Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-15/2026 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində X13, X17, X6 və Bakı şəhəri 19 saylı notariat ofisi cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: miras əmlakda payın müəyyən olunması, mirasın qəbul edilməməsi, münasibətlərin yaranma vaxtı, tətbiq edilən hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras əmlakda payın müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 22 sentyabr 2025-ci il tarixli 2(103)-4875/2025 saylı qətnaməsindən İddiaçı kassasiya şikayətinə 10 fevral 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xxx xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. ünvan 1 mənzili mərhum xxxun mülkiyyətindədir. 2. xxxnun vərəsələri: İddiaçı, X13, X17, X6 və Cavabdehdır. 3. xxx vəfat etməmişdən əvvəl qızı Cavabdeh ona baxmışdır. xxx vəfat etdikdən sonra da Cavabdeh ünvan 1-da yaşamış və bu günə kimi də orada yaşayır.
4. Hazırda İddiaçı mərhum atası xxxndan miras qalmış Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 21, mənzil 16 dair vərəsəlik payının müəyyən olunmasını tələb edir.
5. Bakı şəhəri Oktyabr rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Xİİİ-ЖГ 300889 saylı, xx.xx.1988-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası xxx, anası isə X2r.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin həmin mənzildə digər şəxslər qeydiyyatdadır: Cavabdeh, X7, X10, X6, X13, X8, X11 və X18.
7. İddiaçı ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 21 ünvanında yerləşən 16 saylı mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
8. Bakı şəhəri 19 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərara əsasən mi ras qoyanın adına hər hansı daşınar və ya daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, vərəsələr arasında mübahisə olduğundan İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat:
9. İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan somnra “cavabdeh”) qarşı iddia ərizəsi (iddia ərizəsinə əlavə) ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası xxxndan miras qalmış Bakı şəhəri, Mirəli Seyidov küçəsi, ev 21, mənzil 16ya (bundan sonra “mübahisəli mənzil” və ya “miras əmlak”) dair payının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri 19 saylı Notariat ofisi iddia ərizəsi üzrə marqlı şəxsdir.
11. Birinci instansiya məhk əməsi X13, X17 və X4 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası xxx xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. İddiaçının Anası X1 da vəfat etmişdir. Onların vəfatından sonra mübahisəli mənzil miras qalmışdır. Atasının ölümündən sonra iddiaçı atasının 3, 7, 40 və il mərasimlərində iştirak etmiş, atadan miras qalmış əmlakın bir hissəsini faktiki olaraq qəbul və istifadə etmişdir. Cavabdeh atasından miras almış mənzildən istifadə etməyə iddiaçıya imkan vermir. İddiaçı miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri 19 saylı xüsusi notariusa müraciət etmişdir. Lakin, Bakı şəhəri 19 saylı xüsusi notariusu vərəsələr arasında mübahisə olduğundan iddiaçıya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
13. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, valideynlərindən miras qalmış əmlaklardan bir ədəd xalça və digər bir neçə məişət əşyasını faktiki olaraq əldə edərək əşyalara sahiblik və həmin əşyalardan istifadə edir. Həmin miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Bakı şəhəri 19 saylı xüsusi notariusa müraciət etmiş, lakin, Bakı şəhəri 19 saylı xüsusi notariusu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ilə vərəsələr arasında mübahisə olduğundan ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Atasının başqa mirası yoxdur. Həyat yoldaşı onunla qalmır, 2013-cü ildən anasıgildə qalır. Atası rəhmətə getdiyi vaxtdan 2015-ci ilədək iddiaçı da, mübahisəli mənzildə yaşamışdır. 2015-ci ildə həyat yoldaşı ilə qardaşı arasında mübahisə olduğuna görə onlar həmin mənzildən çıxıb kirayədə yaşamağa başlamışlar. Ailəsi kirayədə yaşasa da, o özü atasının evində tək yaşamışdır. Lakin ailəsini görməyə gedirdi. Atası vəfat edən günü işi ilə əlaqədar rayonda olmuşdur. Çünki yük maşınının sürücüsü işləyirdi. Mənzildə yaşadığı dövrdə evin müəyyən xərclərini də ödəmişdir. İndiyədək iddia qaldırmamağının səbəbi qardaşının ona hədə-qorxu gəlməsi olmuşdur. Hədə-qorxu ilə bağlı polisə müraciət etməmişdir.
14. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X14 bildirmişdir ki, iddiaçı mirasa sahiblənib. Belə ki, iddiaçının mənzili təmir etdirməsi, mənzilə əşyalar alması onun mirasa sahiblənməsi kimi qiymətləndirilməlidir.
15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, iddia, müddət ötürülməklə verildiyindən məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır. Belə ki, iddiaçı 12 ilə yaxın müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının atası xxx xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O zamandan iddiaçı mirası faktiki və ya notariat orqanına ərizə verməklə qəbul etməmişdir. İddiaçının iddia ərizəsində göstərdikəri isə həqiqət deyil və hər hansı sübuta da söykənmir. Bunun əksinə olaraq miras əmlakı faktiki qəbul edən cavabdeh atasının ölümündən sonra həmin əmlaka sahiblik etmiş, bu əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Beləliklə də, iddiaçı Mülki Məcəllənin 1243.1, 1243.2, 1246, 1248-ci maddələrinə əsasən vərəsə kimi qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməyə yönələn heç bir hərəkət etməmiş, bununla müddəti ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
16. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq izahatında bildirmişdir ki, iddiaçı miras əmlaka heç bir formada sahib çıxmamışdır. Belə ki, 2011-ci ildə iddiaçı ailə həyatı quraraq başqa ünvana k öçmüşdür. Həmin ünvanda miras qoyanın xəstə olduğu vaxtdan cavabdeh yaşamış və indiyədək də yaşayır. Mirası faktiki cavabdeh qəbul etmişdir. Üçüncü şəxs kimi cəlb edilmiş digər qardaşlar da iddiaçının və özlərinin də atalarının ölümündən əvvəl həmin evdən çıxıb getdiklərini bildirmişlər. Cavabdeh nikahı pozulduqdan sonra birdəfəlik mübahisəli mənzilə köçüb yaşamağa başlamış, xəstə olan atasına qulluq etmişdir. 2013-cü ildə də atası vəfat etmişdir. İddiaçı isə atasının ölümündən sonra faktiki olaraq mübahisəli mənzildə yaşamamış, mirası qəbul etməmişdir. Hətta qonaq kimi gəlib bir neçə gün qalmış olsa belə, bu, mirası qəbul etmək deyildir. İddiaçı əmək alətlərinin guya miras əmlak kimi qəbul etdiyini bildirir, həmin əşyaların mərhuma məxsus olması, miras əmlak olması sübut edilmir.
17. Müba hisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 bildirmişdir ki, iddiaçı evlənəndən 2011-ci ildən mənzildə yaşamayıb. Ataları 2013-cü ildə rəhmətə getsə də, iddiaçı atası vəfat etdikdən sonra da mənzildə yaşamayıb. Onların hamısı evləndikdən sonra mənzili bacılarına vermişlər və valideynlərinə də bacıları baxmışdır. 2013-cü ildə özü mübahisəli mənzildə yaşamamış və həmin evə heç bir pay tələbi də yoxdur. İddiaçı 2011-ci ildə evlənib köçüb getmişdir. Həmin mənzildə ancaq atası və bacısı yaşamışdır.
18. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 bildirmişdir ki, 2013-cü ildə ailə qurmuşdur. Ailə qurduqdan sonra mübahisəli mənzildən çıxıb kirayədə yaşamağa başlamışdır. Atası vəfat etdikdən sonra o, mənzildən yenicə çıxmışdır. Mənzildən ən gec çıxan o, olmuşdur. O, çıxanadək orada bacısı yaşamışdır. Həmin vaxtı iddiaçı öz ailəsi ilə birlikdə Biləcəri qəsəbəsində yerləşən evlərində yaşayırdılar. Atası vəfat etməmişdən qabaq bacısı boşanıb və ondan sonra mübahisəli mənzilə gəlib. Atasının yas mərasimlərində iddiaçı iştirak edib. Atasının vəfatından sonra iddiaçı həmin evdə yaşamamışdır.
19. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 bildirmişdir ki, iddia tələbində göstərilənlər düzgün deyil. İddiaçı 2011-ci ildə ailə qurduqdan sonra mübahisəli mənzildən çıxıb gedib, 2012-ci ilədək həmin evə gedib-gəlib. Lakin ailə qurduqdan sonra həmin evdə yaşamayıb. Atası ilə yalnız bacısı (cavabdeh) qalıb və atasına bacısı baxıb. Balaca qardaşı xxx də evləndikdən sonra həmin evdən çıxıb gedib. Atası vəfat edərkə n iddiaçı onun yanında olmayıb. Lakin yas mərasimində iştirak edib. Atası iddiaçının ailəsini qəbul etməyib və daim aralarında soyuqluq olub.
20. Birinci instansiya məhkəməsində şahid X21 bildirmişdir ki, o, iddiaçının sinif yoldaşı olmuşdur. Mənzildə olmamışdır. İddiaçı mübahisəli mənzildə yaşayıb, məktəb vaxtında da məktəbdən sonrakı vaxtlarda da daim o, iddiaçını həyətdə görmüşdür. Toyunda iştirak etmişdir. Toydan sonra pandemiya dövrünə kimi iddiaçı ilə görüşmüşlər. Təxminən toydan 1 il ya da 2 il sonra iddiaçı Biləcəriyə köçmüşdü, ancaq atası rəhmətə gedəndən sonra 2015, ya da 2016-ci ildə iddiaçı görmüş, soruşmuşdur ki, ailəsi ilə qalır yoxsa yox, iddiaçı da tək qaldığını söyləmişdi. İddiaçı atası evində, ailəsi isə ata (qızın) evində qalırdı. Onlar tək iddiaçı ilə yox sinif yoldaşla rı ilə birlikdə məhlədə görüşürdülər. İddiaçının atasını tanımış, atasının yas yerində iştirak etmiş, iddiaçı da yas yerində iştirak etmişdir. İddiaçının toyundan təxminən 1-2 il sonra Biləcəridə qaldığını bilirdi, az-az görürdülər. İddiaçı Biləcəridə qaldığını telefonla bildirmiş, görüşəndə də onlara bildirmişdir. Onlar 2013-2015-ci ilədək məhlədə görüşürdülər, 2015-ci ildən sonra Yasamal, İnşaatçılara gəlib elə görüşürdülər.
21. Birinci instansiya məhkəməsində şahid X20 bildirmişdir ki, iddiaçı onun həm sinif, həm əsgər, həm də iş yoldaşı olub. Onu 1994-cü ildən bəri tanıyır. Toyunda iştirak etməmişdir. 2011-ci ildə toyunun olduğunu bilir, sadəcə onu dəvət etməyib deyə toyunda iştirak etməmişdir. İddiaçının ev 21, mənzil 16-da qaldığını bilir. Məktəb vaxtı da həmin mənzildə yaşadığını gö rmüş, təxminən 2013-2014-cü illərdı işləyəndə də həmin mənzildən bir-birini çağırıb işə birlikdə gedirdilər. İddiaçının özünün mənzildə olduğunu görmüş, həyat yoldaşını isə görməmişdir. İddiaçı ora qonaq kimi gəlib-getmirdi, oranın onun mənzili olduğunu deyirdi. İddiaçının başqa evinin olduğunu bilmir, indi Biləcəridə yaşadığını bilir. Əvvəllər Biləcəridə qaldığını bilmirdi, o haqda məlumatı olmayıb, soruşmayıb da. İddiaçı mənzildə payının olduğunu deyirdi.
22. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, o, tərəfləri tanıyır, çox yaxşı ailə olublar. İddiaçının nə vaxt evləndiyini bilmir, amma atasının rəhmətə getdiyi yadındadı. Onlar beşinci mərtəbədə olurlar, iddiaçı və cavabdeh 1-ci mərtəbədə. İddiaçının atası rəhmətə gedəndən sonra həmin evdə bacısı qalırdı. İddiaçı əvvəl atası sağ ikən mənzildə qalırdı, atası öləndən sonra orada yaşamasını dəqiq bilmir.
23. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, 1961-ci ildən bu binada yaşayır. O, 1-ci mərtəbədə 3-cü blokda, iddiaçıgil isə 2-ci blokda. Ailə çoxdan o binada yaşayıb. Valideynləri, 4 qardaş, 1 bacı qalırdılar. İddiaçının toyunda iştirak etmişdir. Ancaq eşitmişdi ki, iddiaçı haradasa ev götürüb, qalması üçün ev tikir. Onu bilirdi ki, atası bir neçə il xəstə idi. Bacısı atasına baxırdı. Bacısı boşanıb, atası ilə o evdə uşağı ilə qalırdı. Belə bəlkə də, atası xəstə olan dönəmdə iddiaçı gəlib-gedirdi, ancaq daimi orada qalmırdı. Ancaq qızının orada qaldığını bilir. İndi o evdə cavabdeh, gəlni, nəvəsi qalır. O biri qardaşların da hərəsinin ayrı evi var. İddiaçının anası atasından əvvəl rəhmətə g edib. Atası rəhmətə gedəndən sonra iddiaçının mübahisəli mənzildə qaldığını görməmişdir.
24. Birinci instansiya məhkəməsində şahid X15 bildirmişdir ki, 35 ilə yaxındır ki bu ailəni tanıyır, qonşudur. 21-ci binada, 3-cü blok 5-ci mərtəbə qalır. Evləndilər sonra başqa evə köçdülər. Orada xxx, bacısı, rəhmətlik Rafiq qalırdı. Daimi bacısı qalırdı, xxx də evlənəndən sonra bu evdən getdi. Hazırda bacıları, uşaqları o evdə qalır. Yas mərasimində iştirak etmişdir. Atası öləndən sonra iddiaçı o evdə daimi qalmırdı.
25. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)2840/2025 saylı, xx.xx.2025ci il tarixli, qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim Gülnar Babazadə)
26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının atası xxx xx.xx.2013-cü il tarixdə vəfat etdikdən sonra onun heç bir övladı qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat ofisinə müraciət etməmiş və faktiki olaraq müddəti ötürmüşlər. Belə ki, iddiaçı yalnız xx.xx.2024-cü il tarixdə notariat ofisinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində atasından qalan əmək alətlərinin onda olmasını əsas gətirərək mirasın bir hissəsini qəbul etdiyini bildirsə də, fotoşəkilləri elektron sistemə əlavə edilmiş alətlərin mərhuma məxsus olması, eləcə də mərhuma aid olsa belə, həmin əşyaların miras əmlak olması iddiaçı tərəfindən sübuta yetiriləmişdir. Belə ki, əşyanın miras əmlak olması üçün ölümündən sonra iddiaçı tərəfindən qəbulu müəyyən edilməlidir. Belə ki, həmin əşyalar mərhumun sağlığında iddiaçıya verilmiş ola da bilərdi. İddiaçı bu barədə sübutetməni h əyata keçirə bilməmişdir. Bu səbəbdən iddiaçı miras üçün müəyyən edilmiş müddət ərzində notariat qaydasında rəsmiləşdirilməsi üçün müraciət etməmiş və bununla da həmin müddəti ötürülmüş sayılır. Eləcə də mirası faktiki olaraq qəbul etməmişdir.
27. Birinci instansiya məhkəməsi tərəflərin izahatlarına və şahid ifadələrinə münasibətdə qeyd etmişdir ki, iddiaçı atasının ölümündən əvvəl evlənib evdən daimi çıxıb getmişdir. Cavabdeh atasının vəfatından əvvəl və vəfat etdiyi gündən sonra bu günədək mübahisəli mənzildə yaşadığından miras əmlaka şəksiz sahiblik etmiş, faktiki olaraq mirası qəbul və istifadə etmişdir. İddiaçı tərəfdən çıxış edən şahidlər mərhumun vəfatından sonra iddiaçının daimi orada yaşaması ilə bağlı dəqiq məlumat verə bilməmişlər. Hətta atasının vəfatından sonra şahidin iddiaçı nın həmin mənzildən çıxıb bir neçə dəfə işə getdiyini görməsi - daimi olaraq onun həmin mənzilə sahiblik etməsi və faktiki olaraq mirası qəbul etməsi anlamına gəlmir. Vərəsə əmlaka daimi olaraq sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras qəbul edilmiş sayılır.
28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarına görə vərəsəlik münasibətləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarından əvvələ aid edildiyindən və həmin müddətdə iş məhkəmənin icraatında olmadığından, s özügedən qərar hazırki işə şamil edilməməlidir.
29. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni Mülki Məcəllənin 1133, 1145, 1151, 1159, 1243, 1246-1248, 1255-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
30. Qətnamədən narazı qalan iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, bi rinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)2840/2025 saylı qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
31. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, atasının xalça və məişət əşyalarından başqa mirası yoxdur. İddiaçı atası rəhmətə getdiyi vaxtdan 2015-ci ilədək miras qalmış evdə yaşamış, onun həyat yoldaşı isə 2013-cü ildən anasıgildə qalırdı. 2015-ci ildə həyat yoldaşı ilə qardaşı arasında mübahisə olduğuna görə iddiaçı müvəqqəti olaraq miras qalmış evdən çıxıb kirayədə yaşamağa başlamışdır. Ailəsi kirayədə yaşasa da, iddiaçı atasının evində tək yaşamışdır. Şahid ifadələri ilə tam subut edilmişdir ki, atasının vəfatından sonra iddiaçı miras əmlak olan mənzildən 2 ildən çox bir zaman ərzində istifadə etmişdir. Lakin digər vərəsi olan cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı həmin mənzili müvəqqəti tərk etməli olmuşdur.
32. Apellyasiya baxışında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 bildirmişdir ki, sonuncu olaraq mübahisəli mənzildən ailə quraraq o, çıxmışdır. Atasının yas mərasimi vaxtı evə qayıtmışdır. Həmin vaxt da mənzildə bacısı və onun övladları yaşayırdı. Ümumiyyətlə atası vəfat etdikdən sonra mübahisəli mənzildə daimi əsaslarla bacısı və onun övladları yaşayıbdır. Atası da vəfat etməzdən öncə ona bildirmişdi ki, mənzil bacısının və onun uşaqlarınındır.
33. Apellyasiya baxışında mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 bildirmişdir ki, mübahisəli mənzil bacısına məxsusdur. Həmin mənzildə daim bacısı yaşayıb dır. Həmin mənzildən iddiaçıya heç bir pay düşmür. Onların arasında pay bölgüsü ilə bağlı, ümumiyyətlə, hər hansı danışıq aparılmamışdır. Bu barədə iddiaçının bildirdiyi fikirlər həqiqəti əks etdirmir. Mərhum atası həmin mənzili sağlığında bacısına vermişdir.
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4875/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)2840/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)
35. Apellyasiya instansiyası məhkəməsi işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etmişdir ki, iddiaçının atası xxx xx.xx.2013-cü il tarixdə vəfat etmiş dir. Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən 21 saylı evin, 16 saylı mənzili xxxnun mülkiyyətində olmuşdur. Mərhum xxxnun iddiaçı da daxil olmaqla 5 övladı var. Hazırda iddiaçı mərhum atasından həmin mənzilin və əmək alətlərinin miras qaldığını, atasından miras qalmış əmək alətlərinə faktiki sahiblik etdiyini, miras əmlakın bir hissəsinə faktiki sahiblik etdiyindən mənzilə münasibətdə də atasının vərəsəsi kimi pay hüququnun tanınmasını tələb edir. Cavabdeh isə iddianın əsassız olduğunu və ümumiyyətlə hazırki tələblə çıxış etmək üçün iddiaçının müddəti ötürdüyünü bildirir və iddianın rədd edilməsini xahiş edir.
36. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan vurğulayıb ki, iddiaçının atası xx.xx.2013-cü il tarixdə vəfat etsə də, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı mərhumun vərəsələri tərəfindən qanunvericilikdə müəyyən edilmiş müddət ərzində notariat ofisə müraciət edilməmişdir. Belə ki, iddiaçı hazırki mübahisə predmetini təşkil edən mənzillə bağlı yalnız xx.xx.2024-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, miras qoyanın adına hər hansı daşınar və ya daşınmaz əmlaka dair hüquq müəyyənedici sənəd təqdim edilmədiyindən, vərəsələr arasında mübahisə olduğundan xx.xx.2024-cü il tarixdə iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstəmişdir ki, iddiaçı miras əmlakın qəbulu və vərəsəlik şəhadətnaməsinin təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş dür. Digər tərəfdən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarında sərgilənmiş hüquqi mövqelər hazırki mübahisəyə şamil oluna bilməz.
38. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu həmin qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə tətbiq oluna biləcəyi mövqeyindən çıxış etmişdir.
39. Apellyasiya instansiyası məhkəməsi apel lyasiya şikayətinin digər dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı atasından miras qalmış mənzili faktiki qəbul etdiyini bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Belə ki, şahid ifadələri də iddiaçının miras əmlaka faktiki sahibliyini təsdiq etmir. Nəticə etibarı ilə nikaha daxil olduqdan sonra iddiaçının mübahisəli mənzildə yaşamasını təsdiq edən hər hansı sübut mövcud deyil. Bununla yanaşı, iddiaçı özü də apellyasiya şikayətində yoldaşı ilə qardaşının münasibətlərinin gərgin olması səbəbindən mübahisəli mənzildən çıxıb kirayə əsaslarla başqa ünvanda yaşadığını bildirmişdir. Halbuki, 2013-cü ildən anasının evində qalan və iddiaçıdan ayrı yaşayan həyat yoldaşının iddiaçının qardaşı ilə hansı şəraitdə mübahisə etməsi, habelə nikahları poz ulmadığı və münasibətlərinin həmin vaxtdan bu günədək normal olduğu (uşaqları da var) bir halda, iddiaçı ilə onun həyat yoldaşının 2013-2015-ci illərdə ayrı-ayrı ünvanlarda yaşaması və yalnız 2015-ci ildə kirayə əsaslarla bir yerdə yaşamağa davam etməsi anlaşılmazdır və heç bir halda inandırıcı hesab edilə bilməz.
40. İddiaçının bu fikirləri bilavasitə miras əmlakın onun tərəfindən faktiki qəbul edilməsi təəssüratının yaradılmasına yönəlmişdir. Hər bir halda, 2013-cü ildə mirası faktiki qəbul etmiş və kirayədə yaşamaq məcburiyyətində qalmış iddiaçı, mirasdan pay əldə etmək üçün 11 il gözləmiş olmazdı.
41. Apellyasiya instansiyası məhkəməsi əmək alətlərinin atasından miras qalmış əmlak kimi faktiki qəbul edilməsi ilə bağlı iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı bunun təsdi qi kimi fotoşəkillər təqdim etmiş olsa da, əmək alətlərinin mərhuma məxsusluğu və ondan miras qalması da öz təsdiqini tapmır. Bundan başqa, mərhumun digər vərəsəsi olan iddiaçının qardaşı X17 həmin fotoşəkildəki alətlərin atasına məxsus alətlərə bənzəmədiyini bildirmişdir. Bununla belə iddiaçının qardaşlarının ona qərəzli münasibəti olduğundan bu mövqedən çıxış etməsinə dair dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı üçüncü şəxslərin qardaşı, cavabdehin isə bacılarıdır və üçüncü şəxslər hazırda həmin mənzildə yaşamırlar. Başqa sözlə, hər iki tərəf qan bağı olaraq üçüncü şəxslərə eyni yaxınlıqda olduğundan və hazırki mübahisəli əmlakla bağlı tələbləri olmadığından iddiaçının bu qəbildən dəlilləri də əsassız hesab edilməlidir.
42. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1145, 1146, 1151, 1159.1.1,1243.2,1243.3, 1246, 1248.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
43. İddiaçı (onun vəkili Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il, 2 (103)-4875/2025 saylı qətnaməsi tam ləğv edilməsini, iddianın təmin edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
44. Kassasiya şikayətinin dəlilləri ilə apelyasiya şikayətinin dəlilləri eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırmışdır ki, hər iki məhkəmə instansiyası mülki iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almamış və hüquqi qiymət verməmişdir. Nəticədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Halbuki, miras əmlakın hüquqi sahibi iddiaçının atası, cavabdeh isə iddiaçının bacısıdır. Mübahisənin mahiyyətini konstitutsiyon hüquq olan vərəsəlik təşkil edir. Onların hamısı mübahisəli miras əmak hesab olunan evdə ailə şəkilində yasamışlar. Əvvəl anaları, sonra isə ataları xx.xx.2013-cü ildə vəfat etmişdir. İşin faktiki halları göstərir ki, cavabdeh, qardaşları xxx, xxx və Böyükağa ilə ümumi razılığa gələrək doğma qardaşları olmasına baxmayaraq iddiaçını m iras əmlakdan məhrum etmək üçün birgə tədbirlər görmüşlər. Belə ki, cavabdeh ailə həyati quraraq ata evindən təqribən 1992-ci ildə getmişdir. Bununla əlaqədar ər evində yaşamış və dünyaya uşaqlar gətirmişdir. Lakin cavabdeh həmin evi qardaşı xxx Həsənova vermiş özü isə ata evinə, yəni mübahisəli mənzildə qalmışdır. xxx 2013-2018-ci illərdə həmin evdə yaşamışdır. Cavabdehin öz doğma evini tərk edərək ata evinə qayıdaraq orada özbaşına yaşaması qabaqcadan düşünülmuş, məqsədli hərəkətdir. Buradan aydın olur ki, cavabdehin digər 3 qardaşı ilə birlikdə atanın miras əmlakını qarşılıqlı razılıq əsasında aralarında vərəsəlik açılmadan bölmək və evin tam şəkildə cavabdehə verilməsinə nail olmaqdır. Cavabdehin vərəsə olan qardaşı xxxdə olan səs yazısı bu baxımdan diqqəti cəlb edir. Mübahisə və ape llyasiya şikayəti vərəsəliklə əlaqədardır və miras əmlak barədə vəsiyyətnamə yoxdur və miras əmlak qanun üzrə birinci növbə vərələr arasında bölüşdürülməlidir. Məhkəmə tərəfindən əmək alətlərinin mərhum ataya məxsusluğuna və ondan miras qalmasına inanılmaması faktı da əsassızdır. Bu baxımdan cavabdehi müdafiə edən onun marağına çalışan qardaşı X17 tərəfindən verilmiş ifadəsinin əsas götürülməsi də ədalətsizlikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxsl ərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1 Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə b u əmlakın dəyəri daxildir. Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan) Maddə 1246. Vərəsə vərəsəl iyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (mübahisəli münasibətlər yaranan vaxt qüvvədə olan) Maddə 1248.1 Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəl ləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
47. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini t am mübahisələndirib. Bu baxımdan, qətnamə tam yoxlanılır.
48. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Apellyasiya instansiyası məhkəməsi iddia t ələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
51. İddia tələbi miras əmlakda payın müəyyən edilməsi barədədir.
52. Müəyyən edilib ki, iddiaçının atası xx.xx.2013-cü il tarixdə vəfat etmiş, həmin tarixdən miras açılmış, iddiaçı mirası nə faktiki, nə də notariat orqanına müraciət etməklə qəbul etməmişdir.
53. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən 26 dekabr 2023cü il tarixli qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu, o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi yox, onu n mirasdan imtina etməməsidir.
54. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarında o da göstərilib ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
55. Hazırki işdə də müəyyən edilib ki, vərəsəlik münasibəti Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarından əvvəl yaranıb, eyni zamanda məhkəmə icraatı da həmin qərardan sonraya təsadüf edib.
56. Bu baxımdan, məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırkı qərarın 35-41 bəndlərində əks edilən hüquqi dəyərləndirməsi ilə razılaşır.
57. Belə ki, həmin bəndlərdə əks edilənlərdən görünür ki, sübutları araşdırmaq və qiy mətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən edərək əsaslı və qanuni qətnamə qəbul etmiş və iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından tam əsaslandırmışdır.
58. Buna görə də hazırda qiymət verilməli məsələ kassasiya şikayətinin dəlilləridir.
59. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia ərizəsi və apellyasiya şikayətində də irəli sürülmüşdü və hər iki instansiya məhkəməsi həmin dəlilləri həm qanunvericilik, həm də Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına istinadla əsassız saymışlar.
60. Məhkəmə kollegiyası da məhkəmələrin həmin mövqeyi ilə razılaşdığı üçün eyni məzmunlu dəlillərə təkrar qiymət verməyə zərurət görmür.
61. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4875/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.