Məhkəmə qərarları › İş №2(102)-4033/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4033/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4033/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı mülki iş üzrə QƏRARI Açar sözlər: tapşırıq müqaviləsi, müqavilə azadlığı, müqavilənin müfəssəl şərtləri, vəkillə bağlanan hüquqi xidmət müqaviləsində mükafatın şərtləşdirilməsinin hüquqi aspektləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul öhdəliyinin icra olunması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 24 sentyabr tarixli 2(105)-1046/2025 nömrəl i qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) fərdi fəaliyyət göstərən vəkildir.

2. İddiaçı ilə Cavabdeh MMC (bundan sonra -cavabdeh) arasında 13 iyul 2021-ci il tarixdə “Hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, hüquqi xidmət göstərilən şəxsin xx.xx.2021-ci il tarixli 137/21 nömrəli etibarnamə ilə vəkilə etibar etdiyi səlahiyyətlərin icrası məqsədilə tərəflərin arasında bağlanacaq hüquqi xidmət göstərilməsi haqqında müqavilə(lər) əsasında ödəniləcək xidmət haqqına əlavə olaraq, hüquqi xidmət göstərilən şəxs vəkilə aşağıdakı ödəniş(lər)in ediləcəyini öhdəsinə götürür: - İşin müvə ffəqiyyətli həlli zamanı (Hüquqi xidmət göstərilən şəxsin xeyrinə qərar (qətnamə və s.) çıxarıldıqda, mediasiya prosesində barışıq əldə olunduqda) - iddia (şikayət) olunan məbləğin 5 faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla). Burada “işin müvəffəqiyyətli həlli” dedikdə, hüquqi xidmət göstərilən şəxsin cavabdeh, şikayət olunan və s. analoji statusda cəlb edildiyi işlər üzrə iddianın rədd olunması, geri qaytarılması, şikayətin təmin olunmaması, barışıq sazişinin bağlanması və işin hüquqi xidmət göstərilən şəxsi qane edən digər analoji nəticələrlə yekunlaşması başa düşülür. Eyni yanaşma hüquqi xidmət göstərilən şəxsin xeyrinə verilən iddianın və şikayətin təmin olunması, barışıq sazişinin bağlanması və işin hüquqi xidmət göstərilən şəxsi qane edən digər analoji nəticələrlə yekunlaşması hallarına aiddir; - Əvvəlki yarımbənddə göstərilən nəticədən fərqli nəticə əldə edilərkən iddia (şikayət) olunan məbləğin 2 faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla). Bu zaman tərəflər qarşılıqlı razılaşma əsasında fərqli ödəniş (o cümlədən, ümumiyyətlə ödənişin edilməməsi) şərti barədə də razılığa gələ bilərlər. Belə razılıq yazılı qaydada rəsmiləşdirilməlidir. 3. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələr əsasında İddiaçı e-2-2(119)-45/2021 saylı mülki iş üzrə, 3(105)-573/2021 saylı inzibati xəta haqqında iş üzrə, e-2-2(119)-1658/2022 saylı mülki iş üzrə, e-2-2(113)-310/2023 saylı mülki iş üzrə fərdi qaydada fəaliyyət göstərən vəkil kimi Cavabdeh MMC-nin hüquqlarını t əmsil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.850 manat məbləğində vəsaitin və 166,32 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli “hüquqi xidmət göstərilməsi haqqında” müqavilələr əsasında ödənilməli olan xidmət haqlarına əlavə olaraq cavabdeh, onunla arasında bağlanmış 13 iyul 2021-ci il tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə əsasında ona işin nəticəsindən asılı olaraq əlavə haqq ödəməyi öhdəsinə götürmüşdü r. Hüquqi xidmət göstərilən şəxsə həmçinin xx.xx.2021-ci il tarixli, EBBJ 673658 nömrəli (200 manat), xx.xx.2021-ci il tarixli, EBBK 533431 nömrəli (200 manat), xx.xx.2022-ci il tarixli, EBCH 138476 nömrəli (300 manat) və xx.xx.2023-cü il tarixli, EBCN 291630 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar göndərilmiş və cavabdeh tərəfindən qəbul edilərək, müvafiq ödənişlər bank hesabına köçürülmüşdür. Göstərilən müqavilələrin aid olduğu işlər üzrə yekun məhkəmə aktlarının qəbul edilməsinin üzərindən təxminən bir ilə yaxın vaxtın keçməsinə və həmin aktların hamısının icraya yönəldilməsinə baxmayaraq, cavabdeh 2021-ci il 13 iyul tarixli “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə üzrə öhdəliklərini hələ də icra etməmişdir. Halbuki, müqavil ədə bunun üçün cəmi beş gün vaxt nəzərdə tutulmuşdur. Hazırda cavabdehin ona göstərilmiş xidmətlərə görə əlavə 24.850 manat məbləğində (vergi və sığorta xərcləri daxil olmaqla) borcu mövcud olsa da, bu borcu ödəməkdən bu günə kimi yayınmaqdadır. Bu məqsədlə cavabdehə xx.xx.2024cü il tarixli, EBED 216018 nömrəli malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura göndərilmiş və həmin qaimə-faktura sistem tərəfindən təsdiqlənmişdir.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmiş, habelə iddia tələbinə qarşı yazılı etiraz və ya mülahizə təqdim etməmişdir.

7. Quba Rayon Məhkəməsinin (hakim Samir Məmmədov) 2025-ci il 8 may tarixli e2(027)-1143/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, 24.850 manat pulun və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 166,32 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında “hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə hüquqi yardım göstərilmiş, cavabdeh isə xidmət haqqı ödəyəcəyini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında 24.850 manat məbləği həddində məsuliyyəti yaranmışdır. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 441, 442-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə olunan sənədlərdən də göründüyü kimi iddia tələbi onların ziyanına çıxarılan qətnamələr üzrə icraya yönəldilən məbləğlərin miqdarından iki faiz tətbiq edilməklə hesablanmış və bu məbləği məhkəmə təsdiq edərək qanunsuz və əsassız qətnamə çıxarmışdır. Bu məntiqlə iddiaçı iştirak etdiyi və ziyanlarına çıxarılan digər məhkəmə qətnamələrinin icra ya yönəldilməsi ilə bağlı da məhkəmələrə müraciət etmək imkanı qazanmış olur. Amma nədənsə "xxxx" ASC ilə aralarında olan məhkəmə mübahisəsi üzrə ziyanlarına çıxarılmış 10,5 milyon manatın iki faizini hesablayıb məhkəməyə hələ də müraciət etməyib. Hərçənd ki, həmin məbləğin iki faizi, 210 min manat təşkil edir. Məhz həmin işdən sonra, indilərdə onlara məlum olmuşdur ki, bu şəxs qarşı tərəflə cinayət əlaqəsinə girərək, ümumiyyətlə onlara 2 milyon manata yaxın zərər vurmuş və zərərin miqdarı tərəflərindən tam müəyyən olunduqdan sonra müvafiq orqanlara da müraciət olunacaqdır. Nəinki Azərbaycanda, həm də başqa dövlətlərdə buna bənzər hər hansı müqavilə şərtlərinin olub-olmaması barədə apardığı sorğulara istehza ilə yanaşılmışdır. Ziyanına çıxarılan hər hansı işə görə kiməsə xidmət haqqı ödəmə li olması məntiqi deyildir. Qətnamə ləğv olunmaqla yanaşı, iddiaçı barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir. Həmçinin qətnamə nə iddiaçının, nə də cavabdehin iştirakı olmadan çıxarılmışdır.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) 2025-ci il 24 sentyabr tarixli 2(105)-1046/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – cavabdehdən 22.523,69 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 123,05 manatın iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi, qətnamənin qalan cavabdehdən 2.326,31 manat və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 43,27 manatın iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisə üzrə hüquqi mövqeyi ilə qismən razılaşmış və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış “hüquqi xidmətin haqqının ödənilməsi barədə” 13 iyul 2021-ci il tarixli müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndi həmin müqavilənin digər tərəfi olan cavabdeh üçün zərərli və müfəssəl olaraq müəyyənləşdirilməmiş, cavabdehin iradə ifadəsinə açıqca uyğun olmayan etibarsız şərtdir.

14. Kollegiya qeyd edib ki, hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə bağlanmış müqavilələr üzrə razılaşdırılmış məbləğ və kil tərəfindən göstərilən xidmətin nəticəsindən asılı deyildir. Eyni zamanda, tərəf işin uğurlu həlli nəticəsində əldə edəcəyi maddi vəsaitdən vəkilə mükafat şəklində haqq ödəyə bilər.

15. Mövcud iddia üzrə tələbin bir hissəsi işin uğurlu həlli nəticəsində vəkilə 5 faiz mükafat şəklində haqq ödənilməsi barədə olsa da, digər hissəsi isə iddiaya görə bunun tam əksi üçün nəzərdə tutulmuşdur.

16. Göründüyü kimi hüquqi yardıma görə iddiaçıya müraciət etmiş cavabdeh üçün “Əvvəlki yarımbənddə göstərilən nəticədən fərqli nəticə əldə edilərkən - iddia (şikayət) olunan məbləğin 2 faizi dəyərində (vergi və digər məcburi ödənişlər çıxılmaqla) ödəniş(lər)in ediləcəyi” barədə müqaviləyə daxil edilmiş şərt həm zərərli, həm də əlverişsiz şərt olmuşdur.

17. Məhkəmə öz mövqeyini MM-in 390.1, 390.5, 390.6, 4 04.1, 404.2, 405.1, 417.1, 417.2, 417.3, 418.1, 418.2, 419.1, 419.2, 420, 425.1, 425.2, 441, 442-ci, MPM-in 14.1, 14.2, 77.1, 88, 119.1, 384.0.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 18 dekabr tarixli Qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən - iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun müqavilə tərəflərinə onun şərtlərini müəyyənləşdirməkdə tam sərbəstlik vermişdir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi lazımınca əsaslandırılmamış mövqeyindən çıxış edərək, tam subyektiv meyarları tətbiq etməklə iddiaçının bu hüququnu maksimum dərəcədə məhdudlaşdırmış və nəticədə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir.

20. Cavabdeh iddiaçıya bir qayda olaraq, yüz minlərlə manat dəyərində olan iddialardan müdafiə olunmaq üçün hər işin aparılması qarşılığında cəmi təxminən 300 manatlıq bir ödəniş etmişdir ki, bu da aydın olduğu kimi, heç çəkilmiş xərclərin, sərf edilmiş vaxtın, əməyin və enerjinin bir hissəsini belə qarşılaya bilməzdi. Nəzərə almaq lazımdır ki, cavabdehin hüquqi ünvanı Quba rayonu olduğu üçün kommersiya mübahisələrinə Sumqayıt Kommersiya və ya Apellyasiya Məhkəmələrində baxılırdı ki, bu da izafi xərclər yaradırdı. Hətta təcrübədə iddiaçı Cavabdeh MMC-nin təsisçisinin payçısı olduğu digər hüquqi şəxslərdən birinin təmsilçiliyi üçün bir məhkəmə mübahisəsinə görə Sumqayıt şəhərinə altı dəfə gedib-gəlmişdir, habelə işlərdən birində dövlət rüsumunu iddiaçı ödəmişdir. Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər şərait yaradılmasına baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iddiaya hər hansı etiraz təqdim etmə mişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 18 dekabr tarixli qərarında vəkilə verilmiş tapşırığın uğurlu həlli ilə bağlı ifadə olunmuş mövqenin də qətnamədə birtərəfli təqdim edilərək mütləq uğurlu nəticənin əldə edilməsi şərti ilə əlaqələndirilməsi tamamilə yanlış yanaşmadır. Belə ki, əvvəla, Mülki Məcəllənin 6.3-cü maddəsinə görə, mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Buradan çıxan nəticəyə görə, hüquqi yardım alan şəxs “uğur” anlayışını tam fərqli mənada təfsir edə və məsələn, vəkilə borc öhdəliyini icra etmək üçün zamana ehtiyacı olması səbəbindən, ona vaxt qazandırmağı tapşıra, yaxud mövcud borc məbləğinin, məsələn, 50 faiz azaldılması müqabilində vəkilə ümumi tələbin müəyyən faizi həddində qonorar ödəmək öhdəliyini müqavilə ilə k önüllü şəkildə öz üzərinə götürə bilər. Apellyasiya instansiyası məhkəməsinin yanaşmasına görə isə, hüquqi xidmət göstərilən şəxs vəkilə istəsə də belə, bu cür vəd verə bilməz, razılaşma yalnız iddianın və ya şikayətin təmin olunması hallarına aid edilməlidir. Halbuki, Konstitusiya Məhkəməsinin qeyd edilən həmin qərarında müqavilə bağlayan tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsipinin mühüm önəmi qəbul edilərək, “uğurlu həll” anlayışına nümunə kimi həm də “hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.” halı fərqləndirilmişdir. Konstitusiya Məhkəməsinin qərarında daha sonra göstərilir: “Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə d air hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər”. Bizim halda da eynilə belə olmuşdur: cavabdehin hüquqlarını təmsil etdiyi zaman bilavasitə ona və onun təsisçisinin payçısı olduğu, digər hüquqi şəxslərə qarşı qaldırılan çoxsaylı pul tələbləri və bu qədər borcun yaranma səbəbləri barədə soruşduqda, problemin pandemiyadan qaynaqlandığını və bütün borcların qısa zamanda ödəniləcəyini, uyğun olaraq, məhkəmə prosesləri bitdikdən sonra iddiaçının da yuxarıda göstərilən razılaşma əsasında formalaşan xidmət haqqının ödəniləcəyini bildirir di. Əks təqdirdə yüz minlərlə manat dəyərində olan iddialardan müdafiə olunmaq üçün hər işin aparılması qarşılığında cəmi təxminən 300 manatlıq bir ödənişin edilməsi ağlabatan olmazdı.

22. Eyni zamanda cavabdehin təsisçisinin payçısı olduğu digər şirkətlərlə də iddiaçı arasında eyni məzmunlu müqavilələr bağlanmışdır və həmin müqavilələrin icra edilməməsi səbəbindən irəli sürülmüş iddialar tam təmin edilərək, məhkəmə qətnamələri icraya yönəldilmişdir. Üstəlik, cavabdeh də daxil olmaqla, həmin şirkətlərin əsas payçısı ixtisasca hüquqşünasdır və işin hüquqi hallarını və uğurlu həll perspektivini qiymətləndirmək imkanına tam malik olmuşdur.

23. Qanun müqavilə azadlığı əsasında tərəflərə seçdikləri kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), müqavilənin növünü, formasını və şərtlərini, o cümlədən qiymətləri sərbəst şəkildə müəyyən etmək imkanı verir. İddiaçı ilə cavabdeh öz aralarında 13 iyul 2021-ci il tarixində, bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gələn “Hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlamış və müqavilə şərtlərini sərbəst və öz iradələrinə uyğun müəyyən ediblər, həmçinin bu şərtlər tərəflərin hüquq və vəzilərini pozmamış və ya qanunvericiliyin tələbinə zidd olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməy ə borcludurlar.

26. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi;... 6.1.5. müqavilələr azadlığı.

27. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

28. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

29. M addə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

30. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

31. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

32. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozit iv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

33. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

34. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

35. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

36. Maddə 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.

37. Maddə 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

38. Maddə 417.3. Tərəflərin bilavasitə raz ılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

39. Maddə 418.1. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmaq və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun.

40. Maddə 419.2. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

41. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtl əşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

42. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

43. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

52. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadı nı qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunm uş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız iddiaçı tərəfindən mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə iddianın təmin olunmayan hissəsində maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığına görə, qətnamə qismən - iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.

57. Belə ki, işin müəyyən olunan hallarına görə iddiaçı ilə cavabdeh arasında 2021ci il 13 iyul tarixli “Hüquqi xidmətin haqqının ödənilməsi barədə” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə müxtəlif məhkəmə və digər hüquqi prosedurlarda hüquqi yardım göstərməyi, cavabdeh isə göstərilən xidmətə görə müqavilə ilə müəyyən edilmiş qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

58. Müqavilənin 1-ci bəndinə əsasən, hüquqi xidmət haqqına əlavə olaraq: işin hüquqi xidmət göstərilən şəxsin xeyrinə nəticələndiyi halda iddia olunan məbləğin 5 faizi; həmin nəticədən fərqli nəticə əldə edildiyi halda isə iddia olunan məbləğin 2 faizi məbləğində ödənişin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

59. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, «tər əflər arasında bağlanmış “Hüquqi xidmətin haqqının ödənilməsi barədə” 2021-ci il 13 iyul tarixli müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndi həmin müqavilənin digər tərəfi olan cavabdeh üçün zərərli və müfəssəl olaraq müəyyənləşdirilməmiş, cavabdehin iradə ifadəsinə açıqca uyğun olmayan etibarsız şərtdir».

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin bu mövqeyi işin faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun deyildir.

61. Tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndinin “müfəssəl olaraq müəyyənləşdirilməməsi” barədə məhkəmənin mövqeyi qəbul edilməzdir.

62. Əvvəla, məhkəmə bu bənd cavabdeh üçün “müfəssəl olaraq müəyyənləşdirilməyib” dedikdə, konkret olaraq nəyi (şərtin özünün məzmun baxımından ətraflı, təfsilatlı deyil, b əsit və yarımçıq məzmunlu olması, yaxud standart şərtlər baxımından müfəssəl şərt kimi müəyyən edilməməsini) nəzərdə tutması müəyyən olunmur.

63. Əgər məhkəmə müqavilənin bu şərtinin məzmun baxımından ətraflı və təfsilatlı olmamasını nəzərdə tutursa, bu nəticə əsaslı sayıla bilməz. Çünki müqavilənin qeyd olunan bəndində 2 faiz şərti dəqiqdir, bu öhdəliyin subyektinin cavabdeh olması, ödənişin hesablanmasına əsas verən hüquqi hadisə kimi “əvvəlki yarımbənddə göstərilən nəticədən fərqli nəticə”nin mövcud olması, hesablama bazasının “iddia (şikayət) olunan məbləğ”dən ibarət olduğu kifayət qədər təfsilatı ilə izah olunub.

64. Əgər məhkəmə bəhs olunan bənddə əksini tapmış şərtin müfəssəl şərt olmamasını nəzərdə tutmuşdursa, bu mövqe də əsassızdır. Belə ki, Mülki Məcəllədə müqavilənin standart ş ərtlərinin anlayışı müəyyən edilməsinə baxmayaraq, “müfəssəl şərt” termini ayrıca anlayış kimi müəyyən olunmayıb. Bu termindən yalnız Mülki Məcəllənin 417.2-ci maddəsində bəhs edilərək qeyd olunub ki, əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır.

65. Müfəssəl şərtin anlayışı doktrina və müqayisəli hüquqi yanaşmalar vasitəsilə izah oluna bilər. Bu məqsədlə müqayisə mənbəyi olaraq Mülki Məcəllənin 417.1-ci maddəsində müqavilənin standart şərtləri üçün müəyyən olunan elementlərin (əvvəlcədən hazırlanmış, dəfələrlə istifadə üçün nəzərdə tutulmuş, bir tərəf tərəfindən digər tərəfə təqdim edilən şərtlər) əsas götürülməsi mümkündür.

66. Standart şərtlərin anlayışından çıxış edərək, hüquq nəzəriyyəsində onun əksi və ya alternati vi kimi müfəssəl şərtlər fərqləndirilir. Müfəssəl şərt dedikdə, tərəflər arasında konkret müqavilə üzrə fərdi qaydada müzakirə edilərək razılaşdırılmış və yalnız həmin müqaviləyə aid olan şərtlər başa düşülür.

67. Müfəssəl şərtin bir neçə tipik xüsusiyyəti var. Standart şərt əvvəlcədən hazırlanmış olduğu halda, müfəssəl şərt tərəflərin danışıqları nəticəsində fərdi razılaşma əsasında müəyyən edilir, tərəflərin real iradəsini əks etdirir. Müfəssəl şərt standart şərtlər kimi ümumi istifadə üçün deyil, konkret müqaviləyə bağlı olur. Həmçinin müqavilə hüququnda qəbul edilmiş prinsipə görə, ziddiyyət yarandığı hallarda fərdi razılaşdırılmış şərt (müfəssəl şərt) standart şərtdən üstün sayılır.

68. Bu baxımdan müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndinin şərtləri standart şərtlər deyil, müfəssə l şərtlərdir.

69. Odur ki, məhkəmənin həmin şərti “müqavilənin digər tərəfi üçün zərərli olması” əsası ilə etibarsız hesab etməsinin də hüquqi əsası olmayıb.

70. Çünki məhkəmənin bu şərti etibarsız sayarkən istinad etdiyi Mülki Məcəllənin 420.2-ci maddəsinə görə, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır.

71. Göründüyü kimi bu norma standart şərtlərlə bağlanmış müqavilə münasibətlərini tənzimləyir və tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndinin şərti müfəssəl şərt olduğu halda, məhkəmə həmin şərtə standart şərtlərə aid norm anı tərbiq etməkdə haqlı olmamışdır.

72. Həmçinin müqavilə şərtinin cavabdehin iradə ifadəsinə açıqca uyğun olmadığı barədə məhkəmənin mövqeyi də müqavilə azadlığı prinsipi baxımından qüsurludur.

73. Belə ki, Mülki Məcəllədə təsbit olunmuşdur ki, mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər (Mülki Məcəllənin 6.1.2 və 6.2-ci maddələri).

74. İşdən görünür ki, müqavilə şərti aydın və konkret müəyyən edilmiş, ödəniş mexanizmi hesablama qaydası ilə birlikdə göstərilm iş, tərəflər bərabər hüquqi statusa malik olmuşdur. Həmçinin cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Bu halda müqavilənin göstərilən şərtinin cavabdehin iradəsinə uyğun olmaması barədə nəticə çıxarmaq üçün hüquqi əsas mövcud deyildir. Cavabdehin müqaviləni bağlayarkən iradəsinin azad olmaması, aldadılması, məcbur edilməsi və ya yanılması barədə sübut təqdim olunmayıb.

75. Tərəflər arasında bağlanmış müqavilə mahiyyəti etibarilə tapşırıq müqaviləsidir.

76. Belə ki, vəkilin ədalət mühakiməsində iştirakı hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya müvafiq olaraq vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. İşin mahiyyəti əsasında vəkil hüquqi yardım üçün müraciət etmiş şəxsə həmin tapşırığın i cra edilməsinin ehtimalı ilə əlaqədar olan bütün şərtləri bildirir və tərəflər razılığa gəldikdə yazılı surətdə müvafiq müqavilə tərtib edilir (“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinin İİİ və İV hissələri).

77. Göründüyü kimi, qanunvericilik vəkilin yardımından istifadə edən şəxs və müvafiq qurum (və ya fərdi qaydada fəaliyyət göstərən vəkil) arasında hüquqi yardımın göstərilməsi ilə bağlı münasibətlərin mülki-hüquqi müqavilə ilə tənzimlənməsini müəyyən etmişdir.

78. Vəkil tərəfindən hüquqi yardımın göstərilməsinə dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr həmin Məcəllənin 777-ci maddəsində müəyyən olunmuş tapşırıq müqaviləsinə uyğundur. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməy i öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

79. Hüquqi yardım göstərilməsi barədə bağlanan tapşırıq müqaviləsində də hüquqi yardım göstərən şəxs tərəfindən tapşırıq verən şəxsin mənafeyinə uyğun işlərin icrası, xidmətlərin göstərilməsi nəzərdə tutulur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına (iddianın və ya şikayətin təmin olunması, tapşırıq verən şəxsə qarşı verilən iddianın rədd olunmasına və s.) təminat verilmir.

80. Məhkəmə kollegiyası xatırladır ki, müqaviləyə əsaslanan öhdəliklərin icrası ilə bağlı mübahisələrdə müqavilə azadlığının prioritetliyinə diqqət yetirilməlidir. Mülki hüququn əsas prinsiplərindən biri olan müqavilə azadlığı tərəflərə müqavilənin məzmununu və öhdəliklərin icra mexanizmini sərbəst müəyyən etmək imkanı verir və məhkəmənin bu sahəyə müdaxiləsi yalnız qanunla müəyyən edilmiş istisna hallarda mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə bağlamaqda sərbəstdirlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə tərəflər qanunvericiliyə zidd olmayan şərtləri müqavilədə sərbəst müəyyən edə bilərlər.

81. Mülki hüquq doktrinasında qəbul olunmuş mövqeyə görə müqavilə azadlığı prinsipi aşağıdakı elementləri ehtiva edir: müqavilə bağlamaq və ya bağlamamaq azadlığı; müqavilə tərəfini seçmək azadlığı; müqavilənin növünü seçmək azadlığı; müqavilənin məzmununu müəyyən etmək azadlığı.

82. Bu prinsi p mülki hüququn fundamental prinsiplərindən biri olmaqla tərəflərin: müqavilə bağlamaq və ya bağlamamaq; müqavilənin növünü; onun şərtlərini; o cümlədən ödəniş mexanizmini sərbəst müəyyən etməsini nəzərdə tutur.

83. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə yazılı formada bağlanmış, tərəflərin qarşılıqlı razılığı ilə imzalanmış, onun şərtləri aydın, birmənalı başa düşülən məzmunda tərtib edilmişdir. Müqavilə şərtləri müəyyənlik keyfiyyətinə malikdir.

84. Müqavilə azadlığının məhdudlaşdırılması yalnız istisna hallarda mümkündür. Qəbul olunmuş fundamental prinsipə görə, müqavilə azadlığına yalnız aşağıdakı hallarda məhdudiyyət qoyula bilər: dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüq uq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).

85. Bu müddəalar əsasında işin halları təhlil edildikdə müəyyən olunur ki, iş üzrə tərəflər arasında bağlanmış müqavilənin mübahisələndirilən şərti qanunla qadağan edilməmişdir, ictimai qaydaya zidd olduğu müəyyən edilməmişdir və tərəflərin hüquqi bərabərliyi şəraitində bağlanmışdır. Uğurlu nəticəyə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyü

86. Baxılan mübahisənin düzgün həlli üçün müqavilə azadlığının prioritetliyi ilə yanaşı, tərəflər arasında bağlanmış müqavilə əsasında hüquqi xidmət haqqının hesablanması mexanizminin hüquqi əsasları və bu zaman tapşırıq müqaviləsini tənzimləyən hüquq normaları ilə yanaşı vəkillik fəaliyyəti və vəkil etikasını n əsasları da nəzərdən keçirilməlidir.

87. Vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi məsələləri “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 19-cu maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə müvafiq olaraq, vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qur um və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir.

88. Həmin Qanunun 19-cu maddəsinin İİİ hissəsinə görə vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının qanunveri ciliyi ilə müəyyən olunur.

89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 2023-cü il 18 dekabr tarixli Qərarında qeyd edib ki, «Müqavilə azadlığı prinsipindən irəli gələn imkan və səlahiyyətlər hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üçün də keçərli olmaqla, qanunvericiliklə tərəflərə müqavilənin məzmununun, o cümlədən haqqın ödənilməsi şərtlərinin və məbləğinin müəyyənləşdirilməsində sərbəstlik verilmişdir.

90. Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, «hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələr üzrə razılaşdırılmış haqq (qonorar) və mükafat bir-birindən fərqli anlayışlar olmaqla, birincisi vəkilə həvalə edilmiş tapşırığın müqabilində, onun üzərinə götürdüyü öhdəlik üzrə icra etdiyi işlərin əvəzi olaraq ödənilir və xidmətin nəticəsindən asılı deyil. Vəkilin peşə biliyindən, təcrübəsindən, ixtisas dərəcəsindən, səriştəsindən, hüquqi yardımın göstərilməsi ilə bağlı sərf edilmiş vaxtdan, işin mürəkkəbliyindən və s. amillərdən asılı olaraq, bu haqqın məbləğində fərqləndirmənin mövcudluğu mümkündür. Tərəflər arasında razılaşdırılmış mükafat isə tapşırığın uğurlu həllinə (məsələn, iddianın və ya şikayətin təmin edilməsi, hüquqi yardımla bağlı müraciət edənin maraqlarına uyğun qərarın qəbul edilməsi və s.) görə vəkilə ödənilən əlavə ödənişdir.... Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində işin uğurlu nəticəsinə görə vəkilə mükafat ödənilməsinin mümkünlüyünə və ya həddinə dair hər hansı məhdudiyyət təsbit edilməmişdir. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə isə mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Odur ki, hazırkı halda müqavilə azadlığı prinsipindən irəli gələrək hüquqi yardım barədə müqavilə üzrə tərəflər şərtli ödəniş barədə razılıq əldə etməkdə sərbəstdirlər.» Uğurlu nəticə olmadığı halda vəkilə mükafat ödənilməsinin mümkünlük şərtləri

91. Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında bəhs olunan vəkilə tapşırığın uğurlu həllinə görə ödənilən əlavədən fərqli olaraq, baxılan iş üzrə spesifik hal ondan ibarətdir ki, tərəflər hüquqi xidmətə görə vəkilə mükafatın ödənilməsini təkcə işin uğurlu olduğu hallarda (uğur mükafatı) deyil, həm də tapşırığın uğursuzluq hallarında ödənilməsini şərtləşdiriblər. Hazırda mübahisə predmeti də məhz uğur əldə edilməyən (müştərinin iddialarının təmin olunmadığı və ya müştəriyə qarşı iddiaların təmin olunduğu) işlər üzrə vəkilə ödənilməli vəsaitlə bağlıdır.

92. Nəzərə alınmalıdır ki, uğursuz nəticəyə görə ödənişlərin edilməsi şərti, vəkil etikası prinsipləri, müştərinin qorunması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi tələbləri ilə bilavasitə əlaqəlidir. 93. "Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında Xartiya"sında ödənişlərlə bağlı müştəriyə vicdanla yanaşılması prinsipi təsbit edilərək göstərilir ki, müştəridən xidmət haqqı üçün alınan ödənişin məzmunu ona açıq- aydın şəkildə izah edilməli, onun məbləği ədalətli və əsaslandırılmış olmalı, habelə qanun və peşə davranışı qaydaları ilə uzlaşmalıdır.

94. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd olunan Qərarında göstərib ki, «Avropa Vəkillər Kollegiyaları və X1 tərəfindən qəbul olunmuş “Avropa vəkillərinin davranış Məcəlləsi”nin 3.3.2-ci maddəsində verilən anlayışa görə “Pactum de quota litis” dedikdə, vəkillə müştərisi arasında işin yekun həllinədək bağlanmış müqavilə başa düşülür. Bu cür müqaviləyə əsasən, müştəri vəkilinə işin yekununa uyğun olaraq müəyyən pay (faiz) ödəməyi üzərinə götürür. Həmin pay pul və ya hər hansı mənfəət formasında ola bilər. Həmin Məcəllənin 3.3.1-ci maddəsində isə qeyd olunur ki, vəkil “pactum de quota litis” bağlaya bilməz. Həmin Məcəlləyə dair İzahedici Memorand umda bu məhdudiyyətlə bağlı izah verilərək göstərilmişdir ki, həmin müddəalar spekulyativ məhkəmə icraatını təşviq etdiyinə və sui-istifadəyə açıq olduğuna görə, şərtli ödənişlərlə (pactum de quota litis) bağlı müvafiq qaydada tənzimlənməyən müqavilələrin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə zidd olduğu barədə ümumi mövqeyi əks etdirir. Bununla belə, bu müddəalar işin nəticələrinə görə və ya yalnız iş uğurla nəticələndiyi halda, vəkillərə ödənişlərin edilməsi ilə bağlı sazişlərin qarşısını almağa yönəlməmişdir, bu şərtlə ki, həmin razılaşmalar müştərinin qorunması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi baxımından kifayət qədər tənzimlənir və nəzarət altındadır». Vəkilə mükafat ödənilməsi barədə şərtlərin yoxlanılması meyarları

95. Göründüyü kimi tərəflər arasında bağ lanmış müqavilənin 1-ci bəndinin 2-ci bəndində təsbit olunmuş şərtlər də “müştərinin qorunması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi” testinə tabedir.

96. Həmçinin hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilədə əlavə haqqın ödənilməsi barədə müddəaların müqavilə azadlığı prinsipinə uyğun olaraq müəyyən olunması, həmin müddəaların hər zaman etibarlı hesab edilə biləcəyi kimi qəbul edilməməlidir. Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz.

97. Mülki Məcəllənin 6-cı maddəsində təsbit edilmiş vicdanlılıq prinsipi, 5.3-cü maddəsində müəyyən edilmiş mülki hüquq münasibətləri subyektlərinin öz hüquq və vəzifələrini vicdanla həyata ke çirmə öhdəliyi, 16.1-ci maddəsində və 560-cı maddəsində hüquqdan sui-istifadənin qadağan edilməsi, əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı).

98. Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan suiistifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi).

99. Göstərilənlər baxımından Mülki Məcəllənin 339.1-ci maddəsinə uyğun olaraq, hüquqi yardım göstərən şəxsin müraciət edənin ağır vəziyyətə düşməsindən sui-istifadə etməsi nəticəsində onun üçün son dərəcə əlverişsiz ödəniş şərtləri ilə müqavilə bağlamağa nail olması, ağır şərtli əqd olaraq etibarsız hesab edilə bilər.

100. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan Qərarında ifadə edilmiş hüquqi mövqelər də nəzərə alınmaqla, hazırda baxılan iş üzrə məhkəmə, tərəflər arasında bağlanmış müqavilənin 1-ci bəndinin 2-ci yarımbəndindinin şərtini və işin hallarını spekulyativ məhkəmə icraatını təşviq etmə, vəkilin hüququndan sui-istifadə etmə, müştərinin qorunması və ədalət mühakiməsinin düzgün həyata keçirilməsi baxımından təhlil etm əlidir.

101. Həmçinin bu zaman işin uğurlu olmayan nəticəsinə görə mükafatın ödənilməsi şərtlərinə və hədlərinə, müqavilə azadlığı və hüquqi yardım almaq hüququ arasında ədalətli balans gözlənilməklə qiymət verilməlidir. 102. "Spekulyativlik" faktoru üzrə yoxlama aparılanda diqqətə alınmalıdır ki, işin mürəkkəbliyi, həcmi, ağırlığı və vaxt sərfi (müddətlər) baxımından əlavə ödənişlər nəticədən pay deyil, "faktiki göstərilən hüquqi xidmətin haqqı" statusuna keçə bilər. Uğursuz nəticəyə baxmayaraq, vəkilin göstərdiyi prosessual yardım real əməkdir və tərəflər müqavilə azadlığı prinsipinə uyğun və sərbəst iradə bəyanı əsasında əlavə ödənişləri müəyyən etməkdə sərbəstdirlər.

103. Ədalət mühakiməsinin qorunması meyarı onu nəzərdə tutur ki, ödəniş elə müəyyən edilsin ki, vəkil sırf pul qazanma q xatirinə müştərini perspektivsiz bir məhkəmə çəkişməsinə sürükləməsin. Müştərinin qorunması isə onu tələb edir ki, uğursuzluq halında belə tələb olunan məbləğ müştəri üçün ədalətsiz yükə çevrilməsin.

104. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin olunmayan hissəsində maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu hal MPM-in 418.1-ci maddəsində qətnamənin ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulub. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və həmin hissədə yenidən baxılması üçün göndərilməlidir.

105. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, müqavilə şərtini yuxarıda qeyd olunan əsaslar üzrə yoxlamalı, həmçinin hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən işin halların ı hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

106. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti t əmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 24 sentyabr tarixli 2(105)-1046/2025 nömrəli qətnaməsi qismən - iddia tələbinin təmin olunmamış hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar