Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3590/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1279/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi X4, Cavabdeh1 Hənna oğlu, X5, X12 və X6 birgə mülkiyyətinə verilmişdir.
2. Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi X7 (fərdi yaşayış evi və 0,028 ha torpaq sahəsi), Cavabdeh1 Hənna oğlu (0,028 ha torpaq sahəsi), X8 (0,028 ha torpaq sahəsi), X12 (0,028 ha torpaq sahəsi) və X6 (0,028 ha torpaq sahəsi) mülkiyyətinə verilmişdir.
3. Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsinin mərhuma məxsus olan 0,028 ha hissəsindən və torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 91.4 kv.m, yaşayış sahəsi 53.6 kv.m, yardımçı sahəsi 37.8 kv.m olan 4 otaqlı fərdi yaşayış e vindən Cavabdeh1 hənna oğlu tam hissədə irs almalıdır.
4. Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,14 ha həyətyanı torpaq sahəsi və 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi Cavabdeh1 Hənna oğlu (fərdi yaşayış evi və 0,056 ha torpaq sahəsi), X8 (0,028 ha torpaq sahəsi), X12 (0,028 ha torpaq sahəsi) və X6 (0,028 ha torpaq sahəsi) mülkiyyətinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı (bundan sonra- iddiaçı) iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 (bundan sonra- cavabdeh) adına Lənkəran rayon notariat kontorunun notariusu tərəfindən verilmiş reyestrdə 2V-01-06 nömrə ilə qeyd edilmiş 09 yanvar 2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin və Reyestr Xidməti tərəfindən verilmiş 15 yanvar 2013-cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi, Reyestr Xidməti tərəfindən verilmiş 29 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən mərhum anası X2 mülkiyyətində olmuş 0.028 ha torpaq sahəsi, ümumi sahəsi 91.4 kv.m olan 4 otaqlı fərdi yaşayış evindən onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxxxx 1960-cı ildə Lənkəran rayonu, Gərmətük qəsəbəsində anadan olmuş, atası 1928-ci il təvəllüdlü Həsənov Hənna Muxtar oğlu, anası 1936-cı il təvəllüdlü X3r. 08 iyul 1954 cü il tarixdə valideynləri nikaha daxil olaraq ailə həyatı qurmuş, onların nikahı 08 iyul 1954-cü ildə Lənkəran rayonu, Lüvəsər kənd sovetliyində “Nikah haqqında” Şəhadətnamə ilə rəsmiləşdir ilmiş və anasına Həsənova soyadı verilmişdir. Atası Həsənov Hənna Muxtar oğlu 30 oktyabr 1992-ci ildə, anası X7 7 iyun 2009-cu ildə vəfat etmişlər. Valideynlərinin birgə nikahından X9, X13, X15, İddiaçı, X18, X10, Cavabdeh1 adlı 7 uşaqları doğulmuşdur. Valideynləri vəfat edəndə onların vərəsələri X9, X13, X15, İddiaçı, X18, X10, Cavabdeh1 olmuşlar. Vərəsələrdən bacısı X9 2024-cü ildə ölmüş, qalan digər vərəsələr isə yaşayırlar. Reyestr Xidməti tərəfindən verilmiş 29 dekabr 2012-ci il tarixli Çıxarışa əsasən mərhum anası X2 mülkiyyətində Lənkəran rayonu, Gərmətük qəsəbəsində 0.028 ha torpaq sahəsi, 1 mərtəbəli, ümumi sahəsi 91.4 m.kv, 4 otaqlı fərdi yaşayış evi vardır. Anasından qalan evə və torpaq sahəsinə münasibətdə vərəsəlik payını əldə etməkdən ötrü etibarnamə üzrə nümayəndəsi xx.xx.20 24-cü ildə AR Ədliyyə Nazirliyi, Cavabdeh3nə ərizə ilə müraciət etmiş və Notariat Ofisinin 11 dekabr 2024-cü il tarixli məktubu ilə ona bildirmişlər ki, sözügedən məsələ üzrə vərəsəlik işi açılmış və “Vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Ona görə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi imkan xaricindədir. Həmin sənədlərin surətləri onlara təqdim olunmuş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin verilməsinə əsas olan sənədlərdən Lənkəran şəhər İHB-nın Gərmətük qəsəbə Nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli arayışından görünür ki, xx.xx.2009-cu ildə vəfat edən X2 vərəsələri kimi Cavabdeh1, X9, X13, X15, X10 göstərilmişdir. Lakin, AR Lənkəran şəhər İHB Gərmətük qəsəbə üzrə Nümayəndəsinin 26 noyabr 2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2009 -cu ildə vəfat edən X2 vərəsələri X9, X13, X15, İddiaçı, X18, X10, Cavabdeh1dur. Vərəsə dairəsinin müəyyən olunmasından ötrü verilmiş Lənkəran şəhər İHB-nın Gərmətük qəsəbə Nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli arayışı saxtalaşdırılmış şəkildə verilmişdir. Belə ki, vərəsələrdən İddiaçı və X11 adları arayışda qeyd edilməmişdir. Ona 10 dekabr 2024-cü il tarixdə məlum olmuşdur ki, mərhum anasından miras qalan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0.028 ha torpaq sahəsi, 1 mərtəbəli, ümumi sahəsi 91.4 kv.m, 4 otaqlı fərdi yaşayış evinə 09 yanvar 2013-cü ildə qardaşı Cavabdeh1 Hənna oğlunun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və həmin Şəhadətnaməyə əsasən Çıxarış verilmişdir. Lənkəran şəhər İHB-nın Gərmətük qəsəbə nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli arayışında iki vərəsənin adı gizlədilmiş, 9 yanvar 2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədə Lənkəran şəhər İHB-nın Gərmətük qəsəbə Nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli arayışına əsasən verilmiş, 09 yanvar 2013-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə” əsasında Çıxarış verilmişdir. Hazırkı halda mərhum anası X1 miras qalan Lənkəran rayonu, Gərmətük qəsəbəsində yerləşən 0,28 ha torpaq sahəsi, 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 91.4 kv.m olan fərdi yaşayış evinə 09 yanvar 2013-cü ildə qardaşı Cavabdeh1 Hənna oğlunun adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, həmin Şəhadətnaməyə əsasən verilmiş Çıxarış etibarsız hesab edilməli və anasından miras qalmış əmlakdan vərəsəlik payı müəyyən edilməlidir.
7. Cavabde h1 etiraz ərizəsində göstərmişdir ki, iddiaçının xx.xx.2009-cu ildə vəfat edən anasından qalmış miras əmlak barədə məlumatlı olmamasını qeyd etməsi və buna istinad edərək 2024-cü ildə, yəni 15 il sonra tələb irəli sürməsi ağlabatan deyil və bu hal öz təsdiqini tapmır. Hazırkı mübahisə üzrə iddiaçı hazırkı tələblə hansı səbəbdən 15 il sonra müraciət etdiyini əsaslandırmalı və bu əsası təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir. İddiaçı iddia ərizəsində mirasa vərəsəlik açılmasının ona xx.xx.2024-cü ildə məlum olduğunu göstərsə də, həmin fikri təsdiq edən heç bir mötəbər sübutu iddia ərizəsinə əlavə etməmişdir.
8. Lənkəran Rayon Məhkəməsinin 2(049)-383/2025 nömrəli, 14 may 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) iddia rədd edilmişdir.
9. Məhkəmə, mülki prosesin dispoz itivlik, çəkişmə prinsiplərindən və sübutetmə yükünün iddiaçının üzərində olmasından irəli gələrək qeyd etmişdir ki, iddiaçı öz tələbinin əsasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, araşdırma zamanı təsdiq edilmişdir ki, iddiaçı anasının ölümündən (xx.xx.2009-cu il tarixdə vəfat etmişdir.) əvvəl Rusiya Federasiyasında olsa da, onun vəfatından məlumatlı olmuş, sonuncunun yas mərasimlərində iştirak etdikdən sonra yenidən Rusiya Federasiyasına getmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçının niyyəti anasından miras qalmış əmlaka sahiblik etmək, eləcə də o əmlakı qəbul edərək idarə etmək olmamışdır. Yalnız anasının vəfatından 15 il keçdikdən sonra vərəsəliyi mübahisələndirmişdir.
10. Bu səbəbdən məhkəmə qeyd etmişdir ki, iddia tələbinin mərhum X2 mülkiyyətində ola n torpaq sahəsi və fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən olunmasına dair hissəsi əsaslı hesab edilməklə təmin oluna bilməz.
11. Məhkəmə, həmçinin iddia tələbinin “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab olunması ilə bağlı hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vər əsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
12. Bununla bağlı məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə almaq üçün (xx.xx.2013-cü ildə verilmişdir) notariat ofisinə müraciət edənədək artıq anasından miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş və ona sahiblik edərək idarə etmişdir.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə üzrə hazırkı iddia tələbini təsdiq edən halları sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin buna baxmayaraq, iddiaçı öz tələbinin əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
14. Bu baxımdan məhkəmə iddia tələbinin “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab olunması ilə bağlı hissəsini əsaslı hesab etməmişdir.
15. Məhkəmə, eyni zamanda iddia tələbinin digər hissəsi ilə bağlı əlavə qiymət verilməsinə zərurət olmadığı qənaətinə gələrək qeyd etmişdir ki, iddia tələbi həmin hissəsədə də təmin olunmamalıdır.
16. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1159.1.1, 1243.1, 1243.2, 1243.3-cü, habelə MPM-nin 77.1, 88, 107, 119, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
19. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1279/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən, məruzəçi), İlham Əsədov və Pərviz Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə biri nci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də ki, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir. Lakin göründüyü kimi miras qoyan X7 07 iyun 2009-cu ildə vəfat etsə də və xx.xx.2013-cü ildə miras açılsa da, iddiaçı tərəfindən miras əmlakın hüquqi cəhətdən qəbul edilməsi üçün hər hansı bir tədbir görülməmişdir.
21. Məhkəmə kollegiyası həm çinin qeyd etmişdir ki, iddiaçı tərəfindən mirası qəbul üçün hər hansı bir hərəkət edilməmişdir. Yəni, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyəti ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, məhkəmə qeyd etmişdir ki, iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir.
22. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçıya miras əmlakı qəbul etməsi üçün hər hansı bir şəxs tərəfindən maneçili k də törədilməmişdir. Belə ki, iddiaçı anasının vəfat etməsini, bununla da mirasın açılmasını bilsə də, mirasın qəbul edilməsi üçün heç bir tədbir görməmiş və bununla da mirasın qəbul edilməsi müddətini ötürmüşdür. Yəni, öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir, ona görə ki, mirasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə həyata keçirilir, ikincisi, o yalnız bir tərəfin vərəsəliyə çağırılan şəxsin iradəsini ifadə edir.
23. Digər tərəfdən həm də ona görə ki, o hər hansı şəxsin cavab və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin buna baxmayaraq iddiaçı tərəfindən miras açıldıqdan sonra həmin iradə hər hansı bir formada ifadə edi lməmişdir. İddiaçı, miras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı belə iradə ifadələrini bildirməmişlər.
24. İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində mirası formal üsulla, yəni notariat orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilməsi üçün hər hansı mane mövcud olmamışdır. İddiaçı mirasın açılmasından xəbəri olmuş, lakin mirasın qəbul edilməsi üçün hər hansı bir hüquqi hərəkət etmədiyi üçün, mirasın qəbul edilməsi müddətini ötürmüşdür və bununla da miras əmlakdan pay almaq hüququnu itirmişdir.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tərəfindən miras əmlak həmçinin qeyri-formal üsulla da qəbul edilməmişdir. Yəni, mirasın qəbul edil məsinin qeyri-formal üsulla olur ki, vərəsə miras əmlaka faktiki sahiblik və ya miras əmlakı faktiki idarə etmiş olur. Faktiki bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyəti açıq-aşkar təsdiqləyir və sübut edir. Lakin iddiaçı tərəfindən miras əmlakı qeyri-formal üsulla qəbul edilməsi və buna niyyətlərinin olması həmçinin öz təsdiqini tapmadığından, yəni iddiaçı miras açıldıqdan xeyli müddət əvvəl və miras açılan zaman miras əmlakda yaşamaması, onun həmin əmlakı qeyri-formal üsulla da qəbul etməməsini göstərir və belə olan halda məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən miras əmlak heç faktiki olaraq da qəbul edilməmişdir.
26. Məhkəmə kollegiyası iddiaçının mirasın qəbul edilmə müddətinin ötürülməsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış torpağın üzərindəki fərdi yaşayış evində miras qoyanın birinci növbəli vərəsələrindən məhz oğlu cavabdeh yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tututmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmiş, həmçinin miras əmlak olan evdə yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişdir.
27. Məhkəmə kollegiyası iddiaçının Lənkəran şəhər İHB-nın Gərmətük qəsəbə nümayəndəsinin 21 dekabr 2012-ci il tarixli arayışın saxtalaşdırılmış şəkildə verilməsi, belə ki vərəsələrdən İddiaçı və X11 adları arayışda qeyd edilməməsi dəlili ilə bağlı qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsinin verilməsi işin formal tərəfini təşkil edir. Yəni, vərəsə vərəs əliyi yuxarıda qeyd edildiyi kimi, qeyri-formal üsulla qəbul etməsi şəhadətnamənin verilib-verilməməsindən aşlı olmayaraq vərəsəliyin qəbul edilməsi sayılır. İddiaçı isə anasından qalmış mirası qəbul etməsini sübut edə bilməmişdir.
28. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, hazırki mübahisə yuxarıda qeyd olunan AR Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarının təsiri altına düşmür. Yəni vərəsəliklə bağlı hüquq münasibəti qeyd olunan qərarın qəbulundan əvvəl yaranmışdır.
29. Beləliklə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci növbəli vərəsələrdən miras əmlak yalnız Cavabdeh1 tə rəfindən qəbul edildiyindən, iddiaçı tərəfindən isə miras qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində qəbul edilmədiyindən, mirasın qəbul edilməsi üçün müddət onun tərəfindən ötürülmüş hesab edilməlidir. Ona görə də iddia tələbi “Qanun üzrə vərəsəlik hüququ haqqında” 9 yanvar 2013-cü il tarixli Şəhadətnaməsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və iddiaçıya düşən payın müəyyən edilməsi hissələrinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün iddia tələbləri təmin edilməməlidir.
30. Məhkəmə kollegiyası iddia tələbinin Reyestr Xidməti tərəfindən verilmiş 15 yanvar 2013-cü il tarixli Çıxarışın etibarsız hesab edilməsi hissəsini araşdıraraq qeyd etmişdir ki, iddianın həmin hissələri törəmə hüquq münasibəti olub, iddia tələblərinin “Qanun üzrə vərəsəlik hüququ haqqında” 09 yanvar 2013-cü il tarixli Şəhadətnaməsinin etibarsız hesab edilməsi və nəticələrinin ləğv edilməsi və iddiaçıya düşən payın müəyyən edilməsi hissələrinin təmin edilməsindən asılı olduğundan, iddia tələbləri bu hissələrdə də təmin edilməməlidir. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. İddiaçı (vəkil-Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edilərək əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə AR MPM-nin 9.1-ci maddəsində qeyd edildiyi ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir prinsipinə əməl etməmiş, ancaq cavabdehin qeyd etdiyi faktları əsas sübut növü kimi qəbul edərək onun xeyrinə qətnamə qəbul etmişdir. Cavabdeh iddiaçının vərəsəlik işindən xəbərinin olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, lakin məhkəmə buna baxmayaraq mövcud olmayan sübutlar əsasında ancaq cavabdehin məhkəmə zamanı verdiyi izahatında qeyd etdiklərinə və məhkəməyə təqdim etdiyi natamam sübutlara əsaslanaraq iddiaçının tələblərini əsassız olaraq rədd etmişdir. Kassasiya şikayətinə qarşı etiraz
33. Cavabdeh1 kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş e tmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
35. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
37. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
40. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı pay hüquqlu vərəsələr sayılırlar.
41. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
42. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı m addəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
43. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
44. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
45. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət ed ilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qə tnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndiri ldiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
57. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
58. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyin i göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
59. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, nə mirasın açılması, nə şəxsin vərəsəlik hüququ əldə etməsi, nə də ki, onun vərəsəliyə çağırılması miras əmlakı əldə etmək üçün kifayət etmir. Göstərilən hüquqi faktlar şəxsə yalnız miras əmlakı əldə etmək şansı (imkanı) verir. İddiaçı tərəfindən miras əmlak yalnız o halda əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə öz razılığını bildirsin və bunu ifadə etsin. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir.
60. Lakin, miras qoyan X7 07 iyun 2009-cu ildə ölsə də, xx.xx.2013-cü il tarixdə mirasa vərəsəlik açılsa da, iddiaçı miras əmlakı hüquqi cəhətdən qəbul etməsi üçün hər hansı bir tədbir görməmişdir.
61. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək niyyətini ifadə edir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısı olur. Mirası qəbul etmək iddiaçının vəzifəsi yox, yalnız hüququ olduğundan, lakin iddiaçı tərəfindən həmin hüquqdan istifadə olunmadığından və bununla da miras qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmədiyindən, iddiaçı mirası qəbul etmə hüququnu itirmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iddiaçıya miras əmlakı qəbul etməsi üçün hər hansı bir şəxs tərəfindən maneçilik də törədilməmişdir. Belə ki, iddiaçı anasının vəfat etməsini, bununla da mirasın açılmasını bilsə də, mirasın qəbul edilməsi üçün heç bir tədbir görməmiş və bununla da mirasın qəbul edilməsi müddətini ötürmüşdür.
63. Digər tərəfdən, mirasın qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil. Lakin, buna baxmayaraq iddiaçı tərəfindən miras açıldıqdan sonra həmin iradə ifadəsi hər hansı bir formada ifadə edilməmişdir. İddiaçı, miras açıldığı vaxtdan miras əmlakdan istifadə etməmiş, əmlakı idarə etməmiş və mirası qəbul etmək niyyətində olması ilə bağlı iradəsini hər hansı formada bildirməmişdir.
64. Əksinə, apellyasiya instansiyası məhkəməsi, iddiaçının mirası qəbul etmə müddətini ötürməsinə hüquqi qiymət verərək müəyyən etmişdir ki, miras qoyan vəfat etdiyi anda və sonra, miras qalmış torpağın üzərində yerləşən fərdi yaşayış evində mi ras qoyanın birinci növbəli vərəsələrindən məhz cavabdeh yaşamaqla miras əmlakı faktiki qəbul etmişdir. Lakin iddiaçı mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tututmuş müddət ərzində notariat orqanına hər hansı bir ərizə verməmiş, həmçinin miras əmlak olan evdə yaşamamaqla miras əmlakı faktiki olaraq qəbul etməmişdir. Ona görə də birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir.
65. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ə traflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 avqust 2025-ci il tarixli, 2(106)-1279/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul