Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1462/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin Iddiaçı Füzuli Rayon Icra Hakimiyyətinin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti, işin kommersiya məhkəməsinə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlundan və Inzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət qarışıq tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı Füzuli Rayon Icra Hakimiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan 1049 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq, daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsi tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. Iddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqi dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş qeydiyyat tarixi ##.##.2023-cü il olan, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış əsasında Füzuli Rayon Icra Hakimiyyətinin üzərində mülkiyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayonu XXX kənd sakini Cavabdeh ilə Beyləqan rayon * saylı notariat ofisində ## ######## 2023-cü il tarixdə, informasiya sistemində 3M-XXX reyestr nömrəsi ilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 182077 manat kompensasiya ödənilmişdir. Lakin hazırda cavabdeh həmin sahədən çıxmaq istəmir.
4. Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Məmmədli) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon Icra Hakimiyyətinə məxsus olan Ünvan ərazisində yerləşən 1049 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq, torpaq sahəsinin iddiaçı Füzuli Rayon Icra Hakimiyyətinə təhvil verilməsi qət edilmişdir.
5. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim M.Əsədlinin sədrliyi və məruzəsi ilə, hakimlər T.Heydərov və A.Novruzova) cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir.
7. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 62-ci, Mülki Prosessual Məcəllənin 24.1, 24.2, 26.1, 26.2, 32.3, 32.4, 32.7, 365, 387.2.1-ci maddələrinə istinad edərək göstərmişdir ki, apellyasiya məhkəməsinin icraatı zamanı məhkəmənin istifadəsində olan “AZEMIS” Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə tərəflərin “vergi məlumatları” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı Füzuli Rayon Icra Hakimiyyətinin (VÖEN XXX – aktivdir), cavabdeh Cavabdeh (VÖEN XXX – passivdir) və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC (VÖEN ********** – aktivdir) vergi ödəyicisi olan fiziki və hüquqi şəxs statusuna malik olması müəyyən edilmişdir.
8. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin əsasında notariat qaydasında ## ######## 2023-cü il tarixli, *M-*** saylı üçtərəfli kompensasiya müqaviləsi durmuşdur.
9. Məhkəmə tərkibi qeyd etmişdir ki, hazırkı işə ümumi məhkəmədə baxılmasının yolverilməzliyinə səbəb mübahisənin hüquqi təbiətidir. Hazırkı mülki işin hüquqi təbiəti isə sahibkarlıq fəaliyyəti ilə bağlı icarə (öhdəlik) mübahisəsidir. Bu halda iddiaçı icra hakimiyyəti mülki dövriyyə iştirakçısıdır. Belə ki, tərəflərdən biri fərdi sahibkar (sahibkarlıq subyekti), digəri isə icra hakimiyyətidir (amma bu münasibətdə inzibati səlahiyyət yox, mülki-hüquqi tərəf kimi çıxış edir). Icra hakimiyyəti torpağı inzibati aktla deyil, icarə müqaviləsi ilə vermişdir. Bu münasibət publik hüquqi münasibət olmamaqla, mülki-hüquqi (öhdəlik) münasibətidir. Hazırda tərəflər arasında baş verən mülki mübahisə torpaq icarə münasibəti, kompensasiya ödənilməsi, torpaqdan çıxmama və faktiki istifadə hüququ ilə bağlıdır. Bu da klassik icarə müqaviləsindən irəli gələn öhdəlik mübahisəsidir. Mübahisə predmeti olan torpaq sahəsi sahibkarın sahibkarlıq fəaliyyəti üçün verilmiş, istifadə sahibkarlıq məqsədi daşımış və kompensasiya da həmin sahibkarlıq obyektinə görə ödənilmişdir. Hazırkı iddia tələbi icarə münasibətinin nəticəsi olmaqla kompensasiyadan sonra istifadə hüququnun bitməsi və sahibkarlıq obyektinin boşaldılması ilə bağlıdır.
10. Məhkəmə tərkibi qeyd etmişdir ki, tərəflər arasında ## ######## 2023-cü il tarixdə bağlanmış və notarial qaydada təsdiq edilmiş üçtərəfli kompensasiya müqaviləsi hazırkı vaxta qədər hüquqi qüvvəsini itirməmiş, qanunla müəyyən edilmiş qaydada etibarsız hesab edilməmiş, ləğv olunmamış və ya xitam verilməmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, həmin müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir və tərəflərin üzərlərinə götürdükləri öhdəliklər tam icra olunanadək qüvvədə qalır. Iş materiallarında həmin müqavilənin etibarsızlığına dair hər hansı məhkəmə aktı, tərəflərin qarşılıqlı razılığı əsasında onun ləğv edilməsi barədə sənəd, yaxud müqavilə öhdəliklərinin tam icra olunmasını təsdiq edən sübutlar mövcud deyildir. Əksinə, iş üzrə toplanmış sübutların məcmusundan görünür ki, müqavilə üzrə kompensasiya verən tərəf öz üzərinə düşən əsas öhdəliyi yerinə yetirmiş, yəni cavabdehə 182077 manat məbləğində kompensasiya tam həcmdə ödənilmişdir.
11. Apellyasiya məhkəməsi göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə öhdəliklərinə dair müddəalarına əsasən bağlanmış müqavilə tərəflər üçün məcburi hüquqi qüvvəyə malikdir və tərəflər onun şərtlərinə vicdanla əməl etməyə borcludurlar. Müqavilənin bağlanması ilə tərəflər arasında konkret hüquq və vəzifələr yaranmışdır. Həmin hüquq münasibətləri müqavilənin bağlandığı andan qüvvəyə minmiş və onun icrası başa çatana, yaxud qanunla nəzərdə tutulmuş əsaslarla xitam verilənədək davam edir. Hazırkı işdə isə cavabdeh müqavilə üzrə ona ödənilməli kompensasiya məbləğini aldığını özü də etiraf etmiş, lakin müqabil öhdəliyi olan torpaq sahəsinin və üzərində yerləşən tikililərin boşaldılması öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin sonradan həmin öhdəliyin icrasından yayınması müqavilənin qüvvədən düşməsi kimi qiymətləndirilə bilməz, əksinə, qüvvədə olan müqavilə öhdəliyinin pozulması kimi dəyərləndirilməlidir.
12. Məhkəmə tərkibi hesab etmişdir ki, müqavilənin qüvvədə olması faktı mübahisənin hüquqi təbiətini müəyyən edən əsas hallardan biridir. Belə ki, tərəflər arasında münasibətlər artıq sadəcə torpaq sahəsindən faktiki istifadə ilə bağlı deyil, qüvvədə olan müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır. Bu səbəbdən mübahisənin yalnız “torpaq sahəsindən çıxarılma” kimi dar mənada qiymətləndirilməsi düzgün deyildir. Mübahisənin əsasında məhz qüvvədə olan müqavilənin şərtlərinin icra edilməməsi dayanır.
13. Eyni zamanda apellyasiya tərkibi qeyd etmişdir ki, müqavilənin qüvvədə qalması şəraitində onun şərtləri tərəflər üçün məcburidir və cavabdehin kompensasiya məbləğini qəbul etdikdən sonra müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi hüquqi məsuliyyət doğurur. Bu hal iddiaçının müqavilədən irəli gələn hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu yaradır. Beləliklə, məhkəmə tərkibi nəticəyə gəlmişdir ki, ## ######## 2023-cü il tarixli kompensasiya müqaviləsi hüquqi qüvvəsini saxladığından, hazırkı mübahisə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlıdır və işə bu hüquqi çərçivədə qiymət verilməlidir. Bu hal isə mübahisənin aidiyyəti məsələsinin həllində həlledici əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aidiyyətə dair müddəalarına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan, o cümlədən müqavilə öhdəliklərinin icrası, pozulması və ya dəyişdirilməsi ilə bağlı mübahisələrə kommersiya məhkəmələri baxır. Hazırkı işdə də mübahisənin predmeti qüvvədə olan kompensasiya müqaviləsinin icra edilməməsi, yəni müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlıdır ki, bu da birbaşa iqtisadi fəaliyyət çərçivəsində yaranmış mübahisədir.
Kassasiya şikayətinin dəlilləri:
14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin Şirvan Apellyasiya Məhkəməsinin icraatına qəbul edilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 25.1, 263.1, 390-cı maddələri pozulmuşdur.
16. Belə ki, məhkəmə mülki işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul etməklə səhv nəticəyə gəlmiş və prosessual hüquq normasının tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, iddia tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, Füzuli Rayon Icra Hakimiyyətinin üzərində mülkiyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayon XXX kənd sakini Cavabdeh ilə Beyləqan rayon * saylı notariat ofisində ## ######## 2023-cü il tarixdə, informasiya sistemində 3M-XXX reyestr nömrəsi ilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 182077 manat kompensasiya ödənilmişdir. Hazırkı işdə tərəflərdən biri icra hakimiyyəti orqanıdır və mülki-hüquqi tərəf kimi çıxış edir. Torpaq sahəsi Cavabdeh istifadəyə verilmişdir. Torpaq sahəsinin sahibkarlıq və yaxud başqa məqsədlə istifadəsi mütləq şərtləndirilməmişdir. Hazırda tərəflər arasında baş verən mülki mübahisə, məhkəmənin qeyd etdiyi kimi, torpaq icarə münasibəti, kompensasiya ödənilməsi, torpaqdan çıxmama və faktiki istifadə hüququ ilə bağlı geniş mənada qiymətləndirilməməli, əksinə, iddia tələbinin əsasını təşkil edən, kompensasiya verilmiş torpaq sahəsindən çıxmama və torpaq sahəsinin boşaldılmaması ilə bağlıdır. Burada nəzərə alınmalıdır ki, tərəflər kompensasiya müqaviləsini, həmçinin icarə müqaviləsini, onun şərtlərini və ya etibarsızlığını və s. mübahisələndirmirlər. Məhkəmənin bu cür qənaəti ilə razılaşsaq belə, tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı qiymətləndirilə bilməz və bu mübahisə kommersiya mübahisəsi ola bilməz. Mübahisə ondan ibarətdir ki, cavabdeh torpaq sahəsinə görə artıq kompensasiya məbləğini alıb, lakin torpaq sahəsindən çıxmır. Belə olan halda, bu mübahisə, tərəflər arasında, istər cavabdehlə icra hakimiyyəti orqanı arasında, istərsə də, iddiaçı ilə digər tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərin olması anlamına gətirməməlidir. Digər tərəfdən, məhkəmə, qərardadda mübahisənin hüquqi təbiətinin gah kompensasiya, gah da icarə müqaviləsi üzrə münasibətlər olduğunu qeyd edərək, ziddiyyətli dəlillər gətirmişdir. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən, səhv nəticəyə gəlmiş və işin hallarına uyğun olmayan qərar qəbul etmişdir.
17. Kassasiya şikayətinə etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Maddə 384.0.4. Apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: Maddə 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
23. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Qarışıq məhkəmə tərkibi kassasiya şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
22. Hazırkı işin mübahisəsiz hallarına görə, iddiaçı dövlət orqanı olmaqla vergi ödəyicisi kimi qeydə alınmışdır, cavabdeh fərdi sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxsdir, üçüncü şəxs isə kommersiya hüquqi şəxsidir.
23. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin göstərdiyi kimi, hazırkı iddia tərəflər arasında ## ######## 2023-cü il tarixdə bağlanmış kompensasiya barəsində üçtərəfli müqaviləyə əsaslanır.
24. Həmin müqavilənin predmetini Füzuli rayon Icra Hakimiyyətinin mülkiyyətində olan Ünvan ərazisində yerləşən, icarədə (istifadədə) olan 1049,0 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən tikili və qurğuların, avadanlıqların, inventarların və çox illik əkmələrin təhvil verilməsi, boşaldılması və s. müqabilində ödənilməli olan kompensasiya təşkil etmişdir. Tərəflərin razılığına əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC Cavabdeh 182077 manat məbləğində kompensasiya verir, Füzuli rayon Icra Hakimiyyəti isə torpaq sahəsini, üzərində olan tikililəri və s. təhvil alır.
25. Iddiaçı Füzuli rayon Icra Hakimiyyəti cavabdehin kompensasiyanı almasını, lakin torpaq sahəsini boşaltmamasını qeyd etməklə, həmin torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq, daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, hazırkı iddia tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlı öhdəlik mübahisəsidir. Belə ki, onlar mülki dövriyyənin bərabər hüquqlu subyektləri kimi müqavilə münasibətlərinə daxil olmuş, qeyd olunan müqaviləyə görə üçüncü şəxs cavabdehə kompensasiya ödəməyi, cavabdeh bunun müqabilində torpaq sahəsini iddiaçıya təhvil verməyi, iddiaçı dövlət orqanı isə həmin torpaq sahəsini qəbul etməyi öhdəsinə götürmüşlər. Iddiaya görə cavabdeh razılaşdırılmış vəsaiti alsa da, torpağı təhvil verməmiş, bununla da, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icrasından yayınmışdır.
27. “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2020-ci il ## ######## tarixli ** saylı Qərarının 23-cü bəndində mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı məhkəmələrə izah edilmişdir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.
28. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin tələbləri, istərsə də Ali Məhkəməsi Plenumunun hüquqi mövqeləri baxımından hazırkı mübahisəyə ümumi məhkəmədə baxılması istisna olunur.
29. Yuxarıda göstərilənləri nəzərə alaraq qarışıq məhkəmə tərkibi belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməlidir.
30. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.