Məhkəmə qərarları › İş №2-2(3-1)-3/2026

Ali Məhkəmə Qətnamə — İş №2-2(3-1)-3/2026

04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2-2(3-1)-3/2026 04.03.2026 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər - X1 (sədrlik edən və məruzəçi), Qarayev Sənan Məmməd oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlunun iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X4rşı “pul” tələbi barədə kommersiya mübahisəsinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-22(123)-348/2025 nömrəli 2025-ci il 2 dekabr tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında (Naxçıvan şəhəri, Atatürk küçəsi 19) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı MMC (satıcı) və Şahid3 (alıcı) arasında bağlanmış, satıcının və “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X9 möhürləri ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli MNAX 0260 nömrəli alqı-satqı müqaviləsinin müvafiq bəndlərində tərəflər aşağıda göstərilən şərtlər barədə razılığa gəlmişlər; 1.1. Müqaviləyə əsasən satıcı alıcıya əvvəlcədən razılaşdırılmış şəkildə pərakəndə satış həyata keçirməsi üçün müxtəlif çeşiddə ərzaq və qeyri-ərzaq məhsulları (bundan sonra "mal” adlandırılacaq) satır, alıcı isə həmin malı alır və özünə məxsus ticarət obyektində müvafiq düzülüşlə rəflərdə yerləşdirərək satışını həyata keçirir. 1.2. Malın qiyməti, çeşidi malın təhvil-təslimi zamanı verilən faktural arla müəyyən olunur. 2.1. Bu müqaviləyə əsasən satıcı malı alıcının mülkiyyətinə verir, alıcı isə razılaşdıqları kimi müqavilənin 1-ci bəndinə uyğun olaraq malı qəbul edir və dəyərini ödəyir. 2.2. Alıcı aldığı malın dəyərini 25 gün müddətində nağd və ya köçürmə yolu ilə satıcının məsul şəxsinə, yaxud satıcının bank hesabına ödəyir. Ödəmə satıcının məsul şəxsinə ödənərkən müvafiq qəbz əsasında ödənir. Bu halda məsul şəxs satıcı qarşısında bilavasitə məsuliyyət daşıyır. 3.1. Tərəflər müqavilə öhdəliklərindən irəli gələn tələbləri dürüst və vaxtında yerinə yetirir. 3.8. Mal alıcının ünvanına satıcıya məxsus avtomaşınlarla satıcının hesabına çatdırılır. 3.10. Malın dəyərinin vaxtında ödənilməməsi, maldan əsaslandırılmadan imtina edilməsi və başqa səbəblər nəticəsində tərəflərin hər hansı birin ə dəymiş ziyan təqsirli tərəfin hesabına kompensasiya edilir. 4.1. Müqavilə tərəflərin imzaladığı, "X13” MMC tərəfindən möhürləndiyi andan qüvvəyə minir və 2 il müddətində qüvvədədir. Bu müddətin bitməsinə 30 gün qalmış tərəflər bir-birini bu müqavilənin ləğvi haqqında yazılı şəkildə məlumatlandırmadıqda hazırkı müqavilə növbəti 1 il müddətinə uzadılmış hesab edilir. 5.7. Öhdəliklərini yerinə yetirməyən tərəf Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

2. İddiaçı MMC-nin tələbinə görə “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X10 müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. İş üzrə məhkəmə icraatı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC (bundan sonra “iddiaçı”) 2025-ci il 5 avqust tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X7rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1024,94 manat ödənilməmiş borcun və ödənilmiş 30,25 manat dövlət rüsumunun sonuncudan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Naxçıvan MR Kommersiya Məhkəməsinin 2025-ci il 26 avqust tarixli qərardadına əsasən, kommersiya mübahisəsinə dair işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X14 - hazırkı hüquqi adı: Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X14 (bundan sonra “cavabdeh”) arasında bağlanmış 2022-ci il 6 oktyabr tarixli MNAX0260 nömrəli alqı-satqı müqaviləsinin şərtl ərinə görə alıcı qismində cavabdehə müxtəlif tarixlərdə ərzaq məhsulları satılmışdır. Malın qiyməti, çeşidi və təhvil-təslimi qaimə-fakturalarla müəyyənləşdirilmiş və qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehə elektron qaimə-fakturalar təqdim edilmişdir. Ticarət dövriyyəsi zamanı təqdim etdikləri EBCN 294960, EBCN 294961, EBCN 294962 və EBCN 294963 seriya nömrəli 19.01.23-cü il tarixli elektron qaimə-fakturalar üzrə ödənişlər edilməmişdir. Cavabdeh tərəfindən təhvil alınan məhsulların dəyəri 25 gün müddətində iddiaçıya tam şəkildə ödənilməli olmuş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, həmin öhdəliklər onun tərəfindən pozulmuş və 1024,94 manat borc ödənilməmişdir.

6. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 430.1, 442, 443.9, 445.2-445.2.2 və 448.1-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Mülki-Prosessual Məcəllə) 26.1 və 284-5.1-ci maddələrinə, alqı-satqı müqaviləsinin 2.1, 2.2 və 2.3-cü bəndlərinə istinad etmişdir.

7. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-2-2(123)-348/2025 nömrəli 2025-ci il 2 dekabr tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehdən 1024.94 manat borcun və 30,25 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi, artıq ödənilmiş 0,75 manatın iddiaçıya qaytarılması qət edilmişdir (hakim Elşən Salmanov).

8. Birinci instansiya məhkəməsi mövqeyini aşağıdakı qaydada əsaslandırmışdır. İddiaçı ilə cavabdeh arasında MNAX0260 nömrəli 2022-ci il 6 oktyabr tarixli alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilə əsasında satıcı ma lı alıcının mülkiyyətinə verməyi, alıcı isə razılaşdıqları kimi müqavilənin 1-ci bəndinə uyğun olaraq malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur.

9. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi Nümayəndə1 Əsgər oğlu məhkəmə iclasında verdiyi izahatında “malların verilməsinə şəxsi olaraq heç bir şübhəsi olmadığını” bildirmiş, Şahid3 ifadəsində “o vaxtı MMC olaraq malları “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi”nin təhvil götürdüyünü, sadəcə qaimələr "X13” MMC tərəfindən gec kəsildiyi üçün ödənişin qaldığını və gecikdiyini, yoxsa malların gətirilib təhvil verildiyini”, Şahid5 ifadəsində “malları faktura ilə aldıqlarını, hamısının adının və ya nə qədər olduqlarının fakturada q eyd olunduğunu, onları bir-bir saydıqlarını, sonra təhvil götürdüklərini”, o cümlədən Şahid4 isə ifadəsində “təhvil-təslim prosesində malların kəsir olması və ya geri qaytarılması hallarının olmadığını” qeyd etmişlər.

10. Məhkəmə satılan malların "səhiyyə müəssisələrində istifadə edilə bilməyəcəyi ilə bağlı” cavabdehin iddiasına münasibətdə qeyd edir ki, cavabdeh tərəf sözügedən alqısatqı müqaviləsini imzalamaqla müqavilənin mühüm şərti (1.2-ci bəndi) barədə razılığa gəlmiş və fakturalar üzrə qəbul etdikləri malların cavabdeh tərəfindən geri qaytarılması halları aşkar olmamışdır.

11. İddiaçı bağlanmış müqavilənin şərtlərinə əməl edərək cavabdehə 1024,94 manat dəyərində mal göndərmiş, malların göndərilməsi xx.xx.2023 tarixli; EBCN seriyalı; 294960, 294961, 294962 və 294963 nömrəli elektro n qaimə-fakturalarla, tərəflərin izahatları, habelə şahidlərin ifadələri ilə öz təsdiqini taparaq işin mübahisəsiz halı olaraq müəyyən edilmişdir.

12. Müəyyən edilən digər hal ondan ibarətdir ki, alqı-satqı müqaviləsinin 2.2-ci bəndində alıcının aldığı malın dəyərini 25 gün müddətində nağd və ya köçürmə yolu ilə satıcının məsul şəxsinə, yaxud satıcının bank hesabına ödəməsi müəyyən edilmiş, xx.xx.2023 tarixdə cavabdehə elektron qaimələr göndərilmiş, lakin cavabdeh həmin qaimələr üzrə hər hansı bir ödəniş etməmiş, nəticədə iddiaçıya 1024,94 manat borcu qalmışdır.

13. İddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik üzrə borc tələbi barədə iddia qaldırmaqda subyektiv hüququ vardır. Cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2025-ci il tarixli etirazında Şahid3 müqaviləni cavabdehin adından deyil, öz adından bağladığını, sadəcə olaraq müqavilənin 2-ci səhifəsində öz şəxsində bağladığı müqaviləyə cavabdehin möhürünü vurduğunu, müqavilənin heç bir hissəsində Şahid3 cavabdehin direktoru olduğunu qeyd etmədiyini bildirmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnformasiya Sistemindən çıxarışdan görünür ki, müqavilənin bağlandığı tarixdə cavabdehin qanuni təmsilçisi Şahid3 olmuş və qeyd olunan hüquqi şəxsin möhürü ilə müqavilə təsdiq edilmişdir.

14. Təmsilçi təmsil etdiyi şəxsin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərməklə, hərəkətləri təmsil olunan tərəfin hərəkətləri hesab edilir və təmsil etdiyi şəxslə üçüncü şəxs arasında hüquq münasibətinin yaranmasına gətirib çıxarır. Qeyd oluna nlara əsasən məhkəmə bildirir ki, alqı-satqı müqaviləsi cavabdehin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərən qanuni təmsilçisi Şahid3 tərəfindən imzalanmaqla, həmin qurum üçün hüquq və vəzifələr yaratmışdır. Həmçinin cavabdehin nümayəndəsi izahatında Şahid3 "Naxçıvan DiaqnostikaMüalicə Mərkəzi” PHŞ-nin direktoru olması məsələsinin mübahisəli olduğunu qeyd etsə də, məhkəməyə bu iddiasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, iş materiallarında olan vergi orqanının saytından əldə edilmiş çıxarışa əsasən "Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qanuni təmsilçisinin Şahid3 olduğu sübut olunmaqdadır.

15. Şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələrindən məlum ol ur ki, “Ləzzət”dən gələn mallar müəssisənin tabeliyində olan bufetə və yeməkxanaya getmiş, oradan gələn pullar da kassaya daxil olmuş, lakin həmin malların dəyəri ödənilməmişdir.

16. Məhkəmə hazırkı işə iddiaçı tərəfindən göndərilmiş malların dəyərinin cavabdeh tərəfindən ödənilməməsi çərçivəsində baxdığından və cavabdeh qeyd olunan halı təkzib edən hər hansı mötəbər sübut təqdim etmədiyindən, o cümlədən iş üzrə dindirilmiş şahidlərin ifadələrində hər hansı ziddiyyət və uyğunsuzluq aşkar edilmədən, iddiaçının nümayəndəsinin izahatı və iddia tələbi ilə üst-üstə düşdüyündən məhkəmə hesab edir ki, şahid ifadələri özlüyündə iddia tələbinin həqiqiliyinə təminat vermişdir.

17. Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin yönəldiyi hüquqi şəxsin hazırkı iş üzrə cavabdeh olması və cavabdehin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməməsi iş materiallarında olan sübutlarla təsdiq edildiyindən iddia tələbi tam təmin olunmalı, ödənilmiş 31 manat dövlət rüsumunun 30,25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0,75 manatı dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2-14.2.1, 359.1, 359.3, 385.1, 386.1, 389.1, 389.2, 405.1, 442, 567, 597.1, 598.1, 600.1 və 600.4-cü, MülkiProsessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 107, 108.1-108.1.1, 112.1-112.1.1, 114.1.1, 119.1, 217.5 və 220.4-cü, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Düzgün t utulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 4.1-ci bəndinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan conra Konstitusiya Məhkəməsi Plenumu) “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2006-cı il 31 may və "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli Qərarlarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinin “Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin ikinci hissəsi ilə əlaqəli ş əkildə şərh edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2025-ci il 13 iyun tarixli Qərardadına istinadla əsaslandırmışdır.

19. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək e-2-2(123)-348/2025 nömrəli 2025-ci il 2 dekabr tarixli qətnamənin qismən ləğv olunması, iddiaçının cavabdehə qarşı “pul” tələbinin əsasız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş, apellyasiya baxışı zamanı isə apellyasiya şikayətinin nəticə hissəsində “qətnamənin qismən ləğv olunması” hissəsinin texniki xəta olaraq yazıldığını, qətnamənin tam ləğv olunmasını istədiklərini göstərmişdir. Apellyasiya şikayətinin dəlilləri

20. İşin halları üzrə - məhkəmə qətnamə çıxararkən Şahid3 cavabdehin direktoru olması barədə heç bir hüquqi aktın (əmrin, sərəncamın və s.) cava bdehə məlum olmaması barədə dəfələrələ verdikləri vəsatətləri nəzərə almamışdır. Cavabdeh tərəfdən Naxçıvan MR Vergi Xidmətinə ünvanlanan soruğudan da görünür ki, Şahid3 vergi orqanında ASAN imza alarkən özünün direktor olması ilə bağlı hər hansı sənədi təqdim etməmişdir. Mübahisə edilən müqavilə üzrə Şahid3 özünü “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin direktoru olması barədə hər hansı ifadəyə yer vermədiyi halda, məhkəmənin onu həmin X9 təmsilçisi adlandırması heç bir sübuta söykənmir.

21. Şahidlərin ifadələrində qeyd edildiyi kimi “Ləzzət”dən gələn mallar müəssisənin tabeliyində olan bufetə və yeməkxanaya getmişdir”. Lakin şahidlər hazırkı iş üzrə mübahisə edilən müqaviləni nəzərdə tutmurlar, həmin dövrə qədər mövcud olmuş bütün müqavilələri nəzərdə tuturlar, hazırkı iş üzrə mall ar sadəcə bufetə verilmişdir. Şahid ifadələri təsdiq edir ki, mallar bufetdə satılmışdır, iş materiallarına əlavə edilən sənədlərdən (sorğular) də aydın olur ki, həmin dövrdə vergi orqanında qeydiyyatda durmayıblar və icarə müqavilələri yoxdur. Cavabdehin isə həmin fəaliyyətə heç bir aidiyyəti yoxdur, çünki cavabdeh xəstələrin qidalanması üçün nəzərdə tutulan bufetdən fərqli olaraq, struktur bölməsi olan yeməkxanda xəstələr üçün alınmış bütün malların ödənişini ödəmişdir.

22. Mülki-Prosessual Məcəllənin 88-ci və Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.4.3-cü maddələri üzrə - Şahid4 ifadəsində “gəlirin kassaya daxil olduğunu” qeyd edir, lakin işə əlavə edilmiş bank çıxarışında kassaya daxil etməklə bağlı heç bir köçürməyə rast gəlinmir, əlavə olaraq şahid qeyd edi r ki, “biz kassa qalığı şəklində nağd qaydada kassaya mədaxil etmişik”.

23. Mülki-Prosessual Məcəllənin 9.1-ci maddəsi üzrə - (bax §20).

24. İnzibati Xətalar Məcəlləsinin 398-ci və Cinayət Məcəlləsinin 192-ci maddələri üzrə - (bax §21). Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Etirazda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və e-2-2(123)-348/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuş və etiraz aşağıdakı qaydada əsaslandırılmışdır.

26. Apellyasiya şikayəti əsassızdır, işin faktiki hallarına uyğun gəlmir və maddi hüquq normalarının yanlış şərhinə əsaslanır.

27. Apellyasiya şikayətində cavabdeh iddia edir ki, mübahisə edilən müqavilə guya cavabdehin adından bağlanmamışdır. Bu arqument faktiki hallarla təkzib olunur. İş materiallarından və şahid ifadələrindən aydın olur ki, mallar məhz cavabdehin struktur bölmələrinə (bufet və yeməkxana) daxil olmuşdur; mallardan cavabdeh faktiki olaraq faydalanmışdır; malların qəbulu, dövriyyəsi və satışı cavabdehin nəzarəti altında həyata keçirilmişdir.

28. Mülki hüququn ümumi prinsiplərinə görə, əqdin yalnız formal deyil, faktiki icrası da hüquqi nəticə yaradır. Malların qəbul edilməsi və istifadə olunması müqavilə münasibətlərinin mövcudluğunu birbaşa təsdiq edir.

29. Cavabdeh apellyasiya şikayətində Şahid3 guya cavabdehi təmsil etmək səlahiyyətinin olmadığını iddia edir. Bu mövqe hüquqi baxımdan yanlışdır, çünki, müqavilədə hüquqi şəxsin VÖEN-i (**********) qeyd edilmiş və müqavilə hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir; cavabdeh tərəf uzun müd dət müqavilə üzrə icraya etiraz etməmiş, əksinə faktiki icranı qəbul etmişdir; təmsilçilik yalnız yazılı əmr və ya sərəncamla deyil, hərəkətlərin xarakterindən və yaradılmış hüquqi görünüşdən də irəli gələ bilər. Bu işdə cavabdeh öz davranışı ilə müqavilə münasibətlərini təsdiq etmişdir. Təmsilçi təmsil etdiyi şəxsin adından və onun verdiyi səlahiyyət çərçivəsində fəaliyyət göstərməklə, hərəkətləri təmsil olunan tərəfin hərəkətləri hesab edilir və təmsil etdiyi şəxslə üçüncü şəxs arasında hüquq münasibətinin yaranmasına gətirib çıxarır.

30. Apellyasiya şikayətində şahid ifadələrinin guya düzgün qiymətləndirilmədiyi və ödənişlərin nağd aparıldığı iddia olunur. Bildirilir ki, şahid ifadələri bir-biri ilə uzlaşır və işin faktiki hallarını təsdiqləyir; nağdsız hesablaşmalarla bağlı iddialar mü bahisənin mahiyyətini dəyişmir, çünki iddia predmeti malın verilməsi və dəyərinin ödənilməməsidir; cavabdeh malı qəbul etmiş, lakin ödəniş öhdəliyini icra etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirmişdir.

31. Apellyasiya şikayətində göstərilən arqumentlər yeni sübutlara deyil, subyektiv mülahizələrə əsaslanır.

32. İddiaçının nümayəndəsi etirazda Mülki Məcəllənin 359.1 və 359.3-cü maddələrinə istinad etmişdir. İşdə iştirak edən şəxslərin izahatları, sübutların tədqiqi

33. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verməklə əlavə olaraq göstərdi ki, apellyasiya şikayətini müdafiə edir. Müqavilənin preambulasından aydın olur ki, müqavilə iddiaçının təsisçisi Teymur Rzayev və Şahid3 arasında bağlanmışdır. Bu müqavilənin he ç bir maddəsində cavabdehin adı çəkilmir. Onlar ehtimal edirlər ki, o dövrdə Şahid3 həmin müəssisənin rəhbəri olmuşdur, lakin bununla bağlı təsdiqedici sənədə nə dəftərxanada, nə də arxiv sənədlərində rast gəlinmir. Faktiki rəhbər olmuşdursa, onda vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, həmçinin vergidən yayınmaq məqsədilə öz adından bağladığı müqaviləyə cavabdehin möhürünü vurmuşdur. Birinci instansiya məhkəməsində çağırılmış şahidlərin ifadələrindən məlum olur ki, məhsullar bufetdə satılmışdır, lakin həmin zaman cavabdehlə həmin şəxslərin arasında heç bir icarə müqaviləsi yoxdur. İkinci bir məsələ isə həmin dövrdə Şahid3 müəssisənin direktoru olduğunu fərz etsələr, direktor səlahiyyətlərini müəyyən edən yeganə sənəd həmin qurumun nizamnaməsidir ki, həmin nizamnamə də yoxdur və mövcu d olmamışdır. Şahid3 isə müqavilənin bağlanıldığı dövrdən başlayaraq 5-6 ay Mərkəzdə fəaliyyət göstərmişdir. Onlar həmin dövrə aid Şahid3 öz imzası ilə təsdiq etdiyi yeməkxana ilə bağlı hansı ərzaqlardan istifadə olunubsa, öz vəsatətlərində qeyd etmişlər. Həmin istifadə olunan ərzaqların heç birində iddiaçı ilə bağlı vurulmuş qaimələrdə malların heç biri qeyd olunmamışdır. Açıq-aşkar görsənir ki, müqavilə iddiaçı ilə Şahid3 arasında bağlanmış müqavilədir, əgər cavabdehlə bağlanmış olsa idi, həmin müqavilədə cavabdehin adı çəkilərdi. Onlar həmin dövrdə və indiki dövrdə də “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi”nin və yaxud “Naxçıvan Sağlamlıq Mərkəzi”nin cavabdeh ola biləcəyini düşünmürlər. Müqavilənin subyekti də onlar deyillər. Mübahisə edilən mallar yeməkxanaya verilməmişdir, çünki yemə kxana cavabdehin tərkib hissəsidir, bufet isə belə bir struktur bölmə deyil. Bufetdən gələn gəlir cavabdehin hesabına köçürülməli, ondan sonra ödəniş olunmalı idi. “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 21 iyul tarixli fərmanın 1.10-cu bəndində qeyd olunur ki, “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X9 əsasında “Naxçıvan Sağlamlıq Mərkəzi” X10 yaradılsın. Mülki Məcələnin 56 və 57-ci maddələrində isə göstərilir ki, hüquqi şəxslərin çevirilməsi üçün onların təhvil aktı olmalıdır və həmin təhvil aktında da aktiv və passivlər göstərilməlidir. Belə bir təhvil aktı isə onlara məlum deyil. O bir daha vurğulayır ki, müqavilədə, ümumiyyətlə cavabdehin adı çəkilmir. Ş ahid ifadələrindən də aşkar görsənir və işin mübahisəsiz tərəfidir ki, həmin mallar bufetdə satılmışdır, lakin cavabdeh oradan heç bir şəkildə faydalanmamış, həmin gəlirlər cavabdehin balansına köçürülməmiş, sadəcə Şahid3 və onun təyin etdiyi nümayəndə tərəfindən mənimsənilmişdir.

34. İddiaçının nümayəndəsi izahatında göstərdi ki, apellyasiya şikayətini qəbul etmir. Apellyasiya şikayətinə etirazda ümumi mövqelərini bildirmişdir. Müqavilə bağlamaq tendensiyası diaqnostika mərkəzində birinci olan bir şey deyil. Müqavilənin giriş hissəsində cavabdehin adının göstərilməməsi sadəcə texniki xətadır. Cavabdehin rəhbərinin imzası, möhürü və həmin hüquqi şəxsin ticarət dövriyyəsində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi əks olunur. Bunu da bağlayan malların təhvil-təslimi, eyni zamanda onların mü qabilində elektron qaimələrin vurulmasıdır. Qarşı tərəfin Şahid3 ilə bağlı səsləndirdiyi fikirlər ehtimal olaraq qalır və heç bir hüquqi əsasa söykənmir. Şahid3 həmin qurumun qanuni təmsilçisi qismində çıxış etmişdir. Birinci instansiya məhkəməsində təqdim etdikləri sübutlar göstərir ki, həmin elektron qaimələr cavabdehə təqdim olunmuş və geri qaytarılmamışdır. Müqavilə standart müqavilədir. Cavabdeh tərəf ödəyən təşkilat olduğu üçün sadəcə rekvizitlərdə VÖEN-i yazılmışdır. İddiaçı 2022-ci il 02 və 21 noyabr, 22 dekabr tarixlərdə verilmiş mallarla bağlı 4 elektron qaimə üzrə yaranmış borcu tələb edir. Müvafiq qurumların sorğulara cavablarından da görünür ki, həqiqətən də Şahid3 keçmiş “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi”nin direktoru olmuş, onun müqavilə bağlamaq səlahiyyəti nizamnamə il ə müəyyənləşdirilmiş və Şahid3 Mərkəzin adından təmsilçi kimi fəaliyyət göstərmişdir. Müqavilədə də onun direktor tərəfindən bağlanılması əks olunur, orada VÖEN və möhürün olması kifayət edir.

35. Məhkəmə çıxışlarında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

36. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur.

37. Apellyasiya baxışında təqdim olunmuş; Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti aparatı rəhbərinin xx.xx.2026-cı il tarixli 3-2-06/2-234/2026 nömrəli məktubundan görünür ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 16 yanvar tarixli 256-06/S nömrəli sərəncamı ilə ləğv edilmiş “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X8 özünüidarə statusunun verilməsi haqqında” 2022-ci il 25 iyul tarixli 222-06/S nömrəli sərəncamla Mərkəzə özünüidarə statusu verilmiş və Naxçıvan MR Nazirlər Kabinetinə Mərkəzin nizamnaməsinin və strukturunun layihəsini hazırlayıb Naxçıvan MR Ali Məclisinə təqdim edilməsi, həmçinin Naxçıvan MR Səhiyyə Nazirliyi ilə birlikdə bu sərəncamın 1-ci hissəsinə uyğun olaraq Mərkəzin təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi tapşırılmışdır. Müvafiq sərəncamın icrasını təmin etmək məqsədilə Naxçıvan MR Nazirlər Kabinetinin 2022-ci il 26 iyul tarixli 156 nömrəli qərarı ilə “Naxçıvan Diaqnostika- Müalicə Mərkəzi” X9 Nizamnaməsi” təsdiq edilmiş və həmin Nizamnamədə Mərkəzin fəaliyyətinə Naxçıvan MR Ali Məclisinin sədri ilə razılaşdırmaqla Naxçıvan MR baş naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən baş direktorun rəhbərlik etməsi qeyd olunmuşdur. Naxçıvan MR Nazirlər Kabinetinin 2023-cü il 25 yanvar tarixli 7 nömrəli qərarı ilə “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X9 Nizamnaməsi”nin təsdiq edilməsi barədə 2022-ci il 26 iyul tarixli 156 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qeyd edilənlərə əsasən müvafiq aktlarda Mərkəzin Naxçıvan MR Nazirlər Kabinetinin tabeliyinə verilməsi barədə hər hansı göstəriş olmamışdır.

38. Naxçıvan MR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 87s nömrəli sərəncamının surətindən məlum olur ki, “Naxçıvan Diaqnostika-Müalicə Mərkəz i” X9 Nizamnaməsi”nin 5.2-ci bəndinə əsasən Şahid3 “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X9 baş direktoru təyin edilmişdir.

39. Naxçıvan MR Nazirlər Kabinetinin 2022-ci il 26 iyul tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X9 Nizamnaməsi”nin 5.5 və 5.5.5ci bəndlərinə görə, baş direktor Mərkəzi etibarnaməsiz təmsil edir, etibarnamə və müqavilə imzalayır. 40. “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Naxçıvan MR Ali Məclisi sədrinin 2023-cü il 21 iyul tarixli 191-Vİ FR nömrəli Fərmanından bəlli olur ki, Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X9 əsasında “Naxşıvan Sağlamlıq Mərkəzi” X10 yaradılmışdır (Fərmanın 1 və 1.10-cu bəndləri). Ap ellyasiya baxışının hədləri

41. Kollegiya Mülki-Prosessual Məcəllənin 372.6-372.7-ci maddələrinin tələblərini nəzərə alaraq apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən onun əsaslılığını tam, həmçinin şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq

42. Mülki Məcəllə; Maddə

359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçini n təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.... Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərk ən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir... Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə

567. Alqı-satqı müqaviləsi Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götür ür. Maddə

599. Alınan əşyaların qabaqcadan ödənilməsi 599.1. Alqı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirir. 599.2. Alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

43. Mülki-Prosessual Məcəllə; Maddə

9. Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.1. qüvv ədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə; Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə

372. Apellyasiya instansiyası məhkəməsində i şə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.... 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni d əyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;... Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə

402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassas iya şikayəti verilə bilər.

44. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu; Maddə

3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar 3.4. Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: 3.4.3. dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və X14lərə, habelə bələdiyyələrə (bu Qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla) ödənilən xidmət haqları və digər yığımlar;)

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 nömrəli 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” (bundan sonra “Elektron qaimə-faktu ranın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”);

1. Ümumi müddəalar 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir....

3. Elektron qaimə-fakturanın tətbiqi və istifadəsi 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3. Cari elektron qaimə-faktura... göndərildiyi vaxtdan 5 gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər.... 3.4...., cari elektron qaimə-faktura 5 gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə..., həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.

46. Konstitusiya Məhkəməsi Plenumunun Qərarları; “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” 2004-cü il 12 aprel tarixli Qərarına görə, “Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunv ericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarına görə, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir”. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərar - “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir ”. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində və iddiaçının apellyasiya şikayətinə qarşı etirazında göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

48. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri, işdə iştirak edən şəxslərin izahatları və təqdim olunmuş sənədlərlə əlaqəli şəkildə araşdıraraq kommersiya mübahisəsinə dair işin həlli ilə bağlı aşağıdakıları qeyd edir.

49. Hazırkı işdə iddia üzrə mübahisə iddiaçının direktoru X5 (satıcı) ilə cavabdehin baş direktoru Şahid3 (alıcı) arasında bağıanmış xx.xx.2022-ci il tarixli MNAX 0260 nömrəli alqı-satqı müqaviləsinə əsasən, i ddiaçı tərəfindən cavabdehə ərzaq (şirniyyat) mallarının satılması, malların təqdim edilməsi barədə iddiaçı tərəfindən hazırlanıb təsdiq edilərək portal vasitəsilə cavabdehin elektron kabinetinə göndərilmiş 4 ədəd elektron qaimə-faktura üzrə yaranmış 1024,94 manat borcun və ödənilmiş 30,25 manat dövlət rüsumunun tələb olunması ilə bağlıdır.

50. İddianın maddi-hüquqi əsasını Mülki Məcəllənin 567, 599.1 və 599.2-ci maddələri təşkil edir.

51. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığ ını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

52. İş materiallarından məlum olur ki, satıcı (iddiaçı) və alıcı (cavabdeh) azad iradə ifadəsi əsasında, mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərə riayət olunmaqla qeyd edilən alqı-satqı müqaviləsini bağlamış, bu müqavilə iddia qaldırılanadək mübahisələndirilməmiş, nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsində onun etibarsızlığını təsdiq edən hər hansı mötəbər bir sübut təqdim olunmamış v ə bununla bağlı heç bir mötəbər dəlil müəyyən edilməmişdir.

53. Müqavilənin istinad olunan 1.1, 1.2, 2.1, 2.2, 3.1, 3.10, 5.7-ci bəndləri işin hallarında göstərilmişdir (bax §1).

54. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

55. İş üzrə araşdırılmış hallardan görünür ki, mübahisələndirilən ə qd tərəflərin arzu etdikləri hüquqi nəticəni yaratmaq məqsədi ilə edilən iradə ifadəsi nəticəsində imzalanmışdır. Müqavilə tərəfləri arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununa dair qarşılıqlı razılaşmanın olması onların müqavilə bağlanan zaman və sonrakı icra mərhələsində davranışları ilə (malların alıcının sahiblik və istifadəsinə təhvil verilməsi, alıcının bufetində satılması) müəyyən olunur.

56. Şahid ifadələri və elektron qaimə-fakturalar malların faktiki olaraq cavabdehə təslim edildiyini təsdiqləyir və bu işin mübahisə olunmayan halıdır. Malların bufetə verilməsi və orada satılması isə cavabdehin daxili təsərrüfat fəaliyyətidir. Bu, iddiaçının borcun ödənilməsini tələb etmək hüququnu məhdudlaşdırmır.

57. Apellyasiya şikayətinin dəlilin ə münasibətdə müqavilənin etibarlılığı ilk növbədə onu imzalayan Şahid3 cavabdehi təmsil etmək səlahiyyətinin olub-olmaması ilə bağlıdır.

58. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Naxçıvan MR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli sərəncamı ilə Şahid3 cavabdehin baş direktoru təyin edilmişdir. Nizamnamənin 5.5 və 5.5.5-ci bəndlərinə görə isə, baş direktor cavabdehi etibarnaməsiz təmsil edir və müqavilələr bağlayır. (bax §38-39)

59. Müqavilənin cavabdehin möhürü ilə təsdiqlənməsi və vergi xidmətinin sistemində Şahid3 təmsilçi kimi görünməsi onun hüquqi şəxsin adından çıxış etdiyini sübut edir. Yəni müqavilə fərd kimi Şahid3la deyil, onun təmsilçiliyi vasitəsi ilə cavabdehlə bağlanmış hesab olunur. Şahid3 “alıcı” kimi qeyd olunması onun vəzifə səlahiyyətləri çərçivəsində et diyi hərəkətdir.

60. Kollegiya “müqavilələrə riayət edilməlidir” (“Pasta sunt servanda”) prinsipini rəhbər tutur, dövlət/publik qurumların təyin etdiyi rəhbərlərin hərəkətlərinə görə həmin qurumların üçüncü şəxslər qarşısında məsuliyyət daşıdığını qeyd edir.

61. Bu baxımdan kollegiya bildirir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələrin həlli zamanı ilk növbədə tərəflər arasında bağlanmış müqavilənin şərtləri əsas götürülür. Hazırkı halda müqavilədə tərəflər satılan malın satıcıya məxsus avtomaşınlarla satıcının hesabına alıcıya çatdırılması, alıcının aldığı malın dəyərini 25 gün müddətində nağd və ya köçürmə yolu ilə satıcının məsul şəxsinə, yaxud satıcının bank hesabına ödəməsi barədə razılığa gəlmişlər.

62. İş materiallarına əlavə edilmiş elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023 tarixli EBCN seriyalı: 294960 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2022-ci il tarixdə 330,50 manatlıq, 294961 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2022-ci il tarixdə 14,50 manatlıq, 294962 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2022-ci il tarixdə 433,46 manatlıq və 294963 nömrəli elektron qaimə-faktura üzrə xx.xx.2022-ci il tarixdə 246,48 manatlıq mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, həmin elektron qaiməfakturalar üzrə cavabdeh tərəfindən ödəniş edilməmiş və iddia tələbi üzrə 1024,94 manat borc qalmışdır.

63. Cavabdehin nümayəndəsinin “hüquqi varisliyin müəyyən olunmaması” dəlili ilə bağlı kollegiya qeyd edir ki, “Naxşıvan Sağlamlıq Mərkəzi” X10 məhz Naxçıvan MR Səhiyyə Nazirliyinin tabeliyində “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X9 əsasında yar adılmışdır. (bax §40)

64. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi hüquqi şəxsin “biometrik pasportu” hesab olunur. “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” X14 ilə “Naxşıvan Sağlamlıq Mərkəzi” X9 VÖEN-lərinin (**********) eyni olması o deməkdir ki, bu, əslində eyni hüquqi şəxsdir, sadəcə adı dəyişdirilmişdir.

65. Mülki Məcəllənin 56-cı maddəsinin məzmununa görə, hüquqi şəxs yenidən təşkil edildikdə (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə), onun hüquq və vəzifələri hüquqi varislik qaydasında yeni yaranan və ya mövcud olan şəxslərə keçir. Ad dəyişdikdə isə bütün öhdəliklər olduğu kimi qalır. Yəni “Naxşıvan Sağlamlıq Mərkəzi” PHŞ “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” PHŞ-nin bütün borcları üzrə birbaşa məsuliyyət daşıyır.

66. Cavabdehin nümayəndəsinin “iddiaçıdan alınmış malların bufe tdə satılması nəticəsində əldə olunmuş gəlirin cavabdehin kassasına daxil olmaması” dəlilinə münasibətdə kollegiya bildirir ki, bu dəlil müqavilənin xarici tərəfi olan iddiaçıya (satıcıya) qarşı irəli sürülə bilməz və kollegiya bu dəlili “iddianın predmetinə aid olmayan” fakt kimi qiymətləndirir. Çünki mülki hüquqda öhdəliklərin nisbiliyi prinsipinə görə, alıcı (cavabdeh) malı qəbul etdiyi andan ödəniş vəzifəsi yaranır. Daxili kassa intizamının pozulması borcu aradan qaldırmır. Alıcının (cavabdehin) daxilində həmin malın necə satılması, pul şəklində əldə olunan gəlirin cavabdehin kassasına mədaxil edilib-edilməməsi və ya işçilər tərəfindən mənimsənilməsi onun öz daxili idarəetmə məsələsi, daxili nəzarət sisteminin problemidir. İddiaçı (satıcı) malın daxildə necə istifadə olunmasına və satı şdan gələn gəlirin taleyinə görə risk daşımır.

67. Kollegiya tərəfindən apellyasiya şikayətində və izahatlarda göstərilən digər dəlillər subyektiv mülahizələr kimi dəyərləndirilir.

68. Kollegiya mülki dövriyyənin ədalətlilik prinsipinə müvafiq olaraq cavabdehə izah edir ki, əgər cavabdeh öz rəhbərinin və ya işçilərinin qanunsuz hərəkətləri, yaxud səhlənkarlığı nəticəsində ziyana düşübsə, (iddiaçıya borcu ödəməli olursa, lakin maların bufetdə satışı üzrə əldə edilmiş pul mənimsənilibsə), bu halda reqres (geri tələb) qaydasında iddia qaldırıla bilər.

69. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarına riayət etmiş və iddiaçının cavabdehə qarşı “pul” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. e-2-2(123)-348/2025 nömrəli, 2025-ci il 2 dekabr tarixli qətnamə qanuni və əsaslıdır.

70. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı; - e-2-2(123)-348/2025 nömrəli, 2025-ci il 2 dekabr tarixli qətnamə dəyişdirilmədən saxlanılmalı, - apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15,13 manat dövlət rüsumu cavabdehin özünə aid edilməli, artıq ödənilmiş 6,47 manat cavabdehə qaytarılmalıdır.

71. Mülki-Prosessual Məcəllənin 112.1-112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir. Ona görə də hazırkı kommersiya mübahisəsinə dair iş üzrə iddianın qiyməti on min manatdan az olduğundan Mülki -Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Nəticəvi hissə

72. Mülki-Prosessual Məcəllənin 365, 382, 384.0-384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Naxçıvan Sağlamlıq Mərkəzi” X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-2-2(123)-348/2025 nömrəli, 2025-ci il 02 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15,13 (on beş manat on üç qəpik) manat dövlət rüsumu cavabdehin özünə aid edilsin, artıq ödənilmiş 6,47 (altı manat qırx yeddi qəpik) manat cavabdehə qaytarılsın. Qətnamədən kassasiya şi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar