Məhkəmə qərarları › İş №2(1-8)-7/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-7/2026

17.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-7/2026 17.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): mirasın bölüşdürülməsi ilə bağlı mübahisələr, qanuni qüvvəyə minmiş məhkəmə aktının preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı “miras əmlak üzərində payın müəyyən edilməsi” tələbinə dair Bakı Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2025-ci il tarixli 2(103)-5366/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 17 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Əzizbəyov Rayon Məhkəməsinin 30 avqust 2**6-cı il tarixli 2-409/2**6 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X5, X6, X7 qarşı Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Oktyabr küçəsi, 15 saylı evdən (bundan sonra mübahisəli ev) istifadə qaydasının müəyyən edilməsinə dair iddia ərizəsi rədd edilmiş, cavabdehlər X3 cavabdeh X8, X5, X6 qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və müəyyən olunmuş istifadə qaydasına uyğun olaraq paylara bölünməsi bar ədə qarşılıqlı iddia tələbi təmin edilmiş, X9 və X10 tərəfindən miras əmlakın (mübahisəli evin) qəbul edilməsi faktı müəyyən edilməklə, onlar arasında müəyyən edilmiş istifadə qaydasına uyğun olaraq miras əmlakda hərəsinin ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli 2(**3)2735/2017 nömrəli qətnaməsi ilə X4 cavabdeh X7 qarşı paylı mülkiyyətdə olan evin naturada ayrılması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, mübahisəli ev naturada bölünərək sahəsi 48,2 kv metr olan 3 yaşayış otağı, sahəsi 54,2 kv metr olan köməkçi sahə, sahəsi 47,2 kv metr olan meydança, sahəsi 28,5 kv metr olan talvardan ibarət “A” tikilisi, torpaq sahəsində yerləşən 15,0 kv metr olan hamam-ayaqyolu, sahəsi 29,0 kv metr olan hovuz, sahə si 2,6 kv metr olan ayaqyolu – «V» tikilisi X4 istifadəsinə, “B” tikilisi yararsız yaşayış evi, “C” tikilisi yaşayış evi və “E” tikilisinin X3 istifadəsinə verilməsi qət edilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlıq aradan qaldırılmış: Qətnamənin 2-ci səhifəsinin 10-cu abzasından “istifadəsinə” sözləri çıxarılaraq müvafiq olaraq “mülkiyyətinə” sözləri ilə əvəz olunması və qətnamənin həmin hissəsinin aşağıdakı kimi oxunması: mübahisəli ev naturada bölünərək sahəsi 48,2 kv metr olan 3 yaşayış otağı, sahəsi 54,2 kv metr olan köməkçisahə, sahəsi 47,2 kv metr olan meydança, sahəsi 28,5 kv metr olan talvardan ibarət “A” tikilisinin, torpaq sahəsi ndə yerləşən 15,0 kv metr olan hamam-ayaqyolu, sahəsi 29,0 kv metr olan hovuz, sahəsi 2,6 kv metr olan ayaqyolu – “V” tikilisinin iddiaçının mülkiyyətinə, “B” tikilisi yararsız yaşayış evi, “C” tikilisi yaşayış evi və “E” tikilisinin cavabdehin mülkiyyətinə verilməsi; Qətnamənin “qət etdi” hissəsinin 2-ci abzasından “istifadəsinə” sözləri çıxarılaraq müvafiq olaraq “mülkiyyətinə” sözləri ilə əvəz olunması və qətnamənin həmin hissəsi aşağıdakı kimi oxunması: mübahisəli evin naturada bölünərək sahəsi 48,2 kv metr olan 3 yaşayış otağı, sahəsi 54,2 kv metr olan köməkçi sahə, sahəsi 47,2 kv metr olan meydança, sahəsi 28,5 kv metr olan talvardan ibarət “A” tikilisinin, torpaq sahəsində yerləşən 15,0 kv metr olan hamam-ayaqyolu, sahəsi 29,0 kv metr olan hovuz, sahəsi 2,6 kv metr olan ayaqyolu – “ V” tikilisinin X4 mülkiyyətinə, “B” tikilisi yararsız yaşayış evinin, “C” tikilisi yaşayış evinin və “E” tikilisinin X3 mülkiyyətinə verilməsi; Qətnamənin “qət etdi” hissəsinin 2-ci abzasından sonra aşağıdakı abzasın əlavə olunması: Bu qətnamənin mübahisəli evə dair X4 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatının aparılması üçün əsas olması qərara alınmışdır.

4. Mübahisəli evə dair X3 17.05.2**7-ci ildə ½ hissədə, X4 xx.xx.2014-cü ildə ½ hissədə payı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. X11 və İddiaçı 22 iyul 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar.

6. X11 20 oktyabr 2022-ci il tarixdə vəfat etmişdir.

7. İddiaçı 2 saylı Bakı “A SAN Xidmət” Mərkəzində Notariat ofisinə miras əmlaka dair 2/3 payının müəyyən edilməsi ilə bağlı müraciət etmiş, notariat ofisi tərəfindən imtina məktubu verilmiş, məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1nun vəfatından sonra miras qalmış əmlak mübahisəli evin birgə mülkiyyətləri olaraq müəyyən edilməsi və 2/3 hissədə payı müəyyən olunmaqla həmin miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi işin yuxar ıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, mərhum Vahid Əliyev ilə nikahda olduğu müddət ərzində miras qalmış mübahisəli evin üzərində artırma, yenidənqurma, təmir işləri aparmaq, həmin evin yerləşdiyi torpaq ərazisində əlavə tikililəri inşa etmək üçün iddiaçı tərəfindən xeyli miqdarda pul vəsaiti qoyulmuşdur. Bundan əlavə həmin evin yerləşdiyi torpaq ərazisinin üzərində abadlıq işləri aparmaq üçün də xeyli miqdarda pul vəsaiti qoyulmuşdur. X1 vəfat etdikdən sonra miras əmlakın qəbul olunması, vərəsəlik işinin açılması, qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət etmişdir. Bundan sonra miras qalmış əmlaka payının 2/3 hissəsində müəyyən olunması üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin notarius miras payının 2/3 hissəsində müəyyən olunması ilə bağlı məhkəməyə müraciət etməyə tövsiyə etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Hesab edir ki, əri Vahid Əliyevin vəfatından sonra miras qalmış əmlak birgə mülkiyyət sayıla bilər və həmin əmlakda payı 2/3 hissəsində müəyyən edilməlidir.

10. Məhkəmə Ekspertizası Mərkəzinin 5 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə mübahisəli evin xx.xx.1992-ci il tarixli plan-sxemlə faktiki vəziyyəti arasında müqayisəli tədqiqat aparılan zaman, sahəsi 29 kv metr olan hovuz, sahəsi 2,6 kv metr olan ayaqyolu "V" tikilisinin plansxemlə eynilik təşkil etdiyi, A literli fərdi yaşayış evində isə əlavə tikinti və təmir işlərinin aparıldığı, belə ki, Texniki pasportda göstərilən və sahəsi 28,5 kv metr olan talvar tikilisində tikinti işləri aparılaraq əlavə dəhliz tikilisinin inşa edildiyi, 5 saylı tikilinin daxilində arakəsmə divarı inşa edilərək iki hissəyə bölündüyü, 5 saylı tikilidən 4 saylı tikiliyə keçid üçün nəzərdə tutulmuş qapı boşluğunun bağlandığı, 4 saylı tikilinin qarşısında əlavə tikinti işləri aparılaraq faktiki olaraq qeyri-yaşayış sahəsi (çayxana) kimi istifadə e dildiyi, sahəsi 28,5 kv metr olan talvar tikilisindən 1 saylı tikiliyə keçid üçün nəzərdə tutulmuş qapının ləğv edilərək faktiki olaraq 1 saylı tikilinin ərzaq mağazası kimi istifadə edildiyi, Texniki pasportda 3 saylı tikili kimi göstərilən hamam tikilisinin faktiki olaraq anbar tikilisi kimi istifadə edildiyi, Texniki pasportda göstərilən hamam və ayaqyolu tikililərinə bitişik vəziyyətdə əlavə tikili inşa edildiyi, sahəsi 47,2 kv metr olan meydança tikilisinin kənarlar mişar daşından hörülərək əlavə mətbəx, ayaqyolu və əl damı tikililərinin inşa edildiyi və təmir olunduğu müəyyən edilmişdir. Mübahisəli evin A və V tikilisində aparılmış təmir-tikinti və yaxşılaşdırma işlərinin təxminən hansı dövrləri əhatə etməsinin müəyyən edilməsinə dair metodika olmadığından bu sualın cavablandırılması mümkün olmamışdır. Aparılan hesablamalar nəticəsində, mübahisəli evin A literli fərdi yaşayış evində yerinə yetirilmiş tikinti-təmir və yaxşılaşdırma işlərinin ümumi dəyəri təqribən 8136,0 manat məbləğində müəyyən edilmişdir. Mübahisəli evin A və V tikilisində aparılmış təmir-tikinti və yaxşılaşdırma işlərinin X5 məxsus olmuş əmlakın ümumi dəyərinin hansı hissəsini təşkil etməsi, sözügedən tikililərin inşasına dair layihə-smeta sənədləri təqdim edildikdən sonra müəyyən oluna bilər.

11. Məhkəmə tərəfindən iş üzrə mütəxəssis cəlb edilmiş, "xxxx" MMC tərəfindən təqdim edilmiş 4 iyun 2025-ci il tarixli mütəxəssis rəyi ilə mübahisəli evin yaxşılaşdırmadan əvvəlki bazar dəyərinin 50.**0 manat, sonrakı bazar dəyərinin isə 7**** manat təşkil etdiyi müəyyən edilmişdir.

12. Bakı şəhəri Xətai Rayo n Məhkəməsinin 5 iyun 2025-ci il tarixli 2(011)24/2025 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia tələbi rədd edilmişdir.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, araşdırma zamanı miras qalmış əmlakın təmirinin həqiqətən də iddiaçı ilə X4 birgə nikah dövrünə təsadüf etməsi halı müəyyən edilmiş, əmlakın təmirdən sonrakı qiyməti müəyyən edilmişdir. İddia tələbində iddiaçı əmlakın öz hesabına yaxşılaşdırılmasını və əmlakın dəyərinin həmin yaxşılaşdırma hesabına artmasını qeyd etsə də, buna dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

14. Odur ki, əksi sübuta yetirilmədiyindən məhkəmə birgə nikah dövründə aparılan yaxşılaşdırmanı birgə vəsait hesabına həyata keçirildiyinə istinad edərək hazırkı mübahisəyə birgə nikah dövründə əldə edilmiş əmlak (yaxşılaşdırma-tə mirin aparılması vəsaitinə münasibətdə) rejiminə dair prezumpsiyanı tətbiq etməyi ağlabatan saymışdır. Belə olan halda iddiaçının iddiası əsassız hesab edilməklə iddia tələbi rədd edilməlidir.

15. Məhkəmə iddia tələbinin miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin cavabdeh 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinə həvalə edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, ilkin tələb rədd edildiyindən, hazırkı hissə həmin tələbdən törəmə olduğuna görə həmin hissədə də iddia təmin edilə bilməz.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.2, 16.1, 19, 225.4, 1159.1, 1159.1.1 və 1274-cü, Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsi ndə icraat

17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmış apellyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçıVidadi qızı X10 ilə 22 iyul 2016-cı il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdurlar. İddiaçı əri Vahid Əliyev ilə nikahda olduğu müddət ərzində ərinin mülkiyyətində olan mübahisəli ev üzərində öz hesabına artırma, yenidənqurma, təmir işləri aparmış, həmin evin yerləşdiyi torpaq sahəsində əlavə tikililər inşa etmişdir. Bundan başqa İddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinin üzərində öz hesabına abadlıq işləri aparmışdır. Bu hal danılmazdır, ona gör ə ki məhkəmə tərəfindən müvafiq ekspertizalar keçirilmiş və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, həmin evin texniki pasportda aparılmış qeydlərindən fərqli olaraq evin mövcud vəziyyətində artırma və yenidənqurma işlərinin aparılması müəyyən olunmuşdur. Bundan başqa ekspert rəyi ilə müəyyən olunmuşdur ki, həmin evin üzərində yaxşılaşdırma işləri aparılmamışdan əvvəl bazar dəyəri 50.**0 manat təşkil etmiş, sonrakı bazar dəyəri 7**** manat təşkil etmişdir. Lakin, məhkəmə bu və digər halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5366/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Sabit Bəhrəmzadə) apellyasiya şikayətinin qis mən təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-24/2025 nömrəli, 5 iyun 2025-cü il tarixli qətnaməsinin qismən - İddiaçı X1nun vəfatından sonra miras qalmış əmlak – mübahisəli ev üzərində 2/3 hissədə payının müəyyən olunmasının rədd olunması hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin qismən təmin edilməsi, mübahisəli ev üzərində İddiaçı, Cavabdeh2 və Cavabdeh3 hər birinin 1/3 hissədə payının müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, miras qalmış əmlak X4 iddiaçı ilə birgə nikaha daxil olduğu vaxtdan əvvəl əldə edilmişdir. Nikaha daxil olduqdan sonra iddiaçı və X4 birgə nikah dövründə həmin əmlakın yaxşılaşdırılması (təmi ri) həyata keçirilmişdir.

21. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mütəxəssis cəlb edilmiş "xxxx" MMC-nin 4 iyun 2025-ci il tarixli mütəxəssis rəyi ilə mübahisəli evin yaxşılaşdırmadan əvvəlki bazar dəyərinin 5**** manat, sonrakı bazar dəyərinin isə 7**** manat təşkil etdiyi müəyyən edilmişdir.

22. Məhkəmə qeyd edilən qiymət artımını əhəmiyyətli yaxşılaşdırma hesab etməmişdir. Qiymətlər arasında 2**** manat fərq olması əmlak üzərində payların müəyyən edilməsi zamanı iddiaçıya daha artıq pay ayrılması üçün əhəmiyyətli hesab edilə bilməz.

23. Belə ki, iddiaçı həmin evdə yaşayır, yaşadığı evi təmir etməsi isə vaxtaşırı baş verən amortizasiyanın qarşısını almaq məqsədini daşıyır.

24. Mübahisəli daşınmaz əmlak iddiaçı ilə mirasqoyanın birgə mülkiyyəti hesab edilə bilməz, çünki iddi açının əmlakı əhəmiyyətli dərəcədə yaxşılaşdırma ilə bağlı dəlilləri öz təsdiqini tapmır.

25. İşin hallarından göründüyü kimi, iddiaçı miras qoyanın arvadı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə miras qoyanın uşaqları olmaqla, miras qoyanın qanun üzrə birinci dərəcəli vərəsələridir.

26. Miras qoyan X10 27 oktyabr 2022-ci il tarixdə ölmüşdür. Həmin tarix mirasın açıldığı vaxtdır.

27. İş materiallarından göründüyü kimi, iddiaçı 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə miras əmlaka dair 2/3 payının müəyyən edilməsi ilə bağlı müraciət etmiş, notariat ofisi tərəfindən imtina məktubu verilmişdir.

28. Məhkəmə qeyd etmişdir ki, vərəsələrin dairəsi, payların nisbəti və digər münasibətlərlə bağlı vərəsələr arasında ixtilaflar olduqda qeyd edilən məsələlərə məhkəmə tərəfindən qiymət ve rilir və qeyd edilən işlər üzrə qəbul edilən yekun məhkəmə aktı ilə miras şərikliyini, öz növbəsində vərəsəlik hüquq münasibətlərini sonlandırır. Məhkəmə bu münasibətlərlə bağlı mübahisəni həll etdikdə eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik haqqında şəhadətnamə verilməsinə ehtiyac qalmır.

29. Hazırkı halda iddiaçının digər vərəsələrə münasibətdə üstün pay hüququ müəyyən edilmədiyindən, cavabdehlər də hazırkı iş üzrə paylarının müəyyən edilməsində israrlı olduqlarından, mübahisəli evə hər üç vərəsinin payları müəyyən olunmalı, hər birinin payı 1/3 hissədə tanınmalıdır. Daha əvvəl notariat ofisinin iddiaçının müraciətini təmin etməkdən imtinası səbəbi daha artıq pay istəməsi olmuşdur.

30. Payla bərabər olduqda notariat ofisinin üzərinə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyin in qoyulması əhəmiyyət kəsb etmir, çünki hazırkı məhkəmə qətnaməsi vərəsələrin hüquqlarının qeydə alınması üçün əsasdır və əlavə olaraq vərəsəlik şəhadətnaməsinin alınmasına ehtiyac yoxdur.

31. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.4, 1133.1, 1133.2, 1146, 1151.1, 1157, 1159.1.1. 1162 və 1321.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 oktyabr 2025-ci il tarixli, 2(103)-5366/2025 nömrəli qətnaməsinin miras əmlak üzərində vərəsələrin hər birinin 1/3 hissədə payının müəyyən edilməsi hissəsində ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin in birgə mülkiyyət olaraq müəyyən edilməsi və üzərində İddiaçı 2/3 hissədə payının müəyyən edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır. b)

34. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadı n razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

38. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

40. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.

41. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyn lər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

42. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.

43. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun m əhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

54. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

55. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiy a məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

56. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanu nvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5366/2025 nömrəli iş üzrə 28 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar