Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3900/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə, Sabunçu rayon İcra Hakimiyyətinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə, Bilgəh qəsəbə İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyinə qarşı “daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, tələbin cavab verməli olmayan şəxsə qarşı yönəldilməsi) Azərbaycan Respublikası A li Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2025-ci il tarixli, 2(103)78/2025 nömrəli qətnaməsindən iddiaçılar tərəfindən birgə verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Abşeron rayon X12 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən yaşayış sahəsi 64 kv.m, köməkçi sahəsi 33,6 kv.m olan, üç otaqdan ibarət XXX nömrəli fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququ Abşeron rayon 1 saylı DNK-ın 06 dekabr 2005-ci il tarixli, 4ə/2450 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır.
2. Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli, 075 nömrəli qərarına əsasən Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi, ev XXX ünvanında yerləşən 3820 kv.m. torpaq sahəsinin əvəzi ödənilməklə İddiaçı3 mülkiyyətinə verilmiş və torpağın alqı-satqısına dair 27 avqust 2007-ci il tarixli akt tərtib edilmişdir.
3. Sabunçu rayonu Bilgəh Bələdiyyəsi və İddiaçı1 arasında 27 avqust 2007-ci il tarixdə tərtib edilmiş akta əsasən, Bilgəh qəsəbəsi ərazisində 3000 kv.m. torpaq sahəsinin sonuncuya satılması barədə 27 avqust 2007-ci il tarixli, 0XXX1 saylı qərar qəbul edilmişdir.
4. Sabunçu rayonu Bilgəh Bələdiyyəsi və İddiaçı2 arasında 27 avqust 2007-ci il tarixdə tərtib edilmiş akta əsasən, Bilgəh qəsəbəsi ərazisində 3330 kv.m. torpaq sahəsinin sonuncuya satılması barədə 27 avqust 2007-ci il tarixli, 082 saylı qərar qəbul edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 oktyabr 1XXX5-ci il tarixli, 1376 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 2 No-li orderlə X17 verilmiş 1XXX26 saylı bağ sahəsindən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 1XXX5-ci il tarixli, 1476 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən XXX No-li orderlə Bağırova (Quliyeva) Xanım Rəsul qızına verilmiş 1XXX27 saylı bağ sahəsindən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 noyabr 1XXX5-ci il tarixli, 176 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 20 No-li orderlə X25 verilmiş 1XXX28 nömrəli bağ sahəsindən, Bakı şəhər İcra Hakimiyyəti başçısının 20 oktyabr 1XXX5-ci il tarixli, 1376 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 20 No-li orderlə X8 verilmiş 1XXX2XXX nömrəli bağ sahəsindən və Bakı şəhər İcra Hakimiyyəti başçısının 18 may 1XXX5-ci il tarixli, 625 saylı sərəncamına əsasən Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 2 No-li orderlə X35 verilmiş 1XXX31 nömrəli bağ sahəsindən X18 çıxarılması, həmin bağ sahələri üzərində iddiaçıların icarə və istifadə hüquqlarının bərpa edilməsi və həmin bağ sahə lərinin onlara qaytarılması qət edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 iyul 2010-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. 6. 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X1XXX, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X20, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X14, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X4, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X32 və 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X15 mülkiyyətində olan torpaq sahələrinin çıxarışları tam şəkildə iddiaçılara məxsus fərdi yaşayış evlərinin üzərinə işlənilmişdir. 7. 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X1X XX, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X20, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X14, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X4, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X32 və 01 aprel 2011-ci il il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X15 mülkiyyətlərinə verilmiş torpaq sahələri həmin çıxarışlar işləndiyi dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən bağların ərazisinə aid deyil, X34 ərazisinə aid olmuşdur.
8. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 05 iyun 200XXX-cu il tarixli 148 nömrəli məktubunda qeyd olunmuşdur ki, mübahisəli torpaq sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, sözügedən torpaq sahəsi Abşero n rayon keçmiş X34 ərazisinə aiddir.
9. ABŞ-ın Florida Ştatında 13 yanvar 2021-ci il tarixdə X50 Departamentinin möhürü ilə təsdiq edilmiş və Ştat katibliyi tərəfindən apostil edilmiş 2021-4647 nömrəli etibarnaməyə əsasən, X13, X44, X36, X26, X37, X38 tərəfindən Cavabdeh yuxarıda adları qeyd olunan şəxslərin bütün daşınmaz əmlakı üzərində sərəncam vermək və bununla bağlı istənilən müqaviləni bağlamaq, müqavilə imzalamaq, həmin müqaviləni bağlamazdan əvvəl və bağladıqdan sonra öz hüquqlarının və öhdəliklərinin icrası ilə bağlı bütün müvafiq orqanlarda, dövlət müəssisələrində, polisdə, məhkəmələrdə və s. yuxarıda qeyd olunan şəxsləri təmsil etmək, sənədləri qəbul etmək, təqdim etmək, dəyişdirmək və digər zəruri hərəkətləri yerinə yetirmək, alışlar və satışlar zamanı pulu qəbul etmək, eyni za manda onların adından imzalamaq üçün etibarnamə verilir. Etibarnamə 20 il müddətinə verilir, 11 yanvar 2041-ci ilə qədər etibarlıdır. 10. 2XXX iyun 2021-ci il tarixli akta əsasən, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli icra sənədi üzrə borclu X33 2XXX iyun 2021-ci il tarixdə mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu Qalib Salahzadə ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin y ararsız olduğunu bildirmişdir. Əmlaklar Sabunçu rayon mühafizə idarəsinə təhvil verilmiş, tələbkarların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3XXX bağ sahələrini və bağ sahələrində yerləşən evləri qəbul etməyə hazır olduğunu bildirmiş, həmin bağ sahələri, üzərlərində yerləşən biri üçmərtəbəli, biri ikimərtəbəli evlər, həmin evlərdə olan əmlaklar siyahıya alınaraq saxlanc üçün X27 təhvil verilmiş, bağ sahələrinin girişində yerləşən, xüsusi mülkiyyətdə olmayan təqribi ölçüsü 0,80 ha olan torpaq sahəsi Bilgəh qəsəbəsi üzrə ərazi nümayəndəsi X40 təhvil verilmişdir. Bununla, Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qətnaməsi tamamilə icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi XXX ünvandakı iddiaçılara və ailə üzvlərinə vərəsəlik üzrə şəxsi mülkiyyət hüququ ilə məxsus olan evin və torpaq sahəsinin qaytarılmasına, evə və torpaq sahəsinə giriş-çıxışa maneənin aradan qaldırılmasına, evdən və torpaq sahəsindən istifadə hüququnun bərpa edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Daha sonra, İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, eyni zamanda, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi ünvanında yerləşən XXX saylı evlə bərabər, ünvan 2anında yerləşən 3820 kv.m torpaq sahəsi və həmin sa hədə yerləşən 38 kv.m fərdi yaşayış evinə münasibətdə istifadəyə yaradılmış maneələrin aradan qaldırılması – polis naryadının götürülməsi və sözügedən daşınmaz əmlak obyektlərinin iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. Daha sonra, İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi XXX ünvanında yerləşən daşınmaz əmlaka, ünvan 3da yerləşən, üzərində birmərtəbəli yaşayış evi inşa olunmuş 3330 kv.m ölçüdə torpaq sahəsinə, ünvan 4 ünvanında yerləşən, üzərində birmərtəbəli yaşayış evi inşa olunmuş 3000 kv.m ölçüdə torpaq sahəsinə münasibətdə Cavabdeh tərəfindən yaradılmış maneənin arad an qaldırılmasına – polis naryadının götürülməsinə, onlara məxsus həmin əmlakların özlərinə qaytarılmasına, torpaq sahəsinin qaytarılmasına və həmin əmlaklara giriş-çıxışlarına maneçilik törədilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
14. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon X12 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi ünvanında yerləşən XXX saylı ev anaları X2 məxsusdur. Cavabdeh bir neçə dəfə onların və ailə üzvlərinin evdə olmamalarından istifadə edərək, sözügedən evə - vərəsəlik hüququ ilə onlara məxsus daşınmaz əmlaka basqın etmiş, evlərini əllərindən almış və evə giriş-çıxışları qadağan edilmişdir. Belə ki, evin qapısına cavabdeh tərəfindən polis naryad ı cəlb edilmiş və naryad üçün müqavilənin cavabdehlə bağlanıldığı bildirilmişdir. Cavabdeh tərəfindən qanunsuz hərəkətlərə yol verilərək, iddiaçılar və ailə üzvlərinin əmlak hüquqları pozulmuş, şəxsi mülkiyyət hüququ ilə onlara məxsus evdən və ərazidən qanunsuz olaraq çıxarılmışlar. Sabunçu Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən icra hərəkətlərinin keçirilməsi barədə xəbər aldıqları üçün onlar da həmin əraziyə getmiş, lakin icra hərəkətlərində iştirak üçün oraya buraxılmamış, onların hərəkətlərini uzaq məsafədən müşahidə etməli olmuşlar. Bir müddət sonra icra hərəkətlərinin başa çatdığı bildirilmiş, dörd nəfər polis əməkdaşı posta qoyulmuş, əraziyə və şəxsi evlərinə girişləri qadağan edilmişdir. Rəsul Quliyevin yaxın qohumu – Gələcək Azərbaycan Partiyasının sədri, iş üzrə Cavabdeh (Şa kiroğlu) onları öz evlərinə buraxmır, mühafizə polisi vasitəsilə maneçilik törədir. Bu səbəbdən də, hazırkı tələblərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
15. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 25 aprel 2022-ci il tarixli, **********XXX2 nömrəli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, 1, 3, XXX ünvanlarında yerləşən torpaq sahəsinə İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilmişdir. Faktiki 1,1531 ha torpaq sahəsi ümumi hasar daxilindədir. Sözügedən mübahisəli torpaq sahəsi daxilində qeydiyyatdan keçmiş torpaq sahələri və fərdi yaşayış evləri mövcuddur.
16. Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, vahid elektron kadastr bazasına əsasən mübahisələndirilən 1,1531 ha torpaq sahəsi ümumi hasar daxilində olmaqla, 0,72 ha hissəsi digər fiziki şəxslərin adına dövlət qeydiyyatına alınmışdır. Qalan 0,4331 ha torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd olunan ərazi bağlar massivi olmaqla hal-hazırda X34 Abşeron rayon inzibati ərazisi daxilində qalan hissəsində yerləşir.
17. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və mülki iş materiallarında olan məlumatlara əsasən, naturada yeri müəyyən edilmiş 2 nömrəli fərdi yaşayış evinin MA seriyalı, ******* saylı çıxarış la, X4 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən edildi. Həmçinin qeyd olunur ki, Abşeron rayon X12 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqələrinə əsasən X33 və X5 mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən 1 və 3 saylı yaşayış evləri faktiki vəziyyətdə mövcud olmadığına və Sabunçu rayonu Bilgəh bələdiyyəsinin 15 dekabr 2002-ci il tarixli 016 saylı qərarı ilə XXXX ayrılmış Zaqulba şosesi ev 3 ünvanında yerləşən 3000 kv.m. torpaq sahəsinin eskiz sxeminə əsasən naturada yerini müəyyən etmək mümkün olmadığına görə, həmin tikililərin və torpaq sahəsinin, daşınmaz əmlakın dövlət reyestrindən 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X14 mülkiyyətində olan B akı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX26 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X1XXX mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX27 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X20 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX28 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX2XXX saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X32 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX31 saylı bağ sahələrinin hüdudları daxilində yerləşib-yerləşmədiyini müəyyə n etmək mümkün olmadı.
18. Məhkəmənin 31 yanvar 2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, mübahisəli ərazi Bilgəh qəsəbəsində Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin yaxınlığında yerləşir. Dəmir darvazadan içəri daxil olduqda daş hasarın içərisində həyətin sol tərəfində qaraj və gözətçi postu inşa edilmişdir. Digər tərəfdə isə ağaclar əkilmiş həyətyanı sahə və beton örtüklə örtülmüş həyətyanı sahə vardır. Ağaclar əkilmiş torpaq sahəsinin orta hissəsindən mübahisəli tikililər olan əraziyə daxil olmaq üçün beton örtüklə örtülmüş yol vardır. Beton örtüklə örtülmüş həyətyanı sahədən keçdikdən sonra dəmir darvaza və daş hasara alınmış ərazi yerləşir. Həmin darvazadan içəri daxil olduqdan sonra həyətin sol tərəfində daşla tikilmiş, fasadı qırmızı rəngli üzlüklə üzlən miş üçmərtəbəli ev, bir mərtəbə tikili olan qapalı hovuz yerləşir. Həyətin sağ tərəfində isə daşla tikilmiş, fasadı qırmızı rəngli üzlüklə üzlənmiş ikimərtəbəli ev yerləşir. Həmin evlərin qarşı tərəfində isə, dəmir barmaqlıqlarla hasarlanmış həyətin aşağı hissəsinə eniş üçün sağ və sol tərəfdən pilləkən yerləşir. Həyətin aşağı hissəsindən pilləkənlərin sağ və sol tərəflərində dörd ədəd ayrı-ayrılıqda zirzəmi tipli yarımtikililər yerləşir. Həmin yarımtikililərin qarşısındakı həyətyanı sahə daş hasarla hasarlanmışdır.
19. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(008)238/2023 nömrəli qətnaməsi ilə (hakim H.Mahmudova) iddia tələbi təmin edilməmişdir.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesi ndə yerləşən XXX nömrəli ev üzərində X1 mülkiyyət hüququnun Abşeron rayon 1 saylı DNK-ın 06 dekabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydə alınmasına dair Abşeron rayon X12 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi olsa da, iddiaçıların iddia etdikləri kimi, X1 övladları olmaları, habelə onun vərəsələri olmaları, eləcə də, həmin evə dair hüquq müəyyənedici sənədlərinin olması barədə hər hansı sübut iş materiallarında mövcud deyildir, eyni zamanda məhkəmə iclaslarında təqdim edilməmişdir. Həmçinin sözügedən qeydiyyat vəsiqəsinin 2005-ci ildə verildiyini nəzərə alaraq, həmin tarixdən sonra evin mülkiyyətçisinin dəyişib-dəyişməməsi məhkəməyə aydın olmamış və evin mövcud hüquqi vəziyyətinə dair təsdiqedici sənəd məhkəməyə təqdim olunmam ışdır. Belə olan halda, məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə iddiaçıların sözügedən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən XXX nömrəli ev üzərində mülkiyyətçi kimi hüquqları yaranmamış və onlar mövcud olmayan hüququn pozulması barədə iddia qaldırmaqda haqlı olmamışlar.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, nə iddia tələbində, nə də verilmiş izahatlarda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şosesi ünvanında yerləşən XXX saylı evin iddiaçılar tərəfindən faktiki qəbul edilməsinə, habelə əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də qəbul etmələrinə istinad olunmamış və bunu təsdiq edən sübut, yaxud həmin evə dair iddiaçıların vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim edilməmişdir.
22. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, Bakı şəhəri Sabunçu Rayo n Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesində yerləşən XXX saylı ev həmin məhkəmə baxışının da predmeti olmuş, qeyd olunan qətnaməyə əsasən, iddiaçı X18 Cavabdeh qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şosesi, 2, 3 və XXX ünvanlarına münasibətdə cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarının bərpa olunması, şəxsi evlərdən istifadəyə maneənin aradan qaldırılmasına dair iddiası təmin edilməmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 eyni cavabdehə qarşı eyni evə münasibətdə eyni iddianı qaldırmaları özü-özlüy ündə hazırkı iddianın əsassızlığına dəlalət edir.
23. Məhkəmənin qənaəti ondan ibarət olmuşdur ki, mübahisəli daşınmaz əmlaklara münasibətdə iddiaçıların mülkiyyət hüquqları mövcud olmadığından, onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları müəyyən edilməmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 1133, 1243, 1246-cı, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 11XXX.1-cu maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
25. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
26. Apellyasiya icraatı zama nı Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi, Sabunçu rayon İcra Hakimiyyəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi, Bilgəh qəsəbə İnzibati Ərazi İdarəsi üzrə nümayəndəliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
27. Apellyasiya instansiyasında işə baxılarkən 1XXX noyabr 2024-cü il tarixində iş üzrə aparılmış yerində müayinə zamanı mübahisəli sahədə iki evin və yarımtikililərin olduğu müəyyən olunmuş, iddiaçı tərəf bu sahənin, eləcə də sahədə olan evlərin iddiaçılara aid olduğunu bildirmiş, cavabdeh tərəf isə bu sahənin və tikililərin onlara aid olduğunu bildirmişdir. Yerində müayinə zamanı iddiaçı tərəf həmin torpaq sahələrinin iddiaçılara, üzərindəki evlərin isə iddiaçıların mərhum analarından miras qal mış ev olduğunu bildirmiş, cavabdeh tərəf isə həmin sahələrin Quliyevlərə aid olduğunu, onlara çıxarışların verildiyini, evlərin isə iddiaçıların analarına məxsus olmadığını, çünki iddiaçıların anasına məxsus olmuş evin sahəsinin 60-70 kv.m. olduğu halda, bu tikililərin daha böyük olduğunu bildirmişdir. İddiaçı tərəf təsdiq etmişdir ki, iddiaçıların analarından miras qalmış ev köhnə olmuş, onu söküb yerində yeni ev inşa edilmişdir. Yerində müayinə zamanı həyətdə olan iki ayrı tikili evin eyni - qırmızı rəngli kərpiclə və eyni qaydada üzləndiyi müəyyən olunmuşdur. Eyni zamanda müəyyən olunmuşdur ki, sahələrə girişə və sahələrə nəzarəti və faktiki sahibliyi cavabdeh tərəf həyata keçirir.
28. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2024-cü il tarixli ekspert rəyindən müəyyən olur ki, sözügedən mübahisəli torpaq sahəsində iddia edilən, Abşeron rayon X12 və Mülkiyyət hüquqlarının İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, X22, X11 və X7 mülkiyyətində olan Sabunçu rayonu Bilgəh qəsəbəsi, Zağulba şosesi 1, 2 və 3 saylı yaşayış evləri və Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 15 dekabr 2002-ci il tarixli 016 saylı qərarı ilə X10 ayrılmış Zağulba şosesi ev 3 ünvanında yerləşən 3000,0 kv.m torpaq sahəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahələrinə verilmiş 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X14 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX26 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X1XXX mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayon u, Bilgəh qəsəbəsində yerləşən 1XXX27 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X20 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX28 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX2XXX saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışa əsasən, X32 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX31 saylı bağ sahələrinin hüdudları daxilində göstərir. Ərazidə yaşayış evləri və köməkçi tikililər mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən iddia olunan ərazi yuxarıda göstərilən şəxslərin adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş texniki pa sportların baş planlarında dəqiq istinadlar, istinad məsafələri qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Sahə bağlar massivi olmaqla hazırda X34 ərazisi kimi Abşeron rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan yerlərdir. Təqdim edilmiş texniki pasportların baş planlarında dəqiq istinadlar, istinad məsafələri qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Sahə bağlar massivi olmaqla hazırda X34 ərazisi kimi Abşeron rayon İcra Hakimiyyətinin istifadəçiliyində olan yerlərdir. Yuxarıda göstərildiyi kimi vahid elektron kadastr baza məlumatlarına əsasən sahə bağlar massivi olmaqla hazırda X34 ərazisi kimi Abşeron Rayon İcra Hakimiyyətinin idarəçiliyində olan yerlərdir.
29. Əmlak Məs ələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 12 mart 2025-ci il tarixli mütəxəssis rəyinə əsasən mərhumə X21 Bilgəh Bələdiyyəsinin 16 mart 2005-ci il tarixli 046 saylı qərarı ilə ayrılmış (sənədlər təqdim edilməyib) və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbəsi ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi, ev XXXa ünvanında yerləşən 3400,0 kv.m torpaq sahəsi və Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli 075 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı3 ayrılmış (sənədlər təqdim edilməyib) və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbəsi ərazisində, Azərbaycan Respublika sı Daxili işlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi, ev 1 a ünvanında yerləşən 3820.0 kv.m torpaq sahəsi, Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli 082 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı2 ayrılmış və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbə ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 2 a ünvanında yerləşən 3330.0 kv.m torpaq sahəsi, Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli 0XXX1 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı1 ayrılmış (sənədlər təqdim edilməyib) və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbə ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstira hət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 3 a ünvanında yerləşən 3000.0 kv.m torpaq sahəsi əsasən, X14 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX26 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X1XXX mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX27 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X20 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX28 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX2XXX saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X32 mülkiyyətində olan Bakı ş əhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX31 saylı bağ sahələri ilə göstərilən vəziyyətdə üst-üstə düşür. X3 adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 1 saylı DNK-nın 06 yanvar 2005-ci il tarixli 4ə/2450 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmış və buna dair Abşeron rayon X12 və Mülkiyyət hüquqlarının İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, X14 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX26 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X1XXX mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX27 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X20 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1 XXX28 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX2XXX saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X32 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX31 saylı bağ sahələrinin hüdudları daxilində göstərilir. X14 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX26 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X1XXX mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX27 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X20 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerl əşən 1XXX28 saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX2XXX saylı, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* saylı çıxarışa əsasən, X32 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX31 saylı bağ sahələrinin yerləşdiyi ərazi indiki halda elektron baza məlumatlarına əsasən Abşeron rayon ərazisidir. Vahid elektron kadastr məlumat bazasında son sərhəd məlumatlarına əsasən faktiki torpaq sahəsi Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilindədir (Bilgəh Zəfəran sovxozu).
30. Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Da şınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən mərhumə X21 Bilgəh Bələdiyyəsi 16 mart 2005-ci il tarixli 046 saylı qərarı ilə ayrılmış (sənədlər təqdim edilməyib) və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbəsi ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev XXXa ünvanında yerləşən 3400,0 kv.m. torpaq sahəsi və Bilgəh Bələdiyyəsi 27 avqust 2007-ci il tarixli 075 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı3 ayrılmış və eyni tarixli alqısatqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi, ev XXX ün vanında yerləşən 3820.0 kv.m. torpaq sahəsi, Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli 082 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı2 ayrılmış və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbə ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi ev 2a ünvanında yerləşən 3330.0 kv.m. torpaq sahəsi, Bilgəh Bələdiyyəsinin 27 avqust 2007-ci il tarixli 0XXX1 nömrəli “Torpaq sahəsinin ayrılması” barədə qərarı ilə İddiaçı1 ayrılmış və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən satılmış Bilgəh qəsəbə ərazisində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şosesi, ev 3a ünvanında yerləşən 3000.0 kv.m torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 1XXX31 saylı bağ sahələri ilə göstərilən vəziyyətdə üst-üstə düşür. Ekspert rəyi ilə vahid elektron məlumat bazasında son sərhəd məlumatlarına əsasən faktiki torpaq sahəsi Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilindədir (Bilgəh Zəfəran sovxozu). 31. “X43 və Ekspertiza Mərkəzi” MMC tərəfindən təqdim edilən 12 avqust 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olur ki, “Google Yer” proqramının ortofoto görüntülərinə və X34 sxeminə əsasən dəqiqləşdirildi. 01.2002-ci il üzrə ortofoto görüntülərində təqdim edilən torpaq sahəsində iddiaçılar tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin olduğu müşahidə olunur. Ümumi hasar daxilində olan torpaq sahəsində həmin fərdi yaşayış evlərinə gediş-gəliş yolu mövcuddur. 01.200XXX-cu ilə aid görüntülər də isə həmin evlərin yanında digər fərdi yaşayış evinin inşa edildiyi və əvvəl inşa edilmiş evlərin dam örtüklərinin dəyişdirildiyi müşahidə olunur. Araşdırma nəticəsi olaraq aşağıdakılar müəyyən olunmuşdur: Mübahisələndirilən ərazidə yerləşən torpaq sahəsində iddiaçılar tərəfindən inşa edilmiş fərdi yaşayış evlərinin “Google Yer” proqramının illər üzrə görüntülərinə əsasən 2002-ci ilin yanvarınadək inşasının başa çatdığı müəyyən olunmuşdur. 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X1XXX, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X20, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X14, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X4, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X32 və 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X15 mülkiyyətində olan torpaq sahələrinin çıxarışları tam şəkildə iddiaçılara məxsus fərdi yaşayış evlərinin üzərinə işlənilmişdir. 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X1XXX, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X20, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X14, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X4, 01 aprel 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X32 və 01 aprel 2011-ci il il tarixli MA seriyalı ******* nömrəli çıxarışla X15 mülkiyyətlərinə verilmiş torpaq sahələri həmin çıxarışlar işləndiyi dövrdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən bağların ərazisinə aid de yil, X34 ərazisinə aid olmuşdur.
32. Apellyasiya icraatı zamanı Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi X41 izahatında 12 mart 2025-ci il tarixli rəyin əsaslı olduğunu və tədqiq etdiyi sübutlara uyğun əsaslandırdığını bildirərək verdiyi rəyini təsdiq etmişdir.
33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2025-ci il tarixli, 2(103)-78/2025 nömrəli qətnaməsi ilə (hakim İ.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər E.Kazımov və N.Cəfərov) apellyasiya şikayətləri qismən təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(008)-238/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi başqa əsasla (əsas olmayan cavabdehə qarşı verilməsi əsasın a görə) təmin edilməmiş, iddiaçılara izah olunmuşdur ki, onlar hazırkı tələbləri ilə bağlı həmin bu tələblərə cavab verməli olan şəxslərə - əsl cavabdehlərə qarşı ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilərlər.
34. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların hazırkı iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüquqlarının olmaması barədə rayon məhkəməsinin gəldiyi nəticəyə münasibətdə qeyd etmişdir ki, iddiaçıların təqdim etdikləri torpaqların ayrılmasına dair qərarlar, alqı-satqı müqavilələri və fərdi yaşayış evinin qeydə alınmasına dair reyestr xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən, eləcə də, notariat ofisində açılmış vərəsəlik işindən görünür ki, mübahisəli torpaq sahələri və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evi iddiaçılara məxsusdur. Ona görə də, iddiaçılar onlara məxsus torpaq sahələri, eləcə də onun üzərində yerləşən və analarından miras qalmış evin mülkiyyətçisi kimi hazırkı iddianı qaldırmaq hüququna sahibdir.
35. Apellyasiya kollegiyası daha sonra qeyd etmişdir ki, iddianı təmin etməyən birinci instansiya məhkəməsi qətnaməsində həm də Sabunçu Rayon Məhkəməsinin qüvvədə olan 24 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsaslanaraq qeyd etmişdir ki, həmin qətnamənin mövcudluğu öz-özlüyündə hazırkı iddianın əsassızlığına dəlalət edir. Halbuki, hazırkı işdəki iddiaçılar rayon məhkəməsinin istinad etdiyi həmin işdə nəinki tərəf olmamış, ümumiyyətlə həmin işdə iştirak etməmişlər. Belə olan halda isə müəyyən olunur ki, rayon məhkəməsi iddianı rədd edərkən həm də Sabunçu Rayon Məhkəməsinin qüvvədə olan 24 sentyabr 2021-ci il tarixl i qətnaməsinə istinad etməsi əsassız olmuşdur.
36. Bundan başqa, cavabdeh tərəfin iddiaya etirazının bir dəlili də ondan ibarət olmuşdur ki, həmin torpaq sahələri və onun üzərində olan ev onlara başqa məhkəmə aktının icrası qaydasında icra məmurunun qərarına əsasən təhvil verilmişdir.
37. Apellyasiya kollegiyası cavabdeh tərəfin həmin dəlili ilə bağlı qeyd etmişdir ki, onların istinad etdikləri həmin məsələnin, yəni iddiaçılara məxsus olan torpaq sahəsi və evin onlara başqa qətnamənin icrası qaydasında icra məmurunun qərarına əsasən verilməsinin hazırkı mübahisənin həlli baxımından hər hansı hüquqi əhəmiyyəti ola bilməz.
38. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıların iddia ərizəsi və məhkəmə iclaslarında verdikləri izahatlar, eləcə də onların müxtəlif ünvanlara yazdı qları çoxsaylı ərizə və şikayətlərdən, habelə cavabdehin özünün izahatlarından müəyyən olunur ki, Cavabdeh təmsilçi olaraq həmin torpaq sahəsinə çıxarışı olan şəxslər - Quliyevlərin adından hərəkət edir və onların tapşırıqlarını yerinə yetirir. Belə olan halda müəyyən olunur ki, qanunvericiliyə əsasən Quliyevlər Cavabdeh verdikləri həmin səlahiyyət və tapşırıqdan istənilən vaxt imtina edə bilər və bunun üçün Cavabdeh razılığı tələb olunmur, eyni qaydada Cavabdeh da həmin etibarnamədən istənilən vaxt imtina edə bilər (MM, maddə 365.1.3., 365.1.4. və 365.2.). Bu isə o anlama gəlir ki, iddiaçıların mülkiyyət hüquqlarının pozulmasında iddia etdikləri hərəkətlərin həyata keçirilməsinin iradə ifadəçisi təmsil edən kimi Cavabdeh deyil, onun təmsil etdiyi şəxslər, yəni Quliyevlərdir. Cavabdeh iddi açılara məxsus sahəyə onları buraxmaması, həmin sahəyə sahiblik və nəzarət etməsi onun təmsil etdiyi Quliyevlərin istəyi və iradəsinə bağlıdır. Hazırkı halda isə müəyyən olunur ki, iddiaçıların cavabdeh kimi müəyyən etdikləri Cavabdeh iddiaya cavab vermək imkan və iqtidara sahib olan şəxs deyildir. Demək ki, o hazırkı iddia tələblərinə cavab verməli əsl cavabdeh deyildir. Bununla da müəyyən olunur ki, hazırkı mülki iş üzrə iddiaçılar tələblərini əsl olmayan cavabdehə qarşı irəli sürmüşlər.
39. Apellyasiya kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 2XXX-cu, Mülki Məcəllənin 152.1, 157.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 54.1, 54.2, 54.4, 77.1, 82.3, 88, 372.2-372.4, 372.6, 372.7, 385.1, 386-cı maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
40. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 birgə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2025-ci il tarixli, 2(103)-78/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü, Mülki Məcəllənin 13XXX.1, 152.1, 158.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.
42. Belə ki, birinci və apellyasiya instansiyaları məhkəmələrinin tədqiqatları ilə, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2024-cü il tarixli rəyi, ƏMDX DƏDKR və RHŞ 1 saylı Bakı Ərazi İdarəsinin 12 mart 2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahələri üst-üstə düşür və Quliyevlərə aid edilən torpaq sahələri Abşeron rayon inzibati ərazi vahidinin hüdudları daxilində yerləşir. Bu ərazi mənsubiyyətinə baxmayaraq Quliyevlərə aid edilməsi iddia olunan bağ sahələrinə müvafiq Çıxarışlar 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmişdir. Bu dəlillərə baxmayaraq, apellyasiya kollegiyası maddi hüquq normalarının pozuntusuna yol vermiş, tətbiq olunmalı olan maddi hüquq normalarını deyil, digər hüquq normalarını tətbiq etmişdir və bu səbəblərə görə apellyasiya məhkəməsinin qətnaməsi əsassız hesab edilməlidir.
43. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-c i maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
44. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
45. Etiraz belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə kassatorun göstərdiyi dəlillər əsassızdır. Kassasiya baxışının hədləri:
46. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
47. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçıların kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüqu qu – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin XXX.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün o lmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsasını düzgün müəyyən etmiş və əsaslı olaraq hesab etmişdir ki, həmin tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı yönəldilmişdir.
52. Belə ki, hazırkı iddianın əsaslandığı faktiki hallara görə Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2010-cu il tarixli qətnaməsinin səhv və qanunsuz icra olması nəticəsində iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Lakin, həmin icra sənədi üzrə tələbkar qismində hazırkı iş üzrə Cavabdeh deyil, üçüncü şəxslər çıxış etmiş, Cavabdeh onların nümayəndələri olaraq yalnız əmlakı qəbul etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, mübahisələndirilən əmlak Cavabdeh deyil, icra sənədi üzrə tələbkarların sahibliyinə təhvil verildiyindən, hazırkı iş üzrə cavabdeh iddiaya cavab verməli şəxs deyildir.
53. Kassasiya şikayətinin dəlilləri iddianın əsaslı olması ilə əlaqədardır. Lakin tələb buna cavab verməli olan şəxslərə qarşı yönəldilmədiyindən, iddianın əsaslı olubolmamasına dair dəlillərə hazırkı icraatda hüquqi qiymət verilə bilməz.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üç ün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 41XXX, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 oktyabr 2025-ci il tarixli, 2(103)-78/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.