Məhkəmə qərarları › İş №2(1-8)-1452/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1452/2026

16.06.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1452/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı iddiaçı1, iddiaçı2 və iddiaçı3 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmiş) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlunun məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçılar iddiaçı1 iddiaçı2 və iddiaçı3 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 saylı ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia tələbi rədd edilmişdir.

3. Qətnamə ilə razılaşmayan iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Iddiaçı iddiaçı1 sözügedən qətnamədən kassasiya şikayəti, eləcə də kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tаriхli 2(104)-754/2025 sаylı qətnaməsi ona göndərilməmiş və rəsmi оlаrаq təqdim еdilməmişdir. Bеlə ki, iş materiallarında qеyd оlunаn ünvаndа yаşаmır. Qətnаmə bаrədə məlumаtı 20 аvqust 2025-ci il tаriхdə əldə еtdikdən sоnrа vəkil Оsmаnоv Еlхаn Оsmаn оğlu ilə hüquqi yardım göstərilməsi barədə rаzılаşsа dа, оnun uzun müddətli хəstəliyi ilə bаğlı qətnаmədən kаssаsiyа şikаyətinin vеrilməsi mümkün оlmаmışdır. Sоnrаdаn isə hüquqi yardım göstərilməsi barədə müqavilə bağladığı vəkilin vəkillik fəаliyyətinin dаyаndırılmаsı səbəbindən kаssаsiyа şikаyətinin vеrilməsi mümkün оlmаmışdır. Beləliklə, kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti üzrlü səbəbdən ötürmüşdür.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməmiş, həmin qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

8. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.2025-ci il tarixdə iddiaçı iddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinetinə yerləşdirilmişdir. Iddiaçı qətnamənin ona rəsmi qaydada verilmədiyini bildirsə də, lakin nəzərə almaq lazımdır ki, MPMnin 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin maddənin 5-ci bəndinə görə isə, bu Məcəllənin 135.2-ci, 135.3cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə iddiaçıya rəsmi qaydada verilmiş sayılır. Iddiaçının kassasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəsi isə ##.##.2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir.

9. Bununla belə, o, kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim etməmişdir.

10. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 402.2.3, 408.1.4 və 408.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

11. Iddiaçı iddiaçı1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-(***)-***/**** nömrəli qərardadını ləğv edərək, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işdə olan sübutları və işin faktiki halını düzgün qiymətləndirilməmişdir. Məhkəmə tam və obyektiv araşdırma aparmayaraq qərəzli qətnamə çıxarmışdır. Məhkəmə prosessual müddət üzrə iddiaçının məhkəmə qətnaməsini alıb-almamağını yoxlanılması üçün iddiaçının iştirakını təmin etməli olduğu halda bunu etməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər:

15. Maddə 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

16. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

17. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

Kassasiya baxışının hədləri

18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin məhkəmə tərəfindən işdə olan sübutları və işin faktiki halını düzgün qiymətləndirilməməsi, prosessual müddət üzrə iddiaçının məhkəmə qətnaməsini alıbalmamağını

21. yoxlanılması üçün iddiaçının iştirakını təmin etməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası bu dəlillər formal mülahizələrdən ibarət olmaqla apellyasiya məhkəməsinin qərardadının əsaslılığını şübhə altına almır. Iddiaçı iddiaçı1 kassasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi barədə məhkəməyə sübut təqdim edə bilməmişdir.

22. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli *(***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar