Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-870/2025 05.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ilk və Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: müqavilə münasibətlərindən irəli gələn mübahisələr, müqavilənin standart şərtlərinin etibarsızlığı, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi barədə ilk və Cavabdeh MMC-nin İddiaçı qarşı müqavilənin etibarsız hesab edil məsi barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 sentyabr tarixli 2-2(103)-825/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları 1. "xxxx" MTK və İddiaçı (idarə edən) arasında 2016-cı il 1 iyul tarixində "xxxx" müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK, inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə 190 və 190 A ünvanında yerləşən çoxmənzilli evlərin idarə olunması ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə MTK-nın inşa etdiyi çoxmənzilli evləri ondan qəbul edib müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə etməyi öhdəsinə götürmüşdür. 2. 2019-cu il 1 iyun t arixində MTK və idarə edən arasında 2016-cı il 1 iyul tarixli müqaviləyə bağlanmış Əlavə sazişə görə MTK, saziş bağlananadək inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 3166-cı məhəllə 192, 194, 192A, 192B, 192C, 190B və 190C ünvanında yerləşən çoxmənzilli evlərin idarə olunması ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə MTK-nın inşa etdiyi çöxmənzilli evləri ondan qəbul edib 2016-cı il 1 iyul tarixli müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə etməyi öhdələrinə götürmüşdür.
3. İddiaçı ilə Cavabdeh MMC arasında 2021-ci il 19 noyabr tarixli qarşılıqlı əməkdaşlıq haqqında UM-095 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 190, 190A, 190B, 190C, 192, 194, 192A, 192B, 192C ünvanında yerləşən “Yaşayış kompleksi”də sakinlərə Cavabdeh MMC tərəfindən fiber-optik kabel ilə kabelləşməsinin təşkili, nəzərdə tutulan yerlərdə avadanlıqların yerləşdirilməsi və yaşayış binalarında yaşayan sakinlərə internet, televiziya və digər xidmətlərin göstərilməsinə şərait yaratmağı, MMC isə bunun qarşılığında binaların idarəçisinə (İddiaçı) binalarda yerləşən hər bir mənzilə görə birdəfəlik 3 manat və onun şəbəkəsinə qoşulmuş hər bir aktiv abunəçiyə görə hər ay üçün abunəçilərin ödədiyi aylıq abunə haqqından “Təşkilata” ƏDV daxil olmaqla aylıq abunə haqqının 15%-i məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “İddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “MMC”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci il 19 noyabr tarixli UM-095 nömrəli müqaviləyə əsasən 23.349,99 manat məbləğində borcun və 160,05 manat məbləğində dövlət rüsumunun MMC-dən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, müqavilənin 3.1-ci bəndinə əsasən, MMC yaşayış kompleksi tam hazır edilərək istismara verildikdən sonra orada yerləşən hər bir mənzil üçün birdəfəlik 3 manat, habelə şəbəkəyə qoşulmuş hər bir aktiv abunəçiyə görə abunəçilərin ödədiyi aylıq abunə haqqının ƏDV daxil olmaqla 15 faizi məbləğində İddiaçı aylıq ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda isə MMC tərəfindən müqavilə üzrə bağlanmış 2024cü il ərzində müvafiq olaraq 19 fevral tarixli AC24-010121 nömrəli akt üzrə 1.952,76 manat, 20 may tarixli AC 24-040133 nömrəli akt üzrə 2.009,98 manat, 21 iyun tarixli AC24-050138 nömrəli akt üzrə 1.962,04 manat, 16 iyul tarixli AC24-060129 nömrəli akt üzrə 1.991 manat, 16 avqust tarixli AC24-070127 nömrəli akt üzrə 1.900,02 manat, 17 sentyabr tarixli AC24080129 nömrəli akt üzrə 2.304,71 manat, 15 oktyabr tarixli AC24-090137 nömrəli akt üzrə 2.421,47 manat, 15 noyabr tarixli AC24-100145 nömrəli akt üzrə 2.454,76 manat və 16 dekabr tarixli AC24-110147 nömrəli akt üzrə 2.412,32 manat olmaqla, İddiaçı ümumilikdə 19.409,06 manat məbləğində borc yaranmışdır. Həmçinin MMC-nin müqavilə üzrə 2024-cü il 14 mart tarixli AC24-020125 nömrəli təhvil-təslim aktına əsasən 1.954,41 manat və 19 aprel tarixli AC24-030125 nömrəli təhvil-təslim aktına əsasən 1.986,52 manat məbləğində borcu yaranmışdır.
6. MMC iddi aya etiraz etmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – “Mənzil Məcəlləsi”) 109.5-ci maddəsinin tələblərinə baxmayaraq, çoxmənzilli binada mülkiyyətçilərin əlli faizindən çoxu mülkiyyət hüququ əldə etsə də, MTK ləğv edilərək MMMC-yə çevrilməmişdir. Mənzil Məcəlləsinin 122.1.1 və 122.2.1-ci maddələrinə əsasən çoxmənzilli binanın idarə olunması və ümumi əmlakının istifadəyə verilməsi barədə müqavilələrin bağlanılması səlahiyyəti yalnız MMMC-yə məxsusdur və bu cür müqavilələr hüquqi şəxsin öz adından bağlanmalıdır. Mübahisəli müqavilə isə çoxmənzilli binanın ümumi sahəsinin cavabdehin istifadəsinə verilməsinə dair olmaqla MTK və ya MMMC tərəfindən deyil, iddiaçı tərəfindən bağlanmışdır. Bu səbəbdən iddiaçının istinad etdiyi müqavilə üzrə tələb irəli sürmək hüququ mövcud olmadığından, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir.
7. Həmçinin MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçıla arasında bağlanılmış 2021-ci il 19 noyabr tarixli UM-095 nömrəli “Qarşılıqlı əməkdaşlıq haqqında” müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi tam başa çatdıqdan və yaşayış və qeyri-yaşayış sahələrinin əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində MTK-nın qanunla müəyyən edilmiş qaydada ləğv edilməsi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməsi barədə qərar qəbul edilməl i və zəruri qeydiyyat tədbirləri görülməlidir. Sözügedən çoxmənzilli binada mülkiyyət hüquqlarının əlli faizdən çoxu əldə edilsə də, MTK ləğv edilməmiş və ya MMMC-yə çevrilməmişdir ki, bu hal müqavilələrin bağlanılması zamanı cavabdehə məlum olmamış, yalnız məhkəmə araşdırmaları zamanı aşkar edilmişdir. Bu səbəbdən MTK-nın çoxmənzilli binanın ümumi əmlakı ilə bağlı qərar vermək və müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Mənzil Məcəlləsinin 122-ci maddəsindən göründüyü kimi, çoxmənzilli binanın idarə edilməsi və ümumi əmlakın istifadəyə verilməsi barədə müqavilə bağlamaq hüququ yalnız MMMC-yə məxsusdur və bu səlahiyyət nə MTK-ya, nə də MTK ilə idarəetmə müqaviləsi bağlamış iddiaçıya aid deyildir. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsində MTK-nın ləğv edilməməsi və ya MMMC-yə çevrilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur ki, bu da MTK-nın fəaliyyətinin qanunsuz olduğunu təsdiq edir. Qanunsuz fəaliyyət isə mülki hüquqi nəticələr yarada bilməz. Bu baxımdan MTK ilə İddiaçı arasında bağlanılmış idarəetmə müqaviləsi əhəmiyyətsiz olmaqla hüquqi nəticə doğurmur və həmin müqavilə əsasında İddiaçı ilə MMC arasında bağlanılmış qarşılıqlı əməkdaşlıq müqaviləsi də qanunvericiliyə ziddir. Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci il 2 aprel tarixli Qərarında göstərildiyi kimi, qanunvericiliyin imperativ tələblərinə zidd olaraq bağlanılmış əqdlər bağlandığı andan etibarən özlüyündə etibarsızdır və məhkəmələr tərəflərin tələbindən asılı olmayaraq belə əqdlərin əhəmiyyətsizliyini nəzərə almalıdır. Buna görə də MTK-nın qanunsuz fəaliyyəti əsasında İd diaçı ilə MMC arasında bağlanılmış qarşılıqlı əməkdaşlıq müqaviləsi əhəmiyyətsiz hesab edilməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il 26 may tarixli e-2-2(113)-2526/2025 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, 2021-ci il 19 noyabr tarixli UM-095 nömrəli müqavilə üzrə 19.409,06 manatın, dövlət rüsumunun əvəzi olaraq 148,23 manatın MMC-dən tutularaq İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın təmin edilməməsi qət olunmuşdur (hakim – K.Hüseynov).
10. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə birgə fəaliyyət (xidmət) haqqında müqavilə kimi qiymətləndirilməlidir və müqavilənin predmeti MMC tərəfindən binada sakinlərə internet xidmətinin göstərilməsi, bunun əvəzində isə binanın idarəçisinə müəyyən haqqın ödənilmə sindən ibarətdir. Mülki qanunvericilikdə birgə fəaliyyət (xidmət) münasibətlərini birbaşa tənzimləyən xüsusi norma mövcud olmadığından, mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra “MM”) 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Qanunun tələblərindən göründüyü kimi, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir, imperativ normalardan kənara çıxılmasına yol verilmir, lakin dispozitiv normalar tərəflərin razılaşması ilə dəyişdirilə və ya mülki qanunvericiliklə birbaşa tənzimlənməyən münasibətlər MM-ə zidd olmamaq şərti ilə müqavilə ilə tənzimlənə bilər.
11. Hazırkı iş üzrə müqavilədə tərəflər öz hüquq və öhdəliklərini müəyyən etmiş və müqavilədən irəli gələn öhdəlik münasibətlərini birbaşa razılaşma ilə tənzimləmiş lər ki, bu halda mübahisəyə də məhz həmin razılaşma əsasında qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edildiyi kimi, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir. Məhkəmə, həmçinin, mülki dövriyyənin sabitliyini təmin edən əsas prinsiplərdən biri olan “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipinə istinad etmiş, MM-in 425-ci maddəsinə uyğun olaraq tərəflərin öhdəlikl əri vicdanlılıq, müqavilə şərtləri və qanunun tələblərinə uyğun şəkildə icra etməli, müqavilənin məqsədinə çatmağa mane olan hərəkətlərdən çəkinməli olduqlarını vurğulamışdır.
12. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MTK tərəfindən inşa edilmiş qeyd olunmuş ünvanlarda yerləşən binalara dair İddiaçı idarəçi təyin edilmişdir. MMC də, onunla 2021-ci il 19 noyabr tarixində müqavilə bağlamış və uzun müddət qeyd edilmiş müqavilə üzrə ona pul ödəmişdir. Bu isə, o nəticətə gəlmək üçün əsas verir ki, MMC müqavilə üzrə kontragent kimi İddiaçı tanımış və onunla qeyd edilmiş olan bütün halları bilərək, müqavilə bağlamış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır. Ona görə də, məhkəmə hesab etmişdir ki, müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hazırda hər hansı bir əsas mövc ud deyildir və qarşılıqlı iddia əsassızdır.
13. İddiaçı tərəfindən MMC-yə 2024-cü il 16 avqust tarixli (2024-cü ilin yanvar, aprel, may, iyun aylarının xidmət haqqı üzrə) dəyəri 7.915,78 manat olan, 2024-cü il 6 dekabr tarixli (2024-cü ilin iyul, avqust, sentyabr aylarının xidmət haqqı üzrə) dəyəri 6.626,2 manat olan, 2025-ci il 15 yanvar tarixli (2024-cü ilin oktyabr, noyabr aylarının xidmət haqqı üzrə) dəyəri 4.867,08 manat olan elektron qaimə göndərilmişdir. Göründüyü kimi, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 19.409,06 manat təşkil edir. Məhkəmə iclasında yuxarıda qeyd edilmiş elektron qaimələrdə göstərilmiş aylar üzrə müvafiq xidmətlərin göstərilibgöstərilməməsi MMC-dən soruşulmuş, sonuncu da müvafiq xidmətlərin göstərildiyini qəbul etmişdir.
14. Həmçinin, İddiaçı tərəfin dən MMC-yə 2024-cü il 8 may tarixli dəyəri 3.940,93 manat olan elektron qaimə göndərilmişdir. MMC isə qeyd edilmiş elektron qaimə üzrə 3.940,93 manat pulun ödənilməsi ilə bağlı 2024-cü il 14 may tarixli ödəniş qəbzini əlavə etmişdir. Bundan sonra İddiaçı tərəf qeyd edilmiş elektron qaimə üzrə borcun qalmadığını bildirmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş cəmi 19.409,06 manat təşkil edən elektron qaimələr üzrə xidmətlər göstərilsə də, MMC tərəfindən qeyd edilmiş məbləğdə pul ödənilməmişdir. Ona görə də, 19.409,06 manat məbləğində pul MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 11.1, 337.1-337.3, 340.1, 340.2, 390.1, 390.4, 425, 442-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – "xxxx") 14.1, 14.2, 77.1, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. MMC apellyasiya şikayəti verərək həmin qətnamənin ilk iddianın təmin olunmuş hissədə ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 sentyabr tarixli 2-2(103)-825/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – E.Həsənov, hakimlər – S.Cəfərov və T.Qocayev).
18. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı mübahisə üzrə ilkin iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtləri təhlil olunmalıdır. İşin faktiki hallarından, İddiaçı MMC ilə birgə fəaliyyət haqqında müqavilə bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, İddiaçı tərəfindən müvafiq binalarda sakinlərə MMC tərəfindən internet xidmətinin göstərilməsinə şərait yaradılmasının müqabilində, MMC tərəfindən binaların idarəçisinə (İddiaçı) müəyyən məbləğdə haqq ödənilməlidir.
20. Belə olan halda, ilk iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin qanunla qadağan olunmayan digər müqavilə öhdəlikləri ilə bağlı müddəaları nəzərdən keçirilə bil ər və nəzərə alınmalıdır ki, binalarda sakinlərə MMC tərəfindən internet xidmətinin göstərilməsinə şərait yaratdığını sübutetmə yükü ilk iddiaçının, bunun müqabilində razılaşdırılmış haqqı ilk iddiaçıya ödədiyini sübutetmə yükü isə ilk iddia üzrə cavabdehin üzərinə düşür.
21. İddiaçı öz öhdəliyini yerinə yetirdiyi və 2024-cü il 16 avqust tarixli (2024-cü ilin yanvar, aprel, may, iyun aylarının xidmət haqqı üzrə) dəyəri 7.915,78 manat olan, 2024-cü il 6 dekabr tarixli (2024-cü ilin iyul, avqust, sentyabr aylarının xidmət haqqı üzrə) dəyəri 6.626,2 manat olan, 2025-ci il 15 yanvar tarixli (2024-cü ilin oktyabr, noyabr aylarının xidmət haqqı üzrə) dəyəri 4.867,08 manat olan (cəmi 19.409,06 manat) elektron qaimələrdəki xidmətləri MMC-yə göstərdiyi mübahisələndirilmədiyindən, İddiaçı sübutetmə yükündən azad olunmuş sayılır.
22. MMC isə qeyd olunan xidmət haqqını ödəmiş olduğunu sübuta yetirə bilməmişdir. Belə ki, işin hallarından, MMC tərəfindən yalnız İddiaçı ona 2024-cü il 1 fevral - 31 mart dövrü üçün 2024-cü il 8 may tarixində göndərdiyi 3.940,93 manat məbləğindəki elektron qaimə üzrə 2024-cü il 14 may tarixində ödəniş həyata keçirdiyi müəyyən olunmuşdur.
23. Bu baxımdan kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi İddiaçı iddia tələbi üzrə düzgün nəticəyə gəlmişdir.
24. İddiaçı ilə bağlanmış müqavilənin etibarlı olmadığı barədə MMC-nin irəli sürdüyü arqumentlər və müvafiq qarşılıqlı iddia tələbi isə əsaslı hesab oluna bilməz.
25. Belə ki, MM-də əqdə verilmiş anlayışdan göründüyü kimi, əqdin əmələ gəlməsi üçün iki əsas qurucu ünsür – iradə ifadəsi və iradənin yö nəldiyi hüquqi nəticə mövcud olmalıdır. Bu qurucu ünsürlərdən hər hansı biri olmadıqda əqd varlıq qazanmır, hüquq münasibəti yaranmır və belə halda əqd mövcud hesab edilmir. Bu baxımdan, qurucu ünsürlərində əksiklik olan əqd bağlanmış sayılmır, qurucu ünsürlər tam olduğu, lakin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlər çatışmadığı halda isə əqd etibarsız hesab olunur. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli subyektlərin iştirakı, iradə və iradə ifadəsinin vəhdəti, eləcə də əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğunluğu vacibdir. MM-in 337-ci maddəsinə əsasən, əqdlərin etibarsızlığı iki növə ayrılır: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər.
26. Qarşılıqlı iddia tələbi ilə bağlı kollegiya qeyd etmişdir ki, çoxm ənzilli binanın idarə edilməsi üsulunun seçilməsi qaydası Mənzil Məcəlləsinin 141-ci maddəsində açıqca göstərilmişdir. Binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşk ilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar.
27. Göründüyü kimi qanunverici, çoxmənzilli binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmiş, onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur.
28. Hazırkı iş üzrə, "xxxx" MTK-nın inşa etdiyi binaların sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Faktiki vəziyyət isə ondan ibarətdir ki, binaları inşa etmiş "xxxx" MTK binaların idarəçiliyini məhz İddiaçı həvalə etmişdir və binalarda idarəçiliyin faktiki olaraq İddiaçı tərəfindən həyata keçirildiyi, binaları n sakinlərinin onun xidmətlərindən yararlanmaları işin mübahisəsiz halıdır. Bu hal ona dəlalət edir ki, sahə mülkiyyətçiləri binanın idarəçiliyini məhz İddiaçı tapşırmışlar. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. MMC də məhz İddiaçıla 2021-ci il 19 noyabr tarixində müqavilə bağlamış və uzun müddət həmin müqavilə üzrə ona pul ödəmişdir. Bu isə, o nəticəyə gəlmək üçün əsas verir ki, MMC müqavilə üzrə kontragent kimi İddiaçı tanımış və uzun müddət müqavilə üzrə göstərilmiş xidmətlərdən faydalanmışdır.
29. Göstərilənlərə əsasən kollegiya hesab etmişdir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1-337.5, 354.2, 358, 385.1, 386.1, 390.1, 404.1, 404.2, 425.1, 442, 448.1, 560.1, 1087.1, 1087.2, 1090.1-ci; Mənzil Məcəlləsinin 109.5, 141.2-141.5-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 3.1-3.4-cü bəndlərinə istinad etməklə əsaslandırmışdır.
31. MMC kassasiya şikayəti verərək, həmin qətnamənin ilk iddianın təmin və qarşılıqlı iddianın rədd olunmuş hissələrində ləğv edilməsi; ilk i ddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Məhkəmə tərəflər arasında imzalanmış əqdin etibarsızlığı ilə bağlı irəli sürülmüş mövqeyə hüquqi qiymət verməmiş, yalnız iddiaçı ilə cavabdeh arasında müqavilə üzrə ödənişlərin həyata keçirilməsini əsas götürərək iddiaçını müqavilə tərəfi kimi tanıdığını bildirmişdir. Halbuki, İddiaçı ilə MMC arasında müqavilə imzalanan zaman həmin binada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti mövcud olmamış, bu isə iddiaçının cavabdehə alternativ seçim təqdim etmədiyini göstərmişdir. Bununla yanaşı, iddiaçı göstərilən müqaviləni bağlamaq səlahiyyətinin olmadığını bildiyi halda həmin müqaviləni bağlamışdır. Beləlikl ə, işə baxan məhkəmə göstərilən hallara hüquqi qiymət verməməklə və əqdin etibarsızlığı məsələsini araşdırmadan qərar qəbul etməklə maddi hüquq normalarının tələblərini pozmuşdur.
33. Mənzil Məcəlləsinin 109.5, 122.1.1 və 122.2.1-ci maddələri üzrə - qanunvericiliyin tələblərinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqın da qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Eyni zamanda, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilələr, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri, kommunal xidmətlərin göstərilməsi və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq, ümumi əmlakın bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək hüququna malikdir. Göründüyü kimi, iddiaçı tərəfindən Mənzil Məcəlləsinin qeyd olunan tələbləri pozulmuş, binanın idarəçiliyini həyata keçirmək hüququ olmadığı halda bu cür müqavilələr bağlanmaqla özünə gəlir əldə edilmişdir. Halbuki, göstərilən yaşayış binaları üzrə mülkiyyətçilərin müştərək cəmiyyəti yaradılmalı və ümumi istifadədə olan yerlərlə bağlı müqavilələr məhz həmin cəmiyyətlərlə bağlanmalı idi. Bununla belə, iş üzrə məhkəmə göstərilən maddi hüquq normalarının tələblərinə əməl etməmiş, binanın idarəçiliyi ilə bağlı səlahiyyətlərin kimə məxsus olduğunu araşdırmadan və iddiaçının hüquq qabiliyyətini qiymətləndirmədən iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul etmişdir.
34. MPM-in 217.1-ci maddəsi üzrə - yuxarıda göstərilən hallar nəzərə alındıqda, ilk iddianın təmin edilməsi üçün maddi hüquqi əsasların mövcud olmadığı, qarşılıqlı iddianın təmin edilməsi üçün isə kifayət qədər əsasların olduğu aşkar olduğu halda, məhkəmə tərəfindən ilk iddia təmin edilmiş, qarşılıqlı iddia isə təmin edilməmişdir. Bununla da MPM-in sözügedən maddəsinin tələblərini pozmaqla qanunsuz və əsassız q ətnamə qəbul etmişdir.
35. MPM-in 385.1.1-ci maddəsi üzrə - birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi həmin hüquq pozuntularını aradan qaldırmamış, birinci instansiya məhkəməsinin qanunsuz və əsassız məhkəmə aktını ləğv etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, 2016-cı il 1 iyul tarixli müqavilə və 2019-cu il 1 iyun tarixli ‘lavə ilə "xxxx" MTK tərəfindən inşa edilmiş binaların idarə edilməsi İddiaçı həvalə edilmiş, bu səlahiyyət əsasında onunla MMC arasında 2021-ci il 19 noyabr tarixində qarşılıqlı əməkdaşlıq haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MMC yaşayış kompleksində internet və digər xidmətlər göstərmiş, müqavilə uzun müddət icra edilmiş, MMC müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirmiş, lakin sonradan təhvil-təslim aktlarını imzalamaqdan və elektron qaimə-fakturalar üzrə ödənişləri həyata keçirməkdən imtina etmiş, nəticədə ümumilikdə 19.409,06 manat borc yaranmışdır. MMC-nin “səlahiyyət olmadan müqavilə bağlanması” və “müqavilənin yalnız mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti ilə bağlanmalı olması” barədə arqumentləri faktiki hallar və hüquq normaları ilə ziddiyyət təşkil edir. İddiaçı idarəçi səlahiyyəti 2016 və 2019-cu il sənədləri ilə təsdiqlənmiş, MMC bu səlahiyyəti tanıyaraq müqaviləni könüllü bağlamış və uzun müddət icra etmişdir. Müqavilə MM-in 390.1 və 390.4-cü maddələrinə uyğun olaraq bağlanmış qarışıq (xidmət və əməkdaşlıq) müqaviləsidir və “pact a sunt servanda” prinsipi tətbiq edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə faktiki halları və sübutları düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir. Kassasiya baxışının hədləri
37. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır. Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
5. Mülki hüquq münasibətlərinin subyektləri 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.” “Maddə
14. Mülki hüquqların və vəzif ələrin əmələ gəlməsi 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.” “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. e tibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “Maddə
358. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.” “Maddə
404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətl əri nəzərə alınır.” “Maddə
425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
448. Öhdəliklərin icra edilməməsi üçün b orclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.” “Maddə
560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.”
39. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
109. Mənzil-tikinti kooperativləri 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.” “Maddə
141. Çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən i darə edilmə. 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilə rinin nəzərinə çatdırılmalıdır. 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir.”
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları nda aşağıdakılar nəzərdə tutulur: “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
42. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü m addəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
43. Kassasiya şikayətində göstərilən dəlillər isə əsaslı hesab edilə bilməz.
44. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
45. Əlavə olaraq kollegiya qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunan hallarına görə cavabdeh tərəflər arasında bağlanmış müqavilə üzrə kontragent kimi iddiaçını tanımış, uzun müddət müqavilə üzrə göstə rilmiş xidmətlərdən faydalanmış və ödənişlər həyata keçirmişdir.
46. Hazırda isə cavabdeh özünün iştirakçı olmayan hüquq münasibətlərinin pozulmasına istinad edərək həmin müqaviləni mübahisələndirir. 47. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 aprel tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd etmişdir ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Az ərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısını n alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Məlum olduğu kimi, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu səbəbdən onu bağlamış şəxsin həmin müqaviləni təsdiq etməsi (icra etməsi), əhəmiyyətsiz əqdin hüquqi qüvvə əldə etməsi kimi deyil, eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Əhəmiyyə tsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisələndirilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqd bağlandığı andan etibarlı hesab edilir. Bu mənada həmin əqd onu mübahisələndirmək hüququna malik olan şəxs tərəfindən təsdiq edildiyi təqdirdə, o, özünün mübahisə etmək hüququndan məhrum olur və əqd bağlandığı andan etibarlı olaraq qəbul edilir. Təsdiqetmə o zaman etibarlı sayıla bilər ki, əqd ictimai mənafeyə və əxlaq normalarına zidd olmasın. Eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan sui-istifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir.
48. Bu baxımdan kollegiya qeyd edir ki, hazırda cavabdeh tərəfindən müqavilənin mübahis ələndirilməsi mülki hüquqların vicdanla həyata keçirilməsi prinsipinə ziddir və mübahisə ilə bağlı apellyasiya instansiya məhkəməsinin hüquqi dəyərləndirməsi yuxarıda göstərilən hüquqi mövqeyə uyğundur.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
50. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 9 sentyabr tarix li 2-2(103)-825/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi gündən qüvvəyə minir.