Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1470/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh X1 iş üzrə QƏRARİ Açar sözlər: borcun qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə # ###### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Cavabdeh İddiaçı ##.##.2024-cü il tarixli əlyazmanı imzalayaraq, ##.##.2026-cı il tarixədək 10000 manat borca pul götürmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9450 manat məbləğində pulun, hüquqi yardım üçün vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 114,50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona 9450 manat məbləğində pul borcludur. Belə ki, cavabdeh 10000 manatdan 550 manat ödəmişdir. Qalan 9450 manat borc qalmışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödəməmişdir. Tərəfindən ##.##.2025-ci ildə bildirişi Cavabdeh göndərməklə ona ümumi olan 9450 manat pul borcunu 3 gün müddətində geri qaytarmağı tələb etmişdir. Əks halda qanunvericiliyə müvafiq olaraq barəsində borcun alınması məqsədiylə məhkəmə qaydasında müraciət etməklə tələb edəcəyini bildirmişdir. Lakin cavabdeh yenədə pulu ödəməmişdir. Həmin pretenziya məktubunu şəxsən cavabdeh özü almışdır. O hüquqi yardım üçün vəkillə müqavilə bağlamış, 300 manat pul ödəmişəm və maddi ziyana düşmüşdür. Bu pul da cavabdehdən tutulmalıdır.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıdan 5000 manat borca pul almış, həmin borcdan da 2320 manatını qaytarmışdır və onun iddiaçıya 2680 manat borcu qalmışdır. Iddiaçıdan 10000 manat borc götürməmişdir.
5. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli, ##.##.2024-cü il tarixli və ##.##.2025-ci il tarixli qəbzlərə əsasən, cavabdeh tərəfindən müvafiq olaraq 1000 manat, 660 manat, 500 manat və 160 manat iddiaçının 4169..........**** nömrəli kart hesabına köçürülmüşdür.
6. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli */****-*/*** saylı ekspert rəyinə əsasən, ##.##.2024-cü il tarixli borc qəbzindəki əlyazmalar, həmin borc qəbzində “10000” rəqəmindəki axırıncı “0” rəqəmi və “xxxx” əlyazması qarşısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. ##.##.2024-cü il tarixli sənəddə əl ilə icra edilmiş “10000” yazısındakı sinuncu”0” rəqəmi və digər yazılar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdur.
7. Birinci instansiya məhkəməsində dindirilmiş şahid X2 ifadə verərək bildirmişdir ki, iddiaçını 20 ildir ki, tanıyır. Cavabdeh isə onun vasitəsilə iddiaçını tanımış, sonra ondan pul istəmiş, iddiaçı isə 10000 manat pulu faizlə cavabdehə vermişdir. Cavabdeh hər ay 600 manat iddiaçıya ödəyəcəyini bildirmişdir. Iddiaçı isə ona pul veriləcəyi təqdirdə hörmət edəcəyini bildirmiş, lakin borc verilmədiyi üçün ona da pul verilməmişdir.
8. Neftçala Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Ləman Qasımzadə) iddia tələbi qismən təmin edilərək Cavabdeh 7680 manat borcun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 93 manat pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 21,5 manatın (114,50- 93=21,50) iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 10000 manat borcdan cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə əsasən 2320 manat ödənilmişdir. Lakin cavabdeh tərəfindən 7680 manat pul iddiaçıya ödənilməmişdir. Cavabdeh İddiaçı 7680 manat məbləğində pulunu qaytarmamaqla əsassız olaraq varlanmışdır və qanunvericiliyin tələbinə müvafiq olaraq varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
10. Bundan başqa, iddiaçı borcdan heç bir məbləğin qaytarılmadığını iddia etsə də, cavabdeh tərəfindən təqdim edilmiş 2320 manatın ödənildiyi təsdiq edən qəbzlərin inkar olunması ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir.
11. Məhkəmə iddia tələbinin “2320 manat məbləğində borcun qaytarılması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
12. Məhkəmə həmin nəticəyə gələrkən, Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş sübut növü olaraq iddiaçının ona həqiqətən 10000 manat məbləğ deyil, 5000 manat verdiyini və aldığı 5000 manat pulu gələcəkdə ona qaytarmadığı təqdirdə əvəzində özünü sığortalamaq üçün iki qat olaraq 10000 manat alacağına görə cavabdehə təzyiq vasitəsi olaraq yazdırmaq məcburiyyətində qaldığına dair “Whatsapp” yazışmalarını və “Whatsapp”a iddiaçı tərəfindən atılan səsyazmalarında cavabdeh tərəfindən 5000 manat aldığını, amma iddiaçı tərəfindən yuxarıda qeyd edilən hallara görə ona əlyazmada 10000 manat yazdırdığına dair dəlilləri mötəbər sübut kimi qəbul etməməsini konkret olaraq borcla bağlı məbləğ göstərilmədiyinə əsas gətirmişdir. Lakin “Whatsapp”a iddiaçı tərəfindən atılan səsyazılarında iddiaçının cavabdehə 5000 manat borc verməsini, lakin əlyazmada 10000 manat yazdırmağın açıqlama verməyi ilə bağlı hallara münasibət bildirilməmişdir. Halbuki, “Whatsapp” vasitəsilə atılan səsyazılarını, tərəflər arasında “Whatsapp” yazışmalarını eyniləşdirdikdə müəyyən etmək olur ki, iddiaçının nümayəndəsinin vəsatəti əsasında izahat verən şahidin ifadəsi və ən əsası cavabdeh tərəfindən iddiaçıya məxsus karta atdığı pul məbləğləri iddiaçı tərəfindən cavabdehə 10000 manat deyil, 5000 manat verildiyini göstərir. Iddiaçı 10000 manat pulu cavabdehə faizlə verdiyi, lakin cavabdeh tərəfindən əlyazmanı yazarkən pula ehtiyacı olduğuna görə iddiaçının tələbi əsasında yazmaq məcburiyyətində qaldığının məntiqi əsasıdır ki, iddiaçıdan 5000 manat borc pul alsa da, iddiaçı həmin məbləği faizlə verdiyini və ona görə də, gələcəkdə həmin məbləğin cavabdeh tərəfindən qaytarmadığı halda özünü sığortaladığı üçün belə bir əlyazma yazdırmış, amma həqiqətdə iddiaçı cavabdehə 5000 manat pul vermişdir. Birinci instansiya məhkəməsi işi araşdırarkən iddiaçının tələblərindən savayı müəyyən etməli idi ki, ilk olaraq niyə görə iddiaçı cavabdehə heç bir qohumluq əlaqələri olmadığı və yaxın yoldaşlıq münasibətləri olmadığı halda, uzun müddətə 10000 manat məbləği borc vermiş, lakin həmin məbləğdən cavabdeh tərəfindən bu müddət ərzində (iddiaçı 550 manatı hansı tarixdə qaytardığına dair tarix qeyd etmir) yalnız 550 manat qaytardığını, amma cavabdeh tərəfindən iddiaçının kartına müxtəlif tarixlərdə fərqli məbləğləri atdığını və nədənsə həmin məbləğlərin içində 550 manat məbləğin olmadığını və ən əsası nə üçün iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən onun kartına 2320 manat ödədiyinə dair dəlilləri gizlədir və həmin halları araşdırmamış, yalnız əlyazmanı sübut növü olaraq təqdim etmişdir. Iddiaçının guya borc olaraq verdiyi 10000 manat məbləğdən yalnız 550 manat qaytardığını qeyd etməsinə gəldikdə isə iddiaçı tələbinin əsaslı olduğuna dair məhkəmədə inandırıcı görünmək üçün 10000 manat məbləğdən 550 manat qaytardığını və 9450 manat borclu qaldığını göstərməklə məhkəmədə fikir ayrılığı yaratmaqdır.
15. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1948/2025 nömərli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Pərviz (sədrlik edən və məruzəçi), Ilham Əsədov və Tofiq Heydarov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmışdır. Iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 2130 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
16. Apellyasiya məhkəməsi sübutlara hərtərəfli qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olmuş, lakin birinci instansiya məhkəməsi tərəflər arasında cərəyan edən mövcud münasibətlərə yanlış olaraq əsassız varlanma ilə bağlı maddi hüquq normalarını tətbiq etmişdir.
17. Belə ki, ##.##.2024-cü il tarixli əlyazma ilə Cavabdeh İddiaçı 10000 manat məbləğdə pul vəsaitini borc götürdüyü və həmin məbləği ##.##.2026-cı il tarixədək ödəyəcəyi öz təsdiqini tapmışdır. Əlyazma Cavabdeh tərəfindən yazılaraq imzalanmışdır. Beləliklə, hazırkı iddia tələbinin əsasında duran borc məbləği yazılı sənədlərdə öz əksini tapmış və cavabdeh tərəf həmin borcun 5000 manat hissədə mövcudluğunu öz imzası ilə təsdiqləmişdir (etiraf etmişdir).
18. Məhkəmə kollegiyası borc məbləğinin mübahisələndirilməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, iş üzrə təqdim edilmiş “WhatsApp” yazışmalarına əsasən iddiaçı müxtəlif vaxtlarda cavabdehin ona 4450 manat məbləğində borcunun qaldığını göstərmişdir.
19. Apellyasiya məhkəməsində sözügedən “WhatsApp” yazışmaları tədqiq olunmuş və məhkəmə iclasında cavabdehə məxsus mobil telefonda olan aidiyyəti yazışmalara özünün iştirakı ilə baxış keçirilərək eyniliyi dəqiqləşdirilmişdir. Qeyd olunan 4450 manat məbləğində borcun qaldığı etiraf olunan tarix ##.##.2024-cü il tarixdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə əsasən onun tərəfindən sonrakı tarixlərdə iddiaçıya 2320 manat ödənilmişdir. 4450 manat qalıq məbləğdən ödənilmiş 2320 manat çıxıldığı zaman nəticədə cavabdehin 2130 manat borcunun qalması təsdiq olunur. Beləliklə, cavabdehdən 2130 manat məbləğində borcun tutulması əsaslıdır.
20. Məhkəmə gəldiyi nəticəni əsasldırarkən, Mülki Məcəllənin 385.1, 425, 442, 445.2.1, 739.1 və 739.2-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1948/2025 nömərli ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya instansiya məhkəmsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iki dəfə məhkəmə ilə əlaqə saxlamış və cavabdeh tərəfindən teleqram vurulduğu birinci məhkəmə prosesində bildirilmişdir. Halbuki həmin məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini cavabdeh bildirsə də heç bir əsas olmasını təsdiq edən sənəd və sübut əlavə edilməmişdir. Ikinci məhkəmə prosesindən isə ümumiyyətlə məlumatı olmamış və rəsmi bildiriş verilməmişdir. Eyni zamanda iddiaçı həmin dövrlərdə davamlı müalicədə olmuş və ümumiyyətlə müalicə zamanı hərəkət etməkdə çətinlik çəkmişdir. Rəsmi olaraq məlumatlandırılmadığından ##.##.2026-cı il tarixdə üzürlü səbəbdən iştirak etməmişdir. Iddiaçı məlumatlı olsaydı həm sübutları məhkəməyə təqdim edərdi, həmin yazışmaları tam olaraq detallı şəkildə səs yazıları qarışıq təqdim edərdi. bu hüquqdan məhrum edildiyindən, hazırkı qətnamə ləğv edilərək iş tam ətraflı və obyektiv araşdırılmasından ötrü yenidən Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmalı və hər iki tərəfin iştirakı ilə bütün yazışmalar və səs yazıları əlaqəli şəkildə tədqiq edilməlidir.
23. Daha sonra iddiaçı kassasiya şikayətinə əlavədə qeyd etmişdir ki, tərəflər arasında olan yazışmalar və sair sənədlər tədqiq edilmədən qətnamə qəbul edilməklə maddi və prossesual norma pozuntularına yol verilmişdir. Qərar qəbul edərkən, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2026-cı il tarixlinin qərarının nəzərə alınmasını xahiş etmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh Cavabdeh kassasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, 2 (***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
29. Maddə 739.1 Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
30. Maddə 739. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
37. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.
41. Tərəflər arasındakı hazırkı borc mübahisəsi üzrə birinci instansiya məhkəməsi iddiaçının cavabdehə 10000 manat məbləğində borc verdiyini və cavabdehin həmin borcun 2320 manat hissəsini qaytardığını müəyyən edərək, 7680 manat məbləğində borcun tutulması barədə nəticəyə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən cavabdeh tərəfindən təqdim edilmiş borcun müəyyən hissəsinin ödənilməsi təsdiq edən qəbzlərə qiymət vermiş, lakin iş materiallarında mövcud olan “WhatsApp” yazışmaları üzrə hər hansı hüquqi qiymətləndirmə aparmamış, onların işin həlli üçün əhəmiyyətini müəyyənləşdirməmiş, həmin sübutların nə üçün qəbul edilmədiyini və ya nəzərə alınmadığını qətnaməsində əsaslandırmamışdır.
42. Apellyasiya instansiyası məhkəməsi həmin sübutlara qiymət verərək müəyyən etmişdir ki, ##.##.2024-cü il tarixində iddiaçı cavabdehin ona 4450 manat borcunun qaldığını etiraf etmişdir. Məhkəmə həmin məbləğdən sonradan cavabdeh tərəfindən ödənilmiş 2320 manat məbləği çıxaraq cavabdehdən tutulmalı olan borcun 2130 manat təşkil etdiyi qənaətinə gəlmişdir.
43. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Bu baxımdan, iş materiallarında olan sübutların tərəflərin tələb və etirazlarına münasibətdə hərtərəfli araşdırılması və digər sübutlarla birlikdə qiymətləndirilməsi tələb olunur.
45. Iş üzrə mühüm əhəmiyyət kəsb edən hal ondan ibarətdir ki, “WhatsApp” yazışmaları birinci instansiya məhkəməsinə təqdim edilmiş olsa da, həmin məhkəmə tərəfindən bu sübutlar tədqiq edilməmiş, hər hansı qiymət verilməmiş, onların iş üzrə hansı halları təsdiq və ya təkzib etdiyi, digər sübutlarla ziddiyyət təşkil edib-etmədiyi müəyyənləşdirilməmişdir.
46. Apellyasiya məhkəməsi isə həmin sübutlara mötəbər sübut kimi qiymət verməklə onlardakı məlumatlar əsasında birinci instansiya məhkəməsinin müəyyən etdiyi borc məbləğini azaltmışdır. Göründüyü kimi, bu sübutlar birinci instansiya məhkəməsinə təqdim olunsa da, onlar ilk dəfə apellyasiya məhkəməsində tədqiq edilmiş və qiymətləndirilmişdir.
47. Lakin apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin yol verdiyi bu prosessual pozuntunu aradan qaldırması yalnız sübutu tədqiq etməklə kifayətlənməməli, işdə iştirak edən şəxslərin həmin sübuta münasibət bildirmək imkanını da təmin edilməli idi. Çünki birinci instansiya məhkəməsində qiymətləndirilməmiş sübutun apellyasiya instansiyasında ilk dəfə işin nəticəsinə təsir edən şəkildə araşdırılması tərəflərin həmin sübut üzrə prosessual imkanlarının faktiki olaraq yenidən təmin edilməsini zəruri edir.
48. Hazırkı işdə iddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmadığını, buna görə də “WhatsApp” yazışmalarının tədqiqində iştirak edə bilmədiyini və həmin yazışmalara münasibətdə açıqlama vermək imkanından məhrum olduğunu bildirmişdir.
49. Işin nəticəsi üçün həlledici əhəmiyyət daşıyan həmin yazışmaların həqiqi məzmunu, hansı münasibətlərə aid olması, tərəflər arasında əvvəlki və sonrakı ödənişlərlə əlaqəsi, bu yazıların tamlığı, habelə iddiaçının həmin məlumatı hansı şəraitdə verdiyinə dair izahatları iş üzrə əhəmiyyətli məsələlərdir. Bu səbəbdən, iddiaçının həmin sübutların tədqiqində iştirak etməsi və onlara münasibətdə öz mövqeyini bildirməsi işin düzgün həlli baxımından əhəmiyyətli olmuşdur. Lakin iddiaçının bu sübutların tədqiqində iştirak etməməsi onun həmin məsələlər üzrə mövqeyini bildirmək imkanından məhrum edilməsi ilə nəticələnmişdir.
50. Digər tərəfdən, MPM-in 89.2-ci maddəsinə əsasən elektron və ya digər rabitə vasitəsi ilə əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Məcəllənin 95.1-ci maddəsinə əsasən isə səs yazısı təqdim edən şəxs həmin yazının nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin normaların tətbiqi zamanı səs yazısının və elektron yazışmaların yalnız texniki baxımdan mövcudluğunun deyil, onların məzmununun, həqiqiliyinin, aidiyyətinin və iş üzrə hansı halları təsdiq etdiyinin də müəyyənləşdirilməsi zəruridir.
51. Apellyasiya məhkəməsi qeyd edilən prosessual normaların tələblərini pozmaqla iş üçün həlledici əhəmiyyət daşıyan sübutları iddiaçının prosessual hüquqlarının təmin edilməsi baxımından qanunla müəyyən edilmiş qaydada araşdırmamışdır.
52. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, yeni apellyasiya baxışı zamanı tərəflərin məhkəmə iclasında iştirakı və prosessual hüquqlarının həyata keçirilməsi təmin edilməklə iş materiallarında olan “WhatsApp” yazışmaları digər sübutlarla birlikdə MPM-in 88ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırılmalı, sübutların bir-birinə münasibəti müəyyən edilməli və bundan sonra tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq mübahisə həll olunmalıdır.
53. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2008-ci il ## #### tarixli qərarı).
54. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Işə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla qanuni və əsaslı qətnamə qəbul edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.