosessual hüquq normalarının tələbin ə uyğun qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)113/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar