Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1467/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X2 tərəfindən notarial qaydada təsdiq edilmiş ##.##.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı Cavabdeh 10000 manat məbləğində pul borc vermiş, Cavabdeh krediti ##.##.2029-cu il tarixədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.
2. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilməsi, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış ## #### 2017-ci il tarixli ******** nömrəli payçı müqaviləsi ləğv edilməsi, cavabdeh İddiaçı iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, * nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinə təhvil verilməsi qət edilmişdir.
3. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh cavabdeh İddiaçı və üçüncü şəxs “xxxx” MTK-ya qarşı onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evə köçürülməsi barədə iddianın rədd edilməsi qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarına əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)- ****/**** nömrəli iş üzrə ## ###### 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdən çıxarılmaqla, həmin evin iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir.
7. ##.##.2025-ci il tarixli Beh müqaviləsinə əsasən, Cavabdeh qiyməti 70000 manat olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evi 10000 manat beh almaqla İddiaçı satmış, İddiaçı isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8-ci bina, blok 1, 2-ci mərtəbədə yerləşən * saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək Cavabdeh vermişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ev almaq məqsədilə vasitəçi (makler) Fərhad adlı şəxslə əlaqə yaratmış və ona ev almaq istədiyini bildirmişdir. Fərhad ona Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evi göstərmişdir. Evi göstərməzdən öncə yalandan evdə kiçik təmir işləri aparmış və iddiaçını sözügedən evi almağa razı salmışdır. Iddiaçıya sözügedən evin cavabdeh Cavabdeh məxsus olması bildirilmişdir. Lakin həqiqətdə Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evə dair hər hansı bir rəsmi sənəd mövcud deyildir, özbaşına tikilidir. Iddiaçı bir müddət düşündükdən sonra evi almağa qərar vermiş və iddiaçı ilə cavabdeh arasında ##.##.2017-ci il tarixdə mübahisəli evlə bağlı qeyri-rəsmi müqavilə bağlandıqdan sonra iddiaçı bütün əmlaklarını götürərək mübahisə predmeti olan sənədsiz fərdi yaşayış evini tərk etmiş və həmin vaxtdan da mübahisə predmeti olan sənədsiz fərdi yaşayış evi iddiaçı İddiaçı faktiki istifadəsindədir. Tərəflər arasında olan razılaşmaya əsasən, Cavabdeh qiyməti 70000 manat olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evi 10000 manat beh almaqla İddiaçı satmış, İddiaçı isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8-ci bina, blok 1, 2-ci mərtəbədə yerləşən * saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək Cavabdeh vermişdir. Iş materiallarında olan 3 tərəfli kredit müqaviləsindən göründüyü kimi İddiaçı 70000 manat məbləğində puldan 10000 manat beh ödəmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış qeyrirəsmi müqaviləyə əsasən iddiaçı öz öhdəliklərini yerinə yetirdiyi halda, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Onun sözügedən mənzilə dair heç bir hüququ yoxdur. Cavabdeh özü müqavilənin şərtlərini pozmuşdur. Əldə olunmuş razılığa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8-ci bina, blok 1, 2-ci mərtəbədə yerləşən * saylı mənzilin pulunun bir qismini iddiaçı, digər qismini isə cavabdeh ödəməli idi. Cavabdeh özü sözügedən mənzilin ödənişlərini ödəmədiyinə görə mənzil ondan alınmışdır. Yalnız bundan sonra cavabdeh iddiaçıya satmış olduğu mənzilə dair iddia qaldırmağa başlamışdır. Buna baxmayaraq, cavabdeh sonradan məhkəmədə iddia qaldıraraq, sözügedən yaşayış evinə dair mənzilə köçürülmə, mənzildən çıxarılma kimi müxtəlif iddialar qaldırmışdır. Iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi cavabdeh İddiaçı qarşı tərəflər arasında bağlanmış payçı, müqavilələrinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ********* saylı ## #### 2017-cı il tarixli Payçı müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə Xırdalan şəhəri, H.ƏIiyev pr. 30-cu məhəllə, 8-ci bina, * saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı “xxxx” MTK-ya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış ## #### 2017-ci il tarixli ******** nömrəli payçı müqaviləsi ləğv edilmiş, cavabdeh İddiaçı iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, * nömrəli mənzilindən çıxarılmış və həmin mənzil boşaldılaraq iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinə təhvil verilməsi qət edilmişdir. Iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. Iddia tələbi təmin edilmiş və Iddiaçı Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evə köçürülməsi qət edilmişdir. Cavabdeh (vəkil Ceyhun Qulamov) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sonradan Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı cavabdehin evdə yaşamasının qanunsuz hesab edilməsi, evdən çıxarılma və evin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdə yaşamasının qanunsuz hesab edilməsi, cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdən çıxarılması, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdən çıxarılmış, həmin ev iddiaçı Cavabdeh təhvil verilməsi və iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Iddiaçı tərəfindən razılaşdırılmış Dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: pul məbləğinin böyük hissəsinin ödənilməsinə baxmayaraq, cavabdeh müqavilənin şərtlərinə sadiq qalmamışdır. Bu səbəblə də hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri pozulduğundan iddiaçı tərəfindən ödənilmiş 42000 (qırx iki min) manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
10. Məhkəmədə cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi borc tələbinin hüquqi əsası mövcud deyil və onun iddiaçıya borcu yoxdur. Əksinə iddiaçının ona borcu var. Belə ki, iddiaçı 2017-ci il tarixində iddiaçı İddiaçı ev alqı-satqısı ilə məşğul olan X1 ilə birlikdə onun Masazər qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən mənzilini almaq istədiyini bildirmişdir. Bununla bağlı onlar arasında daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Əliyev Fərhadın ofisində beh müqaviləsi bağlanmışdır. Həmin tarixdə verilən behin təsdiqi üçün onunla İddiaçı arasında formal xarakterli notarial qaydada borc müqaviləsi də bağlanmışdır. Qeyd olunan beh və borc müqavilələrində qeyd olunan 10000 manat məbləğində pul vəsaiti eynilik təşkil etməklə bərabər, həmin pul vəsaiti İddiaçı tərəfindən ona deyil, “xxxx” MTK-ya ödənilmişdir. Həmçinin “xxxx” MTKya ümumilikdə ilkin ödəniş olaraq, 12000 manat pul ödənişi olunmuşdur və digər 2000 manat pul vəsaiti də məhz onun tərəfindən Iddiaçıya verilmişdir. Bunun nəticəsində ona məxsus Masazır qəsəbəsində yerləşən mənzil İddiaçı verilmiş və “xxxx” MTK-da yerləşən mənzilə isə o, köçmüşdür. “xxxx” MTK-ya ödənişlər İddiaçı tərəfindən lazımi qaydada edilmədiyindən onlar arasında olan müqavilə münasibətləri məhkəmə qaydasında pozulmuşdur. Bundan sonra “xxxx” MTK tərəfindən onun həmin mənzildən çıxarılması barədə iddia qaldırılmış və həmin iddia tələbi təmin olunmuşdur. Daha sonra onun tərəfindən İddiaçı qarşı Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən mənzilə köçürülmə haqqında iddia qaldırmış və iddia tələbi Abşeron Rayon Məhkəməsi tərəfindən təmin olunmuşdur. Hazırda iddiaçı tərəfindən tələb olunan pul məbləği onun tərəfindən müqavilə tərəfi kimi “xxxx” MTK-ya ödənilən pul məbləğləridir. Hansı o İddiaçı ilə “xxxx” MTK arasında bağlanmış müqavilənin tərəfi olmamışdır. Həmin müqavilə öhdəlikləri məhz iddiaçı İddiaçı tərəfindən lazımınca yerinə-yetirilmədiyindən həmin müqavilə ləğv olunub və hazırda həmin ödənişərin iddiaçı tərəfindən ondan istənilməsi əsassızdır. Iddiaçı digər iddia tələbləri ilə bağlı keçirilən bütün məhkəmə proseslərini uduzduğundan uzatmaq məqsədilə bu məzmunda iddialarla məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Rüstəm Alıyev) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Qeyd olunan bu hal İddiaçı ilə Cavabdeh arasında ##.##.2017-ci il tarixli “beh müqaviləsi” adlı müqavilənin və həmin tarixli notarial qaydada təsdiq olunmuş “kredit müqavilə”si bağlanması ilə öz təsdiqini tapır. Həmçinin iddiaçının tələb etdiyi pul məbləğinin 10000 manata dair hissəsinin hüquqi əsasını bu müqavilələr təşkil edir. Məhkəmə qeyd olunan bu hala münasibətdə ilkin olaraq, tərəflər arasında olan müqavilə münasibətlərinə dair qanunvericilik normalarından çıxış edərək, həmin hissə ilə bağlı araşdırmanın aparılmasını zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zaman müəyyən olunmuşdur ki, tərəflər arasında hərfi mənada ad olaraq “beh müqavilə”sinin qeyd olunmasına baxmayaraq, həmin müqavilə şərtlərini təfsir edərkən müəyyən etmişdir ki, əslində tərəflər arasında olan münasibət daşınmaz əmlakın hissə-hissə ödənilməklə alqısatqısı münasibətləridir. Məhkəmə təkcə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alınmalı olduğu ilə bağlı formalaşan hüquqi mövqeyi əsas götürür. Bunun üçün isə tərəflər arasında olan bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki və ondan sonrakı davranışlarını, həmçinin onlar arasında mövcud olan qarşılıqlı münasibətləri alır. Tərəflər arasında bağlanmış “beh müqavilə”sində qeyd olunan 10000 manat məbləğində pul vəsaitinin verilməsinin rəsmiləşdirilməsi üçün tərəflər arsında kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı İddiaçı və Cavabdeh Cavabdeh onlara ünvanlanan suallarında cavab olaraq bildirmişlər ki, beh müqaviləsində qeyd olunan məbləğlə kredit müqaviləsində qeyd olunan 10000 manat məbləğindəki pul vəsaiti eynilik təşkil edir. Lakin hər iki müqavilə də qeyd olunan 10000 manat məbləğində pul vəsaiti iddiaçının da bildirdiyinə görə cavabdeh Cavabdeh verilməmişdir. Qeyd olunan 10000 manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK arasında bağlanan müqaviləyə münasibətdə ilkin ödəniş olaraq “xxxx” MTK-nın hesabına köçürülmüşdür. Bu özlüyündə tərəflər arasında olan hər iki müqavilə üzrə pul vəsaitinin Cavabdeh verilməməsini təsdiq edir. Həmçinin məhkəmə “kredit müqaviləsi”nin tərəflər arasında olan “beh müqavilə”sini pərdələmək məqsədilə bağlanmasının təsdiqi kimi çıxış edir.
13. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edən məhkəmə qeyd olunan kredit müqaviləsinə münasibət bildirməyi zəruri hesab edərək, qeyd etmişdir ki, yalan əqd əhəmiyyətsizdir. Çünki yalan əqdi bağlayan tərəflərin hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, hər iki tərəfinin birbaşa qəsdində ifadə olunan hərəkətlərinin əsas məqsədi hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir. Əksər hallarda hər iki müqavilə üzrə subyekt dairəsi eynilik təşkil edir. Hazırkı mülki iş üzrə tərəflər arasında bağlanan kredit müqaviləsində də tərəflərin əsl niyyəti kredit müqaviləsindən irəli gələn hüquqi nəticələrin yaranması olmamışdır. Yalnızca tərəflər arasında beh müqaviləsi adlandırdıqları alqı-satqı müqaviləsi üzrə ödənilməsi nəzərdə tutulan 10000 manat məbləğində pul vəsaitinin təsdiqi forması kimi çıxış etmişdir. Tərəflər arasında bağlanan “kredit müqaviləsi” yalan əqd olmaqla, tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı kimi başa düşülməlidir. Məhkəmə həmçinin etibarsız əqd olan yalan əqdlə bağlı Mülki Məcəllənin 337.4-cü maddəsinin tələbini əsas tutur. Həmin normanın məzmununda qeyd olunur ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
14. Məhkəmə tərəflər arasında bağlanan beh müqaviləsi ilə bağlı hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi özlüyündə yalan əqd olmaqla iddiaçı və cavabdeh arasında bağlanmış beh müqaviləsini pərdələmək niyyəti ilə bağlanmışdır. Tərəflər arasında bağlanmış beh müqaviləsinə tərəflər arasında daha öncə olan məhkəmə çəkişmələrində etibarsız əqd kimi müvafiq hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsində Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evin satılması ilə bağlı hüquqi mövqe belə olmuşdur ki, tərəflər arasında evin (özbaşına tikilinin) satılması barədə razılaşdıqları şərt məhz cavabdeh tərəfindən yerinə yetirilmədiyindən, iddiaçı faktiki olaraq sahibliyində olmuş mənzildən məhrum olmuşdur. Bunun hüquqi əsasını isə Mülki Məcəllənin 180-ci maddəsində qeyd olunan və sahiblik hüququ ilə bağlı müddəalar olmuşdur. Belə ki, həmin MM 180-cı maddənin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Həmin qərarda qeyd olunur ki, mülki-hüquqi mənada əşyaya faktiki olaraq nail olmaq, yiyələnmək və onu özündə saxlamaq kimi anlaşılır. Sahiblik konkret əmlakın real olaraq konkret şəxsdə olmasını əks etdirən hüquqi kateqoriyadır. Sahiblik mülkiyyət hüququna, istifadə hüququna, idarəetmə hüququna və təsərrüfatçılıq hüququna əsaslana bilər. Başqa sözlə sahiblik əşyanın müəyyən bir şəxsdə olması haqqında gerçəklikdir. Mülahizəyə əsaslanan sahiblik qanuni yolla tanınmasa və mübahisəli əmlak faktiki olaraq şəxsə verilməsə hüquqi əhəmiyyətə malik deyil. Sahiblik hüququ yalnız şəxsin özündə real olaraq mövcud olan əşya üzərində yaranır. Əşyaya sahiblik hüququ onun mülkiyyətçisinə, eləcə də əşyanın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Qeyd olunanların yekununda Həmçinin tərəflər arasında olan ünvan 1 ünvanında yerləşən evin (özbaşına tikilinin) satılması ilə bağlı fakt Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarında da etibarsız əqd kimi qiymət verilmişdir. Belə ki, həmin qərarda qeyd olunur ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən belə tikilini inşa etmiş şəxsin həmin tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən tərəflər arasında mübahisəli tikilinin ayrıca daşınmaz əmlak kimi alqı-satqısına dair bağlanmış müqavilə bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Eyni zamanda cavabdeh özü kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etmişdir. Belə ki, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş, 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan Mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biri-birlərinə qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs arasında mübahisənin predmetidir.
15. Istinad olunan qərarlarda müəyyən olunan hüquqi mövqedən və məhkəmə araşdırması zamanı müəyyən olunan hallardan çıxış edən məhkəmə qeyd etmişdir ki, tərəflər arasında beh müqaviləsi kimi bağlanmış amma hüquqi məzmununa görə alqı-satqı müqaviləsi olan müqavilə etibarsız əqd kimi hər hansı hüquqi nəticələr səbəb olmamışdır. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəz edilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Lakin hazırkı mülki iş üzrə isə müəyyən olunmuşdur ki, beh müqaviləsində qeyd olunan və bu əqdi pərdələmək üçün bağlanmış yalan əqd olan kredit müqaviləsində göstərilən 10000 manat məbləğində pul vəsaiti Cavabdeh verilməmişdir. Həmin məbləğin “xxxx” MTK ilə bağlanmış müqavilə üzrə ilkin ödəniş kimi İddiaçı tərəfindən ödənilməsi iddiaçıya məhkəmə iclaslarında ünvanlanan suallara cavabı ilə də təsdiq olunur. Bu hal isə onu deməyə dəlalət edir ki, tərəflər arasında olan etibarsız əqdin nəticəsində Cavabdeh əsassız varlanmamışdır. Həmin məbləğ ona verildiyi halda yalnız onun əsassız varlanmasını müəyyən etmək mümkün olardı.
16. Məhkəmə iddiaçı İddiaçı tərəfindən iddia tələbində qeyd etdiyi 32000 manata münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı “xxxx” MTK ilə aralarında bağladıqları müqavilə üzrə müqavilə tərəfinə ödədiyi ödənişləri müqavilə tərəfi olmayan Cavabdeh tələb etməsinin hüquqi əsası ümumiyyətlə yoxdur. Belə ki, İddiaçı “xxxx” MTK ilə aralarında bağladıqları müqavilə ilə bağlı qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə münasibət bildirilmişdir. Həmin qərarda cavabdeh İddiaçı tərəfindən müqavilə öhdəliyinin vaxtında icra edilməməsi səbəbindən tərəflər arasında bağlanan “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ##.##.2017-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən payçı müqaviləsinin ləğv edilməsi, İddiaçı iddiaçı “xxxx” MTK-ya məxsus Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, * nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı “xxxx” MTK-ya təhvil verilməsi qərara alınmışdır. Həmçinin “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış müqavilə ilə bağlı digər hüquqi münasibət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarında da bildirilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, cavabdeh İddiaçı özü kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etmişdir. Belə ki, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş, 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış Mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan Mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biri-birlərinə qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs arasında mübahisənin predmetidir.
17. Qeyd olunan bu hüquqi mövqedən çıxış edən məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK ilə aralarında bağlanmış və sonradan məhkəmə qaydasında ləğv edilmiş müqavilə üzrə ödədikləri məbləği hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh deyil, müqavilə tərəfindən mübahisələndirib tələb edə bilər.
18. Birinci instansiya məhkəməsi sadalanan xüsusatlara əsasən hesab etmişdir ki, cavabdeh Cavabdeh 42000 (qırx iki min) manat məbləğində pulun və ödənilmiş 216 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı İddiaçı verilməsi tələbinə dair iddia tələbi təmin edilməməlidir.
19. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 152.1, 152.5, 157.1, 157.2, 163.1, 164.1, 164.2, 180.1, 180.2, 180.3, 324.1, 324.2, 328.2, 329.1, 331.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 354.1, 354.2, 385.1, 385.2, 442, 491.1, 491.2, 492.2, 739.1, 739.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli Qərarlarına, MPM-in 14.2, 77.1, 82.3, 107, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. Iddiaçı apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin həqiqi iradə ifadəsini nəzərə almamışdır. Bağlanmış əqdlərin yalan əqd olması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqd aşağıda sadalanan əlamətlərə malikdir: - pərdələyən (yalan) əqd üzrə hər hansı hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, tərəflərin hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir; - pərdələmə əqdin hər iki tərəfinin birbaşa qəsdi ilə əhatə olunur; - pərdələyən və pərdələnən əqdlərdə tərəf kimi eyni subyektlərin iştirakı ilə yanaşı, bu əqdlərin subyekt tərkibinin fərqli olması da mümkündür. Belə ki, bəzi hallarda pərdələnən əqdin tərəfi pərdələyən əqddə iştirak etməsə də, sonuncu əqd ilə gizlədilən məqsəddən məlumatlı olur və onun bağlanmasına yardım edir. subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. “Üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq” dedikdə isə yalan əqd tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı başa düşülür. Görüntüdə bağlanan əqdin yalan əqd hesab edildiyi halda məhkəmənin öz təşəbbüsü ilə pərdələnən əqddən irəli gələn qaydaları tətbiq etməsinin mümkünlüyü ilə bağlı göstərilməlidir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Göründüyü kimi, qanunverici görüntü üçün bağlanan müqavilə tərəflərinin həqiqi iradə ifadəsi olan digər bir müqaviləni pərdələdiyi halda (yalan əqd halında), pərdələnən əqdə aid qaydaların tətbiqini mümkün hesab etmişdir. Həqiqi niyyət, əsl iradə ifadəsi isə müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqların, tərəflər arasındakı gerçək münasibətlərin araşdırılması əsasında təsbit edilə bilər. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halların heç birinə hüquqi qiymət verməmiş, tərəflərin həqiqi iradə ifadəsini müəyyən etməmiş, tərəflərin həqiqi iradə ifadəsinə uyğun olaraq tətbiq olunmalı maddi hüquq normalarını, yəni tərəflərin özləri üçün yaratma istədikləri hüquqi vəziyyəti tənzimləyən normaları tətbiq etməmişdir. Tərəflərin həqiqi iradə ifadəsi qarışıq hüquq münasibətlərinin yaranmasına yönəlmişdir. Iddiaçı cavabdehin evini satin alır, pulun bir hissəsini nağd ödəyir, digər hissəsini isə, cavabdehə aybaay ödəməyə razılaşırlar. Cavabdehin yaşı ilə əlaqədar onunla xxxx şirkəti arasında mənzilin kreditlə satılmasına dair müqavilə bağlamaq mümkün olmadığı üçün, həmin müqavilə məcburən iddiaçı ilə bağlanmalı olur. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK ilə aralarında bağlanmış və sonradan məhkəmə qaydasında ləğv edilmiş müqavilə üzrə ödədikləri məbləği hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh deyil, müqavilə tərəfindən mübahisələndirib tələb edə bilər. Lakin məhkəmə nəzərə almamışdır ki, İddiaçı ilə “xxxx” MTK ilə arasında bağlanmış müqavilə öz mahiyyətinə görə üçüncü şəxsin, yəni cavabdehin xeyrinə bağlanmış müqavilədir. Həmin evdə cavabdehin yaşaması faktı işin mübahisəsiz halıdır. Indiki vəziyyətdə, digər qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehin tərəflər arasındakı razılaşmadan öncəki vəziyyəti (status kvo) bərpa edilmişdir. Cavabdeh öz evini geri almışdır, Lakin iddiaçının çəkdiyi xərclərin əvəzi ödənilməmişdir. Bu isə, tərəflərin həqiqi iradə ifadəsi fonunda iddiaçının əlverişsiz vəziyyətə düşməsi, xeyli miqdarda pul itirməsi deməkdir və tərəflərin bərabərliyi prinsipinə ziddir.
22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli mülki iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli (sədrlik edən və məruzəçi), T.Heydərov və A.Novruzova) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, 33 471 (otuz üç min dörd yüz yetmiş bir) manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutulmaqla iddiaçı İddiaçı ödənilməsi, dövlət rüsumunun 190,41 manat pul məbləği hissəsinin cavabdeh Cavabdeh tutulmaqla iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
24. Belə ki, məhkəmə araşdırması zamanı sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evə dair Cavabdehyla İddiaçı arasında razılaşma olmuş və həmin razılaşmaya əsasən ilkin olaraq İddiaçı X6 10000 manat beh ödəməklə, qalan 60000 manatını 12 ilə hər ay 400 manat olmaqla ödənilməsi barədə ##.##.2017-ci il tarixli beh müqaviləsi tərtib edərək, tərəflər o cümlədən vasitəçi kimi iştirak etmiş Fərhad Əliyev tərəfindən imzalanmışdır.
25. Həmçinin həmin tarixə İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı 10000 manat miqdarında pul vəsaitini Cavabdeh borc vermişdir. İddiaçı isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8-ci bina, blok 1, 2-ci mərtəbədə yerləşən * saylı mənzilin pulunun bir hissəsini yəni, 60000 manat hissəsini özü ödəməyi öhdəsinə götürərək həmin mənzili Cavabdeh vermişdir. Cavabdeh Cavabdeh onlarla razılaşmış, Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən ** saylı evi İddiaçı təhvil vermiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8-ci bina, blok 1, 2-ci mərtəbədə yerləşən * saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Bu hal tərəflərin izahatından, həmçinin iş materiallarında olan məlumatlardan aşkardır.
26. Müəyyən müddət keçdikdən sonra tərəflər arasında məhkəmə mübahisələri başlamışdır. Ilkin olaraq “xxxx” Mənzil Tikinti Kooperativi İddiaçı qarşı tərəflər arasında bağlanmış payçı, müqavilələrin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsiylə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ## #### 2017-ci il tarixli ******** nömrəli payçı müqaviləsi ləğv edilməsi, cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, * nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinə qaytarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativi ilə cavabdeh İddiaçı arasında bağlanmış ## #### 2017-ci il tarixli ******** nömrəli payçı müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinə məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, * nömrəli mənzilindən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı “xxxx” Mənzil Tikinti Kooperativinə təhvil verilməsi qət edilmişdir.
27. Daha sonra Cavabdeh iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı və üçüncü şəxs “xxxx” MTK-ya qarşı onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evə köçürülməsi barədə iddianın rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)- ****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, iddiaçı Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
29. Iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı cavabdehin evdə yaşamasının qanunsuz hesab edilməsi, evdən çıxarılma və evin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdə yaşamasının qanunsuz hesab edilməsi, cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdən çıxarılması, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilərək, cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdən çıxarılmaqla, həmin evin iddiaçı Cavabdeh təhvil verilməsi qət edilmişdir. Məhkəmə aktlarının elektron bazasından əldə edilmiş məlumata görə Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən həm apellyasiya, həm də kassasiya şikayəti verilmiş, lakin müvafiq şikayətlər təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır.
31. Hazırda görünür ki, Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi icra mərhələsindədir. Cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdən çıxarılacaqdır.
32. Məhkəmə tərkibi qeyd etmişdir ki, həmin evdə İddiaçı yaşaması faktı işin mübahisəsiz halıdır. Indiki vəziyyətdə, digər qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə cavabdehin tərəflər arasındakı razılaşmadan öncəki vəziyyəti (status kvo) bərpa edilmişdir. Məhkəmə tərkibi ilk növbədə tərəflər arasında bağlanmış daşınmaz əmlakların alqısatqısına
33. dair bu müqavilələri əhəmiyyətsiz əqd kimi qiymətləndirir. Belə ki, ##.##.2025-ci il tarixli Beh müqaviləsindən görünür ki, Cavabdeh qiyməti 70000 manat olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evi 10000 manat beh almaqla İddiaçı satmış, İddiaçı isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “xxxx” MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8-ci bina, blok 1, 2-ci mərtəbədə yerləşən * saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək Cavabdeh vermişdir.
34. Məhkəmə tərkibi hazırkı mülki iş üzrə əqdlərin etibarsızlığı halı ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, arzu olunan hüquqi nəticəni əmələ gətirmək qabiliyyəti olmayan və ya belə bir hüquqi nəticəni əmələ gətirmək qabiliyyətindən məhrum edilə bilən əqdlərə etibarsız əqdlər deyilir. Əqdlər bağlanarkən etibarlılıq şərtlərinə əməl olunmadığı hallarda əqdlər etibarsız olur.
35. Göründüyü kimi, etibarsızlığın səbəbi başlanğıcda əqd bağlanarkən mövcud olan bir qanuna ziddiyyətlilik halıdır. Başqa sözlə, əqdlər bağlandıqdan sonra əmələ gələn bir səbəbə görə deyil, yalnız başqa əqdin bağlanması əsnasında mövcud olan bir qanuna ziddiyyətlilik halı səbəbilə etibarsız olur. MM-də bu ümumi şəkildə belə ifadə olunmuşdur: Bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır”. Yəni mövcud bir əqd yalnız qanuna zidd olaraq bağlanmışsa etibarsız ola bilər.
36. Məhkəmə tərkibi qeyd etmişdir ki, təcrübədən bəlli olduğu kimi, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, borcun etirafı kimi əqdlərin rəsmi qaydada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin varlığını və icra vaxtını notarial qaydada təsdiqlənən “kredit müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir.
37. Hazırkı iş üzrə də məhkəmə tərkibi hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi müstəqil borc münasibəti yaratmaq məqsədi daşımamış, əksinə, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı yaranmış öhdəliklərin sənədləşdirilməsi və təmin edilməsi məqsədi ilə bağlanmışdır. Bu səbəbdən həmin müqavilə tərəflər arasında mövcud olan əsas hüquq münasibətindən ayrı şəkildə qiymətləndirilə bilməz.
38. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK ilə aralarında bağlanmış və sonradan məhkəmə qaydasında ləğv edilmiş müqavilə üzrə ödədikləri məbləği hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdehdan deyil, müqavilə tərəfindən mübahisələndirib tələb edə bilər.
39. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK-ya ödənilmiş pul vəsaitləri formal olaraq onun həmin müqavilənin tərəfi olması ilə əlaqədar həyata keçirilmişdir. Lakin iş üzrə müəyyən olunmuş faktiki hallar göstərir ki, həmin ödənişlər əslində cavabdeh Cavabdeh faktiki istifadə etdiyi və yaşadığı mənzil üçün edilmişdir. Başqa sözlə, tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli razılaşmanın mahiyyəti ondan ibarət olmuşdur ki, cavabdeh Cavabdeh Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evini iddiaçıya verməli, bunun müqabilində isə iddiaçı tərəfindən cavabdehin “xxxx” MTK-dan əldə etdiyi mənzil üzrə ödənişlərin bir hissəsi həyata keçirilməli idi. Bu razılaşma tərəflərin faktiki davranışları ilə də təsdiq olunmaqdadır. Belə ki, cavabdeh Cavabdeh həmin mənzilə köçərək orada yaşamış və iddiaçı tərəfindən ödənilmiş vəsait hesabına əldə edilmiş yaşayış sahəsindən faktiki olaraq istifadə etmişdir.
40. Məhkəmə tərkibi hesab etmişdir ki, bu vəziyyət tərəflər arasında münasibətlərin formal hüquqi çərçivəsindən daha çox onların faktiki iqtisadi münasibətlərini nəzərə almağı tələb edir. Aydın olur ki, iddiaçının MTK ilə müqavilənin tərəfi qismində çıxış etməsi tərəflər arasında əldə edilmiş razılaşmanın texniki həyata keçirilməsi məqsədi daşımışdır.
41. Həmçinin cavabdehin yaşı və digər obyektiv hallarla bağlı mənzil tikinti kooperativi ilə birbaşa müqavilə bağlaması mümkün olmamış və bu səbəbdən həmin müqavilə iddiaçının adına bağlanmışdır. Belə olan halda, iddiaçının MTK qarşısında müqavilə tərəfi kimi çıxış etməsi və ödənişləri həyata keçirməsi tərəflər arasında əldə edilmiş razılaşmanın reallaşdırılması məqsədi ilə baş vermişdir və bu hal cavabdehin həmin ödənişlərin faktiki fayda əldə edən tərəfi olmasını istisna etmir.
42. Digər tərəfdən, sonradan tərəflər arasında baş vermiş məhkəmə mübahisələri nəticəsində həm “xxxx” MTK ilə bağlanmış müqavilə ləğv edilmiş, həm də tərəflər arasındakı ilkin vəziyyət faktiki olaraq bərpa olunmuşdur. Beləliklə, iddiaçı həmin razılaşma nəticəsində əldə etməli olduğu yaşayış sahəsindən məhrum olmuş, eyni zamanda ödədiyi pul vəsaitləri də ona qaytarılmamışdır.
43. Bu vəziyyət nəticə etibarilə iddiaçının maddi maraqlarının pozulmasına və onun üçün əlverişsiz hüquqi vəziyyətin yaranmasına səbəb olmuşdur. Cavabdeh isə iddiaçı tərəfindən ödənilmiş vəsait hesabına müəyyən müddət ərzində yaşayış sahəsindən istifadə etmişdir.
44. Belə olan halda, tərəflər arasında bağlanmış əqdin etibarsız sayılmasının hüquqi nəticəsi kimi tərəflərin aldıqlarını bir-birinə qaytarması zərurəti yaranır. Əks halda cavabdeh iddiaçının hesabına əsassız olaraq əmlak faydası əldə etmiş olar ki, bu da mülki hüququn ədalət, bərabərlik prinsiplərinə zidd olardı.
45. Bundan başqa birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, beh müqaviləsində göstərilən və guya həmin əqdi pərdələmək məqsədilə bağlanmış kredit müqaviləsində nəzərdə tutulan 10000 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh verilməmiş, həmin məbləğ “xxxx” MTK ilə bağlanmış müqavilə üzrə ilkin ödəniş kimi iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə bu haldan çıxış edərək tərəflər arasında bağlanmış əqdin nəticəsində cavabdehin əsassız varlanmasının baş vermədiyi qənaətinə gəlmişdir.
46. Lakin məhkəmənin bu nəticəsi iş üzrə müəyyən olunmuş faktiki hallara və tərəflər arasında mövcud olmuş hüquqi münasibətlərin mahiyyətinə uyğun deyildir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin yalan (pərdələyici) əqd kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Iş materiallarından da görünür ki, həmin müqavilə hər hansı üçüncü şəxsi aldatmaq və ya başqa bir əqdi gizlətmək məqsədilə bağlanmamışdır.
47. Əksinə, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair əldə olunmuş razılaşma notariat qaydasında rəsmiləşdirilmədiyindən və tərəflər arasında verilmiş pul vəsaitinin hüquqi sənədləşdirilməsinə ehtiyac yarandığından, əvvəldən verilmiş 10000 manat məbləğində pul vəsaitinin hüquqi əsasının müəyyən edilməsi məqsədilə kredit müqaviləsi tərtib edilmişdir. Bu baxımdan kredit müqaviləsi tərəflər arasında mövcud olmuş faktiki pul münasibətlərinin sənədləşdirilməsi məqsədini daşımışdır.
48. Digər tərəfdən, tərəflər arasında əldə olunmuş razılaşmanın ümumi mahiyyəti nəzərə alındıqda aydın olur ki, iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər, o cümlədən 10000 manat məbləğində vəsait, cavabdehə məxsus olduğu iddia edilən Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin əldə edilməsi məqsədilə verilmişdir.
49. Belə ki, həmin məbləğin “xxxx” MTK ilə bağlanmış müqavilə üzrə ilkin ödəniş kimi iddiaçı tərəfindən ödənilməsi əslində cavabdehin xeyrinə həyata keçirilmiş ödəniş hesab olunmalıdır. Çünki tərəflər arasında əldə edilmiş razılaşmaya əsasən cavabdeh həmin mənzilə köçərək orada yaşamış və iddiaçı tərəfindən həyata keçirilmiş ödənişlərin nəticəsindən faktiki olaraq faydalanmışdır.
50. Bu baxımdan birinci instansiya məhkəməsinin yalnız pul vəsaitinin birbaşa cavabdehə verilməməsinə əsaslanaraq onun əsassız varlanmadığı barədə nəticəyə gəlməsi düzgün hesab edilə bilməz. Mülki hüquq münasibətlərində əsas meyar pulun formal şəkildə kimə verilməsi deyil, həmin vəsaitin faktiki olaraq kimin xeyrinə istifadə olunması və kim tərəfindən fayda əldə edilməsidir.
51. Məhkəmə tərkibi qeyd etmişdir ki, iş materiallarında olan sənədlərdən, o cümlədən Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsindən görünür ki, ## #### 2017-ci il tarixli ***-**-**-****-EE-X* nömrəli kredit müqaviləsinə və həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinin surətinə əsasən, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən iddiaçı ilə “xxxx” MTK arasında bağlanmış ## #### 2017-ci il tarixli ******** nömrəli müqavilənin predmetini təşkil edən mənzilin əldə edilməsi məqsədilə iddiaçıya 67100 manat məbləğində kredit vəsaiti verilmişdir.
52. Eyni zamanda, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin tədqiqi zamanı müəyyən olunur ki, qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı tərəfindən kredit ödənişləri qismində ümumilikdə 23471 manat məbləğində pul vəsaiti ödənilmişdir.
53. Beləliklə, təqdim edilmiş yazılı sübutlar və maliyyə sənədləri təsdiq edir ki, iddiaçı tərəfindən mübahisəli mənzilin əldə edilməsi məqsədilə kredit vəsaiti cəlb edilmiş və həmin kredit öhdəliyi üzrə müəyyən məbləğdə ödənişlər faktiki olaraq iddiaçı tərəfindən həyata keçirilmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış ##.##.2017-ci il tarixli razılaşmaya uyğun olaraq iddiaçı tərəfindən ilkin ödəniş qismində 10000 manat məbləğində pul vəsaiti cavabdehə ödənilmişdir. Bu halı cavabdehin öz imzası ilə təsdiq etdiyi beh müqaviləsinin arxasında qeyd edilən əlyazmaları təsdiq edir.
54. Bu baxımdan, iddiaçı tərəfindən faktiki olaraq ödənilmiş pul vəsaitlərinin ümumi məbləği 33471 manat təşkil edir. Işin faktiki halları və tərəflər arasında mövcud olmuş hüquqi münasibətlərin mahiyyəti nəzərə alındıqda müəyyən olunur ki, qeyd olunan ödənişlər cavabdehin xeyrinə həyata keçirilmiş və cavabdeh həmin vəsaitlərin nəticəsindən faktiki olaraq faydalanmışdır.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalıdır. Eyni zamanda, mülki hüququn ümumi prinsiplərinə görə bir şəxsin digər şəxsin hesabına əsassız əmlak faydası əldə etməsinə yol verilmir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən faktiki olaraq ödənilmiş 23471 manat kredit ödənişi və ilkin ödəniş qismində verilmiş 10000 manat məbləğində vəsait birlikdə nəzərə alınmalı və ümumilikdə 33471 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutulmaqla iddiaçı İddiaçı ödənilməlidir.
56. Iddiaçı iddia tələbində 42 000 manat tələb etsə də, iş materiallarının və təqdim edilmiş sənədlərin tədqiqi göstərir ki, həmin məbləğ üzrə kifayət qədər sübutlar mövcud deyil. Bu səbəbdən məhkəmə 42 000 manat məbləğində ödənişi təmin edə bilməz. Çünki tərəflər arasında həmin məbləğin konkret ödənildiyini təsdiqləyən etibarlı maliyyə sənədləri və qəbzlər iş materiallarında təqdim olunmamışdır.
57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
59. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
61. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 33 471 (otuz üç min dörd yüz yetmiş bir) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh tutulmaqla iddiaçı İddiaçı ödənilməlidir. Iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun təmin edilmiş hissəyə mütənasib olaraq 190,41 manat pul məbləği hissəsi cavabdeh Cavabdeh tutulmaqla iddiaçı İddiaçı ödənilməlidir.
62. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 144.1, 180.1, 180.2, 324.1, 324.2, 328.2, 329.1, 331.1, 337.1, 337.3, 337.4, 337.5-ci, MPM-in 14.2, 77.1, 88, 372 və 384-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
63. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli mülki iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** saylı qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
64. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1, 152.1, 157.2, 164.1, 164.2, 180.1, 324.1, 328.2, 329.1, 337.1, 337.2, 337.3, 340.1, 340.2, 385.1, 491.2, 492.2, 739.1-ci, MPM-in 14.1, 14.2, 217.1, 217.3 və 217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iş materiallarından müəyyən olunduğu kimi Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı ev hüquqi vəziyyətinə görə özbaşına tikildir. Həmin evə dair Cavabdeh ilə İddiaçı arasında razılaşma olmuş və həmin razılaşmaya əsasən ilkin olaraq İddiaçı Cavabdeh 10000 manat beh ödəməklə, qalan 60000 manatını 12 ilə hər ay 400 manat olmaqla ödənilməsi barədə ##.##.2017-ci il tarixli beh müqaviləsi tərtib edərək, tərəflər o cümlədən vasitəçi kimi iştirak etmiş Fərhad Əliyev tərəfindən imzalanmışdır. Həmçinin həmin tarixə İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı 10000 manat pulu Cavabdeh borc vermiş, tərəflər arasında olan həmin müqavilə Sumqayıt “ASAN Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu C.Qasımov tərəfindən təsdiq olunmuş, İddiaçı isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8-ci bina, blok 1, 2ci mərtəbədə yerləşən * saylı mənzilin pulunu özü ödəməy i öhdəsinə götürərək Cavabdeh vermişdir. Cavabdeh onlarla razılaşmış, Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən ** saylı evi İddiaçı təhvil vermiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8-ci bina, blok 1, 2-ci mərtəbədə yerləşən * saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Lakin bir müddət sonra ona məlum olmuşdur ki, “xxxx” MTK-nın müqavilə tərəfi olan İddiaçı qarşı iddia qaldıraraq, tərəflər arasında bağlanmış payçı müqaviləsinin ləğv edilməsi, mənzilin boşaldılması və iddiaçıya qaytarılması” barədə iddia tələbi Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin olunmuşdur. Bununla da iddiaçı Cavabdeh məlum olmuşdur ki, cavabdeh İddiaçı onu aldatmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evi ələ keçirmək niyyətində olmuşdur. Bundan sonra Cavabdeh Abşeron Rayon Məhkəməsinə evə köçürülmə iddiası ilə müraciət etmiş, Abşeron Rayon Məhkəməsi qətnaməsi ilə həmin iddia rədd edilmiş, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və Cavabdeh iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə həmin qətnamədən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
65. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evdən çıxarılması, həmin evin Cavabdeh verilməsi qərara alınmışdır. Sonradan iddiaçı İddiaçı Cavabdeh qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ümumilikdə ödənilmiş 42000 manat miqdarında pul vəsaitinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi qanuni və əsaslı olaraq iddia tələbini rədd etmiş, lakin apellyasiya instansiya məhkəməsi tamamilə qanunsuz olaraq apellyasiya şikayətini qismən təmin edərək iddia tələbini qismən təmin etmişdir. Apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq nəzərinizə çatdırıram ki, iş materiallarında olan sənədlərlə, müvafiq məhkəmə aktları ilə və tərəflərin izahatları müəyyən olunmuşdur ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Işin qeyd olunan bu halları İddiaçı ilə Cavabdeh arasında ##.##.2017-ci il tarixli “beh müqaviləsi” adlı müqavilənin və həmin tarixli notarial qaydada təsdiq olunmuş “kredit müqavilə”sinin bağlanması ilə öz təsdiqini tapır. Həmçinin iddiaçı İddiaçı tələb etdiyi pul məbləğinin 10000 manata dair hissəsinin hüquqi əsasını həmin müqavilələr təşkil edir. Qeyd edir ki, tərəflər arasında “beh müqavilə”sinin qeyd olunmasına baxmayaraq, əslində tərəflər arasında olan münasibət daşınmaz əmlakın hissəhissə ödənilməklə alqı-satqısı münasibətləridir. Tərəflər arasında bağlanmış “beh müqavilə”sində qeyd olunan 10000 manat məbləğində pul vəsaitinin verilməsinin rəsmiləşdirilməsi üçün tərəflər arsında kredit müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak edən iddiaçı İddiaçı bildirmişdir ki, beh müqaviləsində qeyd olunan məbləğlə kredit müqaviləsində qeyd olunan 10000 manat məbləğindəki pul vəsaiti eynilik təşkil etməklə hər iki müqavilədə göstərilən 10000 manat pul cavabdehə verilməmiş, həmin pul iddiaçı tərəfindən onunla “xxxx” MTK arasında bağlanmış müqavilə üzrə ilkin ödəniş qismində “xxxx” MTK-nın hesabına köçürülmüşdür. Bu fakt tərəflər arasında olan hər iki müqavilə üzrə pul vəsaitinin Cavabdeh verilmədiyini sübut edir. Eləcə də “kredit müqaviləsi”nin tərəflər arasında olan “beh müqavilə”sini pərdələmək məqsədilə bağlanması öz təsdiqini tapır. Göründüyü kimi həmin kredit müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Qanunvericiliyin tələbinə əsasən yalan əqdi bağlayan tərəflərin hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmamaqla, hər iki tərəfin əsas məqsədi hüquqi niyyət i əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlmişdir. Hazırkı mülki iş üzrə tərəflər arasında bağlanan kredit müqaviləsində də tərəflərin əsl niyyəti kredit müqaviləsindən irəli gələn hüquqi nəticələrin yaranması olmamış, tərəflər arasında beh müqaviləsi adlandırılmış alqı-satqı müqaviləsi üzrə ödənilməsi nəzərdə tutulan 10000 manat məbləğində pul vəsaitinin təsdiqi forması kimi çıxış etmişdir. Tərəflər arasında bağlanan “kredit müqaviləsi” yalan əqd olmaqla, tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı kimi başa düşülməlidir. Tərəflər arasında bağlanan beh müqaviləsi ilə bağlı qeyd edirəm ki, tərəflər arasında bağlanmış kredit müqaviləs i özlüyündə yalan əqd olmaqla tərəflər arasında bağlanmış beh müqaviləsini pərdələmək niyyəti ilə bağlanmış, tərəflər arasında bağlanmış beh müqaviləsinə tərəflər arasında digər məhkəmə işlərində etibarsız əqd kimi müvafiq hüquqi qiymət verilmişdir. Belə ki, iş materiallarında əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsində Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən ** saylı evin satılması ilə bağlı hüquqi mövqe ondan ibarət olmuşdur ki, tərəflər arasında evin (özbaşına tikilinin) satılması barədə razılaşdıqları şərt məhz cavabdeh tərəfindən (hazırki iş üzrə iddiaçı) yerinə yetirilmədiyindən, iddiaçı (hazırki iş üzrə cavabdeh) faktiki olaraq sahibliyində olmuş mənzildən məhrum olmuşdur. Bundan başqa tərəflər arasında olan ünvan 1 ünvanında yerləşən evin (özbaşına tikilinin) satılması ilə bağlı hərəkətlərə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarında da etibarsız əqd kimi qiymət verilmişdir. Həmin qərarda göstərilmişdir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan həmin tikilini inşa etmiş şəxsin həmin tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmamışdır. Həmçinin tərəflər arasında mübahisəli tikilinin ayrıca daşınmaz əmlak kimi alqısatqısına dair bağlanmış müqavilə bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Eyni zamanda cavabdeh özü kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etmişdir. Belə ki, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biri-birlərinə qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs arasında mübahisənin predmetidir. Həmin qərarlarda müəyyən olunan hüquqi mövqe və məhkəmə araşdırması zamanı müəyyən olunan hallarla müəyyən edilir ki, tərəflər arasında beh müqaviləsi kimi bağlanmış amma hüquqi məzmununa görə alqı-satqı müqaviləsi olan müqavilə etibarsız əqd kimi hər hansı hüquqi nəticələr səbəb olmamışdır. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəz edilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Lakin hazırki mülki iş üzrə müəyyən olunmuşdur ki, beh müqaviləsində qeyd olunan və bu əqdi pərdələmək üçün bağlanmış yalan əqd olan kredit müqaviləsində göstərilən 10000 manat məbləğində pul vəsaiti Cavabdeh verilməmişdir. Həmin məbləğin “xxxx” MTK ilə bağlanmış müqavilə üzrə ilkin ödəniş kimi İddiaçı tərəfindən ödənilməsi iddiaçı tərəfindən məhkəmə iclaslarında verilmiş ifadələrlə təsdiq olunur. Bu hal isə onu deməyə dəlalət edir ki, tərəflər arasında olan etibarsız əqdin nəticəsində Cavabdeh əsassız varlanmamışdır. Həmin məbləğ ona verildiyi halda yalnız onun əsassız varlanmasını müəyyən etmək mümkün olardı. Iddiaçı İddiaçı tərəfindən iddia tələbində qeyd etdiyi 32000 manatla bağlı qeyd edirəm ki, İddiaçı “xxxx” MTK ilə aralarında bağladıqları müqavilə üzrə müqavilə tərəfinə ödədiyi ödənişləri müqavilə tərəfi olmayan Cavabdeh tələb etməsinin hüquqi əsası yoxdur. Belə ki, İddiaçı “xxxx” MTK ilə aralarında bağladıqları müqavilə ilə bağlı qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi ilə münasibət bildirilmişdir. Həmin qətnamədə cavabdeh İddiaçı tərəfindən müqavilə öhdəliyinin vaxtında icra edilməməsi səbəbindən “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ##.##.2017-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən payçı müqaviləsinin ləğv edilməs i, İddiaçı iddiaçı “xxxx” MTK-ya məxsis Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, * nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı “xxxx” MTK-ya təhvil verilməsinin qət edildiyi göstərilmişdir.
66. Həmçinin “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış müqavilə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarında da hüquqi münasibət bildirilmişdir.
67. Həmin qərarda cavabdeh İddiaçı özünün kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etdiyi qeyd olunmuş, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş, 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış Mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan Mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biri-birlərinə qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs arasında mübahisənin predmetidir.
68. Göründüyü kimi iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK ilə aralarında bağlanmış və sonradan məhkəmə qaydasında ləğv edilmiş müqavilə üzrə ödədikləri məbləği hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh deyil, müqavilə tərəfindən mübahisələndirib tələb edə bilərdi. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçının cavabdehi aldadaraq onun evini ələ keçirməsini, cavabdehə ödəməli olduğu məbləği ona ödəmədiyini, ödədiyi məbləği cavabdehə deyil, hazırki iş üzrə tərəf olmayan “xxxx” MTK-ya öz adına alınmış mənzilə görə ödədiyini, buna görə də cavabdehin məhz iddiaçının təqsirli hərəkətləri nəticəsində evindən məhrum olduğunu, daha sonra cavabdehin iddia tələbləri üzrə onun evinə olan hüquqlarının bərpa edildiyini, tərəflər arasında olan öhdəlik münasibətlərinin pozulmasında cavabdeh Cavabdeh heç bir təqsirinin olmadığını, bu faktlara qanuni qüvvəyə minmiş və eyni tərəflər arasında olmuş digər mülki işlər üzrə məhkəmə qətnamə və qərarlarında hüquqi qiymət verildiyini nəzərə almamış, cavabdehə verilməmiş və ya ödənilməmiş pul məbləğlərinin cavabdehdən tutulmalı olması barədə mövqeyinin düzgün hüquqi əsaslarını qətnamədə göstərməmiş və əsaslandırmamışdır. Bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin maddi hüquq normalarının tələbi pozulmuşdur.
69. Kassasiya şikayətinin maddi hüquq normalarının pozulmasına dair hissədə göstərilmiş əsaslardan da görünür ki, məhkəmə sadalanan prosesual normaların tələbini pozmuşdur. Iş materiallarından göründüyü kimi iddiaçının öz mövqeyini müdafiə etmək üçün mötəbər sübutları olmamasına, cavabdehin isə iddia tələbinə qarşı qanuni mövqeyi olmasına baxmayaraq, məhkəmənin iş materiallarını və işin faktiki hallarını obyektiv tədqiq etməməsi prosessual hüquq normalarının pozulması deməkdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
70. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
71. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
72. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.
73. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
74. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
75. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
76. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
77. Maddə 328.2. Bu Məcəllənin müəyyənləşdirdiyi tələblərə zidd olan, yaxud icrası mümkün olmayan şərt etibarsızdır. Belə şərtdən asılı olan əqd tamamilə etibarsızdır.
78. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
79. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.
80. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
81. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
82. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
83. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
84. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
85. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.[792]
86. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
87. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
88. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
89. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
90. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
91. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
92. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
93. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
94. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
95. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
96. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
97. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər;[
98. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
99. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
100. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
101. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilən hissəsində yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
102. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi sübutlara və işin müəyyən edilən hallarına mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etmməmiş və bu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
103. Belə ki, tərəflər arasında bağlanmış “beh müqavilə”sində qeyd olunan 10000 manat məbləğində pul vəsaitinin verilməsinin rəsmiləşdirilməsi üçün tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı İddiaçı və Cavabdeh Cavabdeh onlara ünvanlanan suallarında cavab olaraq bildirmişlər ki, beh müqaviləsində qeyd olunan məbləğlə kredit müqaviləsində qeyd olunan 10000 manat məbləğindəki pul vəsaiti eynilik təşkil edir. Lakin hər iki müqavilədə qeyd olunan 10000 manat məbləğində pul vəsaiti iddiaçının da bildirdiyinə görə cavabdeh Cavabdeh verilməmişdir. Qeyd olunan 10000 manat məbləğində pul vəsaiti iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK arasında bağlanan müqaviləyə münasibətdə ilkin ödəniş olaraq “xxxx” MTK-nın hesabına köçürülmüşdür. Bu özlüyündə tərəflər arasında olan hər iki müqavilə üzrə pul vəsaitinin Cavabdeh verilməməsini təsdiq edir. Həmçinin “kredit müqaviləsi” tərəflər arasında olan “beh müqavilə”sini pərdələmək məqsədilə bağlanmasının təsdiqi kimi çıxış edir.
104. Məhkəmə kollegiyası hesab edir ki, həmin əqd yalan əqd olaraq əhəmiyyətsizdir. Çünki yalan əqdi bağlayan tərəflərin hüquqi nəticə yaratmaq niyyəti və məqsədi mövcud olmur, hər iki tərəfinin birbaşa qəsdində ifadə olunan hərəkətlərinin əsas məqsədi hüquqi niyyəti əsl iradələrini gizlətməklə pərdələnən (gizlədilən) müqavilə üzrə mülki hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlir. Əksər hallarda hər iki müqavilə üzrə subyekt dairəsi eynilik təşkil edir. Hazırkı mülki iş üzrə tərəflər arasında bağlanan kredit müqaviləsində də tərəflərin əsl niyyəti kredit müqaviləsindən irəli gələn hüquqi nəticələrin yaranması olmamışdır. Yalnızca tərəflər arasında beh müqaviləsi adlandırdıqları alqı-satqı müqaviləsi üzrə ödənilməsi nəzərdə tutulan 10000 manat məbləğində pul vəsaitinin təsdiqi forması kimi çıxış etmişdir. Tərəflər arasında bağlanan “kredit müqaviləsi” yalan əqd olmaqla, tərəflərinin üçüncü şəxslərdə sanki görüntüdə göstərilən əqdin bağlandığı təəssüratını yaratmağa istiqamətlənmiş hüquqazidd davranışı kimi başa düşülməlidir.
105. Məhkəmə həmçinin etibarsız əqd olan yalan əqdlə bağlı Mülki Məcəllənin 337.4-cü maddəsinin tələbini əsas tutur. Həmin normanın məzmununda qeyd olunur ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
106. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun oxşar mövqeyinin ifadə edildiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” HYPERLINK "https://eqanun.az/framework/49455" \o "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2022 il 18 mart tarixli Qərarı"2022 il 18 mart tarixli Qərarında göstərilmişdir ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Üçüncü şəxslərin dairəsi konkret şəxslərlə məhdudlaşmayaraq buraya yalan əqdi təsdiqləyən notariusun da aid edilməsi istisna edilməməlidir. Belə ki, görüntüdə bağlanan əqd və ya pərdələyən əqd tərəflərin bütövlükdə istənilən cəmiyyət üzvündə həmin əqdin bağlanmasına dair yanlış təəssürat yaratmaq məqsədi ilə bağlanır və bu müxtəlif səbəblərdən (məsələn, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulan notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqlardan yayınma, qarşı tərəfin razılaşma şərtlərinə, işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan inam və s.) irəli gələ bilər. Yalan əqd halında ümumilikdə hüquq sisteminə zidd davranış olaraq həqiqi iradənin gizli tutulub görünüş üçün əqdin bağlanması çıxış edir ki, bu da publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Bu səbəbdən yalan əqdin əhəmiyyətsiz əqd olaraq qanunvericiliklə etibarsız əqdlər üçün müəyyən edilmiş nəticələrdən başqa hər hansı hüquqi nəticələr yaratması Mülki Məcəllə ilə qadağan edilmişdir.
107. Tərəflər arasında bağlanmış beh müqaviləsinə tərəflər arasında daha öncə olan məhkəmə çəkişmələrində etibarsız əqd kimi müvafiq hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair iş üzrə iş ünvan 1 ünvanında yerləşən evin (özbaşına tikilinin) satılması ilə bağlı fakt Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qərarında da etibarsız əqd kimi qiymət verilmişdir. Belə ki, həmin qərarda qeyd olunur ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən belə tikilini inşa etmiş şəxsin həmin tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmamışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən tərəflər arasında mübahisəli tikilinin ayrıca daşınmaz əmlak kimi alqı-satqısına dair bağlanmış müqavilə bağlandığı andan etibarsızdır (əhəmiyyətsizdir). Həmin qərarda həmçinin müəyyən edilmişdir ki, cavabdeh özü kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etmişdir. Belə ki, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş, 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biribirlərinə 108.qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs (“xxxx” MTK) arasında mübahisənin predmetidir.
109. Tərəflər arasında beh müqaviləsi kimi bağlanmış amma hüquqi məzmununa görə alqı-satqı müqaviləsi olan müqavilə etibarsız əqd kimi hər hansı hüquqi nəticələrə səbəb olmamışdır. Əhəmiyyətsiz əqd üzrə yalnız əvəz edilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Lakin hazırkı mülki iş üzrə isə müəyyən olunmuşdur ki, beh müqaviləsində qeyd olunan və bu əqdi pərdələmək üçün bağlanmış yalan əqd olan kredit müqaviləsində göstərilən 10000 manat məbləğində pul vəsaiti Cavabdeh verilməmişdir. Həmin məbləğin “xxxx” MTK ilə bağlanmış müqavilə üzrə ilkin ödəniş kimi İddiaçı tərəfindən ödənilməsi iddiaçıya məhkəmə iclaslarında ünvanlanan suallara cavabı ilə də təsdiq olunur. Bu hal isə onu deməyə əsas verir ki, tərəflər arasında olan etibarsız əqdin nəticəsində Cavabdeh əsassız varlanmamışdır. Həmin məbləğ ona verildiyi halda yalnız onun əsassız varlanmasını müəyyən etmək mümkün olardı.
110. Məhkəmə kollegiyası iddiaçı İddiaçı tərəfindən iddia tələbində qeyd etdiyi 32000 manata münasibətdə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı “xxxx” MTK ilə aralarında bağladıqları müqavilə üzrə müqavilə tərəfinə ödədiyi ödənişləri müqavilə tərəfi olmayan Cavabdeh tələb etməsinin hüquqi əsası ümumiyyətlə yoxdur. Belə ki, İddiaçı “xxxx” MTK ilə aralarında bağladıqları müqavilə ilə bağlı qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə münasibət bildirilmişdir. Həmin qərarda cavabdeh İddiaçı tərəfindən müqavilə öhdəliyinin vaxtında icra edilməməsi səbəbindən tərəflər arasında bağlanan “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış ##.##.2017-ci il tarixli ********* nömrəli payçı müqaviləsinin 4.2.7-ci maddəsinə əsasən payçı müqaviləsinin ləğv edilməsi, İddiaçı iddiaçı “xxxx” MTK-ya məxsus Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, 8-ci bina, * nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı “xxxx” MTK-ya təhvil verilməsi qərara alınmışdır. Həmçinin “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış müqavilə ilə bağlı digər hüquqi münasibət Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)- ***/**** saylı, ##.##.2024-cü il tarixli qərarında da bildirilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, cavabdeh İddiaçı özü kasasiya şikayətində tikilinin dəyəri kimi razılaşdıqları məbləği iddiaçıya ödəmədiyini təsdiq etmişdir. Belə ki, cavabdehin özünün dediklərinə görə, o, mübahisəli tikiliyə görə iddiaçıya cəmi 10000 manat ödəmiş, 60000 manata yaxın məbləği isə üçüncü şəxslə bağladığı müqavilə üzrə öz adına alınmış mənzilin dəyəri qismində ödəmişdir. Qeyd olunan mənzilə dair müqavilə cavabdehlə bağlandığından həmin müqavilədən irəli gələn öhdəliklərin icrası və ya müqavilə tərəflərinin biri-birlərinə qarşı zərər tələbləri iddiaçı və cavabdeh arasında deyil, cavabdehlə üçüncü şəxs arasında mübahisənin predmetidir.
111. Qeyd olunan bu hüquqi mövqedən çıxış edən məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı tərəfindən “xxxx” MTK ilə aralarında bağlanmış və sonradan məhkəmə qaydasında ləğv edilmiş müqavilə üzrə ödədikləri məbləği hazırkı mülki iş üzrə cavabdeh olan Cavabdeh deyil, müqavilə tərəfindən mübahisələndirib tələb edə bilər.
112. Yuxarıda şərh edilənlər yoxlanılan hissədə iddianın əsalı olmadığı və rədd edilməli olduğuna əsas verir. Lakin apellyasiya instansiyası məhkəməsi sübutlara və işin hallarına mülki prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianı qismən təmin etməklə düzgün olmayan qətnamə qəbul etmişdir.
113. Yuxarıda şərh edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi iddianın apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilən hissəsində ləğv edilməli, yeni qərar qəbul edilməli və iddia həmin hissədə rədd edilməlidir.
114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi iddianın apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilən hissəsində ləğv edilsin, yeni qərar qəbul edilsin və iddia həmin hissədə rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.