Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-182/2026 23.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mənzilə dair bağlanmış müqavilə ilə naturadakı sahə fərqinə görə artıq ödənilmiş məbləğin kompensassiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə şərtlərinin icrası” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2025-ci il tarixli, 2(103)- 4276/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti üzrə mülki işə 23 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən mənzilə dair (bundan sonra mübahisəli mənzil) İddiaçı və Cavabdeh MTK tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 09 nömrəli müqavilə 3-cü bəndinə, yəni müqavilənin məbləği və ödəniş şərtlərinə görə bir-birindən fərqlənir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 9 nömrəli müqavilənin 3.2, 3.3 və 3.4-cü bəndlərində qeyd edilmişdir ki, mənzilin hər kvadrat metrinin dəyəri (ƏDV ilə birlikdə) 950 manat, ümumi məbləğ 155420 manat təşkil edir. İlk ödəniş mənzil sahəsinin ümumi məbləğinin __ faizini təşkil edir. 50000 manat olmaqla, “İnvest or” tərəfindən müqavilə imzalandığı andan həyata keçirilir. Mənzil sahəsinin qalan məbləği 105420 manat təşkil edir. Bu məbləğ xx.xx.2014-cü il tarixədək, 6 ay müddətinə və hər ay 17570 manat olmaqla, 1 saylı cədvəl üzrə ödənilir.
2. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 9 nömrəli müqavilənin 3.2, 3.3 və 3.4-cü bəndlərində qeyd edilmişdir ki, mənzilin hər kvadrat metrinin dəyəri (ƏDV ilə birlikdə) 1011,12 manat, ümumi məbləğ 165420 manat təşkil edir. İlk ödəniş mənzil sahəsinin ümumi məbləğinin _ faizini təşkil edir. 50000 manat olmaqla, “İnvestor” tərəfindən müqavilə imzalandığı andan həyata keçirilir. Mənzil sahəsinin qalan məbləği 115420 manat təşkil edir, bu məbləğ xx.xx.2014-cü il tarixədək, 6 ay müddətinə və hər ay 19236,66 manat olmaqla, 1 saylı cədvəl üzrə öd ənilir.
3. Mübahisəli mənzil 2 noyabr 2023-cü ildə daşınmaz əmlakın dövlət reyestrində İddiaçının adına qeydə alınmışdır və daşınmaz əmlakın ümumi sahəsi 154,8 kvadrat metr təşkil edir.
4. Mübahisəli mənzilin planından görünür ki, dəhlizin sahəsi 33,7, yaşayış otağının sahəsi 36,8, mətbəxin sahəsi 24,8, yaşayış otağının sahəsi 24,7, sanitar qovşağın sahəsi 4,5, sanitar qovşağın sahəsi 4,1, yaşayış otağının sahəsi 22,6, balkonun sahəsi isə 3,6 (12,0 x 0,3= 3,6) kvadrat metr olmaqla, mənzilin sahəsi ümumi 154,8 kvadrat metrdir.
5. İddiaçı cavabdehlər Cavabdeh MTK-ya və Cavabdeh MMC-yə qarşı maliyyə arayışı, binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı və onun MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarı şın ona verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-212/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə cavabdeh tərəfindən yuxarı instansiya məhkəmələrində mübahisələndirilmiş, lakin dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh X1 (Cavabdeh MTK-nın direktoru) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla MTK arasında bağlanmış xx.xx.2014- cü il tarixli, 09 nömrəli müqaviləyə əsasən onda 8,8 kv metr artıq sahəyə görə alınmış 8360 manat əsas borcun və illik 12 faiz bank faizi ilə 9 il 6 ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alınmaqla 9628 manat faiz borcunun və 1137 manat pul məbləğində artıq ödənişin olduğu pulun, ümumilikdə 19125,8 manat əsas borc və 148 manat dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının ərizəsi əsasında əsl olmayan cavabdeh X2 məhkəmə tərəfindən əsl cavabdeh "xxxx" MTK ilə əvəz olunmuşdur.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdeh MTK ilə bağladığı xx.xx.2014-ci il tarixli, 09 nömrəli müqavilə əsasında ünvan 2 ünvanında inşa edilən 20 mərtəbəli yaşayış binasının 1-ci blokunun 10-cu mərtəbəsində yerləşən 40 saylı mənzili almışdır. 3 otaqdan ibarət mənzilin ümumi sahəsi müqavilədə 163,6 kv metr göstərilmişdir. Müqavilənin 1.2-ci bəndində qeyd edilmişdir ki, mənzil iddiaçıya təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəkdir. Müqavilənin şərtlərinə uyğun ol araq mənzilin dəyəri sahəsinin hər kvadrat metrinə görə 950 manat olmaqla, ümumilikdə 155420 manat razılaşdırılmış, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Ötən müddət ərzində bina istismara qəbul edilmiş və istifadəyə verilmiş, mənzil iddiaçıya təhvil verilmişdir. Lakin müqavilənin 1.2-ci bəndində mənzilin iddiaçıya təhvil verilən zaman bir daha dəqiqləşdiriləcəyi göstərilsə də, bu hal dəqiqləşdirilməmişdir. İddiaçı, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2023-cü il tarixdə çıxarış alarkən ona məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 154,8 kv metrdir. Mənzilin çıxarışda göstərilən sahəsi müqavilədə göstəriləndən sahəsindən 8,8 kv metr azdır. Bu səbəbdən 8,8 kv metr sahənin dəyəri kimi cavabdehə ödənilmiş 8360 manat pul iddiaçıya qaytarılmalıdır. İddiaçı bun unla bağlı cavabdehə müraciət etsə də, pulun qaytarılmasından imtina edilmişdir. Bundan başqa, cavabdeh MTK 8360 manatın qaytarılmasını gecikdirdiyinə və həmin vəsaitdən öz xeyrinə istifadə etdiyinə görə, pulu faizi ilə birlikdə qaytarmalıdır. Mənzil sahəsinin tam ödənişi xx.xx.2014-cü il tarixdə başa çatdırılmışdır. Qanunvericiliyə uyğun olaraq bank faizi illik 12 faiz təşkil edir. Hər gecikdirilən il üçün faiz məbləği 1003 manat, 9 il 6 ay gecikməyə görə faiz məbləği 9628 manat təşkil edir. Bundan əlavə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hazırkı iş üzrə tərəflər arasında olmuş mübahisəyə dair mülki iş üzrə verdiyi xx.xx.2022-ci il tarixli, 9/6508 nömrəli rəydə göstərmişdir ki, müqavilə üzrə 1137 manat məbləğində artıq ödəniş edilmişdir. Artıq ödənilmiş həmin vəsait də cavabdeh MTK-dan tutularaq iddiaçıya qaytarılmalıdır. Beləliklə, cavabdeh MTK tərəfindən iddiaçıya ümumilikdə 19125,8 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 148 manat məbləğində pul qaytarılmalıdır.
9. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, Cavabdeh MMC (hazırda təşkilati forması MTK) Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli, 336 saylı sərəncamına əsasən, Bakı şəhəri, Xətai rayonu, N.Rəfiyev və S.Vəzirov küçələrinin kəsişməsində yerləşən 1171-ci məhəllədə çoxmərtəbəli yaşayış binasını inşa edərək 2019-cu ilin 3-cü rübündə sakinlərin istifadəsinə vermişdir. Binanın tam təhvil verilməsi 2016-cı ilin 4-cü rübünədək nəzərdə tutulmuşdur. Gecikməyə səbəb Respublika ərazisində keçirilən bir sıra dövlət tədbirləri (Avropa oyunları, İslam oyunları və s.), habelə devolvasiyalar və ən əsası da bir çox investorların (mənzil sahiblərinin), o cümlədən iddiaçının ödənişləri müqavilədə razılaşdırılmış müddətdə həyata keçirməməsi olmuşdur. İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 09 saylı müqaviləyə əsasən ödənişlər hər ay 19236,66 manat olmaqla 6 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixinədək ödəməli idi. Lakin iddiaçı müqavilənin şərtlərini mütəmadi olaraq pozmuş, ödənişləri müqavilə şərtlərinə uyğun həyata keçirməmiş, sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə həyata keçirmiş, bugünədək qalıq borcu olan 8843 manatı ödəməkdən müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Ödənişləri gecikdirdiyi üçün ona dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilərək müqavilənin 3.6-cı bəndi (müqavilənin şərtləri “Alıcı” tərəfindən mütəmadi pozulduğu halda, ödənişlər 3 aydan artıq gecikdirilərsə İcraçı tərəfindən müqavilə qeyri-şərtsiz ləğv edilir, ödənilmiş məbləğ “Alıcıya” yalnız mənzil sahəsi başqa bir şəxsə satıldıqdan sonra qaytarılır) diqqətinə çatdırılmışdır. Bütün mənzillər və mənzillərin açarları “İnvestorlara” təhvil verilmişdir, mübahisəli məsələlər hər iki tərəfin iştirakı ilə araşdırılaraq həll edilmişdir. Cavabdeh MMC (indiki MTK) tərəfindən Dövlət Vergi Xidmətinə 3-cü zona əmsalı (45 manat x 2,2) nəzərə alınmaqla binanın xarici divarları, balkonlar daxil olmaqla ümumi sahəsinə ƏDV ödənilmişdir. Mənzillərin sahələri “İnvestorlara”, o cümlədən iddiaçıya divarların və arakəsmələrin sahələri çıxılaraq, balkonlar daxil olmaqla müqavilədə razılaşdırılmış qiymətə ümumi məbləğ 165420 manat olmaqla, hər kv metr-nin dəyəri ƏDV ilə birlikdə 1011,12 manata satılmışdır. 2014-cü ildə Cavabdeh MMC (indiki MTK) mənzilləri 1250 manat satdığı bir dövrdə iddiaçıya 1011,12 manata satılması zamanı o, müqavilə imzalanarkən müqavilədə göstərilən bütün şərtlərlə razılaşmış, təmirə başlamaq istədiyi müraciətlərə cavab olaraq ona yalnız borcların ödənilməsi təqdirdə icazə veriləcəyi bildirilmişdir. Mənzillərə çıxarış verilərkən balkonların sahəsinin 30%-i əsas sahəyə daxil edilir. İddiaçıya mənzil çıxarışdakı sahəyə deyil, müqavilədəki sahəyə uyğun satılmışdır.
10. Cavabdeh MTK həmçinin “iddia tələbinə iddia müddətinin tətbiqi barədə” ərizə verərək, icranın qüsuru barədə tələb işin qəbul edildiyi gündən 5 il sonra irəli sürüldüyü üçün iddia müddəti tətbiq edilməklə iddianın rədd olunmasını xahiş etm işdir.
11. Adıçəkilən müqavilələr üzrə məhkəmə xətşünaslıq və sənədlərin texniki ekspertizası keçirilmişdir.
12. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5/537-5-545 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilənin reproqrafik surətinin (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3cü vərəqin ön və arxa hissələrində olan ştamp əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdurlar. İddiaçı tərəfindən təqdim edilmiş 27 fevral 2014- cü il tarixli 09 nömrəli müqavilənin reproqrafik surətinin (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3-cü vərəqindəki “direktor” qrafasında imza əvvəl icra edilmiş, sonra isə ştamp əksi vurulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilənin reproqrafik surətinin (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3-cü vərəqindəki “Cədvəl 1 Ödənilmişdi” bəndində olan ştamp əksləri ilə imzaların kəsişdiyi hissələrdə rəngləyici maddələrin intensivliyi “RGB” intervalında eyni olduğu üçün onların kəsişmə ardıcılılığını müəyyən etmək mümkün olmadı. İddiaçı tərəfindən təqdim edilmiş 27 fevral 2014-cü il tarixli 09 nömrəli müqavilə reproqrafik surət olduğu üçün (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə rəqəmləri ilə göstərilmiş) çap mətni həmin müqavilənin 3-cü vərəqindəki “direktor” qrafasında, “Cədvəl 1 Ödənilmişdi” bəndində olan imzalarla, əl yazılarla və ştamp əksləri ilə icra ardıcıllığı (kəsişmə) üzrə tədqiqat aparılması mümkün olmadı. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilənin reproqrafik surətinin (i.v 56-58-ci və 3.4 bəndində “qalan məbləğ 105420” rəqəmləri ilə göstərilmiş) 3-cü vərəqindəki “Cədvəl 1 Ödənilmişdi” bəndində olan ştamp əkslərinə aid xüsusi və ümumi əlamətləri müəyyən etmək mümkün olmadığından həmin ştamp əksləri üzrə müqayisəli tədqiqat aparılmadı. Təqdim edilmiş xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilənin (i.v 43-45-ci və 3.4 bəndində “qalan məbləğ 115420” rəqəmləri ilə göstərilmiş) çap mətni, üzərində olan imzalar, əl yazıları, 3-cü vərəqin ön və arxa hissələrindəki ştamp əksləri şırnaqlı printerdə çap edilmişdirlər. Təqdim edilmiş 27 fevral 2014-cü il tarixli 09 nömrəli mü qavilə (i.v 43-45-ci və 3.4 bəndində “qalan məbləğ 115420” rəqəmləri ilə göstərilmiş) printer vasitəsi ilə çap edildiyi üçün həmin sənədin üzərində olan ştamp əkslərinin öz aralarında və iddiaçı tərəfindən təqdim edilmiş müqavilənin üzərindəki ştamp əksləri ilə eynilik təşkil edib-etməmələri, həmin müqavilədəki imzaların, çap mətnin, əl yazıların, ştamp əkslərinin icra ardıcıllıqlarının müəyyən edilməsi üzrə tədqiqatlar aparılmamışdır. Rəyin tədqiqi hissəsinin 8-ci bəndində göstərilən səbəblərə görə tədqiqata təqdim edilmiş sənədlərdə olan möhürlərin və imzaların icra olunmasının müddətini müəyyən etmək mümkün olmamışdır.
13. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/687 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya ca vabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilədə “İcraçı” qrafasındakı imza, iddiaçı tərəfindən təqdim edilmiş "ASRA” MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014cü il tarixli 09 nömrəli müqavilədə “İcraçı” qrafasındakı imza - X2 tərəfindən icra edilmişdir. Ekspertizaya cavabdeh tərəfindən təqdim edilmiş Cavabdeh MTK ilə İddiaçı arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 09 nömrəli müqavilədə “İnvestor” qrafasındakı imzanın – İddiaçı tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı.
14. İş üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
15. Ədliyyə Nazirliyi Məhkə mə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/8314 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 4 dekabr 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, mübahisəli mənzilin ümumi sahəsinin 154,7 kv metr, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv metretr təşkil etdiyi müəyyən edilmişdir.
16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-110/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın qismən təmin edilməsi, 475 manat məb ləğində dəymiş ziyanın əvəzinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 327 manatın MTK-dan alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət etmiş, həmin məhkəmənin xx.xx.2025-ci il tarixli əlavə qətnamə ilə cavabdeh MTK-dan 1137 manat məbləğində pul vəsaiti və 31,37 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsini qət etmişdir.
17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Mənzilin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərər ekspert rəyində göstərilən qaydada, yəni mənzillərin sahəsinə azalma əmsal ları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus mübahisəli mənzilin ümumi sahəsinin 154,7 kv metr, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv metr təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçıya müqavilədə razılaşdırılmış sahədən (163,6-163,1=) 0,5 kv metr az mənzil verilmişdir. Məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi müqavilə etibarlı hesab edildiyindən mənzilin 1 kvadratmetrinin 950 manat hesab edilməklə, iddiaçıya əksik verilmiş sahənin qiyməti (0,5 x 950=) 475 man at müəyyən edilməlidir.
18. Məhkəmə iddianın “iddiaçıdan alınmış 8,8 kv metr artıq sahəyə görə 8360 manat əsas borcun və illik 12 faiz bank faizi ilə 9 il 6 ay müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 9628 manat faiz borcunun cavabdehdən tutulması” hissəsində hesab etmişdir ki, iddia əsassızdır. Belə ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı müqavilə üzrə borcu tam ödəmiş və 1137 manat məbləğində artıq ödəniş etmişdir. Artıq ödənilmiş məbləğ iddiaçıya geri qaytarılmalıdır.
19. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı tələbə iddia müddəti tətbiq edilə bilməz. Belə ki, iddiaçı mənzilin sahəsinin müqavilə ilə nəzər də tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış aldıqdan sonra xəbərdar olmuşdur. İddiaçının mənzil üzərində hüquqları xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Odur ki, iddiaçı hazırkı iddianın verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 5 illik iddia müddətini ötürməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
21. İddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin sahəsini azaltma əmsalları tətbiq etmədən hesablamaqla səhvə yol vermişdir. Mənzilin sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa uyğun müəyyən edilməlidir. Belə hesablama aparılacağı təqdirdə iddiaçıya 0,5 kv metr deyil, 8,8 kv metr daha az mənzil sahəsinin verildiyi müəyyən edilmiş olar. Bundan əlavə, qətnamədə iddiaçının mülkiyyət hüququnun pozulmasına qiymət verilməmişdir.
22. Cavabdeh də apellyasiya şikayətləri verərək, qətnamənin və əlavə qətnamənin ləğv edilməsini, iddianın tam rədd edilməsini, ekspert rəyinə əsasən 1581 manatın iddiaçıdan tutularaq cavabdeh MTK-nın hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Cavabdehin apellyasiya şikayəti iddiaya etirazla analoji məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətçi olmasına dair təqdim etdiyi 9 saylı, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsi cavabdeh tərəfindən şüb hə altına alınmış və alğı-satqı müqaviləsinin saxtalaşdırılmasını sübut etmək məqsədi ilə cavabdehin və iddiaçının təqdim etdiyi fərqli alğı-satqı müqavilələri üzrə xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspertin verdiyi ikinci rəy birtərəfli olduğundan əlavə ekspertiza keçirilməsinə dair cavabdehin vəsatəti əsassız olaraq təmin edilməmişdir. İddiaçının istifadəsində olan mübahisəli mənzilin sahəsini müəyyən edən ekspert öz rəyində mənzilin sahəsinin 163,1 kv metr olduğunu vurğulamışdır. Bununla da iddiaçının istinad etdiyi 154,8 kv metr yalnız çıxarış üzərində, azaltma əmsalları nəzərə alınmaqla göstərilən rəqəmdir. İddiaçıya onun iştirakı ilə mənzil ölçülərək təhvil verilmiş və bununla bağlı onun heç bir etirazı olmamışdır. İddiaçı ödənişləri müqavilə şərtlərinə uyğun həyata keçirməmiş, sonuncu ödənişi xx.xx.2015-ci il tarixdə həyata keçirmiş və bugünədək onun MTK-ya qalıq borcu olan 8843 manatı ödəməkdən müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Bundan başqa, məhkəmə işə əlavə edilən xx.xx.2022-ci il tarixli, 9/6508 nömrəli rəyin nəticə hissəsini nəzərə alaraq iddiaçının müqavilədə göstərilən ödəmə cədvəli üzrə gecikmələrə görə 1581 manat cəriməni MTK-ya ödəməli olduğunu nəzərdən qaçıraraq səhv nəticəyə gəlmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4276/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Kamran Əkbərov) hər iki apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-110/2025 nömrəli, 4 aprel 2025-ci il tarixli qətnaməsi v ə 25 aprel 2025-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
25. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əgər həqiqətən tərəflər ilk öncə mənzilin kvadrat metrinin qiymətinin 950 manat, sonradan isə 1011,12 manat olması barədə razılığa gəlmişlərsə, onda müqavilənin ləğv edilməsi qanunvericilikdə göstərildiyi kimi müqavilə ilə eyni formada, yəni yazılı formada həyata keçirilməli idi. Lakin iş materiallarından görünür ki, əvvəlki müqavilənin ləğvi barədə hər hansı mötəbər sənəd təqdim edilməmişdir.
26. Buna görə də, məhkəmə cavabdeh MTK tərəfindən təqdim edilmiş müqaviləyə şübhə ilə yanaşmışdır.
27. Məhkəmə bu müqaviləyə həmçinin ona görə şübhə ilə yanaşmışdır ki, iddiaçının eyni zamanda hər iki müqavilə üzrə ödəniş etməsi məntiqi cəhətdən mümkün deyildir. Belə ki, iddiaçı tərəfindən hər ay ödəniş edilərkən, müqaviləyə "xxxx"ə uyğun olaraq MTK tərəfindən ödənişlərin həyata keçirilməsini təsdiq edən əl yazısı və möhür vurulmuşdur. Bu da onu deməyə əsas verir ki, hər ay iddiaçının müqaviləsinə möhür vurulan zaman cavabdeh iddiaçının “köhnə” müqavilə üzrə ödəniş etdiyindən məlumatlı olmuşdur.
28. Həmçinin hər iki müqaviləni qarşılıqlı şəkildə təhlil edərkən görünür ki, iddiaçı tərəfindən verilmiş müqavilədə ödənişlər aylar üzrə ardıcıl olaraq, yəni xx.xx.2015 – xx.xx.2015 – xx.xx.2015 olaraq ödənilmişdir.
29. Cavabdeh MTK tərəfindən təqdim edilmiş müqavilədən belə nəticə çıxır ki, ödənişlər xx.xx.2015 – xx.xx.2015 – xx.xx.2015 olaraq ödənilmişdir.
30. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş müqavilə iddiaçı tərəfindən imzalanmamışdır. Lakin qanun i qüvvəsini almış məhkəmə qətnamələri ilə adıçəkilən müqavilə üzrə iddiaçının öhdəliklərini yerinə yetirdiyi müəyyən edilmişdir.
31. Bu baxımdan məhkəmə hesab etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi göstərilənləri nəzərə alaraq iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli, 9 nömrəli müqaviləni daha mötəbər və əsaslı saymaqda haqlı olmuşdur.
32. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, cavabdehin bildirdiyi dəlil, yəni iddiaçının təqdim etdiyi müqavilənin “saxta” hesab edilməsi barədə dəlili əsassızdır. İddiaçı tərəfindən təqdim edilmiş müqavilənin etibarsızlığı üçün hər hansı əsas apellyasiya baxışı zamanı müəyyən edilmədir.
33. İddiaçının təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 9 nömrəli müqavilənin 1.2-ci maddəsindən görünür ki, mənzilin ümumi sahəsi 163,6 kv metretrdir. İddia tələbindən göründüyü kimi iddiaçı cavabdehin podrat müqaviləsi üzrə öhdəliyini tam icra etməməsinə görə dəyən ziyanın ödənilməsini tələb edir. Çünki işin hallarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış, iddiaçı maliyyə arayışına əsasən mənzilin dəyərini ödəmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Buna görə də az verilən sahənin ölçüsünün qiymətinə uyğun zərərin qarşılanmasını tələb edir.
34. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi qanunidir. Çünki mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müq avilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.
35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh MTK mənzili müqavilədə göstərilən ölçüdə deyil, daha az ölçüdə iddiaçıya təhvil verməklə öhdəliyini pozmuşdur. Belə ki, cavabdeh MTK Mülki Məcəllənin 385 və 442-ci maddələrinə istinadla qeyd etmişdir ki, cavabdeh öhdəliyini pozmaqla mənzilləri iddiaçıya müqavilədə nəzərdə tutulan ölçüdə verməməklə, ona maddi zərər vurmuşdur. İddiaçıya dəymiş maddi zərər isə onun mülkiyyətinə gözləntisi ol an gələcək əmlakından məhrum olmasında ifadə olunur.
36. Tərəflərin qarşılıqlı razılığı ilə podratçı mənzilin faktiki ümumi sahəsi 163,6 kv metr olan mənzili iddiaçıya verməli idi. İddiaçı 163,6 kv metr olan mənzil əldə edəcəyini gözlədiyi halda, ona daha az ölçüdə mənzil verilmiş, bununla da mənzilin ölçülərinin azaldılması nisbətində iddiaçı əmlakından məhrum olmuşdur.
37. Mənzillərin az ölçüdə təhvil verilməsinə görə dəymiş zərərin müəyyən edilməsi və ödənilməsi hissəsinə münasibətdə isə birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert rəyində göstərilən qaydada, yəni mənzilin sahəsinə azalma əmsalları tətbiq edilmədən müəyyən edilmiş ölçülərlə müqavilədə göstərilən ölçülər arasında yaranmış fərqin ödənilməsi formasında həyata keçirilməlidir.
38. İddiaçı birinci instansiya məhkəm əsinin bu mövqeyi ilə razılaşmayaraq mənzilin sahəsinə azalma əmsalları tətbiq edilməməsini düzgün hesab etməmiş və mənzilin sahəsinin azalma əmsalları tətbiq edilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa uyğun müəyyən edilməli olduğunu bildirmişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mənzilin sahəsinin hesablanması qaydaları qanunvericilikdə aydın göstərilmişdir. Hazırkı iş üzrə təyin edilmiş məhkəmə ekspertizası ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan və yuxarıda qeyd edilən mənzilin ümumi sahəsinin 154,7 kv metr, həmin mənzilin faktiki (naturada) ümumi sahəsinin müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 163,1 kv metr təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçıya müqavilədə razılaşdırılmış s ahədən (163,6-163,1=) 0,5 kv metr az mənzil verilmişdir.
40. Məhkəmə kollegiyası tərəfindən iddiaçının təqdim etdiyi müqavilə etibarlı hesab edildiyindən mənzilin 1 kvadratmetrinin qiyməti 950 manat hesab edilməklə, iddiaçıya əksik verilmiş sahənin qiymətinin (0,5 x 950=) 475 manat olduğu müəyyən edilmişdir.
41. Buna görə də, apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi eyni əsasla bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur.
42. Apellyasiya məhkəməsi iddiaçının faiz tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlir, artım, bəhər və ya sair maddi xeyir qazanması iş materialları ilə sübuta yetirilmədiyindən, iddianı göstərilən hissədə rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
43. İddianın “1137 manat məbləğin də pulun tutulması” hissəsinə münasibətdə apellyasiya məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 2(102)-1537/2023 nömrəli qərarının 10-cu abzasından görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6508 nömrəli rəyinə əsasən İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2014-cü il tarixindən son ödəniş tarixinə, yəni xx.xx.2015-ci il tarixinədək 50000 manat məbləğində ilkin ödəniş daxil olmaqla ümumilikdə 156557 manat məbləğində ödəniş edilmişdir. Tədqiqatla mülki işin 39-41-ci səhifəsində olan xx.xx.2014-cü il tarixli, 9 saylı müqavilə şərtlərinə əsasən (müqavilənin 3.5-ci bəndi nəzərə alınmaqla) İddiaçı tərəfindən edilmiş ödənişlər nəzərə alınmaqla müqavilə üzrə borcun tam ödənildiyi və 1137 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, müqavilənin 3.5-ci bəndinə əsasən “İnvestor” tərəfindən növbəti ödənişlərin gecikdirilməsinə görə cərimənin məbləği 1581 manat məbləğində müəyyən edilir.
44. Göründüyü kimi bundan əvvəl məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən Cavabdeh MMC-yə mənzilin dəyəri ilə bağlı etdiyi ödənişlər araşdırma predmenti olmuş və müəyyən edilmişdir ki, iddiaçı 1137 manat məbləğində artıq ödənişi cavabdehə ödəmişdir. Bundan əvvəlki məhkəmə araşdırması da iddiaçının təqdim etdiyi müqavilə əsasında aparılmışdır. Belə ki, mənzilin kvadrat metrinin dəyəri 950 manat qəbul edilməklə, ekspert bu nəticəyə gəlmişdir.
45. Odur ki, qeyd edilənləri nəzərə alan apellyasiya məhkəməsi hesab etmiş dir ki, cavabdeh MTK-dan iddiaçının artıq ödədiyi 1137 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə nəticəyə gəlməkdə rayon məhkəməsi haqlı olmuşdur (əlavə qətnamə).
46. Məhkəmə "xxxx" cavabdeh MTK-nın birinci instansiya məhkəməsinə verdiyi ərizənin əsaslılığına qiymət verərək bildirmişdir ki, Mülki Məcəllənin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər.
47. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir.
48. Hazırkı işin hallarında görünür ki, iddiaçı, mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzilə dair çıxarış aldıqdan sonra xəbərdar olmuşdur. Mənzil iddiaçı tərəfindən təmir edilməmişdir. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. İddiaçı mənzili təmir etmədiyindən onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmamışdır.
49. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi "xxxx" cavabdeh MTK-nın ərizəsini əsassız hesab etməkdə haqlı olmuşdur.
50. Apellyasiya instansiyası məhkəməsi cavabdeh MTK-nın apellyasiya şikayətində tələb etdiyi 1581 manat cərimənin tutulması məsələsinə qiymət verilməsini mümkün hesab etmir. Belə ki, cavabdeh MTK-nın hazırkı iş üzrə irəli sürülmüş qarşılıqlı iddia tələbi olmamışdır. Kassasiya şikayətinin və ona qarş ı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)- 4276/2025 nömrəli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edərək, qeyd olunan mübahisəli halların düzgün və dəqiq araşdırılması üçün işin təkrar apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)
53. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməl i, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isəborcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
57. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
58. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayd a irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
59. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
60. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
61. Maddə 443.2. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
62. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
63. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür
64. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
65. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
66. Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azər baycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2009-cu il tarixli qərarı
67. Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
68. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əs ası kimi istinad etdiyi halları sübut etməlidir.
70. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgü n tətbiq edilməsini yoxlayır.
73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
74. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya in stansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
78. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
79. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, b ütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol ve rilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
80. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə k ollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2025-ci il tarixli 2(103)-4276/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.