Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1472/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və Inzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin iddiaçı Füzuli Rayon Icra Hakimiyətinin cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyət) qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlu və Inzibati kollegiyanın hakimi Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət qarışıq tərkibdə, iddiaçı Füzuli Rayon Icra Hakimiyətinin cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından üçüncü şəxs Maraqlı şəxs MMC tərəfindən verilmiş şikayətə ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Iddiaçı Füzuli Rayon Icra Hakimiyəti cavabdeh Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMC) qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Icra Hakimiyyətinə məxsus olan 1049 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılaraq daşınmaz əmlakın iddiaçı Füzuli Rayon Icra Hakimiyyətinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon Icra Hakimiyyətinin üzərində mülkiyyyət hüququ təsdiqlənən 1049 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən istifadə edən Füzuli rayon Gecəgözlü kənd sakini Cavabdeh ilə Beyləqan rayon * saylı notariat ofisində ## ######## 2023-cü il tarixdə, informasiya sistemində 3M-467 reyestr nömrəsilə qeydə alınmış kompensasiya müqaviləsi bağlanaraq ona 31.765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiya maraqlı şəxs Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. Cavabdeh Cavabdeh, müqavilədə qeyd olunan 31.765 (otuz bir min yeddi yüz altmış beş) manat kompensasiyanı aldığını və müqavilə öhdəliklərinə etirazının olmadığını imzası ilə təsdiqləmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir.
3. Məhkəmə iclasında cavabdeh Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, məcburi köçkün kimi mübahisəli torpaq sahəsində məskunlaşmış, 25 il müddətində orada ailəsi ilə birlikdə yaşayıb və təsərrüfatla məşğul olaraq ailəsini dolandırmışdır. Onunla iddiaçı Füzuli Rayon Icra Hakimiyyəti və Maraqlı şəxs MMC arasında kompensasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləni imzalamış və həmin müqavilə üzrə qeyd olunan 31.765 manat kompensasiya məbləğini almışdır. Müqavilənin şərtəri ona məlumdur. O, müqaviləni imzaladıqdan və kompensasiya məbləğini aldıqdan sonra həmin torpaq sahəsini boşaltmalı idi. Lakin həmin müqavilə imzalanan zaman ona şifahi olaraq bildirilmişdir ki, həmin ərazidə 5 ha torpaq sahəsi və həmin torpaq sahəsindən istifadə etmək üçün ona və ailə üzvlərinə su veriləcək və bununla da onlar öz təsərüfatlarını idarə edəcəklər. Həmçinin mal-qaranın da saxlanması üçün onlara kömək olunacaq. Lakin bu deyilənlərin heç birinə əməl olunmadı. Həmçinin bildirmişdir ki, hazırda da mübahisəli torpaq sahəsində yaşayır. Məhkəmədə cavabdehə ünvanlanmış suallara cavab verərkən o bildirmişdir ki, bu qeyd etdikləri yazılı şəkildə rəsmiləşdirilməyib, hüquqi savadı olmadığından sadəcə söz olaraq razılaşmışlar. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs MMCnin nümayəndəsi nümayəndə2 iddiaçının iddia ilə bağlı mövqeyini müdafiə etdiyini və eyni mövqedən çıxış etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, tərəflər arasında 3 tərəfli müqavilə bağlanıb. Həmin müqavilənin bağlanmasının məqsədi Füzuli rayonu inzibati ərazisində ** nömrəli qış-otlaq sahəsində torpaqların təyinatının dəyişdirilməsi çərçivəsində qoyulmuş tələblər ilə əlaqədar razılaşma çərçivəsində kompensasiya müqaviləsinin bağlanması olmuşdur. Müqavilədə qoyulan tələb bundan ibarət idi ki, vətəndaşa məxsus tikili və icarəsində olan sahəsindən imtina müqabilində ona kompensasiya ödənilir. Kompensasiya ödənişi müstəqil qiymətləndirici şirkətin verdiyi qiymət əsasında müəyyən edilmiş və Icra Hakimiyyətinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə keçirilmişdir. Müqavilədə qeyd olunan kompensasiya məbləği cavabdehə verilmiş və cavabdeh özü də həmin məbləği aldığını etiraf etmişdir. Müqavilədə torpaq sahəsinin boşaldılması üçün 30 gün müddət müəyyən edilsə də, artıq 2 il keçib və müqavilə öhdəliyi yerinə yetirilməyib.
5. Füzuli Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilərək, Füzuli Rayon Icra Hakimiyyətinə məxsus olan Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsindən cavabdehin çıxarılaraq həmən torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir (Hakim Məmmədli Səkinəxanım).
6. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü il tarixli müqaviləyə əsasən cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli, ************ reyestr nömrəli və ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Füzuli Rayon Icra Hakimiyyətinə məxsus olan Füzuli şəhəri Füzuli rayonu ərazisində yerləşən 1049 ha torpaq sahəsini boşaldaraq aidiyyəti üzrə iddiaçıya təhvil vermək öhdəliyini icra etməyə borclu olduğundan, iddiaçının da bu öhdəliyi cavabdeh tərəfindən icra edilməsini tələb etmək hüququ olduğundan cavabdeh torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi iddiaçı Füzuli Rayon Icra Hakimiyyətinə təhvil verilməlidir.
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində onun tərəfindən təqdim olunmuş, şahidlər məhkəməyə ifadə vermiş, lakin məhkəmə bunu nəzərə almamışdır. Onun dövlət hakimiyyəti orqanlarının qərar və sərəncamlarında təsbit olunmuş məcburi köçkünlərə şamil edilən hüquqları, məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Iddiaçı və üçüncü şəxs müqavilə bağlayarkən onun və ailənin işğaldan azad olunmuş torpağa qayıdana kimi onları çıxarmayacaqları barədə əlavə sözləşmə hazırlamaqları və vədlər vermələri ilə aldatmışlar. Birinci instansiya məhkəməsi isə işin hallarını, bununla bağlı izahatları, şahid ifadələrini nəzərə almamışdır. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə itirir. Ailəsi məcburi köçkün olmaqla, məcburi köçkünlər məskunlaşdığı yerlərdən yalnız qanunda göstərilən şərtlər daxilində çıxarıla bilər. Məhkəmə işin nəticəsinə mühüm təsir göstərən bütün faktiki halları obyektiv və tam araşdırmadığından, qətnamədə göstərilmiş nəticələr işin halarına uyğun olmamışdır.
9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər: Aytən Novruzova-sədrlik edən və məruzəçi, Mahir Əsədli və Pərviz Əhmədov).
10. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyi ilə bağlı ilk növbədə müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən mübahisənin hüquqi təbiəti düzgün müəyyən edilməmiş, nəticə etibarilə məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Halbuki, məhkəmə aidiyyəti məsələsi prosessual hüququn fundamental institutlarından biri olmaqla, işin mahiyyəti üzrə düzgün və ədalətli həllinin ilkin şərtini təşkil edir.
11. Məhkəmə kollegiyası ümumiləşdirilmiş şəkildə belə nəticəyə gəlmişdir ki mübahisə müqavilədən irəli gələn öhdəlik münasibətlərinə aiddir, tərəflər sahibkarlıq fəaliyyətinin subyektləridir və münasibət iqtisadi dövriyyə ilə bağlıdır, dövlət orqanının iştirakı münasibətin hüquqi təbiətini dəyişmir, çünki o, bu münasibətdə inzibati hakimiyyət funksiyası ilə deyil, mülki-hüquqi tərəf kimi çıxış edir, müqavilə qüvvədədir və mübahisə onun icrası ilə bağlıdır buna görə də iş kommersiya məhkəmələrinin aidiyyətinə daxildir.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin qeydiyyat ünvanı Füzuli rayonu olduğundan, hazırkı iş aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməlidir.
13. Məhkəmə kollegiyası hüquqi mövqeyinin əsası kimi Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 24.2, 26.1, 26.2, 31.1, 32.3, 32.4, 151.1, 152.1.3, 385.1.1 və 387.2.9-cü maddələrinə həmçinin “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ######## 2020-ci il tarixli qərarına istinad etmişdir.
14. Həmin qərardaddan üçüncü şəxs Maraqlı şəxs MMC (vəkil Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və işin Şirvan Apellyasiya Məhkəməsinin icraatına qəbul edilərək mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin sahibkarlıq və yaxud başqa məqsədlə istifadəsi mütləq şərtləndirilməmişdir. Hazırda tərəflər arasında baş verən mülki mübahisə, məhkəmənin qeyd etdiyi kimi, torpaq icarə münasibəti, kompensasiya ödənilməsi, torpaqdan çıxmama və faktiki istifadə hüququ ilə bağlı geniş mənada qiymətləndirilməməli, əksinə, iddia tələbinin əsasını təşkil edən, kompensasiya verilmiş torpaq sahəsindən çıxmama və torpaq sahəsinin boşaldılmaması ilə bağlıdır. Burada nəzərə alınmalıdır ki, tərəflər kompensasiya müqaviləsini, həmçinin icarə müqaviləsini, onun şərtlərini və ya etibarsızlığını və s. mübahisələndirmirlər. Məhkəmənin bu cür qənaəti ilə razılaşılsa belə, tərəflər arasında olan münasibətlər sahibkarlıq fəaliyyəti ilə bağlı qiymətləndirilə bilməz və bu mübahisə kommersiya mübahisəsi ola bilməz. Mübahisə ondan ibarətdir ki, cavabdeh torpaq sahəsinə görə artıq kompensasiya məbləğini alıb, lakin torpaq sahəsindən çıxmır. Belə olan halda, bu mübahisə tərəflər arasında, istər cavabdehlə icra hakimiyyəti orqanı arasında, istərsə də, iddiaçı ilə digər tərəflər arasında sahibkarlıq fəaliyyəti ilə bağlı münasibətlərin olması anlamına gətirməməlidir. Digər tərəfdən, məhkəmə, qərardadda mübahisənin hüquqi təbiətinin gah kompensasiya, gah da icarə müqaviləsi üzrə münasibətlər olduğunu qeyd edərək, ziddiyyətli dəlillər gətirmişdir. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən, səhv nəticəyə gəlmiş və işin hallarına uyğun olmayan qərar qəbul etmişdir. Məhkəmə işin məhkəmə aidiyyətinə dair məsələni həll edərkən tərəfləri müvafiq məsələ ilə bağlı dinləməmiş, yalnız işin faktiki halları ilə suallar vermişdir. Belə olan halda tərəflər, habelə işdə iştirak edən üçüncü şəxsin işin mülki, ya kommersiya məhkəməsində baxılmasına dair yekun münasibətlərini bildirmədən müvafiq qərardadın çıxarılması prosessual pozuntu hesab edilməlidir. Eyni zamanda məhkəmə müvafiq halı nəinki nəzərə almamış, habelə çıxarılmış qərardadda sözügedən məsələ ilə bağlı tərəflərin və üçüncü şəxsin hər hansı qeydinin olmamasını, məhkəmənin mülahizəsinə buraxıldığını qeyd etmişdir. Bu hal isə öz növbəsində çəkişmə prinsipinə zidd olmaqla bərabər həm də ədalətsiz və yetərincə ziddiyyətli məqamdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
16. Maddə 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.
17. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
18. Maddə 25. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
19. Maddə 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Işlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 2020-ci il ## ######## tarixli ** nömrəli Qərarının:
20. Bənd 11. Mülki Prosessual Məcəllənin 1-ci maddəsinin “Qeyd” hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən, onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.
21. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
22. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.
23. Bənd 14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibkarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
24. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianın məhkəmə aidiyyəti məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.
25. Ilk olaraq üçüncü şəxsin şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddianın məhkəmə aidiyyəti ilə göndərilməsinə dair apellyasiya instansiya məhkəməsinin qərardadının qanuniliyi yoxlanılır. Üçüncü şəxs şikayətində məhkəmə aidiyyətinin düzgün müəyyən edilmədiyi, tərəflərdən birinin icra hakimiyyəti olmaqla mülki-hüquqi tərəf olmasını, mübahisənin hüquqi xarakterinə düzgün yanaşılmadığını, aidiyyətlə bağlı məsələ tərəflərlə müzakirə edilmədən qəbul edildiyini, işin kommersiya məhkəməsinə göndərilməsinə dair heç bir əsasın olmadığın göstərmişdir.
26. Bununla belə, Qarışıq məhkəmə tərkibi izah edir ki, Mülki Prosessual Məcəllənin 24.2, 25.2 və 26.1-ci maddələrinin əlaqəli təhlilindən aydın olur ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün: 1) işdə iştirak edən şəxslərin subyektiv tərkibi; 2) mübahisənin predmeti; 3) hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir.
27. Hazırkı iş üzrə apellyasiya məhkəməsi işi kommersiya məhkəməsinə göndərərkən mövqeyini belə əsaslandırmışdır ki, mübahisə Cavabdeh, Maraqlı şəxs MMC və Füzuli rayon Icra hakimiyyəti arasında bağlanmış kompensasiya müqaviləsindən irəli gəlmişdir. Tərəflər arasında münasibət müqavilədən irəli gələn öhdəlik hüquq münasibətidir və bu münasibət qarşılıqlı hüquq və vəzifələr mübadiləsi ilə xarakteriza olunan klassik sinallaqmatik müqavilə modelinə uyğun gəlir. Mübahisənin hüquqi təbiətinin müəyyən edilməsində həlledici meyar onun əşya-hüquq və ya delikt xarakterli olub-olmaması deyil, əksinə, müqavilə öhdəliklərinin icrası ilə bağlı olub-olmamasıdır.
28. Qarışıq məhkəmə tərkibi apellaysiya instansiya məhkəməsi tərəfindən aidiyyətə dair şərtlərin mövcudluğu müzakirə olunarkən tərəflərlə müzakirə aparılmasının vacibliyi ilə bağlı şikayətin dəlilləri ilə razılaşır.
29. Qeyd edilməlidir ki, işin aidiyyəti üzrə göndərilməsinə dair tərəflərdən vəsatət daxil olmamışdır. Belə olan halda işin aidiyyəti üzrə göndərilməsi işə baxan məkhəmənin öz təşşəbüsü ilə olmuşdur. Belə təşəbbüsün irəli sürülməsi prossesual qanunvericiliyin tələbinə uyğundur. Lakin bu zaman mütləq tərəflərlə müzakirələr aparılmalı, məhz həmin müzakirənin nəticəsi olaraq aidiyyətlə bağlı qərardadın qəbul olunması mümkün ola bilər. Məhkəmənin qəbul etdiyi qərar tərəflər üçün gözlənilməz olmamalıdır.
30. Belə ki, Mülki Prossesual Məcəllənin 263.6-cı maddəsinin tələbinə görə məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.
31. Baxılan iş üzrə isə apellyasiya instansiya məhkəməsinin çəkişmə və hüquq bərabərliyini təmin etmədən işin məhkəməyə aidiyyəti üzrə göndərməsi işin müəyyən edilmiş halıdır.
32. Digər tərəfdən müəyyən olunur ki, iş üzrə tərəflər Füzulu Rayon Icra Hakimiyyəti, tələb yönələn şəxs isə Cavabdehdur. Maraqlı şəxs MMC iddia tələbi irəli sürməmiş, ona qarşı irəli sürülmüş tələb olmamışdır. MMC üçüncü şəxs olaraq işə cəlb olunmuş və prosesdə tərəf olmamışdır. Belə olan halda tərəf olmayan şəxsə münasibətdə məhkəmə aidiyyətinin müəyyən olunması yolverilən hesab edilmir.
33. Qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfində işdə iştirak edən tərəflərin hansı hüquq münasibətində (icarə hüquq münasibətində və ya hər hansı hüquqi əsas olmadan torpaq sahəsinə sahiblik etməsi) olması aydınlaşdırılmamışdır. Bir halda tərəflərin icarə münasibətlərində olması qeyd edilsə də, bununla bağlı işdə hər hansı sübutun olmaması nəzərə alınmamış, tərəflərlə bu münasibətin xarakteri müzakirə olunmamışdır.
34. 2019-cu il # #### tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.
35. MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir.
36. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Iş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.
37. Kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir.
38. Mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır.
39. Belə olan halda, bu iddianın məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün hazırkı qərardadın 27-38-ci bəndlərində qeyd olunan meyarlar üzrə müstəqil yoxlama aparılmalıdır.
40. Lakin, apelyasiya instansiya məhkəməsi işi kommersiya məhkəməsinə göndərilməli olmasına dair nəticəyə gələrkən həmin meyarların mövcudluğunu aydınlaşdırmamış, işin aidiyyəti üzrə göndərilməsi məsələsini tərəflərlə birlikdə müzakirə etməmişdir.
41. Odur ki, mübahisələndirilən qərardad ləğv edilməli və iddianın məhkəmə aidiyyəti məsələsinə yenidən baxılması üçün iş materialları həmin apellyasiya instansiya məhkəməsinə göndərilməli, iddianın subyekt tərkibi, iddiaçının tələbinin əsasında dayanan hüquq münasibətlərinin xarakteri və mübahisənin predmeti barədə yenidən araşdırma aparılmaqla, iddianın məhkəmə aidiyyəti müəyyən edilməli və buna uyğun olaraq müvafiq prosessual qərar qəbul edilməlidir.
42. Apellyasiya instansiya məhkəməsində araşdırmanın nəticəsində bu qərardadın 26, 41-ci bəndlərində göstərilən şərtlərin təmin olunması qənaəti formalaşdıqda bu qərardad işin müvafiq kommersiya məhkəməsinə göndərilməsini istisna etmir.
43. Qarışıq məhkəmə tərkibi şərh edilənləri və MPM-in 403-1.6, 403-1.7, 403-1.8 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
Şikayət təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir