Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1497/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Maraqlı şəxs və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda payın müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Qusar rayon Notariat ofisinə (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cəlb edilməklə) qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayətinə 04 avqust 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. xxx ilə X2 ##.##.1951-ci ildə nikah bağlamışlar.
2. Birgə nikahından ## ###### 1952-ci ildə X1, ## ###### 1957-ci ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, ## ### 1959-cu ildə İddiaçı və ## ###### 1966-cı ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 anadan olmuşdur.
3. Qusar Rayon Məhkəməsinin ## ### 2006-cı il tarixli qətnaməsi ilə xxx ilə X3 arasındakı nikah pozulmuşdur.
4. X3 ## #### 2000-ci il tarixli vəsiyyətnamə ilə ünvan 3 ünvanında yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini qızı İddiaçı vəsiyyət etmişdir.
5. xxx ## ###### 2007-ci il tarixli vəsiyyətnaməsinə əsasən, ünvan 3 ünvanında yerləşən ümumi torpaq sahəsi 800 kv.m olan 2 mərtəbəli, 4 otaqdan ibarət fərdi yaşayış evini, ev əşyalarını və həyətyanı torpaq sahəsini nəvəsi Maraqlı şəxs vəsiyyət etmişdir.
6. xxx ## #### 20098-ci il tarixdə ölmüşdür.
7. X3 ## ####### 2008-ci il tarixdə ölmüşdür.
8. ünvan 3 ünvanında yerləşən 0.0727 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 201.9 kv.metr sahəsi olan fərdi yaşayış evi xxxnun adına ## #### 2021-ci il tarixli çıxarışa əsasən qeydiyyata alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
9. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia ərizəsinə dəqiqləşdirmə) ilə məhkəməyə müraciət edərək, Qusar rayon dövlət notariat ofisində ## ###### 2007-ci il tarixdə 2V-1-09 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair iddiaçı İddiaçı adına, ½ hissəsinə dair isə, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının atası xxxnun mülkiyyətindədir. Qusar rayon Notariat ofisinin ## ###### 2019-cu il tarixli X-**** nömrəli məktubundan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İddiaçı xxx ilə X3 vərəsələri sırasına daxildir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ərizəsindən görünür ki, o, mirası nə faktiki, nə də ərizə yazmaqla qəbul etməmiş, mirasın qəbulu müddətini ötürmüşdür. X3 ## #### 2000-ci ildə bütün əmlakını iddiaçıya vəsiyyət etmişdir. Miras əmlak bütünlüklə iddiaçı tərəfindən qəbul edilmiş və o, mirasın qəbulu müddətini ötürməmişdir. Qusar rayon Notariat Ofisinin ## ###### 2023-cü il tarixli *** nömrəli məktubundan görünür ki, vərəsələr arasında mübahisə olması əsası ilə şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Həmin dövrdə Konstitusiya Məhkəməsində vərəsəliklə bağlı məsələyə baxıldığı üçün iddia qaldırılmamışdır.
11. Maraqlı şəxs üçüncü şəxs qismində işə cəlb edilmişdir.
12. Birinci instansiya məhkəməsində üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddianı qəbul etmiş və bildirmişdir ki, o, miras əmlakdan pay istəmir. Miras əmlakın bacısı və qardaşı arasında bölünməsini məhkəmədən xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsində üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. Qusar Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair iddiaçı İddiaçı adına, ½ hissəsinə dair isə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Əli Cəlilov)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində xahiş etdiyi kimi, vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi iddia tələbində qeyd edilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın ½ hissəsinə dair iddiaçı İddiaçı adına, ½ hissəsinə dair isə təmin edilməsinə belə qiymət vermişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iddianı qəbul etmiş, miras əmlakdan pay istəməmiş, miras əmlakın bacısı və qardaşı arasında bölünməsini məhkəmədən xahiş etmişdir. Mübahisə olunan miras əmlak həm mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 oğlunun adına, həm də İddiaçı vəsiyyət edilmiş, həmin vəsiyyətnamələr qüvvədədir. Belə olan halda mübahisə olunan mirak əmlaka, həm mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, həm də İddiaçı məcburi payları mövcuddur.
17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1146, 1147.1, 1151.1, 1159.1, 1159.1.1, 1159.2, 1166, 1167, 1167, 1168, 1179.1, 1179.2, 1193, 1225.1, 1225.2, 1225.3, 1243.1, 1243.2, 1243.3cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1- maddələri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Üçüncü şəxs Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın 1/4 hissəsinə dair iddiaçı İddiaçı adına, 1/4 hissədə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 adına, 2/4 hissədə maraqlarına toxunan şəxs vəsiyyət üzrə vərəsə Maraqlı şəxs adına vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Qusar rayon Notariat Ofisinin üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon Məhkəməsinin *(***)- **** saylı, ## ######## 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 xxx) xxx, İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil iddia tələbi irəli sürməyən üçüncü şəxs Qusar rayon Dövlət Notariat Kontoruna qarşı yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması, həmin yaşayış evinin, həyətyanı torpaq sahəsinin naturada bölünməsi və vəsiyyətnamənin ləğv edilməsinə dair iddia tələbi rədd edilmiş və məhkəmə hesab etmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xxx və onun arvadı X3 birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilmir və onun üzərində paylar məyyən edilə bilməz, həmin ünvanda yerləşən torpaq sahəsi və üzərində yerləşən evə dair xxx tərəfindən nəvəsi Maraqlı şəxs xxx) oğluna edilmiş ## ###### 2007-ci il tarixli vəsiyyətnamə ləğv edilməməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının *(***)-***/**** saylı, ## ####### 2009-cu il tarixli qətnaməsi ilə Qusar Rayon Məhkəməsinin *(***)-**** saylı, ## ######## 2008-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti rədd edilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının *(***)-***/**** saylı, ## #### 2011-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının *(***)-***/**** saylı, ## ####### 2009-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti rədd edilmişdir, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda adları qeyd edilən predusial qüvvəyə malik məhkəmə aktları ilə müəyyən edilmişdir ki, miras əmlak miras qoyanların ümumi əmlakı hesab edilmədiyinə görə, həmin əmlaka dair vəsiyyət edən X3 vəsiyyətnaməsi üzrə iddiaçı İddiaçı bütöv miras əmlak üzərində ½ hissədə məcburi payı müəyyən edilə bilməz, hər iki qanun üzrə vərəsələrin payı ¼ hissədə, vəsiyyətnamə üzrə Maraqlı şəxs miras əmlakın digər yarısı üzərində 2/4 hissədə payları müəyyən edilməlidir. Məhkəmə maddi normalarının tələbini pozmuşdur, ona görə ki, miras əmlak miras qoyan şəxs xxx tərəfindən iş üzrə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 deyil, Maraqlı şəxs vəsiyyət edildiyindən, vəsiyyət üzrə vərəsə Maraqlı şəxs payı (vəsiyyət üzrə payı) müəyyən edilməklə, miras əmlakın yarısı (məcburi paylar) üzərində iddiaçı İddiaçı, 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məcburi payları müəyyən edilməli idi. (Miras əmlakın 2/4 hissəsinə vəsiyyət edilən şəxsin miras payı, yerdə qalan hissə üzərində həm iddiaçının, həm də üçüncü şəxsin 1/4 hissədə məcburi payları müəyyən edilməli idi). Məhkəmə miras əmlak üzərində miras qoyan şəxsin iradəsinin ziddinə, vəsiyyətnaməni nəzərə almadan hüquqi nəticəyə gəlməklə ziddiyyətli və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə vərəsələrin dairəsini (həm vəsiyyət üzrə, həm də qanun üzrə) düzgün müəyyən etməmişdir, vəsiyyət üzrə Maraqlı şəxs 3-cü şəxs qismində mülki iş üzrə cəlb edilmədiyinə görə miras əmlak üzərində paylar düzgün müəyyən edilməmişdir. Məhkəmə mülki iş üzrə miras qoyan şəxsxxxun vəsiyyəti üsrə vərəsə Maraqlı şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosessual tərəf kimi mülki iş üzrə cəlb etməli idi, ona görə ki, məhkəmə tərəfindən vəsiyyət üzrə Maraqlı şəxs da miras əmlak üzərində payı müəyyən edilməli idi. Məhkəmə mülki iş üzrə iki vəsiyyətnamə olsa da, bir vəsiyyətnamə üzrə iddiaçının hüquqlarını tanısa da, digər vəsiyyətnamə üzrə vərəsə Maraqlı şəxs hüquqlarını tanımamış, miras üzrə onun payını müəyyən etməmiş, qətnamənin əsaslandırıcı və nəticə hissəsində vəsiyyət üzrə vərəsə olmayan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 vəsiyyət üzrə vərəsə hesab etmiş və nəticədə miras əmlaka iddiaçı İddiaçı ½ hissədə, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ½ hissədə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair səhv nəticəyə gəlmişdir. Məhkəmə iddiaçının anası X3 ## #### 2000-ci il tarixli vəsiyyətnaməsinə qiymət verərək, iddiaçıya bütöv miras əmlak üzərində 1/2 hissə məcburi pay müəyyən etmişdir, halbuki həmin vəsiyyətnamənin predmeti mövcud olmamışdır, yəni həmin ev və torpaq sahəsi birgə mülkiyyət olmamışdır və həmin vəsiyyətnamənin hüquqi nəticəsi ola bilməz.
20. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, miras əmlakın üzərində qanun və vəsiyyət üzrə vərəsələrin paylarının yenidən müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən vərəsəliyə dair vəsiyyətnamə və qanun üzrə məcburi payı olan vərəsələr arasında payların müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin həvalə edilməsinə dair Mülki Məcəllənin maddi normalarını düzgün tətbiq etməyərək, işin faktiki hallarına uyğun olmayan qanunsuz qətnamə qəbul etmişdir, ona görə də apellyasiya instansiyası tərəfindən qətnamə ləğv edilərək, mülki iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə maddi normalarının tələbini pozmuşdur, ona görə ki, miras əmlak miras qoyan şəxs xxx tərəfindən iş üzrə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 deyil, Maraqlı şəxs vəsiyyət edildiyindən vəsiyyət üzrə vərəsə Maraqlı şəxs payı (vəsiyyət üzrə payı) müəyyən edilməklə, miras əmlakın yarısı (məcburi paylar) üzərində iddiaçı İddiaçı, üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məcburi payları tanınmalı idi. Məhkəmə miras əmlak üzərində miras qoyan şəxsin iradəsinin ziddinə, vəsiyyətnaməni nəzərə almadan hüquqi nəticəyə gəlməklə ziddiyyətli və qanunsuz qətnamə qəbul etmişdir. Mülki iş üzrə təqdim edilmiş X3 ## #### 2000-ci il tarixli vəsiyyətnamə üzrə iddiaçı İddiaçı da həm vəsiyyət üzrə, həm də qanun üzrə məcburi payının olması qənaətinə gəlmişdir, lakin məhkəmə nəzərə almamışdır ki, miras qoyan xxx ilə X3 arsındakı nikah ## ### 2006-cı ildə pozulsa da, birgə nikah dövründə əldə edilmiş əmlak üzərində onun payı müəyyən edilmədiyindən ölən zaman miras əmlak (miras aktivi) mövcud olmamışdır. Miras qoyan şəxs xxx öldükdən sonra nə arvadı X3 payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir, nə də ki, atanın ölümündən sonra vəsiyyət edilmş iddiaçı müraciət etmişdir. Məhkəmə miras qoyan xxx öləndə miras əmlak (miras aktivi) mövcud olmadığına görə həmin vəsiyyətnamə üzrə iddiaçı İddiaçı miras əmlaka dair ½ hissədə payın verilməsi ilə miras əmlakın mülkiyətçisi olmuş miras qoyan xxxnun vəsiyyətnaməsi üzrə vərəsənin payının nəzərə almaması ilə qanun və vəsiyyət üzrə vərəsələr arasında payları bölməmiş və vərəsələr arasında payların müəyyən edilməsinə dair maddi normaların tələbini pozmuşdur. Məhkəmə mülki iş üzrə miras qoyan şəxsxxxun vəsiyyəti üzrə vərəsə Maraqlı şəxs müstəqil tələb irəli sürən üçüncü şəxs qismində prosessual tərəf kimi mülki iş üzrə cəlb etməli idi, ona görə ki məhkəmə iddiaçıya həm vəsiyyət üsrə, həm də məcburi payı olan şəxs kimi miras əmlak üzrə payını müəyyən etdiyi halda, digər vəsiyyət üzrə Maraqlı şəxs da miras əmlak üzərində payı müəyyən edilməli idi.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qismən ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmuş, iddia qismən təmin edilməklə, miras kütləsi olan ünvan 1 ünvanda yerləşən torpaq sahəsi və fərdi yaşayış evində iddiaçı İddiaçı 5/12 hissədə (vəsiyyətnamə üzrə və məcburi pay) payı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 2/12 hissədə məcburi payı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 2/12 hissədə məcburi payı və Maraqlı şəxs 3/12 hissədə (vəsiyyətnamə üzrə) payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin cavabdeh Qusar rayon Notariat Kontorunun üzərinə qoyulması qət edilmişdir. (hakimlər Almaz Süleymanova (sədrlik edən və məruzəçi), Səyyad Qafari, Fuad Məmmədov)
23. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, araşdırılan tələb vərəsəlik hüquq münasibətlərindən irəli gələn vəsiyyətnamə və qanun üzrə vərəsələr arasında yaranan mübahisədir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, şəxs öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə bilər. Işin mübahisəsiz halıdır ki, Maraqlı şəxs və İddiaçı vəsiyyətnamə üzrə vərəsələridir.
25. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarına əsasən hesab etmişdir ki, miras kütləsinə aid olan əmlak xxx və X3 birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan onlar həmin əmlak üzərində bərabər paylara malik olmuşlar.
26. Apellyasiya instansiyası məhkəməsi xxx və X3 əmlak üzərində bərabər paylara malik olması ilə bağlı halı nəzərə alaraq, vəsiyyətnamə üzrə vərəsələrin (Maraqlı şəxs və İddiaçı) miras əmlakda ½ hissədə paylarının müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi apellyatorların məcburi pay hüququnu mübahisələndirmələrini nəzərə alaraq qanuni vərəsələrin dairəsi araşdırmış, miras qoyanlar xxxnun və X3 birgə nikahlarından dörd övladları–X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 olduğunu, X1 ## #### 1999-cu ildə öldüyünü müəyyən etmişdir.
28. Apellyasiya instansiyası məhkəməsi qənaətincə xxxnun miras əmlakda payına (1/2 hissə) övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məcburi payı hüququna malik olmaqla, birinci növbə qanuni vərəsə olaraq qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısına, yəni ½ hissəsinin 1/3-nin ½ hissəsində məcburi paya malikdirlər. Eyni zamanda X3 miras əmlakda payına (1/2 hissə) övladları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 məcburi payı hüququna malik olmaqla, birinci növbə qanuni vərəsə olaraq qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısına, yəni ½ hissəsinin 1/3-nin ½ hissəsində məcburi paya malikdirlər.
29. Apellyasiya instansiyası məhkəməsi vərəsə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 miras əmlakda olan payından imtina etməsinə dair birinci instansiya məhkəməsindəki araşdırma zamanı verdiyi ərizəyə də münasibət bildirib göstərmişdir ki, hazırkı halda vərəsə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən notariat orqanına belə bir ərizənin verilməsi müəyyən edilməmişdir.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1 , 1133.2, 1134.1, 1134.2, 1146, 1147, 1151, 1159.1.1, 1163, 1193, 1243.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, miras əmlak üzərində iddiaçı İddiaçı, müstəqil tələb irəli sürməyən lər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, Maraqlı şəxs paylarının yenidən müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinın verilməsi vəzifəsinin cavabdeh Qusar rayon Notariat Ofisinin üzərinə qoyulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mirasdan imtina etsə də, məhkəmə ərizənin notarial qaydada verilməmiş olması əsası ilə ərizəni qəbul etməmişdir. Halbuki mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 da, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 da birinci instansiya məhkəməsinin iclasında iştirak etmişlər və məhkəmə mirasdan imtinanı qəbul edərkən notarial qaydada ərizənin olmamasını irad bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin əsasla mirasdan imtinanı qəbul etməmiş, mirasda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 da payını müəyyən etməklə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 düşən pay miqdarını azaltmışdır. Odur ki, qətnamə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 payın ayrılması hissəsində ləğv edilməli, digər vərəsələrə düşən pay miqdarı artırılmaqla yeni qətnamə qəbul edilməlidir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1163. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlili yalnız miras əmlakda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 payının müəyyən edilməsi ilə bağlı olsa, bu dəlilin yoxlanması faktiki olaraq bütün miras payına təsir etdiyi üçün qətnamə tam yoxlanılır.
36. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayətləri üzrə qanuni nəticəyə gəlmişdir.
39. Iddia tələbi miras əmlakda payın müəyyən edilməsi barədədir.
40. Müəyyən edilib ki, miras kütləsinə aid olan əmlaka dair xxx və X3 vəsiyyətnamə tərtib edərək, xxx həmin əmlakı Maraqlı şəxs vəsiyyət etmiş, qalan vərəsələrini miras əmlak payından məhrum etmişdir. X6 fərdi yaşayış evində miras pay hissəsini İddiaçı vəsiyyət etmişdir. Hər iki vəsiyyətnamə qüvvədədir.
41. Hazırkı işdə də müəyyən edilib ki, miras kütləsinə aid olan əmlak xxx və X3 birgə nikah dövründə əldə edilmiş əmlak olduğundan onlar həmin əmlak üzərində bərabər paylara malik olmuşlar. Məhkəmə kollegiyası bu halı nəzərə alaraq, hər iki vəsiyyətnamə üzrə vərəsələrin (Maraqlı şəxs və İddiaçı) miras əmlakda ½ hissədə paylarının müəyyən edilməsini qanuni və əsaslı hesab etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir,xxxa münasibətdə mirasın açıldığı zaman sağ olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 miras əmlakda məcburi pay hüququna malik olmaqla, birinci növbə qanuni vərəsə olaraq qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısına, yəni ½ hissəsinin 1/3-nin ½ hissəsində məcburi paya malikdirlər.
43. Bu baxımdan, məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 23-29-cu bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
44. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edərək əsaslı və qanuni qətnamə qəbul etmiş və iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.
45. Buna görə də hazırda qiymət verilməli məsələ kassasiya şikayətinin dəlilləridir.
46. Kassasiya şikayətinin vərəsə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mirasdan imtina etməsinin məhkəmələr tərəfindən qəbul olunmaması barədə dəlilinə gəldikdə, bu xüsusat apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımınca qiymətləndirilmiş və ətraflı izah olunmuşdur.
47. Məhkəmə kollegiyası da izah edir ki, Mülki Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
48. Mülki Məcəllənin 1269-cu maddəsinə görə isə mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir.
49. Buna görə də məhkəmə kollegiyası bu dəlillə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır.
50. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.