Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1469/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı ilkin; cavabdeh3, cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddialar barədə mülki iş üzrə QƏRARİ (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi”; Mülki mübahisənin kateqoriyası Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” barədə ilkin; cavabdeh3 və cavabdeh2 İddiaçı qarşı “bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə ünvan 1əhkəməsinin Mülki Kollegiyasının 2026-cı il # #### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh cavabdeh3 tərəfindən kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan ərazi Idarəsindən göndərilən sənədlərə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzili (bundan sonra mətndə- mübahisəli mənzil) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına mülkiyyət hüququ əsasında ** №-li reyestr kitabında ** nömrəli vərəqində ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Şirvan Ərazi Idarəsi tərəfindən verilmiş texniki pasportun surətinə əsasən, Şirvan şəhəri X5 küçəsi ** saylı evin ** nömrəli mənzilinin hüququ subyekti İddiaçıdur. Tərtib edilmə tarixi ##.##.2023-cü il. Mənzilin yerləşdiyi binanın tikildiyi il 1967ci il.
3. Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzilində yaşayan X4, Mənzil Təsərrüfat Idarəsinin işçisi X9, Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzilində yaşayan X19 iştirakı ilə ##.##.2025-ci il tarixdə tərtib edilmiş aktına əsasən, Mübahisəli mənzilində rəsmi qeydiyyatda olmasına baxmayaraq cavabdeh2, cavabdeh3 və cavabdeh1 qeyd olunan mənzildə yaşamamışdır. Aktı öz imzaları ilə təsdiq etmişlər.
4. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan ərazi Idarəsindən göndərilən sənədlərə əlavə edilmiş ##.##.1994-cü il tarixli 3M-*** №li alqı-satqı müqaviləsinin surətinə əsasən, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, ** nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili X14 (onun adından etibarnamə ilə İddiaçı) X2 35000000 (otuz beş milyon) rubla satmışdır.
5. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan ərazi Idarəsindən göndərilən sənədlərə əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətinə əsasən, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, ** nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzil Əli-Bayramlı Dövlət Notariat Kontorunun ##.##.1994-cü il tarixli 3M-*** №-li reyestrlə verilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan ərazi Idarəsindən göndərilən sənədlərə əlavə edilmiş ##.##.1994-cü il tarixli bəxşiş müqaviləsinin surətinə əsasən, X2-Bayramlı Dövlət Notariat Kontorunun ##.##.1994-cü il tarixli 3M-*** №-li reyestrlə verilmiş alqı-satqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, ** nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X2 bəxşiş qəbul etmişdir.
7. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan ərazi Idarəsindən göndərilən sənədlərə əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətinə əsasən, Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, ** nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzil Əli-Bayramlı Dövlət Notariat Kontorunun ##.##.1994-cü il tarixli 3M-*** №-li reyestrlə verilmiş alqı-satqı müqaviləsi əsasında İddiaçı adına özəlləşdirilmişdir.
8. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış ##.##.2025-ci il tarixli məktubuna əsasən, ##.##.1973-cü il təvəllüdlü cavabdeh3 ##.##.2013-cü il tarixdən hazıradək ünvan 2 ünvanında, ##.##.1961-ci il təvəllüdlü cavabdeh2 ##.##.1993-cü il tarixdən ##.##.2006-cı il tarixədək Əli-Bayramlı şəhəri a.Əhmədov küçəsi ev 6 mənzil 21, ##.##.2006-cı il tarixdən hazıradək , ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat:
9. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 Şirvan şəhəri, X5 küçəsində yerləşən ev ** saylı, ** saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, ********** №-li çıxarışına əsasən Şirvan şəhəri, X5 küçəsində yerləşən ev ** saylı, ** nömrəli mənzil onun mülkiyyətindədir. Həmin mənzilə dair mülkiyyət hüququnu həyata keçirmək istəsə də bu mümkün olmamışdır. Çünki cavabdeh3, cavabdeh2 və cavabdeh1mənə məxsus mənzildə qeydiyyatdadır və mülkiyyət hüququnu həyata keçirməyə maneə törədir. Sual verə bilərsizki, cavabdeh3, cavabdeh2 və cavabdeh1 kimdir? cavabdeh2 mənim qardaşıdır. cavabdeh3 isə qardaşının yoldaşıdır. cavabdeh1 isə digər qardaşı uşağıdır.Müəyyən məsələlərlə bağlı Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan, qardaşı cavabdeh2 xahişi ilə onu və həyat yoldaşı cavabdeh3, digər qardaşının xahişi ilə isə cavabdeh1 ona məxsus mənzilə qeydiyyatdadır. cavabdeh3, cavabdeh2 və cavabdeh1 ona məxsus mənzildə qeydiyyatda olsalar da, onlar həmin mənzildə heç zaman yaşamamışlar və orada faktiki olaraq heç bir istifadə hüququna malik deyillər. Onların qeydiyyata alınması yalnız qohumluq münasibətləri və müəyyən hallarda ehtiyac səbəbi ilə onun razılığı əsasında həyata keçirilmişdir. Lakin qeyd olunan şəxslər həmin mənzildə nə yaşayış sürüblər, nə də oradan istifadə ediblər. Belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2020-ci il tarixli qərarında qeyd olunduğu kimi, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına, mülkiyyətçinin inzibati orqana müraciəti əsasındaxitam verilə bilər. Hal-hazırkı vəziyyətdə cavabdeh3, cavabdeh2 və cavabdeh1 sözügedən mənzilində olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da onun mülkiyyətçi kimi hüquqlarını pozur. Birincisi onun mənzilində qeydiyyatda qalması onun həmin mənzili ilə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Məsələn, həmin mənzili özgəninkiləşdirmək istədikdə, onların razılığın alınması mənim üçün əlavə problemlər yarada bilər. Bu səbəbdən onun ona məxsus mənzilindən pasport qeydiyyatından çıxarılmasını istəyir. Lakin oradan rəsmi olaraq ona məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadan adı çəkilən şəxslərin qeydiyyatdan çıxarmaq mümkün olmadığını bildirmişlər.
11. Cavabdehlər cavabdeh3 və cavabdeh2 ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək ##.##.1994-cü il tarixli bəxşiş Müqaviləsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin ** saylı Şirvan Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, 1323025357 nömrəsinin çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh cavabdeh3 cavabdeh2 və cavabdeh1 qarşı “Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdəki ** nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Iddia ərizəsi hazırda məhkəmə icraatındadır. Hazırda Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə görə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunmuş hüquq normasına əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Ilkin iddia tələbi əsassızdır. Belə ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində Şirvan şəhəri X5 küçəsində yerləşən ** saylı evdə yerləşən mübahisəli ** nömrəli mənzili 1997ci ildə alqı-satqı yolu ilə rus vətəndaşından aldığını, Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan cavabdeh2 xahişi ilə onun və həyat yoldaşı cavabdeh3 1997-ci il tarixində onun razılığı ilə həmin mənzilin pasport qeydiyyatına alındıqlarını mənzildə qeydiyyatda olsalar da, orada heç bir zaman yaşamadıqlarını və orada faktiki olaraq heç bir istifadə hüququna malik olmadıqlarını qeyd etmişdir. Ilkin iddia tələbi üzrə iddiaçının qeyd etdiyi faktiki əsaslar yanlışdır və həqiqətdən uzaqdır. Belə ki, mübahisə predmeti olan mənzili o, cavabdeh3 ##.##.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında rus vətəndaşı olan X10 adlı şəxsdən almışdır. Həmin müqavilə ƏliBayramlı şəhər ( indiki Şirvan şəhəri) Dövlət Notariat Kontorunda təsdiq edilmişdir və hazırda da qüvvədədir. Müqavilə bağlanarkən ilkin iddia üzrə iddiaçı İddiaçı evin satıcısı X10 etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən də, mənzilin alqısatqısında satıcının nümayəndəsi olan İddiaçı 35.000.000 ( otuz beş milyon ) rubl pul vermişdir. Ikincisi, ilkin iddia üzrə iddiaçı İddiaçı mübahisəli mənzilə dair çıxarış əldə etməsindən məlumatsız olmuşlar. Bu barədə onlara qarşı “Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdəki ** nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi ” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişlər ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin ** saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışına əsasən Şirvan şəhəri, X5 küçəsi, ev 28 ** nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli mənzil iddiaçı İddiaçı ,o , cavabdeh3 tərəfindən ## ###### 1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. ##.##.1994-cü il tarixli bəxşiş müqaviləsindən məlumatsız olmuşlar, müqavilə o, cavabdeh3 tərəfindən imzalanmamışdır, imza saxtalaşdırılmışdır. Eyni zamanda, onların rəsmi nikahı ##.##.1992-ci ildə qeydiyyata alındığından adı çəkilən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur və ona görə də həmin mənzil payçı cavabdeh2 razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılıq olmamışdır. Iş materiallarından göründüyü kimi mübahisəli mənzili o, cavabdeh3 ##.##.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alaraq 14 gün sonra, yəni, 17.1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında İddiaçı bağışlamışdır. Sual olunur əgər o evi alqı-satqı müqaviləsi əsasında alımışdırsa və həmin tarixdə onların başqa evləri olmayıbsa ,o halda hansı səbəbdən 14 gün sonra mənzili digər bir şəxsə bağışlasın və ya hansı səbəbdən mənzil İddiaçı yox, ona satılmışdır. Üçüncüsü,o, cavabdeh2 mübahisəli məzili mülkiyyətçi rus vətəndaşı olan X10 adlı şəxsdən alqısatqı məqsədi ilə almışdır. Həmin dövrdə adı çəkilən mənzil alqı-satqı predmeti olmadığından onun satılması mümkün deyildi. Bu səbəbdən də mübahisəli mənzili 1992-ci il avqust ayında etibarnamə əsasında alqı-satqı məqsədi ilə almış və həmin ilin dekabr ayında da həmin ünvana pasport qeydiyyatına düşməklə köçmüşdür. Övladları da həmin mənzildə dünyaya gəlmişdir. Onların mənzilin qeydiyyatına düşməklərinə İddiaçı razılıq verməsinə heç bir zərurət olmamışdır. O, həmin tarixdə adıçəkilən mənzilin qeydiyyatında olmamışdır. Onlar ##.##.1995-cil tarixinə kimi orada yaşamışlar. Həmin tarixdə Sabirabad rayon Icra Şöbəsinə ədliyyə polisi vəzifəsinə təyin olunduğundan ailəvi olaraq Sabirabad şəhərinə köçmüşlər, onlar ailəvi olaraq mübahisəli mənzildən çıxdıqdan sonra Sabirabad rayonun Şıxsalahlı kəndində atalarının evində yaşayan İddiaçı 1993-cü ildə ailəvi olaraq həmin ünvana köçmüşdür. Həmin tarixdə İddiaçı həyat yoldaşının Cəbrayıl rayonunda yaşayan və rayon ərazisi erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra məcburi köçkün olan yaxın qohumları Sabirabad rayonun Şıxsalahlı kəndində yerləşən atalarının evinə köçdükləri üçün evdə yaşayış şəraiti çətinləşmiş, bu səbəbdən də, İddiaçı ailəvi olaraq mübahisəli evə köçməsini məsləhət bilmişlər. Onlar onun həmin evə köçməsinə razılq vermişlər. İddiaçı təxminən 2000-ci ilə kimi orada yaşamışdır. O, 2000-ci ildə ailəvi olaraq Bakı şəhərinə köçmüş, həmin tarixdən mənzildə hər hansı bir şəxs yaşamamışdır. O, 2002-ci ildə Şirvan şəhər Icra Şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Şirvan şəhərinə köçərkən həmin ünvana deyil, Şirvan şəhərində başqa ünvanda yerləşən özlərinə məxsus həyət evinə köçmüşlər. Halhazırda da həmin ünvanda yaşayırlar.
13. Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə ##.##.2025-ci il tarixli etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Etiraz ərizəsindən görünür ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddi üzrə cavabdeh İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, 1323025357 N-li Çıxarışına əsasən Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evin ** nömrəli mənzilinin qanuni mülkiyyətçisidir. ## ###### 1994-cü il tarixli bəxşiş müqaviləsinə əsasən, Əli-bayramlı şəhəri, A.Əhmədov küçəsində yerləşən B nömrəli evin ** nömrəli mənzili (indiki Şirvan şəhəri, X5 küçəsi, ev 28, mənzil 21) cavabdeh3 tərəfindən İddiaçı hədiyyə edilmişdir. Bundan sonra İddiaçı mənzilə dair mülkiyyət hüququ Rayonlararası Texniki Inventarlaşdırma Bürosu tərəfindən rəsmi qaydada qeydiyyata alınmışdır. Ilkin iddia ərizəsinin 6-cı abzasında “mənzili 1997-ci ildə bir rus vətəndaşından alqısatqı yolu ilə almışam” ifadəsi texniki səhv nəticəsində qeyd olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçıların tələblərinə münasibət: Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, “ilkin iddia üzrə iddiaçı İddiaçı mübahisəli mənzilə dair çıxarış əldə etməsindən məlumatsız olmuşuq. Bu barədə bizə qarşı “Sirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdəki ** nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişik ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin ** saylı Əruzi Idarəsinin ##.##.2023ci il tarixli, ********** №-li Çıxarışına əsasən Şirvan şəhəri, X5 küçəsi, ev 28, ** nömrəli mənzil İddiaçı müilkiyyətindədir". Mübahisəli mənzil uzun illər boyu (30 ildən çox) İddiaçı istifadəsində və mülkiyyətində olmuşdur. Bu qədər uzun müddət ərzində ilkin iddia üzrə cavabdehlərin cavabdeh2 və cavabdeh3 bu əmlakın İddiaçı Mus oğlunun mülkiyyətində olduğunu bilməmələrinin mümkünsüz olduğunu aşkar şəkildə göstərir. Belə ki, Şirvan Şəhər Polis Şöbəsinin ##.##.2025-ci il tarixlI məktubundan aydın görünür ki, cavabdeh2 2006-cı ildən, payramova Nəzakət Əli qızı isə 2013-cü ildən qeydiyyatdadır. Qanunvericiliyə görə, yaşayış yerinə qeydivvat üçün mülkiyyətçinin (İddiaçı) yazılı razılığı tələb olunur. Bu o deməkdir ki, hər iki şəxs qeydiyyat zamanı mənzilin Abbas Musa oğluna məxsus olduğunu bilərək, onun razılığı əsasında hərəkət etmişlər. Xüsusi diqqət yetirmək lazımdır ki, qarşılıqlı iddiaçılar həm ümumi 10 illik iddia müddətini, həm də 1 illik kəsici müddəti qanuni şəkildə buraxmışlar. Mülki Məcəllənin 375.2-ci maddəsinə uyğun olaraq iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır və qanunla nəzərdə tutulan xüsusi hallar istisna olmaqla, dayandırıla və ya kəsilə bilməz. Konstitusiya Məhkəməsinin ##.##.2021 tarixli qərarında və Ali Məhkəmənin ##.##.2022 tarixli qərarında bu müddətlərin tətbiqi məsələləri ətraflı şərh olunmuşdur. Həmin qərarlardan da göründüyü kimi, hüquq pozuntusu baş verdikdən sonra qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilmədikdə, bu, iddianın təmin olunmaması üçün əsas yaradır. Bütün bu hüquqi və faktiki mülahizələr nəzərə alınmaqla aydın şəkildə müəyyən etmək olar ki, qarşılıqlı iddianın heç bir hüquqi əsası yoxdur. Bundan başqa qarışılıqlı iddia ərizəsində qeyd olunur ki, ##.##.1995-ci il tarixinədək mübahisəli mənzildə yaşayıblar. Bu hissədə tamam ilə əsasızdır ona görə ki, bu halın təsdiqi ilə bağlı məhkəməyə möhtəbər sübut təqdim edilməmişdir. Əksinə olaraq 2025-ci il tarixində qonşuların və Şirvan Şəhər Mənzil Təsərrüfatı Idarəsin əməkdaşının (sahə inspektorunun) iştirakı ilə akt tərtib olunmuş, həmin aktda cavabdeh2 və cavabdeh3 həmin mənzildə yaşamadıqları öz əksini tapmışdır. Əlavə olaraqda qeyd edim ki, Əli-Bayramlı şəhər XDS Icraiyyə komitəsinin ##.##.1994-cü Il tarixli qərarın çıxarışdan görünür ki, ##.##.1983-cü il tarixədək tikilib başa çatdırılmış Xanlar küçəsi, 82 nömərli, 2 mərtəbəli 5 otqalı fərdi yaşayış evi və 6 sof torpaq sahəsi həmin sahədə yaşayan cavabdeh3 adınız rəsmiləşdirilmişdir. Bu fakt da onun mübahisəli mənzildə deyil, başqa ünvanda yaşadığını sübut edir. Yuxarıda qeyd olunan hüquqi və faktiki əsaslara istinadən, qarşılıqlı ” iddia ərizəsinin əsassız, iddia və kəsici müddətlər buraxılmaqla verildiyi, mübahisəli əmlakın uzun illər ərzində İddiaçı qanuni mülkiyyətində və istifadəsində olduğu, qarşı tərəfin isə bunu bildiyi halda bu gün iddia irəli sürməsinin hüquqi nəticə doğurmadığı qənaətinə gəlmək mümkündür.
14. Iddiaçı İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qarşılıqlı iddia ərizə üzrə iddia tələbinə dair iddia müddəti keçmişdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək iddia müddətinin tətbiq olunmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir.
15. Cavabdeh cavabdeh2 məhkəmə hazırlıq iclasında iddianı etiraf etməmiş və izahat verərək bildirmişdir ki, “Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdəki ** nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi ” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra bilmişlər ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin ** saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışına əsasən Şirvan şəhəri, X5 küçəsi, ev 28 ** nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli mənzil iddiaçı İddiaçı o və cavabdeh3 tərəfindən ## ###### 1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. Onlar ##.##.1994-cü il tarixli bəxşiş müqaviləsindən məlumatsız olmuşlar, müqavilə onlar tərəfindən imzalanmamışdır, imza saxtalaşdırılmış, əslində onu aldadıb ağ kağıza imza etdirmişlər . Eyni zamanda, cavabdeh3 və onun rəsmi nikahı ##.##.1992-ci ildə qeydiyyata alındığından adı çəkilən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur və ona görə də həmin mənzil payçı kimi onun razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılıq olmamışdır. Odur ki, iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
16. Cavabdeh cavabdeh3 nümayəndəsi vəkil2 məhkəmə iclasında iddianı etiraf etməmiş, qarşlıqlı iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində Şirvan şəhəri X5 küçəsində yerləşən ** saylı evdə yerləşən mübahisəli ** nömrəli mənzili 1997-ci ildə alqı-satqı yolu ilə rus vətəndaşından aldığını, Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan cavabdeh2 xahişi ilə onun və həyat yoldaşı cavabdeh3 1997-ci il tarixində onun razılığı ilə həmin mənzilin pasport qeydiyyatına alındıqlarını mənzildə qeydiyyatda olsalar da, orada heç bir zaman yaşamadıqlarını və orada faktiki olaraq heç bir istifadə hüququna malik olmadıqlarını qeyd etmişdir. Ilkin iddia tələbi üzrə iddiaçının qeyd etdiyi faktiki əsaslar yanlışdır və həqiqətdən uzaqdır. Belə ki, mübahisə predmeti olan mənzili o, cavabdeh3 ##.##.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında rus vətəndaşı olan X10 adlı şəxsdən almışdır. Həmin müqavilə Əli-Bayramlı şəhər ( indiki Şirvan şəhəri) Dövlət Notariat Kontorunda təsdiq edilmişdir və hazırda da qüvvədədir. Müqavilə bağlanarkən ilkin iddia üzrə iddiaçı İddiaçı evin satıcısı X10 etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən də, mənzilin alqı-satqısında satıcının nümayəndəsi olan İddiaçı 35.000.000 ( otuz beş milyon ) rubl pul vermişdir. Ikincisi, ilkin iddia üzrə iddiaçı İddiaçı mübahisəli mənzilə dair çıxarış əldə etməsindən məlumatsız olmuşlar. Bu barədə onlara qarşı “Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdəki ** nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi ” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişlər ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDR Xidmətinin ** saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışına əsasən Şirvan şəhəri, X5 küçəsi, ev 28 ** nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli mənzil iddiaçı İddiaçı cavabdeh3 tərəfindən ## ###### 1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. ##.##.1994-cü il tarixli bəxşiş müqaviləsindən məlumatsız olmuşlar, cavabdehlər müqaviləni imzalayarkən oxumamış, nəyə imzaladığını bilməmişdir. Eyni zamanda, cavabdeh3 və cavabdeh2 rəsmi nikahı ##.##.1992-ci ildə qeydiyyata alındığından adı çəkilən mənzil birgə nikah dövründə əldə olunmuş əmlak hesab olunur və ona görə də həmin mənzil payçı cavabdeh2 razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılıq olmamışdır. Iş materiallarından göründüyü kimi mübahisəli mənzili cavabdeh3 ##.##.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alaraq 14 gün sonra, yəni, 17.1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında İddiaçı bağışlanmışdır. Iddianın təmin edilməməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi.
17. Şirvan şəhər Polis Şöbəsindən məhkəmə sorğusu əsasında əldə edilmiş ##.##.2025-ci il tarixli məktubun surətinə əsasən, Mübahisəli mənzilində cavabdeh3 2013-cü il tarixdən, cavabdeh2 2006-cı il tarixdən, cavabdeh1 2016-cı il tarixdən qeydiyyatdadır.
18. Şirvan Şəhər Məhkəməsinin (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Aydan Məmmədli) iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmiş, ilkin iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, cavabdehlər cavabdeh3 və cavabdeh2 iddiaçı İddiaçı qarşı bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi qarşılıqlı iddia tələbinə dair iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, Şirvan şəhəri L- 19. nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzili iddiaçı İddiaçı adına qeydiyyat vəsiqəsinə əsasən ##.##.1994-cü qeydə alınmış, ona görə də məhkəmə hesab edib ki, mübahisəli evdən istifadə edilməsi ilə əlaqədar hüquq münasibətlərinin elə həmin tarixdən əmələ gəlməsi nəzərə alınmalıdır.
20. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 mübahisəli evdə qeydiyyatda olmasına istinad edib, hesab etmişdir ki, cavabdehlərin ona məxsus olan evdə qeydiyyatda olmaları onların yaşayış sahəsindən istifadə hüququnun olmasına dəlalət edir.
21. Işin faktiki hallarından müəyyən olunub ki, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 iddiaçı İddiaçı ilə mübahisəli mənzilində birlikdə yaşamamış, onunla ümumi təsərrüfat aparmamışdır.
22. Belə olan halda isə məhkəmə hesab edib ki, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 iddiaçı İddiaçı Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələbi baxımından ailə üzvü olmadığından, onun Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə həmin mənzildən istifadə hüququ yaranmamışdır.
23. Nəzərə alınsa ki, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 yaşayış sahəsinin mülkiyyətçisi olan iddiaçı İddiaçı Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulmuş ailə üzvü (əri, arvadı, valideyni, uşağı) olmadığından, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 yaşayış sahəsindən istifadə hüququ mülkiyyətçi iddiaçı İddiaçı ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarana bilər. Lakin iş üzrə tədqiq edilmiş sübutlardan belə bir yazılı razılaşmanın olması müəyyən edilməmişdir.
24. Iş üzrə tədqiq edilmiş sübutlardan isə nə cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 iddiaçı İddiaçı ailə üzvü, nə də ki, onunla birlikdə mübahisəli mənzilində yaşaması müəyyən olunmamışdır.
25. Belə olan halda isə məhkəmə hesab edib ki, mübahisəli mənzlindən cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 nə Mülki Məcəllənin 228.2-ci maddəsi ilə istifadə hüququ və nədə Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə yaşayış sahəsindən istifadə etmək hüququ yaranmadığından mövcud olmayan hüquqa xitam verilə bilməz.
26. Ona görə də məhkəmə qeyd olunanları nəzərə alıb belə bir nəticəyə gəlmişdir ki, cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzlindən istifadə hüququna xitam verilməsinə dair ilkin iddia tələbi təmin olunmamalıdır.
27. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehlər cavabdeh3 və cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə ##.##.1994-cü il tarixli bəxşiş müqaviləsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şirvan ərazi Idarəsi tərəfindən İddiaçı mübahisəli mənzilə dair verilmiş ##.##.2023-cü il tarixli,********** №-li çıxarışın ləğv edilməsi tələbi əsassız olduğundan təmin edilməməlidir.
28. Belə ki, əmlakın iddiaçıya bağışlanmasına dair bəxşiş müqaviləsi hər hansı şərtlə şərtləndirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçıların iddia ərizəsində və məhkəmə iclasında qeyd etdiyi hallar tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Belə ki, işin faktiki halları qarşılıqlı iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun gəlmir.
29. Rəsmi sənədlərlə və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırkı mübahisə üzrə bağışlama müqaviləsinin notariat qaydada bağlanmasına əməl edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı mülkiyyətçi kimi sərəncam hüququndan istifadə etməklə, öz iradəsi ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı daşınmaz əmlakı bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh bağışlanmış əmlakı qəbul etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyatdan keçirmişdir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir.
30. Məhkəmə həmçinin, ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş ərizəyə əsasən iddia müddətinin tətbiqi məsələsinə baxmışdır.
31. Iş üzrə tədqiq edilmiş sübutlardan müəyyən olunur ki, X2Bayramlı Dövlət Notariat Kontorunun ##.##.1994-cü il tarixli 3M-*** №-li reyestrlə verilmiş alqı-satqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, ** nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X2 bəxşiş qəbul etmişdir. Həmin müddətdən xeyli müddət , təqribən 31 il müddət keçdikdən, yəni iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi iddia tələbi ilə məhkəmə müraciət etdikdən sonra cavabdehlər cavabdeh3 və cavabdeh2 iddiaçı İddiaçı qarşı bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini və ya hüquqlarının pozulduğunu yalnız iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bildiklərini təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etməmişlər. Yəni qarşılıqlı iddia tələbi əsaslı olduğu təqdirdə belə, artıq qanunla müəyyən edilmiş müddət ötürülməklə iddianın qaldırılması aşkardır.
32. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə xərcləri tərəflərə aid edilməlidir.
33. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, ##.##.2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.4, 228.1, 228.2, 228.5, 372.1, 372.2, 373.1, 373.2, 375.2, 377.1, 377.2, 394, 399.1, 421.1, 421.2, 422.1, 422.2, 422.4, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4, 666.1, 667.1, 668.1, 668.1.1, 673.1-ci maddələrinə, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
34.Qətnamədən narazı qalan cavabdehlər cavabdeh3 və cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)****/**** saylı qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 35.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamədən görünür ki, məhkəmə qarşılıqlı iddia tələbini təmin etməyərkən ilkin olaraq “iddia müddətinin keçməsi” əsasına istinad etmişdir. Belə ki, məhkəmənin qənaətinə görə cavabdehlər Bəxşiş müqaviləsindən təqribən 31 il müddət keçdikdən sonra iddiaçıya qarşı “bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi"nə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzrlü səbəblərdən ötürülməsini və ya hüquqlarının pozulduğunu yalnız iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bildiklərini təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmənin qeyd olunmuş əsasına qarşılıq olaraq bildirilir ki, ilkin iddia üzrə iddiaçı İddiaçı mübahisəli mənzilə dair Çıxarış əldə etməsindən məlumatsız olmuşdurlar. Bu barədə iddiaçı onlara qarşı “Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdəki ** nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişdirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, ********** №-li Çıxarışına əsasən Şirvan şəhəri, X5 küçəsində yerləşən ev ** saylı, ** nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum oldu ki, mübahisəli mənzil iddiaçı İddiaçı o, cavabdeh3 qızı tərəfindən ## ###### 1994-cü il tarixli Bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. Qeyd olunmuş əsaslar barəsində məlumatlı olduqdan dərhal sonra məhkəmədə qarşılıqlı iddia qaldırmışdırlar. ikincisi, onlar mübahisəli mənzili ##.##.1992-ci ildə rəsmi nikahları qeydiyyata alındığı dövrdə, yəni, birgə nikah dövründə əldə etmişdirlər. Ona görə də, mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olaraq payçı cavabdeh2 razılığı əsasında bağışlanıla bilərdi. Lakin belə bir razılığın olması barədə heç sübut yoxdur. Üçüncüsü, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdə yerləşən mübahisəli ** nömrəli mənzili 1997-ci ildə alqı-satqı yolu ilə bir rus vətəndaşından aldığını, Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan cavabdeh2 xahişi ilə onun və həyat yoldaşı cavabdeh3 1997-ci il tarixində onun razılığı ilə həmin mənzilin pasport qeydiyyatına alındıqlarını , mənzildə qeydiyyatda olsalar da, orada heç bir zaman yaşamadıqlarını və orada faktiki olaraq heç bir istifadə hüququna malik olmadıqlarını qeyd etmişdir. Iş üzrə məhkəmə qətnaməsindən görünür ki, məhkəmə qarşılıqlı iddia tələbini rəd edərkən qeyd olunmuş əsaslara da istinad etmişdir. Bununla bağlı bildirir ki, qeyd olunmuş faktiki əsaslar yanlışdır və həqiqətdən uzaqdır. Belə ki, mübahisə predmeti olan mənzili o, cavabdeh3 ##.##.1994-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında rus vətəndaşı olan X10 adlı şəxsdən almışdır. Həmin müqavilə ƏliBayramlı şəhər (Indiki Şirvan şəhəri) Dövlət Notariat Kontorunda təsdiq edilmişdir. Müqavilə bağlanarkən ilkin iddia üzrə iddiaçı İddiaçı evin satıcısı X10 Etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən də, mənzilin Alqı-satqısında satıcının nümayəndəsi olan İddiaçı 35.000.000 (otuz beş milyon) rubl pul vermişdir. ##.##.1994-cü il tarixli Bəxşiş müqaviləsindən məlumatsız olmuşdurlar, müqavilə o, cavabdeh3 tərəfindən imzalanmamışdır, imza saxtalaşdırılmışdır. Həmin dövrdə adı çəkilən mənzil alqı-satqı predmeti olmadığından onun satılması mümkün deyildi. Bu səbəbdən də, mənzilin sahibi Alqı-satqı müqaviləsinin əvəzində ona Notariat qaydada təsdiq olunmuş Etibarnamə vermişdir. Eyni zamanda, məhkəmənin gəldiyi nəticəyə görə onlar mübahisəli evdə yaşamamışdırlar. Bununla bağlı bildirir ki, cavabdeh3 və cavabdeh2 1992-ci ildə həmin mənzilə köçmüşdür. Çünki 1992-ci ilin son günlərində onlar ailə həyatı qurduqdan sonra orada ailəvi yaşamışdırlar. Övladları da həmin mənzildə dünyaya gəlmişdir. Onların mənzilin qeydiyyata düşməyinə İddiaçı razılıq verməsinə dair heç bir sübut mövcud deyildir. Eyni zamanda, onların mübahisəli evdə yaşadıqları iş materialları arasında olan digər sübutlarla təsdiq olur: AR. DIN Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, cavabdeh2 ##.##.1993-cü il tarixdən ##.##.2006-cı iltarixədək Əli-BayramlışəhəriA.Əhmədov küçəsi , ev 6 mənzil 21 ünvanında, ##.##.2006-cı il tarixdən hazıradək , ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. AR. DIN Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanlanmış ##.##.2025-ci il tarixli məktubundan görünür ki, cavabdeh3 ##.##.1993-cü il tarixdən ##.##.2013-cı il tarixədək Əli-Bayramlı şəhəri A.Əhmədov küçəsi, ev 6 mənzil ünvanında, ##.##.2013-cü il tarixdən hazıradək ünvan 2 ünvanında, yaşayış yeri üzrə qeydiyyatdadırlar. Eyni zamanda, iş materialları arasında olan Əli Bayramlı şəhər XDS Rəyasət heyətinin ##.##.1992-ci il tarixli qərarında Cəfərova (Bayramova) Nəzakət Əli qızının iki nəfər ailə üzvü ilə birlikdə Əli-Bayramlı şəhəri A.Əhmədov küçəsi,ev 6 mənzil 21 ünvanında yaşadığı qeyd olunmuşdur. Digər tərəfdən, iş materialları arasında cavabdeh3 və İddiaçı adına mübahisəli mənzilə dair eyni tarixli və eyni nömrəli, yəni, ## #### 1988-ci il tarixli, ** nömrəli 2 ( iki) Qeydiyyat sənədi vardır. Həmin sənədin ilkin olaraq cavabdeh3 verilməsi təsdiq edir ki, iddiaçının adına verilmiş eyni sənəd saxtadır. Ona görə də, qeyd olunmuş ziddiyyətə aydınlıq gətirilməsi məqsədi ilə adı çəkilən sənədlərin əslinin əldə olunması və həmin sənədlərin hüquqi statusu ilə bağlı aidiyyatı üzrə sorğu verilməsi barədə məhkəməyə vəsatət versə də, məhkəmə əsassız olaraq vəsatətini təmin etməmişdir. Əlavə olaraq bildirir ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzili cavabdeh3 ##.##.1994-ci il tarixli alqısatqı müqaviləsi əsasında alaraq 14 gün sonra, yəni, 17.1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında İddiaçı bağışlamışdır. Sual olunur: əgər cavabdehlər evi alqı-satqı müqaviləsi əsasında almışdılarsa və həmin tarixdə onların başqa ünvanda evləri olmayıbsa, o halda hansı səbəbdən 14 gün sonra mənzili digər bir şəxsə bağışlasın və ya hansı səbəbdən mənzil İddiaçı yox, ona satılmışdır. Eyni zamanda, onlar ##.##.1995-ci il tarixinə kimi mübahisəli evdə yaşamışdırlar. Həmin tarixdə cavabdeh2 Sabirabad rayon Icra Şöbəsinə ədliyyə polisi vəzifəsinə təyin olunduğundan ailəvi olaraq Sabirabad şəhərinə köçmüş, onlar ailəvi olaraq mübahisəli mənzildən çıxdıqdan sonra Sabirabad rayonunun Şıxsalahlı kəndində ata evində yaşayan İddiaçı 1993-cü ildə ailəvi olaraq mübahisəli ünvana köçmüşdür. Həmin tarixdə İddiaçı həyat yoldaşının Cəbrayıl rayonunda yaşayan və rayon ərazisi erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra məcburi köçkün olan yaxın qohumları Sabirabad rayonun Şıxsalahlı kəndində yerləşən atalarının evinə köçdükləri üçün evdə yaşayış şəraiti çətinləşmiş, bu səbəbdən də, İddiaçı ailəvi olaraq mübahisəli evə köçməsini məsləhət bilmişlər. Onlar onun həmin evə köçməsinə razılıq vermişlər. İddiaçı təxminən 2000-ci ilə kimi orada yaşamışdır. (bununla bağlı qonşular tərəfindən tərtib olunmuş AKT iş materiallarında vardır) Iddiaçı 2000ci ildə ailəvi olaraq Bakı şəhərinə köçmüş, həmin tarixdən mənzildə hər hansı bir şəxs yaşamamışdır. O, cavabdeh2 2002-ci ildə Şirvan şəhər Icra Şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Şirvan şəhərinə köçərkən həmin ünvana deyil, Şirvan şəhərində başqa ünvanda yerləşən onlara məxsus həyət evinə köçmüşdürlər. 36.ünvan 1əhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər M.A.Əsədli (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və T.X.Heydərov) cavabdehlər cavabdeh3 və cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi cavabdehlər cavabdeh3 və cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 37.Apellyasiya instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya şikayətinin dəlilləri 4 əsas hissədən ibarətdir: 1.Məhkəmənin qarşılıqlı iddia tələbini təmin etməyərkən ilkin olaraq iddia müddətinin keçməsi əsasına istinad etməsi; 2.Bəxşiş müqaviləsinin saxta olması və həmin sənəddəki imzanın saxtalaşdırılması; 3.Mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və bağışlanması zamanı ər cavabdeh2 razılığının olmaması; 4.Cavabdehlərin mübahisəli mənzildə yaşaması və bunu təsdiq edən digər sübutların mövcudluğu.
38. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini tədqiq edərək hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
39. Belə ki, apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbini iddia müddətinin keçməsi əsası ilə deyil, iddia tələbinin əsassız olması nəticəsinə gələrək rədd etmişdir.
40. Məhkəmə öz qətnaməsində göstərmişdir ki, qarşılıqlı iddia tələbi əsaslı hesab edilsə belə, həmin iddia qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra qaldırılmışdır. Göründüyü kimi məhkəmə əsas nəticəni iddianın əsassız olması kimi göstərmişdir.
41. Ikincisi, apellyatorlar bəxşiş müqaviləsinin saxta olduğunu qeyd etsələr də, qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlaka dair bağışlama müqaviləsi yazılı formada bağlanmalı və notariat qaydasında təsdiq edilməlidir.
42. Hazırkı iş üzrə isə bağışlama müqaviləsinin bağlanması zamanı qanunvericiliyin həmin imperativ tələblərinə əməl olunmuş, müqavilə notariat qaydasında rəsmiləşdirilmişdir.
43. Belə ki, apellyasiya şikayətinin dəlillərdən görünür ki, apelyatorlar bir tərəfdən bəxşiş müqaviləsindəki imzanın saxtalaşdırıldığını iddia etsələr də, digər tərəfdən cavabdeh3 guya ağ vərəqə imza atıldığını bildirmişlər.
44. Məhkəmə tərkibi hesab edib ki, bu cür izahatlar bir-biri ilə ziddiyyət təşkil etməklə yanaşı inandırıcı hesab edilə bilməz.
45. Belə ki, şəxsin öz imzasını ağ vərəq üzərinə atması və sonradan həmin imzanın hansı məqsədlə istifadə olunması ilə maraqlanmaması məntiq baxımından ağlabatan görünmür.
46. Digər tərəfdən, imzanın ümumiyyətlə həmin şəxsə məxsus olmadığı iddia edildiyi halda, eyni zamanda onun tərəfindən ağ vərəq üzərinə imza atılması barədə izahat verilməsi də həmin dəlilin etibarlılığını şübhə altına alır. Həmçinin cavabdeh3 saxtalaşdırıldığını iddia etdiyi imza nümunəsinin həqiqətən ona məxsus olub olmaması barədə məhkəmə-xətşünaslıq ekspertizası keçirilməsinə dair nə birinci instansiya məhkəməsində, nə də ki hazırkı mərhələdə vəsatət irəli sürməmişdir.
47. Bu baxımdan məhkəmə tərkibi hesab edib ki, apelyatorların bəxşiş müqaviləsindən xəbərsiz olmaları barədə iddiaları işin faktiki halları ilə uzlaşmır və həmin müqavilənin mövcudluğundan xəbərdar olmamaları ehtimalı inandırıcı deyildir.
48. Üçüncüsü, mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və bağışlanması zamanı ər cavabdeh2 razılığının olmaması qarşılıqlı iddianın təmin edilməsinə əsas ola bilməz.
49. Belə ki, Şirvan şəhər Polis Şöbəsindən məhkəmə sorğusu əsasında əldə edilmiş ##.##.2025-ci il tarixli məktubun surətinə əsasən, Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzilində cavabdeh3 2013-cü ildən, cavabdeh2 2006-cı ildən, cavabdeh1 2016-cı ildən qeydiyyatdadır. Eyni zamanda, İddiaçı həmin mənzilə dair mülkiyyət hüququ Rayonlararası Texniki Inventarlaşdırma Bürosu tərəfindən iddiaçı İddiaçı adına qeydiyyat vəsiqəsinə əsasən ##.##.1994-cü ildə qeydə alınmışdır.
50. Məhkəmə tərkibi qeyd edib ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması zamanı müvafiq prosedura əsasən bütün mülkiyyətçilərin razılığı tələb olunur. Bu halda, iddiaçının mübahisəli mənzildən xəbərsiz olması və ya razılıq verməməsi praktiki olaraq mümkün deyildir. Yəni, dövlət qeydiyyatına düşmə prosesi və sənədlərin rəsmi təsdiqi işin faktiki halları ilə birbaşa təsdiq olunmaqla cavabdehlərin müqavilədən xəbərsiz olduqları barədə iddiaları inandırıcı hesab edilə bilməz. Çünki cavabdeh3 2013-cü ildən, cavabdeh2 2006-cı ildən Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzilində qeydiyyata alınmaları həmin vaxt onların mübahisəli mənzilin mülkiyyətçisinin İddiaçı olmasından xəbərdar olmalarına dəlalət edir.
51. Məhkəmə tərkibi mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və bağışlanması zamanı ər cavabdeh2 razılığının olmaması barədə apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd edib: F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarixli qərarı: Əqdin bağlanmasına zahirən razılığı olmayan birgə mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin razılığının olması barədə imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
52. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alan məhkəmə tərkibi hesab edib ki, mübahisəli mənzil üzrə bağlanmış əqd barədə cavabdeh2 məlumatlı olmaması inandırıcı hesab edilə bilməz. Belə ki, tərəflər həmin şəhərdə yaşamış, mənzilin uzun müddət ərzində digər şəxsin istifadəsində olması isə açıq və aşkar xarakter daşımışdır. Bu vəziyyətdə cavabdeh2 əqdin bağlanmasına etiraz etməməsi və uzun müddət ərzində buna münasibət bildirməməsi onun həmin əqdi faktiki olaraq bəyəndiyini göstərən konkludent hərəkət kimi qiymətləndirilməlidir. Bu səbəbdən, onun əqdin bağlanması zamanı formal razılığının olmaması öz-özlüyündə həmin əqdin etibarsız hesab edilməsi və ya qarşılıqlı iddianın təmin olunması üçün əsas kimi qəbul edilə bilməz. Əksinə, mülki qanunvericiliyin bəyənmə institutuna dair müddəalarına uyğun olaraq, sonradan verilmiş və ya davranışla ifadə olunmuş razılıq əqdin bağlandığı andan hüquqi nəticələr yaradır.
53. Dördüncüsü, apellyatorlar mübahisəli mənzildə yaşadıqlarını və bunun müxtəlif sübutlarla təsdiq olunduğunu bildirsələr də, öz qarşılıqlı iddia ərizələrindən və məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfin verdiyi izahatından da görünür ki, onlar mübahisəli mənzildə faktiki olaraq 1995-ci ilə kimi yaşadıqlarını bildirmiş, daha sonra yaşamamış və başqa ünvanda yaşadıqlarını bildirmişlər.
54. Beləliklə, məhkəmə tərkibi hesab edib ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər iş üzrə müəyyən edilmiş faktiki hallar və toplanmış sübutlarla öz təsdiqini tapmır.
55. Birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq hərtərəfli və obyektiv qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qarşılıqlı iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir.
56. Apellyasiya şikayətində göstərilən hallar həmin nəticənin dəyişdirilməsi və ya mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün hüquqi əsas yaratmadığından, məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə dəyişdirilmədən saxlanılmalı olduğu qənaətinə gəlib.
57. Məhkəmə öz mövqeyini 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52, 245-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.1, 358.2, 360.1, 357-ci maddələrinə, F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7, 384-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri:
58. Cavabdeh cavabdeh3 (vəkil – vəkil2 Solatanağa oğlu) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin Mülki kolleqiyasının iş üzrə ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin olunmamış hissəsində ləğv olunaraq həmin hissədə iddia tələbini təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
59. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə maddi hüquq normalarının pozuntusuna yol verilməsi mübahisəli yaşayış sahəsinin bigə və paylı mülkiyyət olması, həmin mənzilə dair bəxşiş müqaviləsi imzalanarkən notariat kontorunda olan materiallarda digər payçı olan həyat yoldaşının razılıq ərizəsinin olmamasının, mənzilin iddiaçı tərəfindən qanunsuz yolla özəlləşdirilməsinin, bu səbəbdən mülkiyyət huquqlarının pozulmasının nəzərə alınmamasında ifadə olunur. Bununla da məhkəmə iş üzrə mülkiyyət hüququnun təsbit olunması və qorunmasına dair maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Məhkəmənin iş üzrə qəbul etmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmiş, bununla da pozuntuya yol verilmişdir. Məhkəmənin qənaətinə görə cavabdehlər Bəxşiş müqaviləsindən təqribən 31 il müddət keçdikdən sonra iddiaçıya qarşı “ bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi"-nə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia müddətinin üzürlü səbəblərdən ötürülməsini və ya hüquqlarının pozulduğunu yalnız iddiaçı bizə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra bildiklərini təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmənin qeyd olunmuş əsasına qarşılıq olaraq bildirilib ki, ilkin iddia üzrə iddiaçı İddiaçı mübahisəli mənzilə dair Çıxarış əldə etməsindən məlumatsız olmuşlar . Bu barədə iddiaçı onlara qarşı “Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdəki ** nömrəli mənzilə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair məhkəmədə iddia qaldırdıqdan sonra məlumatlı olaraq bilmişlər ki, AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDX ** saylı Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli, ********** №-li Çıxarışına əsasən Şirvan şəhəri, X5 küçəsində yerləşən ev ** saylı, ** nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Eyni zamanda, qeyd olunmuş mübahisə üzrə iddia ərizəsi onlara rəsmi qaydada təqdim olunduqdan sonra araşdırma apararkən məlum olmuşdur ki, mübahisəli mənzil iddiaçı İddiaçı ona, cavabdeh3 tərəfindən ## ###### 1994-cü il tarixli Bəxşiş müqaviləsi əsasında bağışlanılmışdır. Bu barədə məlumatlı olduqdan dərhal sonra məhkəmədə qarşılıqlı iddia qaldırmışdır. Bundan əlavə, mübahisəli mənzil mərhum həyat yoldaşı cavabdeh2 ilə ##.##.1992-ci ildə rəsmi nikahları qeydiyyata alındı, yəni, birgə nikah dövründə əldə etmişdir. Ona görə də, mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olaraq payçı cavabdeh2 razılığı əsasında bağışlanıla bilərdi. Bununla bağlı bildirilib ki, apellyasiya insatansiya məhkəməsi birinci baxış iclasında Bəxşiş müqaviləsi imzalanarkən mübahisəli mənzilin payçısı olan cavabdeh2 razılıq verib-verməməsinin dəqiqləşdirilməsinin zəruri olduğunu bildirərək müqaviləyə dair notariat materiallarına baxış keçirilməsini bildirmişdir. Məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim olunmuş materiallara baxış keçirilərkən payçısı cavabdeh2 razılıq ərzəsini verməməsi müəyyən olunmuşdur. Daha sonra, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində Şirvan şəhəri, X5 küçəsində yerləşən ** saylı evdə yerləşən mübahisəli ** nömrəli mənzili 1997-ci ildə alqı-satqı yolu ilə bir rus vətəndaşından aldığını, Şirvan şəhərində qeydiyyata düşmək vacib olduğundan cavabdeh2 xahişi ilə onun və həyat yoldaşı cavabdeh3 1997-ci il tarixində onun razılığı ilə həmin mənzilin pasport qeydiyyatına alındıqlarını,mənzildə qeydiyyatda olsalar da, orada heç bir zaman yaşamadıqlarını və orada faktiki olaraq heç bir istifadə hüququna malik olmadıqlarını qeyd etmişdir. Iş üzrə məhkəmə qətnaməsindən görünür ki, məhkəmə qarşılıqlı iddia tələbini rəd edərkən qeyd olunmuş əsaslara da istinad etmişdir. Bununla bağlı bildirilir ki, qeyd olunmuş faktiki əsaslar yanlışdır və həqiqətdən uzaqdır. Belə ki, mübahisə predmeti olan mənzili o, cavabdeh3 ##.##.1994-ci il tarixli Alqı-satqı müqaviləsi əsasında rus vətəndaşı olan X10 adlı şəxsdən almışdır. Həmin müqavilə Əli-Bayramlı şəhər (Indiki Şirvan şəhəri) Dövlət Notariat Kontorunda təsdiq edilmişdir . Müqavilə bağlanarkən ilkin iddia üzrə iddiaçı İddiaçı evin satıcısı X10 etibarnamə üzrə nümayəndəsi kimi iştirak etmişdir. Bu səbəbdən də, mənzilin alqı-satqısında satıcının nümayəndəsi olan İddiaçı 35.000.000 (otuz beş milyon) rubl pul verib. ##.##.1994-cü il tarixli bəxşiş müqaviləsindən məlumatsız olmuşlar, müqavilə o, cavabdeh3 tərəfindən imzalanmamışdır, imza saxtalaşdırılmışdır. Həmin dövrdə adı çəkilən mənzil alqı-satqı predmeti olmadığından onun satılması mümkün deyildi. Bu səbəbdən də, mənzilin sahibi alqı-satqı müqaviləsinin əvəzində ona Notariat qaydada təsdiq olunmuş etibarnamə vermişdir. Eyni zamanda, məhkəmə Şirvan şəhər Polis Şöbəsinin ##.##.2025-ci il tarixli məktubuna istinad etməklə Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzildə cavabdeh3 yalnız 2013-cü ildən, cavabdeh2 2006-cı ildən qeydiyyatda olması qənaətinə gəlmişdir. Bununla bağlı ilkin olaraq bildirir ki, mübahisəli mənzilin ünvanı əvvəlcə Əli-Bayramlı şəhəri A.Əhmədov küçəsi , ev 6 , mənzil 21, sonradan isə ünvan 2 (hazırda həmin ünvandır) olmuşdur.Şirvan şəhər Polis Şöbəsinin ##.##.2025-ci il tarixli məktubunda isə məhkəmənin sorğusuna uyğun olaraq onların yalnız Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** saylı mənzldə olan qeydiyatı göstərimiş, mənzilin əvvəlki ünvanı üzrə qeydiyyatlarə qeyd olunmamışdır. Lakin iş materialları arasında olan AR DIN Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, cavabdeh2 ##.##.1993-cü il tarixdən ##.##.2006-cı il tarixədək Əli-Bayramlı şəhəri A.Əhmədov küçəsi , ev 6 mənzil 21 ünvanında, ##.##.2006-cı il tarixdən hazıradək , ünvan 2 ünvanında (sonradan ünvanın adında dəyişiklik nəzərə alınmaqla) yaşayış yeri üzrə qeydiyyatdadır. Eyni zamanda, iş materialları arasında olan AR. DIN Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, cavabdeh3 ##.##.1993-cü il tarixdən ##.##.2013-cı il tarixədək ƏliBayramlı şəhəri A.Əhmədov küçəsi , ev 6 ,mənzil 21 ünvanında, ##.##.2013-cü il tarixdən hazıradək ünvan 2 ünvanında, yaşayış yeri üzrə qeydiyyatdadırlar. Eyni zamanda, iş materialları arasında olan Əli Bayramlı şəhər XDS Rəyasət heyətinin ##.##.1992-ci il tarixli qərarında Cəfərova (Bayramova )Nəzakət Əli qızının iki nəfər ailə üzvü ilə birlikdə Əli-Bayramlı şəhəri A.Əhmədov küçəsi , ev 6 mənzil 21 ünvanında yaşadığı qeyd olunmuşdur. Bir daha bildib ki, onlar 1992-ci ildə həmin mənzilə köçüblər. Çünki 1992-ci ilin son günlərində onlar ailə həyatı qurduqdan sonra orada ailəvi yaşayıblar. Övladları da həmin mənzildə dünyaya gəlmişdir. Onların mənzilin qeydiyyata düşməklərinə İddiaçı razılıq verməsinə dair heç bir sübut mövcud deyildir. Digər tədəfdən, iş materialları arasında cavabdeh3 və İddiaçı adına mübahisəli mənzilə dair eyni tarixli və eyni nömrəli, yəni, ## #### 1988-ci il tarixli, ** nömrəli 2 (iki) Qeydiyyat sənədi vardır. Həmin sənədin ilkin olaraq cavabdeh3 verilməsi təsdiq edir ki, iddiaçının adına verilmiş eyni sənəd saxtadır. Ona görə də, qeyd olunmuş ziddiyyətə aydınlıq gətirilməsi məqsədi ilə adı çəkilən sənədlərin əslinin əldə olunması və həmin sənədlərin hüquqi statusu ilə bağlı aidiyyatı üzrə sorğu verilməsi barədə Lakin qətnamədə yalnız İddiaçı adına mübahisəli mənzilə dair verilmiş ## #### 1988-ci il tarixli, ** nömrəli Qeydiyyat sənədinə istinad olunmuşdur. Əlavə olaraq bildirilib ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzili cavabdeh3 ##.##.1994-ci il tarixli alqı-satqı müqaviləsi əsasında alaraq 14 gün sonra, yəni, 17.1994-cü il tarixli bəxşiş müqaviləsi əsasında İddiaçı bağışlamışdır. Əgər cavabdehlər evi alqı-satqı müqaviləsi əsasında alımışdılarsa və həmin tarixdə onların başqa ünvanda evləri olmayıbsa ,o halda hansı səbəbdən 14 gün sonra mənzili digər bir şəxsə bağışlasın və ya hansı səbəbdən mənzil İddiaçı yox, ona satılmış olması sual altındadır. Eyni zamanda, biz ##.##.1995-cil tarixinə kimi mübahisəli evdə yaşamışıq. Həmin tarixdə cavabdeh2 Sabirabad rayon Icra Şöbəsinə ədliyyə polisi vəzifəsinə təyin olunduğundan ailəvi olaraq Sabirabad şəhərinə köçmüşük, biz ailəvi olaraq mübahisəli mənzildən çıxdıqdan sonra Sabirabad rayonun Şıxsalahlı kəndində ata evində yaşayan İddiaçı 1993-cü ildə ailəvi olaraq mübahisəli ünvana köçmüşdür. Həmin tarixdə İddiaçı həyat yoldaşının Cəbrayıl rayonunda yaşayan və rayon ərazisi erməni işğalçıları tərəfindən işğal olunduqdan sonra məcburi köçkün olan yaxın qohumları Sabirabad rayonun Şıxsalahlı kəndində yerləşən atalarının evinə köçdükləri üçün evdə yaşayış şəraiti çətinləşmiş, bu səbəbdən də, İddiaçı ailəvi olaraq mübahisəli evə köçməsini məsləhət bilmişlər. Onlar onun həmin evə köçməsinə razılq vermişlər. İddiaçı təxminən 2000-ci ilə kimi orada yaşamışdır. (bununla bağlı qonşular tərəfindən tərtib olunmuş AKT iş materiallarında vardır ) Iddiaçı 2000-ci ildə ailəvi olaraq Bakı şəhərinə köçmüş, həmin tarixdən mənzildə hər hansı bir şəxs yaşamamışdır. Mərhum cavabdeh2 2002-ci ildə Şirvan şəhər Icra Şöbəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra Şirvan şəhərinə köçərkən həmin ünvana deyil, Şirvan şəhərində başqa ünvanda yerləşən onlara məxsus həyət evinə köçüblər.
60. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26.2, 29-cu maddəsini 2-ci hissəsinə və 60-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 17, 20, 152.1,152.3 ,154, 157, 225.1, 225.4, 239.2, 337, 425.1 və 448.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76, 77.1, 88, 217.3, 218.və 220-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
61. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
62. Maddə 59. Əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun. Əqd, təmsil edilənin bəyəndiyi vaxtdan etibarlı hesab edilir.
63. Maddə 230(birinci hissə).Tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır.
64. Maddə 245(birinci hissə).Bağışlama müqaviləsinə görə bir tərəf müəyyən əmlakı əvəzsiz olaraq digər tərəfin mlkiyyətinə verir. Bağışlama müqaviləsi əmlak verilən vaxt bağlanmış hesab olunur. (Beşinci hissə)Yaşayış evini və titinti materiallarını bağışlama müqaviləsi müvafiq surətdə bu Məcəllənin 230 və 230-1-ci maddələrində müəyyən edilən formada bağlanmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
75. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
76. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
77. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
78. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
79. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
80. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
81. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
82. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
83. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
84. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
85. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
87. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh3 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
89. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmişdir.
90. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini təmin edilməmiş qarşılıqlı iddia-bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi hissəsində yoxlamışdır.
91. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ##.##.1994-cü il tarixli bəxşiş müqaviləsinin surətinə əsasən, X2-Bayramlı Dövlət Notariat Kontorunun ##.##.1994-cü il tarixli 3M-*** №-li reyestrlə verilmiş alqı-satqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, ** nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X2 bəxşiş qəbul etmişdir.
92. Yəni, mübahisələndirilən bəxşiş müqaviləsi ## ###### 1994-cü ildə bağlanmışdır.
93. Azərbaycan Respublikasının MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
94. Qeyd edilən normanın tələbinə baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsini hüquq münasibətinin yarandığı ## ###### 1994-cü ildə qüvvədə olmuş qanunvericilik aktlarının normalarına deyil, hazırda qüvvədə olan qanunvericilik aktlarının normalarına, konkret olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normalarına istinad etməklə əsaslandırmış, apellyasiya instansiyası məhkəməsi isə qətnaməsini əsaslandırarkən, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52 və 245-ci maddələri ilə yanaşı, hazırda qüvvədə olan və iş üzrə tətbiq edilməməli olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.1, 358.2, 357, 360.1-ci maddələrinə və F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 03.03.23 tarixli qərarına istinad etmişdir.
95. Kassasiya kollegiyası bildirir ki, Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
96. Göstərilənlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tətəfindən tətbiq edilməli qanun tətbiq edilməməklə əsaslandırılmış qətnaməni mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlamış, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edildiyi qənaətinə gəlmiş, təkrarən özü də əqdin bəyənilməsi ilə əlaqədar hüquq münasibətinə tətbiq edilməməli olan hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrini tətbiq etmişdir.
97. Azərbaycan Respublikasının MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
98. MPM-in 418.2-ci maddəsinə əsasən bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.
99. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
100. Qeyd edilənlərə əsasən də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
101. Kassasiya kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ##.##.1994-cü il tarixli bəxşiş müqaviləsinin surətinə əsasən, X2-Bayramlı Dövlət Notariat Kontorunun ##.##.1994-cü il tarixli 3M-*** №-li reyestrlə verilmiş alqı-satqı və qeydiyyat vəsiqəsinə əsasən Əli-Bayramlı şəhər A.Əhmədov küçəsi ev “B”, ** nömrəli üç otaqlı yaşayış sahəsi 50,21 kv.m-dən ibarət mənzili qaynı İddiaçı bağışlamışdır. İddiaçı həmin mənzili qardaşının həyat yoldaşı X2 bəxşiş qəbul etmişdir.
102. Qarşılıqlı iddia üzrə iddiaçılar bəxşiş müqaviləsinin saxta olduğunu qeyd etsələr də, müqavilə bağlanan vaxt qüvvədə olmuş qanunvericiliyə əsasən daşınmaz əmlaka dair bağışlama müqaviləsi yazılı formada bağlanmalı və notariat qaydasında təsdiq edilməlidir. Hazırkı iş üzrə də bağışlama müqaviləsinin bağlanması zamanı qanunvericiliyin həmin imperativ tələblərinə əməl olunmuş, müqavilə notariat qaydasında rəsmiləşdirilmişdir.
103. Qarşılıqlı iddiaçılar bir tərəfdən bəxşiş müqaviləsindəki imzanın saxtalaşdırıldığını iddia etsələr də, digər tərəfdən cavabdeh3 guya ağ vərəqə imza atıldığını bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cür izahatlar bir-biri ilə ziddiyyət təşkil etməklə yanaşı inandırıcı hesab edilə bilməz. Belə ki, şəxsin öz imzasını ağ vərəq üzərinə atması və sonradan həmin imzanın hansı məqsədlə istifadə olunması ilə maraqlanmaması məntiq baxımından ağlabatan görünmür. Digər tərəfdən, imzanın ümumiyyətlə həmin şəxsə məxsus olmadığı iddia edildiyi halda, eyni zamanda onun tərəfindən ağ vərəq üzərinə imza atılması barədə izahat verilməsi də həmin dəlilin etibarlılığını şübhə altına alır. Həmçinin cavabdeh3 saxtalaşdırıldığını iddia etdiyi imza nümunəsinin həqiqətən ona məxsus olub-olmaması barədə məhkəməxətşünaslıq ekspertizası keçirilməsinə dair nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya məhkəməsində vəsatət irəli sürməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaçıların bəxşiş müqaviləsindən xəbərsiz olmaları barədə iddiaları işin faktiki halları ilə uzlaşmır və həmin müqavilənin mövcudluğundan xəbərdar olmamaları ehtimalı inandırıcı deyildir.
104. Mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və bağışlanması zamanı ər cavabdeh2 razılığının olmaması qarşılıqlı iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Şirvan şəhər Polis Şöbəsindən məhkəmə sorğusu əsasında əldə edilmiş ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzilində cavabdeh3 2013-cü ildən, cavabdeh2 2006-cı ildən, cavabdeh1 2016-cı ildən qeydiyyatdadır. Eyni zamanda, İddiaçı həmin mənzilə dair mülkiyyət hüququ Rayonlararası Texniki Inventarlaşdırma Bürosu tərəfindən iddiaçı İddiaçı adına qeydiyyat vəsiqəsinə əsasən ##.##.1994-cü ildə qeydə alınmışdır. Məhkəmə tərkibi qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması zamanı müvafiq prosedura əsasən bütün mülkiyyətçilərin razılığı tələb olunur. Bu halda, iddiaçının mübahisəli mənzildən xəbərsiz olması və ya razılıq verməməsi praktiki olaraq mümkün deyildir. Yəni, dövlət qeydiyyatına düşmə prosesi və sənədlərin rəsmi təsdiqi işin faktiki halları ilə birbaşa təsdiq olunmaqla cavabdehlərin müqavilədən xəbərsiz olduqları barədə iddiaları inandırıcı hesab edilə bilməz. Çünki cavabdeh3 2013-cü ildən, cavabdeh2 2006-cı ildən Şirvan şəhəri L-nt Ibrahimov küçəsi ** saylı evin ** nömrəli mənzilində qeydiyyata alınmaları həmin vaxt onların mübahisəli mənzilin mülkiyyətçisinin İddiaçı olmasından xəbərdar olmalarına dəlalət edir.
105. Məhkəmə tərkibi mübahisəli mənzilin birgə nikah dövründə əldə olunması və bağışlanması zamanı ər cavabdeh2 razılığının olmaması ilə əlaqədar qeyd edir ki, ## ######## 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59cu maddəsinə əsasən əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun.Əqd, təmsil edilənin bəyəndiyi vaxtdan etibarlı hesab edilir.
106. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan qeyd edilən Mülki Məcəllənin 59-cu maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Bəyənmə üçün üçün forma tələb olunmur. Bu nöqteyinəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan birgə mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin razılığının olması barədə imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.
107. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil üzrə bağlanmış əqd barədə cavabdeh2 məlumatlı olmaması inandırıcı hesab edilə bilməz. Belə ki, tərəflər həmin şəhərdə yaşamış, mənzilin uzun müddət ərzində digər şəxsin istifadəsində olması isə açıq və aşkar xarakter daşımışdır. Bu vəziyyətdə cavabdeh2 əqdin bağlanmasına etiraz etməməsi və uzun müddət ərzində buna münasibət bildirməməsi onun həmin əqdi faktiki olaraq bəyəndiyini göstərən konkludent hərəkət kimi qiymətləndirilməlidir. Bu səbəbdən, onun əqdin bağlanması zamanı formal razılığının olmaması öz-özlüyündə həmin əqdin etibarsız hesab edilməsi və ya qarşılıqlı iddianın təmin olunması üçün əsas kimi qəbul edilə bilməz.
108. Əksinə, mülki qanunvericiliyin bəyənmə institutuna dair müddəalarına uyğun olaraq, sonradan verilmiş və ya davranışla ifadə olunmuş razılıq əqdin bağlandığı andan hüquqi nəticələr yaradır.
109. Qarşılıqlı iddiaçılar mübahisəli mənzildə yaşadıqlarını və bunun müxtəlif sübutlarla təsdiq olunduğunu bildirsələr də, öz qarşılıqlı iddia ərizələrindən və apellyasiya məhkəməsinin məhkəmə iclasında cavabdeh tərəfin verdiyi izahatından da görünür ki, onlar mübahisəli mənzildə faktiki olaraq 1995-ci ilə kimi yaşadıqlarını bildirmiş, daha sonra yaşamamış və başqa ünvanda yaşadıqlarını bildirmişlər.
110. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər iş üzrə müəyyən edilmiş faktiki hallar və toplanmış sübutlarla öz təsdiqini tapmır. Şərh edilənlər isə iş üzrə qarşılıqlı iddianın əsaslı olmadığı və rədd edilməli olduğu qənaətinə gəlməyə əsas verir.
111. Ilkin iddia üzrə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilsə də yuxarıda şərh edildiyi kimi, qarşılıqlı iddia əsassız olduğuna görə iddia müddətinin tətbiqinə zərurət yoxdur. Iş üzrə qarşılıqlı iddianın premeti xarakterli mülki mübahisələrdə iddia müddətinin tətbiq edilməsi üçün iddianın əsaslı olması müəyyən edilmiş olmalıdır. Halbuki hazırkı iş üzrə qarşılıqlı iddianın əsassız olması müəyyən edilib.Iddia əsaslı olduğu təqdirdə hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla iddia müddətinin buraxılıb-buraxılmamasının müəyyənləşdirilməsi əhəmiyyətli olardı.
112. Məhkəmələr tərəfindən qarşılıqlı iddia rədd edilsə də, yuxarıda qeyd edildiyi kmi, hüquq münasibətinin yarandığı vaxt qvvədə olmuş hüquq normaları tətbiq edilməməklə maddi və prosessual hüquq normaları pozulmuşdur.Ona görə də cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, ünvan 1əhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və yeni qərar qəbul edilərək cavabdeh3, cavabdeh2 İddiaçı qarşı “bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir.
113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. ünvan 1əhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin və yeni qərar qəbul edilsin. cavabdeh3, cavabdeh2 İddiaçı qarşı “bəxşiş müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.